Məhkəmə qərarları › İş №1(3-6)-1147/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1147/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1147/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 İsmayıl oğlu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Femida Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(5-104)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(5-104)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, ## #### 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 2 ünvanında inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2014-cü il tarixli qərarı ilə təyin edilmiş 7000 manat cərimə cəzasının ödənilməmiş qalan 6565 manat hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 6565 manat cərimə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, cinayət yolu ilə özgənin əmlakını əldə etmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs ucuz qiymətə və ya kredit şərtləri ilə mənzil almaq istəyi barədə bildikdə, tamah niyyətilə, guya Bakı şəhəri, Yasamal rayonunda yerləşən hansısa Mənzil kommunal istismar sahəsində işləyən tanışının vasitəsi ilə Yasamal rayonu, X1 yaxınlığında Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən dövlət vəsaiti əsasında sosial təminat proqramı çərçivəsində yeni inşa olunmuş hündür mərtəbəli binalarda yerləşən 3 otaqlı mənzillərdən birini güzəştli olaraq kredit şərtləri ilə müsabiqədən kənar ona ayrılacağını yalandan vəd verib aldatmaqla etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs ilkin olaraq 2019-cu ilin yay aylarının əvvəlində Bakı şəhəri, Xətai rayonunda yerləşən Əhmədli qəsəbəsi ərazisində 3.000 manat, sonra 2019-cu ilin iyul avqust aylarında Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsindəki **/** saylı həyət evinin qarşısında 4.000 manat və daha sonra ## ######## 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsindəki **/** saylı həyət evinin qarşısında 5.000 manat miqdarda nağd pul vəsaitini almaqla ələ keçirmiş və götürdüyü pulların müqabilində heç bir iş görməyərək vədinə əməl etməyib, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12.000 manat - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, şikayətində hökmdən narazı olduğunu bildirib azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.12-ci bəndinə əsasən qadınlar amnistiya tətbiq edilən şəxslər dairəsinə daxildir. Təqsirləndirilən şəxs qadındır və ona istinad edilən əməlin amnistiya aktı qüvvəyə minənədək törədilməsi ehtimal olunur. Eyni zamanda, hökmün özündə göstərildiyi kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə başqa cinayət işi amnistiya aktına əsasən xitam olunmuşdur. Hazırkı işdə amnistiyanın tətbiqinə maneə kimi yalnız maddi ziyanın tam ödənilməməsi göstərilə bilər. Müdafiə tərəfi tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qalan hissəsinin ödənilməsi təmin edildiyi halda, amnistiyanın tətbiqi üçün hüquqi əsaslar yaranacaqdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsindən ziyanın qalan hissəsinin aydınlaşdırılması və ödənilməsi üçün şəraitin yaradılması xahiş olunur. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının tətbiq edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı maddi və digər tələbinin olmadığını, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.12-ci, 5.1 və 5.3-cü bəndlərinin tətbiq edilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 İsmayıl oğlu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.12-ci, 5.1 və 5.3-cü bəndlərinin tətbiq edilməsinin mümkün hesab edilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Apellyasiya şikayətində müdafiəçi təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tədbiq edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutları araşdıraraq məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin özünün birinci instansiya məhkəməsində etiraf etməsinə baxmayaraq, şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, təqsirləndirilən şəxsə aministiya qərarının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarında qeyd olunur: - 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); - 1.12. qadınlar; - 5.1 icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); - 5.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə - 5.2.1. bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); - 5.3. məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. - 26. apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının şamil edildiyi şəxlər dairəsinə daxil olduğundan və barəsində məhdudiyyətlər tətbiq edilən şəxslər kateqoriyasına aid olmadığından barəsində Qərarın 1.12-ci bəndi tətbiq edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs qadındır, əməlindən səmimi peşmandır və etiraf edir, həmçinin zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.12 və 5.2.1-ci bəndləri tətbiq edilərək o, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzasından azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401 və 407-ci maddələrini rəhbər tutaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının 1.12-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar