Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1137/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və əlavəsinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Hacıyeva Mətanət Isfəndiyar qızının sədrliyi ilə) ## ###### 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## ###### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ## ##### 2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ittham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 04 ədəd bükümdə ümumi təmiz çəkisi 0,246 qram olan natkotik vasitə heroin əldə edib, özündə saxlamaqla daşıyaraq həmin narkotik vasitə heroinin bir bükümünü ## ###### 2025-ci il tarixdə şahid1 satmış və sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis Idarəsinin X9 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şahid1 ## ###### 2025-ci il tarixdə saat 11:20-də ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,018 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şahid1 narkotik vasitəni ondan aldığını bildirdiyinə görə verilmiş əməliyyat tapşırığına əsasən Bakı şəhəri Nizami rayon Polis Idarəsinin X9 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ## ###### 2025-ci il tarixdə saat 15:00-da ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 03 ədəd bükümdə tərkiblərinə görə eyni olan, həmçinin şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən hər birinin ayrı- ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,072 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,228 qram olan, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə- heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, şikayətin icraata qəbul edilməsini, hökmün mətni ilə tam tanış olduqdan sonra təqdim ediləcək şikayətə əlavənin iş materiallarına əlavə edilməsi və baxılması üçün nəzərə alınmasını xahiş etmişdir. Məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi sübuta yetirilmədiyindən ona bəraət verilməsini, onun məhkəmə iclas zalından dərhal azad edilməsi, əlavə araşdırma zəruri hesab edilərsə, işin apellyasiya instansiyasında məhkəmə istintaqı aparılmaqla yenidən araşdırılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə belə əsaslandırılmışdır ki, gəlinən nəticə ehtimallara əsaslanır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasının tələblərinə cavab vermir. Təqsirləndirilən şəxs məhkəmədə qəti şəkildə bildirmişdir ki: - üzərində narkotik vasitə olmamışdır; - elektron tərəzi ona məxsus olmamışdır; - mobil telefon ona məxsus olmamış, müvəqqəti istifadə etmişdir; 2 - ibtidai istintaqda verdiyi etirafedici ifadəni polis əməkdaşlarının təzyiqi və hədəsi altında vermişdir; - şahid1 tanımamışdır və onunla üzbəüz əlaqəsi olmamışdır. Məhkəmə bu dəlilləri formal şəkildə rədd etmiş, lakin onların yoxlanılması üçün heç bir əlavə araşdırma aparmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zor tətbiq etmə, hədə-qorxu və ya digər qanunsuz üsullarla alınmış ifadələr sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs həm istintaqda, həm də məhkəmədə bildirmişdir ki, ona “boynuna almasan, 1 kiloqram narkotiklə rəsmiləşdirəcəyik” deyə hədə gəlmişlər. Məhkəmə isə yalnız onun vaxtında şikayət etməməsinə istinad etmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə (Salduz Türkiyəyə qarşı, Gäfgen Almaniyaya qarşı), şəxs ifadəsinin könüllü verildiyini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Iş materiallarında ifadənin könüllü verildiyini təsdiq edən heç bir obyektiv sübut yoxdur. ##.##.2025-ci il tarixli üzərə baxış protokolu və videoçəkiliş üzrə aşağıdakı ciddi prosessual pozuntular mövcuddur: - baxış yalnız polis əməkdaşlarının iştirakı ilə aparılmışdır; - müstəqil hal şahidləri iştirak etməmişdir; - videoçəkilişi əməliyyat əməkdaşının özü aparmışdır; - narkotik vasitənin haradan və hansı qaydada aşkar edilməsi obyektiv şəkildə təsbit olunmamışdır; - təqdim etmənin könüllü olub-olmaması müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246 və 247-ci maddələrinin tələbləri pozulduğundan həmin protokol və video sübut kimi yolverilməz hesab edilməlidir. şahid1 məhkəmədə bildirmişdir ki: - Aslanov Sadığı şəxsən tanımır; - onu ilk dəfə məhkəmədə görür; - narkotik vasitəni yalnız “Instagram” və “WhatsApp” vasitəsilə əlaqə saxladığı naməlum şəxsdən almışdır; 3 - həmin şəxsin profil adını və telefon nömrəsini xatırlamır; - narkotik vasitəni konum üzrə götürmüş, satıcını görməmişdir. Belə olan halda həmin naməlum şəxsin məhz Təqsirləndirilən şəxs olması heç bir sübutla təsdiq edilmir. Şəxsin identifikasiyası aparılmadan yalnız “adı Sadıq idi” ifadəsinə əsasən ittiham hökmü çıxarıla bilməz. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının ifadələrindən belə nəticə çıxır ki, onlara Təqsirləndirilən şəxs müəyyən marşrut üzrə hərəkət edəcəyi barədə əvvəlcədən məlumat verilmiş və həmin yerdə saxlanılması tapşırılmışdır. Müdafiə tərəfi hesab edir ki, bu ifadələr saxlanılmanın əvvəlcədən planlaşdırılması ilə bağlı ciddi şübhələr yaradır və həmin hallar əlavə araşdırılmalıdır. Iş materiallarında adı keçən Ağa adlı şəxsin hadisələrlə əlaqəsi müdafiə tərəfi tərəfindən qaldırılsa da, həmin şəxsin ölüm faktı ilə bağlı heç bir rəsmi sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmin şəxsin rolunu və onunla bağlı digər mühüm halları araşdırmadan bu məsələni diqqətdən kənarda saxlamışdır. Məhkəmə SMS və audio yazışmalarına istinad etmişdir. Lakin: - telefonun mülkiyyətçisi müəyyən edilməmişdir; - IMEI üzrə əvvəlki istifadəçilər araşdırılmamışdır; - yazışmaların konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən aparıldığı sübut olunmamışdır; - audio fayllar üzrə səsin eyniləşdirilməsi üçün fonoskopik ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 133-1.2 və 145.1-ci maddələrinə əsasən elektron məlumatların müəllifliyi və mənbəyi dəqiq müəyyən edilmədən onlar mötəbər sübut hesab edilə bilməz. Ekspertiza rəyləri satış faktını sübut etmir Ekspertiza yalnız aşağıdakı halları müəyyən etmişdir: - 0,228 qram heroin olması; 4 - elektron tərəzidə heroin izləri olması; - şahid1kı heroinlə kimyəvi tərkib eyniliyi. Kimyəvi tərkib eyniliyi narkotik vasitənin eyni mənbədən gəlməsini göstərə bilər, lakin onu konkret olaraq Təqsirləndirilən şəxs satdığını sübut etmir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində eyni tərkibli maddələrin müxtəlif şəxslərdə aşkar olunması adi haldır. Satış məqsədinin müəyyən edilməsi üçün aşağıdakılar nəzərə alınmalıdır: - istehlakçı ilə əvvəlcədən razılıq; - satışa dair birbaşa sübutlar; - qablaşdırma və avadanlıq; - digər obyektiv hallar. Bu işdə isə: - əvvəlcədən razılıq sübut olunmayıb; - pul vəsaiti aşkar edilməyib; - nəzarətli alış keçirilməyib; - əməliyyat müşahidəsi aparılmayıb; - yalnız 0,228 qram heroin aşkar olunub ki, bu da narkomaniya xəstəsi olan şəxsin şəxsi istifadəsi ilə uyğun gəlir. Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olması rəsmi narkoloji rəylə təsdiq edilmişdir. Bu hal satış məqsədi ehtimalını zəiflədir və şəxsi istifadə ehtimalını gücləndirir. Təqsirsizlik prezumpsiyası və şübhələrin təfsiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Iş üzrə aşağıdakı aradan qaldırılmamış şübhələr mövcuddur: - narkotik vasitənin həqiqətən onun üzərindən götürülüb-götürülməməsi; - telefonun kimə məxsus olması; - yazışmaların kim tərəfindən aparılması; - audio səslərin kimə məxsus olması; - şahid1 əlaqə saxladığı şəxsin kimliyi; - etirafedici ifadənin könüllü olub-olmaması. Bu qədər ciddi şübhələrin mövcud olduğu halda məhkumetmə hökmünün saxlanılması qanunun tələblərinə ziddir. Sübutların təqdim edilməsində prosessual pozuntular Telefon məlumatlarında olan mesajların, SMS-lərin və səs yazılarının həqiqiliyi yoxlanılmamış, onların əldə olunma mənbəyi və dəyişdirilib dəyişdirilməməsi barədə ekspertiza təyin edilməmişdir. Müdafiə hüququnun məhdudlaşdırılması Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi bir sıra vəsatətlər, o cümlədən məhkumun xaricdə yaşayan atasının onlayn qaydada şahid və ya nümayəndə qismində dindirilməsi barədə vəsatət təmin edilməmişdir. Halbuki həmin şəxsin iş üzrə mühüm məlumatlara malik olduğu və onun ifadəsinin müdafiə mövqeyinin tam təqdim olunması üçün zəruri olduğu bildirilmişdir. Hakimin qərəzsizliyi ilə bağlı şübhələr Müdafiə tərəfi məhkəmə baxışının əvvəlində hakim Mətanət Hacıyevanın işə baxmasına etiraz etmişdir. Etirazın əsası əvvəlki illərdə məhkumun atasının iştirak etdiyi başqa bir məhkəmə prosesində həmin hakimlə ciddi mübahisənin baş verməsi və işin sonradan başqa hakimə verilməsi ilə bağlı olmuşdur. Bu hal hakimin qərəzsizliyi ilə bağlı əsaslı şübhələr yaratdığından, həmin məsələ məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. 6 Son sözə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməməsi- Təqsirləndirilən şəxs son sözə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməmiş, son sözün deyilməsi qəfil tələb edilmiş və hazırlıq üçün yalnız qısa müddət ayrılmışdır. Bu hal müdafiə hüququnun səmərəli həyata keçirilməsi prinsipinə zidd olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə zamanı saxlanma şəraiti Təqsirləndirilən şəxs uzun müddət davam edən məhkəmə baxışı ərzində şüşə qəfəsdə və qandallı vəziyyətdə saxlanılmışdır. Məhkəmə bu məhdudiyyətlərin zəruriliyini əsaslandırmamışdır. Belə münasibət onun psixoloji vəziyyətinə mənfi təsir göstərmiş və müdafiə hüququndan tam və sərbəst istifadə etməsinə mane olmuşdur. Ibtidai istintaqda vəkillə təmin olunmama Ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş vəkil təqsirləndirlən şəxslə faktiki əlaqə saxlamamış, müdafiə mövqeyini öyrənməmiş və hüquqi yardım göstərməmişdir. Ailə tərəfindən müqavilə əsasında cəlb edilmiş vəkilin isə məhkumla görüşməsinə müstəntiq tərəfindən imkan verilmədiyi bildirilmişdir. Həmin vəkilin şahid qismində dindirilməsi barədə vəsatət də məhkəmə tərəfindən rədd edilmişdir. Şəxsiyyət vəsiqəsi ilə bağlı halların araşdırılmaması Müdafiə tərəfinin bildirdiyinə görə, 2021-ci ildə baş vermiş hadisə nəticəsində məhkumun şəxsiyyət vəsiqəsi və digər əşyaları əlindən alınmış, lakin həmin sənəd uzun müddət qaytarılmamışdır. Hazırkı cinayət işində isə şəxsiyyət vəsiqəsinin niyə onun üzərində olmaması istintaq və məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən yeni məhkəmə araşdırması zamanı araşdırılmalı hallar; Apellyasiya instansiyasında aşağıdakıların araşdırılmasını xahiş edirik: - telefonun IMEI üzrə əvvəlki istifadəçilərinin müəyyən edilməsi; - audio fayllar üzrə fonoskopik ekspertiza təyin edilməsi; - əməliyyat əməkdaşlarının ziddiyyətli ifadələrinin yenidən yoxlanılması. Hesab edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanunsuz və əsassızdır. Iş üzrə 7 toplanmış sübutlar Təqsirləndirilən şəxs təqsirini şübhədən kənar sübut etmir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini və əlavəsini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi sübuta yetirilmədiyindən ona bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 verilmiş apellyasiya şikayətinin və əlavəsinin dəlillərini əsassız hesab edərək, şikayətin və əlavəsinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin və əlavəsinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin və əlavəsinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin və əlavəsinin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi inkar edilmiş və bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılan vaxt onun üzərində narkotik vasitə və elektron tərəzi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni Iranlıdan almışdır. Onu 3-4 nəfər polis əməkdaşı saxlamışdır. Saxlanıldığı dövrdə narkotik vasitə istifadə etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçiləndə hakimə üzərindən aşkar olunmuş narkotik vasitənin və tərəzinin ona məxsus olmamasını bildirməmişdir. Demişlər ki, izahatında nə yazmısansa hakim qarşısına çıxanda da onu deməlisən. Məcbur qalıb boynuna götürmüşdür. “Samsung” markalı mobil telefon Ağa adlı şəxsin olmuşdur. Onda “Xiaomi” markalı telefon olmuşdur. Ağa ilə bir məhəllədə qalırlar. O, həbsdən çıxanda Ağa telefonunu ona vermişdir. ********** telefon nömrəsini o, işlətmişdir. Həmin nömrəni 5-6 gün işlətmişdir. şahid1 tanımır. O, həbsdən noyabrın 8-i çıxmış, yanvarın 22-də onu saxlamışlar. Təxminən 1 ay telefon onun istifadəsində olmuşdur. Istintaqda verdiyi ifadəsinin məzmununu bölmədə demişlər. Onu döyməmişlər, lakin boynuna almasa 1 kq narkotiklə rəsmiləşdirəcəklərini demişlər. O da razılaşmışdır. Telefona köhnə emailini yükləmişdir. Mesajlar onun telefonu istifadə etdiyindən əvvəlki dövrə aiddir. Saxlanılanda ətrafda polislərdən başqa heç kim olmamışdır. Onun üzərində narkotik vasitə və elektron tərəzi olmamış, yalnız telefon olmuşdur. Ittihamla razı deyil, telefon Ağaya məxsus olmuşdur. Təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə azadlığa buraxılmışdır. Təxminən bir ay olar ki, yenidən narkotik vasitələr istifadə etməyə başlamışdır. Bir ay əvvəl “instagram” sosial şəbəkəsində özünü Iran Islam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxsdən “zakladka” yolu ilə narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. ## ###### 2025-ci il tarixdə Qara Qarayev metrostansiyasının yaxınlığında məhəllələrdən birində ağacın yanına qoyulmuş narkotik vasitə olan 04 ədəd büküm heroini ona göndərilmiş konumdan götürərək üzərində saxlamışdır. Həmin narkotik vasitə heroin qarşılığında ona göndərilmiş kart hesabına 30 manat pul göndərmişdir. Təxminən 20 gün əvvəl sosial şəbəkədən təsadüfən tanıdığı, lakin üzünü görmədiyi Rüstəm adlı şəxs “Whatsapp” vasitəsilə onunla əlaqə yaradaraq narkotik vasitə istədiyini bildirmişdir. O, ## ###### 2025-ci il tarixdə “Interturan” mebel salonunun yaxınlığında qarajın yanına ## ###### 2025-ci il tarixdə götürdüyü narkotik vasitə olan heroin bükümlərindən bir ədədini qoyaraq Rüstəmə həmin ünvanın konumunu göndərmişdir. O, həmin narkotik vasitə olan heroin qarşılığında onun “M10” hesabına 10 manat pul göndərmişdir. ## ###### 2025-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında piyada şəklində gəzən zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt narkotik vasitə olan heroin bükümləri üzərində olsa da imkan tapıb ata bilməmişdir. Onun üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi ona bildirilmişdir. Çəkiliş zamanı üzərində qadağan olunmuş maddə olduğu halda təqdim etməyi bildirilmiş və o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən ## ###### 2025-ci il tarixdə aldığı narkotik vasitə olan 03 ədəd bükümdə heroin bükümlərini və narkotik vasitəni alan zaman aldadılmamağı üçün istifadə etdiyi 01 ədəd üzərində AOSAI yazılan elektron tərəzini təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ cibindən istifadə etdiyi “Samsung” markalı mobil telefon aşkarlanmışdır. Həmin aşkar olunmuş bükümlər və tərəzi qablaşdırılmışdır. Sonra polis əməkdaşları tərəfindən Nizami rayon Polis Idarəsinə gətirilmişdir. Orada üzərinə yoxlanış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və o həmin protokolu imzalamışdır. Idarədə vəkillə təmin olunmuş və onun iştirakı ilə izahatı alınmışdır. Sorğu-sual edilərkən təqsirləndirlən şəxs Aslan Sadıqov ifadəsinə əlavə olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsusdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitələri əsasən şəxsi istifadəsi üçün əldə etmiş, lakin tanıdığı şəxs olduğu halda pul qarşılığında və təmənnasız halda ona narkotik vasitə vermişdir. O, narkotik vasitə olan heroini zakladka yolu ilə götürdüyü yerdən büküm halında götürdüyündən həmin narkotik vasitələr büküm halında qalmışdır. Tərəzini narkotik vasitə olan heroini əldə edən zaman Iran Islam Respublikası vətəndaşı onu aldatmasın deyə üzərində gəzdirmişdir. Ona narkotik vasitəni satmış Iran Islam Respublikası vətəndaşının mobil nömrəsini, pul göndərdiyi kart hesabını bilmir, yazışmaları sildiyindən kart hesabı və nömrəsi onda yoxdur. O, şahid1la sosial şəbəkə vasitəsilə tanış olmuş, ondan narkotik vasitə istədiyindən zakladka yolu ilə ona narkotik vasitə heroin satmış, onu üzdən tanımır. Ona sadəcə bir dəfə narkotik vasitə satmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitədən Rüstəmdən başqa heç kimə narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs əlavə dindirilən zaman bildirmişdir ki, “xxxx” MMC-dən daxil olan məlumatlarla əlaqədar ********** mobil nömrə onun istifadəsində olmuş, +************ mobil nömrənin kimə məxsus olmasını bilmir. Yazışmada həmin mobil nömrənin sahibi ondan narkotik vasitə və ya psixotrop maddə istəmiş, yazışma ilə əlaqədar başqa məlumat xatırlamır. +************ mobil nömrənin kimə məxsus olmasını bilmir. Yazışmada qeyd olunan “mal” dedikdə narkotik vasitə heroin nəzərdə tutulmuşdur. +************ mobil nömrənin kimə məxsus olmasını bilmir. Ona mesaj yazan şəxsin kim olmasını xatırlamır, yazışmada “Torpaq” deyildikdə narkotik vasitə heroin, “daş” isə psixotrop maddə metamfetamin nəzərdə tutulmuşdur. +************ mobil nömrənin kimə məxsus olmasını xatırlamır, həmin şəxsə yazdığı mesajda “tema” narkotik vasitə heroindir, başqa məlumat xatırlamır. +************ mobil nömrənin kimə məxsus olmasını xatırlamır. Mesajdakı yazışmada “Kənan” adlı şəxsin anket məlumatları barədə ətraflı məlumatı yoxdur, onu ortaq tanışları vasitəsilə tanımışdır. O, Kənan adlı şəxsə narkotik vasitə heroin vermək niyyətində olmuş, bu səbəbə həmin məzmunda mesaj yazmış, lakin ona narkotik vasitə verməmişdir. Məhkəmə kompyuter-texniki ekspetizasının ## #### 2025-ci il tarixli *-**- **/*-*/***/**** nömrəli rəyinə əlavə edilmiş DVD diskdə öz əksini tapan məlumatlarla əlaqədar səs yazısında olan danışıqlarda danışan şəxsin o, olmasını, səs yazılarında adı keçən “Məhəmməd” adlı şəxsin Iran Islam Respublikası vətəndaşı olmasını, danışıqda sözügedən “torpaq” narkotik vasitə heroin, “daş” psixotrop maddə metamfetmin, “kola” narkotik vasitə heroindir. Ona təqdim olunan fotoşəkillərdəki siqaret kağızının üzərindəki qara rəngli maddə narkotik vasitə heroin, ağ rəngli maddələr isə psixotrop maddə metamfetmindir. Həmin fotoşəkilləri o, narkotik vasitələr və psixotrop maddələr qəbul edən zaman çəkmişdir. Ox işarəsi qoyulan şəkillərdən Interturan yazılan fotoşəkil şahid1 narkotik vasitə heroin satan zaman narkotik vasitəni qoyduğu konumun şəklini çəkib ona göndərmişdir. Digər fotoşəkillər isə narkotik vasitə heroin əldə edən zaman ona göndərilən konumların fotoşəkilləridir. Ona təqdim olunan videolarda hər iki videoları çəkən şəxs odur, siqaret kağızının üzərində olan maddə narkotik vasitə heroindir, həmin videoları çəkən zaman narkotik vasitənin təsirində olduğundan dediyi sözlər barədə məlumatları xatırlamır, videodakı “Fərid” adlı şəxsin anket məlumatları barədə heç bir məlumat xatırlamır. Üzərindən aşkarlanan narkotik vasitə olan heroin bükümlərinin ona təqdim olunan danışıq, foto və videoda sözügedən narkotik vasitələr və psixotrop maddələrlə eynilik təşkil etmir, həmin danışıqlar köhnədir, sadəcə şahid1 satdığı narkotik vasitə heroinin konumunun şəkli eynilik təşkil edir. Təqsirləndirilən şəxs sözügedən ifadəsinin elan olunmasından sonra bildirmişdir ki, o, etirafedici ifadəsini təzyiq altında vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis Idarəsinin X9 baş əməliyyat müvəkkili, R şahid4 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat tapşırığına əsasən əməliyyat qrupu yaradılmış, şəxsin yeri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Şərifli küçəsi 4B ünvanında saxlanılmışdır. Üzərinə baxış keçirilmiş, üzərindən 3 büküm narkotik vasitə-heroin, bir ədəd tərəzi, bir ədəd mobil telefon aşkar olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, şahid1 saxlanılmasında iştirak etməmişdir, digər əməkdaşlar iştirak etmişlər. Əməliyyat tapşırığı şahid1 narkotik vasitə satmış Sadıq adlı şəxs barəsində olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış saxlanıldığı yerdə keçirilmişdir. Özlərini təqdim etmişlər, təqsirləndirilən şəxsə yaxınlaşanda normal, adekvat reaksiya vermiş, telefonla çəkiliş aparılmış, özü könüllü təqdim edib ona məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis Idarəsinin X9 əməliyyat müvəkkili, R şahid5 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla bağlı tədbirdə iştirak etməmişdir, şahid1 Tofiq oğlunun saxlanılmasında iştirak etmişdir. ## ###### 2025-ci il tarixdə şahid1 Tofiq oğlu tərəflərindən saxlanılmış, üzərinə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. şahid1 narkotik vasitəni Sadıq adlı şəxsdən aldığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şahid1 Tofiq oğlu barəsində məlumat daxil olmuşdur. Tədbir keçirilmiş, həmin şəxs saxlanıldıqda narkotoik vasitəni Sadıq adlı şəxsdən aldığını bildirmişdir. Rüstəmin verdiyi məlumat əsasında əməkdaşlar Sadıq adlı şəxsi saxlamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis Idarəsinin X9 əməliyyat müvəkkili, R şahid3 ifadəsində bildirmişdir ki, şahid1 narkotik vasitə satmış "Sadıq" adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Nizami rayonu ərazisində tədbirlərin keçirilməsi qərara alınmışdır. O, şahid4, şahid6 ilə birlikdə ## ###### 2025-ci il tarixdə Nizami rayonu, Şərifli küçəsinə gəlmişlər. Həmin gün günorta radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan bir şəxsin piyada gəldiyini görmüşlər. Həmin şəxs saxlanılmış, paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya psixotrop maddə olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan o "Samsung" markalı videokamera vasitəsilə video çəkmiş, Eldar və Hikmət saxlanılan şəxsin üstünü yoxlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, psixotrop maddələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan üç ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, bir ədəd elektron tərəzini və bir ədəd "Samsung" markalı mobil telefonu təqdim etmişdir. Idarəyə gətirmişlər, orada protokol tərtib olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin konum olduğu yeri etiraf etmişdir. Əməliyyat məlumatı şahid4 daxil olmuşdur. Məlumat narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Üzərinə baxış saxlanıldığı yerdə keçirilmişdir. Əməliyyat qrupunun rəhbəri Hikmət olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilib keçirilməməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis Idarəsinin X9 əməliyyat müvəkkili, R şahid6 ifadəsində bildirmişdir ki, 11 yanvarda tutulan şəxs ifadəsində narkotik vasitəni Sadıq adlı şəxsdən aldığını bildirmişdir. 22 yanvar günorta radələrində, onun, Hikmət və Yunis tərəfindən həmin şəxs saxlanılmış, üzərinə baxış keçirilmiş, üzərindən telefon, tərəzi və 3 büküm “kakos” çıxmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, çəkiliş çöldə olmuşdur. Əməliyyat məlumatı deyildi, saxlanılmış Rüstəm adlı şəxs ifadə verərək narkotik vasitəni Sadıq adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat tapşırığı şahid4 daxil olmuşdur. Şəxsin görünüşü onlara məlum olmuşdur. Portalından, işlətdiyi nömrədən, telefon nömrəsini istintaq müddətində göstərmişdir. Başqa şəxsin yanına gələndə Qara Qarayevdə saxlanılmışdır. Saxlanılan vaxt Təqsirləndirilən şəxs qarşı hər hansı bir zorakılık olmamışdır. Saxlanılan şəxs evində narkotik vasitə olmasını bildirsə evinə baxış keçirilir. Saxlanılanların çoxu deyir ki, onun deyil, Sadıqın da inkar etməsi normaldır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis Idarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili, R şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Digər şəxs şahid1 tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs tanımır. ## ###### 2025-ci ildə Şirin Mirzəyev küçəsində Rüstəm adlı şəxsi saxlamışlar, o, videoçəkiliş aparmış, üzərindən 1 ədəd heroinə bənzər büküm aşkarlanmışdır. Sonra ekspertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rüstəm narkotik vasitəni telefon vasitəsilə Sadıq adlı şəxsdən almasını bildirmişdir. O, videoçəkiliş aparmış, istintaqda verdiyi ifadəsi dəqiqliklə yadında deyil. Məhkəmə baxışında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, elə internet vasitəsilə tanımışdır, əvvəldən heç bir danışıqları olmamışdır. Internet vasitəsilə sosial şəbəkədə olan nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs birinci dəfədir görür. Internet vasitəsilə əlaqəyə çıxmış, yazmış, Sadıq adlı şəxs konum atmış, konum əsasında gedib narkotiki götürmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. Instagramda olan nömrə ilə tanış olmuşdur. Həmin nömrə yadında deyil, üstündən xeyli vaxt keçib, “kola”, yəni heroin istəmişdir. 10 manat pulu “M10” hesaba köçürmüşdür. Konum atmış, gedib götürmüş, polis əməkdaşları saxlamışlar. Instagramda olan nömrəyə zəng etməmiş, səsini 1-2 dəfə eşitmiş, ona səs göndərmişdir. Burada danışsa, bəlkə də həmin səs olduğunu müəyyən edə bilər. Instagramda “narkotik satış” yazmışdır, həmin profil çıxmış, ona yazmışdır ki, adı Sadıqdir. Profil adını xatırlamır, “whatsaap”da yazmışdır, onun telefonunda Sadıq adlı şəxsin “whatsaap” nömrəsi var. Əməliyyatçılar onu tutanda, telefonunu açıb baxmışlar. Həmin nömrəyə yazmış, narkotik vasitə istəmişdir, soruşmuşdur ki, harada qalırsan, demişdir ki, 8-ci km-də qalır. O da Qara Qarayevdə olduğunu bildirdikdə həmin şəxs konum ata biləcəyini demişdir. Konum atmış, həmin yerə gedib narkotiki götürmüşdür. Şəxsin özünü görməmiş, konumla götürmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanan zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 3 ədəd siqaretin qızılı kağızına bükülmüş tünd qəhvəyi rəngli heroinə bənzər maddəni və bir ədəd üzərinə AOSAI yazılan elektron tərəzini və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Şübhəli şəxsin tutulması barədə ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Asanov Sadıq Gülbala oğlunun üzərindən aşkar edilmiş maddi sübut..” yazıları olan ümumilikdə iki ədəd zərfin içərisində qablaşdırılmış - 3 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,072 qram, 0,071 qram ümumi təmiz çəkisi 0,228 qram açıq qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər müəyyən edilmişdir. Heroin iz şəklində olduğu üçün təmiz çəkisini müəyən etmək və bükümlərdəki heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Bakı şəhəri Nizami RPI-nin X9 baş əməliyyat müvəkkili, R şahid4 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-796-32- ** saylı mobil nömrəsindən ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin, SMS mətnlərinin, abonentin anten dairəsinin müəyyən edilməsi məqsədilə texniki məlumatları özündə əks etdirən diskə baxış keçirilərkən diskdə 4 ədəd Pdf faylı olduğu məlum olmuşdur. 517963261_SMS adlı faylda +************ mobil nömrədən +************ mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 19:25:54-də göndərilən mesajda – “мени ломкада сахлама”; +************ mobil nömrədən +************ mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 20:21:02-də göndərilən mesajda – “Gel sene mal verim veziyyetden cix giz”; +************ mobil nömrədən +************ mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 21:13:50-də göndərilən mesajda – “Gagaw Torpaq gətirdim daş yoxdu mene biraz daş verde hec olmasa zaklatka ele Gedim götürüm niye cindırlıx eliyirsen ne pislik eledim”; +************ mobil nömrədən +************ mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 22:57:32-də göndərilən mesajda – “Ay giz, butkadan yig meni, senin temavi verim get istirahet ele”; +************ mobil nömrədən +************ mobil nömrəyə ##.##.2025-ci il tarixdə saat 16:35:23-də göndərilən mesajda – “Beledeki men Kanana mal gret elemeliydim ona gore yigirdim” məzmunda mesajların olması müəyyən edilmişdir. 994517963261 adlı faylda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır, abuneciler adlı faylda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır, antenna-2024 adlı faylda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Antenna-2025 adlı faylda 994517963261 mobil nömrəsinin ##.##.2025-ci il tarxdə Bakı şəhəri, Nizami rayonu ərazisində istifadə olunması öz əksini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X2 Nizami rayon şöbəsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, ** saylı rəyinin nəticə hissəsindən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X5-Narkoloji tibbi yoxlamanın ## ###### 2025-ci il tarixli, 1186nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2024 cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompüter texniki ekspertizasının ## ###### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android 6.0.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J7” markalı “SM-J700H” modelli “352848073038644, 352849073038642” IMEI kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J7” markalı “SM-J700H” modelli mobil smartfonun yaddaşında “UFED 4PC” adlı proqram təminatı vasitəsilə (kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, audio, video fayllar, “Whatsapp”, proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) mövcud və silinmiş məlumatlar əldə olunmuş, həmin məlumatlar “Ekspertiza 5- 108” adlı qovluqda 01 ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş şahid1 aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 (üç) ədəd bükümdə olan heroin öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Diskə baxış keçirilməsi haqqında ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli */*** nömrəli rəyinə əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirən zaman “Audio” adlı faylın içərisində yerləşən PTT-20250106- WA0022.opus_converted adlı audi faylda: “Sənin qadavı alaram nə var nə yox Məhəmməd işlər güclər Məhəmməd bidənə mənə maraqlanıb deyərdin də “torpağın” ərazisi hardadır? Nərimanovdadır yoxsa Bakının kəndlərindədir? təxmini ərazini deyərdində burdan zakaz eləmək istəyirəm taksi pulum azdır bir dənə mənə deyərdin də”; PTT-20250106-WA0024.opus_converted adlı audi faylda: “Bilmirsən Məhəmməd sənin qadavı alaram iki dənə “torpaq” lazımdır Məhəmməd mənə konumu demə ее şəkil istəmirəm ərazi Bakıdadır, yoxsa Bakının kəndindədir, oğlandan soruş da Bakıdadır yoxsa Bakının kəndindədir bir dənə oğlandan soruş təxmini bilim da hardadır”; PTT-20250106 WA0025.opus_converted adlı audi faylda: “Məhəmməd vallah uzağa atırlar ее sən bilmirsən, Bakıda qalmırsan xəbərin yoxdur, Bax bunlar atırlar çox uzağa uje mən 10 gündür 30 manat taksiyə pul verirəm bir “torpağın” pulunu verirəm taksiyə, Məhəmməd əvvəllər atırdılar şəhərə metronun yanına yaxın yerə indi atırlar Binəyə, Bakının kəndinə çox uzaqdı 40 manat, 35 manat verirəm taksiyə elə bil mən sənə 80 verirəm bir 30 da verirəm taksiyə day mən gedib əldən alaram da nə xeyri oldu ki, vallah çox uzağa atırlar kəndlərə atırlar”; PTT-20250106-WA0026.opus_converted adlı audi faylda: “Keçən dəfə yaxşı atmışdı Bakıya atmışdı, Nərimanova metronun yanına atmışdı, bir dəfə Inşaatçılar metrosunun yanına atmışdı, yaxşıdı Binəqədiyə atmışdı bir dəfə, Bakının kəndinə, 35 manat verirəm taksiyə, vallah nə deyim, sən təxmini yeri deyərdin mən bilərdim yaxındı pulu vurum gedim götürüm, uzaqdısa vallah mənim taksi pulum çatmır pulum yoxdur, təxmini yeri deyərdin təxmini yeri deyərdin”; PTT-20250106-WA0028.opus_converted adlı audi faylda: “Məhəmməd uşaqdı ее gəlir yanıva 80 manat pulu var iki dənə “torpaq” istəyir, taksi pulu da yoxdur, deyir uzağa atıbsa Bakının kəndinə, mən gedə bilməyəcəm deyir, ona görə qalıb belə deyir soruş gör hara atır, təxmini mən də deyəcəm bilmir də Məhəmməd də bilmir, çünki o Bakının kəndinə gedə bilməyəcək, 30 manat taksi pulu olacaq bunun da pulu yoxdur, 85 manat pulu var, 80 manat verdi iki dənə “torpağa”, 5 manat taksi pulu qalır, Bakıya atıbsa yaxına zakas eləmək olar, sən bir dənə öyrən oğlandan”; PTT-20250106 WA0029.opus_converted adlı audi fayılda: “Nətər sənin işçindir da zaklatşik bir dənə soruşa bilmirsən hardadır, ərazi haradır, Bakıdır?, kənddir?, “Nərimanov” metrosudur? Inşaatçılardır? Təxmini yeri desin da, konum atmasın yeri desin təxmini hansı ərazidir? Onu öyrənməyə nə var ki, Məhəmməd mən də o uşağa deyim, o da işini bilsin da”; PTT 20250106- WA0035.opus_converted adlı audi faylda Iran ləhcəsində bir nəfər şəxs “yeri mən bilmirəm vallah bilmirəm”; PTT-20250106-WA0037.opus_converted adlı audi faylda: “Ay Məhəmməd sən yığıb o zaklatşikdən soruşa bilmirsən ki, o yer harda olur onlar bilirlər də, sənin zaklatşikindi, sənin işçindi” PTT- 20250106-WA0038.opus_converted adlı audi faylda: “Uşaqlar ata bilmirlər yaxın yerə, sənə mən 80 manat pul verirəm 2 qram zakaz eliyirəm 80 manatın yarısını taksiyə verirəm gəlib çıxır 120 manata, day nə oldu ki, eyni şey oldu Bakıda Binəyə atır, Kürdəxanı kəndinə atır”; PTT-20250106- WA0051.opus_converted adlı audi faylda: “Ay qaqaş sən kayfdasan belə eləmə də Sadiq danış onla 75 manata atırsa hara atırsa mən gedib götürəcəm da ala 75 manata atırsa pulu vuraq yeri atsın da”; PTT 20250106-WA0052.opus_converted adlı audi fayılda: “Bilmir də 75-ə demişəm görək nə deyir, dedim, 75-ə razı olmayacaq da, day elə nə oldu 50 manat verək 2 qram götürək, mən onun yerinə olsam razı olmaram sən öl, o hələ 90-a verir mən 80-ə götürürəm, qoy görək yazacaq indi yazsın razı olsa deyərəm iki dənə “torpaq”, qaqaş indi 5-10 dəqiqəyə atmalıdır, atsaydı zor olardı xəbər gözdüyürəm”; PTT- 20250106-WA0053.opus_converted adlı audi faylda: “Məhəmməd sənin qadavı alım 2 dənə “torpaq” lazımdı, indi məndə 75 manat pul var indi oğlan 5 dəqiqəyə gəlir 5 manatı da gətirsin gətirən kimi 80 manat düzəlir mən pulu vurum”; PTT-20250106-WA0055.opus_converted adlı audi faylda: “iki dənə "torpaq” vuraydı, mən də bir xırda “daş” qalıb onu verərəm sənə”; PTT-20250106 WA0065.opus_converted adlı audi faylda: “ Qaqaş denən yoxdur da indi sabaha zada pulu düzəldib vurarıq denən 80 manatımız var, bir dənə “kola” bir dənə “patı” at da bizim üçün”; PTT-20250106- WA0067.opus_converted adlı audi faylda: “Ay qaqa imkan vermirsən ее telefonu əlimə alan kimi sən zəng vurursan, yada nəsə yazırsan, dedim axı sənə iranlıya yazıram tappatap hər tərəfdən döşüyürsən səbirli ol da”; PTT-20250108 WA0056.opus_converted adlı audi faylda: Iran ləhcəsi ilə bir nəfər “Hə vardı hə atım gəlsin kartı? Vardı hə 4 “torpaq”, 1 “daş” atım gəlsin?”; PTT-20250109- WA00007.opus_converted adlı audi faylda “Qaqaş sənin qadavı alım mən Qara Qarayevdəyəm məni camaat gözləyir 5-6 nəfər adam gözləyir, pullarını almışam, mallarını verməliyəm” məzmunda səs yazıları aşkar olunmuşdur. Həmçinin, “image” adlı faylda müxtəlif məkanlarda çəkilmiş və ox işarəsi qoyulmuş fotoşəkillər, həmçinin içərisində ağ rəngli kristal halında maddələr olan kağız parçasının çəkilmiş fotosu, siqaret kağızının üzərinə qoyulmuş qara rəngli maddə və açılmış halda içərisində ağ rəngli maddələr olan büküm fotoşəkli, siqaret kağızının üzərində olan qara rəngli maddənin fotoşəkli, kağızın üzərində olan ağ məddə, büküm halında içərisində qəhvəyi rəngli maddələr olan büküm fotoşəkillər aşkarlanmış, həmin fotoşəkillər çap edilərək protokola əlavə olunmuşdur. “Video” adlı faylda yerləşən VID-20250105 WA0083 adlı video fayla baxış zamanı videonu çəkən şəxsin stolun üzərinə qoyulmuş siqaret kağızının üzərində olan maddəni videoya çəkərək “qaqamın malıdı ее qaqamınmalıdır, özünün yeri məlum, neyniyəy, əsl o şəhərin adı nəydi Iranda var idi o, nəsə əsl o şəhərin malındandır ən qəşəyindəndir” sözlərini deməsi, VID- 20250118-WA0009 adlı video fayla baxış zaman videonu çəkən şəxs üzərinə içərisində şəffaf selofana qoyulmuş qəhvəyi rəngli maddə olan büküm qoyulmuş, üzərində 0,17 çəkisi yazılmış elektron tərəzinin videosunu çəkərək “Ay Fərid evdə düzəltdiyin qar var ha bax Allaha and olsun qoymuşam bura 0,2-də yoxdur heç şkonxaynan bir yerdə ha bayaxda Murada vermişəm deyir 02 deyil, təzdən götürüb ona 3 dənə çet vermişəm, gəlib evdə baxıram düz deyir da yetimlər qaqaş, səndə deyirsən bizdə belə elədir, bizə belə gəlir yarıdır, yarı döyül qaqaş” sözlərini deməsi müəyyən olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən çəkilmiş videogörüntünün əks olunduğu bir ədəd disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş bir ədəd disk və “xxxx” MMC-dən daxil olmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,228 qram narkotik vasitə heroin və 1ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy J7” markalı mobil telefon cinayət işi üzrə maddi sübut qismində tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,093 qram narkotik vasitə-heroin, 1ədəd elektron tərəzi və “Samsung Galaxy J7” markalı mobil telefon saxlanması üçün Nizami RPI-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdarda hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli, * saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 04 ədəd bükümdə ümumi təmiz çəkisi 0,246 qram olan natkotik vasitə heroin əldə edib, həmin narkotik vasitə heroinin bir bükümünü ## ###### 2025-ci il tarixdə şahid1 satması və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qalan 03 ədəd bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 0,228 qram narkotik vasitə heroini üzərində saxlamaqla daşıması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir. Hansı ki, həmin ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsassızdır. Təqsirləndirilən şəxsin üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 03 ədəd bükümdə xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,072 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,228 qram açıq qəhvəyi rəngli, xarici görünüş və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülməsi videogörüntü ilə də öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə baxışında tədqiq edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, şahid1 aşkar edilmiş 01 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə olan heroin öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs hazırda, əməliyyat-axtarış tədbirləri zamanı ona təzyiq göstərildiyi və s. barədə qeyd etsə də, ibtidai istintaq mərhələsində belə təzyiqlər olması barədə bildirməmiş və ya qanunla müəyyən edilmiş qaydada şikayət verməmişdir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan mobil telefonun Ağa adlı şəxsə məxsus olmasına, telefonda olan SMS mətnlərinin onun istifadə etdiyi vaxtdan əvvəlki dövrə aid olmasına dair bidirdiyi xüsusatla əlaqədar məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq edilmiş ***-***-**-** saylı mobil nömrəyə ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan SMS mətnlərindən, “Audio” faylda olan səslərdən görünür ki, gələn SMS-lərdə, həmçinin audiosəslərdə *** ***- **-** saylı mobil nömrəni işlədən şəxsə “Sadıq, “Saşa” deyə müraciət edirlər, həmçinin SMS mətnlərinin göndərildiyi tarix telefonun Təqsirləndirilən şəxs istifadəsində olduğu müddətə aiddir. Bundan başqa məhkəmə baxışında məhkəmə kompüter-texniki ekspetizasının ## ###### 2025-ci il tarixli, */*** nömrəli rəyinə əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirən zaman təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs telefonda olan “Audio” fayllardakı səslərin ona məxsus olmamasını bildirməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini bükümlər halında üzərində saxlaması, həmçinin narkotik vasitənin satışında istifadə etmək üçün üzərində tərəzi gəzdirməsi, tərəzinin üzərində narkotik vasitə heroinin izlərinin olması, şahid1 ifadəsində bildirdiyi xüsusatlar, şahid1 aşkar edilmiş 01 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə olan heroinin öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil etməsi, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil və xaric olan SMS mətnləri, audiofayllarda olan səsyazıları, fotoşəkillər onun üzərindən aşkar edilmiş 3 büküm narkotik vasitəni satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxsin verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, polis əməkdaşları tərəfindən ona psixi təsir edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, məhkəməyədək icraat zamanı bu məsələ qaldırılmamış, qətimkan tədbiri üzrə məhkəmə iclasında bu dəlili irəli sürməmiş, hüquq mühafizə orqanlarına şikayət etməmiş və buna görə bu məsələ ilə bağlı əsaslı şübhə mövcud deyildir. Məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Odur ki, ibtidai istintaq zamanı verilmiş ifadə, şahid ifadələri, şəxsi axtarış və götürmə, ekspert rəyləri, videoçəkiliş, maddi, sms mətnlər, eləcə də digər sübutlar şəxsin cinayət məsuliyyətindən azad edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekıırsorlarını könüllü sıırətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Ali Məhkəmə Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Lakin şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özüözlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1- ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli 34 maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan cinayətləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə dedikdə, təkcə cinayətin törədilməsində iştirak etmiş digər şəxslər bu cinayətin predmetlərinin saxlandığı, hazırlandığı və satıldığı yer haqqında deyil, onların qanunsuz dövriyyəsindən əldə edilən əmlakın olduğu yer haqqında da hüquq mühafizə orqanlarına məlumat vermə başa düşülməlidir. Qeyd edilən əsaslara görə məhkəmə haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul etmiş və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoymuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədilə narkotik vasitənin saxlanması əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutların yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, SMS mətnləri, səsyazıları, fotoşəkillər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs yanlış olaraq ittiham edilməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və videogörüntünün, ekspertiza rəylərinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi sanksiyası daxilində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəzanı yüngülləşdirən hallar müəyyən etməmiş, lakin sadəcə residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs minimum həddə yaxın cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə və əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və əlavəsi təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elmar Rəhimov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1137/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1137/2026
13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver