Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1152/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1987-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (Əlisoy Xalidə Kəramət qızının sədrliyi ilə) ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 03 (üç) il 03 (üç) ay müddətinə, CM-nin 240.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və narkomaniyadan məcburi müalicə təyin olunaraq, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədilə istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan yerdə qanunsuz olaraq 04 ədəd blister kəsiklərində və 06 ədəd blistersiz olmaqla, ümumilikdə 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtulqəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,4 qram olmaqla xeyli miqdarda narkotik vasitə metadon, 06 ədəd qəhvəyi rəngli dərman kapsulllarının tərkibində ümumilikdə 2,7 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, üzərlərində “Tramadol star...100mg” göstəriciləri olan 03 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd göy/ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 0,9 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,14 qram, 0,43 qram, 0,52 qram, 0,37 qram və 0,31 qram olan ümumilikdə təmiz çəkisi 5,77 qram olmaqla xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 0,548 qram olmaqla xeyli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib ## ###### 2025-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən “Opera” hotelin *** nömrəli otağa daşımış, Nərimanov RPİ-nin 17-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.2025-ci il tarixdə saat 03:04 radələrində ünvan 2 ünvanında yerləşən “Opera” hotelin *** nömrəli otağında saxlanılaraq, video çəkilişlə yaşayış sahəsinə keçirilmiş baxış zamanı sonuncu otaqda olan çarpayının yanında yerləşən tumbanın siyirtməsinin içərisində olan qutudan 04 ədəd blister kəsiklərində və 06 ədəd blistcrsiz olmaqla, ümumilikdə 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,4 qram olmaqla xeyli miqdarda narkotik vasitə metadon, 06 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd üzərində “P 300” göstəricisi olan ağ/tünd qəhvəyi rəngli dərman kapsulllarının tərkibində ümumilikdə 2,7 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, üzərlərində “Tramadol star...100mg” göstəriciləri olan 03 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd göy/ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 0,9 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol, 05 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 4,14 qram, 0,43 qram, 0,52 qram, 0,37 qram və 0,31 qram olan ümumilikdə təmiz çəkisi 5,77 qram olmaqla xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tumbanın üzərində açıq şəkildə, kağızın üstünə tökülmüş vəziyyətdə olan təmiz çəkisi 0,548 qram olmaqla xeyli miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. İş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, müstəntiqin işə qərəzli baxmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. İfadəsində qeyd etmişdir ki, təxminən 15 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, hazırda narkoloji dispanserdə qeydiyyatdadır və həkim göstərişi ilə preqabalin və tramadol preparatları qəbul edir. Həmçinin arabir marixuana, kakos və metadon həblərindən istifadə edir. Bir müddət əvvəl müxtəlif apteklərdən resept əsasında preqabalin və tramadol əldə edərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. ## ###### 2025-ci il tarixdə Novxanı qəsəbəsində dəniz kənarında tanımadığı şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün kakos, marixuana və metadon həbləri əldə etmiş, həmin maddələri üzərində saxlayaraq daşımışdır. Həmin gün saat 16 radələrində Nərimanov rayonunda yerləşən “Opera” hotelində *** nömrəli otaqda yerləşmiş və qeyd olunan maddələri də özü ilə apararaq otaqda saxlamışdır. ## ###### 2025-ci il tarixdə, saat 03 radələrində otaqda olarkən qapı döyülmüş, qapını açdıqda içəri iki nəfər mülki geyimli və bir nəfər polis geyimli şəxs daxil olaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün otağa baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, çəkiliş aparılmamışdan əvvəl ona demişlər ki, narkotik vasitələri təqdim et, preqabalin və tramadol preparatlarını, metadon həblərini və marixuana olan bükümü təqdim etmişdir. Heroinin ona aid olmadığını, polis əməkdaşları tərəfindən çəkilişdən əvvəl kağızın üzərinə töküldüyünü bildirmişdir. Narkotik vasitə istifadəçisi olsa da, onların satışı ilə məşğul olmamış, üzərindən aşkar olunan maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Açıq halda olan heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu iddia etmiş, həmçinin aparılmış çəkilişin qurma olduğunu və əvvəlcədən saxlanıldığını bildirmişdir. Bəzi preparatları resept əsasında qanuni şəkildə əldə etmiş, 2011-ci ildən müalicə aldığını, reseptlərin narkoloji dispanserdə həkim tərəfindən yazıldığını bildirmişdir. Reseptləri hazırda təqdim edə bilmədiyini qeyd etmişdir. Yaşayış yerinin olmaması səbəbindən maddələri üzərində gəzdirməyə məcbur olduğunu, polis əməkdaşları heroin olan narkotik vasitəni kağızın üzərinə tökdükdən sonra video çəkiliş aparıldığını, həmin vaxt psixoloji təzyiq göstərildiyini, qorxduğu üçün qəbul etdiyini söyləmişdir. Telefondan aşkar edilmiş SMS-lərlə bağlı isə bildirmişdir ki, heç kimə narkotik vasitə satmamışdır. Telefon nörməsi ona aid olmamışdır. Narkotik vasitənin istifadəçisi olduğunu, əməlindən peşman olduğunu bildirmiş, himayəsində övladlarının olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə məliyyat müvəkkili şahid2 ifadəsində bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu məqsədlə özü, əməliyyat müvəkkili şahid1 və təhqiqatçı X1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Aparılmış tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Opera” hotelin *** nömrəli otağındadır. ## ###### 2025-ci il tarixdə saat 03:04 radələrində qeyd olunan ünvana gələrək otağa daxil olmuş, xidməti vəsiqələrini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsi istənilmiş, o da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona üzərində qanunsuz saxlanılan əşya və ya maddə olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, çarpayının yanında yerləşən tumbanın siyirtməsindən bir qutu çıxararaq saylarını dəqiq xatıralamasada təxminən 10 ədəd “M40” yazılı həb, kapsullar, bükümdə bitki mənşəli kütlə təqdim etmiş, həmçinin tumbanın üzərində plastik vərəq üzərinə səpələnmiş tünd qəhvəyi rəngli toz halında maddəni təqdim olmuşdur. Bundan əlavə, tumbanın üzərindən bir ədəd “Poco” markalı mobil telefon götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs kapsulları həkim göstərişi ilə apteklərdən əldə etdiyini, digər maddələri isə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmiş və o, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilmişdir. Polis idarəsində müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış, araşdırmanın aparılması təhqiqatçı Fazil Osmanova həvalə edilmişdir. Daha sonra ona müdafiəçi təmin olunmuş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, o isə hər hansı əlavə əşyanın olmadığını bildirmişdir. Axtarış zamanı üzərindən əlavə qanunsuz predmet aşkar edilməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, şahid psixotrop dərmanların aşkar olunduğunu, lakin dəqiq sayını xatırlamadığını bildirmişdir. Əməliyyat tədbirinə üç nəfərin eyni avtomobildə getdiyini, ümumilikdə iki avtomobilin olduğunu, tədbirdə şahid1 və Fazil Osmanovun iştirak etdiyini qeyd etimşdir. Otağa daxil olan zaman videoçəkiliş aparılırdı, heç bir halda psixoloji və ya hər hansı formada fiziki təzyiq göstərilməmişdir, Fidurin Həsənov onlara qarşı da hər hansı etiraz etməmişdir. Heroin adlı maddəni kağızın üzərinə heç bir halda tökməmişlər, otağa daxil olarkən tökülmüş halda idi. “Yaşayış sahəsinə baxış keçirilməsi və aşkar edilmiş maddi sübutun götürülməsinə dair”## ###### 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd diskə baxış protokolundan görünür ki, otağın içərisində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə otaqda qanunla qadağan edilmiş əşya və maddələr olduğu halda təqdim edilməsi təklil edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda olan çarpayının yanında yerləşən tumbanın siyirtməsindən bir ədəd qutu çıxararaq qutunun içərisində olan 10 ədəd üzərində UM40” yazısı olan dərman həbləri, 09 ədəd üzərində “Preqabalin” yazısı olan kapsullar, 09 ədəd “Tramadol” yazısı olan kapsullar və 05 ədəd bükümdə bitki mənşəli kütlələri, eləcədə həmin tumbanın üzərində olan plastik vərəqin üzərində səpələnmiş halda olan tünd qəhvəyi rəngli toz şəkilli kütlələri təqdim etməsi görülür. Təqsirləndirilən şəxs həmin maddələri tanımadığı şəxsdən aldığın bildirmişdir. Bundan başqa üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd “Poco” markalı mobil telefon aşkar edilir. Daha sonra aşkar edilmiş həmin bükümlər, həblər və kapsullar, eləcədə plastik vərəqin üzərində səpələnmiş halda olan tünd qəhvəyi rəngli toz şəkilli kütlə götürülərək qablaşdırılmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” ##.##.2025-ci il tarixli protokoldan və DVD disk görüntüsündən aydın olur ki, sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin 10 ədəd üzərində “M40” yazısı olan dərman həbləri, 09 ədəd üzərində “Preqabalin” yazısı olan kapsullar, 09 ədəd “Tramadol” yazısı olan kapsullar və 05 ədəd bükümdə bitki mənşəli kütlələri, eləcə də həmin tumbanın üzərində olan plastik vərəqin üzərində səpələnmiş halda olan tünd qəhvəyi rəngli toz şəkilli kütlələrin onun olmasını təsdiq edir və narkotik vasitə heroini tanımadığı şəxsdən aldığını digər dərman həblərini isə həkim reseptləri əsasında müxtəlif apteklərdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən qablaşdırılmış və təqdim edilmiş bağlamaya baxış keçirilir. Təhqiqatçı, R, Fazil Osmanov tərəfindən bağlama yenidən qablaşdırılaraq məhkəmə-bioloji və kimyəvi ekspertizalarına təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu qeyd etdi saxlanılarkən, polis şöbəsinə gətirilirkən və polis şöbəsində olarkən hər hansı fiziki və psixioloji təsirin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs aşka edilmiş tozşəkilli...kütlə...” və s. Yazılar, soyadlar, imzalar olan zərfdə açıq vəziyyətdə təmiz çəkisi 0,548 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik-vasitə heroindir; - üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş.....həbləri...kapsulları...” və s. Yazılar, soyadlar, imzalar olan zərfdəki 04 ədəd blister kəsiklərində və 06 ədəd blistersiz ümumilikdə 10 ədəd üzərlərində “F/M40" yazəsə həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,4 qram narkotik vasitə- metadon; 06 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd üzərlərində “P 300” göstəricisi olan ağ/tünd qəhvəyi rəngli dərman kapsullarının tərkibində ümumilikdə 2,7 qram gticlü təsir edən maddə-preqabalin; üzərlərində ‘Tramadol star...100mg...” göstəriciləri olan 03 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd göy/ağ rəngli dərman kapsullarının tərkibbində ümumilikdə 0,9 qram güclü təsir edən maddə-tramadol müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə bioloji ekspertizasının ##.##.2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərində “Təqsirləndirilən şəxs aşka edilmiş bitki mənşəli kütlələr” yazılar və imzalar olan zərfdə 5(beş) ədəd bükümlərdə (1 ədəd sellofan büküm, 1 ədəd gümüşü, 3 ədəd qızılı kağız bükümlər) ayrı-ayrılıqda təmiz çəkiləri 4,14 qram; 0,43 qram; 0.52 qram; 0,37 qram; 0,31 qram; bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-5,77 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixiatrik ekspertizasının ##.##.2026-cı il tarixli, ** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025- ci il tarixdən Bakı şəhəri NM-da (F12x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nın ## ###### 2026-cı il tarixli *-**-**/*-***/**** saylı sorğudan görünür ki, Naxçıvan MR Sərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan ##.##.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dəfələrlə mərkəzdə stasionar müalicədə olmuşdur. Metadon iştirakçısı deyil. Ambulator şəraitdə qeydiyyatı üzrə "xxxx" publik hüquqi şəxsində həkim-narkoloqun müşahidəsi altında olur. «xxxx» MMC-dən ##.##.2026-cı il tarixli GQ-*-**-***-**** saylı məktubla daxil olmuş 01 ədəd “CD" formatlı diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı «xxxx» MMC-yə məxsus telefon nömrəsinə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və göndərilən smslərin siyahısı göstərilmişdir. Həmin yazışmaları baxış keçirilən zaman müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə saat 05:59:31-də 077-112-79-71 mobil nömrəsindən 050-412-92-22 mobil nömrəsinə “qaqa mənə 20 m pul ata bilsən indi 2 ədəd m40„„ 4 dənə tramal 10 duy...” yazıları olan sms göndərilmişdir. Ardınca ##.##.2025- ci il tarixdə saat 05:59:32-də 077-112-79-71 mobil nömrəsindən 050-412-92-22 mobil nömrəsinə “... 2 başda ot verərdim” yazıları olan sms vardır. Azərbaycan Respublikası Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 01 il 01 ay 03 gün islah işlərinə məhkum edilmiş, ##.##.2013-cü il tarixli Milli Məclisin Amnistiya qərarına əsasən, cəzadan azad edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarına əssən cəzasının 4 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nın 185.1-ci maddəsi ilə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində həyat yoldaşı, atası və ##.##.2012-ci il təvəllüdlü Zəhra Həsənzadə adlı yetkinlik yaşına çatmayan övladı vardır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində 07 (yeddi) telefon nömrəsi vardı və onlardan biri də “077- 112-79-71” saylı telefon nömrəsidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul olunduğu, ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. Məhkəmə kollegiyası apellyasiyanm şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tədqiq edilmiş SMS yazışmalarından aydın olur ki, ## ###### 2025-ci il tarixdə gecə 05:59 radələrində, yəni Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmamışdan qısa müddət əvvəl istifadəsində olan telefon nömrəsindən 050-412-92-22 nömrəsinə “qaqa mənə 20 m pul ata bilsən indi 2 ədəd m40, 4 dənə tramal 10-duy” və “.. 2 başda ot verərdim” məzmunlu SMS göndərilmişdir. Məhkəmə həmin yazışmanın məzmununu, onun göndərildiyi şəraiti və iş üzrə digər sübutlarla qarşılıqlı əlaqəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, göstərilən yazışma təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasını təsdiq edən sübutlardan biridir. Apellyasiya şikayətində polis əməkdaşları tərəfindən psixoloji zorakılığa məruz qaldığını və ifadələrini imzalamağa məcbur edildiyini bildirsə də, onun bu dəlilləri iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı, o cümlədən ## ###### 2025-ci il tarixdə aparılmış prosessual hərəkətlər zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilmədiyini bildirmişdir. O, eyni məzmunlu ifadəni barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında da vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası iş üzrə təqsirləndirilən şəxsin ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etmədiyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq fiziki yox psixoloji təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərindən eyni vaxtda müxtəlif növ narkotik vasitələrin və güclü təsir edən maddələrin - heroin, metadon, preqabalin, tramadol və marixuananın aşkar olunması, həmin maddələrin çeşidi və miqdarı, həkim resepti ilə aldığını bildirsə də həmin göstərişi təqdim edə bilməməsi, eləcə də yuxarıda qeyd olunan yazışmalar birlikdə qiymətləndirildikdə onların yalnız şəxsi istifadə üçün saxlanılması barədə verilmiş izahatın inandırıcı olmadığını göstərir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” # ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamamaqla, yuxarıda sadaladığı sübutları qeyd etməklə Təqsirləndirilən şəxs təqsirinin tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1152/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1152/2026
18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver