Məhkəmə qərarları › İş №1(3-6)-1179/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1179/2026

18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1179/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, İbrahimli İbrahim Adil oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X26, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Prokuror, Maraqlarına toxunan şəxs şahid1 vəkili İsmayılov Yusif Yaşar oğlu, Zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi Zəfər Vəkil Bürosunun vəkili Babayev İsmayıl Seyfəddin oğlunun iştirakı ilə, ##.##.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, maraqlarına toxunan şəxs şahid1, zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, mülki iddiaçı zərərçəkmiş şəxs2 mülki iddiasının təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 2.141.490 (iki milyon bir yüz qırx bir min dörd yüz doxsan) manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin və 1860,74 (bir min səkkiz yüz altmış manat yetmiş dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2.143.350,74 (iki milyon bir yüz qırx üç min üç yüz əlli manat yetmiş dörd qəpik) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs2 ödənilməsi, mülki iddiaçı zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 65.340 (altmış beş min üç yüz qırx) manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaiti və 301 (üç yüz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 65.641 (altmış beş min altı yüz qırx bir) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddianın qalan hissədə rədd edilməsi, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 141,6 m2 olan 3 otaqlı yaşayış sahəsinə aid olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan yaşayış sahəsi üzərinə məhkəmə qərarı ilə qoyulmuş həbsin dəyişdirilmədən saxlanılması, iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Həsənov Nizami Namiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü zərərçəkmiş şəxs1 tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib inam yaratmaqla etibarından sui-istifadə edərək sonuncuya məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs1 ##.##.2024-cü il tarixdə ünvan 10 ünvanında yerləşən “Bakı-İstanbul” Liseyinin yaxınlığında aldığı həmin dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları, ##.##.2024cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində aldığı 25.000 manat və ##.##.2024-cü il tarixdə, saat 15:11-də sonuncunun ünvan 1 ünvanında olduğu zaman mobil tətbiq vasitəsilə oğlu Əsgər Əliyevin adına olan Azərbaycan Beynəlxalq Bankına məxsus 5522************ nömrəli bank kartı hesabından onun istifadəsində olan “Kapital Bank”a məxsus 5239************ nömrəli bank kartı hesabına göndərdiyi 340 manat məbləğində olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 110340 manat məbləğində pul vəsaitini aralarında bölüb şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tanışı Həsənov Nizami Namiq oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını təkrar ələ keçirmək məqsədi ilə özünü zərərçəkmiş şəxs2 tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib inam yaratmaqla etibarından sui-istifadə edərək sonuncuya məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs2 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, ev 29 ünvanının yaxınlığında aldığı qeyd olunan dövrlərin məzənnəsi ilə 2.150.500 manat təşkil edən 1.265.000 ABŞ dolları məbləğində pul vəsaitini, zərərçəkmiş şəxs2 sonuncu dəfə ünvan 4 ünvanında yerləşən “Kapital Bank”ın “Gənclik” filialında quraşdırılmış ödəniş terminalı vasitəsilə ##.##.2025-ci il tarixdə, saat 22:01-də köçürdüyü 9.700, saat 22:05də köçürdüyü 4.500 və saat 22:08-də köçürdüyü 500 ABŞ dolları olmaqla cəmi 14.700 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 24.990 manat məbləğində pul vəsaiti ilə birlikdə 2025-ci ilin yanvar və fevral ayları ərzində sonuncunun Bakı şəhərində müxtəlif ərazilərdə yerləşən ödəniş terminalları vasitəsilə Nizami Həsənovun istifadəsində olan 4***********9105 və 5*************** nömrəli bank kartı hesablarına göndərdiyi 279.990 manat məbləğində pul vəsaitini, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdikləri 2.430.490 manat məbləğində pul vəsaitini aralarında bölüb şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi, maraqlarına toxunan şəxs şahid1, zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri verilmişdirlər. Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs taqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya mahkəməsinin hökmü məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən (Cinayat-Prosesual Məcəllənin 401.2.1-ci maddəsi), məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş va özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyətli təsir göstərən sübütlar nəzərə alınmadığından (Cinayət Prosessual Məcəllənin 401.2.2-ci maddəsi); Azərbaycan Respublikası CM-nin 179.4-cü maddasinə dair aşağıdakıları qeyd edərək bildirmək istəyir ki, iş materialları ila işin faktiki haları üst-üstə düşmür, sübutlar ittihamın asasını təşkil etmək üçün yetərli deyildir. Birinci instansiya məhkəməsində araşdırılma zamanı təqsirlandirilən şəxsin, zərərçəkmiş şəxslərin va şahidlərin vermiş olduğu ifadələr bunu bir daha təsdiq etmiş oldu. İş materiallarından aydın olur ki, hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir. Qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs2 epizodu üzrə işin faktiki halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs2 va Həsanov Nizami Namiq oğlu şərikli olaraq biznes fəaliyyəti ilə məşğul olmuşlar. Qeyd olunan biznes fəaliyyətində zərərçəkmiş şəxs2 öz növbəsində Əkrəm, Sveta va Sevil adlı xanımlardan faizə pul götürərək Təqsirləndirilən şəxs vermiş, daha sonra Zaur Mövlanovda öz növbəsində zərərçəkmiş şəxs2 götürdüyü pulları Nizami Həsənova vermişdir. Qeyd olunan ardıcıllıqla pullar Nizami Hasanova verildikdan sonra biznes fəaliyyətinə pullar qoyulmuş və bunun müqabilində zərərçəkmiş şəxs2 və sonuncunun həvat yoldaşı olan Asya Mahmudovanın istifadəsində olan bank kartlarına pullar göndərilmişdir. Bu hal uzun müddat davam etmişdir. Göstərilənlərə əsasən Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, R Fərid Soltanlı tərəfindən ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda verilmiş izahatlarla bir daha təsdiq olunur ki, zərərçəkmiş şəxs2 tərəfindan biznes fəaliyyətinə Təqsirləndirilən şəxs verilmiş pulların Nizami Hasanova verilmiş va pulların Nizami Hasanova verilməsini zərərçəkmiş şəxs2 da qabul etmişdir. Məhkəmə istintaqı zamanı tam aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 qarsı dələduzluq cinayətini törətməmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işində olan sübutlardan açıq aydın müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün kifayət qədər təhlükəli şəxsdir. Həmçinin oda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs kriminal dəstənində üzvüdür və bunu sübut edən hallar cinayət işinin materiallarında mövcuddur. Cinayət işinin materiallarında olan səs yazılarını dinləyərkən Təqsirləndirilən şəxs üçün yeganə müqəddəs varlığın pul olduğu bəlli olur. Belə insanlar pul vəsaiti əldə etmək üçün hər cürə cinayət əməli törədə bilər. Maraqlarına toxunan şəxs şahid1 hökmdən apellyasiya şikayəti verərək, hökmün mülki iddianın təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini, maraqlarına toxunan şəxs şahid1 və zərərçəkmiş şəxs və mülki iddiaçının apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi və maraqlarına toxunan şəxs şahid1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş təqsirləndirilən şəxsin və maraqlarına toxunan şəxs şahid1 apellyasiya şikayətlərinin təmin olunmamasını, zərərçəkmiş şəxs və mülki iddiaçının apellyasiya şikayətinə münasibətdə isə birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən təklif olunan həddə cəzanın ağırlaşdırılmasına etiraz etmədiyini bildirdi. Maraqlarına toxunan şəxs şahid1 vəkili İsmayılov Yusif Yaşar oğlu tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası CPM-nin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə (bax Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 70-73; 110-114; 182-186; Cild 2, i.v. 37-39; 172-175; 181-184; 226-229;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 5 ildir mərhum Nizami Həsənovla biznes fəaliyyəti ilə, yəni tütün məmulatlarının alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, o, Nizami Həsənova bizneslə məşğul olması üçün müəyyən məbləğlərdə pul vermiş, Nizami isə bunun qarşılığında ona qazanc vermişdir. Təxminən 30 ildir zərərçəkmiş şəxs2la tanışlıq münasibəti vardır. 2022-ci ilin sonu 2023-cü ilin əvvəllərində Rasimlə yaşadığı evin yaxınlığında görüşmüş, görüş zamanı Rasim ondan nə işlə məşğul olduğunu soruşduqda o, bir nəfər tanışla xarici ölkələrdə siqaret satışı ilə məşğul olduğunu bildirmişdir. Bu zaman Rasim onun biznesinin nə olduğu ilə maraqlanıb sərmayə qoymaq istədiyini bildirdikdə ona ortağı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra Nizami Həsənovla əlaqə saxlayaraq Rasimin dediklərini Nizamiyə çatdırmış, sonuncu ona Rasimi də həmin biznesə ortaq edə biləcəklərini, bunun üçün 10-15.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq Nizaminin dediklərini Rasimə çatdırmış, sonuncu onunla razılaşmaqla təxminən 2-3 gün ərzində lazım olan pulu ona vermiş, o da öz növbəsində həmin pulu Nizami Həsənova təqdim etmişdir. Bu minvalla o, zərərçəkmiş şəxs2 bizneslə məşğul olmaq üçün təxminən 500.000 ABŞ dolları pul alıb hamısını Nizami Həsənova vermişdir. Həmin dövr ərzində zərərçəkmiş şəxs2 640.000 manat qazanc kimi vermişdir. Ondan əlavə Nizami Həsənov da təxminən Rasimə qazanc olaraq 250.000 manat pul vermişdir. O, zərərçəkmiş şəxs2 özünə və həyat yoldaşına həm əlbəəl pul vermiş, həm də bank kartlarına pul köçürmüşdür. zərərçəkmiş şəxs2 və həyat yoldaşı X13 tez-tez əlaqə saxlamış və aralarında pul alış-verişi olmuşdur. Bundan başqa, 2023-cü ilin yay aylarında zərərçəkmiş şəxs2 ailəsi ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 29, mənzil *** saylı evinə gəlmişlər. Süfrə başında olan zaman digər şəriki olan Nizami Həsənov onun mobil nömrəsinə zəng edərək iş olduğu və bunun üçün 90.000 manat pul lazım olduğunu bildirərək həmin 90.000 manatın qısa müddətdə 40.000 manat məbləğində qazanc olacağını demişdir. Həmin vaxt Nizami ilə danışarkən şəriki Rasim də söhbəti eşidib razılığını bildirərək pulu götürmək üçün girov lazım olduğunu qeyd etmiş, o da öz növbəsində yaşadığı evi girov qoya biləcəyini göstərmişdir. Bu zaman zərərçəkmiş şəxs2 özünün də torpağı olduğunu, həmin torpaq sahəsini girov qoyub pul götürəcəyini bildirmişdir. Təxminən iki gün sonra Rasim ona zəng edərək tanış notarius olduğunu deyərək xəbər etdikdə ailəsi ilə birlikdə sənədləri də götürüb gəlmələrini bildirmişdir. Həmin gün Rasim işi ilə əlaqədar gələ bilməyəcəyini, yoldaşı Asyanın gəlib götürəcəyini bildirmişdir. Günorta saatlarında Rasimin həyat yoldaşı Asya idarə etdiyi “Honda” markalı avtomobil ilə gəlmiş və birlikdə “Şamaxinka” adlanan ərazidə yerləşən notariat kontoruna getmiş, orada müəyyən qədər gözlədikdən sonra Əkrəm adlı qadın və onun Siyamək adlı oğlu gəlmişdir. Notariat kontorunda müqavilə bağlanmış, Əkrəm adlı qadın 250.000 manat pulu notariat kontorunun xəzinəsinə vermişdir. O, 250.000 manatın müqabilində yaşadığı evi girova qoyaraq notariat kontorunda 90.000 manat pul götürmüşdür. Qalan pulu, yəni 160.000 manat pulu Əkrəmgilin gətirdiyi tanımadığı bir nəfər şəxs götürmüş, Asyadan pulun qalanını niyə bu adamın götürdüyünü soruşduqda sonuncu narahat olmamağını qeyd edərək Əkrəmdə limitlərinin olduğunu, lazım olarsa həmin pulu ondan götürə biləcəklərini bildirmişdir. Bundan sonra o, 90.000 manatı Nizami Həsənova sürücülük fəaliyyəti ilə məşğul olan şəxs vasitəsilə göndərmişdir. Həmin şəxsin mobil telefon nömrəsi onun mobil telefonunda vardır. Bundan sonra görülmüş işin müqabilində zərərçəkmiş şəxs2 müəyyən məbləğdə gəlir verilmiş və pul ödənilmişdir. zərərçəkmiş şəxs2 hər hansı əmlakını ələ keçirmək üçün vəd verməmişdir. zərərçəkmiş şəxs2 özü onunla biznes fəaliyəti ilə məşğul olmaq üçün müraciət etmiş, birlikdə pul qoyaraq biznes fəaliyyəti ilə məşğul olmuşlar. Onun zərərçəkmiş şəxs2 aldatmaq fikri və niyyəti olsaydı, iş görmək üçün öz yaşadığı evi girov qoyaraq pul götürməzdi. zərərçəkmiş şəxs2 biznes fəaliyyəti ilə məşğul olduqlarına görə təxminən 640.000 manat pul qazanc kimi vermiş, həmin pulların verilməsi Rasimin həyat yoldaşı Asyanın da iştirakı ilə həyata keçirilmişdir. Belə ki, pullar həm əlbəəl, həm də Rasimin və Asyanın istifadəsində olan bank kartlarına ödənmişdir. Əkrəm adlı qadın zərərçəkmiş şəxs2 tanışı, Siyamək isə Əkrəm adlı qadının oğludur. Notariat kontorunda yaşadığı evi 250.000 manata girov qoyduqdan sonra o, 90.000 manat pul götürmüşdür, qalan 160.000 manat pulu isə orada olan (dəqiq bilmir Əkrəmin yaxud da Asyanın tanışı ola biləcək) bir şəxs götürmüşdür. zərərçəkmiş şəxs1 2023-cü ildən bəri tanıyır, qohumluq münasibəti vardır. zərərçəkmiş şəxs1 onun oğlu Mövladinin həyat yoldaşının dayısıdır. Musa ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2024-cü ilin avqust-sentyabr aylarında zərərçəkmiş şəxs1lə birlikdə İsmayıllı rayonundan Bakıya Musanın avtomobili ilə qayıdarkən yol boyunca söhbət zamanı Musa ondan nə işlə məşğul olduğunu soruşmuş, o da Musaya siqaret alqı-satqısı ilə məşğul olmaqla Nizami və Rasim adlı şəxslərlə üç nəfərdən ibarət ortaq biznesi olduğunu, Dubay şəhərində bununla əlaqədar şirkət açmaq istədiyini bildirmişdir. Musa ona həmin biznesin yaxşı gəlirli olduğunu demişdir. Həmin günün axşamı Nizami ona zəng edib çox ucuz qiymətə siqaret olduğunu, lakin almaq üçün 50.000 ABŞ dolları çatmadığını deyərək həmin məbləği tapa bilib-bilməyəcəyi ilə maraqlanaraq üç gün ərzində həmin siqaretin satışından təxminən 10.000-20.000 manat arası qazanc əldə edəcəklərini qeyd etmişdir. Bundan sonra o, zərərçəkmiş şəxs1 zəng edib siqaret məsələsi ilə bağlı ona 50.000 ABŞ dolları pul lazım olduğunu deyərək həmin pulu verə biləcəyi halda üç gün ərzində ona öz pulu ilə yanaşı qazanc kimi 10.000 manat məbləğində pul verəcəyini bildirmişdir. Musa onunla razılaşaraq “problem yoxdur, həll edərik, sabah saat 4-də gəl götür” demişdir. Növbəti gün Musa onu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı “Niel” şadlıq sarayının yanında yerləşən ofisə çağıraraq orada 50.000 ABŞ dolları pulu ona vermişdir. Həmin vaxtı Musa bir ədəd qəhvəyi rəngli bloknot çıxarıb orada pulu götürməsi və üç gün ərzində qaytaracağı barədə qeydiyyat aparmasını bildirmiş, o da Musanın dediyi kimi qeydiyyat aparıb öz imzası ilə təsdiq etmişdir. Oradan çıxıb evə getmiş, Nizamiyə isə zəng edib pulun özündə olduğunu, sürücüyə gəlib götürməsini deməsini bildirmişdir. Bundan sonra Nizaminin dediyi bir nəfər sürücü gəlib həmin pulu tam şəkildə ondan götürmüşdür. Nizami ona həmin pulu siqaret alınması üçün Dubaya göndərəcəyini bildirmişdir. Üç gün keçdikdən sonra Nizami siqaretləri aldığını, lakin satacaqları şəxsin uşağını maşın vurduğunu, hazırda Dubayda olmadığından gecikmə yarandığını, habelə başqa bir işdən olan 10.000 manat qazanclarını Musaya verməsini, bir neçə günə isə verdiyi 50.000 ABŞ dollarını da qaytaracaqlarını bildirmişdir. Həmin gün o, Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki “Olimpik Star”ın yanında Musa ilə görüşüb 10.000 manatı ona verərək 50.000 ABŞ dolları pulunu da bir neçə günə qaytaracaqlarını bildirmişdir. Lakin işdə yenə də problemlər olduğundan həmin pulu Musaya qaytara bilməmişdir. O hər dəfə pulu Nizamidən istədikdə Nizami az müddətdə pulu verəcəyini bildirib vaxt qazanmışdır. 2024-cü ilin oktyabr ayında Musanın bacısı olan qudası Minayə xanım vəfat etmiş, sonuncunun yas mərasimində olduğu zaman Nizami ona zəng edib “Dubayda malların saxlanıldığı anbarın icarəsinin pulu lazımdır, bunun üçün 25.000 manat pul lazımdır, bir-iki günə 140.000 ABŞ dolları qazanc gələcək, həmin puldan Musanın 50.000 ABŞ dollarını və verəcəyin 25.000 manatı qaytararıq” demişdir. O həmin vaxtı yas mərasimində olan zərərçəkmiş şəxs1 “Dubaydakı anbarların icarə vaxtını uzatmaq üçün borc olaraq 25.000 manat pul lazımdır, verə bilərsənmi?” demiş, Musa da biraz düşündükdən sonra verə biləcəyini qeyd etmişdir. Dəqiq xatırlamadığı gündə, 2024-cü ilin oktyabr ayının sonlarında o Nəsimi rayonundakı həmin ofisdə Musadan 25.000 manat borc pul götürmüş və eyni qaydada bununla bağlı Musanın bloknotunda qeydiyyat aparmışdır. 25.000 manat pulu alıb eyni qaydada Nizaminin dediyi sürücünün vasitəsilə özünə göndərmişdir. Nizami ona “anbarların icarə müddəti iki-üç ay müddətinə uzadıldı” demiş, lakin bir neçə gün sonra Nizami pulların köçürülməsində problem olduğundan qazancları olan 140.000 ABŞ dollarının verilməsinin yubandığını söyləmişdir. O, Nizaminin dediklərini Musaya çatdırmışdır. O, pulların gecikdiyini görüb məsələni aydınlaşdırmaq üçün 2024-cü ilin noyabr ayında Dubaya getmiş, lakin həmin vaxtı bayram günləri olduğundan təxminən 15 gün heç bir iş yeri işləməmişdir. O, Dubay şəhərində oteldə qalmış, həmin vaxtı pulu qurtardığından Musaya müraciət edərək otelin pulunu vermək üçün 200 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Musa problem olmadığını deyərək kart nömrəsi göndərməsini istəmiş, o da öz “Kapital Bank” kartının nömrəsini Musaya göndərmiş, sonuncu da öz növbəsində ona 200 ABŞ dolları pul göndərmişdir. Dubay şəhərində olduğu zaman Nizami ona “konum” göndərib həmin “konuma” getməsini, pulları köçürdükləri şəxsin orada yerləşən ofisdə olub-olmadığını və onların yalan deyib-demədiklərini aydınlaşdırmasını tapşırmışdır. O, göndərilən “konuma” getmiş və həqiqətən də həmin şəxsin ofisdə olmadığını görmüşdür. Orada ona həmin şəxsin Sinqapurda olduğunu, pullarına blok qoyulduğundan hazırda Sinqapura getdiyini bildirmişlər. O, Nizami ilə əlaqə saxlayıb burada qalmağın mənası olmadığını və geri qayıdacağını demişdir. O, dekabr ayının sonlarında Bakıya qayıtmış, həmin vaxtdan mart ayına, yəni Nizaminin özünə qəsd etdiyi günə kimi Nizami ona pulların gələcəyini bildirsə də, heç bir qazanc olmamış, o da buna görə Musanın pulunu qaytara bilməmişdir. O, həbs olunduqdan sonra atası Əziz Mövlamov İsmayıllı rayonu Basqal kəndindəki evi satıb Musaya 35.000 manat pul vermişdir. O, yaşadığı evi girov qoyduqdan sonra zərərçəkmiş şəxs2 ona “verdiyim pullar mənim deyil, mən həmin pulları Əkrəm, Siyamək, Sevil və Sveta adlı şəxslərdən faizə götürmüşəm. Mənim evlərim, qızıllarım gedib” demişdir. O da Rasimə “biz əvvəl belə danışmamışdıq, sən demişdin ki, pullar mənimdir. Mən sənə 700.000 manatdan çox qazanc vermişəm, bəs həmin pullar haradadır?” demiş, Rasim isə ona cavab olaraq “həmin pullarla ancaq faizləri bağlamışam” demişdir. O, Rasimə “faiz aldığın şəxslərin pullarını bağlayaq, öz pulumuzla iş görək” demişdir. Həmçinin bir gün o, Siyaməklə əlaqə saxlayıb “mən Rasimə kifayət qədər pullar vermişəm, bəs həmin pullar sənə çatmayıb?” soruşmuş, Siyamək isə cavabında bununla bağlı Rasimlə danışacağını bildirmişdir. Musa ona “səni və atanı sosial şəbəkədə paylaşıb, mənə dələduzluq etdiyinizi hamıya deyəcəm” demişdir. Həmçinin Musa onun qohumu olduğu üçün həmin pulu Musaya qaytarmışdır. 3 ədəd vərəqdə qeyd edilən əlyazmalar və imza onun tərəfindən yazılmaqla imzalanmışdır. Həmin əlyazmalarda o, zərərçəkmiş şəxs1 50.000 ABŞ dolları və 25.000 manat pul almağını təsdiq etmişdir. Pulların qaytarılmasında gecikmələr olduğu zaman zərərçəkmiş şəxs1 ona “səni və atanı sosial şəbəkələrdə paylaşacağam. Mən sənə verdiyim pulları başqa bir biznesə qoysaydım, kifayət qədər qazancım olacaqdı. Sən həmin pulları da mənə verməlisən və bununla bağlı mənim bloknotumda qeydiyyat aparmalısan” deyərək təhdid etmişdir. O bundan ehtiyat etdiyi üçün və qohumluğu nəzərə alıb Musanın dediyi kimi qeydiyyat aparmışdır. Əkrəmi və Siyaməki evini girov qoyduğu zaman görmüşdür. Sevil və Sveta adlı qadınları Nizami özünə qəsd etdikdən sonra atası Namiqlə görüş zamanı görmüşdür. Həmin şəxsləri görüşə Rasim gətirmişdir. Rasimin ona dediyinə görə Əkrəmgil faizə pul verməklə məşğuldurlar. Siyamək Xızı rayonunda yol-patrul xidmətində çalışır. İlk dəfə pul götürəndə Musa ona 10.000 manatı qeyd etməyə ehtiyac olmadığını demişdir. İkinci dəfə pul götürəndə isə o, qazanc vəd etməmişdir. Musa təkid etdiyindən ##.##.2025-ci il tarixli əlyazmanı Musanın dediyi kimi qeydiyyat almışdır. Musa ona pulu gecikdirdiyi hər 10 günə görə 15.000 manat pul verməli olduğunu bildirmiş, lakin o, etiraz etdiyinə görə həmin sözün üstündən xətt çəkmişdir. O həmin əlyazılarını Musanın ona təqdim etdiyi qəhvəyi rəngli bloknota yazmışdır. zərərçəkmiş şəxs1 verdiyi pulları Nizamiyə vermişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərmişdir ki, Rasimlə 30 ildir səmimi dostluq münasibətində olmuş, eyni məşq zalında birlikdə məşq etmişlər. Rasim əvvəllər bankda işləmiş, daha sonra isə tikinti işi ilə də məşğul olmuşdur. 2022-ci ilin oktyabr ayında Rasimlə görüşərkən sonuncu ondan nə işlə məşğul olduğunu soruşduqda Nizami adlı dostuna pul verməklə siqaret işi ilə məşğul olduğunu bildirmişdir. Rasim onu da həmin işə cəlb etməsi barədə təklif etdikdə bu barədə Nizaminin razılığını almasının lazım olduğunu demiş, Nizami ilə danışaraq onun razılığını almışdır. Rasim həmin vaxt Nizamiyə 10.000 manat pul vermiş, Nizami verdiyi həmin pula görə ona qazanc vermişdir. Rasimin ona verdiyi təqribən 10.000 manat məbləğində pulu Nizamiyə göndərmiş, bununla da birlikdə işləməyə başlamışlar. Rasim həmin vaxtı Gürcüstanda olmuşdur. Hər ay 20.000 manata yaxın məbləğdə pul gəlmiş, o da həmin məbləği Rasimə vermiş, bir müddət sonra Nizami ona işi artırmalarını və daha çox pul yatırmalarını bildirmişdir. O, Rasimə bu barədə dedikdə sonuncu pulun problem olmadığını, köhnə tanışının olduğunu, ona da qazanc əldə edə biləcəklərini əvvəlcədən deməklə tanışından pul götürə biləcəklərini, əldə etdikləri puldan həmçinin tanışına da verməsi üçün ona verməsini bildirmiş, o da razılaşmışdır. Onlar artıq 30.000-40.000 manatlıq pullarla işləməyə başlamışdır. O, pulları həm Rasimin kart hesabına, həm də özünə əlbəəl vermişdir. Bundan sonra işləri artmağa başlamış, X41 siqaret ticarətinə başlamış, Nizami bunları edə biləcəyini bildirmişdir. 1 il 8 ay ərzində bu işə müxtəlif məbləğlərdə olmaqla (bəzən 1.500, bəzən 1.800, bəzən isə 7.000 məbləğində) ümumilikdə 450.000-500.000 ABŞ dolları pul yatırılmışdır. Bu pulları Rasim alıb qeydiyyat apardıqdan sonra ona vermiş, o da öz növbəsində göndərmişdir. O, Rasimlə Nizamini tanış etmiş, sonuncular arasında münasibət yaranmışdır. Onlar işlərini daha da artırmaq və BƏƏnin Dubay şəhərində qızıl və siqaret məmulatlarının satışı üzrə şirkət açmağı, şirkət alıb orada profillər yaratmağı, habelə övladlarının da orada işləyəcəklərini düşünmüşdür. O bu müddət ərzində Rasimə qazanc və maya kimi qoyduğu pullarla birlikdə ümumilikdə 640.000 manatdan çox pul vermişdir. Rasim bir müddət sonra pulları aldığı şəxslərdən faizlə aldığını, evini girov qoyduğunu, pulları qaytara bilmədiyini bildirmiş, o da aralarındakı razılaşmanın belə formada olmadığını demişdir. Bu məsələlər malların gecikməsi və alıcının uşağını maşın vurması halları baş verərkən ortaya çıxmış, gecikmələr olsa da, pullar daimi gəlmişdir. Rasim belə dedikdə ona verilən pulların kifayət edib-etmədiyini soruşmuş, o da 78 nəfərdən faizlə pul götürdüyünü, ona verdiyi pulların sadəcə faiz ödəməsinə çatdığını bildirmişdir. Halbuki, Rasimin sadəcə bir nəfərdən pul götürdüyünü bilmişlər. Rasim ailəsi ilə onlarda olarkən ona Nizamidən zəng gəlmiş, 90.000 manata yaxşı siqaret olduğunu, onu alacaqları halda yaxşı pul, təxminən 40.000 manat qazana biləcəklərini bildirmişdir. Rasim zavod olduğu halda həmin pulun əldə edilə biləcəyini demiş, o da 500.000 manat dəyərində olan evini girov qoya biləcəyini bildirmişdir. Bir müddət sonra Rasim ona zəng edib özünün gələ bilməyəcəyini, arvadının və pul aldığı şəxsin gələcəyini bildirmişdir. Rasimin arvadı və həmin şəxs gəlib onu götürərək 20 Yanvar ərazisində yerləşən notariusa getmişlər. O, evini girov qoymuş, bunun müqabilində 250.000 manat pul çıxarılmış, özü həmin puldan 90.000 manat pul götürüb Nizamiyə göndərmişdir. Bir müddət sonra gecikmə olan zaman Rasim evi onun adına keçirməsini bildirdikdə o, evi 6 aylıq borc müqaviləsi müqabilində girov qoyduğunu bildirmişdir. Bundan sonra bir əməliyyat olmuş və 140.000 manat pulun gəlməyində problem yarandığından Dubay şəhərinə getməli olmuşdur. Həmin vaxtı maddi çətinliyi olduğundan Rasim ona dəstək olmuşdur. O, bütün pulunu, təxminən 300.000 manat pulu siqaret işinə yatırmışdır. Rasim siqaret işinin yaxşı iş olduğunu, pul aldıqları şəxslərin pullarını qaytarmalarını, özünün yerinin olduğunu və onu satıb 800.000 manatı da bu işə yatırmalarını bildirmişdir. Rasim Dubay şəhərində şirkət açmağı və işi genişləndirmələrini bildirmiş, onun özünün də niyyəti işi genişləndirmək olmuşdur. O, Dubay şəhərinə gedərkən pul köçürmə məntəqəsində pulu göndərəcək şəxsi tapa bilməmiş, həmin şəxs Sinqapura getmişdir. Nizami ona ümumi gəlirlərinin, yəni 584.000 ABŞ dollarını alandan sonra onun evinin borcunu bağlamağı, pul aldıqları şəxslərin pullarını qaytarmağını və 100.000 manat pulu da Rasimə verməyini, onunla şərik kimi işə davam etmələrini bildirmiş, o da Rasimlə danışmışdır. Onlara 5-ci gün pul gəlməli olmuşdur. O, daha əvvəl Nizaminin atasının və anasının kartına 40.000 manat pul göndərmişdir. O, 3-cü gün Nizamiyə zəng etmiş, lakin ona zəng çatmamış, atası ilə əlaqə saxladıqda isə sonuncu da Nizami ilə əlaqə saxlaya bilmədiyini bildirmişdir. Bir müddət sonra Nizaminin atası ona zəng edib Nizaminin özünü asdığını bildirmişdir. O həmin xəbəri eşidəndə şok olmuş, Rasimə xəbər edərək birlikdə Nizamigilin Bilgəhdə yerləşən bağ evinə getmişlər. O, Nizaminin yerdə üstü örtülü halda meyitini görmüşdür. Nizaminin üç mərasimində Rasim onun yanına gəlib pul verən şəxslərin evinə gəldiyini, onu sıxdığını, narahat etdiyini bildirmişdir. O da borc varsa, verəcəklərini demişdir. Rasim Nizaminin atası ilə danışmağı təklif etdikdə ona Nizaminin yeddi mərasimindən sonra danışmağı söyləmiş, lakin Rasim onu narahat etdiklərini və Nizaminin atası ilə görüşmək istədiyini bildirmişdir. O, Nizaminin atasının Elmlər Akademiyası yaxınlığında olan evinə gedib zəng etmiş, sonuncu aşağı düşərək oğlunun nə işlə məşğul olduğunu bilmədiyini bildirmişdir. O, Nizaminin atasına Rasimin onunla danışdığını, Rasimin pul verdiyini bildirmişdir. Rasimin yanında olan xanım Nizaminin atasına Nizaminin ölmədiyini, Nizaminin narkoman olduğunu bildirdiyindən orada səs-küy yaranmışdır. O, zərərçəkmiş şəxs2 evi ilə birlikdə 500.000 ABŞ dolları vermişdir. O, Rasimdən 2.430.490 manat məbləğində pul deyil, cəmi 500.000 ABŞ dolları almışdır. Rasimdən pulları əlbəəl almış, Nizamiyə isə pullar terminallar vasitəsi ilə verilmişdir. Nizaminin atası 102 polis xidmətinə təhqir etməklə bağlı zəng etdiyindən onları sonradan Yasamal RPİ-yə çağırmışlar. Orada Nizamiyə bir milyona yaxın pul vermələri göstərilmişdir. Daha sonra onlar Nizamini ölüm həddinə çatdırma ilə əlaqədar Sabunçu RPİ-yə çağırılmışdır. Rasim Nərimanov RPİyə 900.000 manat pulla bağlı ərizə vermişdir. O, Rasimdən 500.000 ABŞ dollarını hissəhissə olaraq, 2022-ci ilin oktyabr ayından 2024-cü ilin dekabr ayınadək almış, həmin pulların hamısını Nizamiyə vermişdir. O, Rasimə 640.000 manat pul qaytarmış, 270.000 və ya 300.000 manat pulu da Nizami qaytarmışdır. O, borc müqaviləsi əsasında 250.000 manat pul almış, qarşılığında evini girov qoymuşdur. Onun Rasimə 250.000 manat borcu qalmışdır. zərərçəkmiş şəxs1 oğlunun arvadının dayısıdır. Onlar İsmayıllı rayonu Basqal kəndinə atasıgilə qonaq getmiş, həmin vaxt Musa da bacısı və uşağı ilə gəlmiş, o, Musa ilə birlikdə qayıtmış, uşaqlar isə orada qalmışdır. Musa ilə yolda gələrkən sonuncu bir nəfərə bir milyon borc verdiyini bildirmişdir. Həmin vaxt Nizami ona zəng edərək bir siqaret işinin ələ düşdüyünü, 50.000 ABŞ dolları pul lazım olduğunu, 2-3 gün ərzində 30.000 ABŞ dolları qazanc götürə biləcəklərini bildirmişdir. Həmin vaxt onda pul olmamış, Rasim də problem yaşadığını bildirdiyinə görə ona da deməmişdir. zərərçəkmiş şəxs1 ona 50.000 ABŞ dolları pul verməsini, 3-4 günə qaytaracağını, habelə əlavə olaraq da 10.000 ABŞ dolları pul da qaytaracağını bildirmişdir. Nizaminin dediyini Musaya da demişdir. Musa növbəti gün saat 16:00 radələrində gəlib pulu götürməsini bildirmiş, o da növbəti gün onun dediyi saatda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi ilə üzbəüz yerləşən ofisinə getmiş, Musa ona bloknotuna 50.000 ABŞ dolları götürməsini və 3 gün ərzində qaytaracağını yazmasını bildirmiş, o da müvafiq qeydi aparmaqla 50.000 ABŞ dollarını götürmüş, üç gün sonra zərərçəkmiş şəxs1 10.000 manat pul vermişdir. Nizami gecikdirə bilərsə, qazancı da nəzərə alıb pulu bütövlükdə qaytaracaqlarını bildirmiş, o da Musaya 10.000 manat pulu verərkən Nizaminin dediyini çatdırmışdır. Bundan sonra Musa onunla razılaşmış, hətta həmin pulu da götürmək istəməyib bütün məbləğin birlikdə verilməsini istəmişdir. Onların icarəyə götürdüyü anbarın icarə haqqını ödəmə vaxtı çatdığından 24.000-25.000 manat pul lazım olmuş, həmin vaxtı zərərçəkmiş şəxs1 bacısı vəfat etmiş, yas mərasimində Musaya mallarının batmaması üçün 25.000 manat pul lazım olduğunu, həmin məbləğdə pulu verə bilib-bilməcəyini soruşmuşdur. Musa Nərimanov rayonu Həsən Əliyev küçəsində ##.##.2024-cü il tarixində 25.000 manat pulu ona vermiş, o da öz növbəsində həmin məbləği Nizamiyə vermişdir. Onlara məxsus 140.000 manat ilişib gəlməyəndə Musa ilə ofisində görüşmüş, lakin Nizami ilə illərdir işlədiklərindən onu sıxmamışdır. O, Dubay şəhərində olan vaxtı şənbə-bazar gününə düşmüş, onun pulu qurtardığından Musadan 200 ABŞ dolları istəmiş, sonuncu da həmin pulu ona elə-belə göndərmişdir. O, zərərçəkmiş şəxs1 ümumilikdə 110.340 manat pul almışdır. Həbsdə olan vaxt Musa onu internetdə paylaşacağını bildirib pulunu istəmiş, o da Musaya şərikinin özünü öldürdüyünü və ya bəlkə də kiminsə onu öldürdüyünü, həbsdən çıxıb onun pulunu qaytaracağını bildirmişdir. İki həftə sonra atası Musaya 35.000 manat, özü isə həbs olunmamışdan əvvəl 10.000 manat olmaqla ümumilikdə 45.000 manat pulu zərərçəkmiş şəxs1 qaytarmışdır. Onun zərərçəkmiş şəxs1 65.000 manat məbləğində borcu vardır, lakin 340 manatı Musa ona cib xərcliyi olaraq göndərdiyindən həmin hissəni qəbul etmir. Musa bir dəfə onu otağına çağırıb günə 15 manat borc pul yazacağını bildirmişdir. zərərçəkmiş şəxs1 ondan tələb etdiyi əldən çıxmış fayda kimi 5.000 manat pulu qəbul etmir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərmişdir ki, aldığı 10.000 manatın müqabilində 3 gündən bir və ya müəyyən müddətlərdə 2.000 manat qazanc əldə edib pul vermişlər. Bəzi mallar hər gün, bəzi mallar isə müəyyən müddət ərzində pul qazandırmışdır. Misal üçün Dubaydakı işlərə görə 10-15 günə qazanc əldə olunurdusa, Gürcüstandakı işlərə görə hər gün qazanc əldə olunmuşdur. Dubayda alınan mallar həmin ölkədə sərbəst bölgədə satılmış, Azərbaycanla əlaqəsi olmamışdır. Gürcüstandakı mallar oradan alınıb elə Gürcüstanda da satılmışdır. Bu işlər rəsmi olaraq həyata keçirilmiş, həmin işlərdən 5 il əvvəl Nizamiyə pul vermişdir. Bəzən işdən maya ilə qazancı birlikdə qayıtmışdır. Misal üçün 60.000 manat pul alınıbsa və qazancla birlikdə 67.000 manat qazanılacaqdısa həmin pulu aldıqları şəxsə qaytarıb silmişlər. Ən çox məbləğdə qazancları 80.000 və ya 100.000 olmuşdur. Özü 640.000 manat, Nizami isə 300.000 manat vermiş, həmin pullar qazancla və maya ilə birlikdə olmuşdur. O, şahid3 pul almamış, sonuncudan zərərçəkmiş şəxs2 tərəfindən pul alınaraq ona verilməsi barədə məlumatı yoxdur. Cinayət işinin 1-ci cildinin 16-cı səhifəsində, ##.##.2025-ci il tarixli əlyazma şəklində olan izahatı öz xətti ilə yazmış, lakin həmin izahat doğru deyildir. Belə ki, övladının tutulması ilə hədələndiyindən həmin məzmunda izahat yazmış, habelə həmin izahatın cinayət işinin materiallarına əlavə olunmayacağı bildirilməklə azadlığa çıxacağı bildirilmişdir. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə doğrudur. 450.000 ABŞ dollarını işə yatırmış, 180.000 manat pul Nizami vasitəsi ilə zərərçəkmiş şəxs2 qaytarılmışdır. zərərçəkmiş şəxs2 280.000 manat pulun Nizamiyə verilməsindən xəbəri olmamışdır. O, Namiqin kart hesabına 40.000 manat pul köçürmüş, pulların Nizamiyə verildiyi əvvəldən məlum olmuşdur. zərərçəkmiş şəxs2 da əvvəldən pulun Nizamiyə verildiyini bilmişdir. Rasim özü birbaşa Nizamidən pul alıb vermiş, saatlarla danışıq olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılarkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması ilə bağlı dediklərini oğlu ilə hədələndiyi üçün qeyd etmişdir. O həmin ifadəni verdikdən sonra oğlu Mövladi 50 sutka həbs edilmiş, sonuncu əvvəllər dava etdiyi üçün tutulmuşdur. O, zərərçəkmiş şəxs2 aldığı 50.000 ABŞ dollarını həmin gün Nizaminin kartına və ya sürücü vasitəsi ilə göndərmiş, 10.000 manatı qazanc kimi ofisin qarşısında vermişdir. O, zərərçəkmiş şəxslərə ərizələrini geri götürmələrini, həbs qoyulan evini 390.000 manata satıb Musanın da pulunu qaytaracağını, Rasimin 2.500.000 manatını verib halallıq alacağını bildirmişdir. Musa ona 250.000 manat verməsinin qarşılığında evini (Zaura məxsus) ona (Musaya) verməsini təklif edərək gözlədiyini bildirmişdir. O, Basqaldakı evini 35.000 manata satmışdır. Onun guya həbs olunduqdan sonra Musaya zəng edib hədələməsi və buraxılması ilə bağlı dedikləri doğru deyildir, Musaya həbsdə olarkən zəng edib yalnız bayramını təbrik etmişdir. Məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərmişdir ki, Elşən Mahmudovu taksi sürücüsü kimi tanımış, sonuncuya pulları sellofanın içərisində vermiş, habelə nə qədər pul verdiyini də bildirmiş, lakin Elşən pulları saymamışdır. Elşən Nizamiyə pulları çatdırdıqdan sonra Nizami pulların ona çatdığını bildirmişdir. Elşənə bir-iki dəfə pulları saymasını bildirmişdir. Onun işləri olduğundan pulları Elşən vasitəsilə Nizamiyə göndərmiş, Nizami burada olmadıqda isə pulları onun kartına göndərmişdir. Həm özü, həm də Elşən Nizaminin kartına pullar göndərmişdir. X6 pulları birbaşa ona verə bilməmişdir. Nizami ilə onun yaşadığı yerin arasındakı məsafə təxminən 6 km-dir. O, Elşənə güvənmiş, həmçinin Nizami də pulları Elşənlə göndərməsini bildirdiyindən pulları Elşən vasitəsilə göndərmişdir. O, Sabunçu Rayon Prokurorluğunda verdiyi ifadəsini xatırlamır. O, Nizami ilə danışarkən sonuncu 5-ci gün xeyirləri olan pulları götürəcəklərini, danışdıqları növbəti günü isə 40.000 manat pul verəcəyini bildirmiş, lakin sonradan Nizamiyə zəng etdikdə telefonu bağlı olmuş, ona zəng çatmamışdır. Nizami özünü asmamışdan bir neçə saat əvvəl onunla danışanda səsi yavaş gəlmiş, nə baş verdiyini soruşduqda isə oruc tutduğunu və xəstələndiyini bildirmişdir. Nizaminin telefonu nadir hallarda bağlı olmuşdur. Bundan sonra Nizaminin atasına zəng edib Nizamiyə zəng çatmadığı barədə bildirdikdə atası ona maraqlanıb xəbər edəcəyini demiş, 20-30 dəqiqədən sonra isə Nizaminin özünü asaraq canına qəsd etdiyini bildirmişdir. O, Nizaminin bağ evinə getmiş və sonuncunun meyitinin yerdə uzadıldığını, ağlaşma olduğunu görmüşdür. Nizaminin atası ondan Rasimin kim olduğunu soruşduqda o, sonuncunun şərikləri olduğunu bildirmişdir. Nizaminin atası Rasimin onun oğluna qarşı hərəkətini bildirərək ondan şikayət etmişdir. Nizaminin atasının onun özündən narazılığı olmamışdır. O, əvvəllər Daxili işlər orqanlarında işləmiş və orqandan öz ərizəsi ilə çıxmışdır. O, idmanla məşğul olmaqla dünya mükafatçısıdır. Uzun müddət qaydasız döyüş üzrə vitse prezident, Rusiya Güləş Federasiyasının vitse prezidenti olmuş, daha sonra Azərbaycana gəlmişdir. O, özü döyüşməmiş, lakin güləşçi və qaydasız döyüşçülər yetişdirmişdir. Siqaret bizneslərinin anbarı Dubay şəhərində yeləşmiş, həmin biznesin sənədləri Nizamidə olmuşdur. Anbarın şəklini Rasimə göndərmişdir. Həmin biznesə aid Azərbaycanda hər hansı anbar olmamışdır. O, Əkrəm adlı qadından 90000 manat pulu götürüb Nizamiyə vermiş, qalıq 160.000 manat pulu tanımadığı bir şəxs götürmüşdür. Rasim limitin olduğunu və lazım olarsa həmin pulu götürəcəklərini bildirmişdir. O, mobil telefonunu ibtidai istintaq orqanına təhvil vermiş, telefonunda Nizami ilə yazışmaları mövcud olmuşdur. Məhkəmə iclasında dinlənilən səsyazılarında danışan şəxs özüdür. Həmin səsyazılarında Rasim Nizamini sıxmış, o da Rasimdən vaxt almışdır. Lakin Rasim həmin danışıqları birtərəfli şəkildə təqdim etmişdir. Şərif ona 140.000 manat pul verməli olduğundan Dubaya getmişdir. Videogörüntüdə görünən yer Dubayda biznesin olduğu yerdir. Digər videogörüntüdəki yer isə onun qaldığı yerdir. Rus dilində danışan şəxs Nizaminin dediyi gürcü şəxsdir. O, “lotu Quli” kimi tanınan şəxslə dostluq münasibətində olmuş, siqaret işinə başlayanda sonuncu artıq vəfat etmişdir. O, “lotu Quli” kimi tanınan şəxslə hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Qeyd olunan səsdə özü, Rasim və Nizami ilə birlikdə vatsapda danışıqlar aparmışlar. O, Nizamidən əvvəl biznes fəaliyyəti ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini, ortaq biznes fəaliyyəti ilə məşğul olduğunu, lakin Nizaminin ölümü ilə əlaqədar bizneslərinin batdığını, zərərçəkmiş şəxs2 verdiyi mülki iddianı qəbul etmədiyini, zərərçəkmiş şəxs1 isə 65000 manat borcunun olduğunu bildirərək əməlində hər hansı cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. 7. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdə əlyazma ilə verdiyi izahatı arasında müəyyən ziddiyyətlər olduğundan həmin izahat da elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahatında göstərmişdir ki, o, zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək aldatma yolu ilə 500.000 ABŞ dolları pulunu ələ keçirib dələduzluq etmişdir. Lakin ərizədə qeyd olunan 1.980.000 manat qeyd olunması ilə bağlı razı deyildir. Belə ki, zərərçəkmiş şəxs2 təxminən 1994-cü ildən etibarən tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Təxminən 2022-ci ilin oktyabr ayında o, zərərçəkmiş şəxs2la növbəti görüşləri zamanı sonuncuya X38 Dubay şəhərində tütün məmulatlarının, siqaret alqısatqısı ilə məşğul olub birgə gəlir əldə etməyi təklif etmişdir. Məqsədi zərərçəkmiş şəxs2 aldadıb pulunu ələ keçirməkdən ibarət olmuşdur. O, Rasimə Dubaydakı işi özü görəcəyini, Rasimdən isə sadəcə olaraq maddi dəstək olmasını bildirmişdir. Rasim onun dediklərinə inanaraq bu işə razılıq vermişdir. Bir neçə gün keçəndən sonra o, Rasimə zəng edərək işlərə başladığını bildirib ona 15.000 ABŞ dolları pul ödəməsini xahiş etmişdir. Rasim onun yaşadığı ünvanın yaxınlığında görüşüb ona 15.000 ABŞ dolları vermişdir. O həmin pulu götürərək bir hissəsini Rasimə qazanc adı ilə qaytarmaq üçün özündə saxlayıb qalan pulu isə öz şəxsi məsrəflərinə xərcləmişdir. Bir müddət keçəndən sonra Rasimlə təkrar əlaqə saxlayıb işlərin qaydasında olduğunu, gözlədiyindən daha yaxşı nəticə əldə etdiyini yalandan deyərək əlavə ödəniş etməsini xahiş etmişdir. Rasim ondan öncəki puldan hər hansı qazanc olub-olmamağını soruşmuş, o isə həmin puldan Rasimin payına düşən 1.500 ABŞ dolları qazanc əldə olunduğunu bildirərək Rasimi şirnikləndirməyə çalışmışdır. Rasim onun dediklərinə inanaraq əlavə ödəniş etməyə razılıq vermiş, bir gün sonra Rasimlə yaşadığı ünvanın yaxınlığında görüşərək Rasimə 1.500 dollar pulu ödəyib həmin pulun qazanc olduğunu bildirib əvəzində 10.000 ABŞ dolları pul almışdır. Həmin pulun da eyni qaydada bir hissəsini qazanc məqsədi ilə saxlayıb qalan hissəsini xərcləmişdir. Növbəti dəfə saxladığı puldan bir qismini Rasimə ödəyərək qazanc adı ilə Rasimdən əlavə pul vəsaiti almışdır. Bu minvalla 2025-ci ilin fevral ayına qədər Rasimdən 700 min ABŞ dolları alaraq həmin puldan təxminən 200.000 ABŞ dollarını hissə-hissə olmaqla guya həmin pulun əldə etdikləri qazanc olduğunu yalandan deyib Rasimin özünə geri qaytarmışdır. Qalan 500.000 ABŞ dollarını isə ələ keçirərək dələduzluq etmişdir. zərərçəkmiş şəxs2 200.000 ABŞ dolları ödəməkdə məqsədi Rasimi şirnikləndirib daha çox pul verməsini təmin etmək olmuş və öz məqsədinə nail olmuşdur. zərərçəkmiş şəxs2 pulu alarkən məqsədi iş qurmaq deyil, Rasimi aldadıb pulunu almaq niyyəti olmuşdur. zərərçəkmiş şəxs2 aldadıldığını başa düşdükdən sonra ondan pullarını geri qaytarmağı tələb etmiş, o isə müxtəlif yalanlar danışaraq vaxt uzatmağa çalışmış və pulu ödəməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs2 500.000 ABŞ dolları, yəni 850.000 manat pulu aldatmaqla ələ keçirmişdir. Ümumi aldığı pul isə 700.000 ABŞ dolları təşkil etmişdir. Pulu almaqda məqsədi və niyyəti Rasimi aldadıb həmin pulu ələ keçirmək olmuş, əldə etdiyi pulu şəxsi məsrəflərinə xərcləmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) i.v. 16-21). Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, hazırda “xxxx” MMC-də maliyyə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 1994-cü ildən bəri tanımaqla dostluq münasibətində olmuşdur. Zaurla heç bir düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin oktyabr ayında Zaurla görüş zamanı sonuncu ona X38 Dubay şəhərində tütün məmulatlarının alqı-satqısı ilə məşğul olub yüksək qazanc əldə etmək istədiyini və bunun üçün sərmayə lazım olduğunu bildirmişdir. O, işin mahiyyəti ilə bağlı maraqlandıqda Zaur ona baha qiymətə olan siqaretləri və digər tütün məmulatlarını öz tanışları vasitəsilə ucuz qiymətə alıb Dubay şəhəri ərazisində orta bazar qiymətindən aşağı qiymətə satmaqla gəlir əldə etmək istədiyini bildirmişdir. O, Zaura belə işlərdən anlayışının olmadığını, əlində müəyyən qədər məbləğ olduğunu, siqaret satışından anlayışı olardısa, elə özünün tək məşğul olacağını bildirmişdir. Bundan sonra Zaur ona bütün işi özünün görəcəyini, onun isə sərmayə qoymasının kifayət etdiyini, əgər ilkin olaraq 15.000 ABŞ dolları verərsə, aylıq yüksək məbləğlərdə qazanc olacağını bildirmişdir. O, Zauru uzun müddətdir tanıdığından və onu aldatmayacağını düşündüyündən Zaurla razılaşmış, 2022-ci ilin noyabr ayının əvvəllərində Zaurla yaşadığı ünvan 6 ünvanının yaxınlığında görüşmüş və orada Zaura 15.000 ABŞ dollarını əlbəəl olaraq vermişdir. Görüş zamanı Zaur ona əlavə nə qədər çox sərmayə qoyarsa, o qədər çox qazanc olacağını bildirmişdir. Təxminən bir neçə gündən sonra Zaur ona işlərin çox yaxşı getdiyini, əlavə 10.000 ABŞ dolları da pul qoymaq lazım olduğunu bildirmişdir. O, Zaurla yenə də, yaşadığı binanın qarşısında görüşmüş və orada ona 10.000 ABŞ dolları pul vermişdir. Görüş zamanı Zaur ona 1500 ABŞ dolları pul verib ilkin qazanc olduğunu bildirmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayına qədər olan müddət ərzində o, verdiyi 25.000 ABŞ dollarından əlavə 400.000 ABŞ dolları pulu Zaurun yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Zaur isə hər dəfə 1.500-3.000 ABŞ dolları aralığında ona ödənişlər edib qazanc olduğunu bildirmişdir. Bu minvalla Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayına qədər hissə-hissə ona 170.000 ABŞ dolları pul qaytarmışdır. O, Zaurun ona qazanc verdiyini görüb daha da etibar etməyə başlamışdır. Lakin 2024-cü ilin aprel ayından etibarən Zaurun ona qazanc vermədiyini görüb bu barədə soruşduqda, Zaur ona işlərin qaydasında olduğunu, lakin bəzi texniki səbəblərdən pulu nağdlaşdırmanın mümkün olmadığını, buna görə də, qazanc verə bilmədiyini bildirmişdir. O, Zaura inanıb gözləməyə başlamışdır. 2024-cü ilin avqust ayında Zaur ona satışı daha rahat həyata keçirmək üçün Dubay şəhərində nümayəndəlik açmaq lazım olduğunu, bunun üçün isə 150.000 ABŞ dolları pul tələb olunduğunu bildirmişdir. O, əvvəl verdiyi pulların qayıtması və Zaura inandığı üçün həmin pulu yaşadığı evin qarşısında Zaura vermişdir. Bu minvalla o, 2022-ci ilin noyabr ayından 2024cü ilin dekabr ayına qədər Zaura ümumilikdə 1.265.000 ABŞ dolları pul vermişdir. Bütün məbləğlər Zaurun yaşadığı evin qarşısında Zaura verilmişdir. Bundan başqa Zaur ona bu işləri görməkdə Nizami adlı tanışının köməklik göstərdiyini bildirmişdir. O, Nizami adlı şəxsi heç vaxt görməmiş, yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 2025-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona artıq bütün məsələləri həll etdiyini, 2024-cü ilin noyabr ayında Dubay şəhərinə gedərək orada Şərif adlı şəxslə görüşdüyünü, işlərin qaydasına düşdüyünü, tez bir zamanda yenidən ödənişlər olunacağını, həmçinin Nizami (sonradan həmin şəxsin Həsənov Nizami Namiq oğlu olduğunu öyrənmişdir) adlı tanışının Gəncə və Qazax rayonları ərazisində tütün məmulatlarının satışı ilə məşğul olacağını və oradan da qazanc əldə olunacağını bildirmişdir. Zaur onu həmin işdə heç bir risk olmadığını, özünün bu işə cavabdeh olduğuna əmin etmişdir. Bu minvalla 2025ci ilin yanvar-fevral ayları ərzində Zaurun tapşırığı ilə Nizaminin ona göndərdiyi bank kartı hesablarına hissəhissə olmaqla ümumilikdə 280.000 manat pul köçürmüşdür. Həmin aylar ərzində Nizami ona hissə-hissə olmaqla ümumilikdə 50.000 manat pul qaytarıb həmin işdən qazanc olduğunu bildirmişdir. Qeyd etdiyi pulları onun dediyi bank kartlarına göndərmişdir. O, 2025-ci ilin fevral ayına əlavə ödənişlərin olunmadığını görüb Zaur və Nizamidən bu barədə soruşaraq mallara baxmaq üçün rayona getmək istədiyini bildirmişdir. Lakin hər dəfə Zaur ona təkidlə getməyə ehtiyac olmadığını, hər şeyin öz qaydasında olduğunu bildirmişdir. O, daha ödəniş olunmadığını görüb Zaur və Nizaminin heç bir iş görmədiyini və onun öz pulunu qazanc kimi onun özünə qaytardıqlarını başa düşmüşdür. Bundan sonra mart ayının 5-də ona məlum olmayan səbəblərdən Nizami Həsənovun intihar etdiyini öyrənmişdir. O, indiyə qədər Təqsirləndirilən şəxs verdiyi pulları müxtəlif şəxslərdən borc və kredit alaraq, eləcə də bir neçə evini sataraq Zaura verdiyindən həmin pulları bir daha hesablamış və ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi izahatında həmin məbləği az qeyd etdiyi ona məlum olmuşdur. Zaura verdiyi pulların bir qismini kredit götürdüyü üçün əlavə olaraq 25.000 manat faiz borcu da ödəmişdir. Həmin faiz borcu 1.265.000 ABŞ dollarından əlavədir. O, Nizaminin ona göndərdiyi bank kartı hesablarına Bakı şəhərində müxtəlif ödəniş terminalları vasitəsilə, sonuncu dəfə isə 25.000 pulu Nərimanov rayonu ərazisində yerləşən “Kapital Bank”ın Nərimanov Rayon filialındakı ödəniş terminalı vasitəsilə Nizamiyə göndərmişdir. Təqsirləndirilən şəxs və Həsənov Nizami Namiq oğluna verdiyi pulların bir hissəsini şahid1, Aygün adlı xanımdan, “Kəpəz” bank olmayan kredit təşkilatından və Nərimanov rayonu ərazisində yerləşən lombarddan borc kimi götürmüşdür. Həmin pulları borc müqaviləsi əsasında götürmüş və bunu təsdiq edən sənədləri istintaq orqanına təqdim etmişdir. şahid1 oğlunun həyat yoldaşı Sevil və Sevilin anası Svetanın vasitəsilə tanımışdır. Belə ki, Sevilin övladları ilə onun övladları eyni orta məktəbin eyni sinifində təhsil almış, həmin məktəbdə Sevil və Sveta ilə tanış olaraq ailəvi dostluğu yaranmışdır. Zaur və Nizami ilə birlikdə bizneslə məşğul olduğunu zənn etdiyi zaman sərmayə tapmaq məqsədilə dost-tanışlarına müraciət etmiş, buna görə də Sevilə və anasına da müraciət etmişdir. Onu Sevilin qayınanası şahid1 ilə tanış etmiş və o, Əkrəmdən borc müqaviləsi əsasında 170.000 manat və 200.000 manat olmaqla ümumilikdə 370.000 manat pul alıb Zaura vermişdir. Bundan başqa dostlarının birinin vasitəsilə Aygün adlı xanımla tanış olmuş və biznesə sərmayə qoymaq üçün borc müqaviləsi əsasında 102.000 manat pul götürüb Təqsirləndirilən şəxs vermişdir. Bütün borcların qarşılığında özünə və ailə üzvlərinə məxsus əmlakları ipoteka müqaviləsi əsasında qarant kimi göstərmişdir. Bundan başqa tanışı şahid3 Canbulat oğlundan 300.000 ABŞ dolları borc pul götürüb sərmayə kimi Təqsirləndirilən şəxs vermişdir. Zaur verdiyi pullardan onun istifadəsində olan öz adına və həyat yoldaşı şahid2 adına olan bank kartlarına, eləcə də əlbəəl olmaqla ümumilikdə təxminən 170.000 ABŞ dolları qaytarmışdır. Təqsirləndirilən şəxs təcili pula ehtiyacı olduğunu bildirib pul axtardığından onu şahid1 yönləndirmişdir. Zaur Əkrəmdən borc pul götürsə də, həmin zaman ölkə ərazisində olmadığından konkret olaraq nə qədər pul götürdüyünü və nə üçün xərclədiyini bilməmiş, eləcə də Zaurun özü də pulu hara xərcləməsi barədə ona heç nə deməmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərmişdir ki, ilkin olaraq işə 15.000 ABŞ dollarından başlayaraq adambaşı aylıq 1.500 ABŞ dolları pul qazanmaqla 2023-cü ilin sonuna qədər normal işləmişlər. 2025-ci ilin fevral ayınadək təxminən 280.000 manat məbləğə yaxın qazanc verilmişdir. 2024-cü ildə Zaur hesaba qadağa qoyulduğunu bildirdiyindən sonrakı pulları yatırmış, yəni malın sahibləri onları incitdiyindən başqa mal alıb bu malı əvəz etmək istəmişlər. Bu malın bir partiyasına qoyulmasına baxmayaraq onu alan olmadığından sonradan Gürcüstana keçmişlər. Gürcüstanda olan mallara isə üç möhür lazım olduğu bildirildiyindən həmin mallar da orada qalmışdır. Daha sonra anbarlarının olduğunu, vaxtlarının bitdiyini, mallarının çölə tökülməməsi üçün ora pul qoyulmalı olduğunu bildirmiş, buna görə üç dəfə olmaqla 48.000, 20.000-dən artıq və 9.000 məbləğində pullar ödənilmişdir. Pandemiya vaxtında sərhədlər bağlı olduğundan Gürcüstandan necə gəlib-getdiklərini soruşmuş, ona “Şeyx” adlı bir nəfərin olduğunu, hansısa rayonda Dövlət Təhlükəsizliyi Xidmətinin idarə rəhbəri işlədiyini, onlara icazə verilməklə istədikləri vaxt gedib-gələ bildiklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 2.470.000 manat məbləğində pulu hər dəfə evinin qarşısında görüşüb vermişdir. Həmçinin arvadı da pullar vermişdir. 170.000 ABŞ dolları məbləğində pulu bir dəfə verilmiş, 200.000 bir dəfə verilmişdir. Konkret olaraq hansı məbləğlərdə verildiyini yadında saxlamamışdır. Nizami adlı şəxsi 2024-cü ilin ortalarında Zaurun vasitəsilə tanımışdır. Nizaminin üzünü heç vaxt görməmiş, onunla ancaq telefon vasitəsilə əlaqə saxlamışdır. Zaur malının bir hissəsini Nizaminin satdığını bildirmişdir. O, Nizamiyə pul verməmiş, pulların hamısını Təqsirləndirilən şəxs vermiş, həmin pullar arasında həm şəxsi pulu, həm də dostlarının, qohumlarının da pulu olmuşdur. O, pulları 5-6 nəfər şəxsdən, Əkrəm adlı qadından 370.000 manat pul, dostu Pərvizdən 182.000, Ramin adlı şəxsdən 100.000 ABŞ dolları götürmüşdür. Ümumi məbləğdən 289.000 manat pul qaytarılmışdır. Ona qaytarılmayan pul 2.100.000-dən artıqdır. Qaytarılan pul qazanc məqsədi ilə verilmişdir. Zaur qaytardığı pulları həm yoldaşının, həm onun kartına göndərmişdir. Ona malın özünə məxsus olmaqla işin sahibi olduğunu, habelə malın Gürcüstanda olduğunu deyən Zaurun özü olmuşdur. Pulu Zaura vermək üçün aldığını həmin şəxslərdən bəziləri bilmişdir. 180.000 pul aldığı Pərviz adlı şəxslə 2-3 dəfə Zaur özü də görüşmüş, həmin şəxsə də siqaret biznesi üçün pulu Zaura verdiyini demişdir. O, kimdənsə pul alanda tikinti işi üçün aldığını deməmişdir. 2024-cü ilin əvvəllərinə aid Zaurun səsyazısı olmuş, Zaura 750.000 ABŞ dollarlıq malı görməsinə dair sual verdikdə sonuncu cavabında 750.000 ABŞ dollarlıq mal deyil, orada 1.500.000 dollarlıq mallarının olduğunu demişdir. O, Zaura hissə-hissə olmaqla 50-100 dəfə pul vermiş, 2022-ci ilin oktyabr ayından başlamaqla 2025-ci ilin fevral ayınadək pullar vermişdir. Nizaminin atası Namiqlə görüşəndə pul alıb-vermək söhbəti olmuşdur. X31 Xidmətinin “Şeyx” ləqəbli rəhbəri haqqında demişdir. Namiq sonradan ona zəng edərək pulu alıb verəcəyini demişdir. Onlar həmin görüşdə pul sahibləri ilə də görüşmüş və Zaur orada bir daha pulları verdiyini bildirmişdir. 2.470.000 manat pul onun özünə məxsusdur. Pulları aldığı şəxslərə pullarını qaytarmış, bunun üçün 5 ev satmışdır. O, Namiqlə Nizaminin yeddi mərasimindən sonra görüşmüş, həmin görüşdə Əkrəm, Sveta, Sevil, Asya, özü və Zaur iştirak etmişdir. Bu görüşdən sonra barələrində tərəflərindən guya hədələnmələrinə dair şikayət olunaraq onlara şər atılmışdır. Həmin şikayət üzrə araşdırma Yasamal RPİ-də aparılmış, Zaur orada ondan pulları almaqla bağlı etirafedici ifadə vermişdir. Onda Təqsirləndirilən şəxs onda Nizami Həsənov öləndən sonra da “bu pulu sənə qaytaracam” dediyi səsləri vardır. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərmişdir ki, ibtidai araşdırma zamanı ilkin olaraq təhqiqatda Zaur ona bir həftəyə 300.000, bir aya isə 450.000 pul verəcəyini demiş, onun Zaurla illərlə münasibəti olduğundan ərizəsində 1.980.000 qeyd etmiş, amma ona vurulmuş faktiki zərər 2.470.000 manatdır. “İgz Group” MMC tikinti sahəsində fəaliyyət göstərir. Onun 400.000 ABŞ dolları məbləğində pulu olmuş, həmin pulları kredit götürməklə, evini satmaqla, Əkrəm adlı qadından borca pul almaqla əldə etmiş və hissə-hissə olmaqla Zaura vermişdir. Aynur Səmədova ilə şahid2 əvvəl nikaha daxil olmuşdur. O, Nizamini ümumiyyətlə görməmiş, pulları da Zaura inandığı üçün vermişdir. Zaurun ona deməsinə görə sonuncuya güvənib Nizamiyə pul göndərmişdir. O, siqaret biznesindən əvvəl tikinti sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, Nizaminin üzünü görməmiş, onunla görüşməmişdir. Nizami ilə telefon danışıqları 2024-cü ilin ortalarından başlamışdır. Zaur Nizamini ona təqdim edib nümayəndəsi olduğunu bildirmişdir. Onun tanımadığı şəxsə 2 milyon məbləğində pul verməsi mümkün deyildir. O, pulları şəxsən Zaura vermiş, sonuncudan pullar barədə soruşduqda bir milyon yüz min dəyərində anbarda malın qaldığını, çıxara bilmədiklərini, hesaba qadağa qoyulduğunu, başqa hərəkətlər edib pul qazanmağı bildirmiş, o da Zaurun dediklərinə inanmışdır. O, bir neçə dəfə, habelə 2024cü ilin sonlarında Zaura Dubaya gedib yerində mala baxmağı təklif etsə də, Zaur narahat olmamasını, məsələni özünün həll edəcəyini bildirmişdir. Zaur ona sənədlər göndərdikdən sonra qadağa qoyulduğunu bildirmişdir. O, həm Zaurla dost olduğundan, həm də Zaur həmin pulların onun namusu olduğunu bildirdiyindən ona inanmışdır. Verilmiş ittihamda qeyd olunan zərərdən Təqsirləndirilən şəxs tərəfindən ona 289000 manat qaytarılmışdır. Sonda zərərçəkmiş şəxs2 mülki iddiasını müdafiə etdiyini bildirərək iddiasının təmin edilməsini və təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ildən bəri tanıyır, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs oğlu onun bacısı qızının həyat yoldaşıdır. 2024-cü ilin avqust ayında Zaur və ailəsi ilə birlikdə İsmayıllı rayonu Basqal kəndinə getmiş, növbəti gün isə o, Zaurla birlikdə Bakı şəhərinə qayıtmışdır. Yolda söhbət zamanı Zaur ona Dubay şəhərində siqaret satışı ilə məşğul olmaqla orada çoxlu sayda anbarları olduğunu, bir neçə şəxsə bu işindən milyonlarla qazanc verdiyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs mobil telefonla onunla əlaqə saxlayaraq növbəti gün üçün 50.000 ABŞ dolları pul lazım olduğunu, həmin pulu məşğul olduğu biznesə sərmayə kimi qoyacağını, eləcə də əldə edəcəyi qazancdan üç gün müddətində ona əlavə olaraq 15.000 manat da qazanc verəcəyini bildirmişdir. O, Zaurun və ailəsinin dindar ailə olmasına, eləcə də birlikdə yolda qayıdarkən ona dediyi sözlərə aldanıb həmin pulu verməyə razı olmuşdur. Belə ki, onlar Zaurla Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Bakı İstanbul” liseyinin yaxınlığındakı ofislərin birində görüşmüş və 50.000 ABŞ dolları pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı o, Zaura sözünün dəqiq olması üçün onun dəftərçəsində qeyd aparmasını bildirmişdir. Zaur onunla razılaşmış və onun dəftərçəsində qeyd apararaq 50.000 ABŞ dolları pulu ondan aldığını və ##.##.2024-cü il tarixdə qaytaracağını öz imzası ilə təsdiq etmişdir. Zaurun dediyi vaxt tamam olduqda onunla xatırlamadığı yerdə görüşmüş və həmin vaxt Zaur ona 10.000 manat pul vermək istəmişdir. O, Zaura verdiyi pulun həmin məbləğdə olmadığını deyərək pulunu tam qaytarmasını tələb etmiş, Zaur isə cavabında 12 günə pulu tam şəkildə qaytaracağını bildirmişdir. O həmin pulu götürərək Zauru gözləməyə başlamış, lakin Zaur dediyi vaxtda onun pulunu verməmişdir. O hər dəfə Zaurdan pulunu istədikdə Zaur müxtəlif bəhanələr gətirərək ona siqaret biznesinin işlədiyini göstərmək üçün tanımadığı şəxslərin səslərini göndərmişdir. O da Zaura yalnız onu tanıdığını və pulunu alacağını bildirmişdir. Həmin ərəfədə bacısı rəhmətə getmiş, bacısının 40 mərasiminə az qalmış, Zaur ona yaxınlaşaraq “Musa dayı, mənə 25.000 manat da ver, artıq bütün işlər düzəlib, səndən əvvəllər aldığım pulları da, eləcə də 25.000 manatı da bir günə qaytaracam, eləcə də 5.000 manat qazanc verəcəyəm” demişdir. O, Zaura yenə də inanmış və etibarlı olması üçün dəftərçəsində dediklərini qeyd etməsini bildirmişdir. Zaur onun dəftərçəsində bu barədə qeyd aparmaqla öz imzası ilə təsdiq etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən mərhum bacısının yaşadığı binanın qarşısında 25.000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Lakin Zaur yenə də müxtəlif yalanlar danışaraq öz vədinə əməl etməmişdir. Artıq 2025-ci ilin yanvar ayında Zaur ona aldığı pulları və vəd etdiyi qazancı verməyəcəyi halda İsmayıllı rayonu Basqal kəndindəki ata evini ona verəcəyini bildirmişdir. Zaur bu barədə yenə də onun dəftərçəsində qeyd apararaq öz imzası ilə təsdiq etmişdir. Bir müddət sonra o, Zaurdan məlumat ala bilməmiş, Zaurun mobil telefon nömrəsinə zəng çatmamışdır. Bir müddət sonra Zaur ona zəng edib hazırda siqaret biznesi ilə bağlı Dubay şəhərində olduğunu, lakin əlində pulu olmadığını, təcili 200.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O, Zaura pulu necə göndərə biləcəyini soruşduqda sonuncu “KapitalBank” kart hesabına göndərməsini demişdir. O, oğlunun bank kartı hesabından Zaurun dediyi bank kartı hesabına 200.000 ABŞ dolları pulu yaşadığı ünvandan mobil telefon vasitəsilə göndərmişdir. Bir müddət gözləməyinə baxmayaraq Zaur yenə də öz vədinə əməl etməmişdir. O bu barədə atası Əziz Mövlamovla əlaqə saxladıqda sonuncu Zauru narahat etməməsini, pulunu Basqaldakı evi satıb ödəyəcəyini bildirmişdir. Sonradan ona Təqsirləndirilən şəxs artıq həbs olunması məlum olmuşdur. Zaur həbs olunduqdan sonra atası Əziz Mövlamov Basqaldakı evi satdığını və ona 35.000 manat pul verdiyini bildirmişdir. O, Əziz Mövlamova Zaurun həmin evi ona verəcəyini deyərək Əzizin nə üçün belə etdiyini soruşmuşdur. Əziz Mövlamov isə əsəbiləşib ona nahaq yerə həmin pulu da verdiyini, pulu Zaurdan aldığına görə gedib ondan da geri almasını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona verməli olduğu pulun məbləği 65.000 manat təşkil edir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərmişdir ki, o, İsmayıllı rayonunun Basqal kəndindən Təqsirləndirilən şəxsla geri qayıdarkən yolda söhbət etmiş, sonuncuya başqa bir şəxsə pul verməsi ilə bağlı danışmışdır. Zaur ona tanımadığı şəxsə necə pul verməsi ilə maraqlanmışdır. Zaur oğlunun anbarda işlədiyini, siqaretlə bağlı iş gördüyünü bildirmişdir. O, evə gəlmiş, Zauru da həyətində düşürmüşdür. Axşam Zaurdan ona 50.000 ABŞ dolları istəməyi ilə bağlı mesaj gəlmiş, Zaurla ofisdə görüşərək onunla yalnız bir gün çörək kəsmələri, atasının və özünün dindar olması, bir gün ərzində onu necə tanıyıb etibar edə biləcəyini soruşmuşdur. Danışıq zamanı Zaura pulun özünə məxsus olmadığını, pulun 3 gün müddətinə ona qaytarılmalı olduğunu bildirərək 50.000 ABŞ dolları pulu ##.##.2024-cü il tarixdə ona vermişdir. 3 gündən sonra Zaurla danışaraq pulun necə olduğu ilə maraqlanmaqla ona lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla dini sözlərlə danışıb “keçəl başından öpə-öpə” ikinci gün pulun onda olacağını bildirmişdir. Bir müddət başı bacısının xəstəliyinə qarışmış, bacısı vəfat etdikdən sonra qırx mərasiminə az qalmış Təqsirləndirilən şəxs gəlib ona 25.000 manat pulun lazım olduğunu, əvvəl aldığı pullarla birlikdə bir günə qaytaracağını bildirmişdir. Daha əvvəl Zaurla mübahisələri olarkən Zaurun atası ona zəng edərək “o işdən xəbəri var, Zaura bir həftə vaxt ver, mənlikdir” demişdir. O, Zaurun atasını uzun müddətdir tanıyır. Belə ki, polis orqanında işlədiyi vaxtda Zaurun atası xüsusi idarənin rəisi işləmişdir. Təqsirləndirilən şəxs ona Nizami adlı şəxsə pulu verəcəyini bildirməmişdir. O, Zaurla birlikdə çörək kəsmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək Dubayda bir həftədir ac olduğunu və işlə əlaqədar pul lazım olduğunu bildirdiyindən oğluna Zaur üçün 200 ABŞ dolları, yəni 340 manat pul göndərməsini istəmişdir. Təqsirləndirilən şəxs həmin 200 ABŞ dolları pulu da dələduzluq niyyəti ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs 50.000 ABŞ dolları, 25.000 manat və 200.000 ABŞ dolları məbləğində şəxsən pullar vermiş, həmin pullar özünə məxsus olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri, təqsirləndirilən şəxslə üzləşdirmə istintaq hərəkəti zamanı bildirdikləri və dəftərçədə qeyd edilənlər doğrudur. Sonda zərərçəkmiş şəxs1 mülki iddiasının tam şəkildə təmin edilməsini və təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 Canbulat oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxs2 təxminən 10 ildir tanıyır. Aralarında dostluq münasibətləri olmaqla əvvəllər birlikdə məclislərin birində olarkən tanış olmuş, bundan sonra tədricən ailəvi gediş-gəlişi yaranmış və münasibəti dostluğa çevrilmişdir. 2023-cü ilin dekabr ayında zərərçəkmiş şəxs2la birlikdə söhbət zamanı Rasim ona hazırda bir nəfər tanışı ilə (sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir) tütün məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu, əgər həmin biznesə sərmayə qoyarsa, ona da qazanc verəcəyini bildirmişdir. Həmin dövrdə babası şahid3 atasına və əmilərinə Bakı şəhəri, 6-cı mikrorayonda “Vorovski” adlanan ərazidə yerləşən stadionun yaxınlığında yerləşən 3 mərtəbəli yaşayış evi miras qalmışdır. Həyət evinin satılması barədə əmiləri və atası arasında razılıq əldə olunmuş, həmin evin qiymətini 1.500.00 manat təyin etmişlər. Buna görə də, həmin evdən ona 500.000 manat pay ayrılmışdır. Atası xəstə olduğundan evin böyük oğlu olaraq, həm də atasına özü baxdığı üçün həmin 500.000 manat ona çatmalı olmuşdur. Lakin əmisigildə pul tam olmadığından 500.000 manat məbləğində həmin pulu ona hissə-hissə vermişlər. O da həmin pulları əldə etdikcə qazanc əldə edə bilmək üçün Rasimə vermişdir. İlkin olaraq 2023-cü ilin dekabr ayında 50.000 ABŞ dolları pulu təklikdə Rasimə vermişdir. Bu minvalla o, 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər olan dövr ərzində Rasimə hissə-hissə olmaqla ümumilikdə 300.000 ABŞ dolları (yəni manat ekvivalentində 510.000 manat) pul vermişdir. Həmin pulları verərkən yanında heç kim olmamışdır. 2024-cü ilin may ayından etibarən Rasim ona hər ay 3.000-5.000 manat arası pul verib qazanc olduğunu bildirmişdir. Sonuncu dəfə ona pul lazım olduğu üçün 2025ci ilin yanvar ayında Rasimdən ona pul verməsini xahiş etmişdir. Rasim də ona 160.000 manat pul vermişdir. Beləliklə, o, Rasimə verdiyi 300.000 ABŞ dolları, yəni 510.000 manat pulun qarşılığında Rasim ona 210.000 manat pul qaytarmışdır. Sonradan Rasim ona Təqsirləndirilən şəxs Rasimi aldadaraq külli miqdarda pulunu ələ keçirdiyini bildirmişdir. X14 dediyi kimi bir biznes olmamışdır. O, özü Təqsirləndirilən şəxs heç vaxt görməmiş və əlaqə saxlamamış, ümumiyyətlə Zaurla onun heç bir danışığı olmamış, nə də Rasimin Zaurla danışıqlarında yanlarında olmamışdır. Rasimin Zaura pulu verməsinin şahidi olmamış, eləcə də danışıqlarında iştirak etməmişdir. Rasimin ondan aldığı pulu Zaura verməyini Rasimin özü ona danışmışdır. Hazırda zərərçəkmiş şəxs2 ona 300.000 manat məbləğində borcu qalmışdır. O, pulu Rasimə vermiş, sonuncu da ondan aldığı pulu aparıb qazanc əldə etmək üçün Zaura verdiyini demişdir. Verilən suallara cavab olaraq şahid3 ifadəsinə əlavə edərək göstərmişdir ki, o, zərərçəkmiş şəxs2la dostluq münasibətində olmuş, sonuncu 2023-cü ilin sonlarında mütəmadi olaraq ona siqaretlə bağlı iş gördüyünü bildirmişdir. O, atasından qalma ev və torpağını sataraq bir dəfə 100.000 manat, bir dəfə 60.000 manat məbləğində, ümumilikdə isə 2024-cü ilin aprel ayınadək 510.000 manat məbləğində pulu Rasimə vermişdir. Onun Rasimə pul verməkdə məqsədi iş görüb pul qazanmaq olmuşdur. Rasim problem yarandığını dedikdə o, atasının xəstəliyi ilə bağlı ona pul lazım olduğunu bildirmişdir. Bundan sonra Rasim ona 15.000, 20.000, 50.000 manat məbləğində olmaqla ümumilikdə 210.000 manat pul qaytarmışdır. zərərçəkmiş şəxs2 ona verdiyi pulları Zaur adlı dostuna verdiyini, sonuncunun Dubay şəhərində siqaret işi ilə məşğul olduğunu və pul qazanacaqlarını bildirmişdir. O, Zaurla görüşməmiş, ümumiyyətlə onu görməmişdir. Rasim onu gördüyü işə şərik qoşmamış, istəyərsə pul qoyub qazana biləcəyini bildirmişdir. O, Rasimə tamamilə etibar etdiyindən Zaurla görüşmək istəməmişdir. O, Rasimlə illərlə dostluq və yoldaşlıq münasibətində olduğundan sonuncunun ondan aldığı pulları Zaura vermədiyinə inanmır. Rasim ona dostunun sadəcə adının Zaur olduğunu demiş, soyad və ata adı barədə hər hansı məlumat verməmiş, Zaurun soyad və ata adını yalnız polis orqanına çağırılanda öyrənmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur. O, özündən alınmış pullarla bağlı mülki qaydada məhkəməyə müraciət etməmiş, habelə hər hansı digər hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs həyat yoldaşı zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. 2022-ci ilin sonlarında Rasim ona Zaurla birlikdə siqaret biznesi ilə məşğul olduqlarını bildirmişdir. İlk əvvəllər Rasim ona işlərinin normal getdiyini və az-çox qazanc əldə etdiklərini bildirmişdir. Hətta Rasim həmin biznesə sərmayə qoymaq üçün evlərini satmış və bir neçə nəfər şəxsdən borc pullar götürmüşdür. Lakin bir müddət keçdikdən sonra Rasim ona işdə axsaqlıqlar olduğunu, qazancın demək olar ki olmadığını demişdir. 2024-cü ilin ortalarında Rasim ona Zaura borc pul lazım olduğundan şahid1 ilə danışdığını (Əkrəmlə iki-üç ildir tanışdırlar, Rasim biznesə pul qoymaq üçün Əkrəmdən də borc pul götürmüşdür), Zaurla birgə gedib Əkrəmlə görüşmələrini bildirmişdir. O, Təqsirləndirilən şəxsla birgə gedib şahid1 ilə görüşmüş, Zaur və Əkrəm arasında notariusda müqavilə imzalanmış və şahid1 Zaura 250.000 manat borc pul vermişdir. Artıq 2025-ci ilin əvvəllərində Rasim Zaurun onu (Rasimi) aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Rasim ona Zaurla birlikdə siqaret alqı-satqısı ilə məşğul olduğunu bildirsə də, sonradan belə bir biznesin ümumiyyətlə mövcud olmaması məlum olmuşdur. Zaur Rasimin öz pulunu qazanc kimi qaytarmışdır. Təqsirləndirilən şəxs şahid1 borc istəyərkən həmin pulları hansı məqsədlə istifadə edəcəyi barədə ona heç nə deməmiş, sadəcə Rasim Zaurun borc pula ehtiyacı olduğunu demişdir. Bəzi kredit və alqısatqı müqavilələri onun adına rəsmiləşdirilsə də, o həmin müqavilələr üzrə aldığı pulları həyat yoldaşı zərərçəkmiş şəxs2 vermiş, Rasim də öz növbəsində ortaq biznes fəaliyyəti adı ilə Təqsirləndirilən şəxs vermişdir. Eyni zamanda onun adına olan bank kartı hesabına pul köçürülməsinə baxmayaraq, həmin bank kartları həyat yoldaşı zərərçəkmiş şəxs2 istifadəsində olmuşdur. Verilən suallara cavab olaraq şahid şahid2 ifadəsinə əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxs2la rəsmi nikahda olmasa da, sonuncu ilə faktiki ər-arvad münasibətində olmaqla 2007-ci ildən ailə kimi birlikdə yaşayırlar. Onlar 2.500.000 manata yaxın məbləğdə pulu Zaura vermiş, sonradan Zaurun onları aldatdığını, ümumiyyətlə siqaret biznesinin olmadığını öyrənmişlər. Təqsirləndirilən şəxs siqaret biznesi ilə bağlı onlardan pullar istəmişdir. Belə ki, onlar Dubaya gedib həmin biznesə baxmaq istədiklərini bildirdikdə Zaur özünün orada olmaqla hər şeyin qaydasında olduğunu demişdir. Həmçinin, Zaur anbardan mal çıxarmaq adı ilə onlardan pullar istəmiş, internetdən şəkillər tapıb göndərmiş, malların mağazaya daşındığını bildirib bu barədə guya hansısa “linklər” göndərmiş, həmin “linklərə” daxil olduqda isə hər hansı səhifə açılmamışdır. Zaur uzun müddətli Dubaya gedib guya malların üzərində durmuş, Şərif adlı şəxsdən mal alıb gəlməli olmuşdur. Zaur həmin şəxsin adından məktub göndərmiş, araşdırdıqda isə elə bir şəxsin olmadığını görmüşlər. O, əri Rasimin tapşırığına əsasən özü də Zaura müxtəlif məbləğlərdə pullar vermiş, həmçinin Zaurun oğlu Mövladiyə də yaşadığı evin qarşısında pul vermişdir. Zaurgilin evlərinin yanında olan “MC Donalds” restroranında dəfələrlə Zaura pul vermiş, həmçinin Zaurun göndərdiyi sürücüsünə də pullar vermişlər. Pulların verilməsi zamanı hər hansı rəsmiləşdirmə olmamışdır. Bəzi məbləğlər Zaurun təqdim etdiyi kart hesabına köçürülmüşdür. Onlarda Zaurun və sonuncunun arvadının da çoxsaylı səs yazıları olmuş, sonuncular narahat olmamalarını, qısa müddətdə ödəniləcəyini deyərək hazırkı dövrədək pulları ödəməmişlər. Zaura pulların ödənilməsi ilə bağlı onun qızılları, evi və bağı satılmışdır. Onun adına olan evin satışından 153.000 manat məbləğində pul Zaura verilmişdir. Onun Əkrəmin gəlini ilə rəfiqəlik münasibətləri olmuşdur. Zaur zəng edib borc pul lazım olduğunu bildirdikdə Rasim həmin vaxt Bakı şəhərində olmamış, Təqsirləndirilən şəxs da pulun qarşılığında öz evini girov qoyub Əkrəm adlı qadından pulu götürmüşdür. Zaur Rasimdən pul istədikdə həmişə Əkrəmdən borca pul aldıqlarına görə sonuncuya bu barədə təklif etdikdə Əkrəm də razılaşmışdır. Zaurun pulu Əkrəmdən faiz qarşılığında götürüb-götürmədiyi barədə məlumatı yoxdur. Həmin vaxt Əkrəm özünü pis hiss etdiyindən və şəkər xəstəliyi olduğundan, həmçinin Zaurun arvadı da orada olacağından bir qadın kimi Əkrəm onun da (Asyanın) orada iştirak etməsini xahiş etmiş, bu səbəbdən o da evin girov qoyulmasında iştirak etmişdir. Pulların Təqsirləndirilən şəxs verilməsinə sübut olaraq obyektləri girov qoyulmuş, əmlakları satılmış, həmçinin şəxsən onun adına lombardda rəsmiləşdirmələr də olmuşdur. Onlara məxsus kartlara Zaur tərəfindən alınmış pulların müqabilində təxminən 250.000 manat məbləğində pul köçürülmüşdür. Onun və həyat yoldaşı Rasimin kartına 640.000 manat məbləğində pul köçürülməmişdir. Sonradan Zaur bütün pulları şahid4 verdiyini bildirdiyindən, həmin halın aydınlaşdırılması üçün Sevil, Sveta və Əkrəm adlı qadınla birlikdə şahid4 evinə getmişlər. şahid4 isə hər hansı pulları görmədiyini və bütün pulların Zaurda olduğunu demişdir. Sevil Əkrəm adlı qadının gəlinidir, Sveta isə Sevilin anasıdır. O, Zaura dəfələrlə bir qardaş kimi zəng edərək borc sahibləri tərəfindən sıxıldığını, bu məsələnin necə olacağını soruşmuş, Zaur da ona “bacı narahat olma, hər şey yaxşı olacaq. Gedib fala baxdırmışam, falım yaxşı gəlib” demişdir. Onun ailəsi Zauru dini ibadət edən, hacı bilib inanmış, sonuncu isə insanların dini inancından suiistifadə etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Tarzan Hacıməmmədov küçəsində yerləşən ev onun mülkiyyətində olmuş, həmin evi 153.000 manata 2023-cü ilin mart-aprel aylarında sataraq ipotekanı bağlamış, qalıq 106.000 manat pulu isə əri Rasimin adından Zaura hissə-hissə olmaqla 3-4 ay müddətində vermişdir. O, 106.000 manat puldan 40.500 ABŞ dollarını Zaurgilin evlərinin qarşısında Zaurun özünə vermişdir. 106.000 manat puldan 25000 manat məbləği səhər vaxtı, Teymur Əliyev küçəsində aptekin yanında Zaurun sürücüsü Elşənə şəxsən özü vermiş, 106000 manatdan başqa təqribən 40.000 manat məbləğində pulu 2023-cü ilin yay aylarında Zaurun oğlu Məhəmməd yaxınlaşıb maşından götürmüşdür. Bundan başqa Zaurun kartlarına “M10” tətbiqi vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Həmçinin, o, əri Rasimin təklifi ilə qızılını və avtomobili lombarda qoyub pul götürərək həmin pulları Zaura vermişlər. Onun adına olan evi əri zərərçəkmiş şəxs2 almışdır. Bildiyinə görə əri Rasim Umud və Elnur adlı şəxslərdən də borc pul götürərək iş görmək adı ilə Zaura vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxs2 təxminən iki-üç ildir tanıyır, Rasimin övladı ilə onun nəvəsi eyni orta məktəbin eyni sinfində təhsil alır. Rasimin həyat yoldaşı tez-tez onlara gəlmiş və aralarında münasibətlər yaxşılaşmışdır. Bir gün söhbət zamanı Rasim ona bizneslə məşğul olmaqla bunun üçün 170.000 manat borc pul lazım olduğunu bildirmişdir. O da Rasimə bu qədər böyük pulu əlbəəl verə bilməyəcəyini, notariusa gedib müqavilə bağlamalarını bildirmiş, Rasim də onunla razılaşmışdır. Rasimin özünün təminatı olmadığına görə, Rasimin xahişi ilə notariat kontorunda onunla Rasimin atası Arif arasında müqavilələr imzalanmışdır. Bundan sonra bir dəfə də Rasim ondan biznesinə görə pul lazım olduğunu bildirib 200.000 manat borc pul istəmişdir. Onların Rasimlə ailəvi dostluğu olduğuna görə həmin pulu Rasimə verməyə razı olmuşdur. Eyni qaydada yenə də notariusda Rasimin xahişi ilə onunla Rasimin həyat yoldaşı şahid2 arasında müqavilə bağlamışlar. Bir müddət sonra Rasim onu Zaur adlı bir nəfər şəxslə tanış edib sonuncunun şəriki olmaqla ona hazırda 250.000 manat borc pul lazım olduğunu, köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur O, əvvəlcə tərəddüd edərək onları tanımadığını bildirsə də, Rasim cavabında narahat olmamasını, Zaurun öz evini ona girov verəcəyini demişdir. Bundan sonra o, razılaşaraq Təqsirləndirilən şəxsla notariat kontorunda müqavilə bağlamaqla 250.000 manat pulu orada Zaura vermiş, sonuncu da öz evini müqavilə əsasında girov qoymuşdur. Xeyli müddət keçməsinə baxmayaraq, nə Zaur, nə də Rasim öv vədinə əməl etməmiş, onun pulunu qaytarmamışlar. Buna görə o da Rasim və Zaurun barəsində mülki qaydada məhkəməyə müraciət etmişdir. zərərçəkmiş şəxs2 ondan borc istəyərkən bizneslə məşğul olub həmin biznesi üçün pul lazım olduğunu bildirmiş, lakin konkret olaraq pulu kimə verdiyini bilməmişdir. O həmin pulu Təqsirləndirilən şəxs tanışı Rasimin xahişi ilə, eləcə də ipoteka müqaviləsi əsasında borc vermişdir. Bununla bağlı Zaurdan əlavə faiz məbləği tələb etməmişdir. Zaurun barəsində mülki qaydada məhkəməyə müraciət etmiş və məhkəmədə mülki işə baxılan zaman da verdiyi puldan əlavə heç bir əlavə məbləğ tələb etməmişdir. şahid4 tanıyır. Belə ki, zərərçəkmiş şəxs2 ondan aldığı pulları geri ödəmədikdə o, Rasimdən nə üçün ödəniş etmədiyini soruşmuş, bu zaman Rasim ona Təqsirləndirilən şəxs başqa Nizami Həsənov adlı tanışı ilə birlikdə iş gördüklərini, lakin hazırda Nizami və Zaur pulları gecikdirdiyi üçün ödəniş edə bilmədiyini bildirmişdir. Bir müddət gözləməyinə baxmayaraq Rasim yenə də pulların ödənilmədiyini bildirib ona olan borcunu qaytarmamışdır. Təxminən 2025-ci ilin mart ayının əvvəllərində Rasimlə təkrar əlaqə saxladıqda Rasim Nizaminin özünü asaraq intihar etdiyini söyləmişdir. O, Rasimin yalan danışdığından şübhələndiyindən, eləcə də dediklərinin doğru olub-olmadığını öyrənmək üçün Rasimə onu həmin şəxsin qohumları ilə görüşdürməyini istəmişdir. Yeriməkdə bir qədər çətinlik çəkdiyi üçün gəlini Sevil və Sevilin anası Sveta ilə birlikdə Nizaminin atası ilə görüşmək üçün Elmlər Akademiyası metrostansiyasının yaxınlığına getmişlər. Zaur və Rasim də həmin görüş zamanı orada olmuş, görüş zamanı şahid4 tanımış və Namiq ona oğlunun öldüyünü bildirmişdir. Rasimin həmin şəxsi öyrətdiyini zənn edib oğlunun ölmədiyini və onlara yalan danışdığını demiş, bu zaman aralarında mübahisə yaranmışdır. Gəlini Sevil və anası Svetanın bu işə heç bir aidiyyəti olmamış, həmin şəxslər sadəcə ona kömək etmək üçün görüşə gəlmişlər. Təqsirləndirilən şəxs ondan borc istəyərkən həmin pulları hansı məqsədlə istifadə edəcəyi barədə ona heç nə deməmişdir. Həmin borcların qarşılığında Rasim və Zaur öz mülklərini girov qoymuş, o da buna görə borc vermək barədə narahat olmamışdır. O, hər iki şəxsin barəsində mülki qaydada məhkəməyə müraciət etmişdir. Verilən suallara cavab olaraq şahid şahid1 ifadəsinə əlavə edərək göstərmişdir ki, çox vaxt zərərçəkmiş şəxs2 özü deyil, arvadı onun gəlini ilə söhbət aparmışdır. O, notariusda Zaura 250.000 manat pul vermiş, Zauru əvvəldən tanımamış, sonuncunu Rasim və arvadı vasitəsilə tanımışdır. Rasim şərikinə pul çatmadığını deyərək ona kömək etməsini xahiş etmişdir. Rasimin arvadı Asya evinə gəlib gedərkən gəlini ilə danışıqlarından Asya onda 250.000 manat məbləğində pulun olduğunu bilmişdir. O həmin məbləği verməyə razılaşmış, amma qarşılığında ona nəsə vermələrini bildirmişdir. Ona həmin pullardan hər hansı qazanc verilməmiş, amma qazanc əldə olunduğu halda verəcəklərini düşünmüşdür. Asya ilə onun özünün də münasibəti olmuş, Asya ərinin yaxşı yerlərdə işlədiyini, yaxşı qazanc əldə etməklə MİDA-da ev tikdiyini bildirmişdir. O, borc olaraq 250.000 manat vermiş, Zauru tanımamış, Rasimin arvadı Asya notariusa Zauru gətirmiş, Rasim və Asya da Zaurla birlikdə işlədiklərini bildirmişlər. Onlar Zaurla birlikdə iş gördüklərini dediyindən o da pulu Zaura verməyi ilə razılaşaraq evə baxmışdır. O, 250.000 manat pulu Zaurun necə götürməsini birbaşa görməmişdir. O, banka pul qoyub çıxmış, Zaur da götürməyə getmişdir. 250.000 manatdan ona hər hansı məbləğ qaytarılmamışdır. O, Rasimə əlbəəl pul verməmiş, Rasimin sözü əsasında pulu banka qoymuş, Zaur da pulu götürmüşdür. İbtidai istintaq zamanı sərbəst ifadə vermiş, ona qarşı hər hansı təzyiq və təsir olmamış, həmin ifadəsi həqiqəti əks etdirir. 250.000 manat pul ona nəsildən nəsilə keçərək gəlmiş, həmin məbləğdə bacısının və qudasının da pulu vardır. Belə ki, qudası ev satmış, Rasimgil də evin satıldığını və onda pulun olduğunu bilmişdir. Onun İranda atasının, babasının evləri olmuş, həmin evlər satılmışdır. O, ilk dəfə 170.000 manat pulu Rasimə verərkən sonuncu qaytarmamış, lakin buna baxmayaraq Rasimə sonradan 200.000 manat pulu da vermişdir. Ümumi 370.000 manat verdiyi puldan Rasim ona hər hansı məbləğdə pul qaytarmamışdır. Rasim 250.000 manat pulu işi yarımçıq qaldığı üçün ondan istəmişdir. O, Zaurun evini girov qoyması müqabilində 250.000 manat pul qoymuşdur. O, şahid4 tanımır. Rasim sonradan ona Nizami adlı bir şəxsə pulun verildiyini bildirmiş, Nizaminin ölməsini Rasimgildən eşitmişdir. Ona pulun Namiqdə olduğu deyilmiş, o da gedib baş sağlığı vermişdir. O, qeyd olunan pulları borc olaraq Rasimə vermiş, sələmçiliklə məşğul olmamışdır. O, mülki qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə Zaurla bağlı iddiasını təmin etmişdir. Atasının evi ilə bağlı da məhkəmə onun xeyrinə qərar vermişdir. Notariusda olan zaman orada Rasim və onun arvadı da iştirak etmişdir. O, Nizaminin atasının yanına gedərkən nə qədər pul verdiyini sonuncuya bildirməmişdir. O, Nizaminin atasından pulun necə olacağını soruşduqda sonuncu “mənə pul vermisən?” dediyindən sonradan başqa bir söz deməmişdir. Onu Nizaminin atası ilə görüşə Rasim, Asya və Zaur aparmışdır. Rasimgil onun verdiyi pulu Nizamiyə verdiklərini dediyi üçün atası ilə görüşə getmişdir. Sveta onun qudası, Sevil gəlinidir. Svetanın 300.000 manatı olmuşdur. O, pulları Rasimə sonuncunun arvadı Asyaya görə vermiş, faiz almaq niyyəti olmamışdır. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zauru və Nizamini 2011-ci ildən tanımış, Zauru da Nizaminin vasitəsilə tanımışdır. O, Nizaminin sürücüsü kimi işləməmiş, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Nizaminin nə işlə məşğul olması, eləcə də Nizami ilə Zaurun nə işlə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Nizami ona zəng edib “həci Zaurda pul var, onu götür gəl” demiş, o da pulları götürüb Nizamiyə vermiş, verilən pulların məbləğini xatırlamır. O, Nizaminin sifarişi ilə pulları Nəsimi rayonunda Zaurdan götürüb Nizamiyə aparıb vermişdir. O, pulu Zaurdan alıb Nizamiyə verdikdən, habelə Nizami Zaura pulun çatdığını dedikdən sonra oradan ayrılmışdır. Zaur ona həci Rasimdə pul olduğunu, ondan pulu alıb Nizamiyə verməsini tapşırmış, o da pulu Rasimdən alıb Nizamiyə vermişdir. O, Rasimdən pulu Zaurgilin evində və Rasimgilin qaldığı Məmmədli kəndindəki evdən götürmüşdür. Məbləğ çox olsa da, nə qədər olmasını bilməmişdir. O, dəfələrlə pulu götürüb Nizamiyə vermiş, həmin pullar həm manat, həm ABŞ dolları ilə olmuşdur. Pullar Nizamiyə verildikdən sonra hansı hərəkətlərin edilməsindən məlumatı olmamışdır. O, Rasimdən pulu alıb Nizamiyə verərkən Nizami kimləsə danışıb pulun çatdığını bildirdikdən sonra getmişdir. O, zərərçəkmiş şəxs1 tanımır, sonuncuya pul çatdırmamışdır. Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu bilməmişdir. O, pulları sellofan torbada götürmüş, pulları götürməmişdən əvvəl Zaur sellofan torbanı açıb pulları göstərmişdir. O, pulları Nizamiyə həm kartına göndərmiş, həm də nağd formada əlbəəl vermişdir. O, pulları Nizamiyə verərkən sonuncu bir qismini hissə-hissə onun kartına göndərməsini istədikdə terminal vasitəsilə Nizaminin kart hesabına göndərmişdir. O, çatdırdığı pulların dəqiq məbləğlərini bilmir. Nizami vəfat edənədək 1 il və ya 1 il yarım müddətində pulları ona çatdırmışdır. O, Nizaminin atasına və ya başqa ailə üzvünə pul çatdırmamış, pulları yalnız Nizaminin özünə vermişdir. Ona verilən pullar sellofanda bükülü vəziyyətdə olduğundan məbləği bilməmişdir. O, Bakı şəhəri Sabunçu rayon prokurorluğunda ifadə vermişdir. Nizami ondan 6.300 manat borc pul da almış, həmin pulun 3.300 manat hissəsini bir dəfə, 3.000 manat hissəsini də bir dəfə almışdı. O həmin pulları Nizamidən istəyəndə sonuncu işləri qaydasına düşəndə qaytaracağını bildirmişdir. Nizami intihar etdiyi gün səhər vaxtı ona zəng edib sağollaşmış, sonuncunun niyə sağollaşdığını bilməmişdir. Nizaminin atası ona zəng etdiyindən Nizamini bir müddət Hüseyn Cavid parkında axtarmışdır. Nizami arabir ona zəng edib hal-əhval tutaraq hər şeyin yaxşı olacağını dediyindən sonuncu dəfə danışarkən narahat olmamışdır. Şahid qismində və ölmüş təqsirləndirilən şəxs Həsənov Nizami Namiq oğlunun hüquqi varisi qismində dindirilmiş şahid4 ifadələri tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və şahid4 həmin ifadələrdə göstərmişdir ki, Həsənov Nizami Namiq oğlu onun oğludur, Nizami 2025-ci ilin mart ayının 5-də intihar etmişdir. Bununla bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. 2025-ci ilin fevral ayının əvvəllərində oğlu onunla əlaqə saxlayaraq onu yaşadığı evin yaxınlığındakı parka çağırmışdır. Söhbət zamanı Nizami ona bildirmişdir ki, “zərərçəkmiş şəxs2 adlı şəxsə 55.000 ABŞ dolları verəcəyi vardır. Lakin işləri yaxşı getmədiyi üçün həmin pulu qaytara bilmir. Rasim tez-tez ona zəng edib pulunu istəyir”. O, oğluna bildirmişdir ki, “həmin şəxsin nömrəsini mənə ver, danışıb müəyyən qədər vaxt alaq və həmin pulu ona qaytaraq”. Bundan sonra o, Nizamidən Rasimin nömrəsini almış və əlaqə saxlayaraq bildirmişdir ki, “Nizami pulu qaytaracaq, müəyyən qədər vaxt ver, Nizami ortalıqda olan adamdır, bu yaxınlarda pul qazanıb qaytaracaqdır”. Bu söhbətdən təxminən bir həftə sonra tanışlardan borc taparaq Nizamiyə 55.000 ABŞ dolları pul vermiş və bildirmişdir ki, “apar Rasimin pulunu ver”. Bundan sonra Nizami ona bildirmişdir ki, “Rasimin pulunu qaytardım”. Bundan sonra da zərərçəkmiş şəxs2 pulla bağlı onları narahat etməmiş və zəng etməmişdir. O, Rasimə öz mobil nömrəsi ilə zəng vurmuşdur. Əgər həmin pul çatmasaydı, Rasim ona zəng edərək pulunu tələb edərdi. Təxminən bir həftə sonra Rasim ona zəng etmiş, lakin onlar danışa bilməmişlər. Bundan sonra oğlu Rasimlə danışdığını və aralarında heç bir problem olmadığını bildirmişdir. Əgər oğlunun Rasimə daha çox verəcəyi olsaydı və qaytarmasaydı, Rasim ona tez-tez zəng edərdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, söhbət zamanı ona məlum olmuşdur ki, Nizaminin Rasimə 55.000 ABŞ dolları verəcəyi vardır. Həmçinin övladı Nizami Həsənov da zərərçəkmiş şəxs2 55.000 ABŞ dollarından başqa verəcəyinin olmadığını, həmin pulu da çatdırdığını bildirmişdir. Ola bilsin ki, zərərçəkmiş şəxs2 oğlunun dediyi kartlara pul köçürsün, lakin həmin pulların hamısı övladı Nizamiyə çatsaydı zərərçəkmiş şəxs2 danışıq zaman həmin pulları da ondan tələb edərdi və həmin pulun 55.000 ABŞ dolları yox, daha artıq olduğunu qeyd edərdi. Həmçinin sonradan da ona zəng edib verdiyi pulların daha çox olduğunu deyib ondan tələb edərdi. zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında nə qədər pul söhbəti olduğunu deyə bilmir. Təqsirləndirilən şəxs onu yaxşı tanımışdır və onun mobil nömrəsini də, yaşadığı ünvanı da bilmişdir. Əgər Zaur qeyd etdiyi məbləğlərdə pulu oğlu Nizamiyə versəydi, həmin pulları ondan tələb edərdi və ya başqa bir formada Nizaminin bu qədər verəcəyi olduğunu ona çatdırardı. Qeyd olunan məbləğ kifayət qədər çoxdur və əgər həmin pul onun oğluna çatsaydı, Təqsirləndirilən şəxs bu barədə ona məlumat verərdi. Zaur 5-6 dəfə də Nizami ilə əlaqə saxlaya bilmədiyi üçün özünə məxsus 055-236-05-99 nömrəsindən ona məxsus 050-214-06-05 mobil nömrəsinə zəng edərək Nizami haqqında soruşmuş və Nizami ilə əlaqə saxlaya bilmədiyini bildirib əlaqə saxlamasını xahiş etmişdir. Bundan əlavə Zaurla başqa bir şeylə əlaqədar danışmamışlar. zərərçəkmiş şəxs1 tanımır, onu heç vaxt görməmiş və onunla heç vaxt danışmamışdır. Həmçinin mərhum övladı Nizami Həsənov da belə bir şəxslə bağlı ona heç nə deməmişdir. Mərhum övladı Nizami Həsənov barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir, bununla bağlı ərizəni ibtidai istintaq orqanına təqdim etmişdir (Cild 1, i.v. 97-99; Cild 2, i.v. 241-242). Şahid qismində dindirilmiş X18 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və M.Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, atası təxminən 20 il əvvəl Daxili İşlər Orqanlarındakı xidmətindən öz ərizəsi ilə xaric olunmuş, həmin gündən hal-hazıradək rəsmi iş yeri olmamışdır. Atasının hərdən bir ticarətlə məşğul olduğunu bilsə də, konkret olaraq nə işlə məşğul olması barədə məlumatı olmamışdır. zərərçəkmiş şəxs2 atası Təqsirləndirilən şəxsla birgə iş qurduqlarını bilsə də, konkret olaraq nə işlə məşğul olmaları barədə məlumatı olmamışdır. zərərçəkmiş şəxs2la olan tanışlığı atasının vasitəsilə olmuşdur. X20 atasını və zərərçəkmiş şəxs2 aldatdığını düşünür. Atasının da şahid4 əməllərindən zərərçəkdiyini düşünür (Cild 1, i.v. 151-152). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi R İbrahimov Heydər Hidayət oğlu tərəfindən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs2 özünü biznes fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edib inam yaratmaqla etibarından sui-istifadə edərək məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair sonuncuya yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs2 2022ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər olan dövr ərzində ünvan 2 ünvanının yaxınlığında ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə aldığı xüsusilə külli miqdarda pul vəsaitini şəxsi ehtiyacları üçün sərf edərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus xüsusilə külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs2 müraciəti əsasında sonuncu zərərçəkmiş şəxs qismində tanınmışdır “X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə zərərçəkmiş şəxs2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****/**** nömrəli kredit müqaviləsindən görünür ki, həmin təşkilat tərəfindən zərərçəkmiş şəxs2 illik - 28, aylıq - 2,333 faizlə 36 ay müddətə 50.000 manat məbləğində kredit verilmişdir zərərçəkmiş şəxs2 ilə X5 (X15 əvəzinə) arasında ##.##.2024-cü il tarixdə bağlanmış AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı zərərçəkmiş şəxs2 ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 70.6 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissədə, X15 145000 manat 00 qəpik (bir yüz qırx beş min) qiymətinə satmışdır. Qeyd edilən müqavilədən görünür ki, həmin mənzil “Kəpəz” BOKT-da girovda olmlaqla ##.##.2024-cü ildə “Kəpəz” BOKT tərəfindən verilmiş **** saylı məktuba və alıcının razılıq ərizəsinə əsasən alqı-satqı ipoteka hüququ qüvvədə qalmaq şərtilə aparılır Aslanova Aynur Oktay qızı ilə İsayev Xətai İsa oğlu arasında ##.##.2024-cü il tarixdə bağlanmış AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Aslanova Aynur Oktay qızı Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 113, mənzil 13 ünvanında yerləşən ümumi sahəsi 37.53 kv/m, yaşayış sahəsi 25.63 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən Aslanova Aynur Oktay qızına məxsus 37.53 kv/m hissəsini, İsayev Xətai İsa oğluna 113.000 manat 00 qəpik (bir yüz on üç manat) qiymətinə satmışdır şahid1 ilə Aslanov Arif Turab oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən şahid1 notariusun bankda açılan depozit hesabı vasitəsilə ##.##.2024-cü il tarixinədək borc alan Aslanov Arif Turab oğluna 170.000 (bir yüz yetmiş min) manat məbləğində borc pul vermişdir X8 ilə zərərçəkmiş şəxs2 arasında bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən X8 ##.##.2025-ci il tarixinədək borc alan zərərçəkmiş şəxs2 60.000 (altmış min) manat məbləğində borc pul vermişdir “X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə şahid2 arasında bağlanmış ##.##.2024-cü il tarixli 4686/2024-IP “İpoteka Müqaviləsindən” görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş 011011006578-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən şahid2 məxsus əmlak ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 250.000 (iki yüz əlli min) manat məbləğində ipoteka ilə yüklü edilmişdir şahid2 Mamhmud qızı ilə X27 arasında ##.##.2024-cü il tarixdə bağlanmış AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı şahid2 Mamhmud qızı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 5, mənzil 30 ünvanında yerləşən ümumi sahəsi 60.4 kv/m, yaşayış sahəsi 37.4 kv/m, yardımçı sahəsi 23 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini, X27 150.000 manat 00 qəpik (bir yüz əlli min manat) qiymətinə satmışdır zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 4 ədəd qəbzin surətlərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 16:33-də “KapitalBank” ödəniş terminalı vasitəsilə 14.150 (on dörd min yüz əlli) manat pul vəsaiti 5*************** nömrəli bank kartı hesabına köçürülmüşdür. Həmçinin ##.##.2025-ci il tarixdə, saat 22:01, 22:05 və 22:08-də “KapitalBank” ödəniş terminalı vasitəsilə müvafiq olaraq 9.700 (doqquz min yeddi yüz), 4.500 (dörd min beş yüz) və 500 (beş yüz) ABŞ dolları, həmin günün məzənnəsi ilə 24.990 (iyirmi dörd min doqquz yüz doxsan) manat pul vəsaiti 4*************** nömrəli bank kartı hesabına köçürülmüşdür. İş üzrə əhəmiyyət kəsb edən məlumatlar qeyd edildiyindən və 4(dörd) ədəd qəbzin surətlərindən zərərçəkmiş şəxs2 Nizami Həsənova 39.140 manat pul göndərməsi təsdiq edildiyindən həmin qəbzlər sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir “Şübhəli şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:25-də müstəntiq İbrahimov Heydər Hidayət oğlu tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X23 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir “Üzləşdirmə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə hər hansı dələduzluq etmədiyini, birgə siqaret satışı biznesində şərik olduqlarını, lakin sonradan bizneslərinin uğursuz olmasını bildirmişdir “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)***/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə siqaret biznesi qurmaq qərarına gəldiyini, Rasimin bu biznes üçün təxminən 450.000500.000 manat, özünün isə evini girov qoyaraq 250.000-300.000 manat məbləğində pul verdiyini, biznes üçün zəruri avadanlıqları əldə etmək üçün öz aralarında toplamış olduğu pulu Nizami Həsənov adlı şəxsə verdiyini, lakin daha sonra həmin şəxsin işləri pis getdiyindən işin alınmadığını və Nizaminin intihar etdiyini, bundan sonra zərərçəkmiş şəxsin Nizamiyə verdiyi pulları ondan tələb etməyə başladığını, polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qaldığını göstərərək məhkəmədən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməməsini, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etdi. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il, ##.##.2025ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun böyük müstəntiqi R Sadıqov Kamran İlham oğlu tərəfindən Həsənov Nizami Namiq oğlunun özlərinə məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən bağ evində özünü asaraq intihar etməsi əsasında toplanmış ***C-** saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin ##.##.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir “Təqdim olunan fotoşəkillərə və səs fayllarına baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 01 ədəd fotoşəkil və 01 ədəd CD diskə müstəntiq İbrəhimov Heydər Hidayət oğlu tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs2 adı “X2” kimi qeyd edilmiş şəxsə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ##.##.2024-cü il tarixdə, saat 19:01-də içərisində müxtəlif pul əskinasları olan çantanın fotoşəklini göndərmiş, bundan sonra “X2” 11 saniyə və 01 saniyə müddətlərində 02 ədəd səs göndərmiş, zərərçəkmiş şəxs2 cavab olaraq bildirmişdir ki, “Amin qardash”, “Getsin bu gunler gelmesin men öldum stresden qardash”, “150.000 azn + 20.000$”. Bundan başqa təqdim edilmiş səs yazılarına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1№-li səs yazısı. Təqsirləndirilən şəxs: Salam əleyküm, hacı. Qardaşım, bizim inşallah alverimiz Allahın izni pulu mən sənə beşinci gün verəcəyəm. Şərəfimə, qeyrətimə and olsun, inşallah mən bunu sənə beşinci gün çatdıracam Allahın izni ilə. Yəni başqa variant yoxdur. Yüz faiz. Mən sənə yüz min dollar pul civarında verəcəyəm. Yüz min dollar Allahın izni ilə. Beşinci gün bax, şərəfimə, namusuma, qeyrətimə səni əmin edirəm ki, mən də bu boyda and verirəm sənə. Beşinci gün pul səndədir inşallah. 2№-li səs yazısı. Təqsirləndirilən şəxs: Hacı, sən öz hərəkətinlə bir daha təsdiq elədin ki, sən həqiqətən qardaşsan, həqiqətən möminsən. Mən Nizamiyə dedim, Nizami and olsun Allaha ağladı. Dedi ki, halal olsun biz. Yəni biləsən özün üçün də yəni. Sən mənim qardaşımsan. Biz inşallah nə qədər bizim işimiz olacaq, hamısı vızgırdacaq, yəni pulun verdiyi qurtardı. Pul qoydun, qoymadın. Sən qardaşınlasan, biləsən özün, yəni sən mənim qardaşımsan. Səni mən heç vaxt qoymaram ki, sən pul cəhətdən çətinlik çəkəsən inşallah. Qoy Allah bizə yetirsin. Bizim ruzimuz gəlsin inşallah. Hər şey bomba kimi olacaq. Sən bir daha Rasim olmağı, Hacı Rasim olmağı sübut elədin ki, sən heç vaxt pula görə danışmamısan. Heç vaxt iraq-iraq artistlik eləməmisən. Həmişə yəni düzün tərəfində olmusan. Sənə süd verən Anaya qabağında baş əyirəm. Ananın sənin nə bilim böyüdən kişinin qabağında baş əyirəm ki, sən ərkəksən, ərkək, bir kəlimə. Sən heç bir pula əyilən oğlan deyilsən. Halal olsun, mən özüm bilirəm nə deyirəm. İnşallah görüşəndə mən sənə o xırdalıqları deyəcəm. Sən özün də bilirsən ki, sən nə istəsəydin eləyə bilərdin. Halal olsun sənə. Sən Allah səni İmam Zaman ağanın əsgəri qəbul etsin inşallah. 3№-li səs yazısı. Təqsirləndirilən şəxs: Yəni şükür allaha işlər zadlar hamısı normal idi bir beş gün 10 gün olub gecikib zad eləyib, ancaq o, yenə də bu işlərin qurulması üçün olub da, yəni o, səninlə mən bu işə başlamasaydım, bu bəs hardan gələcəkdi həmin adamlardıda, yəni o “liniya”dır o şeydir, xariclə görürəm, o, görür məni o, bir dənə şey xahiş edir, tapa bilərsən, mən tapıram. Gör mən tapa bilirəm, ikincisini də gəlir, mənə deyir, bu, belə olur da, yəni qardaşım. Yəni bu piyasaya mən girə bilməsəydim, sənin kömək. Allahın, yəni əsas Allahın köməkliyilə, sənin də vasitəçiliyinlə girmişəm də, qardaşım. Mən özbaşına necə girim ora, yəni bu gün bu işlərin olmasında birbaşa sənin rolun var. 4№-li səs yazısı. Təqsirləndirilən şəxs: Qardaşım, düz deyirsən, atam, burda indi sən verirsən, sənin o boynuna düşən işi görürsən. Burda mən gözləmirəm ki, bu işin içində, bu işin rəhbəri mənəm də, qardaşım, mən nizamlayıram, mən danışıram, mən verirəm, prosta bu, bir adamla iş görülmür də, 10 nəfər təxminən adam var burda, yəni bu işin içində, məndən başqa, elə bil ki, işə nəzarət eləyən də var, ondan başqa, iki nəfər mal paylayan var, xaricdə var, burda var, ona görə, yəni hamısı eyni adam deyil də, biri verir, paylayır üç nəfərə, o üç nəfərdən ikisi görürsən qeyri-dəqiq olur, malı gec verir, gec yığır, pulu da kimə verirsə o da yığır, ancaq biz, yəni pul gözləmirik ki, biz iş qurmuşuq. Elə bil sən dükanın müdirisən açot-uçot edirsən, pulu yığırsan da, yəni başa düşdün necə? Burda yəni mən kiməsə pul verib gözləyib pul almıram. Birbaşa işin içindəyəm, işin rəhbəriyəm mən, ona görə işlər də qurulur. Allahın izni ilə hamısı sən dediyin kimi onlar olandan sonra mən bilirəm də, yəni rahatçılıq olacaq, inşallah, həm də bu mayalardan mən qaytaracam axı. İşləməyən, dayanan, qurtaran olacaq da. İndi mayalar qaytarandan sonra, yüngülləşəndən sonra bu şeylər olmayacaq, mən bilirəm, dəqiq bilirəm. 5№-li səs yazısı. Təqsirləndirilən şəxs: Deməli hacı, nə deyim sənə, sən həqiqətən də, qurban Allaha, Allah sənin ürəyinə görə versin. Sən Allah adamısan. Sən mənə yazan kimi mənə yığırlar ki, biz qardaşım, bu günləri pul verəcəksən bizə, biz malı saxlamışıq, yəni istəyən var malı. Gör necədir ki, dirənmişəm də, yəni bu günləri malı, mən pulunu verməsəm, malın itirməsi var. Elə bil ki, mən otuz bir min beş yüzü havayı alıram da səndən. Təzədən mən sənə qaytarmalıyam ki, iş alınmadı, o da düz deyil. Dedim, bu gün mən sənə çatdırıram pulu, mal mənimdir, “vsyo”. Nəyə görə deyirəm, gör nə vaxtında sən mənə onu demisən, bax ikimizin canı üçün and olsun Allaha, səninlə yazışdım, məni yığdılar. Yəni dedilər ki, qardaşımsan, bu günləri bizə şey elə. Bizə istəyirlər də o malı, ona görə, dedim, yox, heç kimə verməyin, bu gün çatdırıram. 6№-li səs yazısı. Təqsirləndirilən şəxs: Bilirsən hacı, elə bil ki, belə gəldi, gətirdi ki, elə bil bizdə bir günkü gecikmə oldu, o on mində, on min əllidə. Bu söhbət belə şişdi də, yəni səhv bizdə idi. O tərəfdə ona görə, yoxsa “populan” olsaydı, elə bil ki, bu günləri pul bizdə idi. Biz də, elə bil ki, “polni period” eləyəcəkdik, ona görə mən onu başa düşürəm. Ona görə sənə deyirəm ki, maksimum nə qədər mən də çünki onlara demişdim ki, mən həftənin dördüncü, beşinci günü sizə pul verəcəm, inşallah. Bizim “raşotumuz” hələ çıxmışdı da, yəni verəcəyik, inşallah. Ona görə bunlara demişdim. Bunlar dedilər ki, həci, bugün sabah eləmək olar, onu biz şey eləyək? Dedim inşallah, Allahın izni olacaq, Allah qoysa, çalışıb eləyəcəyik inşallah. Bunlar bilmirlər axı bizim söhbətimizi, yəni bu belə bir iş olub, nə bilim dayanacaq, dayanmayacaq, şey eləməyəcək. Allah özü abırsızlıqdan, yəni biabırçılıqdan bizi qorudu da, yəni. Əsas ordan pul çıxarmaq söhbəti deyil, əsas o kanalı, mən misal üçün danışmışam başçıları ilə, o tərəfdən, bu tərəfdən təhlükəsizliyi. Ona görə biabırçılıq olmasın deyə. Allah sənin abrını qorusun ki, bizim abrımızı qorudun. İş kimi yəni bir dənə böyük bir kanala zərbə vururduq da konkret. 7№-li səs yazısı. Təqsirləndirilən şəxs: Hacı, salam aleykum, qardaşım. Qardaşım, sən bu müqəddəs günə and verirəm ki, qardaşımsan. Mən sənə beşinci gün demişəm. Beşinci gün bu köhnələri qurtarırıq Allahın iznilə hamısın. Yəni, bugün alınmır. Beşinci gün mən sənə hamısını ödəyəcəm. Allahın izni ilə ödəyəcəm. Bazar günü, birinci gün bu üç gündə maksimumda, yəni maksimum ikinci günə kimi nə qədər açığımız varsa, mən hamısını bağlayıram, sənlə sıfıra yendirirəm. Bir dənə qardaşına, yəni, “padeşqa” ver, həmişə verdiyin kimi, xahiş edirəm səndən. Sən öl deyirəm, sən öl deyirəm, gör nə deyirəm. İnşallah ikinci günə kimi mən səninlə qurtaracam. Beşinci gün gün içində, dördüncü gün də ola bilər. Beşinci gün mən səninlə köhnə borclarımızdan qutarıram, Allahın izni ilə. Yəni, bugün verəcəyimi köhnə borclarım, hamısını qurtarıram, sıfıra yendirirəm. İndi altıncı gün də ola bilər verim sənə, bazar günü də. Maksimum mən sənə birinci, ikinci günə kimi nə qədər ki, yığılıb o pullar, hamısını qaytarıram. 8№-li səs yazısı. Təqsirləndirilən şəxs: Səndən bir dənə xahiş edirəm qardaş kimi. Bir dənə mənə “padeşqa” ver, məni başa düş, bu işimizin xatiri nədir? Xahiş edirəm səndən, nə əsəbləşəsən, nə bir şey eləsən, yəni nə mənada sənin əsəbləşməyin, sənin sıxılmağın mənim sıxılmağımdır. Mən də sıxılıram, bugün indi işimizin xatirinə, yəni qabaqda işlərimiz var, şükür Allaha. Bir dənə mənə bugün “padeşqa” ver, qardaş kimi, mənim üçün bu dəyərlidir. Mən səninlə bu borclarımızı qurtaraq, hamısını sıfıra endirim. İşimiz də gedir, hər şey normaldır, qurban olum Allaha. Hələ üzümüzə gələn həftə də mayalardan da qaytaracam ki, üzümüz olsun o adamla iş görməyə. İnşallah. Xahiş edirəm səndən, bugün, yəni qardaşımsan, nə sən qanını qaralt, yəni sən mənə deyilən sözün mənim üçün, yəni çox ağır olur. And olsun, sənin əsəbləşməyin. Xahiş edirəm, xahiş edirəm səndən qardaş kimi. Bugün məni başa düş. Beşinci gün mən verəcəm pul sənə. Yəni bu həftəiçi verəcəm. Nə qaldısa, nə açığı qaldısa, ikinci günə kimi səninlə qutarıram inşallah. 9№-li səs yazısı. Təqsirləndirilən şəxs: Deməli, qardaşım, nə təhərdir məsələ. Elə bil deməli, otuz bir min beş yüz, otuz bir min beş yüz. Bu eləyir altmış üç min, altmış üç min. Elə bil qoyuruq altmış üç min. “Obşi” elə bil ki, on beş gündən bir beş min dollardır. On beş gündən bir beş min. On min dollar qazanc verir aya. Otuz üç min pul. Otuz üç min pul, ey altmış üç min pul. On min dollar. Ancaq “açot” beş min, beş min. Elə bil on beş gündən bir olur. Yəni on beş gündən bir səndə beş min pul var. İstəsən, oradan işini bağla, istəsən, nə eləsən elə. İndi ona nə deyirsən, de. O, bir şey on min pul var. On min. Biz indi onu nətər edək bilmirəm. Ancaq bir dənə şey var da o da elə bil ki, iş sabah genişlənə də bilər. Yəni yaxşı gəlsə, işləsə, bir beş ay, altı ay biz onu genişləndirə bilərik. Yəni lap artıq da ola bilər. Elə bil gələcəkdə yaxşı olsa, o birisi işin mayalarından, hansı ki, zəif pul verir, onu çıxardarıq, qoyarıq bu birisi tərəfə. Yəni stabil otuz bir min beş yüz bir, otuz bir min beş yüz bir. Altmış üç min edir də, altmış üç min pul lazımdır. On min dollar ayda pul verir. Böyük puldur, yəni super puldur. “Açot” da on beş gündən birdir, yəni bir ona bir ay deyirik özümüz üçün. Biləsən on beş gündən bir “açot” olur, beş min verirlər elə bil qazanc. O birisi on beş gündən sonra bir dənə də beş min. 10№-li səs yazısı. Təqsirləndirilən şəxs: Bundan sonra qardaşım, mən sənə sabahdan sonra, sabah mən sənə pulu verirəm, Allahın izni ilə. Yəni o kişinin pulun hamısını ödəyirik on altı min nə qədər köhnə pulu. Birinci, ikinci gün də təzələrin hamısını ödəyirik. Bundan sonra bu söhbətə mən bir daha qayıtmayacam. Yəni sənə bir də əziyyət verməyəcəm. Ola bilər bir gün, iki gün, üç gün. Yəni belə bir uzaqlıqda “tema” mümkünatı yoxdur. Mən sənə bunu öz mənliyimlə, kişiliyimlə söz verirəm. Və bunu da “qalasovoya” göndərirəm sənə, qardaşım. Sabah sənin pulun səndədir. İnşallah. Olmasa da, mən sənə dedim, nə eləyəcəyimi. Yəni tam rahat burada pul söhbəti deyil, burada bizim adımız var. Ona görə, sənə də, mənə də mən qoymaram, qoymaram onu ləkələnsin. And olsun Allaha, mənim üçün hər şeydən üstün odur. Mən sözümü də, yəni sənə bunu deyirəmsə, gör nə qədər mən o tərəfdən “joski” danışmışam da, özün bilirsən. Nə lazımdırsa, mən demişəm. 11№-li səs yazısı. İlahi amin qardaş. 100% qardaşım. Yəni o pula Allahın izni ilə mən özüm cavabdehəm. Mənlikdir, yəni qəpiyinə kimi mən cavabdehəm. Onlar da o məsuliyyəti bilirlər. Bilirlər mən kiməm, yəni. Orada bir komanda yaranıbdır. Komandadır, orada qıraq adam yoxdur. İnşallah Allahın izni ilə hamısı nə verilirsə, qəpiyinə kimi yazılır. Qardaşım mənim evimdə də, işimdə də, hamısı bilir onu. Necə ki səndə də. Allah bizi qorusun. Allah bizim qardaşlığımızı çox görməsin. Allah bizim bu işimizə bərəkət-ruzi versin. İlahi Amin. 12№-li səs yazısı. Təqsirləndirilən şəxs: Malı məndən başqa o malı heç kim o şeyi tapa bilmir. O da mənim hamısı əlaqələrimə görədir. Ancaq əlaqə, Gürcüstan əlaqələrimə görədir, Dubay əlaqələrimə görədir. Yəni birbaşa “daverisinə”, tanışlığa, dostluğa, o vaxtı rəhmətliklərdən qalan əlaqələrdir ki, başa düşdünüz də. Hamısını birbaşa görmüşük, oturmuşuq, başçıları ilə oturmuşam. Onlar bilirlər mən kiməm. Hələ-hələ birinci deyiblər, deyirəm ki, hərə göndərək nümunəni, filan yerə. Göndərtdirdim Gürcüstana getdilər, uşaqlar götürdülər gəldilər fsyo. Dedilər qardaş bu nə maldır? Dedim, məndə var nə qədər. O birisinə demişdim ki, ordakılara, nə qədər verə bilərsiz? Bilirsən nə qədər deyiblər mənə? İkimizin arasında, eşitsən, havalanardın. Beş yüz “karobka” ayda. Bilirsən nə boyda puldur? Havalanar adam ona. Bu da mənə hələ deyib ki, mən səndən “naçalni” götürəcəm 160. Yəni, bir dənə mənə həşdadı ver, mən bir dənə bunu dağıdım, onun pulunu zadı bilirsən nətərdi? Mən verən kimi pulunu, açot-uçot edəcəm, başa düşdün yəni, mən onu satmağın zadın gözləməyəcəm. O, çünki çox başqa bir yerə gedir. Mənim də “agavorka” olub ki, mən ona malı çatdırıram fsyo. O, malı gedib batırır, yandırır, mənlik deyil, o verəndə mənim pulumu verəcək başa düşdün?, 15 gündən bir. Elə bil ki, danışıram, mən malı çatdırıram yığıram, gətirdim ora. Verdim, mənə pulumu verdi. Mən səninlə haqq-hesabımı elədim? Bu, getdi. İkinci malı mən “uje” 15 gündən sonra, amma bugün ikinci malın gəlir. Yenə də yerinə çatdım, mən malı hazırlayıb qoyuram “skalda". Gəlir. Verir pulunu, götürür gedir. Uje mənə maraqlı deyil. O gedir, onu yandırır, satır, 30 milyon qazanır. Mənim onda heç bir marağım yoxdur. Məni qane edir, onun bizə aid qazancı fsyo. Min bərəkət. Nə edirəm? Mən onu apara bilərəm ha, o dediyi yerə. Yolum da var, ancaq o, “uje” “kaniteldir”. Nə edirəm qardaşım? Mənim gəl “skladımdan” götür. Öpürəm səni, çox sağol. İstəmədim bunu?. “Aqavorkumuz” elə olub. Hər 15 gündən bir gəlir, məndən mal götürür, mən malı toplayıram, gətirdirəm mənim “skladıma”, gəlir götürür fsyo. “Sırazı” “na mesto”, sərvətlə bax belə verir, götürür, çıxır gedir, fsyo. Ona görə mən rahatam. Ona görə mən səninlə “uverinniy” danışıram ki, sənin problemin ola bilməz. Bizim nə bilim, torpağımızdanmı asılıdır, ya nə bilim suyumuzdandırmı? Bir dənə mən buradakı işlərimdə tormuzlanma getdi. Mənim elə bil ki, indi özün bilirsən də məsələn, 10 min pul verməliyəm misal üçün sənə. Bir dənə bu adam “açotun” eləməyəndə, mən “uje” düşürəm təkərə. Nəyə görə? Axırı o birisi işdən də pul çıxardıram, o birisi verəcək 25-i, 24-i, 21 -i. Onun pulunu buna qarışdıra bilmirəm axı. Onun öz “açotu” var, bunun öz “açotu” var. İki dənə pozisiya məndə burda axsıyanda mən uje “pramoy” yubadır, yubadır. Mən gecikirəm, mən yalançı çıxıram, ancaq fakt mən pulu qazanıram axı, fakt, yəni mən batırmıram. O mənada deyirəm. Yəni orada mənim malım batır, nə demişəm ki, getdi alınmadı, tutuldu mal iraq-iraqda, yəni tutuldu, yolda tutdular, “kampuskovat” elədi, məsələn. Nəyləyim mən Rasim? Elə şey yoxdur axı bizdə, mən dükana vermişəm bunu. Mal da mənim gözümün qabağında da gedirəm, “açot” edirdim onu. Bu problemlərim bundan yanadır. İndi də mən “uje” adamımı da dəyişmişəm, nəzarətçimi də dəyişmişəm, malı da normal istəyirlər, həmin maldan da çox istəyirlər, yəni normal, hər şey superdir. Yəni, bir dənə problem olsa, mən qabaqcadan deyirəm ki, özüm deyirəm ki, hacı, qurban olum, saxlayaq, mənə onu vermək, qaytarmaq heç nə deyil, yəni problem deyil. Həmin o malları çıxardıram bir ay əzində. Deyirəm ki, qaqaş verin, qaytarın, uje açot-uçot edərəm. Növbəti açot-uçotumdur. Mal vurmuram da, malı götürürəm, götürürəm malı, malın pulun götürürəm də, təzədən mal vurmalıyam axı. O, pulu mənə təzdən, sən verdiyin pul mənə təzədən qayıdır axı. Hər dəfə mən açot eləyəndə mənə qayıdır. Mən sənə deyirəm, uzaqda, uzatmayaq, nətər edək? Bildin necə? Qayıdır axı o pul mənə. Mən təzədən mal vururam. O nöqteyi-nəzərdən. Qayıdır, mən mal vurmuram. Deyirəm, hacı, otuz min pul vermişdin, qayıtdı fsyo ala bunu. Otuz min sil oradan, nə bilim, əlli min sil oradan. Yəni malın pulun qaytarmaq lazım olsa, belə edəcik biz iraq-iraq. Ancaq mən onu bilirəm ki, burada mən elə quracam ki, inşallah, üzümüzə gələn vaxtı, birinci gündən sonrakı bu birisinin açotu gəlir ha fsyo. Yəni sən birinci gündən hesablamısan da? Düzdür? zərərçəkmiş şəxs2: Bəli, bəli, verdiyimizdən səhəri gün. Təqsirləndirilən şəxs: İki həftədən sonra, yəni elə bil ki, bu həftə qurtarır. Gələn həftənin elə bil ki, birinci günü, maksimum üçüncü gün mən sənə pulu verəcəm, rahat. Ancaq bu birisi ki var ha, sən bu həftəki düzəldəcik ha, bu həftə. Onda mən uje tam “abyomla” işləyəcəm də. İndi elə bil ki, yarımçıq, bunlara demişəm. Ancaq söz vermişəm ki, mən sizə “həşdad karobka”nı verəcəm. Başa düşdün necə? “Heşdad karobka”nı verməkdən ötrü mən söz vermişəm ki, bunlara verəcəm, ona görə. Dedilər ki, səndən götürürük, başqa adamdan götürməyəcəm, sənin malını istəyirik. Ona görə deyirəm ki, mən bunun “rebrovka”sını verim, sən bir dənə... zərərçəkmiş şəxs2: Hə, qoy danışım onunla, çünki mən ona “adboy” verdim, o dedi ki, mən malımı çıxarıram, “aborodumu” çıxarıram oradan. “Prosta” bunlara bugünkü günə de ki, bunların verəcəyi on min deyil, bunların verəcəyi on min iki yüz əllidir. Təqsirləndirilən şəxs: Bildim də, mən sənə pul on min deyirəm. zərərçəkmiş şəxs2: Fsyo qardaş, danışım bu x*yarla, oldu qardaş. Təqsirləndirilən şəxs: Oldu, qardaş. 13№-li səs yazısı. Təqsirləndirilən şəxs: O, yəni zarafat deyil, aya on min pulumuz dollarla gəlir. Mənim xeyrim, and ola Allaha deyrəm, nə vaxt bilirəm problem olsa, deyəcəm ki, qaqaş, mənim üç min xeyrim var, al bunu qoy, iki min xeyrimiz var, mənim xeyrimi qoy ora, variant yoxdu. “Zato” bilirəm ki, mən rahat hər ay mənim on min dollarım ....... pul verirəm və Rasimgilin ......... zərərçəkmiş şəxs2: Zaur, qardaşımsan, sən nətər deyirsən elə də eləyək, yenə deyirəm Təqsirləndirilən şəxs: Sən mənim ürəyimsəne. Sənə bunların hamısını açıqlayıb, necə var elə danışmılıyam ki, bu günləri, bu dəqiqə mənə elə bil ki, təzədən bu işi qurmaqdan ötrü beş yüz minə mən qura bilmərəm işi. Mən bunu qurmuşam sənin vasitənlə, köməkliyinlə, o hacını qoyuram qırağa, allah canını sağ eləsin. Burda mən hacını tanımıram ki, burda mən səni tanıyıram da, sənin sayəndə eləmişəm bunu. Biz qurmuşuq bu işi, pis-yaxşı. zərərçəkmiş şəxs2: Əladır, lap əladır. Təqsirləndirilən şəxs: Bir dənə problem nə olub. Bu ayda məndə elə bil ki, “katastrofik” mal olub, bir dənə bu adam iki malımı gecikdirməyinə görə mənim hər şeyimi g*t-baş elədi. Mənim bu gün beşinci gün pul gəlir, o qazanclar. Elə bil, 25-i ki, mən sənə pul verməliyəm, hansı ki növbəti böyük pullar gəlir, bazar gün, birinci gün gəlir, yəni 21-i, 22-i gəlir. Uje mən elə rahatam ki, o şeylərin verilməyinə, onlarda bu yoxdu axı. Bir dənə bu işlərim ki, bu on altı min üç yüzü ki gecikdirdi, bu mənim işimi g*t-baş elədi, o da bir dəfə ola bilər də, yəni on dəfə olmur. O hansı tərəfdə ki axsatmışdı ha, mən “srazı” onu düzəltdim. zərərçəkmiş şəxs2: Bir də qardaşımsan, onu mən bildim. Gedişatdan gördük də bunların nə qədər “seyroznu”dular, nələr var nələr yoxdu da. İndi o otuz bir min beş yüzü də alandan sonra bu bizim olur dörd yüz on min pulumuz. Təqsirləndirilən şəxs: Bu dörd yüz on min bunlarda deyil axı. Bu dörd yüz on mini, bu axırıncı ki var ha, bu otuz bir min beş yüz, otuz bir min beş yüz, bu birbaşa mənim nəzarətimdədir, çünki mən tapmışam. zərərçəkmiş şəxs2: İndi onları bildik, yaxşı olsun üç yüz min bunlardadırsa, əlinə bir kağız al. Bunlara etibar yoxdur, qardaş. Təqsirləndirilən şəxs: O kağızı da mən alıram, hamısını da mən alıram. O kağız qalsın o yana. Dubayda gördüyüm işin zadın heç birində axsaqlıq yoxdur da. zərərçəkmiş şəxs2: Axsaqlıqdan söhbət getmir, qaqa. İşlədikcə tədricən gördük ki, sən onların sözünün yalançısı oldun. Təqsirləndirilən şəxs: Mən səndən pul almıyacam. Mən gələn həftədən sənə maya qaytaracam. Elə bil ki otuz beş min, əlli min, altmış min pulu qaytardım sənə, uje o kişi də görür axı. zərərçəkmiş şəxs2: O kişi girovunu alıb oturub, onun üçün fərqi yoxdur, sən aldın, ya almadın. Bu sənlə mənim rahatçılığım üçündür. Təqsirləndirilən şəxs: Yox nəyə görə, sabah “abarotda” olur da işin sənin. Yenə də üzün gəlir ki, sən deyirsən ki, on min ver iki min pul verirəm. zərərçəkmiş şəxs2: Onu bildim, qaqaş. Ondan narahatçılığım yoxdur. Mənim narhatçılığım bu biri tərəfdəndir ki, bu gəlirlərə görə, yəni sənin də xeyrin üçündür, mənim də xeyrim üçündür. Təqsirləndirilən şəxs: Bu birisi tərəfdə yüz dəfə demişəm ki, mən həqiqətən də bütün işi qurmuşam. Burda bir dənə variant var. Sən deyirsənə məndə bir dəfə, sənin adamında pul var, səndə də “daverya” var, deyəndə sənə verir. Ancaq burda “daverya” söhbəti deyil. Burda iş qurulub. Burda mal paylanır. 14№-li səs yazısı. Təqsirləndirilən şəxs: Başa salmaq istəyirəm ki, mənim 10-15 gün gecikməyim mala görə olub. Birdənə ay bunların pulu yoxdur. Mənim lap nə olursa olsun bu dəqiqə mənə de bir aya lazım olsa, pulu çıxarıb verərəm. Nəyə görə həmin mal əlimdə yoxdur. Mən gedib onu beş manat ucuz satacam. Çıxardıb Hacının 400 min manat pulunu verəcəm. Hələ 30 min dollar sənlə mənim xeyrim olacaq. Hələ ziyana satsam başa düşdün? zərərçəkmiş şəxs2: Bəli. Təqsirləndirilən şəxs: Yəni ona görə deyirəm ki, əlimdə heç nə olmaya havayı satım. Misal üçün, gedim qol çəkməyə icra hakimiyyətinə. İcra hakimiyyətinə 1 milyon pul verim deyim Rasim torpaq özəlləşdirirəm. Sabah da icra hakimini çıxardılar işdən. Pulu kimdən alacam? Heç kimdən. Bu pul deyil axı, maldır. Elə bil qızıl almışam. Özüdə bilirsən necə maldır nə xarab olur, nə islanır. Siqaretdir də “brat qurban olaram sənə. Siqaret “brat” oğr*şdı çörəkdən çox alınır. zərərçəkmiş şəxs2: Elədir qardaş, orası elədi. Yəni sən də bilirsən ki, əsas o olsun ki, mənə bu kişi söz deməsin. Dünya malına görə nə mən söz eşidim, nə aramız dəysin. Təqsirləndirilən şəxs: Sənin fikrin mənə çatdı. Mən sənə deyəcəm qardaşım, misal üçün, ola bilər 21-i sənə pul verməliyəm. 21-i verə bilmirəm, 23-ü verirəm. zərərçəkmiş şəxs2: O işdiye qardaş, “koneşna” bu tavan, faiz deyil ki. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qeyd olunan səslərin ona Təqsirləndirilən şəxs tərəfindən vatsap vasitəsi ilə göndərildiyini, eləcə də Təqsirləndirilən şəxsla onun arasında mobil telefonla aparılan danışıqlar zamanı qeydə alındığını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb edən məlumatlar qeyd edildiyindən zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və 01 ədəd fotoşəkil sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 154-161). şahid3 Canbulut oğlu ##.##.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Verdiyi pulları zərərçəkmiş şəxs2 borc kimi vermiş və sonuncudan da mülki qaydada tələb edəcəkdir (Cild 1, i.v. 197). “Bank məlumatları barədə CD diskə baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, müstəntiq İbrəhimov Heydər Hidayət oğlu tərəfindən ********* nömrəli cinayət işi üzrə Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus bank hesabları ilə aparılmış əməliyyatları özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 225-226). “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, cinayət işi üzrə Həsənov Nizami Namiq oğlunun Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərin sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr ərzində 1 (bir) ABŞ dollarının 1.70 (bir manat yetmiş qəpik) Azərbaycan manatı ekvivalentində olmasının nəzərə alınması, zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və 01 ədəd fotoşəkilin sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, X45 daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs izahatı, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolu, “təqdim olunan fotoşəkillərə və səs fayllarına baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokol, həmin protokollara əlavə edilmiş 01 ədəd fotoşəkil və 01 ədəd CD disk, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqdim etdiyi 04 ədəd qəbzin surəti və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Həsənov Nizami Namiq oğlu Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək bu barədə qərar hüquqi varisinə təqdim edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri sonuncuya ətraflı şəkildə izah edilmişdir “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilərək ona ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir “Təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid4 ölmüş təqsirləndirilən şəxs Həsənov Nizami Namiq oğlunun hüquqi varisi qismində tanınmaqla ona hüquq və vəzifələri izah olunmuşdur şahid4 ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, mərhum övladı Nizami Həsənovun barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru R X19 tərəfindən Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin məlumatı əsasında toplanmış ***-C-** saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, material üzrə izahatı alınmış Təqsirləndirilən şəxs heç bir polis əməkdaşından şikayət və tələbinin olmadığını, polis əməkdaşları tərəfindən döyülmədiyini və qanunsuz hərəkətlərə məruz qalmadığını göstərmişdir. Həmçinin “xxxx” Publik Hüquqi Şəxsin Nərimanov rayon şöbəsinin ***-M nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə onun xəsarət alması barədə heç bir qeydiyyat aparılmamışdır “Təqdim olunan fotoşəkillərə və səs fayllarına baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Babayev İsmayıl Seyfəddin oğlu tərəfindən təqdim olunmuş 3(üç) ədəd yaddaş qurğusuna müstəntiq İbrahimov Heydər Hidayət oğlu tərəfindən baxış keçirilmişdir. Üzərində “CORSAIR.D.K” hərfləri qeyd edilmiş yaddaş kartına baxış keçirilərkən yaddaş qurğusunun içərisində 7259 ədəd səs faylı, 206 ədəd fotoşəkil, 25 ədəd videoyazı, 32 ədəd PDF formatında fayl, 3(üç) ədəd “Calendar” faylı və 1(bir) ədəd “Whatsapp” mətnlərini özündə əks etdirən faylın olması müəyyən edilmişdir. Baxış zamanı müdafiəçi İsmayıl Babayevin vəsatətində qeyd etdiyi qadın cinsli bir nəfər şəxsin “Şuluq, salam nətərsən, nə var nə yox? Sən hər dəfə qeyri-şad xəbərlərlə açırsan da bizim sabahımızı. Sən oradasan, sənə heç nə demirəm. Ürəyini sıxmamaqdan ötəri. Amma burada olanlardan kaş ki xəbərin olsun. Nələr olub, nələr olmayıb? Qoy deyim, sən də qulaq as. Sənə demirəm, ürəyin sıxılar, amma ki, “uje” demək məcburiyyətindəyəm. O günləri dedim, Sevil mənə belə-belə deyir ki, tap, heç olmasa pul gətir. Təbii ki tapmadım, vermədim. Kimdən alım da, döyüləcək qapı yoxdur. Mənə zəng elədi. Nələr dedi. Dedi ki, mən deyir, özü namaz qılmayandır da bilirsən. Dedi, mən, dedi bu namaz qılanlara, başıbağlılara, hədlərə inanmırdım. Kərbəlayiya, həciyə, başıbağlayanlar deyir, ancaq öz “maşennikiərini” deyir, həyata keçirtməkdən ötəri deyir, o maskaya girirlər. Mənə görə də deyir, sənin timsalında bir daha dedi, bütün başıbağlılara deyir, inamımı itirdin. Deyir, vallah, deyir, mənim deyir sənin o başını bağlamağına da deyir, heç hörmətim qalmadı. Sənə də yenə də deyirəm, sənin deyir, sayəndə timsalında bütün baş bağlayanlara, bu, belə getdi. Dedi, yoldaşına hörmətim var idi, Asya, incimə deyir. Qeyriciddi statusu almısınız deyir. Həcilər deyir, bütün deyir, həcilər kimi deyir. Sənin yoldaşın da deyir o həci statusundadır. İndi təsəvvür elə mənim halımı, nə təhər olarsan da. Dedi, mənə nə de, nə podruqa? Deyir mən sənlə həmişə vur-çat eləmişəm. Mən sənə dedim ki, mənə borc tap, heç olmasa deyir. Onu da eləmədin. İndi özü Davudla bir sinifdə oxuyur. Deyir mən səni deyir, sinifdə biabır eləməsəm deyir, bax, deyir. Nə haldayam, sən özün bilirsən o heç. Xala day, mən xaladan and-aman-and-aman sənin verdiyin sözün üstdən. Xalaya da andaman eləməkdən ölmüşdüm. Xala da mənə dedi ki, axırıncı gündür, bu günləri sənə verirəm. O da harada adamın o zəif nöqtəsi var, tutmağı bacanr axı. Dedi bax deyir, sənin deyir, girovunu deyir, yox, mənə deyir, ananın qızıllarını gətirmisən. And içdi. And içdi ki, bu günləri dedi, sən mənə pul verməzsən, sənin deyir, ananın deyir, qızıllarını mən dedi, satışa çıxarmasam, belə-belə olum. Özünə bir qarğışlar elədi. Dedi, oğlumun deyir, ölmüşünü görüm. Mən dedi bu günləri sən ananın qızıllarını satmasam deyir. Sonra sən dedi milyon da gətirsən, o qızıllar yoxdu deyir. Bax səs də atıb mənə, istəsən, səsi atım sənə. Belə də zəng eləyib ki, o qızılların da içində “papamın”, “mamanın" anasının atası, rəhmətliklərin hamısının qızılları onun içində var. Dəyəri bir şey olmasa da, nə qədər mənəvi dəyər daşıdığını sən bilirsən. O da “imenni" oradan vurur. Deyir, mən onları satıram, satıram və deyir həmən də deyir onsuz deyir. May ayından deyir, sənin deyir, müqavilənin vaxtı bitib. Sənin deyir, evim yox. Ananın deyir, borc müqaviləsi əsasında mənə qoyduğu evi verirəm məhkəməyə. Sən mənə deyir, pulu versəndə, nə etsəndə, qoy deyir, sənin deyir, anan səni deyir, şey eləsin, “Trijovit” eləsin. Nətər ki sən məni deyir, qanıma deyir, qəltan eləmisən deyir. Mən deyir “davleniy” qalxınca, dərmanı içirəm, şəkərim qalxıb deyir. Mən deyir, bəlkə də, deyir, verəcəksiz deyir, amma o stresi yaşamışam, yaşayıram da. İndi mən bu günləri ona deyərək sözüm yoxdur. Özün də görürsən ki, nə gündəyəm. Dünən Sədaqət xala gəlmişdir. Gah “davlenim” qalxır, gah düşür, nə hala, gündə nə hala düşürəm. İndi bunlarla nə danışım, nə təhər edim, nə deyim. Şərikik, əla. Ziyana da şərikik, xeyrinə də şərikik. İndi ziyan yoxdur, Allaha şükür gecikmə var. Zaur qardaşa de, bir zəhmət, bir zəhmət yoldaşını göndərsin. Nə qədər mən arvadlığımla çıxmalıyam hamının qabağına. Bir zəhmət yoldaşını göndərsin. Gedək ikimizin üzünə biryerdə tüpürsünlər. Bax elə rəsmən bax belə. Arvad yəni bir dənə o qalıb ki, onu eləməyib mənə. Amma Sevil o gün mədəni-mədəni mənə demədiyi söz qalmadı. Gəlsin Həmidə xanım da gedək, bir yerdə bizə deyəcək sözləri desin. Görək, Zaur qardaş razılaşır ki, onun yoldaşına söz gəlsin? Xala deyir ki, mənə yalvarırdın ki, Siyaməki qatma, Rasimə bir söz deyər. Rasim ona bir söz deyər, deyir, qan düşər. Deyir heç qan düşməyəcək deyir. Mənim oğlumun deyir, qanı saman olmaz deyir. Sən öz ərinə görə qorx. Mən deyir Siyaməkə də deyəcəyəm. Neç nə olası deyil. Amma sənin əlavə əsəbiləşməyin, bu hər şey bizim burnumuzdan gələndən sonra lazımdır bu bizə? Mən “uje” bilmirəm, yəni həqiqətən də, nə bilim mənim ağzıma yaraşan sözlər deyil, öz sözlər deyir. Yəni bacı-bacı deməklə deyil. Bacının qədrini biləsən. Bacı sözünün qədrini bilərəsən. Ətrafımda Saqidən başqa o sözün həqiqətən dəyərini bilən adam görmədim. Yəni Saqi həqiqətən sözü deyib, sözün ağırlığını, yükünü daşıyır. Zaur qardaş, qardaş evimizin yuxarı başında, ən azından sən sən, Zaur qardaş bilir ki, sən burada yoxsan. Bilir ki, mən xəstəyəm. Bilir ki, mən canımla əlləşirəm. Mən bu mundarların ağzına qoymamalı idi. Sənin dostundur, Sən gətirmisən. Sən də yoxsan burada, Şuluq. Bilmirəm nə təhərdir bilmirəm. Böyrəyini satsın, getsin böyrəyini satsın. Saqi, nətər deyir, “razboy", “razboy” eləyərəm. Eynilə “razboy” eləsin, getsin, pulu gətirsin, versin. Mən onlara söz tapa bilmirəm deməyə. Mən bugün onlara deyəcək sözüm yoxdur. Mən uşaqların canına and içmişdim onlara ki, uşaqların canına and içmişdim ki, mən bugün pulu verəcəyəm. Uzun-uzadı da danışıram, sakitləşə bilmirəm”, sözlərini dediyi səs faylının, eləcə də kişi cinsli bir nəfər şəxsin “Qardaş, burada hamımızın xeyri var da. İndi Allah köməyi olsun, dostlarımızın. İndi sildiyimiz şeyləri qoysaq qırağa, burada nə fərqi var, sən, mən, Nizami? Burada hamımız üçümüz bıradamıq da, bir söz deyirik, bir yerə vururuq. Mənə maraqlı olan mənim “summam” deyil ki. Biz dostuq, qardaşıq, şərikliyi qoy qırağa, yəni pis çıxmasın, burada əgər bir-birimızın marağına görə bir-birimizin ürəyin sındıracağıqsa, bir-birimizin nə bilim “trivojit” edəcəyiksə, nə bilim narahat qoyacağıqsa, elə tüpürələr həminki o dostluğa qardaşlığa. Yəni biz elə dostluq eləmirik ki, mən pulu illə ay ilə götürməsəm, heç marağı olan oğr*şdır, namusu, şərəfi yoxdur. Yəni öz puluna, parasına görə dostunu, qardaşını heç biz düşman-qapısı döyməmişik. Əsas bunlardır, məni sıxan bunlardır. O yüz min üçün də demirəm, “prosta” “summalar” ki şişdi. Mən hər dəfə deyəndə məni düzgün başa düş qardaşım. Başqa məna daşımır, Allaha and olsun. Məqsəd o deməkdir ki, yəni mən orada yüz minin içində qırx minqırx beş min qazanmayacağam, məsələn? Mən məcbur olmuşam, demişəm ki, bu iş uzandı. Allah keçsin günahımdan. O da, Allah da görəcək ki, mən faiz vermirəm. “Prosto” sadəcə mən qazanmasam da, olar. Beş qazanacaqdım, bir qazanım, bir qazanacaqdım, əlli qazanım, əlli qəpik. Məsələn də. Öz qazanclarımın da üstündən “requlirovka” eləmişəm ki, “lijbi” mırtlanmasın. Amma elə gəlib fırlanıb ki, işimiz. O biri qazancı da gəlib keçib. Yəni bu köhnə tarix gəlib təzə, girib on beş günlük “summadır”. Demişəm ki, on gün uzanıb. Hansı gəlib onu da keçib. Artırdığım “summanı” da keçib, ona görə “summa” şişib. Yəni mən o boyda qazancı götürə bilmirəm deyə bunun “summası" böyükdür. Yüz minin içində bunun altmışı olmalıdırsa, indi yüz minin içində bunun həşdadıdır. Ona görə summma mənim üçün böyük görsənir. Yoxsa mənim xeyirim olanda nə var. Yüz min içində əlli-atmış min...” və “Can qardaş! Bizim dostluğumuz da, qardaşlığımız da, şərikliyimiz də, nə bilim qohumçuluğumuz da, yəni ümumiyyətlə tək dostluqdan getmir də. Hər nəyə qarşı varsa, hər şey Allahdandır bizdə. Allaha sığınıb edirik ki, Allaha xoş olanı olsun. Yəni bizi Allah görür ki, bizim nəyimizdə. Allah deyirsən mənə gəl dünyanı sənin ayağına gətirim. Onlar kimdir ki, sadəcə sən dediyin kimi hörmətdən yana vicdan borcumuz olaraq edirik. Amma qıraqdakıların “mineniyası” vacibdir bugünkü gündə. Ona görə məndə qardaşım nə deyirsə mən də ondan uzaq. Şükür Allaha, elə fikirlərimiz də üst-üstə düşür. Allah səni var eləsin. Allah bizim qardaşlığımızı əbədi eləsin. Hər iki dünyada var olasan Allah bizi peşman etməsin heç vaxt. Gecən xeyrə, qardaş”, sözlərini dediyi səs fayllarının olması müəyyən edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bır danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyyən edilməmişdir. Bundan başqa üzərində “SanDisk” hərfləri qeyd edilmiş qara rəngli yaddaş kartına baxış keçirilən zaman yaddaş qurğusunun içərisində “nizami” və “rasim” adlı 2(iki) ədəd qovluğun, “nizami” adlı qovluğun içərisində 13.440 ədəd 554 ədəd fotoşəkil, 105 ədəd videoyazı 36 ədəd PDF formatında fayl, 04 ədəd “Calendar” faylı və 01 ədəd “Whatsapp” mətnlərini özündə əks etdirən fayl, “rasim” adlı qovluğun içərisində isə 7259 ədəd səs fayl, 206 ədəd fotoşəkil 15 ədəd videoyazı, 32 ədəd PDF formatında fayl, 3 ədəd “Calendar” faylı və 01 ədəd “Whatsapp” mətnlərini özündə əks etdirən faylın olması müəyyən edilmişdir. Bundan başqa üzərində “SanDisk” hərfləri qeyd edilmiş gümüşü rəngli yaddaş kartına baxış keçirilən zaman yaddaş qurğusunun içərisində “New folder(3)” adlı 1 ədəd qovluğun içərisində 4 ədəd qovluğun olması müəyyən edilmişdir. “New folder” adlı qovluğun içərisində 15 ədəd səs faylı, “Çat WhatsApp c kontaktom Elpatronde QardasIm” adlı qovluğun içərisində isə 7259 ədəd səs faylı, 206 ədəd fotoşəkil, 15 ədəd videoyazı, 32 ədəd PDF formatında fayl, 3 ədəd “Calendar” faylı və 01 ədəd “Whatsapp” mətnlərini özündə əks etdirən fayl, “Çat WhatsApp c kontaktom Nizamı Qardaş” adlı qovluğun içərisində isa 13.440 ədəd səs faylı, 554 ədəd fotoşəkil, 105 ədəd videoyazı, 37 ədəd PDF formatında fayl, 3 ədəd “Calendar” faylı və 01 ədəd “Whatsapp” mətnlərini özündə əks etdirən fayl, “Çat WhatsApp c kontaktom X11” adlı qovluğun içərisində isə 451 ədəd səs faylı, 133 fotoşəkil, 05 ədəd videoyazı 01 ədəd “Calendar” faylı və 01 ədəd “Whatsapp” mətnlərini özündə əks etdirən fayl vardır. Qeyd edilən yaddaş qurğusuna baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyyən edilmədi “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqıqnda” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlar baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs1 müraciəti əsasında sonuncu zərərçəkmiş şəxs qismində tanınmışdır “Təqdim olunan səs fayllarına baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1(bir) ədəd CD diskdə olan 3 (üç) ədəd səs faylına baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1№-li səs yazısı. Təqsirləndirilən şəxs: Salam aleykum, Musa dayı. Musa dayı, bugün mənim adamlarım getdilər, onlara təzədən dedilər ki, sənədləşməmiz oturmayıb, icazəniz ancaq birinci gündür satışa. Sabah yenə də gedəcəklər. Mən sənə bunu göndərirəm axırıncı dəfə. Şərəfimə, namusuma, qeyrətimə and içirəm ki, mən ikinci günə kimi məsələni sənin bağlayacam, yəni “bezvariantdır. Mənim “uje”, yəni infrakt vəziyyətindəyəm, and olsun Allaha. Heyim yoxdur da yəni. Nə danışmağa, onunla danış, bununla danış, ürəyim day partlayır. Mən sənə axırıncı dəfə bir kiçiyin kimi, bir balaca qardaşın kimi, bir qohumun kimi səndən xahiş edirəm, mənim, yəni ikinci günə kimi məsələlərimin hamısı çözüləcək. Sabah gedirlər. Allah kərimdir. Sabah satış olsa, sabah super həll olunacaq. Birdən o adamın da nəsə sənədlərində olsa, nəsə problem olsa, onları da birinci, ikinci günə keçirsələr, yəni ikinci gündən o yana mən səninlə heç bir söhbət eləməyəcəm. Mən ancaq pulumu gətirib verəcəyəm inşallah. Şərəfimə də, qeyrətimə də, namusuma da and içirəm ki, mən sənə ikinci gün pul verəcəm Allah qoysa. Səndən xahiş edirəm axırıncı dəfə, yəni bu qədər gözləmisən, məni yəni danlamaqla da, öldürməklə də, yəni mən bunu yarada bilsəydim, əlimdə gətirə bilsəydim, sənə bu sözləri deməzdim. Ən ağır, kişi üçün ən ağır şeyi mən sənə dedim. 2№-li səs yazısı. Təqsirləndirilən şəxs: Musa dayı, salam aleykum. Musa dayı, uşaqlar getdi bugün. Sənədləşmə, bugün alış-veriş olmalı idi. İcazə verdilər, hamısını otuzdurdular reyestrə də, avtorizasiya da hər şey olub. Səndən mən axırıncı dəfə bu ayın əzəmətinə xatir, əzizlərimizə xatir, qohumçuluğa xatir, sənin böyüklüyünə xatir səndən xahiş edirəm, mənə bir söz demə. Məni ikinci günə kimi gözlə. Mən ikinci gün, maksimum ikinci günə kimi gəlib sənə puldan başqa bir söz deməyəcəyəm. Mənim sənə bax, pulunu verəcəm, halallaşacam. Səndən xahiş edirəm, əsəbləşməklə, məni danlamaqla bir şey əldə olunmayacaq da. Quran haqqı deyirəm, mən həll eləmişəm məsələni. And olsun bizi yaradan Allaha. Hər şey həll olunub, bir dənə məni gözlə, qurban olaram. Mən maksimum ikinci günə kimi, sabah alışveriş olsa, sabah pulumuz gələcək. Yəni bir hissəsini sabah ola bilər ki, verdim sənə yarısını. Birdən nəsə fors-major çıxar, çatdırmazlar, qısa gündür. Yüzəyüz birinci, ikinci gün bizim alverimiz olacaq. Mən maksimum ikinci günə kimi deyirəm sən məni gözləyəsən. Ondan başqa mən sənə bir söz deməyəcəyəm. Xahiş edirəm sən mənə bir dənə kəlmə söz demə, bir dənə gözlə ikinci günü. Mən sənə ikinci günə kimi pulla gəlməsəm, ondan sonra nə etsən, sənə halaldır. Yəni mənə halaldır. Xahiş edirəm səndən. 3№-li səs yazısı. Təqsirləndirilən şəxs: Musa dayı, qurban sənə. Mənə beş min lazımdır, beş min. Yəni on minin yerin eləmişəm. Beş min lazımdır. Bugün bir dənə onu həll eləsək, Allah səni böyüklükdən əskik eləməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qeyd olunan səslərin ona Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini bildirmişdir. İş üzrə əhəmiyyət kəsb edən məlumatlar qeyd edildiyindən zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd CD disk sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir Təqsirləndirilən şəxs sərhədkeçməsinə dair hesabatdan görünür ki, o, ##.##.2025-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportu vasitəsi ilə ölkə hüdudlarını tərk edərək B*** nömrəli reyslə Moskva şəhərinə getmək istəmiş, lakin çıxışı qadağan edildiyindən ölkə sərhədlərindən buraxılmamışdır “Üzləşdirmə” istintaq hərəkətinin aparılmasına dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir şahid1 ##.##.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs və Həsənov Nizami Namiq oğlundan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində mülki qaydada məhkəməyə müraciət etmişdir. zərərçəkmiş şəxs2 borc kimi verdiyi pulları da mülki qaydada tələb edəcəkdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-xətşünaslıq ekspertizasının” ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində “X3...” yazıları ilə başlayıb “...Movlamov Zaur” yazıları ilə bitən ##.##.2024-cü il tarixli qəbzdəki yazılar və “Movlamov Zaur” yazıları önündəki imzalar, üzərində “##.##.2024 X3...” yazıları ilə başlayıb “...sabaha qaldı deməyəcəm" yazıları ilə bitən ##.##.2024-cü il tarixli qəbzdəki yazılar və “Movlamov Zaur” yazıları önündəki imza, üzərində “50.000 $ - uş 15.000 manat...” yazıları ilə başlayıb “...##.##.2025” yazıları ilə bitən ##.##.2025-cü il tarixli qəbzdəki yazılar və qəbzin sonundakı imza - Eyni şəxs - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110(bir yüz on) manatdır “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavə dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Həsənov Nizami Namiq oğluna Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavə dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilərək bu barədə təqsirləndirilən şəxsin hüquqi varisinə məlumat verilməsi, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın qismən ödənilməsinin nəzərə alınması, müdafiəçi İsmayıl Babayev tərəfindən təqdim edilmiş 3 (üç) ədəd yaddaş kartı və 4 (dörd) ədəd qəbzlərin surətinin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, “xxxx” MMC-dən götürülmüş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd CD disk, 1 (bir) ədəd qəbz surəti və 3 (üç) ədəd A4 vərəqinin sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Həsənov Nizami Namiq oğlu Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun hüquqi varisinə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir “Təqsirləndirilən şəxsə dair hissədə cinayət işi üzrə icraata xitam verilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Həsənov Nizami Namiq oğlunun barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.H.İbrəhimov tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı ##.##.2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli hazırlıq iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun üzvü Nümayəndə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin tarixli iclasda zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmış, ##.##.2026-cı il tarixli məhkəmə iclasında isə zərərçəkmiş şəxs2 hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir. Mülki iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyana görə 2.141.490 (iki milyon yüz qırx bir min dörd yüz doxsan min) manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 1.860.74 (min səkkiz yüz altmış) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir (Cild 3;). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 141.6 m2 olan 3 otaqlı yaşayış sahəsi Təqsirləndirilən şəxs tam mülkiyyətində olmaqla daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmışdır (Cild 3;). Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 141.6 m2 olan 3 otaqlı yaşayış sahəsinə aid olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsi hazırkı cinayət işi mahiyyəti üzrə həll olunanadək qadağan edilmiş, həmin qərar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən icra olunmuşdur (Cild 3;). Məhkəmə baxışı üzrə ##.##.2026-cı il tarixli məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin tarixli iclasda sonuncu mülki iddiaçı qismində tanınmaqla hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir. Mülki iddiaçı zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyana görə 65.340 (altmış beş min üç yüz qırx) manat əsas borcun, 5000 (beş min) manat əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 301(üç yüz bir) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir (Cild 3;). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)****/**** nömrəli qərardan görünür ki, iddiaçı şahid1 cavabdeh Təqsirləndirilən şəxs qarşı “borcun ödənilməsi və sair” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 250.000 manat məbləğində borc, 5208 manat faiz borcu, cəmi 255208 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 546 manat iddiaçı şahid1 xeyrinə tutulması, tutmanın likvid (ilkin satış) qiyməti 394000 manat müəyyən edilməklə cavabdeh Təqsirləndirilən şəxs tərəfindən girov qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi ev 29, *** saylı mənzilə yönəldilməsi, həmin mənzilin satışından borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq girov qoyan Təqsirləndirilən şəxs qaytarılması qət edilmiş, qeyd edilən məhkəmə aktı ##.##.2026-cı il tarixdə qüvvəyə minmişdir (Cild 3). Zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun üzvü Nümayəndə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Həsənov Nizami Namiq oğlu və zərərçəkmiş şəxs2 ilə aralarında olmuş vatsap danışıqları 1(bir) ədəd yaddaş qurğusunda (flashcard) təqdim edilmişdir. Qeyd edilən vatsap danışıqları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, həmin danışıqlarda Təqsirləndirilən şəxs, Nizami Həsənov və zərərçəkmiş şəxs2 arasında “bizneslə” bağlı razılaşmalar və alış-verişlərin olması, zərərçəkmiş şəxs2 müxtəlif məbləğlərdə pul vəsaitləri verməsi, “bizneslə” bağlı hansısa problemlərin olması və sair məzmunda danışıqların aparılması müəyyən edilmişdir (Cild 3). Müdafiə tərəfi məhkəməyə müvafiq sənədlər (ödəniş qəbzləri, yazışmalar və 1 (bir) ədəd yaddaş qurğusunda audio (səs) yazıları) təqdim etməklə həmin yazışmalar, ödəniş qəbzləri və səs yazılarına əsasən ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs2 ümumilikdə 555410 (beş yüz əlli beş min dörd yüz on) manat məbləğində pul vəsaitinin verilməsini göstərmişdir (Cild 3). Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.1 və 178.2.2ci maddələrinə görə dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin qeydin 3cü bəndinə əsasən isə bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd etmişdir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər). Dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olar bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə şəxslərin külli və xüsusilə külli miqdarda əmlakını ayrı-ayrılıqda yaranmış müstəqil niyyətlərlə ələ keçirmək məqsədi ilə uzun müddətli tanışlıq münasibətlərində olduğu zərərçəkmiş şəxs2 və qohumluq əlaqələrində olduğu zərərçəkmiş şəxs1 özünü həqiqətdə mövcud olmayan biznes fəaliyyəti ilə məşğul olduğuna inandırmaqla sonunculara həmin fəaliyyətə yatıracaqları pulların müqabilində qısa müddət ərzində xeyli və külli miqdarlarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün hər hansı real fəaliyyətinin və resursunun olmamasına baxmayaraq yenidən daha artıq məbləğlərdə pulların könüllü surətdə verilməsinə nail olub vədinə əməl etmədən ələ keçirdiyi pulları qabaqcadan əlbir olduğu Həsənov Nizami Namiq oğlu ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 isə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə uzun müddətli tanışlıq və dostluq münasibətlərindən yaranmış etibarlı şəxs statusundan, eləcə də dini inanclarından suiistifadə edərək guya geniş xarici əlaqələri vasitəsilə (həqiqətə uyğun olmayan) tütün biznesinin çox yaxşı inkişaf etməklə əhəmiyyətli gəlir əldə etdiyinə, eləcə də sərmayə qoyacağı halda zərərçəkmiş şəxsin özünün də qısa müddət ərzində xeyli və külli miqdarlarda qazanc sahibi olacağına inandırmaqla sonuncunun “biznesinə” yatırım etməsinə nail olduqdan sonra qoyulan sərmayədən əldə olunan gəlir adı ilə ona bir neçə dəfə əldə etdiyi pul vəsaitləri vasitəsi ilə minimal ödənişlər etməklə əsl niyyətini gizlədib zərərçəkmiş şəxsin ona tam şəkildə inanmasına müvəffəq olmuş, habelə zərərçəkmiş şəxsin təkidlə alınan malları şəxsən görmək istəməsini təmin etməyərək bütün məsələlərin özünün nəzarəti altında olmaqla hər hansı risk ehtimalının olmadığına əmin etmiş, guya qazancın genişləndirilməsi məqsədilə xarici nümayəndəlik açmaq istəməsini bildirməklə zərərçəkmiş şəxsin daha artıq məbləğlərdə pul vəsaitini verməsini təmin etmiş, “qazanc” verməyə davam edə bilmədikdə isə hər dəfə müxtəlif bəhanələrlə (o cümlədən guya özünün də biznes fəaliyyəti üçün evini girov qoymasını bəhanə edərək) özünü guya etibarlı şəxs olduğunu göstərərək zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni dələduzluq taktikasından istifadə edərək qohumluq münasibətində olduğu digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə təsadüfi görüşləri zamanı yol boyunca sonuncunun maddi imkanının olduğunu bildikdən sonra onun diqqətini öz “qazanclı biznesinə” cəlb etmiş (biznesinə qarşı maraq yaratmış), növbəti gün isə guya ona həmin biznesi üçün təcili pul lazım olduğunu bildirib yatırım edəcəyi halda çox qısa müddət ərzində (1-3 gün) xeyli miqdarda gəlir qazandıracağı ilə şirnikləndirərək külli miqdarda pul verməsinə nail olmuş, hətta zərərçəkmiş şəxsin inamını qırmamaq üçün qeyd dəftərçəsində bu barədə əlyazma ilə müvafiq qeydlər aparmış, lakin vəd edilən vaxt yetişdikdə müxtəlif bəhanələrlə “and-aman” edərək ona yenidən vaxt verilməsini xahiş etmiş, hətta zərərçəkmiş şəxsə vəd etdiyi müddətdə pulunu qaytarmamasına baxmayaraq sonuncunun ailə üzvünün yas mərasimindəki qəmgin vəziyyətdən istifadə edərək guya əvvəl verdiyi pul ilə birlikdə borcunu bir gün ərzində qaytaracağına söz verərək bu barədə yenidən qeyd dəftərçəsində əlyazması ilə qeyd aparmış, özünə qarşı yaranmış inamı möhkəmləndirmək məqsədilə borcunu ödəyə bilməyəcəyi halda İsmayıllı rayonu Basqal rayonunda yerləşən evinin satışından əldə olunan gəliri ona verəcəyini bildirməklə əminlik yaratmış, həmçinin Dubay şəhərində şəxsi ehtiyaclarını qarşılamaq üçün zərərçəkmiş şəxsin ona yenidən pul göndərməsinə (təcili) nail olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir zərərçəkmiş şəxsə münasibətdə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamış, əksinə dindarlığın mənəvi saflığından sui-istifadə edərək verilən pulların batmaması, eləcə də daha artıq məbləğlərdə pulların qazanılacağını inandırmaqla zərərçəkmiş şəxsləri ələ keçirməyi planlaşdırdığı külli və xüsusilə külli miqdarlarda pul vəsaitlərinin verilməsinə təşviq etmiş, xarici ölkə ərazinə getdiyini göstərməklə isə guya iş görülməsi görüntüsü yaradaraq tamah niyyəti ilə ələ keçirmək məqsədində olduğu pul vəsaitlərini qabaqcadan əlbir olduğu şəxslə birlikdə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs biznes fəaliyyətinin rəsmi surətdə həyata keçirilməsini, bu məqsədlə xarici ölkə ərazisində nümayəndəlik açmaq üçün gedib danışıqlar aparmasını bildirməsinə baxmayaraq həmin fəaliyyətin həqiqiliyini təsdiq edə biləcək hər hansı mötəbər dəlil təqdim edə bilməmiş, o cümlədən sübut təqdim edə bilməməsinin səbəblərini izah edə bilməmişdir. Qeyd olunan hallar bir daha Təqsirləndirilən şəxs həqiqətə uyğun olmayan məlumatlardan istifadə etməklə əvvəlcədən üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirilməsi məqsədi olmadığını, zərərçəkmiş şəxslərin pulunu ələ keçirərək təkrarən dələduzluq etməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş ittihamları bütövlükdə qəbul etməməsinə baxmayaraq, istər məhkəməyədək icraat, istərsə də məhkəmə icraatı dövründə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 məxsus müvafiq olaraq xüsusilə külli və külli məbləğlərdə pul vəsaitləri almasını və ələ keçirdiyi həmin pul vəsaitlərini guya Həsənov Nizami Namiq oğlu ilə birlikdə öz şəxsi ehtiyaclarına xərcləmələrini qismən etiraf etmiş, həmçinin bizneslərində problemlərin yarandığını vurğulamaqla ələ keçirdiyi pulları konkret olaraq hansı məqsədlə, hara və necə xərcləməsini ümumiyyətlə sağlam məntiqə uyğun olaraq izah edə bilməmiş, o cümlədən biznes fəaliyyətinin mövcudluğuna dəlalət edən hər hansı dəlil belə təqdim edə bilməmişdir. Əksinə, özünün ifadəsində Dubay şəhərinə guya biznes fəaliyyəti ilə bağlı danışıqlar aparmaq üçün getdiyini, lakin həmin vaxt orada guya bayram tədbirləri ilə əlaqədar iş günü olmadığını (halbuki 15 gün ərzində bayram tətilinin olması inandırıcı deyildir), bu səbəblə hər hansı danışıqlar apara bilmədiyini bildirməsinə baxmayaraq, zərərçəkmiş şəxs2 Dubay şəhərində olarkən adının Şərif olduğunu bildirdiyi şəxslə danışıqlar aparmaqla sərmayələrində hər hansı problem yaranmadığını (hətta işlərin müsbətə doğru irəliləməsini göstərməsi) bildirməsi, eyni vaxtda isə zərərçəkmiş şəxs1 orada həyatda qalmaq üçün minimal pul vəsaiti göndərməsini xahiş etməsi Təqsirləndirilən şəxs fikirlərinin ziddiyyətli olmaqla sağlam məntiqə uyğun olmadığını bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətdə mövcud olmayan biznes fəaliyyəti adı ilə zərərçəkmiş şəxsləri aldatmaqla sonunculara məxsus pul vəsaitlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluqla ələ keçirib özlərinin şəxsi ehtiyaclarına sərf etmələri məhkəmə istintaqı zamanı tam təsdiqini tapdığından qeyd edilən xüsusat işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi (zərərçəkmiş şəxslərə qarşı hər hansı dələduzluq niyyətinin olmaması, o cümlədən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 yalnız 500.000 ABŞ dolları məbləğində pul alması, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən Dubay şəhərində olarkən göndərilən 340 manat pulun ona təmənnasız verilməsi, eləcə də zərərçəkmiş şəxslərdən aldığı bütün pulları Nizami Həsənova göndərməsi, Nizami Həsənovun intihar etməsi ilə əlaqədar özünün də zərərçəkməsi və sair kimi) işin faktiki hallarına uyğun olmayan ifadələri onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaqdan boyun qaçırmaqla təqsiri qabaqcadan əlbir olduğu ibtidai istintaq zamanı ölmüş təqsirləndirilən şəxs qismində tanınmış (sonradan bəraətverici əsaslar olmasdan cinayət işi üzrə icraata xitam verilmiş) Həsənov Nizami Namiq oğlunun üzərinə yıxmaq məqsədi daşıması kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs tütün məmulatlarının biznesi ilə məşğul olmaqla həmin fəaliyyətin genişləndirilməsi məqsədilə təkidlə xarici ölkə ərazisində nümayəndəlik açmaq niyyəti ilə müvafiq danışıqlar aparmasını bildirməsinin məhz Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 qarşısında vəd edilən işin yerinə yetiriləcəyi görüntüsü yaratmaqla etibar qazanması və özünün, eləcə də qabaqcadan əlbir olduğu Nizami Həsənovun cinayətkar məqsədlərinin həyata keçirilməsi üçün vasitə qismində istifadə etməsi kimi qiymətləndirmişdir. Müdafiə tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri tədqiq edildikdə təxminən 150.000 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən hal işin faktiki halları, eləcə də zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 özü tərəfindən də dəfələrlə təqsirləndirilən şəxs (mülki cavabdeh) tərəfindən ona 289.000 manat məbləğində ödəniş edilməsini qəbul etməsi ilə əlaqədar həmin hissədə ödəniş qəbzləri sübut kimi qiymətləndirilməlidir. Lakin müdafiə tərəfi tərəfindən təqdim edilmiş səs yazıları və yazışmaların əldə edilmə mənbəyi, mümkünlüyü və mötəbərliliyinə dair kifayət qədər şübhələr olduğundan həmin sənədlər sübut kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla və işin faktiki halları ilə müdafiə tərəfi tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 555410 (beş yüz əlli beş min dörd yüz on) manat məbləğində pul vəsaitinin ödənilməsi iddiası tamamilə inkar edilməklə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməl üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan birinci instansiya məhkəməsi həmin ifadələrə tənqidi yanaşaraq onları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” ##.##.2021-ci il tarixl,i ** №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ##.##.2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ##.##.2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı ibtidai istintaq orqanı tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı dəfələrlə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən hər hansı bir fiziki və ya psixi təzyiqə və zorakılığa məruz qalmasını bildirməmiş, əksinə ibtidai araşdırmanın ilkin mərhələsində qismən etirafedici izahat verdikdən sonra azadlıqda olmaqla sərbəst olmuş, ölkə hüquqlarını tərk etməyə cəhd edərkən saxlanılmış, sonrakı ifadələrini müdafiə taktikasına uyğun dəyişməsinə baxmayaraq həmin ifadələrində məhkəmə istintaqı zamanı göstərdiyi guya oğlu ilə hədələnməsi nəticəsində ona bildirilən formada əlyazma ilə izahat verməyə məcbur edilməsini qeyd etməmiş, barəsində qapalı məhkəmə iclasında qətimkan tədbiri məsələsi həll edilərkən məhkəməyə guya polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalmasını bildirməsi (həmin təzyiqin nədən ibarət olmasını açmamış) nəticəsində araşdırma aparılmış, lakin Təqsirləndirilən şəxs həmin araşdırma zamanı heç bir polis əməkdaşından şikayət və tələbinin olmadığını, polis əməkdaşları tərəfindən döyülmədiyini və qanunsuz hərəkətlərə məruz qalmadığını göstərmişdir. Həmçinin məhkəmə xüsusilə qeyd etməyi vacib hesab edir ki, Təqsirləndirilən şəxs təkidlə ##.##.2025-ci il tarixli izahatını inkar edərək həmin izahatı tamamilə psixoloji təzyiq altında verdiyini bildirməsinə baxmayaraq, qeyd edilən izahatında törətdiyi cinayət əməlinin mexanizmini bütövlükdə açıqlamaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 sonuncunun qeyd etdiyi məbləğdə deyil, məhz 500.000 ABŞ dolları məbləğində ziyan vurmasını vurğulayaraq özünü qismən təqsirli bilməsi, eyni zamanda həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrində hər iki zərərçəkmiş şəxslə (habelə zərərçəkmiş şəxs1 Basqal kəndində yerləşən evini satıb dəymiş ziyanın qismən ödənilməsini təmin etmiş) danışıb onlara dəymiş ziyanları ittiham həcmində tam şəkildə ödəyərək halallıq alacağını bildirməsi (mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlir vasitəsilə) Təqsirləndirilən şəxs izahatının təzyiq altında verməsini inkar etməklə onun zərərçəkmiş şəxslərdən alınan bütün pulları Nizami Həsənova göndərməklə dələduzluq əməlini törətməməsinə dair iddialarını bir daha şübhə altına almış, bununla belə özünün məsuliyyətini yüngülləşdirməyə cəhd göstərmişdir. Eləcə də, qeyd edilən izahatı verdikdən sonra faktiki azadlıqda olmasına baxmayaraq, ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməsi ilə bağlı hər hansı şəxsə və ya dövlət qurumuna müraciət etməmiş, əksinə ilk fürsətdə ölkə hüdudlarını tərk etməyə cəhd etmiş, lakin ölkə hüdudlarını tərk etməsinə qadağa qoyulduğundan məqsədinə nail ola bilməmişdir. Hökmün 49-cu bəndində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənəd və iş materiallarında olan digər sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra ibtidai istintaq orqanı tərəfindən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Bununla da, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yalnız subyektiv və şəxsi mülahizələrə əsaslanan hər hansı digər sübutla təsdiq olunmayan ifadələlərinə tənqidi yanaşaraq onun ədalət mühakiməsini yanıltmağa yönəlmiş cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 178.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, hazırda apellyasiya baxışı zamanı ona bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, ** saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbyacan Respublikası CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin tələblərinə əməl edilməklə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, ** saylı Qərarında qeyd olunan tövsiyyələr nəzərə alınmaqla təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsi ilə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar