Məhkəmə qərarları › İş №1(3-6)-1133/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1133/2026

12.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1133/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi X6, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-101)-90/2026 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Qurbanov) ## #### 2026-cı il tarixli, 1(5-101)-90/2026 nömrəli hökmünə əsasən ## ###### 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,912 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1064 ünvanının yaxınlığına daşıyaraq sərnişini olduğu “Chevrolet Cobalt” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ oturacağın altında gizlətmiş, ## ####### 2025- ci il tarixdə saat 02 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən orada şübhəli şəxs qismində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmiş, PŞ-nin inzibati binasının həyətində “Chevrolet Cobalt” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən ön sağ oturacağın altından 01 ədəd bükümdə təmiz çəkisi 0,912 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, 1(5-101)-90/2026 nömrəli hökmünün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cavandır. Təqsirini səmimi olaraq etiraf edir. Əməlindən peşmançılıq hissi keçirir. Əməlində cəzasını ağırlaşdıran hallar yoxdur. Əvvəllər məhkum olunmamışdır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs isə artıq öz davranışı ilə islah olunduğumu sübut edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsi, cinayət törətmiş şəxsin şəxsiyyətini nəzərə almadan azadlıqdan məhrumetmə cəzası vermişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətində göstərilən əsaslarla, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-101)-90/2026 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ## ####### 2025ci il tarixdə təxminən saat 01:30 radələrində Bilgəh qəsəbəsində yaşayan Rahid adlı tanıdığı şəxs ona zəng edərək taksi ilə gəldiyini və onun da narkotik maddə əldə etmək üçün telefonuna atılmış konuma (məkana), ünvan 2 ünvanına birlikdə getməyi və oradan narkotik maddə götürmələrini bildirmişdir. Bir müddət keçmiş Rahid, Asəf “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı taksi ilə onu da yoldan götürmüşdür. Bir müddət sonra Albalılıq bağ massivi **** saylı bağ evinin yaxınlığına çatmışlar. O və Rahid avtomaşından düşmüş, sürücü və Asəf maşında oturmuşlar. O, avtomaşının işığında qeyd edilən məkanda qoyulmuş narkotik maddəni tapıb götürmüş və maşına əyləşərkən bir nəfərin onlara yaxınlaşdığını gördükdə Rahid oradan qaçaraq uzaqlaşmışdır. Həmin şəxs özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədin olub-olmamasını soruşmuşdur. O, tez üzərində olan narkotik maddəni oturacağın altına atmışdır. Polis əməkdaşına üzərlərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişlər və həmin şəxsdən yayınmağa çalışdıqları üçün onlardan şübhələnərək, onların üçünü avtomaşınla birlikdə Sabunçu RPİnin 14-cü PŞ-yə dəvət etmişdir. 14-cü PŞ-nin inzibati binasında o, narkotik maddə istifadəçisi olduğunu, üzərində narkotik vasitə olmadığını, lakin avtomobildə qabaq sağ oturacağın altında öz istifadəsi üçün qoyduğu narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra 14cü PŞ-nin həyətində ona hüquq və vəzifələri izah olunduqdan sonra gəldikləri “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə və üzərinə video görüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə avtomobildə dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, avtomobilin qabaq sağ oturacağının altında gizlətdiyi bir ədəd ağ rəngli kiçik polietilenə bükülmüş maddəni təqdim etmişdir. Ondan həmin maddə barədə soruşduqda bir ədəd bükümdə olan maddənin el arasında “patı” kimi adlanan psixotrop maddə olmasını bildirmişdir. Avtomobildən aşkar edilən maddə ekspertizaya göndərilməsi üç qablaşdırılmışdır. Üzərinə şəxsi axtarış zamanı heç bir narkotik maddə aşkar edilməmişdir. Avtomobilə və üzərinə baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. “Patı” kimi adlanan psixotrop maddəni götürdüyü konum Rahid adlı şəxsin telefonuna tanımadığı şəxs tərəfindən atılmışdır, həmin konum Rahidin telefonundadır. Asəflə o, qonşudur. Lakin Asəf narkotik vasitə və ya psixotrop maddə istifadəçisi deyildir. Böyükağa adlı şəxsi isə əvvəllər tanımamış, sonuncu taksi sürücüsü olmuşdur. Getdikləri məkana da sifarişi Rahid vermişdir. Rahidlə o, metamfetamini ikisi yarı bölüb istifadə edəcəklərmiş. Sonda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, dolanışıq məqsədilə icarə əsasında və etibarnamə ilə idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. ##.##.2025-ci il tarixdə təxminən saat 01:35 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu zaman “xxxx” şirkəti vasitəsi ilə Bilgəh qəsəbəsi ərazisindən Albalılıq bağ massivinə sifariş qəbul etmişdir. O, həmin ünvandan əvvəllər tanımadığı bir nəfər şəxsi götürmüş və hərəkət etmişdir. Bir müddət sonra daha iki nəfər tanımadığı şəxsi də Bilgəh qəsəbəsi ərazisindən götürmüşdür. Sonra onun avtomobil ilə Albalılıq bağ massivi ərazisinə getmişlər və bir ünvanda taksi sifariş verən şəxs saxlamağı, maşının işıqlarını yanlı saxlamağını bildirmişdir. Rahid özü və adını sonradan bildiyi Qardaşxan adlı şəxs avtomobildən düşmüş, adını sonradan bildiyi Asəf adlı şəxs və o isə avtomobildə əyləşmişlər. Qardaşxan avtomobilinin işığında özü avtomobilini saxlamağını bildirdiyi yerdə nə isə axtarıb tapmışdır. Sonra Qardaşxan və sifariş vermiş adının sonradan Rahid olduğunu bildiyi şəxs avtomobilə əyləşmişlər. Həmin vaxt bir nəfər şəxs onlara yaxınlaşmışdır. Rahid adlı şəxs avtomobildən enərək bilmədiyi istiqamətdə cəld qaçaraq uzaqlaşmışdır. Onlara yaxınlaşan şəxs özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədin olubolmamasını soruşmuşdur. Avtomobilində sərnişin olan Qardaşxan və Asəf isə üzərində şəxsiyyət vəsiqələrinin olmadığını bildirmiş və polis əməkaşlarından yayınmağa çalışdıqları üçün polis əməkdaşları şübhələnərək, onların üçünü də avtomobili ilə birlikdə Sabunçu RPİnin 14-cü PŞ-yə aparmışlar. 14-cü PŞ-nin inzibati binasında o, narkotik maddə istifadəçisi olmadığını, üzərində və avtomobilində narkotik vasitə olmadığını, saxlanıldığı ünvana taksi olaraq sifariş əsasında getdiyini bildirmişdir. Sorğu zamanı Qardaşxan narkotik vasitə istifadəçisi olduğunu, həmin ünvana tanışı Rahid adlı şəxslə narkotik vasitə əldə etmək üçün getdiklərini, üzərində narkotik vasitə olmadığını, lakin onun avtomobildə ön sağ oturacağın altında getdikləri ünvandan götürdüyü narkotik vasitəni gizlətdiyini bildirmişdir. Bundan sonra 14-cü PŞ-nin həyətində polis əməkdaşları Qardaşxanla birlikdə onun idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Sonradan bilmişdir ki, onun avtomobilində baxış keçirilən zaman ön sağ oturacağın altından Qardaşxanın avtomobilində gizlətdiyi narkotik vasitə aşkar edilmişdir. Bir daha qeyd edir ki, Qardaşxan tərəfindən onun avtomobilin ön sağ oturacağının altından 0,912 psixotrop maddə metamfetamin gizlətməsindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru şahid2 ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman saat 02:00 radələrində Sabunçu rayonu, Albalılıq yaşayış massivində baş vermiş oğurluq hadisələri ilə bağlı reyd keçirərkən Albalılıq 1064 ünvanının yaxınlığında “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin işığının yanlı vəziyyətdə, içərisində iki nəfərin oturduğunu, bir nəfər şəxsin isə avtomobilin işığında ətrafda nə isə axtardığını, həmin şəxsin yerdən nə isə götürdükdən sonra avtomobilə yaxınlaşdığını görüb həmin şəxslərə yaxınlaşaraq özünü təqdim edərək həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini istəmişdir. Həmin şəxslər də üzərilərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığını bildirərək yayınıb getməyə çalışmışlar. Buna görə də, həmin şəxsləri Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişdir. Həmin şəxslər də etiraz etməmişlər və birlikdə “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu RPİ-nin 14-cü PŞ-nə getmişlər. Polis şöbəsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilən zaman “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün şahid3, digər iki nəfər şəxslərin isə şahid4 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsində sorğu-sual zamanı Təqsirləndirilən şəxs gəldikləri “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağının altında şəxsi istifadə məqsədi ilə əldə etdiyi narkotik vasitə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmiş və araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təhqiqatçı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun, Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru X4, müdafiəçisi və şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs iştirakı ilə “Chevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Avtomobilə baxış keçirilməzdən əvvəl Qardaşxana avtomobildə saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs “Chevrolet Cobalt” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını açaraq sərnişin oturacağının altında gizlətdiyi 01 ədəd içərisində şəffaf rəngli maddə olan büküm təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin qoyulduğu yerdən konum əsasında götürdüyünü, konumun onun tanışına göndərildiyini, tanışının istəyi üzrə həmin bükümü qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Qardaşxanın təqdim etdiyi kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Qardaşxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 5-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” ##.##.2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni ## ####### 2025-ci il tarixdən saat 02:00-dan hesablanmışdır. Cinayət işinin 24-26-cı vərəqələrində olan “Baxış və götürmə aparılması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “Shevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, “Shevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmeti göstərməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, “Shevrolet Cobalt” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının altına qoyduğu qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən, həmçinin, sübut əhəmiyyətinə malik ola biləcək bir ədəd kiçik polietilen bükümdə psixotrop maddəni təqdim etdi. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,912qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 84-85-ci vərəqələrində olan “DVD-R formalı disk üzrə videoyazı məlumatlarına baxış keçiriləsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, diskdə aşkar olunmuş “IMG_2624” adlı faylda əks edilmiş görüntü ## ####### 2025-ci il tarixdə qeydə alınır. Video görüntüdən müəyyən edilir ki, ## ####### 2025-ci il tarixdə saat 02:45 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı X15 RPİ-nin 14cü PŞ-nin sahə inspektoru şahid2 və sahə inspektoru X4, müdafiəçisi Bakı şəhəri * saylı vəkil bürosunun vəkili Müdafiəçi və şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs iştirakı ilə “Chevrolet Cobalt” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquqlarını izah etdikdən sonra sonuncuya avtomobildə saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs “Chevrolet Cobalt” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilin sağa qabaq qapısını açaraq sərnişin oturacağının altında gizlətdiyi 01 ədəd içərisində şəffaf rəngli maddə olan büküm təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin tanışına göndərildiyini, tanışının istəyi üzrə həmin bükümü qoyulduğu yerdən götürdüyünü bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi, üzərinin iştirakçılar tərəfindən imzalanması müşahidə edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş psixotrop maddə metamfetamini Rahid adlı tanıdığı şəxsin istəyi üzrə qoyulduğu Albalılıq bağ massivi **** saylı bağ evinin yaxınlığından götürdüyünü, həmin psixotrop maddəni götürməyinin qarşılığında Rahid adlı şəxsin həmin psixotrop maddənin yarısını ona verəcəyinə söz verdiyini, psixotrop maddədən istifadə etsə də, satışı ilə məşğul olmadığın bildirdi. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X10-X8 dair ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisədə dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının ##.##.2026-cı il tarixli, *- **-**/**/*-******/**** nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli axtarış qərarı barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq ##.##.2026-cı il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-101)-90/2026 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X16 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: İkram Şirinov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar