Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1150/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 Salman oğlu, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Salman oğlunun verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X3), ## #### 1976-cı il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, evli, ali təhsilli, işləməmiş, ünvan 9 ünvanında qeydiyyatda olan, ünvan 1nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 8 ay 23 gün müddətin barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb, həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 il 6 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddiaçılar zərərçəkmiş şəxs2 Salman oğlu və zərərçəkmiş şəxs4 verdikləri verdiyi mülki iddiaların təmin edilməsi, sonunculara mülki cavabdeh Təqsirləndirilən şəxs müvafiq olaraq 16500,00 və 7000,00 manat məbləğində pul tutulub ödənilməsi qərara alınmış və maddi sübutlarla bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, özgənin əmlakını aldatma va etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs2 özünü yuxarı vəzifədə işləyən tanışları və geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarını qazanmaqla ona Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhərində, Yeni Yasamalda yerləşən yaşayış kompleksindəki mənzilləri Qarabağ müharibə veteranlarına, hərbiçilərə və digər şəxslərə güzəştli ipoteka ilə satıldığını bildirib, həmin yaşayış kompleksindəki binanı ona göstərib orada 6350 manat müqabilində güzəştli ipoteka yolu ilə 2023-cü ilin əvvəllərində ev alacağına dair yalandan vəd verib aldadaraq ## ###### 2022-ci il tarixdə, saat 11:49 və 11:52-də müvafiq olaraq 2000 manat və 750 manat, ## ###### 2022-ci il tarixdə, saat 19:00-da 1500 manat pulu Xaçmaz rayonu, Çınartala kəndində yerləşən “Murad” marketdə olan “E-manat” ödəmə terminalından özünə məxsus ****-****-****-**** nömrəli bank kartına köçürməklə, 2022-ci ilin noyabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Qaynana” kafesində 2100 manat pulu alaraq, ümumilikdə 6350 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxs2 özünü yuxarı vəzifədə işləyən tanışları və geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarını qazanmaqla: - qohumu zərərçəkmiş şəxs10 Xaçmaz rayonu Ağyazı-Buduq kənd tam orta məktəbində lobarant işinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, **/** nömrəli binanın 9-cu mənzildə 3000 manat məbləğdə pulunu zərərçəkmiş şəxs2 vasitəsi alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 həmin miqdarda ziyan vurmaqla, - tanışı və həmkəndlisi zərərçəkmiş şəxs9 Xaçmaz rayonu Xudat şəhər xəstəxanasında təcili tibbi yardım avtomobilinə 2023-cü ilin fevral ayınadək sürücü kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, **/** saylı binanın 9-cu mənzilində 4200 manat məbləğdə pulu zərərçəkmiş şəxs2 vasitəsi ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 həmin miqdarda ziyan vurmaqla, - onu Xaçmaz rayon İcra Hakimiyyətində Həmkarlar İttifaqına üzv qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ## ###### 2022-ci il tarixdə, saat 15:02-də Xaçmaz rayonu Çinartala kandində yerləşən “Murad” marketda olan “E-manat” ödəmə terminalından özünə məxsus ****-****-****-**** saylı bank kartına 1000 manat, ## ###### 2022-ci il tarixdə, saat 18:11də 1000 manat, daha sonra, ## ###### 2022-ci il tarixdə, saat 12:37-də 850 manat, 2022-ci il dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” binası qarşısında 150 manat, daha sonra ## ### 2023-cü il tarixdə, saat 17:00 və 17:08də Xaçmaz şəhərində “E-manat” ödəmə terminalından eyni nömrəli bank kartına köçürdüyü 1000 manat və 2000 manat olmaqla, cəmi 6000 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 alıb ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla, - Fizuli-Zəngilan rayonlarında yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən oğlu Cəsarətin xidmət yerini 2023-cü il yanvar-mart aylarında həll edilməklə, 4000 manat müqabilində Xudat şəhərində yerləşən hərbi hissəyə dəyişdirilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq ## ###### 2022-ci il tarixdə, saat 12:25 və 12:29-da, hər dəfə 2000 manat olmaqla, Xaçmaz rayonu, Çinartala kəndində yerləşən “Murad” marketdə olan “Emanat” ödəmə terminalından özünə məxsus ****-****-****-**** nömrəli bank kartına keçirdiyi cəmi 4000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 həmin miqdarda ziyan vurmaqla, - tanışı zərərçəkmiş şəxs8 oğlu X8 Nazirliyinin Xaçmaz Regional İdarəsinə fəhlə işinə düzəldəcəyinə dair yalandan vəd verməklə aldadaraq ## ###### 2022-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ** saylı bina qarşısında yerləşən açıq yeməkxanada 6000 manat pulu zərərçəkmiş şəxs2 vasitəsi ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla, - həmkəndlisi zərərçəkmiş şəxs6 9000 manat pul müqabilində “xxxx” şirkətinə operator vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq ## ###### 2023-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən “Qaynana” restoranında zərərçəkmiş şəxs2 vasitəsi ilə zərərçəkmiş şəxs6 8000 manat, bir neçə gün sonra, mart ayının əvvəllərində isə ünvan 7 ünvanında yerləşən “X10” klinikasının qarşısında zərərçəkmiş şəxs6 daha 1000 manat pul alaraq, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 9000 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, özünü yuxarı vəzifədə işləyən tanışları və geniş əlaqələrə malik olan şəxs kimi təqdim etməklə: - zərərçəkmiş şəxs7 özünü 5500 manat müqabilində “xxxx” şirkətinin X9 Şöbəsinə mühəndis vəzifəsi işinə düzəldəcəyinə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib aldatmaqla inandırıb özünə məxsus 409809******0370 bank kartı hesabına zərərçəkmiş şəxs7 birbank proqramı vasitəsi ilə ## #### 2023-cü il tarixdə, saat 08:37-də 4000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi “X1”-nin qarşısında yerləşən “Milliön” ödəmə terminalından həmin tarixdə, saat 08:39-da 1000 manat və ## #### 2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A/4 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında zərərçəkmiş şəxs7 nağd olaraq daha 500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 5500 manat pulu alaraq ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla, - zərərçəkmiş şəxs11 Ağalı qızına övladı Emil Səmədovu işlədiyi "xxxx" ASC-də 1500-2000 manat civarında əmək haqqı ala biləcəyi işə təyin etdirəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib aldatmaqla özünə inandırıb ## ###### 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 35 ünvanında yerləşən “Heydər Əliyev” adına sarayın arxasında ondan 10000 manat dəyərində 01 ədəd qızıl boyunbağını alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 xeyli miqdarda ziyan vurmaqla, - zərərçəkmiş şəxs12 özünü “Odlar Yurdu” Universitetində metodist vəzifəsinə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib inandıraraq, ## ###### 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A/4 ünvanında yerləşən "28 Mall" Ticarət Mərkəzində ondan 5000 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs12 həmin miqdarda ziyan vurmaqla, - X4 tanışı X11 5000 manat müqabilində “Odlar Yurdu” Universitetinə kargüzar işinə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib inandıraraq 2023-cu ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında ünvan 8 ünvanında yerləşən * saylı Dəri Zöhrəvi dispanserin ikinci mərtəbəsində ondan 2000 manat, 2023-cü ilin oktyabr ayının ortalarında, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 89/1 ünvanında yerləşən “Papa Jons” adlı restoranda isə 3000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə hissəhissə olmaqla, ümumilikdə 5000 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Nüşabə Səlimovaya həmin miqdarda ziyan vurmaqla, - zərərçəkmiş şəxs4 özünü 10000 manat müqabilində "xxxx” şirkətinə yüksək əmək haqqı olan işə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib inandıraraq ## ####### 2023-cü il tarixdə, ünvan 3 ünvanda yerləşən “Boranı” kafesində 7000 manat, ## ###### 2023-cü il tarixdə, ünvan 5 ünvanda yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin giriş hissəsində daha 3000 manat olmaqla alaraq vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 10000 manat məbləğdə pulunu ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla, - zərərçəkmiş şəxs1 İbrahim qızına bacısı Mətanət Haqverdiyevanın xəstəliyi ilə bağlı əlillik dərəcəsi düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib inandıraraq 2023-cü il noyabr ayının əvvəllərində ünvan 6 ünvanının yaxınlığında 300 manat, həmin il dekabr ayının sonlarında isə eyni yerdə daha 250 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 550 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla, - X4 tanışı Quliyeva Cəmilə Vəkil qızını “xxxx” şirkətinə kargüzar işinə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib inandıraraq 2023-cü ilin dekabr ayının əvvəlində, günorta saatlarında, ünvan 8 ünvanında yerləşən * saylı Dəri Zöhrəvi dispanserin ikinci mərtəbəsində Nüşabə Səlimovadan 3000 manat, həmçinin eyni məqsədlə 2023-cü ilin dekabr ayının sonlarında, günorta saatlarında, ünvan 8 ünvanında yerləşən * saylı Dəri Zöhrəvi dispanserin qarşısında 3000 manat, beləliklə də, vahid niyyətlə əhatə olunmuş qəsdlə hissəhissə olmaqla, ümumilikdə 6000 manat məbləğdə pulunu ələ keçirərək zərərçəkmiş şəxs Nüşabə Səlimovaya xeyli miqdarda ziyan vurmaqla, - zərərçəkmiş şəxs3 "xxxx” şirkətinə yüksək əmək haqqı olan işə, qızı X5 isə “xxxx” şirkətində laboratoriyaya işə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib inandıraraq zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanında ## ###### 2024-cü il tarixdə, saat 11:28-də olan zaman özünə məxsus ****-****-****-**** saylı bank kartı hesabına 4000 manat, ## ###### 2024-cü il tarixdə, saat 21:12-də 3500 manat, ## ###### 2024-cü il tarixdə 3000 manat pul köçürməklə vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 10500 manat məbləğdə pulunu ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin məhkəmə hökmündən təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Salman oğlu isə verdiyi apellyasiya şikayətində təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, onun müxtəlif xəstəliklərdən əziyyət çəkməsi barəsində təyin edilmiş müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməyə imkan vermir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Salman oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs ona vurduğu 16500 manat məbləğində maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın müddəti törədiyi əməllərə mütənasib deyildir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs özünü iş üzrə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirli bildiyini göstərib, verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hökmünün barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılıb dəyişdirilməklə təmin edilməsini, zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmiş, buna uyğun olaraq, müdafiəçi də təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin göstərilən qaydada təmin edilməsini, zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərinin dəlillərini yalnız təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin ədalət və humanizm prinsiplərinə uyğun olmaması təşkil edir, onlarda iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hər hansı hal mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətlərinin yuxarıda göstərilən dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 83.1-ci maddəsinə əsasən cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. - 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilmə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Cinayət işi materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü və məhkumluq haqqında tələbnamədən görünür ki, təqsirləndirilən şəxs həmin məhkəmə hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ## #### 2023-cü il tarixdə çəkib qurtarmışdır. Beləliklə, təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini ## ###### 2022-ci il tarixdən ## ###### 2024-cü il tarixədək, yəni Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməllərə münasibətdə məhkumluğu ödənilmədən törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlləri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in məhz 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə münasibətdə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə məhkumluğu ödənilmədən törətməsinə görə məhkumluğu olan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, eləcə də, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməməsini və onlarla barışıq əldə etməməsini nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasını 3 il 3 ay müddətə təyin edərkən haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Salman oğlunun verdikləri apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Salman oğlunun verdikləri apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarının 1-ci bəndinə əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi, ağlabatan qaydada müəyyən edilmiş cəmi 16 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 176 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193.5, 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 176 (bir yüz yetmiş altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1150/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1150/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver