Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1196/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətinin icraata qəbul olunmasından imtina edilməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir Həmin qərardan narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı ərizə verərək tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Xüsusi ittihamçı apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilərək apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 390.6-cə maddəsinə əsasən, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə görə, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 390.4 və 396-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilsin və apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1196/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1196/2026
12.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver