Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-1131/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mәmmәdov Murad Akif oğlunun sәdrliyi vә mәruzәsilә, Ibrahimov Zamin Vәliyәddin oğlu vә Babayev Qәdim Xalid oğlundan ibarәt tәrkibdә, Nağıyeva Milana Varis qızının katibliyi ilә, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә Idarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru dövlәt ittihamçısı2, Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs, Cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi Bakı şәhәri * saylı vәkil bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarındən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin (Hakim Hәsәnova Aygün Namiq qızının sәdrliyi ilә) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qәrarı ilә ## #### 1991-ci ildә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, evli, işlәmәyәn, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 127.1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinmiş, “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında ## ###### 2025-ci il tarixli Azәrbaycan Respublikası Milli Mәclisin Qәrarı tәtbiq edilmәklә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 127.1-ci maddәsi ilә cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә iş üzrә icraata xitam verilmәsi, Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri lәğv edilmәsi qәrara alınmışdır. Işin halları: Verilmiş ittihama әsasәn Tәqsirlәndirilәn şәxs ##.##.2025-ci il tarixdә saat 07 radәlәrindә Bakı şәhәri, Xәtai rayonu, Gәncә pr, ev 95,*** saylı orta mәktәbin yanında sosial şәbәkәdәn tanıdığı Zәrәrçәkmiş şәxs şәxsi münasibәtlәr zәminindә aralarında yaranmış mübahisә zamanı sonuncunun bәdәninin müxtәlif nahiyәlәrinә әl vә baş zәrbәsi hәmçinin dәmir açarla vuraraq döymüş vә burun sümüyünün qәlpәli sınığı, tәnәffüs pozulması, hәr iki gözaltı nahiyәnin dәrialtı hematoması, başın tәpә, alın-tәpә vә sol qaş nahiyәlәrinin әzilmiş yarası kimi zәrәrçәkmiş şәxsin hәyatı üçün tәhlükәli olmayan vә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 126-cı maddәsindә nәzәrdә tutulan nәticәlәrә sәbәb olmayan, lakin sağlamlığın uzun müddәt pozulmasına sәbәb olmuş vә ya ümumi әmәk qabiliyyәtinin üçdә bir hissәsindәn az olmaqla әhәmiyyәtli dәrәcәdә itirilmәsi ilә nәticәlәnәn qәsdәn sağlamlığa az ağır zәrurvurmaya aid edilәn bәdәn xәsarәtlәri yetirmişdir. Qәrardan zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi vә vәkili müdafiәçi2 apellyasiya şikayәti verib Bakı Şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrarı lәğv edәrәk, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 127.1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәtmәsinә dair cinayәt işinә xitam verilmәsi vә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3 vә 127.2.3-cü maddәlәri ilә ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Qәrardan tәqsirlәndirilәn şәxs tәrәfindәn apellyasiya şikayәti, dövlәt ittihamçısı tәrәfindәn apellyasiya protesti verilmәmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən hərtərəfli, tam, obyektiv araşdırma aparılmadan, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş sadələşdirilmiş icraat materiallarına əsasən qərar çıxarılmış, zərər çəkmiş tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verilməmiş, onlara qərarda münasibət bildirilməmiş və şərh edilməmiş, ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmaqla ## #### 1991 -ci il il təvəllüdlü, Təqsirləndirilən şəxs barəsində əsassız olaraq “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 -ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi qərarı çıxarılmışdır. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs şikayәtin mәzmununa uyğun çıxış edәrәk apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtinin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn qüvvәdә saxlanmasını xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında dövlәt ittihamçısı dövlәt ittihamçısı2 apellyasiya şikayәtinin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn qüvvәdә saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, tәrәflәrin çıxışlarını dinlәyib hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respubliksı CPM-in 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә hәmin Mәcәllәnin normalarının düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununun vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya protestinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Cinayәt işinin materiallarına әsasәn, istәr ibtidai araşdırma zamanı, istәrsә dә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında Tәqsirlәndirilәn şәxs özünü ona elan olunmuş ittiham üzrә tam tәqsirli bilәrәk törәtdiyi cinayәtin halları haqda qәrarın tәsviri hissәsinә uyğun ifadәlәr vermişdir. Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsә qәsdәn sağlamlığın uzun müddәtә pozulmasına sәbәb olmuş sağlamlığa az ağır zәrәr vurması tәqsirlәndirilәn şәxsin etirafı ilә yanaşı zәrәrçәkmiş şәxsin ifadәsi, ekspertiza rәylәri vә iş üzrә toplanmış digәr sübutlarla tam tәsdiq edilir. Mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi cinayәt tәqibi ilә bağlı mühüm әhәmiyyәtә malik olan halları araşdıraraq, Azәrbaycan Respublikası CPM-in 143-145-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq hәr bir sübutu mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmiş, iş üzrә dindirilmiş tәqsirlәndirilәn şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin ifadәsini, istintaq vә mәhkәmә hәrәkәti protokollarını vә digәr sәnәdlәri sübut növlәri kimi qәbul etmiş, hәmin sübutlara vә onların mәcmusuna tam, obyektiv vә hәrtәrәfli hüquqi qiymәt verib düzgün nәticәyә gәlәrәk Tәqsirlәndirilәn şәxs CM-in 127.1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәtin törәdilmәsindә tәqsirli bilmişdir. Mәhkәmә kollegiyası göstәrilәn qәnaәtә gәlәrkәn, sübutların artıq birinci instansiya mәhkәmәsi tәrәfindәn mәhkәmә istintaqı zamanı tam, hәrtәrәfli vә dolğun şәkildә vә bir-biri ilә qarşılıqlı әlaqәdә tәdqiq edilmәklә, cinayәt vә cinayәt prosessual qanunvericiliyin tәlәblәrinә әsasәn araşdırılmaqla yekun nәticәyә gәlindiyini qeyd edir vә bu sәbәbdәn hesab edir ki, hazırda qәrarın mәzmununda göstәrilәn sübutların tәkrarәn geniş şәkildә sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayәtinin dәlilәrinә münasibәtdә qiymәtlәndirilmәlidir. Zәrәrçәkmiş şәxsin nümayәndәsi vә vәkili apellyasiya şikayәtindә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3 vә 127.2.3-cü maddәlәri ilә ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası CPM-in 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif etmәk, habelә ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxartmaq hüququna malikdir. Hәmin Mәcәllәnin 318.2-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, dövlәt ittihamçısının vәsatәti әsasında mәhkәmә irәli sürülmüş ittiham üzrә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә tәqsirlәndirilәn şәxsә başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә әsaslandırılmış qәrar çıxarır. Mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә zәrәr çәkmiş şәxsin vә ya onun qanuni nümayәndәsinin vәsatәti әsasında mәhkәmә bu maddәdә nәzәrdә tutulmuş qaydada qәrar çıxara bilәr. ## ###### 2025-ci il tarixli sübutların qiymәtlәndirilmәsi barәdә qәrarda Tәqsirlәndirilәn şәxs әmәlindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3 vә 127.2.3-cü maddәlәrinin tәrkib әlamәtlәri yaranmadığı üçün cinayәt işinin başlanması rәdd edilmişdir. Qeyd edilәn qәrar qüvvәdә olmuş, zәrәrçәkmiş tәrәfindәn mübahisәlәndirilmәmiş, mәhkәmә nәzarәti qaydasında lәğv edilmәmiş olmuşdur. Azәrbaycan Respublikası CPM-nin 65.1-ci maddәsinә әsasәn cinayәt prosesini hәyata keçirәn orqanın lәğv edilmәmiş qәrarı hәmin mәsәlә üzrә yeni qәrar çıxarılmasına yol vermir. Iş materiallarından görünür ki, zәrәrçәkmiş şәxsin nümayәndәsi vә vәkili birinci instansiya mәhkәmәsi zamanı da tәqsirlәndirilәn şәxsә qarşı daha ağır ittihamın irәli sürülmәsi üçün cinayәt işinin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә vәsatәt vermiş, hәmin vәsatәt mәhkәmәnin birinci instansiya mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә tәmin edilmәmişdir. Azәrbaycan Respublikası CPM-in 391.8-1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsindә dövlәt ittihamçısı tәrәfindәn müdafiә edilmiş ittihamla müqayisәdә daha ağır cinayәt üzrә ittihamın irәli sürülmәsinә dair Azәrbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının әrazisindә, hәmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilә razılaşdıqda apellyasiya şikayәtinә vә apellyasiya protestinә baxılmasına xitam verilmәsi vә cinayәt işinin, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında qәrar çıxarır. Göründüyü kimi, apellyasiya icraatı zamanı tәqsirlәndirilәn şәxsә qarşı daha ağır ittihamın irәli sürülmәsi dair müraciәt hüququ zәrәrçәkmişә münasibәtdә tanınmamışdır. Tәqsirlәndirilәn şәxs birinci instansiya mәhkәmәsinә әrizә tәqdim edәrәk özünü CM-nin 127.1-ci maddәsi ilә tәqsirli bildiyini, әmәlindә sәmimi peşman olduğunu nәzәrә alaraq, barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında ## ###### 2025-ci il tarixli Azәrbaycan Respublikası Milli Mәclisin Qәrarının tәtbiq edilmәsini vә cinayәt tәqibinә xitam verilmәsini xahiş etmişdir. CPM-nin 39.1 vә 39.1.12-ci maddәsinә әsasәn amnistiya aktına әsasәn şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәli olduqda cinayәt tәqibi başlanıla bilmәz, başlanmış cinayәt tәqibinә isә xitam verilmәlidir (o cümlәdәn sadәlәşdirilmiş icraat materialı başlana bilmәz, başlanılmış sadәlәşdirilmiş icraat materialı üzrә icraata isә xitam verilmәlidir); CPM-nin 43.3-cü maddәsinә әsasәn mәhkәmә baxışının gedişindә tәqsirlәndirilәn şәxsә qarşı cinayәt tәqibinә, hәmçinin bu Mәcәllәnin 39.1.3, 39.1.12 vә 40.2-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda müdafiә tәrәfinin razılığı ilә xitam verilmәsi barәdә mәhkәmә qәrar çıxarmağa haqlıdır. Birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxsin әrizәsini nәzәrә alaraq “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında ## ###### 2025-ci il tarixli Azәrbaycan Respublikası Milli X1 Orxan Ərziman oğlu barәsindә tәtbiq etmiş vә onun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 127.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair sadәlәşdirilmiş icraat materialı üzrә icraata xitam verilmәsi vә onun cinayәt mәsuliyyәtindәn azad edilmәsi barәdә әsaslı qәrar qәbul etmişdir. Əlavә olaraq qeyd olunmalıdır ki, mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsinin maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol vermәsi halları müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә gәnaәtә gәlir ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi vә vәkili müdafiәçi2 tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә Azәrbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, Qərara aldı: Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi vә vәkili müdafiәçi2 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şәhәri * saylı vәkil bürosunun vәkili müdafiәçi1 tәrәfindәn cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәli törәtmiş şәxs Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 15 (on beş) saat üçün cәmi 165 manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri * saylı vәkil bürosunun hesabına köçürülsün. Qәrar qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-1131/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1131/2026
13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver