Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1199/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ####### 1992-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xəzər rayon məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli amnistiya qərarının 2.6 bəndinə əsasən cəzadan azad edilmiş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (X1-sədrlik edən hakim) *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində nömrəsiz fərdi yaşayış evinə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə evin hamamının kiçik nəfəslik pəncərəsini sındırma açma üsulu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus qiyməti 5940 manat olan 1 ədəd 33 qram çəkidə boyunbağı, qiyməti 1.800 manat olan 01 ədəd 10 qram çəkidə bilərzik, qiyməti 900 manat olan 01 ədəd 5 qram çəkidə üzük, qiyməti 1.500 manat olan 01 ədəd qadın üzüyü, qiyməti 1.080 manat olan 01 ədəd 6 qram çəkidə üzük, qiyməti 540 manat olan 01 ədəd 3 qram çəkidə üzük, qiyməti 270 manat olan 01 ədəd 1,5 qram çəkidə üzük, qiyməti 360 manat olan 01 ədəd 2 qram çəkidə üzük və qiyməti 7.200 manat olan 40 qram çəkidə boyunbağını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 19,590 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş ziyanın məbləğinə, məhkumun şəxsiyyətinə, ödənilməmiş məhkumluğuna və işin digər hallarına uyğun olmadığından ağırlaşdırılması və həmin maddələrin sanksiyası həddində daha ağır azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü üzrə yaranmış məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkumluğunun ödənilmədiyi halda eyni cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı idi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası göstərilən qanun tələblərinə cavab vermir və törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və işin faktiki haları ilə açıq-aşkar mütənasib deyildir. Belə ki, təqsirləndirilən şəxs özgənin yaşayış evinə qanunsuz daxil olmaqla əvvəlcədən düşünülmüş şəkildə gizli olaraq ümumilikdə 19.590 manat dəyərində qızıl-zinət əşyalarını talamış, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmuşdur. Cinayət yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmiş, zərərçəkmişin əmlak hüquqları ilə yanaşı onun təhlükəsizlik hissinə və ailə həyatının toxunulmazlığına da ciddi xələl gətirmişdir. Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarını müxtəlif şəxslərə satdığını etiraf etmiş, lakin vurulmuş ziyanın könüllü şəkildə ödənilməsi və ya nəticələrinin aradan qaldırılması istiqamətində hər hansı real tədbir görməmişdir. Zərərçəkmiş şəxs də məhkəmə iclasında onu bağışlamadığını, ondan şikayətçi olduğunu və təkrar belə cinayətlərin qarşısının alınması məqsədilə ona ədalətli və daha ciddi cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi bu xüsusata lazımi hüquqi qiymət verməmiş və cəzanın fərdiləşdirilməsi zamanı həmin halı kifayət qədər nəzərə almamışdır. Azərbaycan Respublikası Cinayət Məcələsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsə məhz həmin sanksiyanın ən aşağı həddi olan 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Halbuki işin faktiki halları belə yüngül cəzanın təyin edilməsinə əsas vermir. Belə ki, təqsirləndirilən şəxs yaşayış evinə qanunsuz daxil olmaqla 19.590 manat dəyərində qızıl-zinət əşyalarını talamış, vurduğu ziyanı könülü şəkildə ödəməmiş, oğurlanmış əmlakı müxtəlif şəxslərə satmış, zərərçəkmişi bağışlanılmaz vəziyyətdə qoymuş, habelə əvvəlki məhkumluğu ödənilmədən yenidən eyni xarakterli qəsdən cinayət törətmişdir. Bu halar onun yüksək ictimai təhlükəliliyini və islah olunmamasını göstərir. Belə olan halda məhkəmə tərəfindən sanksiyanın minimum həddində cəza təyin edilməsi Cinayət Məcələsinin 41 və 58-ci maddələrinin tələblərinə uyğun olmayıb, cəzanın fərdiləşdirilməsi prinsipinin düzgün tətbiq edilmədiyini göstərir. Təyin olunmuş cəza nə törədilmiş cinayətin ağırlığına, nə məhkumun şəxsiyyətinə, nə də cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə cavab verir. Bu səbəbdən hökm cəza hissəsində dəyişdirilməli və məhkuma sanksiya hədləri daxilində daha ağır cəza təyin edilməlidir. Hazırkı iş üzrə təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş ziyanın məbləğinə, cinayətin törədilmə üsuluna, məhkumun əvvəlki ödənilməmiş məhkumluğuna və onun şəxsiyyətini səciyyələndirən digər halara münasibətdə açıq-aşkar yüngüldür. Bütün bunlar göstərir ki, birinci instansiya məhkəməsi cəzanın təyini zamanı Cinayət Məcələsinin 41 və 58-ci maddələrinin tələblərini tam şəkildə tətbiq etməmiş, təyin edilmiş cəza isə sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş ziyanın həcminə, məhkumun şəxsiyyətinə və onun ödənilməmiş məhkumluğuna uyğun olaraq ağırlaşdırılması zəruridir. Hökmdən məhkum edilmiş şəxs və müdafiəçi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya baxışı zamanı məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklifi həddində apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini xahiş etmişdir. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü cəza hissəsində dəyişdirilməli, qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, əməlin hüquqi tövsifi mübahisələndirilmir, yalnız cəzanın ağırlaşdırılması xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngül olması qeyd edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən dəymiş ziyanı qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmadığını və məhkumluq müddətində təkrar cinayət törətməsini nəzərə alaraq və sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə minimum həddə, yəni 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda eyni cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozmuşdur. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Məhkəmə zərərçəkmiş şəxsə ziyanın tam ödənilməməsini, zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsdən şikayətçi olmasını, cinayəti təkrar törətməsini, məhkumluq müddətində yenidən cinayət törətməsi faktını şəxsiyyətini mənfi xarakterizə etməsini nəzərə almamış və minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5, 7, 8 və 9-cu maddələrində nəzərdə tutulmuş qanunvericiliyinin əsas prinsiplərinin tələblərini rəhbər tutaraq, hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalət prinsipi naminə artırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, cəza yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına artırılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Güvən” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1199/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1199/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver