Məhkəmə qərarları › İş №1(3-6)-1192/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1192/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1192/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş şikayətə ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 vəsatət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 1(5-101)- ***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti onunla əsaslandırmışdır ki,hazırki hökmü ##.##.2026-cı il tarixdə əldə etmişdir, hal-hazırda apellyasiya şikayəti vermə müddəti keçdiyi üçün müddətin bərpa edilməsi barədə qərarın çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün müqavilə bağlamamış, bu səbəbdən apellyasiya şikayətinin vermək istəyinin olduğunu ona bildirməmişdir. Sonradan ona bildirəndə o şikayət vermə üçün hazırki mərhələdə müqaviləyə ehtiyacı olmadığını ona izah etmiş və onun apellyasiya şikayəti vermək hüququnun olduğunu ona izah etmişdir. Həmçinin əgər imkanı olarsa apellyasiya icraatında onun iştirakı üçün yenidən müqavilə bağlamaq hüququnu ona izah etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə hökmdən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü hesab edərək müddətin bərpa edilməsini və işin apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsаtəti əsаssız оlduğundаn təmin edilməmişdir. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verib müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı ## ##### 2026-cı il tarixli hökmdən apellyasiya şikayətinin müddət ötürülməklə verildiyini, müddətin bərpa edilməsi üçün isə heç bir üzrlü səbəb və əsasın olmadığını göstərərək, verilmiş apellyasiya şikayətinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müdafiə tərəfi məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkumun müdafiəçisi ərizə göndərərək onun iştirak olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətə müdafiə tərəfinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, hazırki iş üzrə hökm ## ##### 2026-cı il tarixdə qəbul edilmiş, hökmün tam mətni ## ##### 2026-cı il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmiş, elə həmin günü müdafiəçi müdafiəçi1 elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiəçi müdafiəçi1 müddətin bərpa edilməsi barədə ərizəsində hazırki hökmü ## ##### 2026-cı il tarixdə əldə etdiyini qeyd etmişdir. Müdafiəçi müdafiəçi1 sözügedən hökmdən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəni ##.##.2026-cı il tarixdə vermişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 2 aydan da artıq müddət keçmiş və məhkumu bu müddət ərzində apelyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun vəsatətində göstərdiyi hallar apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə məhkum edilməsinə dair ## ##### 2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar