Məhkəmə qərarları › İş №1(3-6)-1148/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1148/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1148/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi2, zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə) ## #### 1971-ci ildə Saatlı rayonu, Tverskoy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğluna yuxarda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malik olmasının izah edilməsi qərara alınmışdır. Qərarla həmçinin, məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: İttiham tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Rəsulov İsmayıl Yahya oğlunun mərhum qardaşı Rəsul Rəsulova ayrılmış təqaüdün arvadı şahid1 adına keçirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «50 Qəpik» çay evində İsmayıl Rəsulovun 3.500 (üç min beş yüz) manat məbləğdə pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 3.500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Rəsulov İsmayıl Yahya oğluna əlil avtomobili almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «50 Qəpik» çay evində 1.500 ( min beş yüz) manat məbləğdə pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 1.500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Rəsulov İsmayıl Yahya oğlunun dostu X4 verilmiş əlillik sənədində “Azərbaycan Respublikasının azadlığı uğrunda” sözlərinin yazılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «50 Qəpik» çay evində İsmayıl Rəsulovun 1.000 (bir min) manat məbləğdə pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 1.000 (bir min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Rəsulov İsmayıl Yahya oğlunun dostu Nuriyev Telman İbi oğluna dövlət tərəfindən təmənnasız olaraq müharibə əlillərinə ayrılmış mənzil ilə təmin edilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «50 Qəpik» çay evində İsmayıl Rəsulovun 3.500 (üç min beş yüz) manat məbləğdə pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 3.500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Rəsulov İsmayıl Yahya oğlunun dostu şahid4 müharibə iştirakçısı kimi dövlət tərəfindən ayrılmış və sonradan dayandırılmış təqaüdün bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «50 Qəpik» çay evində İsmayıl Rəsulovun 3.500 (üç min beş yüz) manat məbləğdə pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda tanışı Rəsulov İsmayıl Yahya oğlunun dostu şahid5 Nəftulla oğlunun övladı X3 dövlət tərəfindən ayrılmış və sonradan dayandırılmış əlillik təqaüdün bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin fevral ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «50 Qəpik» çay evində İsmayıl Rəsulovun 1.200 (bir min iki yüz) manat pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib, zərərçəkmiş şəxsə 1.200 (bir min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin qərardan zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittihamedici hökmün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarda qeyd edir ki, göründüyü kimi ibtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ümumilikdə 07 (yeddi) ay 21 (iyirmi bir) gün istintaqdan və məhkəmədən yayınmışdır. Qeyd olunan cinayət hadisəsi 2023-cü ilin fevral ayında törədildiyindən cinayət məsuliyyətinə cəlbetmə müddəti yuxarıda qeyd olunan 07 (yeddi) ay 21 (iyirmi bir) gün nəzərə alınmaqla ən uzağı 2025-ci ilin oktyabr ayının sonunda başa çatmışdır. Qeyd olunan cinayət işi isə ## ######## 2025-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur.” Məhkəmə hüquq elminə sanki yenilik gətirirmiş kimi “ən uzağı” ifadəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin sona çatmasını qeyd etmişdir. Yəni “ən uzağı” deməklə məhkəmə nə etmək istəmişdir. Bəs “ən yaxını” olmuş olsaydı necə olardı görəsən? Təqsirləndirilən şəxs qarşı yönəlmiş ittihamlar tam təsdiqini tapmasına baxmayaraq məhkəmə qanunsuz olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən 178.1-ci maddəsinə tövsif etmişdir. Onun barəsində ittiham hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətdən də aydın olur ki, məhkəmə iş üçün əhəmiyyətli və vacib olan bütün haları nəzərə almamış, vaxtında işə baxıb nəticə verməmişdir. İşin məhkəmədə 2 (iki) ildən çox saxlanılması onun deyil, məhkəmənin səhvi olmuşdur. Məhkəmə müddətin keçməməsi üçün iş üzrə icraatı dayandırmalı olduğu halda bunu etməmişdir. Bu isə birinci inistansiya məhkəməsi hökmünün apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qərardan təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğlu apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittihamedici hökmün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Qərardan, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən görünür ki, məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə ittiham hökmünün çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya müraciətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı şifahi vəsatət verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan qismən imtina edilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə davam etdirilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Dövlət ittihamçısı təqdim etdiyi vəsatətini əsaslandıraraq qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən altı epizod üzrə törətmiş olduğu əməl nəticəsində vurulmuş ziyanlar müvafiq olaraq 3.500 (üç min beş yüz) manat, 1.500 (bir min beş yüz) manat, 1.000 (bir min) manat, 3.500 (üç min beş yüz) manat, 3.500 (üç min beş yüz) manat və 1.200 (bir min iki yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Təqsirləndirilən şəxs bütün epizodlar üzrə cinayət əməllərini 2023-cü ilin fevral ayında törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hər altı epizod üzrə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. (cinayət işinin icraatı ## ### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək, ## ###### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək, ## #### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixədək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılsa belə) Eləcə də, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2 ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan qismən imtina edilməli, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə davam etdirilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-in 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, dələduzluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” restoranıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, iş üzrə təqsirləndirilən şəxsin tam etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, həmin protokola əlavə edilmiş fotoşəkillər və işdə olan digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən, hökmün surətindən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Saatlı rayon İcra və Probasiya Şöbəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” ## ###### 2026cı il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan cinayət əməli ## ###### 2024-cü il tarixdə başlanmış, ## ###### 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, ## ##### 2025-ci il tarixdə icraat təzələnmiş, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən dayandırılmış, ## ##### 2025-ci il tarixdə icraat təzələnmiş, ##.##.2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ## ### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, ## ######## 2025-ci il tarixdə icraat təzələnmiş, ## ######## 2025-ci il tarixdə iş üzrə ittiham aktı Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmiş, ## ###### 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur. ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün məhkəmə tərəfindən barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, ## #### 2026-cı il tarixdə icraat təzələnmiş, ## #### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs yenidən qətimkan tədbirinin şərtlərini pozduğu üçün məhkəmə tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və ## ##### 2026-cı il tarixdə icraat təzələnmişdir. Göründüyü kimi ibtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ümumilikdə 07 (yeddi) ay 21 (iyirmi bir) gün istintaqdan və məhkəmədən yayınmışdır. Qeyd olunan cinayət hadisəsi 2023-cü ilin fevral ayında törədildiyindən cinayət məsuliyyətinə cəlbetmə müddəti yuxarıda qeyd olunan 07 (yeddi) ay 21 (iyirmi bir) gün nəzərə alınmaqla ən uzağı 2025-ci ilin oktyabr ayının sonunda başa çatmışdır. Qeyd olunan cinayət işi isə ## ######## 2025-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 298.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası aşağıdakı qaydada təmin edilir: 298.2.1. cinayət işi məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gün müddətində(cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər). Həmin Məcəllənin 301.4-cü maddəsinə əsasən məhkəmə baxışı aşağıdakı müddətlərdə təyin edilməlidir: 301.4.1. cinayət işinə baxılması üçün—məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 15 (on beş) gündən artıq olmayan müddətdə. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı zərərçəkmiş şəxs Rəsulov İsmayıl Yahya oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar