Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1186/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şəmil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 2007-ci ildə Ismayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə, saat 23 radələrində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «Ford Fusion» markalı **-NV- *** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ilə üzü Hövsan qəsəbəsinin mərkəzi istiqamətində saatda 30-35 kilometr sürətlə hərəkətdə olarkən piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş, piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub yolu piyada keçidi vasitəsi ilə sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş nəticədə sonuncunun baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan ən nahiyəsinin əzilmiş yarası, sol dirsək sümüyünün çıxıntısının qapalı sınığı, sol IV və V qabırğaların qapalı sınığı, hər iki bazunun, sol qasıq nahiyəsinin və sağ topuğun iç səthinin yumşaq toxumalarının qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Apellyasiya protestinin dəlilləri: Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, R Dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və daha sonra Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 69.3-cü maddəsinin tələblərini pozaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddəti, hazırkı iş üzrə cəza təyini zamanı nəzərə almayaraq təyin edilmiş cəzadan çıxmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzaların hesaba alınması zamanı cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X2 verilmiş apellyasiya protestinin təmin edilməsini, protestin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini xahiş etdilər. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq ona münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və daha sonra Suraxanı Rayon Polis Idarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.9-cu maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini pozaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddəti, hazırkı iş üzrə cəza təyini zamanı nəzərə almayaraq təyin edilmiş cəzadan çıxmamışdır. Nəticədə tətbiq edilməli cinayət qanunu tətbiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki hüquqi vəziyyət cinayət qanununun tələblərinə cavab vermir və uyğunsuzluq aradan qaldırılaraq məhkum edilmiş şəxsin həbsdə olduğu iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs iş üzrə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1186/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1186/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver