Məhkəmə qərarları › İş №1(3-6)-1161/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1161/2026

24.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1161/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi3 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X4, hakimlər X1 və X15 ibarət tərkibdə) ## ####### 1981-ci il tarixdə Ermənistan Respublikası, Masıs rayonu, Zəhmət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, əvvəllər həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılması, iş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli olan digər əmlak olmaması nəzərə alınmışdır. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında1’ Azərbaycan Respublikası Prezidentinin 16 man 2019cu il tarixli **** nömrəli Sərəncamı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və vaxtından əvvəl üzərindən götürülmədən yenidən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçiımək məqsədilə atası Səfərov Eldar Sabir oğlunun mülkiyyətində olan və Abşeron rayonu, Novxanı kəndində yerləşən ö. 113 ha torpaq sahəsindən 0.06 ha hissəsini ## #### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində alqı-satqı yolu ilə almış və həmin torpaq sahəsini Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ## ##### 2024-cü il tarixdə qeydiyyata almış Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə bitişik qalan 0.053 ha hissəsini də almaq istəməsi barədə özünə etdiyi müraciətindən sonra guya atası Eldar Səfərovu 60.000 manat ödənilməsi şərti ilə həmin torpaq sahəsinin alqı-satqısının aparılmasına razı salacağına Zərərçəkmiş şəxs inandırmış və qeyd olunan məsələnin həlli adı ilə o, ## ###### 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mustafa Topçubaşov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxslə görüşərək bir neçə gün ərzində rəsmiləşdirmə işlərini həyata keçirəcəyini yalandan vəd verməklə sonuncudan 60.000 manat məbləğində pul vəsaitini qəbul edib ələ keçirərək, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 60.000 (altmış min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş ictimai yer hesab olunan avtodayanacaq məntəqəsində Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman sonuncunun Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.053 ha torpaq sahəsini satmaq adı ilə ondan aldığı 60.000 manat pulunu geri qaytarmasını və ya verdiyi vədə əməl etməsini tələb etməsinə dair haqlı iradını səmimi qəbul etməyərək qəsdən münaqişəli vəziyyət yaradıb ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Natiq tmamquliyevin ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr işlədib orada olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laq ey Idi ik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normal arına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edib, öz hüquqazidd hərəkətlərini davam etdirərək Natiq Imamquüyevin üzərinə hücum etmiş, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onu qəsdən yumruq zərbələri ilə baş və sifət nahiyəsindən, təpiklə ayaq nahiyəsindən vıırub yerə yıxmış, Zərərçəkmiş şəxs ayağa qalxmağa çalışarkən dizi ilə onun sifət nahiyəsindən ardıcıl zərbələr endirərək ona burun sümüyünün minimal yerdəyişən sınığı ilə müşayiət olunan burun əsasının qançır-şişkinliyi, solda əng (maksilla) sümüyünün minimal yerdəyişən sınığı ilə müşayiət olunan sol yanaq nahiyəsinin qançır- şişkinliyI, üst çənədə solda II, alt çənədə solda III dişlərin travmatık itirilməsi ilə müşayiət olunan üst dodağın sol yarısının selikli qişasının əzilmiş yarası, sağ almacıq nahiyəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xulIqanlıq niyyəti ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs bəraət verilməsi, Təqsirləndirilən şəxs Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 10, 14 və 18-ci maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, ərizəçi cəzadan azad edildikdən sonra hüquq müdafiəçiliyinə başlayıb. Hazırda ölkənin ən aktiv və insan hüquqları uğrunda peşəkar mübarizə aparan hüquq müdafiəçisidir. Ərizəçi ölkədə siyasi məhbusların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təqib və təzyiqlərlə üzləşib. Hətta inzibati qaydada həbs edilib. Ərizəçi insan hüquqları uğrunda dönmədən mübarizə apardığına görə 2024-cü ilin dekabr ayının 10-da elan edilməli olan ABŞ Dövlət Departamentinin Human X10 mükafatına layiq görülüb. Bununla bağlı ## ###### 2024-cü Ərizəçiyə ABŞın Azərbaycadakı Səfirliyindən zəng edib ərizəçinin viza üçün pasportunu ABŞ Səfirliyinə verməsini xahiş ediblər. Ərizəçi həmin gün ABŞ Səfirliyinə pasportunu verib. Ərizəçiyə ## ###### 2024-cü il tarixdə viza veriblər. Həmin gün ərizəçiyə ABŞ Səfriliyindən zəng ediblər və bildiriblər ki, ərizəçi səfəri çərçivəsində konqressmenlərlə görüş və ABŞ mətbuatına Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı görüşlər də var. Ərizəçi buna razılıq verib. ## ###### 2024-cü il tarixdə axşam saat 16:30-17:00 radələrində Ərizəçi yaşadığı binanın qarajına avtomobil ilə daxil olub, bu zaman tanımadığı bir şəxs Ərizəçiyə yaxınlaşıb. Ərizəçiyə 60 min manat verdiyini, onu istədiyini bildirərək Ərizəçini təhqir edib və Ərizəçinin üzərinə hücum çəkib. Eyni vaxta yaşayış binasının qarajında ondan çox polis peyda olub və onlar ərizəçini Binəqədi rayon Polis Idarəsinə aparıblar. Həmin gündən ərizəçi həbsdədir. Məhkəmə hökmü o qədər saxtalaşdırmışdır ki, hətta Təqsirləndirilən şəxs adından saxtakarlıqla qeyd etmişdir ki, guya Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə Rixard Zorge parkında olanda zərərçəkən ona zəng etmişdir. Ona görə ki, tərəflər arasındakı zəng detallaşmalarında zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs istifadəsində olan ********** və ərizəçiyə məxsus ********** mobil nömrələr arasında telefon danışıqları qeydə alınmamışdır. (bax: Telefon danışıqlarının və loklalizasiyanın yazıldığı X25 Cəmiyyətindən və X22 Cəmiyyətindən istintaqa verilmiş və cinayət işinə əlavə edilmiş, hətta müdafiə tərəfindən çap edilərək işə əlavə edilmiş telefon detallaşmalarına) Məhkəmə istintaqında X25 Cəmiyyətindən daxil olmuş ərizəçinin ********** mobil nömrəsi üzrə CD diskə və onun icərisindəki telefon detallaşmasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, (X25 Cəmiyyətindən daxil olan CD diskin içərisindəki 833 adlı faylın içərindəki antenna adl XL sənədinin 3858-3867-cü sütunlarına) ərizəçi sonuncu dəfə ## ###### 2024-cü il tarixdə saat 00:04.19-da Ibrahimpaşa Dadaşov küçəsində sms göndərərkən anten dairəsinə düşmüş, sonra həmin mobil nömrədə heç bir signal gəlməmiş həmin tarixdən sonra ərizəçinin ilk antenn dairəsi ## ###### 2024-cü il tarixdə saat 23:10.54-də X5 küçəsi 109 A ünvanında olanda Yango taksi xidmətindən istifadə edərkən anten dairəsinə düşmüşdür (bax: həmin XL sənədin 3863-cü sütun bəndinə). Beləliklə müəyyən edilmişdir ki, ərizəçi ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il, saat 23:10:54-ə qədər telefondan istifadə etməmişdir. Məhkəmə müəyyən etməmişdir ki, o MOC-la başlayan anten dairələri niyə xxxx və X22 Cəmiyyəti tərəfindən təqdim edilən disklərdə olmadığı halda müstəntiq bunu haradan alıb yazmışdır? Məhkəmə hökmü rəngləndirmək üçün qeyd etmişdir ki, guya ki, zərərçəkən şəxs qismində tanınmış şəxs pulu vermək üçün ## ###### 2024cü il tarixdə Tibb Universitetinin yaxınlığına gəlmiş, Rüfət də avtobillə gələrək tez pulu götürmüşdür. Bu uydurmalar aşağıdakılarla tam təkzib edilir. Tərəflər arasında telefon danışıqları, sosial şəbəkə, o cümlədən WhatsApp, Signal, Telegram və.s. ani məsajlaşma proqramlarında danışmaları və yazışmaları müəyyən edilməmişdir. Əksinə, X22 Cəmiyyətindən daxil olmuş diskə baxış keçirilmiş, məhkəmə zalında elan edilmiş Mushteri zenglerinin detallashmasi MSISDN adlı PDF formatlı fayla daxil oldquda müəyyən edilir ki, həmin sənəd X22 Cəmiyyətin tərəfindən zərərçəkmiş şəxs kimi tanınmış şəxsin istifadəsində olan ********** saylı mobil nömrənin ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan telefon danışıqları, telefondan istifadə və həmin vaxtlara dair 383 səhifədən ibarət sənəddir. Həmin sənədin 346-cı səhifəsində olan yuxarıdan aşağı saydıqda 13-cü sırasındakı məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ********** sonuncu dəfə ## #### 2024-cü il tarixdə saat 06:06:44-də istifadə edərək 8312 Mb internet istifadə etmiş və bunu Naxçıvan MR Şahbuz rayonu, Kolanı kəndində həyata keçirmişdir. Həmin vaxtdan (bax sıra 14) sonra Zərərçəkmiş şəxs telefondan istifadə etməmiş, həmin telefonu ilk dəfə ## ###### 2024-cü il tarixdə saat 15:16:59-da Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yandırmış və 5781 MB internet istifadə etmişdir. Həmin sənədin 347-ci səhifəsinə baxış keçirdikdə məlum olur ki, Zərərçəkmiş şəxs həmin ## ###### 2024-cü ildə saat 16:18-ə qədər Hüseynbala Əliyev küçəsində olmuş, daha sonra Binəqədi rayon Ağamirək Isfahani küçəsinə gəlmiş, həmin gün saat 21:43-də Med univers ünvan 5 ünvanında olmuş və ertəsi gün (bax: səhifə 347 sıra 16) yəni ## ###### 2024-cü il tarix saat 13:43:48-dək həmin ərazində yəni Meduniversitet antennasında olmuşdur. Yəni zərərçəkmiş şəxs qismində tanınmış şəxs gecəni də həmin ərazidə qalmışdır. Bütün bunlar Ərizəçi ilə zərərçəkmiş şəxsin arasında danışıqların olmamasını, ərizəçi ilə zərərçəkmiş şəxsin görüşməməsini, zərərçəkmiş şəxsin yalan danışdığını, zərərçəkmiş şəxsin Ərizəçiyə qarşı əməliyyat məqsədilə istifadə edildiyini tam sübuta yetirir. Işin mübahisə edilməyən halı ondan ibarətdir ki, birinci alqı-satqıda ümumiyyətlə ərizəçi iştirak etməmiş, torpaq sahəsi atasının adına olduğundan atası iştirak etmiş, zərərçəkmiş şəxs ilkin olaraq beh müqaviləsi əsasında 500 manat vermiş daha sonra notarial qaydada alqı-satqı edildikdən sonra pulu notarusun hesabına ərizəçinin atası Səfərov Eldarın xeyrinə qoymuşdur. Birinci alqı-satqıda bütün hər şeyin qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirdiyi halda ikinci alqı-satqı müraciəti ilə bağlı ərizəçinin heç bir səlahiyyəti olmadığı halda niyə ərizəçiyə müraciət etməsini, əvvəlki alqı-satqıda pulu notarial qaydada verdiyi halda hazırkı işdə niyə əlbəəl əvvəllər tanımadığı şəxsə verməsini izah edə bilməmişdir. Ona görə ki, bunun məntiqi izahı da yoxdur. Bundan başqa zərərçəkmiş şəxs qismində tanınmış şəxs pulun mənbəyi barədə heç bir ağlabatan məlumat verməmiş və bununla bağlı sənədlər də aşkar edilməmişdir. Beləliklə, də zərərçəkmiş şəxs kimi tanınmış şəxsin pulunun olması barədə heç bir dəlil göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittihamla bağlı zərərçəkmiş şəxs istintaq və məhkəmədə bildirmişdir ki, cəmi bir dəfə, yəni ## ###### 2024-cü il tarixdə pulunu istəmək üçün Təqsirləndirilən şəxs yaşadığı həyətə gələndə Təqsirləndirilən şəxs görmüş və onun arxasınca qaraja düşəndə Təqsirləndirilən şəxs onu təhqir edərək döymüşdür. Lakin sübutlar başqa şeyi göstərir. Belə ki, sübutlardan məlum olur ki, polislər zərərçəkmiş şəxsi bir gün əvvəldən, yəni ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı həyətə aparmış və onu hadisə görüntüsünün yaradılması ilə bağlı təlimatlandırmışlar. Mushteri zenglerinin detallashmasi MSISDN adlı PDF formatlı faylın 381-ci səhifəsində olan məlumatlardan görünür ki, ********** saylı mobil nömrənin istifadəçisi olan zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixdə saat 17:58-də LBBK 109706/LBBK GRS kafe Binəqədidə olmuş, cəmi 2 dəqiqədən sonra yəni, ## ###### 2024-cü il saat 18:00:32 də LBBK 103703/LBBK 1037 X7 (40.42115/49.85132) lokalizasiyasına, yəni ərizəçinin yaşadığı binaya gəlmiş saat 18:37:38-dək orada olmuş, yenidən yaxınlıqdakı kafeyə qayıtmış, saat 19:14-ə qədər həmin kafeda olmuşdur. Bu da ərizəçinin “hadisədən” bir gün əvvəl hadisə yerinə aparılaraq təlimatlandırıldığını tam sübuta yetirir. Həmin sənədin 382-ci səhifəsində olan cədvəlin 4-9 sıralarından görünür ki, ərizəçinin qaldığı evin həyətindən təlimat keçən zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixdə yəni həmin gün axşam saat 21:10:11-də Binəqədi rayon Polis Idarəsinin lokalizasiyasına gəlib (LBBK3389G3/LBBK3389 Binegedi//Binagadi/ (40.46549/49.82839)) və həmin gün orada qalaraq ## ###### 2024-cü il saat 07:10:02-ə kimi orada qalmışdır. ## ###### 2024-cü il tarixdə zərərçəkmiş şəxs qisimində tanınmış şəxs saat 15:10-da ərizəçinin qaldığı evə gəlmiş və 17:01-ə qədər həmin ünvanda olmuşdur. Zərərçəkmiş şəxs “aldığı” xəsarətlərlə bağlı həkimə müraciət etmədiyini, heç bir yerdə tibbi müayinədən keçmədiyini bildirmişdir. Iş materiallarında göstərilir ki, guya zərərçəkmiş şəxs həmin gün yəni, ## ###### 2024-cü il tarixdə ekspert müayinəsindən keçmiş və ekspert ona KT müayinəsindən keçməyi məsləhət bilmiş, o da ## ###### 2024-cü il tarixdə West Hospital KT müayinəsindən keçmişdir. Lakin zərərçəkmiş West Hospitalını tanımadğını, orada heç vaxt müayinə edilmədiyini bildirmişdir. Həmçinin iş materialları onu da sübuta yetirir ki, zərərçəkmiş şəxs heç vaxt Məhkəmə Tibbi Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə getməmişdir. Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyi (Binəqədi şöbəsi), Arif Hüseynov 56, Binəqədi, X8, Bakı, AZ1054. Ünvanda yerləşir. Mushteri zenglerinin detallashmasi MSISDN adlı PDF formatlı faylın dekabr ayının 3-ünə aid 382-383-cü səhifələrində zərərçəkmişin bütün hərəkət trayektoriyası görünür və orada Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyi (Binəqədi şöbəsi)-nin yerləşdiyi ərazi ümumiyyətlə yoxdur. Ərizəçi vəsatət qaldıraraq xahiş etmişdir ki, Zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixə olan lokalizasiyasını da əldə etsin və bu onu sübuta yetriəcək ki, zərərçəkmiş şəxs ümumiyyətlə West Hospitalın yerləşdiyi ərazidə olmamışdır. Məhkəmə bu vəsatəti heç bir əsas gətirmədən təmin etməmişdir. Işdə ifadə verən polislər bildirmişlər ki, guya həmin vaxt yaxınlıqda xidmət aparırmışlar və səsə üçü də gəlmişdir. Məhkəmədə ifadələrində bildirmişlər ki, bir nəfər polis əməkdaşı avtopatrulun yanında qalıb. Onlar həmin şəxsin hansı polis olduğu bildirməkdən imtina ediblər. Onlar deyiblər ki, avtopatrulu tək buraxmaq olmaz. Bir nəfər polis əməkdaşı avtopatrulun yanında qaldığı halda məhkəmə hökmdə qeyd edib ki, həmin polisin üçü də eyni şeyi görüblər. Ərizəçi xahiş edib ki, həmin avtopatrulun ## ###### 2024-cü il tarixdə naryada buraxılması ilə bağlı sənədlər Binəqədi Rayon Polis idarəsindən alınsın və o zaman müəyyən ediləcək ki, avtomobil kimə təhkim edilib və kim avtomobilin yanında qalıb. Məhkəmə həmin vəsatəti təmin etsə də, icrasını təmin etməmişdir. Konvensiyanın 5-ci, 10-cu, 14-cü, * saylı Əlavə Protokolun 2, 5, 10 və 14-cü maddələri ilə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinin və 1-saylı Əlavə Protokolun 1-ci maddəsinin pozuntusuna yol verilmişdir. Məhkəmə heç bir əsas gətirmədən Ərizəçinin bütün vəsatətlərini rədd edib və ərizəçinin ittihama və zərərçəkənin ifadəsinə etiraz etmək, öz sübutlarını təqdim etmək imkanından məhrum edib. Ona görə də, ərizəçi bildirir ki, məhkəmə prosesi ümumlikdə ədalətsiz olub. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 178.3.2-ci maddələri bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamlara cavab olaraq ilk gündən bildirir ki, o, saxlandığı günə kimi ona hücum edən şəxsi görməmişdir, ondan torpaq satılması adı altında pul almamışdır, saxlandığı gün isə ümumiyyətlə Natiq Imanquliyevə hücum edib, onu vurmamışdır, əksinə Natiq Imanquliyev ona hücum etmişdir və o, müdafiə olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, bu ittihamlar polislər tərəfindən təşkil olunmuş bir əməliyyat nəticəsində quraşdırılıb, X17 polislərin provakotorudur və onların təhriki altında hərəkət edir. Onun cinayətlər törətməkdə ittiham olunmasının səbəbi onun hüquq müdafiəçisi kimi fəaliyyəti olub, ## ###### 2024-cü il tarixdə həbs edilməsinin səbəbi isə bir neçə gün sonra, ABŞ-a ona verilən mükafatı almaq üçün getməyə hazırlaşması olub. Mobil operatorlardan (Azərcell və xxxx) alınan telefonların anten məlumatları əsasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aid mobil telefon nömrələrinin sonuncunun sözləri güya pul verildiyi ## ###### 2024-cü il tarixdə saat 21 radələrində eyni ərazidə fiksə edilməlidir. Qalan sübutlara gəldikdə isə bunlar şahidlərin (makler Tərlan və Natiqin tanışlarının) ifadələridir ki, onlar ya bu Təqsirləndirilən şəxs pul almasından xəbərləri olmadığını, ya da bunu sonradan bildiklərini bildirirlər. Bu şahidlərin məhkəmə dindirilməsi zamanı da bu hal bir daha təsdiqini tapdı. Əvvəla, alınan telefonların anten məlumatları əsasında Təqsirləndirilən şəxs aid ********** və Zərərçəkmiş şəxs aid ********** mobil telefon nömrələrinin ## ###### 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mustafa Topçubaşov küçəsinin kəsişməsində fiksə edilmələdir ki, bu mümkün deyil. Çünki bu küçələr paralel küçələrdir və onlar kəsişmir. Bu telefon nömrələri ayrı-ayrı küçələrdə olublar, istintaq süni şəkildə bu küçələri kəsişdirərək, hər iki mobil telefon nömrəsini eyni nöqtəyə aid etməyə çalışıb. Bundan əlavə Zərərçəkmiş şəxs istifadəsində iki ********** və ********** mobil nömrələri olub. ********** mobil telefon nömrəsi isə onun əsas mobil nömrəsi olmayıb. Zərərçəkmiş şəxs aid ********** mobil nömrəsi uzun müddət ümumiyyətlə istifadə olunmayıb. Həmin nömrə hadisəyə qədər sonuncu dəfə ümumiyyətlə ## #### 2024-cü ilə kimi aktiv olub və həmin vaxt Zərərçəkmiş şəxs Şahbuz rayonun Kolanlı kəndində olub. Həmin tarixdən sonra həmin nömrə daha aktiv olmayıb. Həmin nömrə bir də, birinci epizod üzrə Təqsirləndirilən şəxs guya pul verildiyi iddia olunan gün, ## ###### 2024-cü il tarixdə saat 15:16:59-da aktivləşdirilib. 4 ay aktiv olmayan nömrənin birdən “cinayət törədiləcəyi” gün aktivləşdirilməsi və sonra da, cinayət işində sübut kimi istifadə edilməsi maraqlıdır və təsadüfi hal kimi görünmür. Həmin gün bu nömrəyə ancaq, NAR-dan, tariflə bağlı 777-dən, 1C721-dən və yəqin yeni Whatsapp yükləndiyi üçün Whatsapp-dan SMS-lər gəlir. Bu nömrə həmin gün saat 18:43:48 kimi GPRS sistemi ilə aktiv olur və həmin vaxtdan aktivliyi dayanır. Bir də, düz dəqiqəbə dəqiqə, saniyəbə saniyə 3 saat sonra, saat 21:43:48-da Tibb Universitetinin yanında aktivləşir və bu GPRS sistemi təsbit edilir. Daha sonra, ard-arda bu nömrədən üç müxətlif nömrəyə (saat 21:44:00-da 504010051 nömrəsinə 3 saniyəlik; saat 21:46:57-də 512868484 nömrəsinə 37 saniyəlik; 21:49:33-də isə 994124370189 nömrəsinə 79 saniyəlik) zəng vurulur. Burda qəribə olan odur ki, bu nömrə aktivləşdiriləndən bu yana bu nömrədən edilən zənglərdir. Bir də bu nömrə üzərindən zəngləşmələr 4 gün sonra, 11 noyabr həyata keçiriləcək. Görünən odur ki, 7 noyabrda edilən üç zəng bilərəkdən, məhz nömrə Tibb Universitetinin yanında təsbit edilsin deyə edilib. Zərərçəkmiş şəxs aid əsas mobil telefon nömrəsi olan aid ********** mobil nömrəsi ümumiyyətlə istintaq tərəfindən araşdırılmayıb. Zərərçəkmiş şəxs əgər iki telefon nömrəsindən istifadə edirdisə, o zaman onun hər iki nömrəsi ## ###### 2024-cü il tarixdə saat 21 radələrində eyni yerdə lokasiya olunmalı idi. Digər maraqlı məqam odur ki, Zərərçəkmiş şəxs aid ********** mobil nömrəsi yalnız 21-22 radələrində deyil, ondan sonra da o ərazidə ertəsi gün günorta saatlarına kimi qalmağa davam edib. Belə ki, həmin nömrə gecə yarısından sonra, yəni artıq ## ###### 2024-cü ildə saat 00:43:48, saat 03:43:48, saat 06:43:48, saat 09:43:48 və saat 12:43:48-də həmin ərazidə GPRS sistemi ilə qeydə alınıb. Görünən odur ki, bu telefon nömrəsi məhz bu əməliyyatı təşkil etmək üçün aktivləşdirilmiş və ittihamda göstərilən vaxt Natiq Imanquliyevin deyil, Təqsirləndirilən şəxs izləyən polislərin istifadəsində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs və Natiq Imanquliyevin işdə olan mobil telefon nömrələrinin zənglərinin qarşılılı analizi göstərir ki, Natiq Imanquliyevə aid iki mobil nömrənin hər birindən bir dəfə olmaqla iki dəfə birinci dəfə ## ### 2024-cü ildə ********** nömrəsi ilə, ikinci dəfə ## ###### 2024-cü ildə ********** nömrəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs zəng vurulub. Birinci zəng zamanı çox güman ki, Təqsirləndirilən şəxs zəng çatmayıb. Ikinci zəng zamanı isə 2 dəqiqə 24 saniyə danışıq olub. ## ###### 2024-cü ildən sonra X18 Səfərovla hər hansı telefon əlaqəsi saxlaması müşahidə edilmir. X11 Təqsirləndirilən şəxsla sonrakı əlaqələri, yəni əksər danışıqlarını və yazışmalarını Whatsapp üzərindən apardığını izah edir. Lakin nə ibtidai istintaq zamanı, nə məhkəməyə həmin Whatsapp yazışmalarını təqdim etmir. Bunu da, Whatsapp proqramını telefonundan sildiyi ilə ələqaləndirir. Bu da heç inandırıcı deyil. Çox güman ki, Natiq Imanquliyevin ## ###### 2024-cü ildən sonra, Təqsirləndirilən şəxsla hər hansı əlaqə saxlamasını göstərən sübut təqdim edə bilməməsinin əsas səbəbi Whatsapp proqramını telefonundan silməsi deyil, belə əlaqənin olmamasıdır. Təqsirləndirilən şəxs verilmiş ikinci ittihamla bağlı qeyd edilir ki, bu ittihamın təkzibi üçün “xxxx” MTK-ya aid binanın kamera görüntüləri, xüsusi ilə binanın qarajında olan kameraların görüntüləri müdafiə sübutu ola bilərdi. Təqsirləndirilən şəxs həbsinin ilk günlərində mətbuatda gedən məlumatlardan belə məlum olur ki, polislər ilk gün həmin kamera görüntülərini götürüblər. Lakin iş materiallarında həmin videogörüntüləri görmədilər. Göründüyü kimi polislər quraşdırdıqları əməliyyatı ifşa edəcək sübutları da aradan çıxarmaqla da məşğul olublar. # ###### 2024-cü ildə baş vermiş bu epizod üzrə ittiham aşağıdakı sübutlara əsaslanır: Zərərçəkmiş şəxs ifadəsi, şahidlər (“xxxx” MTK-da mühafizəçi şahid9, PPX əməkdaşları şahid5, şahid4, şahid3 və şahid2) ifadələrinə və məhkəmə tibb ekspertizasının rəyi. Lakin bu ifadələr kifayət qədər ziddiyyətlidirlər və bir-birləri üst üstə düşmürlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində ifadəsində göstərmişdir: “Rüfət mənim üstümə cumub nalayiq söyüşlərlə məni yenidən təhqir edərək heç bir səbəb olmadan yumruq zərbələri ilə sifət və baş nahiyəmdən bir neçə dəfə ardıcıl zərbələr vurduqdan sonra, təpiklə ayaq nahiyəmdən vurduğu üçün mən tarazlığımı itirib yerə yıxıldım. Bundan sonra mən yerdən qalxan zaman Rüfət diz nayihəsi ilə mənim aşağıdan yuxarıya doğru burun və ağız nahiyələrimdən bir neçə zərbə endirdi, daha sonra isə yumruq və təpiklə zərbələri ilə bədənimin müxtəlif nahiyələrindən vurmuşdur. Mən istədim ki, onun əlini tutum, vurmasına imkan verməyim…” Verilən ifadələrdən hadisənin mexnizmi ilə bağlı aşağıdakı ziddiyyətləri müəyyən etmək olur. 1) Zərərçəkmiş şəxs dizlə sifətindən zərbə alması epizodunu izahatında və bir gün sonrakı ifadəsində başqa cür izah edib: “yaxamdan tutub aşağı dartaraq dizi ilə aşağıdan yuxarıya doğru mənim burun nahiyəmə sərt şəkildə zərbə endirdi” “təpiklə ayaq nahiyəmdən vurduğu üçün mən tarazlığımı itirib yerə yıxıldım. Bundan sonra mən yerdən qalxan zaman Rüfət diz nayihəsi ilə mənim aşağıdan yuxarıya doğru burun və ağız nahiyələrimdən bir neçə zərbə endirdi” 2) Zərərçəkmiş şəxs ifadəsində dizlə sifət nahiyəsindən zərbə aldıqdan daha sonra, isə yumruq və təpiklə zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurduğunu göstərmişdir. Lakin hadisə yerinə gələn polislər ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs diz zərbələri vurduqlarını gördüklərini göstərsələr də, ondan sonrakı zərbələr barədə məlumat vermirlər. 3) Zərərçəkmiş şəxs həm izahatında, həm ifadəsində onu tanımadığı şəxslərin ayırdığını göstərir. Lakin şahid9 və polislər ifadə veriblər ki, onları məhz polislər ayırıblar. Maraqlıdır ki, həmin gün xidmətdə və müvafiq olaraq uniformada olan polisləri Zərərçəkmiş şəxs tanımadığı şəxslər kimi təsvir etməzdi. 4) Zərərçəkmiş şəxs ifadəsində polislərin hadisə yerinə onları tanımadığı şəxslər ayırdıqdan, o, 102-yə zəng vurduqdan sonra gəldiyini deyir. 5) Binanın mühafizəçisi şahid9 ifadəsində polisləri hadisə yerinə onun çağırdığını deyir. Polislər isə ifadələrində ümumiyyətlə şahid9 adını belə çəkmirlər, hadisə yerinə səs-küy eşidib özləri gəldiklərini deyirlər. 6) Iş materiallarında polislərin hadisə yerinə gəlməsinin üç müxtəlif versiyası vardır: birincisi Zərərçəkmiş şəxs 102-yə zəng vurduqdan sonra gəlmələri versiyası; ikincisi şahid9 polisləri köməyə çağırması versiyası; üçüncüsü polislərin özlərinin səs-küy eşidib gəlmələri versiyası. 7) əgər hadisə 16 radələrində başlamışdısa və 15-20 çəkmişdisə, polislərin ifadələrinə bu hadisəni 10 dəqiqəsi onların yanında baş vermişdisə, Zərərçəkmiş şəxs saat 17:07:25-də ilk dəfə 001211291923946 nömrəsinə (çox güman 102) zəng edirdi? Axı polis artıq orda idi. Daha sonra, Zərərçəkmiş şəxs nömrəsinə saat 17:13:58-də iki dəfə, 17:19:57 iki dəfə müstəntiq Arif Qarayevdən, saat 17:42:15-də iki dəfə də növbətçi hissədən zənglər daxil olmuşdur. 8) şahid9 ifadəsindən görünür ki, o Rüfətin Natiqi başını aşağı əydiyi, yəni dizlə vurduğu səhnəyi görüb sonra polisləri çağırıb. Polislər ifadələrində də həmin səhnəni gördüklərini təsvir edirlər. 9) Bütün ifadələrdən görünür ki, hadisə yerində çox başqa şəxslər də olub. Ibtidai istintaq zamanı onların kimliyini müəyyən etmək üçün müstəntiq əməliyyat tapışırığı da verib. Lakin məsələ ümumiyyətlə havadan asılı qalıb. Əgər binanın qarajında adı keçən şəxslərdən başqa adamlar da var idisə, bunlar binanın sakinləri və ya binaya aid olan şəxslər idi. Bu şəxsləri mühafizəçi şahid9 tanımalı idi. Lakin müstəntiq şahid9 bu şəxslərin kimliyini aydınlaşdırmağa belə çalışmayıb. Görünən odur ki, istintaq qarşısında qoyulan tapşırıqda hadisənin bu iştirakçıları vasitəsi ilə mexanizmini müəyyən etmək vəzifəsi qoyulmuşdu. 10) Bir qayda olaraq iki polis nəfərindən ibarət post patrul qrupları formalaşdırılır. Hadisə yerinə post patrul qrupunun 4 polis nəfərindən ibarət təşkil edilməsi əvvəlcədən planlaşdırılmış polis əməliyyatına xüsusi hazırlığın göstəricisidir. 11) Əgər Təqsirləndirilən şəxs həqiqətən Zərərçəkmiş şəxs məhкəmə-tibbi eкspertizanın rəyində göstərilən xəsarətləri yetirmiş olsaydı, o zaman onun əlində və dizində də zərbə izləri, əzik və ya gematoma olmalı idi. Çünki, Natiq Imanquliyevdə sümük sınıqları yaradan zərbəni endirən əldə də sınıqların və ya əziklərin, həç olmasa gematomanın yaranmaması mümkün deyildi. Lakin polislərin hamısı Zərərçəkmiş şəxs üzgözünün qan içində olduğunu, Təqsirləndirilən şəxs nə əlində, nə ayağında, ümumiyyətlə bədənində və paltarında gözlə görünən xəsarət və ya iz aşкar etmədiklərini bildirirlər. Təqsirləndirilən şəxs tibbi müayinəsi də, Baкı Istintaq Təcridxanasına qəbul zamanı müayinəsi də onda belə xəsarət olduğunu göstərmir. 12) Bundan əlavə Zərərçəkmiş şəxs iddia olunan qanın açılması ilə müşayət olunan xəsarətlər yetirilmiş olsaydı, o zaman Təqsirləndirilən şəxs paltarlarında da bu qan ləkələrinin qalması ehtimalı var idi, lakin nədənsə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərində olan paltarları maddi sübut кimi tanımayıb, həmin paltarlarda Zərərçəkmiş şəxs qanının olub olmaması barədə müvafiq məhкəmə-bioloji eкspertiza təyin etməyib. 13) Bu epizod üzrə yeganə neytral şahid olan şahid9 məhkəmədə verdiyi ifadə çox obyektiv ifadə idi. # ###### 2024-cü ildə nə baş verdiyini obyektiv göstərirdi. Hesab edilir ki, belə halda Təqsirləndirilən şəxs təqsirliyi sübut edilməmiş sayılmalı və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamlar yalnız bir həlledici sübuta istinad edirdi (Natiq Imamverdiyevin ifadələri). Müdafiə tərəfi bu ifadələrin həddən ziddiyyətli olması və digər sübutlarla təkzib edilməsi barədə kifayət qədər ciddi arqumentlər sadalamışdı. X23 yalan ifadə verməsi üçün motivlərinin olmasını ortaya qoymuşdu. Lakin müdafiə tərəfinin bu arqumentləri araşdırılmadı, onlara qiymət verilmədi. Apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması, Təqsirləndirilən şəxs Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 10, 14 və 18-ci maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi3 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxslə həyatında bir dəfə də olsun qarşılaşmamışdır. Zərərçəkmiş şəxs ## ###### 2024-cü ildə yaşadığı binanın qarajında avtomobilini saxlayarkən qarşısına çıxmış və onu əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs ona hücum etdiyini və bundan sonra ittiham aktında göstərilən absurd və saxta ifadələrin, qondarma cümlələrin ortaya çıxarıldığını bildirmişdir. Adı çəkilən zərərçəkmiş şəxsdən hansısa maddi nemət – pul, əsginaz qəbul etməsi ilə bağlı aralarında nə yazışma, nə telefon danışığı, nə də bunu sübut edəcək şahidin olduğunu qəbul etməmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs iddia edir ki, 60.000,00 Azərbaycan manatını ona verib ki, guya özünün mülkiyyətində olmayan torpaq sahəsini həmin şəxsə versin. Qeyd etmişdir ki, insan nə qədər düşüncəsiz və savadsız olmalıdır ki, kiməsə müraciət edib onun istifadəsində, sərəncamında və ya xüsusi mülkiyyətində olmayan əmlakla bağlı tam dəyəri ödəsin. Bildirmişdir ki, heç olmasa söhbət 500–600 manat civarında məbləğdən getsəydi, bu bir qədər ağlabatan görünərdi. Müasir dövrdə alqısatqı müqavilələrinin necə həyata keçirildiyi hər kəsə məlumdur və bu əməliyyatlar əsasən bank vasitəsilə aparılır. Göstərmişdir ki, təxminən 25–26 il əvvəl valideynləri Novxanı bağları massivində o dövr üçün təxminən 100–200 ABŞ dolları dəyərində 11 sot torpaq sahəsi almışlar. Torpaq sahəsinin kifayət qədər ensiz, lakin uzun olduğunu, ölçülərinin 11 metr enində və 100 metr uzunluğunda olduğunu bildirmişdir. Bu müddət ərzində torpağın özgəninkiləşdirilməsinin mümkün olmadığını, alıcıların tikinti üçün münasib hesab etmədiklərinə görə maraq göstərmədiklərini qeyd etmişdir. Son illərdə torpaq sahəsinə marağın yarandığını, ailə daxilində məsləhətləşərək atasının mülkiyyətində olan həmin torpaq sahəsini satmaq qərarına gəldiklərini bildirmişdir. Buna səbəb kimi evin bərpası, təmir işləri və atasının sağlamlıq vəziyyəti ilə əlaqədar əməliyyat xərclərinin qarşılanmasına ehtiyac olduğunu göstərmişdir. Ifadəsində qeyd etmişdir ki, bu proses zamanı anası əvvəlcədən xəbərdarlıq etmiş və istər daşınar, istərsə də daşınmaz əmlak məsələlərində ümumiyyətlə iştirak etməməsini istəmişdir. Bunun səbəbini isə onu qorumaq istəyi ilə əlaqələndirmişdir. Bildirmişdir ki, onun izlənildiyini düşünürdü və evdən çıxarkən, qayıdarkən, yollarda daim nəzarət altında olduğunu hesab edirdi. Həmçinin göstərmişdir ki, Tərlan adlı daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan bir şəxs vasitəsilə valideynləri torpaq sahəsinin təxminən 6 sot hissəsinin satılması ilə bağlı hərəkət etmişlər. Bir müddət sonra həmin şəxs alıcının olduğunu bildirmişdir. Digər alıcılar da olsa da, qiymət məsələsində razılıq əldə edilmədiyini, nəticədə 57.000–58.000 manat məbləğində razılıq əldə olunduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin əgər birdəfəlik 60.000,00 Azərbaycan manatı ödəmək imkanı varsa və bu vəsaiti qanunsuz yollarla əldə etməyibsə, həmin pulun mənbəyi araşdırılmalıdır və bunun məhkəmə prosesi zamanı müəyyən ediləcəyini düşünür. Həmçinin qeyd etmişdir ki, həmin şəxsin yanında mülki geyimli başqa bir şəxs də olmuşdur. Atası sonradan belə nəticəyə gəlmişdir ki, həmin şəxs istintaq və ya əməliyyat tədbirləri ilə əlaqəli polis əməkdaşı olmuş ola bilər. Bildirmişdir ki, alqı-satqı müqaviləsində tərəfin razılığı imza ilə ifadə edilməlidir. Sonradan məlum olmuşdur ki, alıcı kimi göstərilən şəxs adını yazmaqda və imza atmaqda çətinlik çəkmişdir. Bu hal anası tərəfindən irad tutulmuş və həmin şəxs bunu etiraf etmişdir. Ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı onunla whatsapp mobil tətbiqi vasitəsilə yazışmalarının olduğunu göstərmişdir. Lakin onun fikrincə, əgər belə yazışmalar mövcud idisə, niyə təqdim edilməmişdir. Bildirildiyinə görə həmin yazışmalar silinmişdir. O hesab etmişdir ki, əgər həqiqətən belə böyük məbləğdə pul verilmişdirsə, bunu təsdiq edən yazışmalar saxlanılmalı idi. Bundan sonra 3–4 gün keçdikdən sonra həmin şəxs ona zəng etmişdir. Nömrənin əmlakçı Tərlandan əldə olunduğunu bildirmişdir. Həmin şəxs torpaq sahəsinin qalan hissəsini də almaq istədiyini demişdir. O isə torpağın qalan hissəsini satmaq niyyətində olmadıqlarını və lazım olan vəsaiti artıq əldə etdiklərini bildirmişdir. Göstərmişdir ki, sonrakı zənglərdə də eyni mövqeni saxlamışdır. Üçüncü zəng zamanı səs tonunu qaldıraraq bildirmişdir ki, əgər torpaq satılsa, valideynlərindən xahiş edib həmin şəxsə satılmasına kömək edəcəkdir. Bir dəfə səfərdə olarkən həmin şəxs whatsapp vasitəsilə onunla əlaqə saxlamışdır. O hesab etmişdir ki, istintaq orqanlarında maddi sübutlar olmadığı üçün süni şəkildə ünsiyyət yaradılmasına cəhd göstərilmişdir. Bildirmişdir ki, avtomobilini tez-tez ABŞ səfirliyinin yaxınlığında park edirdi və həmin dövrdə izlənildiyini düşünürdü. Sonradan hər iki şəxsin mobil telefon anten məlumatlarının üst-üstə düşməsi faktı müəyyən edilmişdir. O, qeyd etmişdir ki, həmin gün yalnız səfirlikdə görüşdə olmuş və başqa məqsədlə həmin əraziyə getməmişdir. Birinci alqı-satqı zamanı zərərçəkmiş şəxsin valideynlərinə etibar edib cəmi 500,00 manat beh verdiyini bildirmişdir. Torpağın ümumi dəyərinin isə 58.000,00 manat olduğunu qeyd etmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman alıcının xüsusi mülkiyyətçinin övladlarının da razılığını tələb etdiyini, notariusun isə bunun zəruri olmadığını bildirdiyini qeyd etmişdir. Buna baxmayaraq, özü və bacısı etiraz etmədiklərinə dair ərizə vermişlər. Göstərmişdir ki, sadə məntiqə görə bir şəxsin ilk dəfə gördüyü adama torpağın tam dəyərini verməsi inandırıcı görünmür. Halbuki torpağın mülkiyyətçisi ilə əvvəlcədən görüşüb cəmi 500 manat beh verilməsi ziddiyyət təşkil edir. O, hesab etmişdir ki, bu yanaşma ilə gələcəkdə istənilən şəxs əsassız şəkildə müxtəlif cinayətlərdə ittiham oluna bilər. Ibtidai istintaqın belə nəticəyə gəlməsini əsaslı hesab etmədiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, ona qarşı irəli sürülən qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və xuliqanlıq ittihamlarının da əsas ittiham hesab etdiyi dələduzluq ittihamından qaynaqlandığını düşünür. Iddia etmişdir ki, cinayət təqibinin siyasi xarakter daşıdığını hesab edir və bunun onu cəzalandırmaq vasitəsi olduğunu düşünür. Sonda bildirmişdir ki, özünü müdafiə etmək üçün əlavə xahişi yoxdur və ona ən ağır cəzanın verilməsini belə qəbul etməyə hazır olduğunu bəyan etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, torpaq sahəsi atası Eldar Səfərovun xüsusi mülkiyyətində olmuşdur və həmin torpaq sahəsinin ona birbaşa aidiyyəti olmamışdır. Ailəsinin onu alqı-satqı və sənədləşdirmə işlərindən uzaq tutduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs adını ilk dəfə 2024-cü ilin dekabr ayında eşitdiyini göstərmişdir. Torpaq sahəsində özü və bacısının da hüquqları olduğu üçün alqı-satqı zamanı torpağın satılmasına etiraz etmədiklərinə dair yazılı ərizə verdiklərini bildirmişdir. Alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığını, bağlandığı halda notarial qaydada təsdiq olunub-olunmadığını bilmədiyini qeyd etmişdir. Torpağın satılmasına etiraz etməmələri barədə yazılı ərizədə vaxt və tarix göstərmədiyini bildirmişdir. Torpaq alqı-satqısı məsələlərinin ilk dəfə 2024-cü ilin mart ayında gündəmə gəldiyini göstərmişdir. Torpaq sahəsinin yarısının, yəni təxminən 6 ar hissəsinin satılmasının planlaşdırıldığını bildirmişdir. Natiqdən başqa torpaq sahəsini almaq istəyən digər şəxslərin də olduğunu, lakin ən yüksək qiyməti Natiqin təklif etdiyi üçün onunla razılıq əldə edildiyini qeyd etmişdir. Ifadəsində göstərmişdir ki, Natiq həmkəndlisi olan polis rəisinin müavini Vüqar Ələkbərovun tapşırığı ilə ona zəng edirdi. Natiqin bir neçə dəfə əlaqə saxlayaraq torpaq sahəsinin satışdan sonra qalan hissəsini də almaq istədiyini dediyini bildirmişdir. Atasının buna etiraz etdiyini qeyd etmişdir. Sonradan Natiqin birbaşa ona zəng etdiyini, dəfələrlə təkid göstərməsinə baxmayaraq razılaşmadığını bildirmişdir. Hətta torpaq sahəsinin qalan hissəsini satmaq qərarı verilərsə, Natiqə xəbər veriləcəyini dediyini qeyd etmişdir. Bununla belə, əslində torpaq sahəsinin qalan hissəsini satmaq niyyətlərinin olmadığını və həmin cavabı yalnız söhbəti yekunlaşdırmaq məqsədilə verdiyini bildirmişdir. Torpaq sahəsinin yarısı – təxminən 6 ar hissəsinin satışa çıxarıldığını, Natiqin atasına torpaq sahəsinin tam alınması ilə bağlı təklif veribvermədiyini xatırlamadığını qeyd etmişdir. Natiqlə bir neçə dəfə telefon əlaqəsi saxladığını və danışığın torpaq alqı-satqısı ilə bağlı olduğunu bildirmişdir. Hadisədən əvvəl Natiqin niyyətini anlaya bilmədiyini qeyd etmişdir. Sonradan anasına Natiq barədə sual verdiyini göstərmişdir. ## ###### 2024-cü ildə Natiqin ona zəng edib-etmədiyini xatırlamadığını bildirmişdir. Həmin tarixdə saat 20:00–21:00 radələrində harada olduğunu dəqiq xatırlamadığını qeyd etmişdir. 050-317-29-03 nömrəsinin istifadəsində olan mobil nömrə olduğunu göstərmişdir. ABŞ-da olarkən Natiqlə whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə danışdığını, həmçinin mobil operator üzərindən də əlaqə saxladıqlarını bildirmişdir. ## ###### 2024-cü il tarixində saat 20:00–21:00 radələrində dostları ilə birlikdə Rixard Zorge adına parkda olduğunu qeyd etmişdir. Natiqin günün hansı saatlarında ona zəng etdiyini xatırlamadığını bildirmişdir. Həmin tarixdə Natiqin ona pul vermədiyini, aralarında hər hansı konflikt olmadığını göstərmişdir. Anasının əvvəlcədən Natiqin başqa niyyəti olduğunu hiss etdiyini bildirmişdir. ## ###### 2024-cü il tarixində ABŞ səfirliyindən ona zəng edildiyini və xarici pasportunu götürərək səfirliyə gəlməsinin xahiş olunduğunu qeyd etmişdir. Bundan əvvəl ona mükafat veriləcəyi barədə məlumat verildiyini göstərmişdir. Sonradan Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşadığı binanın qarajında Natiqlə qarşılaşdığını bildirmişdir. Onun sözlərinə görə, həmin şəxs özünü təqdim etdikdən sonra guya saxta sənədlə torpaq satdığını bildirərək ona hücum etmişdir. Təxminən bir dəqiqə ərzində polis əməkdaşlarının qaraja daxil olduqlarını, Natiqi yerə uzatdıqlarını, özünü isə qandallayaraq avtomobilə mindirdiklərini bildirmişdir. Mobil telefonunun da götürüldüyünü və daha sonra polis idarəsinə aparıldığını qeyd etmişdir. Hadisə zamanı Natiqin onun baş nahiyəsinə yumruqla zərbə endirdiyini, lakin fiziki göstəricilər baxımından onu üstələmədiyini və ciddi xəsarət yetirmədiyini bildirmişdir. Istintaq mərhələsində bu məzmunda ifadə veribvermədiyini dəqiq xatırlamadığını göstərmişdir. Ekspertə ciddi xəsarət almadığını bildirdiyini qeyd etmişdir. Qarajın gözətçisi şahid9 hadisənin şahidi olduğunu göstərmişdir. Hadisə zamanı kənar şəxslərin şahid olmaması üçün qaraj qapısının bağlı olduğunu qeyd etmişdir. Sonda bildirmişdir ki, həbsinin siyasi və ictimai-hüquqi fəaliyyəti ilə əlaqəli olduğunu düşünür. 60.000,00 manat məbləğində pulun ona deyil, valideynlərinə verildiyini qeyd etmişdir. Beh müqaviləsini fiziki olaraq görmədiyini bildirmişdir. 2024-cü ilin oktyabr ayında 8 gün ABŞ-da olduğunu, həmin müddətdə Natiqlə whatsapp vasitəsilə əlaqə saxladığını göstərmişdir. Zərərçəkmiş şəxsin əvvəlcədən polis orqanları ilə qeyri-qanuni əlaqə quraraq onun anket məlumatlarını əldə etdiyini düşündüyünü bildirmişdir. Hadisə günü qaraja daxil olarkən orada heç kimin olmadığını, zərərçəkmiş şəxsin sonradan daxil olduğunu və həmin şəxsin hücumundan təxminən 15– 20 saniyə sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 02 il əvvəl Novxanı ərazisindən özünə torpaq sahəsi satın almaq üçün, Novxanı kəndinə yollanaraq, realtor ilə görüşüb. Realtor Tərlan adlı şəxs idi və o da öz növbəsində Natiqi Rüfətin atası Eldar Səfərova yönəltmişdi. Natiq Eldar Səfərov ilə telefon vasitəsi ilə danışıb görüşmüş, növbəti görüş isə Natiqin satın almaq istədiyi torpaq sahəsinin üzərində baş tutmuşdur. Bu zaman görüşə Eldar Səfərov, onun həyat yoldaşı və daha 01 nəfər Natiqin tanımadığı şəxs gəlmişdi. Onlar orada torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş, daha sonra isə Xırdalan şəhərinə yollanmışlar. Iş bir gün yubanmış, ertəsi gün isə alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getmişlər. Natiq tələb olunan pulu ödəmiş və rəsmi qaydada alqı-satqı prosesi baş tutmuşdur. Natiq həmin zaman Eldar Səfərova məxsus torpaq sahəsinin bir hissəsini satın almışdı. 3-4 ay sonra Natiq yerdə qalan torpaq sahəsini də satın almaq istəmiş, bu barədə Eldar Səfərova zəng edib, o isə Natiqə torpağın 01 arına 20.000,00 manat qiymət demişdir. Natiq bu qiyməti baha hesab etdiyini demiş, Eldar Səfərov isə qiymətdə endirim etməyəcəyini bildirmişdir. Natiq daha sonra realtor Tərlana müraciət edərək Eldar ilə arasında ortaq məxrəc yaratmasını ondan xahiş etmişdir. Tərlan Eldarın tərs bir insan olduğunu, Natiqin onu heç cür yola gətirə bilməyəcəyini bildirərək, oğlu Rüfət ilə danışmağını məsləhət görmüş, Natiqə də Rüfətin mobil nömrəsini vermişdir. Natiq bir neçə dəfə telefonla Rüfət ilə danışmış, sonuncu daha sonra Natiqə whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə zəng edərək görüşmək istədiyini bildirmişdir. Natiq onunla Nəsimi rayonu ərazisində görüşərək ona 60.000,00 manat pul vermişdir. Daha sonra Rüfət bir neçə dəfə Natiqə bu işi yoluna qoyacağını, hazırda atasının xəstə olduğunu bildirirərək, Natiqi yubatmağa və boş vədlər verməyə başlamışdır. Natiq daha sonra Rüfətdən pulunu geri tələb etmiş, lakin o Natiqə yenidən gözləməyi tövsiyə edərək, torpağın sənədlərini onun adına keçirəcəyini bildirmişdir. Verilmiş suallara cavab olaraq, o, torpaq sahəsini 2 dəfə almağa cəhd etdiyini, ilk dəfə torpağı sənədi ilə birlikdə aldığını demişdir. Ikinci dəfə isə torpağın sənədinin veriləcəyi deyildi, lakin verilmədi. O, əvvəllər torpaq sahəsi satın almayıb. O, torpaq sahəsi satın almaq üçün hansı sənədlərin lazım olduğunu bilir. O, torpaq sahəsi satın almaq üçün Tərlan adlı maklerə yaxınlaşıb. Əvvəlcə digər torpaq sahələrinə də baxıblar, lakin qiymət səbəbilə, həmçinin torpaq sahəsinin 02 ədəd giriş-çıxışı olduğu üçün, Eldar Səfərova məxsus torpaq sahəsi ona daha cəlbedici gəlib. Torpaq sahəsi ümumilikdə 11 ar-dan bir qədər çox idi. Natiq ilk epizodda 06 ar ölçüdə sahəni satın alıb. 06 ar sahənin 02 tərəfdən giriş-çıxışı yox idi. O, əvvəlcə bütün ərazini satın almaq istəyirdi, lakin pul çatmadığı üçün, 06 ar sahəni satın almışdır. Ilk alqı-satqıda Eldar Səfərovdan başqa, həyat yoldaşı və ayrı 01 şəxs də orada idi. Natiq ilk alqı-satqı zamanı təqsirləndirilən şəxs ilə danışıb, lakin üzbəüz görüşməyiblər. Təqsirləndirilən şəxs də alqı-satqı zamanı razılıq verməli idi. Natiq təqsirləndirilən şəxsi ilk alqı-satqı zamanı görməyib. Atası evdə ona imza etdirib, sənədi notariat kontoruna gətirmişdi. Həmin imzanın təqsirləndirilən şəxsə məxsus olduğunu atası bildirmişdi. Ilk alqısatqı prosesi zamanı təqsirləndirilən şəxs ilə mobil telefonla danışmışdı. O, təqsirləndirilən şəxs ilə ilk dəfə telefonla danışan zaman onun hansı mobil nömrədən istifadə etdiyini xatırlamır. O, təqsirləndirilən şəxs ilə yalnız whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə danışıb. Natiq tikinti sahəsində işləyir. O, ilk dəfə torpaq sahəsi üçün 58800,00 manat pul ödəyib. O, müxtəlif növ tikinti işlərinin görülməsi üzrə işləyir. O 13-14 yaşından işləyir. Həmin zamandan başlayaraq topladığı vəsait ilə torpaq sahəsi satın alıb. Ikinci dəfə torpaq sahəsi satın almaq üçün realtor ilə əlaqəyə keçib. O ilk dəfə Eldar Səfərovdan 01 ar torpaq sahəsini 9.800,00 manata almışdı. Lakin ikinci epizodda Eldar ondan 01 ar torpaq sahəsi üçün 20.000,00 manat pul istədi. Natiq isə onu razılığa gətirə bilmədiyi üçün, realtor ilə əlaqəyə keçdi. O, ilk torpaq sahəsini satın aldıqdan 3-4 ay sonra ikinci dəfə torpaq sahəsi satın almaq istəmişdir. Tərlan Eldarın tərs bir insan olduğunu, onu heç cür yola gətirə bilməyəcəyini bildirərək Natiqin, Eldarın oğlu Rüfət ilə danışmağını məsləhət görmüş və Natiqə Rüfətin mobil nömrəsini vermişdir. Natiq bir neçə dəfə telefonla Rüfət ilə danışıb. Rüfət daha sonra ona whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə zəng edərək torpaq sahəsini ona sata biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs ona atasını yola gətirə biləcəyini demişdi. O, təqsirləndirilən şəxs ilə qiymət danışmayıb. Təqsirləndirilən şəxs əlində sadəcə 60.000,00 manat pul olduğunu bildirib. Təqsirləndirilən şəxs isə etiraz etməyib. Rüfət ondan sadəcə pulları tələb etmiş, geridə qalan məsələləri özünün həll edəcəyini, atasını razı salacağını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 3 ya 4-cü telefon danışıqlarında ondan pulları tələb edərək geridə qalan məsələləri özünün həll edəcəyini, atasını razı salacağını bildirdi. O, ilk dəfə torpaq sahəsi satın alarkən pulu notariat kontorunda bank hesabına ödəyib. Torpaq sahəsinin sənədi bələdiyyə çıxarışı idi. Torpaq sahəsinin 06 ar hissəsinin sənədi bələdiyyə çıxarışı idi. O, ikinci dəfə satın almaq istədiyi torpaq sahəsinin sənədinin olub-olmadığını bilmir. Təqsirləndirilən şəxs ondan əvvəlcə pulu tələb etmiş, 1 həftə-10 gün sonra isə alqı-satqının baş tutacağına söz vermişdir. O, Rüfətə pulu Nəsimi rayonu ərazisində, Tibb Universitetinin 150-200 metr yaxınlığında verib. Təqsirləndirilən şəxs avtomobil ilə görüşə gəlmişdi. O, Təqsirləndirilən şəxs avtomobilinin markasını xatırlamır, ağ rəngli avtomobil idi. Təqsirləndirilən şəxs ilə 21:00-21:30 radələrində görüşüblər. Təqsirləndirilən şəxs görüşə tək gəlmişdi. Təqsirləndirilən şəxs ondan pulu avtomobilin içərisində götürmüşdü. Həmin avtomobilin kimə məxsus olduğunu bilmir. Təqsirləndirilən şəxs avtomobili özü idarə edirdi. Natiq görüşə piyada getmişdi. Təqsirləndirilən şəxs pulu götürərkən saymamış, lakin Natiq pulun miqdarını ona demişdir. Təqsirləndirilən şəxs 1 həftə ərzində məsələni həll edəcəyini bildirmişdi. O, Rüfətə 60.000,00 manat pul verib. O, bir həftə sonra Rüfətə məsələnin nə yerdə qaldığı barədə zəng edib soruşub. Təqsirləndirilən şəxs isə hazırda vaxtının olmadığını, daha sonra danışacağını bildirmişdir. Təqsirləndirilən şəxsə pulu verdikdən sonra, təqsirləndirilən şəxslə arasında insident baş verənə qədər onunla görüşməyib. Lakin 3- 4 dəfə aralarında telefon danışığı baş tutub. Təqsirləndirilən şəxsla aralarında insident baş verən gün Natiq onun atası ilə görüşmək niyyətində idi, lakin onun özü ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxslə aralarında insident baş verən yerdə, yəni onun yaşadığı ünvanda, Natiq daha əvvəl olmuş və onun atası ilə görüşmüşdü. Təqsirləndirilən şəxs Natiqə diz nahiyəsi ilə vurdu, lakin Natiq ona heç bir xəsarət yetirməmişdi. Natiq Eldar Səfərov ilə görüşmək niyyəti ilə binaya gəlmişdi. Bu zaman Təqsirləndirilən şəxs avtomobil ilə gəlmişdir. Natiq də onun arxasınca qaraja daxil olmuşdur. O, Təqsirləndirilən şəxs pulunu tələb etmiş, sonuncu isə Natiqə xəsarət yetirmişdir. Natiq gələn zaman qarajın qapısı açıq idi. Natiq əvvəl Təqsirləndirilən şəxs bir dəfə görüb. Natiq Təqsirləndirilən şəxs yaxınlaşıb pulunu tələb etmiş, o, isə Natiqi təhqir edərək vurmuşdur. Təqsirləndirilən şəxs Natiqin ünvanına nalayiq söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs əvvəlcə Natiqə çıxıb getməyini bildirmişdir. Natiq getmədikdə ünvanına söyüşlər söyməyə başlamışdır. Təqsirləndirilən şəxs ona diz nahiyəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxs onun kürəyinə 2-3 yumruq zərbəsi vurmuş, sonra diz nahiyəsi ilə üzünə zərbə endirmişdir. Təqsirləndirilən şəxs ilə söhbətləri və daha sonra baş verən dava ümumilikdə 15-20 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs onu döyən zaman, o telefonla 102 xidmətinə zəng vurub məlumat verib. O beh verərkən tək olub. O, ilk dəfə təqsirləndirilən şəxsin evinə gedərkən hələ beh verilməmişdi. Sonu 2824 rəqəmləri bitən mobil nömrə ona məxsusdur. Natiq sonu 2824 rəqəmləri bitən mobil nömrəni 5-6 ildir ki, istifadə edir. O, 14 iyul tarixindən sonra başqa mobil nömrə istifadə edib. O, Təqsirləndirilən şəxsla ilə 070-834-28-20 mobil nömrəsi vasitəsilə əlaqə qurub. O, təqsirləndirilən şəxs ilə başqa mobil nömrə vasitəsilə yazışmayıb. Onun telefonu sönülü olmayıb. Tibb Universitetinin yerləşdiyi ərazinin hansı tərəfində təqsirləndirilən şəxs ilə görüşdüyünü izah edə bilmir. Tibb Universitetinin yaxınlığında təqsirləndirilən şəxs ilə görüşməsinin səbəbi ona pul vermək idi. O, daha sonra taksiyə oturub evə qayıdıb. Natiq təqsirləndirilən şəxsin evinə getməyib. O ola bilsin ki, təqsirləndirilən şəxsin evinin yaxınlığından keçib gedib. O daha əvvəllər təqsirləndirilən şəxsin evinin yaxınlığında yerləşən çayxanada oturub çay içib. O, # ###### 2024-cü il tarixində Tibb Universitetinin yaxınlığında olmayıb. Hadisə zamanı təqsirləndirilən şəxs ona yumruqla və diz nahiyəsi ilə xəsarət yetirib. O, təqsirləndirilən şəxs ilə görüşdükdən sonra gedib onun evinin yaxınlığında yerləşən çayxanada çay içib, daha sonra Binəqədi ərazisinə yollanıb. O, hadisə günü hadisə yerinə saat 15:00-17:00 saatlarında gedib. O, təqsirləndirilən şəxsin evini bir qədər axtardıqdan sonra onun qarajını tapıb. Təqsirləndirilən şəxsi beh verdiyi yerdə görüb. Təqsirləndirilən şəxs ilə qarşılaşdığı yeri hazırda izah edə bilmir. Natiq təqsirləndirilən şəxsi qarajda yox, çöldə gözləmişdir. O heç kimi hər hansı sənəd verməyə və ya imza etməyə məcbur etməyib. O, təqsirləndirilən şəxsi hadisədən və alqısatqıdan əvvəl görməyib və ona inandığına görə heç bir qəbz almadan ona pul verib. Hadisədən əvvəl qarajın 50 metr yaxınlığında, qarajın sol tərəfində dayanmışdı. Qarajın ətrafında market, avtomobillər və insanlar var idi. Hadisədən əvvəl ətrafda polis yox idi. O təqsirləndirilən şəxsin atasını danışmaq üçün gözləyirdi. Lakin təqsirləndirilən şəxsin özü gəlib çıxmış və hadisə gündüz vaxtı baş vermişdir. O təqsirləndirilən şəxsin arxasınca qaraja getmişdir. Qarajın qapısı açıq olmuş və qaraja daxil olduqdan sonra neçə addım atdığını xatırlamır. Təqsirləndirilən şəxs onu üz nahiyəsindən vurmuş və nəticədə burnu və çənəsi sınmışdır. O, dişlərini müalicə etdirmək məqsədi ilə stomatoloqa zəng edib. Təqsirləndirilən şəxsin zərbəsi nəticəsində ön çənə dişləri sınmışdı. O, dişlərini müalicə etdirmək məqsədi ilə stomatoloq Daşqın həkimin qəbuluna gedib. Çənəsi sındığı üçün Naxçıvan şəhərində olarkən həkimə yaxınlaşmışdı. Təqsirləndirilən şəxs çənəsini zərbə ilə sındırmışdı. Hadisədən 3-4 gün sonra çənəsinin müalicəsi ilə əlaqədar Naxçıvan şəhərinə getmişdi. Hadisədən sonra Bakı şəhərində həkim qəbuluna getməyib. Hadisə zamanı üz nahiyəsi qan içərisində idi. Köynəyinə də qan ləkəsi dəymişdi. Müstəntiqə həmin qanlı köynəyini göstərib, lakin müstəntiqin nəyə görə həmin köynəyi maddi sübut kimi tanımadığını bilmir. O, West Hospital xəstəxanasının harada yerləşdiyini bilmir. West Hospital xəstəxanasına daha əvvəl gedib-getmədiyini bilmir. West Hospital xəstəxanasının harada yerləşdiyini bilmir. Hadisədən sonra Bakı şəhərində müayinədən keçib-keçmədiyini xatırlamır. O, hadisə zamanı 102 xidmətinə zəng vurub. Polis əməkdaşları onun zəngindən 15-20 dəqiqə sonra hadisə yerinə gəldilər. Hadisə yerinə gələnlər məhkəmə şahid qismində ifadə verən polis əməkdaşları idilər. O, elan olunmuş ifadəni təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, o, hadisənin üzərindən çox vaxt keçdiyi üçün hazırda bəzi təfərrüatları xatırlamır. Natiq Imanquliyev ona müraciət edərək, torpaq sahəsi satın almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. Onun atası Eldar Səfərovu tanıyır. Eldar bəy 7-8 il əvvəl ona müraciət edərək, özünə məxsus torpaq sahəsini satmaq istədiyini bildirmişdi. O da arada vasitəçilik edərək, Natiq ilə Eldarı görüşdürüb. O, satış baş tutarsa, torpaq sahəsini satan şəxsdən 2 faiz, alıcıdan isə 1 faiz həcmində xidmət haqqı almalı idi. O, sonradan alqısatqının baş tutduğunu və torpaq sahəsinin təxminən yarısının, yəni 600 kvadrat metr ərazinin Natiq tərəfindən satın alındığını öyrəndi. Natiq əvvəlcə onun xidmət haqqını gecikdirsə də, sonradan ona ödəniş etdi. Digər tərəfdən Rüfət də 2 faiz həcmində ona ödəniş etmişdir. Natiq bir müddət sonra ona zəng edərək torpaq sahəsinin qalan yarısını da satın almaq istədiyini, lakin Eldar Səfərov ilə razılığa gələ bilmədiyini bildirdi və ondan Eldarın oğlu Rüfətin mobil nömrəsini istədi. Rüfətin mobil nömrəsi Tərlanda var idi, həmçinin o Tərlana daha əvvəl atasının səhhətinin pis olduğunu bildirmiş və torpaq sahəsi ilə maraqlanan olarsa, ona yönləndirməyini xahiş etmişdi. O da Rüfətin nömrəsini Natiqə vermiş və satış baş tutarsa, yenə 1/2 faiz xidmət haqqı alacağını bildirmişdi. Onun daha sonra baş verənlər barədə məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq, o, torpaq sahəsinin sahibi kimi Eldar Səfərovu tanıyıb. Eldar Səfərovun alqı-satqıdan çox da anlayışı olmadığı hiss olunurdu. Eldar Səfərovun satış zamanı çox endirim etməyəcəyi hiss olunurdu. O, vasitəçi olub. Torpağın pay mülkiyyətçilərindən biri də Rüfət idi. Torpaq sahəsi Eldar Səfərovun mülkiyyətində idi. Torpaq sahəsinin hər 100 kvadrat metri üçün təxminən 8-9 min manat tələb olunurdu. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Satış prosesində o iştirak etməyib. Natiq Imanquliyev satışdan çox əvvəl Eldar və Rüfətin mobil nömrələrini əldə edib, onlarla görüşmək istəyirdi. O Tərlandan 2 dəfə Rüfətin mobil nömrəsini istəyib. Natiq Eldar ilə uzlaşa bilmədiyini bildirərək, onun oğlu Rüfətin mobil nömrəsini istəyirdi. Rüfətin mobil nömrəsi Tərlanda var idi. Rüfət ona bank kartı ilə pul köçürüb. Natiq Tərlanın dediklərini təsdiq edir. Tərlana çatası satışın 2 faizi həcmində qonorarı atası gecikdirmişdi və sonra həmin pulu Tərlana Natiq verdi. O, Natiqə Rüfətin mobil nömrəsini 1-ci dəfə baş tutan torpaq sahəsinin satışından sonra vermişdi. Sonradan Natiq və Rüfət arasında hansı danışıqların baş tutması ona məlum deyil. O, Natiq və Rüfət satış məsələsində uzlaşsın deyə Natiqə Rüfətin mobil nömrəsini vermişdi. O, satış baş tutsun deyə Natiqə Rüfətin mobil nömrəsini vermişdi. Ilk dəfə baş tutan satış prosesində Eldarın səhhəti pis olduğu üçün, Rüfət müştəriləri Tərlanın ona yönəltməyini demişdi. Lakin ikinci dəfə baş tutmayan satış prosesində Rüfət ona belə söz deməmişdi. Rüfət ona heç nə deməmişdi. O, Rüfət ilə Natiqin arasında baş verənlər barədə Binəqədi RPI-də məlumat əldə etdi. Tərlan hər baş tutan satışdan 1 və ya 2 faiz həcmində qonorar alır. O. satıcıdan yox, alıcıdan qonorar alırdı. Natiq ondan Rüfətin mobil nömrəsini istəmişdi. O, 2 faiz həcmində qonorar almalı idi. Təqsirləndirilən şəxsin atası pulu gecikdirirdi deyə təqsirləndirilən şəxsə müraciət etdi, o da Tərlana 800,00 manat ödəniş etdi. Tərlan alqı-satqı prosesində iştirak etməyib. Torpaq sahəsinin satışı üçün start qiymət 60.000,00 manat idi. Torpaq sahəsinin sondan neçəyə satıldığı ona məlum deyil. Torpaq sahəsi təxminən 57.000-58.000,00 manata satıldı. Natiq ondan 02 dəfə təqsirləndirilən şəxsin mobil nömrəsini istəyib. O, məhkəmədə verdiyi ifadəni təsdiq edir. O, ibtidai istintaqda yanlış ifadə verə biləcəyini deyir. Natiq ondan iki dəfə təqsirləndirilən şəxsin mobil nömrəsini istəyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid9 ifadəsində göstərmişdir ki, o, həyətdə səs-küy eşitmişdir. Səsə tərəf getmiş və nələrin baş verdiyi ilə maraqlanmışdır. Bu zaman polis əməkdaşları onu saxlayaraq kim olduğunu soruşmuşlar. O, həmin binanın mühafizəçisi olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onu zorla polis avtomobilinə mindirmiş və polis bölməsinə aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, binada dalandardır. Su anbarına və liftə nəzarət edir. Qarajın jalüzünün açarı onda olmamışdır. Pult komendantda olmuşdur. O, komendantdan açarı alıb qarajı açmış və Təqsirləndirilən şəxs qaraja daxil olmuşdur. Qaraja Rüfətdən başqa heç kim daxil olmamışdır. O, səs-küyün nə səbəbə yarandığını bilməmişdir. O, hadisə ilə əlaqədar heç nə görməmişdir. O, Rüfəti görməmişdir. Qaraja kənar şəxslər və avtomobillər daxil ola bilməzdi. Daxil olsaydı, görərdilər. O, heç kimi köməyə çağırmamışdır. Ibtidai istintaq zamanı ona hər hansı təzyiq edilməmişdir. O, Binəqədi RPI-də olmuşdur. O, Pünhan Əbilovu xatırlamamışdır. Onun təqsirləndirilən şəxslə düşmənçilik və ədavəti olmamışdır. Müstəntiq onun ifadəsini yazmış, lakin şifahi oxumamışdır. O, kiril əlifbası ilə yazıboxumağı bacarmışdır. O, orta təhsillidir. Qarajda müşahidə kameraları var idi, lakin hadisədən sonra həmin kameralar yığışdırılmışdır. Kameralar işləmir, təzələnmək üçün köhnə kameraları gəlib sökmüşlər. O, kameraları kimin sökdüyünü bilməmişdir. Onu 4–5 nəfər polis əməkdaşı avtomobilə qoyub Binəqədi RPI-yə aparmışlar. 02 gün polis bölməsində saxlanılmış, daha sonra evə buraxılmışdır.Məhkəmə iclasında şahid şahid7 ifadəsində göstərmişdir ki, Natiq əvvəllər onun iş yoldaşı olub. Natiq günlərin birində ona zəng edərək, Novxanı ərazisindən torpaq sahəsi almaq istədiyini bildirdi. O da heç bir etiraz etməyərək, Natiqlə deyilən əraziyə, realtorun yanına getdilər. Realtor onlara bir neçə torpaq sahəsi tövsiyyə etdi. Onlar həmin torpaq sahələrindən birinə gedib əraziyə baxdılar. Torpaq sahəsinin sahibi yaşlı kişi də orada idi. Onlar razılaşdılar və behləşdilər, daha sonra notariat ofisinə gedərək, bütün prosedurları həyata keçirdilər. Natiq bank hesabına torpaq sahəsinin alışı üçün tələb olunan məbləği də köçürdü və rəsmi qaydada torpaq sahəsini satın aldı. Natiq sonradan ona ikinci dəfə yenə həmin yaşlı kişiyə məxsus torpaq sahəsini satın almaq niyyətində olduğunu və daha ucuz qiymətə torpaq sahəsini satın almaq üçün, həmin kişinin oğlu ilə danışıq apardığını bildirmişdi. Onun daha sonra baş verənlər barədə hər hansı məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq, torpaq sahəsinin sahibi olan kişinin adını xatırlamadığını lakin həmin alqı-satqı prosesinin bütün mərhələlərində iştirak etdiyini bildirmişdir. Natiq Eldarın digər ailə üzvlərinin də satışa öz razılığını verməsini tələb etmişdi. Asif Eldar və onun oğlu Rüfətlə telefon vasitəsilə danışıb. Eldarın oğlu Asifə narahat olmamağı, alqı-satqı etmələrini bildirmişdi. Natiqin telefonu vasitəsilə Rüfətlə danışıblar. Rüfətin mobil nömrəsini Natiqə atası vermişdi. Eldar özü şəxsən Rüfətin onun oğlu olduğunu bildirdi. Onun ikinci dəfə torpaq sahəsinin alqı-satqı prosesi barədə heç bir məlumatı yoxdur. O, Natiqin ikinci dəfə torpaq sahəsini hansı qiymətə aldığını bilmir. O, Rüfəti vizual olaraq görməyib. O, məhkəmədə dediklərini daha əvvəl istintaq zamanı da deyib. O, yazı yaza bilir, lakin yazını oxumaqda əziyyət çəkir. O, istintaq zamanı verdiyi ifadə ilə daha sonra tanış olub. Natiq Asifin iş yoldaşı olub. O, son zamanlarda Natiq ilə görüşüb. Natiq daha sonra Rüfət ilə arasında problem yarandığını bildirmişdi. Natiq Rüfətin onu aldatdığını bildirdi. Natiq Rüfətin onu necə aldatması barədə Asifə heç nə deməyib. Birinci alqı-satqıda o da iştirak edirdi, lakin ikinci dəfə baş tutan alqı-satqı prosesində iştirak etməyib. Bu barədə ona Natiq məlumat vermişdi. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Natiq ona Eldar Səfərovun oğluna pul verdiyini demişdi. O, Natiqə əlavə sual verməyib. Natiq işini təkbaşına həll etdiyini bildirmişdi. Birinci instansiya məhkəməsində şahid şahid6 ifadəsində göstərmişdir ki, O rayondan Bakıya gəlirdi. Natiq ona zəng edərək, Fatmayı ərazisində torpaq sahəsi almaq istədiyini bildirdi. O da: “Allah xeyir versin.” dedi. Natiq sabah gedib torpaq sahəsinə baxış keçirəcəyini bildirdi və onun da özü ilə gəlməyini xahiş etdi. Ilkin də razılaşdı. Onlar birlikdə gedib torpaq sahəsinə baxdılar. Natiq və Eldar Səfərov danışıq apardı və razılaşdılar. Daha sonra notariat ofisində müqavilə bağlandı və Natiq pulu da Eldara məxsus bank hesabına köçürdü. Məsələ bununla da başa çatdı. Daha sonra Natiq Ilkinə yenə də torpaq sahəsi almaq istədiyini bildirdi və birlikdə gedib həmin torpaq sahəsinə baxmağı xahiş etdi, lakin Ilkin başqa işlərinin olduğunu bildirərək Natiqə onunla gedə bilməyəcəyini bildirdi. O daha sonra Natiq ilə torpaq sahəsinin sahibi arasında narazılıq yarandığını eşitdi, lakin bu barədə ətraflı məlumata sahib deyil. Verilmiş suallara cavab olaraq, o torpaq sahəsinə baxmağa gedərkən Natiqin yanında daha 01 nəfər adını bilmədiyi kök oğlan olduğunu bildirmişdir. Natiq onun yanında işləyib. Natiq avtomobil lazım olduğu üçün Ilkinin onunla birlikdə Fatmayı kəndinə getməyini xahiş etmişdi. Ilkin birinci alqı-satqı prosesində iştirak edib. Natiq təxminən 1.5-2 ay sonra ikinci dəfə torpaq sahəsi almaq niyyətində olduğunu bildirdi. Natiq Ilkinə ikinci alqı-satıq prosesi barədə heç nə demədi. O, yazıb-oxumağı bacarır. O, ibtidai istintaq zamanı müstəntiqə ifadə verib. O, ifadəsini oxumadan imzalayıb. Natiq onun yanında usta kimi işləyib. Natiq dam örtüyü quraşdırırdı. O iş tapır, ustalar da həmin işdə işləyirlər. Onun Natiqin gəliri barədə məlumatı yoxdur. Torpaq sahəsi Fatmayı yolunun solunda yerləşirdi. Torpaq sahəsi uzunsov idi, içərisində tikinti daşları da var idi. O, Təqsirləndirilən şəxs daha əvvəl görməyib. O, Təqsirləndirilən şəxsla əlaqə saxlamayıb. O, Natiqin Rüfət ilə hansı formada əlaqə yaratdığını bilmir. O, Natiq ilə telefonla əlaqə yaradıb. O, Natiq ilə whatsapp ani mesajlaşma və zəng mobil tətbiqi vasitəsilə əlaqə yaradıb. O, Natiqin mobil nömrəsini şifahi olaraq bilmir. Natiq ilk dəfə torpaq sahəsini aldıqdan təxminən 1.5-2 ay sonra ikinci dəfə torpaq sahəsi almaq niyyətində olduğunu bildirdi. O, müstəntiqə də bu yönümlü ifadə verib. Natiq ona başqa heç nə demədi. Elan olunan hissədə ifadəsi canlı şahid olduğu hadisələr deyil, sadəcə Natiqin ona təsvir etdiyi formada danışıb. Natiq ona torpaq sahəsinin sahibinin onu aldatdığını bildirmişdi. Natiq başına gələn hadisələri ona danışmışdı. Ilkin onun dediklərini istintaq zamanı ifadəsində qeyd edib. Birinci instansiya məhkəməsində şahid şahid5 ifadəsində göstərmişdir ki, göstərilən tarixdə, hadisə yerinin yaxınlığında digər polis əməkdaşları ilə birlikdə xidmətdə idilər. Cəfər Xəndan küçəsində avtopatrul ilə hərəkətdə olan zaman səs-küy eşitdilər. Onlar həmin yerə yaxınlaşan zaman hadisədən sonra tanıdıqları Rüfət və Natiqin dava etdiyinin şahidi oldular. Onlar oraya çatana qədər mübahisə böyümüş və Rüfət Natiqi yerə yıxaraq ona zərbələr vururdu. Onlar həmin şəxsləri ayıraraq Binəqədi RPIyə aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, səs-küy Cəfər Xəndan küçəsində yerləşən qarajdan gəlirdi. Həmin yer açıq dayanacaq idi. Səs-küy qarajın qarşısından gəlirdi. Həmin qaraj Cəfər Xəndan küçəsi, 46a ünvanında yerləşirdi. Səs-küy təhqiramiz söyüşlərdən ibarət idi. X19 yerdə olduğunun, Təqsirləndirilən şəxs isə onu vurduğunun şahidi oldular. Natiq Imanquliyev həmin zaman yerə yıxılmışdı. Onlar mübahisə edən şəxsləri ayırdılar. Onlar şəxsləri ayırdıqdan sonra Rüfət yenidən Natiqə hücum etmək istəyirdi. Hadisə yerində o, şahid4, şahid3 var idi. Ətrafdan hadisəni seyr edən mülki şəxslər də var idi. Onlar hadisə yerinə çatanda, artıq ətrafdan hadisəni seyr edən digər şəxslər var idi. Onlar hadisə yerinə çatmazdan daha əvvəl mübahisə başlamışdı. Onlar gəldikdən sonra təxminən 15 dəqiqə mübahisəni bitirməyə və şəxsləri ayırmağa çalışdılar. Onlar hər 2 şəxsi eyni avtomobildə Binəqədi rayon polis idarəsinə apardılar. Onlar hadisə barədə rabitə ilə idarəyə məlumat verdilər və idarədən verilən tapşırıq əsasında şəxsləri Binəqədi RPI-yə apardılar. Onlar qarşılaşdıqları hadisələr barədə rabitə ilə idarəyə məlumat verirlər. Bəzən saxladıqları şəxsləri bölməyə, bəzən də idarəyə aparırlar. Burada da fərqli bir vəziyyət yox idi. Həmin qaraj binanın mərkəz hissəsində yerləşirdi. Həmin ərazi onların xidmət apardıqları ərazidir. Onların ilk dəfə səs-küy eşitdikləri yer ilə binanın qarajı arasında divar var idi. Onlar məhz səs-küy olduğu üçün həmin əraziyə yaxınlaşdılar. Mübahisə edən şəxslər qarajın giriş hissəsinə yaxın yerdə idilər. O, qarajın qapısının jalüz pərdə olmasını dəqiq xatırlamır. Mübahisə edən tərəflər qarajın içərisində idilər. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs dizi ilə zərərçəkmiş şəxsin başına vurur, həmçinin ona yumruq zərbələri endirirdi. Xalis zərərçəkmiş şəxsi hadisə zamanı görüb. Hər iki şəxsi, həm Rüfəti, həm də Natiqi eyni avtomobildə polis idarəsinə aparıblar. Zərərçəkmiş şəxsin üz nahiyəsində, onun ağız boşluğunun ətrafında qan izləri var idi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ünvanına nalayiq söyüşlər söyürdü. Hadisə zamanı ətrafda digər şəxslər də var idi. O, A.Kosayev adlı sahə müvəkkilini tanımır. O, M.Quliyev adlı əməliyyat müvəkkilini tanımır. Onlar hadisəyə şahidlik edən digər şəxslərdən hər hansı birini idarəyə aparmayıblar. Təqsirləndirilən şəxsin nəyə görə zərərçəkmişi vurması və onun ünvanına söyüşlər söyməsi ona məlum olmayıb. Birinci instansiya məhkəməsində şahid şahid4 ifadəsində göstərmişdir ki, onlar xidmətdə olduqları zaman gündüz saat 16:00 radələrində, Cəfər Xəndan küçəsində, binanın alt mərtəbəsində yerləşən qarajdan nalayiq ifadələr eşitdilər. Həmin yerə yaxınlaşan zaman iki nəfər tanımadığı şəxsin dava etdiyini gördülər. Dava edən şəxsləri ayırdılar və avtopatrul vasitəsilə Binəqədi RPI-yə apardılar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində o və digər polis əməkdaşları, şahid5, şahid2 və şahid3 var idi. Hadisə yerindən səs-küy eşitdikləri üçün oraya yaxınlaşdılar. Səs-küy binanın aşağı hissəsindəki qarajdan gəlirdi. Onlar oraya yaxınlaşan zaman iki nəfərin dava etdiyini gördülər. Şəxslərdən biri yerdə idi, digər nəfər isə onu vuraraq həmin şəxsin ünvanına təhqiramiz ifadələr işlədirdi. Onlar təxminən 10-15 dəqiqə həmin şəxsləri ayırmağa çalışdılar. O, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hansı bədən nahiyələrinə zərbə endirdiyini xatırlamır. Zərərçəkmiş şəxsin üz nahiyəsində zədələr var idi. Təqsirləndirilən şəxsdə gözlə görünən hər hansı xəsarət yox idi. Onlar mübahisə edən şəxsləri ayırdıqdan sonra, yenidən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hücum etməyə çalışırdı. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı qeyri-qanuni hərəkəti yox idi. Təqsirləndirilən şəxs onlar ayırdıqdan sonra da yenidən zərərçəkmiş şəxsi təhqir edirdi. Hadisə yerinə ətrafdan digər şəxslər də toplaşmışdı. Onlar özləri mübahisə edən şəxsləri polis idarəsinə aparmaq qərarına gəldilər. Onların qrup rəhbəri şahid5 idi. O, şahid5 hadisə barədə rabitə ilə idarəyə məlumat verməsini xatırlamır. Onlar mübahisə iştirakçılarından başqa hər hansı bir şəxsi idarəyə aparmayıblar. O, hadisə zamanı avtomobili kimin idarə etdiyini xatırlamır. Birlikdə xidmət aparacaq polis əməkdaşlarının tərkibi idarə tərəfindən müəyyən olunur. Onlar **** saylı avtopatrul ilə Cəfər Xəndan küçəsində hərəkətdə idilər. Onlar əksər zamanlarda eyni ünvanlarda, eyni əməkdaşlarla xidmət aparırlar. Nadir hallarda xidmət apardıqları ünvanlarda dəyişiklik olur. O, avtomobili harada saxladıqlarınnı xatırlamır. Bir nəfər əməkdaş mütləq olaraq avtomobilin yanında qalır, lakin o, hadisə zamanı avtomobilin yanında qalan əməkdaşın kim olduğunu xatırlamır. Xidmətə gedən polis əməkdaşlarının qrafiki idarə rəhbərliyi tərəfindən müəyyən olunur. Təqsirləndirilən şəxs şahid Emilin hadisə yerində olub-olmadığını xatırlamır. Birinci instansiya məhkəməsində şahid şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü onlar hadisə yerinə yaxın ərazidə xidmət aparırdılar. Dislokasiya üzrə hərəkətdə olan zaman yüksək səslə nalayiq ifadələr və söyüşlər eşitdilər. Onlar nə baş verdiyini aydınlaşdırmaq üçün səs gələn tərəfə yaxınlaşan zaman iki vətəndaşın dava etdiyini gördülər. Bu zaman təqsirləndirilən şəxs digər vətəndaşın üz nahiyəsinə zərbələr endirirdi. Həmin şəxsin üzü qan içərisində idi. Onlar dava edən şəxsləri ayırdılar, daha sonra təqsirləndirilən şəxsi aidiyyatı üzrə Binəqədi RPI-yə apardılar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə binanın dayanacağında baş vermişdi. Onlar həmin ərazidə xidmət aparırlar. Onlar sadəcə səs-küy gələn istiqamətə getdilər, lakin o, səs-küyün tam olaraq haradan gəldiyini xatırlamır. Hadisə axşam saat 16:00-17:00 radələrində baş vermişdi. Əvvəl ətrafda heç kim yox idi. Daha sonra səsküyə ətrafdan şəxslər toplaşmışdı. Onlar mübahisə edən şəxsləri ayırmağa çalışırdılar, lakin Rüfət yenidən macal tapıb Natiqə hücum etməyə çalışırdı. Təqsirləndirilən şəxs Natiqin ünvanına müxtəlif söyüşlər söyürdü. Onlar rabitə vasitəsilə hadisə barədə idarəyə məlumat vermişdilər. Idarə rəhbərliyi tərəfindən mübahisə edən şəxslərin idarəyə gətirilməsi barədə tapşırıq verilmişdi. Hadisə barədə idarəyə məlumatı avtopatrulu idarə edən şahid4 vermişdi. Əvvəlcə hadisə yerinə o və şahid3 yaxınlaşmışdılar. Sonradan şahid4 və şahid5 da hadisə yerinə yaxınlaşdı. Baş verənlərə onlar da şahid olmuşdu. Mübahisə edən şəxslərdən başqa hər hansı bir şəxsi saxlamayıblar və idarəyə aparmayıblar. Onlar ətrafda binada yaşayan və yaxud həmin bina ilə əlaqədar olan hər hansı bir şəxs görməyiblər. Şəxsləri idarəyə gətirdikdən sonra raport tərtib ediblər. Onların dördü də raporta imza ediblər. O, raportun məzmununun kim tərəfindən yazıldığını xatırlamır. Hazırkı dövrdə də həmin ərazidə xidmət aparırlar. Avtopatrul avtomobilini şahid4 idarə edirdi. O və şahid3 hadisə yerinə yaxınlaşdılar. Bu zaman şahid5 da şahid4la birlikdə avtomobilin yanında qaldı. Onlar avtopatrulla hərəkətdə olan zaman, yaxınlıqdan səsküy eşitdilər və səs gələn istiqamətə yaxınlaşdılar. O avtopatrulda arxada əyləşmişdi. O əyləşən istiqamətdə avtomobilin pəncərəsi açıq idi. Onlar çöldən söyüş səsləri eşitdilər. Hadisə yerində digər şəxslər yox idi. O, avtopatrul avtomobilini harada park etdiklərini xatırlamır. Avtopatrul avtomobilini qaraja daxil etmədilər. O və Vüsal hadisə yerinə yaxınlaşdıqdan təxminən 5 dəqiqə sonra şahid4 və şahid5 da onların yanlarına gəldilər. Avtoptarulu idarə edən şahid4 idi. Avtopatrul avtomobili 01 nəfər polis əməkdaşına deyil, 2-3 nəfər əməkdaşa təhkim olunur. Xidmətə başlamazdan əvvəl, müəyyən ərazidə kimin xidmət edəcəyi barədə əvvəlcədən hazırlanmış dislokasiya kağızı, həmçinin naryad kitabı mövcud olur. O, hadisə baş verən ərazinin sahə müvəkkilini tanımır. O, hadisə baş verən ərazinin əməliyyat müvəkkilini tanımır. Birinci instansiya məhkəməsində şahid şahid3 Elqəm oğlu ifadəsində göstərmişdir ki, həmin tarixdə **** saylı avtopatrulla xidmətdə olduqları zaman o və yoldaşları şahid4, şahid5, şahid2lə birlikdə, Cəfər Xəndan küçəsi, 42 ünvanı istiqamətində səs-küy eşitdilər. Həmin yerə yaxınlaşan zaman iki nəfər tanımadığı şəxsin əlbəyaxa dava etdiyini gördülər. Həmin şəxslərdən biri yerdə uzanıqlı vəziyyətdə idi, digəri, sonradan adının Rüfət olduğunu öyrəndikləri şəxs isə ona yumruq və təpik zərbələri endirir və nalayiq ifadələr ilə onu təhqir edirdi. Onlar mübahisə edənləri aralamağa və sakitləşdirməyə çalışdılar və bu proses təxminən 15 dəqiqə davam etdi. Daha sonra şahid4 radio-rabitə qurğusu vasitəsilə hadisəni idarəyə məruzə etdi. Alınan tapşırıq əsasında, hadisə iştirakçılarını **** saylı avtopatrulla Binəqədi rayon Baş polis idarəsinə apardılar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində ondan başqa daha üç nəfər polis əməkdaşı, şahid5, şahid2 və şahid4 var idi. Həmin zaman hazırda xatırlamadığı bir nəfər əməkdaş avtopatrulun yaxınlığında idi. O və digər iki nəfər polis əməkdaşı baş verən insidentin canlı şahidi oldu. Təqsirləndirilən şəxs polis idarəsinə aparıldı və raport yazıldı. O, raportu kimin yazdığını hazırda xatırlamır. O və digər üç nəfər polis əməkdaşı raporta imza etdi. Avtopatrulda olan polis əməkdaşı da baş verənləri görmüşdü, lakin hadisə yerindən bir qədər uzaqda dayanmışdı. Avtopatrul da hadisə yerində idi. O, avtopatrulun dəqiq olaraq harada dayandığını xatırlamır. O, avtopatrulun hansı əməkdaş olduğunu xatırlamır. Avtopatrulda olan əməkdaş avtomobilin ətrafında dayanır. Avtomobil isə hadisə yerində idi. Polis əməkdaşların gündəlik dislokasiya yeri hər gün ayrıca qərar ilə müəyyən olunur və əməkdaşlar tərəfindən həmin kitab hər gün imzalanır. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2003-cü ildə Abşeron rayonu, Novxanı kəndi, Xəqani ŞirvanI küçəsində 13 sot torpaq sahəsi almış, təxminən 2013-cü ildən həmin torpaq sahəsində ev tikdirərək orada həyat yoldaşı ilə birlikdə yaşamışdır. Onun almış olduğu torpaq sahəsinin yanında Eldar Səfərov adlı şəxsə məxsus təxminən 11 sota yaxın torpaq sahəsi olmuşdur. O, Novxanı kəndində torpaq sahəsi alan zaman Eldar Səfərovun orada torpağı olmuşdur. O, Eldar Səfərova məxsus ümumilikdə I1 sot torpaq sahəsinin 6 sotunu almaq üçün bir neçə dəfə Eldar Səfərova müraciət etmişdir. Eldar da ona bildirmişdir ki, torpağın bir sotunu 8.50Ö (səkkiz min beş yüz) manata satır, lakin razılaşma ərəfəsində Eldar ilkin dediyi qiyməti təkzib edərək torpaq sahəsinin bir sotunu 9.500 (doqquz min beş yüz) manata, sonradan isə 10.000 (on min) manata satdığını bildirmişdir. O da, Eldarın adekvat danışmadığını, hər dəfəsində məbləği bir qədər də qaldırdığını görüb torpaq sahəsini almaqdan imtina etmişdir. Sonradan isə öyrənmişdir ki, Eldar həmin torpaq sahəsinin 6 sotunu Natiq adlı bir şəxsə satmışdır. Natiq adlı şəxs də torpaq sahəsini aldıqdan sonra gəlib torpaq sahəsində təmizlik işləri aparan zaman o, Natiqi görüb danışmışdır. Söhbət əsnasında o, Natiqə bildirmişdir ki, bütün qonşular bir-birini nəzərə alaraq və tikinti qaydalarına uyğun şəkildə, yəni digər qonşunun həyətinə baxan pəncərə qoymadan evlərini hasardan bir qədər aralı tikirlər, Natiq də ev tikən zaman bunları nəzərə alıb evini elə tiksin. Natiq onun dediyi qayda ilə evi tikə bilməyəcəyini görüb ona bildirmişdir ki, Eldardan aldığı torpaq sahəsinin qalan hissəsini də alıb evi orada tikər. Lakin, sonradan öyrənmişdir ki, Natiq həmin torpaq sahəsinin qalan hissəsini almaq üçün Eldar Səfərovla danışmış və sonuncu Natiqə torpaq sahəsinin bir sotunu 20.000 (iyirmi min) manata satdığını bildirmişdir. Natiq adlı şəxs də qeyd olunan məbləğin torpaq sahəsinin qiymətinin əvvəl aldığı qiymətə nisbətdə xeyli çox olması səbəbindən Eldar Səfərovun oğlu Təqsirləndirilən şəxs qalan torpaq sahəsini almaq üçün pul vermiş, lakin Rüfət pulu alsa da yerdə qalan torpaq sahəsini Natiqə satmamışdır. Natiq həmin Rüfət adlı şəxsdən pulunu tələb edən zaman sonuncu Ilə aralarında münaqişə olmuş və Rüfət Natiqi döyərək xəsarət yetirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədiq edilən: ## ###### 2024-cü il tarixli raportdan (cild 01, i vərəqə 6) görünür ki, ## ###### 2024-cü il tarixdə ünvan 3 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs Daxili Işlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Rüfət adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. ## ###### 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 8) görünür ki, 2024-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən 5.3 sot torpaq sahəsini almaq üçün Təqsirləndirilən şəxs 60.000 manat pul vermiş, lakin Rüfət onu aldadıb torpaq sahəsini ona satmamış, nədə ki, aldığı pulu ona geri qaytarmamışdır. ## ###### 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxsla yaşadığı evin yaxınlığında görüşüb pulunu tələb edən zaman Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edib yumruq və təpiklə xəsarət yetirmişdir. Təqdim olunmuş əşyanın və sənədin götürülməsi haqqında protokoldan (cild 01, iş vərəqə 14) görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs və X2 ataları Səfərov Eldar Sabir oğlunun adına olan torpaq sahəsinin satılmasına etirazlarının olmamasına dair imzalarla təsdiq edilmiş bəyannamə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsindən alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsini təsdiq edən ## ##### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və ## #### 2024-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi N.B.Imamaquliyevin izahatına əlavə edilməsi üçün götürülmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan (cild 01, iş vərəqə 16) görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.06 ha ölçüdə torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Daşınmaz Əmlakın ******* saylı alqı-satqısı müqaviləsinndən (cild 01, iş vərəqə 17) görünür ki, satıcı Səfərov Eldar Sabir oğlu ilə alıcı Zərərçəkmiş şəxs arasında alqı-satqı müqaviləsi bağlanmışdır. ## ###### 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə şübhəli şəxs qismində ## ###### 2024-cü il tarixdə, saat 20:50-də tutulmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2024- cü il tarixli, **** nömrəli rəyindən (cild 01, iş vərəqə84) görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün minimal yerdəyişən sınığı ilə müşayiət olunan burun əsasının qançır-şişkinliyi, solda əng (maksilla) sümüyünün minimal yerdəyişən sınığı itə müşayiət olunan sol yanaq nahiyəsinin qançırşişkinlIyi, üst çənədə solda II, alt çənədə solda III dişlərin travmatik itirilməsi ilə müşayiət olunan üst dodağın sol yarısının selikli qişasının əzilmiş yarası, sağ almacıq nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən ## ###### 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Vət. N.B.lmamquliyevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalanm nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissləri (əl, yumruq, diz və s.) ilə endirilmiş zərbənin (zərbələrin) nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz onun öz bovu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərardan (cild 01, iş vərəqə 90) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələrindən həmin məcəllənin 127.2.3, 178.3.2 və 221.1-ci maddələrinə tövsif edilməsi və istintaqı davam etdirilməsi qərara alınmışdır. ## ###### 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan ( cild 01, iş vərəqə 94-95) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221..1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham irəli sürülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə 126-134) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən alınmış ## ###### 2025-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 161-162) görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-cI maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 02 (iki) il müddətinə vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli **** saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-i tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubdan (cild 01, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-i tərəfindən verilmiş məktubdan (cild 01, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji qeydiyyatda yoxdur. 17. ## ###### 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 178-179) görünür ki, həmin CD diskdə “503172903_SMS.txt” adlı, “994503172903.txt” adlı, “abuneciler.xls” adlı və “antena.xls” adlı fayllar aşkar olunmuşdur. “994503172903.txt” adlı faylda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 050- 317-29-03 mobil nömrəsi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan 051-996-64-07 və 070-834- 28-24 mobil nömrələri arasında aparılmış danışıqlara dair iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir. Zəng edən nömrə Zəng edilən nömrə Tarix və saat Zəng müddəti 994708342824 994503172903 2024-05-24 11:17:31 SMS 1994519966407 994503172903 2024-08-16 12:07:54 144 abuneciler.xls” adlı faylda öz əksini tapmış məlumatlara əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-317-29-03 mobil nömrəsinin anası X9 adına qeydiyyatda olması, 051 - 996-64-07 mobil nömrəsinin isə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir. “antena.xls” adh faylda Təqsirləndirilən şəxs Istifadəsində olmuş 050- 317-29-03 mobil nömrəsinin əhatə dairəsinə dair iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir. ********** mobil nömrəsinə Shovket Memmedova kuc., "ROYA" Shadliq sarayı anten dairəsindən ##.##.2024-cü il tarixdə, saat 11:17:31 dəqiqədə ********** nömrəsindən sms daxil olmuş, ********** mobil nömrəsinə Binəqədi rayonu, Naxchivani küçəsi 22, ATS61, etrafı ## ###### 2024-cü il tarixdə, saat 12:07:54 dəqiqədə ********** saylı nömrədən zəng gəlmiş, ********** mobil nömrəsinə Abşeron rayonu, Novxani kəndi, Dalğa Ticaret Mərkəzi anten dariəsində, ## ###### 2024-cü il tarixdə, saat 12:07:54 dəqiqədə ********** saylı nömrədən zəng gəlmiş, ********** mobil nömrəsindən Bakı şəhəri, Nəsimi rayonu, Topchubasov küçəsi 21 əhatə dairəsində olan zaman ## #### 2024-cü il tarixdə, saat 21:40:34 dəqiqədə ********* saylı nömrəyə zəng getmişdir. ## ###### 2025-ci il tarixli mülki iddiaçı qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 198) görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. *(***)-***/**** saylı, ## ######## 2016-cı il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən (cild 01, iş vərəqə 243-251) görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı 11 tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli sərəncamından (cild 02, iş vərəqə 1-24) görünür ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il ## ######## tarixli hökmü ilə məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq protokolundan (cild 02, iş vərəqə 34-43) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası Eldar Səfərova məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən 5,3 sot torpaq sahəsini ona satacağı barədə atasını razı salacağı adı ilə onu aldadıb ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində onunla görüşərək 60.000 manat pulunu alıb daha sonra verdiyi vədə əməl etməyərək həmin torpaq sahəsinin atası tərəfindən ona satılmasını təmin etmədiyini, bununla bağlı ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 42 A ünvanında yerləşən bina sakinlərinin ümumi istifadəsi üçün nəzərədə tutulmuş qarajda onunla qarşılaşaraq verdiyi vədə əməl etmədiyi üçün pulunu geri tələb edən zaman Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edərək yumruqla üz və baş nahiyələrindən vurduğunu, daha sonra təpiklə ayağından vuraraq onu yerə yerə yıxdığını, yerdən qalxmağa çalışdıqda isə dizi ilə onun sifət nahiyəsindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq onu döyüb xəsarət yetirdiyini təqsirləndirilən şəxs Rüiət Səfərovun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ## ##### 2025-ci il tarixli məktubdan (cild 02, iş vərəqə 56) görünür ki, Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ## ####### 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya ## ###### 2024-cü il tarixdən sonra onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Lakin, X9 məxsus «Hyundai Sonata» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə ## ###### 2021-ci il tarixdən ## ###### 2022-ci il tarixədək və ## ###### 2022-ci il tarixdən ## ###### 2032-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. A nömrəsi B nöməsi Zəngin Zəngin Müddət Anten tipi tarixi (saniyə) 994708342824 ÖPRS ##.##.2024 10800 LBBK233305/L8BK2333 14:17:35 XirdalanATS//Absheron/ 1. (40.45093/49.751 994708342824 GPRS ##.##.2024 10800 LBBK622104/LBBK6221 21:43:48 Med*Uni vers//N asi m i/ (40.39617/49.8327) 994708342824 994504010051 MOC ##.##.2024 3

2. UBBK6221D/U8BK6221 21:44 :00 Med-Univers/Bakı şəhəri. Nəsimi rayonu, S.Vurğun küçəsi 365/Nasimi/ 994708342824 994512868484 MOC ##.##.2024 37 21:46:57 UBBK622ID/UBBK6221 Med-Univers/Bakı şəhəri, j Nəsimi rayonu, S.Vurğun küçəsi 165/Nasimi/ 994708342824 994124370189 MOC ##.##.2024 79 UBBK6221A/UBBK6221 j 21:49:33 Med-Univers/ünvan 4/Nasimi/

##.##.2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 02, iş

vərəqə 63) görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ## ##### 2025-ci il tarixli, AZF/LGL- ****/** nömrəli müşayiət məktubu ilə daxil olmuş, məzmununda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sim kart nömrəsinə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, nömrə sahibləri haqqında məlumatları əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında ## ##### 2025-c i il tarixli protokoldan görünür ki, həmin CD diskdə “Mushteri zenglerinin detallashmasi_MSISDN_708342824” adlı, “SMS detallashnıasi_MSISDNJ708342824” adlı və “Zenglerin mexsusluq tarixcheleri_ MSI SDN_7Q8342824” adlı fayllar aşkar olunmuşdur. “Mushteri zenglerinin detallashmasi_MSISDNJ708342824” adlı faylda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan 070-834- 28-24 mobil nömrəsinə dair iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir. ##.##.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 02, 75- 95) görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi, ## ###### 2024-cü il tarixdə Binəqədi rayon məhkəməsi tərəfindən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs və Səfərov Eldar Sabir oğlunun barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs anası X9 və yaxın qohumlarının Təqsirləndirilən şəxs barəsində ifadə verməkdən imtina etməsi nəzərə alınması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən "xxxx" Məhdudh Məsuliyyətli Cəmiyyətindən daxil olmuş ## ##### 2025-ci il tarixli AZF/LGL-****/** nömrəli məktuba əlavə edilmiş 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş ## ###### 2025-ci il tarixli **** nömrəli məktuba əlavə edilmiş 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə ittiham elan edilmiş ittihamla razı olmaması, ittihamın siyasi xarakterli şər olması, təqsirləndirilən şəxs qismində dindirilən zaman isə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs heç vaxt görmədiyini, onu aldadaraq 60.000 (altmış min) manat pulunu ələ keçirmədiyi, Zərərçəkmiş şəxs ilk dəfə ## ###### 2024-cü il tarixdə gördüyü, həmin vaxt sonuncu onu təhqir edərək üzərinə hücum etsə də, onun Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyi, həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində tərtib edilmiş ## ###### 2024-cü il tarixli **** nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin saxta olması barədə göstərdiyi xüsusatlar zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, Zərərçəkmiş şəxs barəsində tərtib olunmuş ## ###### 2024-cü il tarixli **** nömrəli məhkəmə-tibbi ekspertiza rəyi, habelə digər istintaq sənədləri ilə tam təkzib edildiyindən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qəbul edilib əsasız olduqlarından rədd edilməsi, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli, **** nömrəli rəyi, diskə baxış protokolları, habelə digər istintaq sənədləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi, onun əməlində cinayətlərin təhlükəli residivinin olmasının nəzərə alınması, rədd edilmiş xüsusatlar üzrə materialların cinayət işindən ayrılaraq Binəqədi rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. ## ### 2025-ci il tarixli təqsirlədirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 99-100) görünür ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı Istintaq Təcridxanası tərəfindən verilmiş məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilməzdən əvvəl bədən xəsarəti aldığını inkar etmiş, sol kürək nahiyyəsində köhnə çapıq izi aşkarlanmışdır. Şikayətləri əsəbilik, həyəcan və gərginlikdən olmuşdur. West hospitaldan əldə edilmiş KT müayinə cavabından görünür ki, 1984-cü il təvəllüdlü zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nazal sümüklərdə minimal yerdəyişmiş sınıq, solda maksillar sümüyün frontal prosesində minimal yerdəyişmiş sınıq, burnun yumşaq toxumalarında ödəm aşkar edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Idarəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Zərərçəkmiş şəxs hər hansı hüquqi şəxsin təsisçisi, rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən verilmiş ## ### 2026-cı il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs adına "Əmək və məşğulluq" altsisteminə daxil edilmiş əmək müqaviləsi, eyni zamanda "Sığorta" altsisteminin məlumat bazasına əsasən məcburi dövlət sosial sığorta haqqında cəlb olunan gəlirləri barədə məlumatlarda sığorta edən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sığorta edilmiş və gəlir 2025-ci il noyabr ayında gəliri 191.30, 2025-ci ilin dekabr ayında 400,00 göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirməklə ona qarşı dələduzluq etmiş, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı tətqiq edilən təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ilk əvvəl zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs məxsus əlaqə nömrəsini əldə edərək onunla əlaqə saxlaması və Təqsirləndirilən şəxs atasına məxsus torpaq sahəsini ona satması məqsədilə sonuncu ilə görüşməsi, daha sonra təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs torpaq almaq niyyətindən istifadə edərək, onu aldatması və ona məxsus 60.000 AZN pulu ələ keçirərək ona verdiyi vədə əməl etməməsi, bundan sonra zərərçəkmiş şəxsin onun yaşadığı ünvana gələrək atası ilə görüşmək istəməsinin qarşısının almaq bəhanəsi ilə sonuncunun sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirməsi nəticəsində cinayət hadisəsi baş vermişdir. Həmçinin cinayət işi materiallarında mövcud olan anten məlumatlarından çıxarışlarda müəyyən edilmişdir ki, həqiqətəndə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan 051-996-64-07 və 070- 834-28-24 mobil telefon nömrələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş 050- 317-29-03 mobil nömrəsi ilə bir neçə dəfə əlaqə yaratmış və onların arasında danışıq olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona elan edilmiş ittihamlarla təqsirli bilməmiş, ona irəli sürülmüş ittihamın uydurma olduğunu və siyasi motiv daşıdığını bildirmişdir. Zərərçəkmiş şəxsi ilk dəfə hadisə yerində gördüyünü, əvvəlcədən tanımadığını, zərərçəkmiş şəxs ilə telefon danışığında ona torpağın satılacağı halda ona məlumat veriləcəyini dediyini və zərərçəkmiş şəxsdən göstərilən məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadəyə şübhəli yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli və onun cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cinayət işi materiallarında təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq cinayətinin - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında göstərilmiş xuliqanlıq cinayətinin bütün tövsif edici əlamətlərinin, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən hər hansı sübut, o cümlədən mötəbər şahid ifadəsi, (şahid ifadələri təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq etmir) hadisənin video görüntüsü və.s sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittham elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə qeyd etmişdir ki, zərərçəkmiş şəxsin aldığı sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yumruq və təpiklə ona yetirdiyi zərbə nəticəsində almışdır. Məhkəmə kollegiyası bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməlinə bu hissədə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlini məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Apellyasiya şikayətlərinin dəlillərində Təqsirləndirilən şəxs verilmiş ittihamla razılaşmayaraq barəsində bəraət hökmü çıxarılması iddia edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 127.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahid ifadələri, istintaq hərəkəti protokolları, maddis übut kimi tanınan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş DVD-R formatlı və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Qeyd edilir ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirilən dəlillər həqiqəti əks etdirmir. Belə ki, müdafiə tərəfi iddia edir ki, tərəflərin istifadəsində olan mobil nömrələr arasında birbaşa telefon zəngləşmələri və yazışmaları istintaq tərəfindən aşkar olunmamışdır. 070-834-28-24 mobil nömrəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs əsas nömrəsi olmamaqla həmin mobil nömrənin uzun müddət qapalı qaldığı və yalnız guya cinayətin törədildiyi ## ###### 2024-cü il tarixdə süni şəkildə aktivləşdirildiyi iddia edilir. Müdafiə tərəfi tərəflərin əsas nömrələri arasında birbaşa GSM zəngləşməsinin olmaması və zərərçəkmişin nömrəsinin hadisə günü qəfildən aktivləşməsini, 4 ay aktiv olmayan nömrənin birdən “cinayət törədiləcəyi” gün aktivləşdirilməsi və sonra da, cinayət işində sübut kimi istifadə edilməsinin təsadüfi hal olmadığını iddia etməklə ittiham tərəfinin sübutlarını şübhə altına almağa çalışmışdır. Lakin müdafiə tərəfinin mobil operatorların texniki detallaşma sənədlərini subyektiv şəkildə yozaraq ittihamı şübhə altına almaq cəhdləri tamamilə əsassızdır. Cinayət-prosessual qanunvericilik sübutların texniki növünə görə hər hansı imperativ üstünlük müəyyən etmir. Iş materiallarında olan rəsmi CD disklərə baxış protokolları sübut edir ki, zərərçəkmiş şəxsə məxsus 070-834-28-24 nömrəsi ## ###### 2024-cü il tarixdə saat 15:16:59-da aktivləşdirildikdən dərhal sonra sistem tərəfindən yüksək həcmdə internet (GPRS) trafiki qeydə alınmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, o, təqsirləndirilən şəxslə ünsiyyəti mobil şəbəkə ilə deyil, internet üzərindən işləyən WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə aparmışdır. Nömrənin məhz həmin gün aktivləşdirilməsi və internet paketindən istifadə edilməsi, zərərçəkmişin Təqsirləndirilən şəxsla əvvəlcədən WhatsApp üzərindən razılaşdırılmış görüşə getdiyini və ünsiyyətdə olduğunu birbaşa təsdiq edən dolayısı maddi sübutdur. Bundan əlavə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi lokalizasiya sənədlərinə əsasən, zərərçəkmiş şəxsin telefonu pulun verildiyi iddia olunan saatda (21:43:48) ünvan 4 ünvanında yerləşən “Med-Universitet” antennasının əhatə dairəsində fiksə edilmişdir. Kollegiya bildirir ki, müdafiə tərəfinin bəzi küçələrin paralel olması və ya kəsişməməsi barədə topoqrafik iddiaları hüquqi əhəmiyyət kəsb etmir, çünki mobil operatorların anten dairəsi konkret ünvanı deyil, onun daxil olduğu ümumi ərazini əhatə edir. Zərərçəkmişin məhz həmin saatda Təqsirləndirilən şəxs göstərdiyi ərazidə olması faktı texniki tərəfdən tam təsdiqlənmişdir və birinci instansiya məhkəməsi bu halı tamamilə doğru olaraq ittihamın əsası kimi qəbul etmişdir. Eyni zamanda şikayətdə nömrənin gecə yarısından sonra, yəni artıq ## ###### 2024-cü ildə saat 00:43:48, saat 03:43:48, saat 06:43:48, saat 09:43:48 və saat 12:43:48-də həmin ərazidə GPRS sistemi ilə qeydə alınması ilə bağlı qeyd edilmişdir ki, bu telefon nömrəsi məhz bu əməliyyatı təşkil etmək üçün aktivləşdirilmiş və ittihamda göstərilən vaxt Natiq Imanquliyevin deyil, Təqsirləndirilən şəxs izləyən polislərin istifadəsində olmuşdur. Kollegiya qeyd edilənlərlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi texniki göstəriciləri zərərçəkmişin ifadəsi ilə vəhdətdə qiymətləndirərək tamamilə obyektiv nəticəyə gəlmişdir. Küçələrin paralel olması və ya kəsişməməsi, həmçinin telefon nömrəsinin polislərin istifadəsində olması barədə müdafiənin subyektiv mülahizələri əhatə dairəsini və zərərçəkmişin real olaraq həmin vaxt görüş yerində olmasını təkzib edə bilməz. Nağd pulun verilməsi və pulun mənbəyinin müəyyən edilməməsi ilə bağlı müdafiə tərəfi iddia etmişdir ki, birinci alqı-satqıda bütün hər şeyin qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirildiyi halda, zərərçəkmiş şəxs alqı-satqı prosedurlarını bildiyi halda (birinci rəsmi alqı-satqıdakı kimi), ikinci dəfə heç bir qəbz almadan, alqı-satqı müqaviləsi bağlamadan əlbəəl 60.000 manat pulu Təqsirləndirilən şəxs verməsi məntiqsizdir və bundan başqa zərərçəkmiş şəxs qismində tanınmış şəxs pulun mənbəyi barədə heç bir ağlabatan məlumat verməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Kollegiya qeyd edir ki, "Dələduzluq cinayətinin obyekti və obyektiv tərəfi araşdırılarkən mülki-hüquqi müqavilə prinsiplərini əsas gətirmək tamamilə qanunsuz yanaşmadır. Əgər ortada rəsmi müqavilə və ya bank köçürməsi olsaydı, bu əməl cinayət yox, mülki öhdəliyin pozulması olardı. Dələduzluğun mahiyyəti məhz ondan ibarətdir ki, təqsirkar şəxs ibardan sui-istifadə etmə yolu ilə zərərçəkmişə məxsus əmlak və ya əmlak hüquqlarını əvəzsiz olaraq ələ keçirir. Zərərçəkmiş şəxs birinci alqı-satqı zamanı Təqsirləndirilən şəxs ailəsi ilə rəsmi şəkildə iş görmüş, buna görə də ikinci epizodda təqsirləndirilən şəxsin atasını razı salacağı və işi yaxın zamanda həll edəcəyi barədə verdiyi vədlərə tam inanmışdır. Yaranmış bu etibar mülkiyyətçinin pulu qəbz almadan nağd şəkildə verməsinə səbəb olmuşdur ki, bu da tamamilə dələduzluq cinayətinin xarakterik tərkib elementidir. Pulun mənbəyinə gəldikdə isə, zərərçəkmişin bildirdiyinə görə 13-14 yaşından tikinti sahəsində çalışması, onun müəyyən maddi vəsait toplamaq qabiliyyətini şübhə altına almır. Və eyni zamanda hazırki cinayət işinin predmetini zərərçəkmiş şəxsin pulunun mənbəyinin araşdırılması deyil, əmlakın zərərçəkmişin real sahibliyindən qanunsuz olaraq çıxarılması və təqsirkar tərəfindən mənimsənilməsidir. Müdafiə tərəfi iddia edir ki, hadisə quraşdırılmış polis əməliyyatıdır. Şikayətin dəlillərində zərərçəkmiş şəxsin guya bir gün əvvəldən binanın həyətinə gələrək polislərlə təlimat keçdiyi, hadisə anında qarajda çox sayda polis əməkdaşının peyda olduğu, həmçinin MTK-nın qaraj kameralarının polislər tərəfindən qəsdən silindiyi, eyni zamanda zərərçəkmiş şəxsin ifadəsində həkimə müraciət etmədiyini, heç bir yerdə tibbi müayinədən keçmədiyini, zərərçəkmiş West Hospitalını tanımadğını, orada heç vaxt müayinə edilmədiyini bildirdiyi iddia olunur. Hesab edilir ki, şikayətin dəlillərində zərərçəkmiş şəxsin həkimə getmədiyi, ekspertiza və West Hospital KT müayinə rəylərinin şübhəli olduğuna dəlalət edilsə də, lakin o, ifadəsində heç bir yerdə tibbi müayinədən keçmədiyini deyil, West Hospital xəstəxanasının harada yerləşdiyini bilmədiyini, həmin Hospitala daha əvvəl gedib-getmədiyini bilmədiyini və hadisədən sonra Bakı şəhərində müayinədən keçib-keçmədiyini xatırlamadığını qeyd etmişdir. Kollegiya qeyd edir ki, müdafiə tərəfi cinayət təqibini siyasiləşdirmək məqsədilə obyektiv tibbi faktları görməzdən gəlir. Lakin cinayət işində ## ###### 2024-cü il tarixli, **** nömrəli rəsmi Məhkəmə- Tibbi Ekspertizasının rəyi mövcuddur. Zərərçəkmiş şəxsin bədənində konkret olaraq: burun sümüyünün minimal yerdəyişən sınığı, sol əng (maksilla) sümüyünün minimal yerdəyişən sınığı, üst və alt çənədəki dişlərin travmatik formada itirilməsi təsbit edilmişdir. West Hospital-ın KT (Kompüter Tomoqrafiyası) müayinəsi də bu daxili sümük sınıqlarını obyektiv vizuallaşdırmışdır. West hospitaldan əldə edilmiş KT müayinə cavabından göründüyüd kimi Zərərçəkmiş şəxs nazal sümüklərdə minimal yerdəyişmiş sınıq, solda maksillar sümüyn frontal prosesində minimal yerfdəyişmiş sınıq, burnun yumşaq toxumalarında ödəm aşkar edilmişdir. Ekspert rəyində vurğulanır ki, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya onun öz boyu hündürlüyündən təbii şəkildə yıxılması zamanı yaranması qeyri-mümkündür. Kamera görüntülərinin olmaması barədə iddiaya gəldikdə isə, mühafizəçi şahid9 ifadəsindən göründüyü kimi, kameralar hadisədən əvvəl də işləməmiş və köhnə olduğu üçün təzələnmək məqsədilə sökülmüşdür. Bundan başqa, müdafiə tərəfi Təqsirləndirilən şəxs bu sümük sınıqlarını yaradan güclü zərbələri endirdiyi təqdirdə, onun öz əlində və ya dizində də əzik, travma və hematoma yaranmalı olduğunu, lakin onun bədənində və paltarında heç bir iz aşkar edilmədiyini iddia edərək xəsarətləri şübhə altına alsa da, hesab edilir ki, insan sifətindəki nazik və həssas sümüklərin (burun və əng sümükləri) sındırılması üçün zərbə vuran şəxsin əl sümüklərinin sınmasını və ya orada mütləq şəkildə hematoma yaranması mütləq olmaya bilər. Həmçinin, diz nahiyəsi ilə aşağıdan yuxarıya doğru zərbə endirilməsi zərərçəkmişdə ağır sümük travmaları yaratdığı halda, təqsirkarın bədənində gözlə görünən çapıq və ya əziyin qalmaması tamamilə təbiidir. Bu səbəbdən istintaq orqanının Təqsirləndirilən şəxs üzərində olan paltarları maddi sübut кimi tanımaması, həmin paltarlarda Zərərçəkmiş şəxs qanının olub olmaması barədə müvafiq məhkəməbioloji ekspertizanın keçirilməməsi barədə prosessual irad isə maddiliyi ortadan qaldırmır, belə ki, əməl ictimai yerdə baş verməklə dərhal hadisə yerinə gələn şahidlərin ifadələri ilə qeydə alınmışdır. Kollegiya eyni zamanda, polislərin və binanın mühafizəçisinin davanın müddəti, hadisə yerinə daxilolma forması barədə ifadələrinin ziddiyyətli olması barədə dəlillərlə bağlı qeyd edir ki, qəfil başlayan dava və xuliqanlıq hadisələrində şahidlərin saniyələri, dəqiqələri, hadisənin tam xronologiyasını xırda fərqlərlə təsvir etməsi tamamilə insan qavrayışının psixoloji xüsusiyyətlərindən irəli gəlir. Əksinə hadisə yerində xidmət aparan polis əməkdaşlarının dəqiqəsinə və saniyəsinə qədər eyni ifadə versəydilər, məhz bu hal ifadələrin qabaqcadan mexaniki olaraq hazırlandığına şübhə yaradardı. Bütün şahidlərin ifadələrinə əsasən hadisənin əsas məğzi eyni olmaqla Təqsirləndirilən şəxs sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş qaraj sahəsində (ictimai yerdə) zərərçəkmiş şəxsə qarşı açıqca hörmətsizlik nümayiş etdirərək ona xəsarət yetirməsi təsdiqini tapmışdır. Kollegiya müdafiə tərəfinin cinayət təqibinin guya “siyasi motivli” olması və həbsin təqsirləndirilən şəxsin ABŞ-a mükafat almağa getməyinin qarşısını almaq məqsədilə quraşdırılması barədə dəlillərini tamamilə əsassız hesab edir. Qeyd edilir ki, şəxsin hüquq müdafiəçisi olması, hər hansı statusu və ya beynəlxalq mükafata layiq görülməsi və ya digər ictimai fəaliyyəti ona özgənin əmlakını dələduzluqla talamaq və vətəndaşa ağır fiziki xəsarət yetirmək hüququ vermir. Bununla yanaşı, cinayət işi materiallarına əsasən qeyd edilir ki, müdafiə tərəfi həbsin viza alındığı gün - 03 dekabr tarixinə planlaşdırıldığı qeyd edilsə də, cinayətin əsasını qoyan maddi hadisə – yəni zərərçəkmişdən yalan vədlərlə 60.000 manat pulun qəbul edilməsi faktı ## ###### 2024-cü il tarixdə, yəni şəxisn viza ilə bağlı müraciət etmədiyi vaxtda baş vermişdir. Kollegiya qeyd edilən iddialara cavab olaraq bildirir ki, cinayət mühakimə icraatı fərziyyələrə deyil, maddi sübutlara əsaslanır. Cinayət işində konkret zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs), onun burun və əng sümüklərinin qırıqlarını, dişlərinin tökülməsini təsdiq edən məhkəmə-tibbi ekspertizasının rəyi və West Hospital-ın rəsmi KT müayinəsi cavabları, eyni zamanda digər ittiham üzrə torpaq sahəsinin alqısatqısına dair notarial sənədlər, bələdiyyə çıxarışları və mobil operatorların lokalizasiya diskləri mövcuddur. Müdafiə tərəfinin bu təkzibedilməz maddi, tibbi və texniki sübutları önəmsəmədən cinayət işini məqsədli şəkildə “mükafat” və “siyasi amillə” bağlamaq dəlilləri əsassız hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinin tələblərinə uyğun olaraq, cinayət hadisəsinin baş verməsi, əməldə cinayət tərkibinin bütün elementlərinin mövcudluğu və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu əməlləri törətməsi birinci instansiya məhkəməsində tam və təkzibedilməz sübutlarla (şahid ifadələri, zərərçəkmişin bəyanatları, ekspertiza rəyləri, lokalizasiya diskləri) təsdiqini tapmışdır. Müdafiə tərəfinin təqdim etdiyi apellyasiya şikayətləri heç bir yeni hüquqi fakt ortaya qoymur, sadəcə subyektiv ehtimallara əsaslanmaqla təqsirkarı məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutları qanunvericiliyin tələblərinə uyğun olaraq daxili inamı əsasında düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətlərində cinayət təqibinin guya “siyasi xarakter” daşıması, həbsin onun hüquq müdafiəçiliyi fəaliyyəti və ABŞ-a planlaşdırılan mükafat səfəri ilə bağlı olması barədə irəli sürdükləri iddialar hüquqi əsası olmayan, sırf cinayət məsuliyyətindən yayınmaq məqsədlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Kollegiya məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o təqsirlidir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin ittihamının sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan və təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilə biləcək şübhələr müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət hadisəsinin baş verməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirildiyindən məhkəmə hökmü əsaslı və qanuni hesab edilir, apellyasiya şikayətlərinin dəlilləri isə hüquqi əsası olmamaqla subyektiv ehtimallara əsaslanmışdır. Bundan başqa, kollegiya qeyd edir ki, cinayət təqibi zamanı apellyasiya şikayətində qeyd edilən Konvensiyanın 5-ci, 10-cu, 14-cü, * saylı Əlavə Protokolun 2-ci və 5-ci, 10-cu, 14-cü maddələri, Konvensiyanın 18-ci maddəsinin və 1-saylı Əlavə Protokolun 1-ci maddəsinin pozuntusuna yol verilməsi halına rast gəlinməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahidlərin, ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 127.2.3-cü maddələri ilə tövsif etmiş, həmçinin onun ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin xaric edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmağı mümkün hesab etmişdir. Məhkəmənin hökmündən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması, ağırlaşdıran hal qismində isə onun əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkum edilmişin islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarının həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Təqsirkara cəzanı seçərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit edilmiş və onlara uyğun olaraq cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsi ilə müəyyən edilmiş hədlərdə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla ədalətli cəzanın təyin edildiyi müəyyən prinsipləri rəhbər tutmağa borcludur. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən, mütləq qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərək, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi3 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası,

QƏRARA ALDI:

Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi3 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 178.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi3 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elmar Rəhimov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar