Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1157/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X2 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim X4), ## #### 1985-ci il tarixdə Kəlbəcər rayonu, Qaraqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olan, ünvan 1 4 ünvanında fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı istintaq təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən apellyasiya şikayəti verib, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının ## ###### 2026-cı il tarixli, *-**-**/**/*-******/**** nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş ## ###### 2026-cı il tarixli ərizəsində iş üzrə birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyinə görə həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı və müdafiəçi təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsinin qəbul edilib, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 91.5.33-cü maddəsinə əsasən özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. - 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. - 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli, buna görə həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq halına əsaslanaraq hesab edir ki, müdafiəçiyə məhkuma hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 7 saat vaxta görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 77 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 92.9.24, 91.5.33, 193.5, 390.1, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1157/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1157/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver