Məhkəmə qərarları › İş №1(3-6)-1149/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1149/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1149/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı Mübariz qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Xüsusi ittihamçı Mübariz qızı xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək X1 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayətə dair materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı Mübariz qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Şikayətdən görünür ki, Xüsusi ittihamçı Mübariz qızı "ARB" televiziya kanalının efirində onun barəsində böhtan xarakterli məlumatların yayımlandığını iddia edərək X1 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair aşağıdakılar göstərilmişdir: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Beləliklə, hazırkı materialın ərazi üzrə məhkəmə aidiyyəti müvafiq məlumatların yayımlandığı kütləvi informasiya vasitəsinin qeydiyyata alınarkən müəyyən edilmiş ünvanına əsasən müəyyən edilməlidir. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsi ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edərkən məlumatların yayımlandığı iddia edilən "xxxx" MMC-nin deyil, onun tərkibində fəaliyyət göstərdiyi qeyd edilən "xxxx" MMC-nin hüquqi ünvanını əsas götürmüşdür. İş materiallarına əlavə edilmiş "AZEMİS" elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, şikayətdə məlumatların yayımlandığı kütləvi informasiya vasitəsi kimi göstərilən "xxxx" MMC müstəqil hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır və onun hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93-dür. Qeyd olunanlara əsasən hazırkı materiala müvafiq məlumatların yayımlandığı kütləvi informasiya vasitəsi – "xxxx" MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı Mübariz qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar