Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1203/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kredo vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Namazov Fərid Arif oğlunun sədrliyi ilə, X1 və X2 ibarət tərkibdə) *(***)-****/**** saylı, ##.##.2026-cı il hökmü ilə, ## #### 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2, 326.2-ci və 66.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və məhlumluğu olan, əməllərində cinayətlərin residivi olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(*-**)-**/**** saylı hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla, ona qəti olaraq 07 (yeddi il) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.. Hökmlə, həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Ittiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda mobil telefon əlaqəsi qurduğu istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan Şahin adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 4790,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 01 həbdə 0,04 qram metadon olmaqla qəhvəyi rəngli dairəvi formalı üzərində “Methadone 40” əmtəə göstəricisi olan konvalyutlarda xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan ümumilikdə 123 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 4,92 qram olmaqla külli miqdar təşkil edən metadon tərkibli həbləri əldə edib saxlamaqla daşıyaraq yaşadığı özünə məxsus, lakin heç bir sənədi olmayan ünvan 1 ünvanında yerləşən evə gətirib satış məqsədi ilə hissələrə bölüb həmin ümumi təmiz çəkisi 4790,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 785,0 qram, 1010,0 qram, 995,0 qram, 1055,0 və 945,0 qram olmaqla, 05 ədəd sellofan bükümdə qablaşdırmaqla, bunların 01 ədəd sellofan bükümdə olan 945,0 qram olan külli miqdar hissəsini X7 məxsus olmaqla kredit yolu ilə aldığı “Xəzər” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sağ ön oturacağın ayaq altında satış məqsədi ilə gizlətməklə, eyni zamanda həmin narkotik vasitə qurudulmuş marixuananın qalan cəmi çəkisi 3845,0 qram təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 785,0 qram, 1010,0 qram, 995,0 qram, 1055,0 qram və 945,0 qram olan hissəsini 04 ədəd sellofan bükümdə qablaşdırılmış halda, eyni zamanda 01 həbdə 0,04 qram metadon olmaqla qəhvəyi rəngli dairəvi formalı üzərində “Methadone 40” əmtəə göstəricisi olan konvalyutlarda xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan ümumilikdə 123 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 4,92 qram olmaqla külli miqdar təşkil edən metadon tərkibli həbləri 01 ədəd kisədə qablaşdırılmış halda yaşadığı özünə məxsus, lakin heç bir sənədi olmayan ünvan 2 ünvanında yerləşən evinin həyətindəki hasarın yanında yorğanın altında gizlədərək satış məqsədi ilə saxlamış, ## ###### 2024-cü il tarixdə saat 23:15-də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı həmin ünvanın yaxınlığında istifadəsində olmaqla idarə etdiyi “Xəzər” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olarkən saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya aşkar edilməsə də, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs istifadəsində olan həmin “Xəzər” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman satış məqsədi ilə gizlədib saxladığı 945,0 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə qablaşdırılmış halda həmin avtomobilin salonunda sağ ön oturacağın ayaq altında aşkar edilərək Təqsirləndirilən şəxs götürüldükdən sonra, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 23:44-də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı özünə məxsus, lakin heç bir sənədi olmayan ünvan 3 ünvanında yerləşən evinə onun iştirakı ilə baxış keçirilən zaman evin həyətindəki hasarın yanında yorğanın altında gizlədərək satış məqsədi ilə saxladığı həmin cəmi çəkisi 3845,0 qram olmaqla ayrı ayrılıqda təmiz çəkiləri 785,0 qram, 1010,0 qram, 995,0 qram, 1055,0 qram və 945,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş 945,0 qram narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eynilik təşkil etməklə 04 ədəd sellofan bükümdə qablaşdırılmış halda, eyni zamanda gizlədərək satış məqsədi ilə saxladığı həmin 01 həbdə 0,04 qram metadon olmaqla qəhvəyi rəngli dairəvi formalı üzərində “Methadone 40” əmtəə göstəricisi olan konvalyutlarda xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan ümumilikdə 123 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş metadon təsiredici maddəsinin ümumi miqdarı 4,92 qram olmaqla külli miqdar təşkil edən metadon tərkibli həblər 01 ədəd kisədə qablaşdırılmış halda aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxs özü apellyasiya şikayəti verərək, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini, BNMI-nin əməkdaşları tərəfindən qanunsuz şəkildə saxlanıldığını, saxlanma zamanı döyülməyə və fiziki zorakılığa məruz qaldığını, şərəf və ləyaqətinin alçaldıldığını, bədəninə xəsarət yetirildiyini, protokollarda qeyd olunan bacısı Lalə Atakişiyeva məxsus saxlanıldığı ünvan 3 ünvanında deyil, həmin ünvandan təxminən 3-4 kilometr məsafədə yerləşən atası Əlixan Atakişiyevə məxsus Xəzər rayonu, Binə qəsəbəsindəki yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə aparılaraq orada onun üzərinə və həmin mənzilə baxış keçirildiyini, faktiki olaraq isə bacısı Lalə Atakişiyevanın yaşadığı ünvan 7 ünvanına heç bir baxış aparılmadığmı, həmin hadisələrə bacısı Lalə Atakişiyevanın, bacısının həyat yoldaşı Xeyrulla Əliyevin, qeyri-rəsmi münasibətdə olduğu 'şahid2, eləcə də anası şahid1 şahid olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Lakin məhkəmə əlavə araşdırma aparmaqda maraqlı olmadan Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs ifadəsi əsasında tərəfindən ünvan 5 ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs BNMI-nin əməkdaşları tərəfindən saxlanılarkən baxış keçirilən ünvan Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, döngə 01 ev 04 ünvanı deyil. Çünki cinayət işi materiallarında baxış keçirilməsi protokoluna əlavə edilmiş diskdə olan videogörüntüdə guya V.Mirzəyev küçəsi döngə 01 ev 04 ünvanı olması qeyd edilən yaşayış evi əslində Binə qəsəbəsi yeni yaşayış massivində olan yaşayış evidir. X8 haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X8 subyektinin vəzifələrindən biri də əməliyyat- axtarış tədbirlərinin qanunun tələbləri əsasında həyata keçirilməsidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1ci maddəsinə əsasən, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut kimi qəbul olunur. Lakin o halda sübut qismində qəbul edilir ki, onlar digər sübutlarla ziddiyyət təşkil etməsin.Avropa Məhkəməsi bir sıra qərarlarında polis əməkdaşlarının ifadələrinin qiymətləndirilməsi zamanı onların cinayəti törətməkdə şübhəli bilinən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasında maraqlı tərəf olduqlarını nəzərə almasın vacib oldusun u vurşulamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə Idarəsinin baş müvəkkili, R şahid5 ifadəsində 2024-cü ilin ## ###### tarixində daxil olmuş əməliyyat məlumatı əsasında raport tərtib edilərək əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunduğunu, həmin qərarın idarə rəisi tərəfindən təsdiq edildiyini, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, Təqsirləndirilən şəxs istifadəsində olan “Xəzər” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildən və onun yaşadığı mənzildən külli miqdarda narkotik vasitənin aşkar edilərək götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməliyyat müvəkkilləri şahid4 şahid5 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Tərəfindən verilmiş suallara cavab olaraq hər iki əməliyyat müvəkkili Təqsirləndirilən şəxs saxlanıldığı ünvanı xatırlamadıqlarını, tərəfimdən təqdim edilmiş fotocədvəldə olan fotoünvan 9 ünvanı olmasını xatırlamadıqlarını, Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında şahid2 olmasını xatırlamadıqlarını bildirmişlər. Göründüyü kimi əməliyyat müvəkkilləri əməliyyatın tarixi və saatına qədər xatırladıqları halda iş üzrə zəruri əhəmiyyət kəsb edən halları xatırlamadıqlarını bildirərək məqsədyönlü suallardan yayınmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid2 ifadəsində Təqsirləndirilən şəxslə qeyri-rəsmi münasibətdə olduğunu, ## ###### 2024-cü il tarixdə axşam saatlarında ünvan 6 ünvanında yaşayan bacısı Lalə Atakişiyevanın övladının xəstə olması ilə əlaqədar dərman vasitəsi vermək məqsədilə Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı evə getdiklərini, yaşayış evinin həyətinin qarşısında gözləyərkən Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı avtomobilə tanımadığı şəxslərin əvləsdiklərini, onun ağzını tutduqlarını, qısa müddət sonra Təqsirləndirilən şəxs yeznəsi Xeyrulla ilə birlikdə evdən çıxarkən onu saxladıqlarını, gözü qarşısında Xeyrulla və Tahirin vəhşicəsinə ’ döyüldüyünü, bədən səthinə xəsarət yetirildiyini, zorla avtomobilə əyləşdirilib Tahirin atası Əlixan Atakişiyevə məxsus evə gətirildiyini, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı etiraf xarakterli ifadə verməyə məcbur edildiyini, Tahirin bununla razılaşmadığını, bundan sonra orada da döyüldüyünü, hava yağmurlu olduğu üçün Tahirin paltarlarının palçıq içində olduğunu, daha sonra onun özünün də Tahirlə birlikdə həbs ediləcəyini, həmilə olduğunu üçün qorxduğunu, təzyiq və hədələrə dözməyən Tahirin polislərin qanunsuz tələbi ilə razılaşdığını, bundan sonra Tahirin ata evinə narkotik vasitə yerləşdirildiyini və çəkiliş aparıldığını bildirmişdir. şahid2 ona verilən suallara cavab olaraq videoçəkilişlə baxış keçirilən evin ünvan 6 ünvanı olmadığını, Təqsirləndirilən şəxs həmin ünvanda saxlanılsa da, baxışın ata evi olan Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində olan yaşayış evində keçirildiyini, həmin evlər arasında kifayət qədər məsafə olduğunu, narkotik vasitənin yaşayış evinə sonradan qoyulduğunu, baxış zamanı özünü də orada olduğunu, tərəfimdən təqdim edilən fotoünvan 10 ünvanı olduğunu bildirmişdir. Həmin xüsusatlar məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilsə də, təəssüflər olsun ki, məhkəmə tərəfindən formal əsaslarla rədd edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Xəzər Rayon Icra Hakimiyyəti Başçısının Binə qəsəbəsi Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşı məhkəmə istintaqı dövründə şahid qismində dindirilmiş və ifadəsində o da Vaqif Mirzəyev küçəsi, döngə 1, ev 4 ünvanının Lalə Atakişiyevaya məxsus olduğunu, Təqsirləndirilən şəxs həmin edvdə yaşamadığını, onun həmin ünvandan təxminən 3-4 km məsafədə yerləşən Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində yaşadığını bildirmişdir. Məhkəmə iclasında tərəfimdən təqdim olunmuş fotoünvan 8 ünvanı olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı yaşayış evinə baxış keçirilməsi haqqında protokla əlavə edilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilmiş və həmin görüntüdə olan yaşayış evinin Vaqif Mirzəyev küçəsi, döngə 1, ev 4 ünvanı olub-olmadığı sual edilərkən nümayəndəliyin əməkdaşı həmin yaşayış evinin Vaqif Mirzəyev küçəsi, döngə 1, ev 4 ünvanı olmadığını bildirmişdir. Buradan tam şəkildə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında saxlanılsa da, o, atasına məxsus yaşayış evinə aparılaraq baxış istintaq hərəkəti həmin ünvanda keçirilmişdir. Yəni şəxsin saxlanıldığı yerlə baxış keçirildiyi yer arasında kifayət qədər məsafə vardır və videogörüntüdə baxış keçirilən ünvan ünvan 6 ünvanı deyildir. Belə olan halda sual yaranır ki, əgər keçirilmiş əməliyyat axtarış tədbiri və baxış saxtadırsa, şəxsin saxlanıldığı yerlə, baxış keçirildiyi yer arasında ziddiyyət varsa, həmin əməliyyat tədbiri və onun əsasında toplanmış sübutlar necə mötəbər qəbul edilə bilər? Ittiham tərəfinin videogörüntü ilə baxış keçirib təqdim etdiyi ünvan 4 ünvanı əslində həmin ünvan deyil. Videogörüntü ilə baxış keçirilən ünvanla V.Mirzəyev küçəsi döngə 01 ev 04 ünvanı arasında 3,5 km məsafə vardır. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət işi materiallarında olan çox ciddi pozuntulardan biri də Təqsirləndirilən şəxs guya idarə etdivi avtomobildən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin çəkisi ilə bağlıdır. Belə ki, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarda Tahir • Atakişiyevin üzərindən aşkar olunduğu iddia edilən narkotik vasitənin ümumi təmiz çəkisi 4900 qram göstərilmişdir. Eyni zamanda məhkəmə-kimyəvi ekspertiza rəyində də həmin narkotik vasitənin ümumi çəkisi 4790 qram olaraq qeyd olunmuşdur. Lakin ## ###### 2024-cii il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinə baxışın, eləcə də onun avtomobilinə və yaşayış sahəsinə baxışın keçirilməsinə dair” protokolda narkotik vasitənin ümumi çəkisi 4230 qram göstərilmişdir. Narkotik vasitənin çəkisində olan kəskin fərq (560 qram) iş üzrə araşdırmanın əsaslı, qanuni və düzgün şəkildə aparılmadığmı bir daha sübut edir. Müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs verilmiş ittihamı qətiyyətlə rədd edirik. Ancaq Istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən hansı miqdarda narkotik vasitə aşkar edildiyini müəyyən etmədən ona ittiham verərək cinayət məsuliyyətinə cəlb etmiş, məhkəmə isə əlavə araşdırma aparmaqda maraq göstərmədən ittiham tərəfinin mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.2 maddəsinə əsasən, ekspert rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılarkən fiziki təzyiq və işgəncəyə məruz qalması, döyülərək bədən səthinə xəsarət yetirilməsi və bununla bağlı sol qabırğa payı üzərində gözlə aşkar şəkildə görülə bilən şişkinliyin olması əsas gətirilərək iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə tibb ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə prokurorluq orqanı tərəfindən ekspertiza keçirilməsini əsas gətirib həmin vəsatəti rədd etmişdir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı almış olduğu həmin xəsarətlə bağlı cərrahi əməliyyat keçirmişdir. Lakin bu hal da məhkəməni maraqlandırmamışdır. Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Təqsirləndirilən şəxs adından tərtib edilmiş etiraf xarakterli ifadə də göstərilir ki, guya yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni bir neçə gün əvvəl Cəlilabad rayonundan əldə etmişdir. Lakin sonuncunun istifadəsində olan mobil telefon nömrəsinin antenn əhatə dairəsi haqqında məlumatlar və həmin nömrəyə daxil olan və çıxan zənglər, sms mətnləri müvafiq mobil operatordan götürülmüş və mobil telefon nömrəsinin antenn əhatə dairəsinin trayektoriyasına və hərəkətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs son 06 ay ərzində yalnızca Bakı şəhərində olmuş, heç bir rayona getməmişdir. Ancaq həmin xüsusata da məhkəmə tərəfindən qiymət verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək şikayətlərin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi əməlin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsii ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin tövsif edilməsi, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməsi qənaətinə gələrkən digər sübutlarla yanaşı onun ibtidai araşdırma zamanı vermiş ifadələrə əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırıma zamanı vermiş olduğu ifadələrdən göründüyü kimi, o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmiş, ittihamın məzmununa oxşar ifadələr vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsini dəyişmiş, səbəb kimi ilkin ifadəsini verərkən təziqlərə məruz qalmasını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin qərarın 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Təqsirləndirilən şəxs özü döyüldüyünü, hədələndiyini bildirmiş, birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid1 Kazım qızı Təqsirləndirilən şəxs həyətdə polis əməkdaşları tərəfindən döyülərkən bunu hər kəsin gördüyünü göstərmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, polis əməkdaşları Tahiri güclü şəkildə döymüşdür. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasının ##.##.2025-ci il tarixli, 3- **-**-**/*-*** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024- cü il tarixdə həmin təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilən zaman xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkarlanmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluğa yol verilməsi müəyyən edilmədiyi üçün CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu məsələ təqsirləndirilən şəxs, onun müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamışdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları, ifadəsini dəyişməsinin səbələrini nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini işdə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri inandırıcı, işin hallarına uyğun hesab edir, həmin ifadəsinin iş materiallarında olan digər sübutlarala uzlaşdığını nəzərə alaraq həmin ifadələri əsas götürür. Göründüyü kimi, Təqsirləndirilən şəxs döyülməsi, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı dəlilləri əsassız olmaqla təkzib edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Əvvəla, bu hal, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələri ilə uzlaşmır. Çünki, o, həmin ifadələrində narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi, bunun sübuta yetirilməməsi iddialarına gəldikdə bu dəlili də iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. CM-in 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda işdə olan “Diskə baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair “xxxx” MMCdən daxil olmuş 01 ədəd CD diskə baxış zamanı ##.##.2024-cü il tarixdə saat 10:40-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “salam Tahir mənəm Mahir *** *** ** ** Tahir babadı bundan əlaqə saxla de ki 1 karopka ot bide 3 qram koku 6 qram qara rosen deyir versin, olmasa özünde olsa yaxs”, ##.##.2024-cü il tarixdə saat 23:03-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “qaqashım sene bugun dese ki 1 dene verz..! hemin 1 deneni saxla ozunde sabah gunduz chatdrarsan Hövsana. Ok. Men yatdım” məzmununda yazının gəlməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 121- 123) Müdafiə tərəfinin irəli sürdüyü digər dəlillər də məhkəmə tərəfindən hərtərəfli araşdırılmışdır. Belə ki, əməliyyat-axtarış tədbirinin ## ###### 2024-cü il tarixdə saat 21 radələrində keçirildiyinə dair iddia yalnız təqsirləndirilən şəxsin şifahi ifadəsi ilə əsaslandırılmış, lakin cinayət işinin materialları, o cümlədən saxlama protokolu ilə təsdiqini tapmamışdır; əksinə, iş materiallarından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin gün saat 23:15 radələrində saxlanıldığı müəyyən olunur, bu da müdafiə tərəfinin vaxt barədə iddiasının sənəd dövriyyəsi ilə ziddiyyət təşkil etdiyini göstərir. Eynilə, tədbirdə altı nəfərin iştirak etdiyi iddiası da iş materialları ilə təsdiqini tapmır - sənədli sübutlarla əməliyyat müvəkkili qismində yalnız üç nəfərin iştirak etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin bildirdiyi kimi, əvvəlcə bacısının evinin qarşısında saxlanıldığı, sonradan isə baxışın anasının yaşadığı evdə keçirildiyi iddiası obyektiv sənəd təsdiqindən məhrum olaraq qalır. Bununla belə, məhkəmə nəzərə alır ki, bu dəlili irəli sürən üç şəxsin (təqsirləndirilən şəxs, anası və yanındakı qadın) hər biri artıq yuxarıda qeyd olunan zorakılıq iddiası baxımından da inandırıcılığı sual altına alınmış şəxslərdir, bu da onların ünvana dair ifadələrinin də eyni mənbədən, yəni müdafiə mövqeyini gücləndirmək məqsədindən qaynaqlandığı ehtimalını gücləndirir. Həmin şəxslərin məhkəmədə verdiyi ifadələr mötəbər hesab olunmur. Bu zəmində, ünvanla bağlı dəlil tək başına, obyektiv sənəd dəstəyindən məhrum subyektiv iddia olaraq, ittiham tərəfinin sübutlarının mötəbərliyinə xələl gətirə bilməz. Həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 da məhkəmədə verdiyi ifadəsi işin hallarına uyğun gəlmədiyindən, müdafiə tərəfinin iddiasını möhkəmləndirə bilmədiyindən, mötəbər hesab edilmir. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, CPM-in cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətlərin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi cəza təyin edərkən onun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, əməlində cinayətlərin residivini ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsin sanksiyaları daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Kredo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1203/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1203/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver