Məhkəmə qərarları › İş №1(3-6)-1183/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1183/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1183/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının hakimlәri - İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi, dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru dövlәt ittihamçısı1 İsmayıl oğlunun vә müdafiәçi - Bakı şәhәri “Yusif Allahverdiyev vә partnyorları” Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, ## #### 1969-cu ildә Şuşa şәhәrindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, evli, ali tәhsilli, әvvәllәr mәhkum olunmuş vә mәhkumluğu ödәnilmәmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şәhәri Xәzәr rayonu Mәrdәkan qәsәbәsi Günәşli sanatoriyası ünvanında yaşamış, ## #### 2026-cı il tarixindә Bakı şәhәrindә vәfat etmiş, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirli bilinmәsinә dair cinayәt işi üzrә qәbul edilmiş Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt İttihamının Müdafiәsi İdarәsinin Bakı Şöbәsinin prokuroru dövlәt ittihamçısı2 tәrәfindәn verilmiş apellyasiya protestinә әsasәn Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında ilkin baxış keçirәrәk müәyyәn etdi: Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı ilә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikasının CM-nin 234.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirli bilinәrәk, cinayәt işinin icraatına Azәrbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddәsinә әsasәn xitam verilmәsi vә barәsindә seçilmiş “başqa yerә getmәmәk barәdә iltizam” qәtimkan tәdbirinin lәğv edilmәsi qәrara alınmışdır. Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarından dövlәt ittihamçısı apellyasiya protesti verәrәk, qәrardan “tәqsirli bilinәrәk” ifadәsinin xaric edilmәsini, maddi sübutlarla bağlı hissәdә cinayәt vә cinayәt-prosessual qanunvericilik normalarının düzgün tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya protesti onunla әsaslandırılmışdır ki, iş üzrә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs aşkar edilәrәk götürülmüş psixotrop maddә metamfetamin maddi sübut kimi tanınmış, lakin mәhkәmә yekun qәrarında maddi sübutla bağlı hәr hansı bir nәticәyә gәlmәmiş, bununla da cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әmәl etmәmişdir. Bundan әlavә, cinayәt işinin icraatına xitam verilmәsi barәdә hazırlıq iclası qәrarının nәticә hissәsindә mәhkәmә Tәqsirlәndirilәn şәxs CM-in 234.1-ci maddәsi ilә tәqsirli bilib ölmәsi әsası ilә barәsindә olan cinayәt tәqibinә xitam vermişdir. CPM-in 299.1ci maddәsinin tәlәbinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Göründüyü kimi, qanun normasının tәlәbinә görә mәhkәmәnin hazırlıq iclasında cinayәt işinә mahiyyәti üzrә baxılmır vә tәqsirlәndirilәn şәxsin tәqsirliliyi mәsәlәsi hәll edilmir. Hazırkı iş üzrә mәhkәmә, hazırlıq iclası qәrarına işin mahiyyәti üzrә hәll edilmәli olan halları ilә bağlı (yәni şәxsin tәqsirliliyi mәsәlәsi ilә bağlı) ifadә qeyd etmәklә hazırlıq iclasında baxılan mәsәlәlәrin dairәsindәn kәnara çıxaraq cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrini kobud şәkildә pozmuşdur. Hәmçinin, mәhkumetmәnin әsasları ilә bağlı CPM-in 44.2-ci maddәsindә qeyd edilmişdir ki, bәraәt hökmü vә ya cinayәt tәqibinә xitam verilmәsi barәdә qәrar çıxarılması üçün müvafiq olaraq bu Mәcәllәnin 42 vә 43-cü maddәlәrindә göstәrilәn әsaslar mövcud olmadıqda, mәhkәmә cәza tәyin etmәmәklә ittiham hökmü çıxarır. Qanun normalarının tәlәbindәn mәlum olur ki, bәraәtverici әsaslar mövcud olmadığı tәqdirdә müdafiә tәrәfi cinayәt tәqibinә xitam verilmәsinә razı deyilsә mәhkәmә prosesi davam etdirilir, nәticәdә tәqsirlәndirilәn şәxsin tәqsirliliyi sübuta yetirilәrsә vә eyni zamanda cinayәt tәqibinә xitam verilmәsinin әsaları mövcud olarsa mәhkәmә hәmin şәxsi tәqsirli bilәrәk ona cәza tәyin etmәmәklә (vә ya tәyin edilmiş cәzadan azad etmәklә) ittiham hökmü çıxarmalıdır. Apellyasiya protestinә ilkin baxılması zamanı dövlәt ittihamçısı apellyasiya protestini müdafiә edәrәk, tәmin edilmәsini xahiş etdi. Mәhkәmә ilkin baxış iclasında iştirak edәn tәqsirlәndirilәn şәxsin müdafiәçisi apellyasiya protestinin dәlillәrinin nәzәrә alınmasını vә әdalәtli qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyası verilmiş apellyasiya protestinin dәlillәrini cinayәt işinin materialları ilә әlaqәli surәtdә hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, apellyasiya protesti tәmin edilmәli, Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә iş birinci instansiya mәhkәmәsindә hazırlıq iclası mәrhәlәsinin keçirilmәsi vә mәhkәmә baxışına tәyin edilmәsi üçün Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Mәhkәmә kollegiyası verilmiş apellyasiya protestinin dәlillәrinә münasibәtdә qeyd edir ki, birinci instansiya mәhkәmәsi hazırlıq iclası qәrarına işin mahiyyәti üzrә hәll edilmәli olan halları ilә bağlı (yәni şәxsin tәqsirliliyi mәsәlәsi ilә bağlı) ifadә qeyd etmәklә hazırlıq iclasında baxılan mәsәlәlәrin dairәsindәn kәnara çıxaraq cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrini kobud şәkildә pozmuşdur. Azәrbaycan Respublikası CPM-nin 299.1-ci maddәsinin tәlәbinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Göründüyü kimi, qanun normasının tәlәbinә görә mәhkәmәnin hazırlıq iclasında cinayәt işinә mahiyyәti üzrә baxılmır vә tәqsirlәndirilәn şәxsin tәqsirliliyi mәsәlәsi hәll edilmir. Lakin, mәhkәmә cinayәt işinin icraatına xitam verilmәsi barәdә hazırlıq iclası qәrarının nәticә hissәsindә Tәqsirlәndirilәn şәxs CM-in 234.1-ci maddәsi ilә tәqsirli bilib ölmәsi әsası ilә barәsindә olan cinayәt tәqibinә xitam vermişdir. Azәrbaycan Respublikası CPM-in 39-cu maddәsindә cinayәt tәqibini istisna edәn halların dairәsi müәyyәn edilmişdir. Hәmin Mәcәllәnin 39.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 39.1.1, 39.1.2 vә 39.2-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda cinayәt tәqibi bәraәtverici әsaslarla xitam verilmiş hesab olunur. Hәmin Mәcәllәnin 43.3-1-ci maddәsinin tәlәbinә әsasәn mәhkәmә baxışının gedişindә cinayәt tәqibinә bu Mәcәllәnin 39.1.5-ci maddәsindә nәzәrdә tutulmuş halda xitam verilmәsinә ölmüş şәxsin hüquqi varisinin, hüquqi varis müәyyәn edilmәdiyi, o cümlәdәn bu Mәcәllәnin 106-1.4-cü maddәsindә nәzәrdә tutulmuş hallarda müdafiәçisinin razılığı ilә yol verilir. Mәhkәmә kollegiyası, hәmçinin qeyd edir ki, mәhkumetmәnin әsasları ilә bağlı CPMin 44.2-ci maddәsindә qeyd edilmişdir ki, bәraәt hökmü vә ya cinayәt tәqibinә xitam verilmәsi barәdә qәrar çıxarılması üçün müvafiq olaraq bu Mәcәllәnin 42 vә 43-cü maddәlәrindә göstәrilәn әsaslar mövcud olmadıqda, mәhkәmә cәza tәyin etmәmәklә ittiham hökmü çıxarır. Qanun normalarının tәlәbindәn mәlum olur ki, bәraәtverici әsaslar mövcud olmadığı tәqdirdә müdafiә tәrәfi cinayәt tәqibinә xitam verilmәsinә razı deyilsә mәhkәmә prosesi davam etdirilir, nәticәdә tәqsirlәndirilәn şәxsin tәqsirliliyi sübuta yetirilәrsә vә eyni zamanda cinayәt tәqibinә xitam verilmәsinin әsaları mövcud olarsa mәhkәmә hәmin şәxsi tәqsirli bilәrәk ona cәza tәyin etmәmәklә (vә ya tәyin edilmiş cәzadan azad etmәklә) ittiham hökmü çıxarmalıdır. Göründüyü kimi, qanunvericilik iş üzrә icraata xitam verilmәsinin әsasları mövcud olsa belә cinayәt tәqibi üzrә icraatın hökm (ittihamedici vә ya bәraәt) çıxarmaqla yekunlaşdırılmasını istisna etmir. Mәhkәmә kollegiyası qeyd edir ki, qeyd olunan hal o zaman baş verir ki, cinayәt tәqibinә xitam verilmәsi üçün әsasların mövcud olmasına baxmayaraq müdafiә tәrәfi ona qarşı irәli sürülmüş ittihamda özünü tәqsirli bilmir vә cinayәt tәqibinә bәraәtverici әsaslar olmadan xitam verilmәsinә razı olmur. Bu vaxt mәhkәmә prosesi davam etdirilir, sübutlar tәdqiq edilir, tәqsir sübuta yetirilәrsә cәza tәyin etmәmәklә ittiham hökmü, sübuta yetirilmәzsә bәraәt hökmü çıxarılmaqla cinayәt tәqibi başa çatır. Hazırkı işin hallarından mәlum olur ki, vәfat etmiş tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ibtidai istintaq zamanı ona qarşı irәli sürülmüş ittihamda özünü tәqsirli bilmiş, mәhkәmә istintaqı zamanı hüquqi varis qismindә tanınmış vәkil cinayәt tәqibi üzrә icraata bәraәtverici әsaslar olmadan xitam verilmәsinә etiraz etmәdiyini qeyd etmişdir. Mәhkәmә cinayәt tәqibinә bәraәtverici әsaslar olmadan xitam versә dә, qәrarın nәticә hissәsindә Tәqsirlәndirilәn şәxs CM-nin 234.1-ci maddәsi ilә tәqsirli bilinmәsi ifadәsini qeyd etmәklә cinayәt mәsuliyyәtindәn azad etmә vә mәhkum etmәnin anlayışı ilә bağlı CPM-in tәlәblәrini kobud şәkildә pozmuşdur. Yәni mәsuliyyәtindәn azad etmә zamanı cinayәt tәqibi qәrar çıxarılmaqla başa çatdığı halda, şәxsi irәli sürülmüş ittihamda tәqsirli bilib ona cәza tәyin etmәmәklә vә ya tәyin edilmiş cәzadan azad etmәklә yekunlaşdırıldığı tәqdirdә iş üzrә artıq ittiham hökmü çıxarılır. Yәni, hazırkı iş üzrә artıq cinayәt tәqibinin davam etdirilmәsinә ehtiyac olmamış, (yәni, tәqsirlәndirilәn şәxs ibtidai istintaq zamanı ona qarşı irәli sürülmüş ittihamda özünü tәqsirli bilmiş, hüquqi varis mәhkәmә zamanı cinayәt tәqibinә bәraәtverici әsaslar olmadan xitam verilmәsinә etiraz etmәdiyini qeyd etmişdir) cinayәt tәqibinә xitam verilmәsinin konkret әsası mövcud olduğu tәqdirdә iş üzrә icraata xitam verilmәsi barәdә qәrarın nәticә hissәsindә onun tәqsirli bilinmәsi ilә bağlı ifadәnin qeyd edilmәsinә ehtiyac olmamışdır. CPM-nin 299.3cü maddәsindә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında baxılmalı olan mәsәlәlәrin dairәsi müәyyәn edilmişdir. Hazırkı iş üzrә mәhkәmә tәrәfindәn qәbul edilmiş hazırlıq qәrarında hәmin halların heç birinә münasibәt bildirilmәmiş, qәrarın tәsviri-әsaslandırıcı hissәsindә yalnız şәxsin tәqsirli olmasına dәlalәt edәn sübutlara istinad etmәklә CPM-nin tәlәblәrini kobud surәtdә pozmuşdur. CPM-nin 300.1.7-ci maddәsinin tәlәbinә әsasәn mәhkәmәnin hazırlıq iclasının nәticәsindә qәbul edilәn qәrarlardan biri dә, cinayәt işi vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materialları üzrә icraata xitam verilmәsi barәdә olan qәrardır. Bundan başqa mәhkәmә kollegiyası onu da qeyd etmәyi zәruri hesab edir ki, Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin hakimi tәrәfindәn ## #### 2026-cı il tarixdә mәrhum Tәqsirlәndirilәn şәxs ailә üzvlәrinә ölmüş tәqsirlәndirilәn şәxsin hüquqi varisi qismindә tanınmaq istәklәrinin olub-olmamaları barәdә mәktub ünvanlansa da, mәktub geri qaytarılmış vә çatdırılmama sәbәbi kimi mәktubdan imtina edilmәsi göstәrilmişdir. Lakin, hәmin mәktubdan imtina edәnin kimliyi, onun mәrhum Tәqsirlәndirilәn şәxs ailә üzvlәrindәn olan şәxsin olub-olmaması müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, iş birinci instansiya mәhkәmәsinә qaytarıldıqdan sonra mәrhum Tәqsirlәndirilәn şәxs ailә üzvlәrinin dairәsi dәqiq müәyyәn olunmaqla, onların ölmüş tәqsirlәndirilәn şәxsin hüquqi varisi qismindә tanınıb-tanınmaması mәsәlәsi dә hәll edilmәlidir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzi tәrәfindәn keçirilmiş mәhkәmә-kimyәvi ekspertizasının ##.##.2026-cı il tarixli, */*** saylı rәyinә әsasәn tәdqiqata tәqdim edilmiş üzәrindә, vәtәndaş Tәqsirlәndirilәn şәxs....» vә s. yazılar, imzalar olan zәrfdәki tәmiz çәkisi 0,293 qram olan ağ rәngli kristallik hissәciklәrdәn ibarәt kustar üsulla hazırlanmış psixotrop maddә-metamfetamindir. Göründüyü kimi, iş üzrә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs aşkar edilәrәk götürülmüş psixotrop maddә metamfetamin maddi sübut kimi tanınmış, lakin mәhkәmә yekun qәrarında maddi sübutla bağlı hәr hansı bir nәticәyә gәlmәmiş, bununla da cinayәtprosessual qanunvericiliyinin tәlәblәrinә әmәl etmәmişdir. Azәrbaycan Respublikası CPM-nin 132.1.1-ci maddәsinin tәlәbinә әsasәn cinayәt tәqibi üzrә icraat başa çatdıqda şәxsin cinayәt törәdilәrkәn istifadә etdiyi alәt vә vasitәlәr (qanuni sahibinә qaytarılmalı olan alәt vә vasitәlәr istisna olmaqla) xüsusi müsadirә olunmalı vә müvafiq tәşkilatlara verilmәli, onların dәyәri olmadıqda isә mәhv edilmәlidir. Hәmin Mәcәllәnin 132.2-ci maddәsinin tәlәbinә әsasәn maddi sübutlar barәdә mәsәlәnin hәlli ilә әlaqәdar cinayәt prosesini hәyata keçirәn orqan cinayәt tәqibi üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxararkәn bu Mәcәllәnin 132.1.4-132.1.7-ci maddәlәrindә müәyyәn edilmiş qaydalara riayәt etmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.4-cü maddәsinә әsasәn, cinayәt qanunu normasının düzgün tәtbiq edilmәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Qeyd olunanları nәzәrә alan mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya protesti tәmin olunmalı, Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә iş birinci instansiya mәhkәmәsindә hazırlıq iclası mәrhәlәsinin keçirilmәsi vә mәhkәmә baxışına tәyin edilmәsi üçün Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 399-cu maddәsini rәhbәr tutaraq qәrara alır: Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt İttihamının Müdafiәsi İdarәsinin Bakı Şöbәsinin prokuroru dövlәt ittihamçısı2 tәrәfindәn verilmiş apellyasiya protesti tәmin edilsin. Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı lәğv edilsin. Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmәkdә tәqsirli bilinmәsinә dair cinayәt işi birinci instansiya mәhkәmәsindә hazırlıq iclası mәrhәlәsinin keçirilmәsi vә mәhkәmә baxışına tәyin edilmәsi üçün Bakı şәhәri Xәzәr Rayon Mәhkәmәsinә qaytarılsın. Bakı şәhәri “Yusif Allahverdiyev vә partnyorları” Vәkil Bürosunun vәkili Müdafiәçi tәrәfindәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 10 (on) saat üçün, cәmi 110 (yüz on) manat dövlәt büdcәsindәn tutularaq Bakı şәhәri “Yusif Allahverdiyev vә partnyorları” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrardan çıxarıldığı vaxtdan bir ay müddәtindә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar