Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1158/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi İbayev Şamxal Məhəmməd oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim S.Məmmədli) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü ilə ## ######## 1987-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1000 (min) manat məbləğində cərimə cəzası təyin olunmuşdur. İşin halları: Məhkəməyədək sadələşdirilmiş icraat materialına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs oğlu ## ### 2026-cı il tarixda, taxminan saat 20:00 radələrində yaşadıqları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 2, nömrəsiz fərdi evin qonaq otağında arvadı Zərərçəkmiş şəxs evin qonaq otağından ona tərəf boylanaraq kafeyə getməyini irad bildirməsi və kafeyə getdiyi halda arxasınca gəldiyini bildirməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs üzərinə gedib sinəsindən əli ilə bir dəfə vurması, nəticədə sonuncunun yerə yıxılmasına görə Zərərçəkmiş şəxs yumşaq toxumalarda ağrı simptomu ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin dərialtı hematoması, sağ bazu, sağ said və sağ baldır nahiyələrinin qançırları kimi xəsarətlər yetirərək ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olan (bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası) daha ağır cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ounla əsaslandırılmışdır ki, hesab edir ki, həmin hökm tam obyektiv deyil və əsassızdır. Çünki ona qarşı Azərbaycan Respubliasının Cinayət Məcəlləsinin 128-ci mmadəsi ilə nəzərdə tutulan cinayət əməlini törədən şəxsin həmin əməli əvvəllər dəfələrlə törətməsi, sonuncu dəfə 2023-cü il tarixində Bakı şəhəri Sabunçu Rayon Polis İdraəsinin 12-ci Polis Bölməsinə şikayətim, həmin şikayətimin hansısa yollarla heç bir cəza verilmədən təqsirkarın buraxılması, sonrakı dövrlərdə də eyni əməllərin ona qarşı törədilməsi, hətta bu səbəbdən 2023-cü ildə həmin şəxsə qarşı “nikahın pozulması” tələbi ilə məhkəməyə müraciət etməyi, daha sonra həyat yoldaşının yenidən ona şans verməyini istəməsi ilə yenidən barışmağının, lakin təkrar işşgəncə və təhqirlərə məruz qalmağın səbəbindən yenidən hazırda Sabunçu Rayon Məhkəməsinə “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə iddia qaldırmağı qətiyyən nəzərə alınmamışdır. Əksinə heç bir ailə dəyərlərinə hörmət etməyən şəxsin ailə şəraiti yüngülləşdirici hal kimi nəzərə alınması gülünc və acıvericidir. Yuxarıda göstərilən səbəblərdən hesab edir ki, o, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(5-101 )-***/**** saylı hökmü ilə razı deyil. Belə ki, hesab edir ki, Təqsirləndirilən şəxs verilən cəza çox yüngüldür. Hazırda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül cəzanın verilməsi səbəbilə Təqsirləndirilən şəxs onu ələ salır və həmin cərimənin ödənilməsi onun əməlinin təkrar edəcəyinə maneə olmadığını bildiririr. Qeyd etmək istəyir ki, onun həyatı təhlükə altındadır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs daha ağır cəza verilmiş olsaydı o, bu əməlindən dərs çıxararaq onun həyatını təhlükə altına atan hərəkətlər etməzdi. Lakin mahkəmə yüngül cəza verərək Təqsirləndirilən şəxs eyni cinayət əməlini təkrar törətməsi üçün şərait yaratmışdır. Bu səbəbdən də, düşünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-101 )-***/**** saylı hökmü dəyişdirilərək daha ağır cəza ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-Sağlamlığm qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu səbəbdən də hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməlinə görə bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu səbəbdən də hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməlinə görə bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalanmalıdır. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə müraicətində və yazılı ərizə də tədqim etdərək əri Təqsirləndirilən şəxs oğlu ilə barışdıqlarını, ona qarşı şikayəti və tələbinin olmadığını və işə xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını nəzərərə alaraq, iş üzrə xitam verilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X4 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs oğluna qarşı heş bir şikayətinin, tələbinin olmadığını nəzərə alaraq, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşin 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 *** nömrəli, ##.##.2026-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs yumşaq toxumalarda ağrı simptomu ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin dərialtı hematoması; sağ bazu, sağ said və sağ baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən ##.##.2026-cı il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İşin 53-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkrarən təsvir edilməsinə lüzum görmədən onları mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi üçün hazırda qanuni əsaslar yaranmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ## ###### 2026-cı il tarixli ərizəsindən müəyyən olunur ki, o, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışıq əldə etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi üçün hazırda qanuni əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Apellyasiya baxışı zamanı kifayət qədər təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin Məcəlləsinin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.3, 43.1.2, 39.1.11 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili İbayev Şamxal Məhəmməd oğlu tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Aqil Musayev Sabir Bəhramzadə
Məhkəmə qərarları › İş №1(3-6)-1158/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1158/2026
19.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver