Məhkəmə qərarları › İş №1(3-6)-1153/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1153/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1153/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 179.2.3 və 12.1, 179.2.4-cü maddələri ilə təsirləndirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Xalidə Əlisoy) ## #### 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 179.2.3 və 12.1, 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (##.##.2024- ##.##.2024-cü il) müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin hökmün elan olunduğu vaxtdan ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 179.2.3 və 12.1, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 7700475631, hüquqi ünvanı ünvan 2 olan, faktiki olaraq Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən “QAFQAZ OIL" X8 ofisdə fəaliyyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktoru şahid4 ilə bağladığı ## #### 2024-cü il tarixli «Əmək Müqaviləsi» ilə yük daşıyan sürücü vəzifəsinə işə qəbul edilib, ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində qeyd olunan vəzifədə işləyərkən onunla bağlanmış «Əmək Müqaviləsi»nə və ## #### 2024-cü il tarixli «Tam maddi məsuliyyət haqqında Müqavilə»yə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək, inzibati idarə heyəti, tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işi layiqincş tamı mqsuliyyəti ilə öz üzərinə götürmək və müqavilələrdə əks olunmuş digər vəzifələrə əməl etməyə borclu olan, eyni zamanda sifariş sənədlərində göstərilən daşınması tapşırılmış yükləri qəbul edərək ona təhkim edilmiş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı, “RENAULT T 460" markalı yəhərli dartıcı və **-ZA-*** dövlət qeydiyyat nişanlı “SCHMITZ SKO 24”, markalı yarım qoşqu ilə müəyyən edilmiş marşrut üzrə daşıyaraq təyinat məntəqəsinə, çatdıran,yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verən, yükgöndərən və ya yükalan, yaxud onların səlahiyyətləndirdiyi digər şəxslərin ödədiyi daşınma haqqını qəbul edərək şirkətə təhvil verən və sair inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi-məsul şəxs kimi, 2024-cü ilin may ayının əvvəllərində Belarus Respublikasının ərazisində olarkən daşınma haqqı 3.000 (üç min) ABŞ dolları müqabilində emal olunmuş taxta yükünün X9 şəhərinə daşınması ilə bağlı sifarişi qəbul edərək icra etməsi, qeyd olunan yükün daşınma haqqını Gürcüstan Respublikasının vətəndaşı şahid2 təhvil alması, eyni zamanda Rusiya Federasiyası və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Xaçmaz rayonuna gələrək şahid4 3.800 (üç min səkkiz yüz) ABŞ dollarını götürüb, ümumilikdə 6.800 (altı min səkkiz yüz) ABŞ dollarını Gürcüstan Respublikasının Tbilisi şəhərində təkər satışı ilə məşğul olmaqla şirkətə məxsus nəqliyyat vasitələrinə texniki qulluq göstərən Gürcüstan Respublikasının vətəndaşı şahid3 olan borcu ödəməsi ilə bağlı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi nümayəndə1 tapşırığına əsasən, ## ### 2024-cü il tarixdə * saylı avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi («CMR») əsasında Belarus Respublikası, Vitebsk vilayəti, Kripuli qəsəbəsində “XATUNA” adlı şirkətdən yükü qəbul edib ona təhkim olunmuş nəqliyyat vasitələri ilə yola çıxmışdır. ## ### 2024-cü il tarixdə Rusiya Federasiyasının ərazisində olarkən yükün daşınmasını sifariş edən şahid2 tərəfindən «KoronaPay» mobil tətbiqində onun adına qeydiyyatdan keçirilmiş hesaba daşınma haqqından avans olaraq göndərilmiş həmin dövrün valyuta məzənnəsi ilə 1.700 (biri min yeddi yüz) manata bərabər 1.000 (bir min) ABŞ dollarını özünə məxsus “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid 4169 73** ******** nömrəli bank kartına köçürmüş, daha sonra ## ### 2024-cü il tarixdə X1-Buraxılış Məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə keçib GəndobXaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən “QAFQAZ O/L” X5 gəlib həmin dövrün valyuta məzənnəsi ilə 6.460 (altı min dörd yüz altmış) manata bərabər 3.800 (üç min səkkiz yüz) ABŞ dollarını şahid4 nağd şəkildə təhvil alıb marşrut üzrə hərəkətini davam etdirərək, ## ### 2024-cü il tarixdə X3 DövlətBuraxılış Məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçib Tbilisi şəhərinə gedərək istintaqa məlum olmayan ünvanda şahid2 daşınma haqqından həmin dövrün valyuta məzənnəsi ilə 2.720 (iki min yeddi yüz iyirmi) manata bərabər 1.600 (bir min altı yüz) ABŞ dollarını nağd şəkildə götürdükdən sonra daşıdığı yükü Batumi şəhərində “NOVA" adlı şirkətə təhvil vermişdir. Ertəsi gün Tbilisi şəhərinə geri qayıdaraq orada istintaqa məlum olmayan ünvanda şahid2 daşınma haqqından qalan həmin dövrün valyuta məzənnəsi ilə 680 (altı yüz səksən) manata bərabər 400 (dörd yüz) ABŞ dollarını da nağd şəkildə götürərək tamah məqsədilə ələ keçirib ona tapşırılmış işi qəsdən yerinə yetirmədən öz şəxsi ehtiyaclarına sərf edərək, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərər çəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və arzu edərək tamah niyyətilə öz qulluq mövqeyindən istifadə etməklə nümayəndə1 tərəfindən ona etibar edilmiş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə, həmin dövrün valyuta məzənnəsi ilə 11.560 (on bir min beş yüz altmış) manata bərabər 6.800 (altı min səkkiz yüz) ABŞ dolları məbləğində xeyli miqdarda pul vəsaitini Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmiş, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamışdır. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamın 3.000 (üç min) ABŞ dollarına aid olan epizodu üzrə özünü qismən təqsirli hesab etsə də, 3.800 (üç min səkkiz yüz) ABŞ dolarına aid olan epizod üzrə özünü ümumiyyətlə təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs ifadələrində daşınma xərci olaraq 3.000 (üç min) ABŞ dollar məbləğdə vəsaitin ona verildiyini etiraf etmiş və bildirmişdir ki, onun həmin vəsaiti mənimsəmək niyyəti olmamışdır. Həmin vəsaitin təqribən 2.200 (iki min iki yüz) ABŞ dollarını o, ezamiyyə xərclərinə və daşıma üzrə zəruri olan digər xərclərə sərf etmişdir. Ittihamda qeyd olunan 3.800 (üç min səkkiz yüz) ABŞ doları məbləğdə vəsait isə ona ümumiyyətlə verilməmişdir. Iş materiallarından görünür ki, 3.800 (üç min səkkiz yüz) ABŞ dolarına aid olan epizod üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham yalnız “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi nümayəndə1 və həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktoru şahid4 ifadələrinə əsaslanır. Işdə, həmin epizod üzrə irəli sürülən ittihamı təsdiq edə biləcək başqa heç bir sübut mövcud deyildir. Təqsirləndirilən şəxs əleyhinə ifadə verən həmin şəxslər isə hazırki cinayət işi üzrə bilavasitə maraqlı olan şəxslərdir və Təqsirləndirilən şəxs qarşı qərəzlidirlər. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış və işdə 3.800 (üç min səkkiz yüz) ABŞ dollarına aid olan hissədə heç bir mötəbər sübut olmadığı halda, onu ümumilikdə 6.800 (altı min səkkiz yüz) ABŞ dolları məbləğdə özgə əmlakını mənimsəməkdə təqsirli hesab edərək, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 birlikdə ərizə təqdim edərək, apellyasiya şikayətinə dəyişiklik etdiyini, törətdiyi əməli etiraf etdiyini, iş üzrə zərərçəkən şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanı tam həcmdə ödədiyini və dövlət büdcəsinə ödəməli olduğu vəsaitin ödənildiyini göstərib, buna görə hökmün ləğv edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 ərizənin nəzərə alınaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətinə dair mövqelərini dəyişərək zərərçəkən hüquqi şəxslə barışdığından və dövlət büdcəsinə ödənilməli olan məbləği ödədiyindən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Iş üzrə zərərçəkmiş şəxs, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına ünvanlanan ərizədə göstərilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında, hakim Habil Məmmədovun sədrliyi ilə baxılan *(*-*)-****/**** saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar və onlara vurulan zərər tam şəkildə ödənilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Bunu nəzərə alaraq həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi xahiş edilmişdir. Eyni zamanda, müdafiə tərəfindən məhkəmə kollegiyasına təqdim edilən qəbzdən görünür ki, ## ######## 2026-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında – 2.890 (iki min səkkiz yüz doxsan) manat “xxxx” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən mənimsəmə və ya israf etmə 179.2.3-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4— xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 179.2.3 və 12.1, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2022-ci il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, qanunverici imperativ qayda müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin vəzifəsi olaraq təsbit etmişdir. Qeyd edilməlidir ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## ####### tarixli Qərarı). Hüquq tətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması isə hüquqi müəyyənlik prinsipinə xələl gətirməklə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə nəticələnə bilər. Qanunvericliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təbiqinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Kollegiya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Beləliklə qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə barışıq əldə etdiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddələri tətbiq edilməklə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 179.2.3 və 12.1, 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.3, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 179.2.3 və 12.1, 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Iş üzrə mülki iddia və maddi sübut olmaması nəzərə alınsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar