Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1211/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə İrzəvan qızının, zərərçəkmiş şəxs Ədliyyə Nazirliyinin nümayəndəsi Şəkinski (Hacıyev) Aslan Nüsrət oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas oğlunun iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi ilə) ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs (## #### 1968-ci ildə Sabirabad rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X16” Fondunun prezidenti vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 15 (on beş ) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Hökmlə, qətimkan tədbiri, maddi sübut, məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək qanunla qorunan mənafelərə vahid niyyətlə mühüm zərər vurmuşdur. Belə ki, o, ##.##.1996-cı il tarixdə təsis edilərək zərərçəkmiş şəxs2 tərəfindən dövlət qeydiyyatına alınmış “X16” Fondunun həmin tarixdən prezidenti vəzifəsində işləyərkən qeyd olunan Fondun ## ###### 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnaməsinə (ikinci redaksiyada) əsasən məqsədləri İkinci Dünya Müharibəsi, Əfqanıstan və başqa xarici ölkələrin ərazilərində xidməti vəzifələrini yerinə yetirib hərbi əməliyyatlarda iştirak edərkən əlil olmuş Azərbaycan Respublikası vətəndaşlarına qarşı insansevər və məsuliyyətli münasibətin formalaşması, ictimaiyyəti əlillərin sağlamlığının qorunmasına cəlb edərək yaralanma və ya başqa xəsarət üzündən əmək qabiliyyətini itirmiş, maddi yardıma ehtiyacı olan əlillərin müalicə və fiziki vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmək, X16in sosial və tibbi problemlərin həllinə köməklik edilməsinə və psixoloji, fiziki maneələri aradan qaldırılması istiqamətində Səhiyyə, Sosial təminat şöbələrinin və bələdiyyələrin əməkdaşları ilə sıx əməkdaşlıq etmək, X16in problemlərinin həll edilməsi istiqamətində hüquqi, mənəvi dəstək verərək onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsində yardımçı olmaq, əlil insanlarla bağlı fəaliyyət göstərən X11 ilə əməkdaşlıq edərək qayğını artırmaq, Fond üzvlərinin müstəqil Azərbaycanın səadəti üçün potensiallarından səmərəli şəkildə istifadə etmək olan, hüquqları müqavilə və sazişlər bağlamaq, sifarişlər qəbul etmək, ölkə daxilində və onun hüquqlarından kənarda filial və nümayəndəliklər açmaq, müxtəlif təşkilatlara üzv olmaq, beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq, banklarda hesablar açmaq və hesablaşmalar aparmaq, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri təsis etmək, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək olan Fondun prezidenti qismində Nizamnaməyə əsasən X9 ilə razılaşdırmaqla Fondun vəsaiti üzərində sərəncam vermək, Fondun İdarə aparatının işçilərini işə qəbul etmək və işdən azad etmək, Fondun Baş mühasibi və Fondun proqramlarının direktorları və əlaqələndirici vəzifəsinə namizədlər barədə fondun idarə heyətinə təkliflər vermək, X9 razılığını almaqla Fondun adından müqavilələr bağlamaq, təsdiq olunmuş layihələrin həyata keçirilməsini təşkil etmək, Fondun vəsaitlərinin xərclənməsi barədə hesabatlar hazırlamaq və X9 təsdiqinə vermək, Fondun proqramlarının yerinə yetirilməsi vəziyyəti barədə X9 müəyyən etdiyi qaydada və müddətlərdə vaxtaşırı hesabatlar vermək kimi təşkilatisərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə yəni, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndində Azərbaycan Respublikasının ordenlərinin və həmin Qanunun 2-ci bəndində Azərbaycan Respublikasının medallarının dəqiq siyahısı müəyyən edildiyi halda, hər bir orden və hər bir medalın əsasnaməsinin Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilməsini və həmin Qanunun tətbiqi barədə Fərmanlarda, xüsusilə də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən həmin siyahılarda qeyd edilən orden və medalla təltif etmə səlahiyyətinin mərkəzi icra hakimiyyəti orqanına aid olduğu halda, eyni zamanda “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü bəndinə əsasən orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, həmin Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməməsi barədə, “Qeyri- Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 13.3-cü maddəsinə əsasən Qeyri-Hökumət Təşkilatları tərəfindən dövlət orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyi barədə tələbləri kobud surətdə pozaraq, xidməti otaq kimi istifadə etdiyi ünvan 2 ünvanında yerləşən “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Səbail rayon təşkilatının inzibati binasındakı otaqda özünə müraciət etmiş ayrıayrı şəxslərə müəyyən pul vəsaiti qarşılığında və ya digər şəxsi və sair niyyətlə Rusiya Federasiyası, Ukrayna və ya Belorusiya Respublikalarında fəaliyyət göstərən İctimai Birliklər tərəfindən təsis edilmiş müxtəlif növ orden, medal və döş nişanlarını verilməsini təmin edərək qanunsuz hərəkətlərini həyata keçirmək məqsədilə səlahiyyətinə aid olmadığı halda şahid7 qanunsuz olaraq “İctimai Asayişin Qorunmasında fərqlənməyə görə” adlı medalı, qanunsuz olaraq “Fəhlə-X7 və FəhləKəndli Qırmızı Donanmasının 100 illiyi” adlı medalı, ## ###### 2020ci il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “Döyüş əməliyyatlarının və lokal münaqişələrin iştirakçısı adlı medalı, ## #### 2019-cu il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “Vətən müdafiəçisi” adlı medalı, ## #### 2024-cü il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “X4” adlı ordeni ## ### 2024-cü il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “SSRİ Qvardiya” adlı ordeni, bundan başqa qanunsuz olaraq “X18 çıxarılmasının 35 illik yubiley” medalını şahid6, İskəndərov Rasim Firudin oğluna, şahid2 və X2 ## ###### 2024-cü il tarixli vəsiqələr əsasında, qanunsuz olaraq “40-cı ordunun Əfqanıstanda tapşırıqları yerinə yetirməsinin 30 illik yubiley” medalını şahid4 və şahid3, qanunsuz olaraq “40-cı ordunun Əfqanıstandan çıxarılmasının 35 illik yubiley medalım” şahid1 təqdim edib, müharibədə iştirak edən şəxslərin sosial və hüquqi müdafiəsinin təmin edilməsi, həmin şəxslərin fiziki və ruhi sağlamlıqları üçün şərait yaradılması, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosiai xidmətlər göstərilməsi, veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi sahəsində dövlətin apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq zərərçəkmiş şəxs1, həmçinin qeyri-kommersiya hüquqi şəxslərin, dövlət qeydiyyatını və reyestrini aparan, qeyri-kommersiya hüquqi şəxslərin nizamnamələrini dövlət qeydiyyatına alan, həmin hüquqi şəxslərin nizamnaməyə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət edən zərərçəkmiş şəxs2 qanunla qorunan mənafelərinə vahid niyyətiə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1986-1988-ci illərdə Sovet qoşunlarının tərkibində Əfqanıstan müharibəsində hərbi xidmət keçmişdir. ## ###### 1996-cı il tarixdən zərərçəkmiş şəxs2 tərəfindən dövlət qeydiyyatına alınmış X16 Fondunun Prezidenti vəzifəsində fəaliyyət göstərir. 30 ildən artıq müddətdə Azərbaycan Respublikasının maraqlarını MDB ölkələrində keçirilən beynəlxalq veteran tədbirlərində təmsil etmiş, ölkənin nüfuzunun yüksəldilməsi istiqamətində fəaliyyət göstərmişdir. Bu tədbirlərdə iştirak etdiyi dövrdə MDB məkanında fəaliyyət göstərən veteran təşkilatları tərəfindən Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümləri münasibətilə yubiley döş nişanları hazırlanır və müharibə iştirakçılarına təqdim edilirdi. O da həmin tədbirlərdə iştirak edərkən Azərbaycandan olan, Əfqanıstan müharibəsində həqiqətən iştirak etmiş bir neçə veteran üçün ayrılmış yubiley döş nişanlarını təşkilatçılardan qəbul edərək Azərbaycana gətirmiş və onları həmin şəxslərə təqdim etmişdir. İttihamın əsassızlığı iş materiallarından görünür ki, ona qarşı irəli sürülən ittihamın əsasını guya bu yubiley döş nişanlarının təqdim edilməsinin Azərbaycan Respublikasının və Ədliyyə Nazirliyinin qanunla qorunan mənafelərinə zərər vurması təşkil edir. Lakin bu nəticə hüquqi baxımdan tamamilə əsassızdır. O, heç vaxt heç bir medal, orden və ya dövlət təltifi təsis etməmiş, heç bir dövlət mükafatı hazırlamamış, heç bir saxta dövlət təltifi istehsal etməmiş, heç bir şəxsi dövlət mükafatı ilə qanunsuz təltif etməmiş, yalnız xarici veteran təşkilatları tərəfindən hazırlanmış və həmin təşkilatların adından təqdim olunmuş yubiley döş nişanlarını onların razılığı ilə Azərbaycana gətirmişdir. Bu hərəkətin hansı hüquqi əsasla dövlətin qanunla qorunan mənafeyinə zərər vurduğu hökmdə əsaslandırılmamışdır. Dünyanın əksər dövlətlərində, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Moldova, Özbəkistan və digər ölkələrdə veteran birlikləri müxtəlif yubiley nişanları və xatirə döş nişanları hazırlayır və təqdim edirlər. Bu cür yubiley nişanları dövlət təltifi hesab edilmir və beynəlxalq veteran hərəkatının uzun illər formalaşmış ənənəsidir. Azərbaycanda da müxtəlif kolleksiya və xatirə xarakterli döş nişanlarının açıq satışda olması bunu təsdiq edir. Belə olduğu halda onun yalnız həmin yubiley nişanlarını müharibə veteranlarına çatdırmağının cinayət əməli kimi qiymətləndirilməsi hüquqi baxımdan əsaslandırılmamışdır. O, uzun illər Azərbaycan dövlətinə sədaqətlə xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı da daxil olmaqla müxtəlif dövlət təltiflərinə layiq görülmüşdür. Otuz ildən artıq ictimai fəaliyyəti dövründə veteranların sosial müdafiəsi və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində çalışmışdır. Birinci instansiya məhkəməsinin hökmü onun uzun illər ərzində qazandığı nüfuza və dövlət qarşısındakı xidmətlərinə ciddi xələl vurmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi İlyas oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ədliyyə Nazirliyinin nümayəndəsi Şəkinski (Hacıyev) Aslan Nüsrət oğlu apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Hüseynova-Zeynalova Səkinə İrzəvan qızı apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və həmin Məcəllənin normalarının düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələbini CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Təqsirləndirilən şəxs ona bəraət verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 309.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr cinayət prosesi tərəflərinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 309.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Müdafiə tərəfi apellyasiya şikayətində Təqsirləndirilən şəxs bəraət verilməli olmasını iddia etməklə bunu heç bir medal, orden və ya dövlət təltifi təsis etməməsi, heç bir dövlət mükafatı hazırlamaması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, “X16” Fondu ##.##.1996-cı il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, Təqsirləndirilən şəxs həmin tarixdən fondun prezidenti vəzifəsində işləmişdir. “X16” Fondunun ikinci redaksiyada nizamnaməsi ## ###### 2009-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Nizamnaməyə əsasən fondun məqsədləri ictimayyəti əlillərin sağlamlığının qorunması işinə cəlb edərək, yaralanma və ya başqa xəsarət üzündən əmək qabiliyyətini itirmiş, maddi, yardıma ehtiyacı olan əlillərin müalicə və fiziki vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmək, X16in sosial və tibbi problemlərin həllinə köməklik edilməsinə və psixoloji, fiziki maneələri aradan qaldırılması istiqamətində Səhiyyə, Sosial təminat şöbələrinin və bələdiyyələrin əməkdaşları ilə sıx əməkdaşlıq etmək, X16in problemlərinin həll edilməsi istiqamətində hüquqi, mənəvi dəstək verərək onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsində yardımçı olmaq, əlil insanlarla bağlı fəaliyyət göstərən X8 ilə əməkdaşlıq edərək qayğını artırmaq, fond üzvlərini müstəqil Azərbaycanın səadəti üçün onların potensialarından səmərəli şəkildə istifadə etməkdən və cəmiyyətdə ümumbəşər dəyərlərin möhkəmlənməsindən ibarətdir. Fondun vəzifələri fond iqtisadi və sosial proqramlar hazırlayıb həyata keçirmək, öz vəzifələrinə uyğun olan tədbirlərin birlikdə hazırlayıb yerinə yetirməsində iştirak etmək üçün hökumət və X11 eləcədə komersiya müəsissələri ilə əlaqələr yaradır və bu əlaqələri davam etmək, əlillərin hüquq və imtiyazlarının qorunması istiqamətində məsləhətlər vermək və bu sahədə elmi-metodik tədbirlər keçirdərək onlara yardım etmək, əlillərin sağlam həyat tərzi keçirməsinin vacibliyi barədə maarifçilik işləri aparmaq, imkansız əlillərin toy şənliklərinin keçirilməsinə maddi yardım etmək, əlillərə kömək məqsədi ilə xeyriyyə konsertləri, aksionları və digər tədbirləri təşkil etmək, ehtiyacı olan, valideyn himayəsindən məhrum olunmuş, kimsəsiz, fiziki, qüsurlu uşaq, yeniyetmələrə geyim, məişət əşyaları ilə təmənnasız təmin olunması və digər yardımın göstərilməsini təşkil etmək və onların sosial problemlərinin həllində yardımçı olmaq, əlillərin mənafeyi, hüquq və imtiyazlarının qorunması məsələləri ilə əlaqədar təkliflər hazırlayıb dövlət və qeyri-hökumət təşkilatları qarşısında irəli sürmək, əlillərin mənafeyi, hüquq və imtiyazlarının qorunması məsələləri ilə əlaqədar dövri mətbuatda, radio və televiziya vasitələrində işıqlandırmaq, əlillərin problemləri ilə əlaqədar elmi araşdırmaların aparılmasını təşkil etmək, əlillərin problemləri ilə əlaqədar elmi araşdırmaların aparılmasını təşkil etmək, əlillərin psixoloji və ictimai uyğunlaşması və fəallaşması (reabilitasiyası) ilə əlaqədar metodik mərkəzlərin yaradılmasını təşkil etmək, əlillərin mənafeyi, hüquq və imtiyazlarının qorunması ilə əlaqədar müxtəlif layihələr hazırlayıb həyata keçirmək, fondun üzvü olan və zəruriyət yaranarsa imkansız əlillərin fondun imkanları daxilində ölkə xaricindəki tibbi müalicə ocaqlarına göndərilməsini təşkil etməkdən ibarətdir. Fondun hüquqları müqavilə və sazişlər bağlamaq, sifarişlər qəbul etmək, ölkə daxilində və onun hüdudlarından kənarda filial və nümayəndəliklər açmaq, müxtəlif təşkilatlara üzv olmaq, beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq, banklarda hesablar açmaq və hesablaşmalar aparmaq, elmi müzakirələr, simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər keçirmək, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri təsis etmək, elmi-kütləvi ədəbiyyat, toplular, kitablar və jurnallar nəşr etmək, Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq etmək, Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş digər hüquqlardan istifadə etməkdən ibarətdir. Göründüyü kimi, nizamnamədə fondun məqsədləri, vəzifələri və hüquqları konkret olaraq qeyd olunmuş, müxtəlif növ orden, medal və döş nişanlarını verilməsini və təsis edilməsi ilə bağlı müddəalar olmamışdır. CM-in 308-ci maddəsinə qeydinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:
1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, R və ya R olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;
3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;
4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;
5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;
7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən arbitrlər, xarici andlı iclasçılar. Təqsirləndirilən şəxs “X16” Fondunun sədri olmaqla CM-in 308-ci maddəsinə qeydinə əsasən qeyri-kommersiya təşkilatının rəhbəri kimi vəzifəli şəxs olmuşdur. Şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs onları müxtəlif medallar ilə təltif etmişdir. Şahid şahid7 həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsindəki ifadəsində Təqsirləndirilən şəxs ona medalları pul ilə satdığı bildirmişdir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, vəzifəli şəxsin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş olur. Cinayətin obyekti dövlət və yerli özünüidarə orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərini aşmanın obyektiv cəhəti üç zəruri əlaməti özündə əks etdirir: vəzifə səlahiyyətlərini aşmada ifadə olunan hərəkətlər; fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə; əməllə nəticə arasında səbəbli əlaqənin olması. Bu cinayətin obyektiv cəhətinə daxil olan əməl vəzifəli şəxsin öz səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsində ifadə olunur. Burada, vəzifəli şəxsin başqa vəzifəli şəxsin səlahiyyətinə aid olan hərəkətləri etməsi; vəzifəli şəxsin yalnız xüsusi hallarda, qanunda və ya qanun qüvvəli aktlarda göstərilən hallarda etməli olduğu hərəkətləri adi halda etməsi; kollegial orqanın etmək hüququ olduğu hərəkətləri vəzifəli şəxsin təkbaşına etməsi; vəzifəli şəxsin heç kimin və heç bir halda etmək hüququ olmayan hərəkətləri etməsi. Hazırkı halda, Təqsirləndirilən şəxs müxtəlif növ orden, medal və döş nişanlarını verilməsini təmin edərək qanunsuz hərəkətlərini həyata keçirmək məqsədilə səlahiyyətinə aid olmadığı halda şahid7 qanunsuz olaraq “İctimai Asayişin Qorunmasında fərqlənməyə görə” adlı medalı, qanunsuz olaraq “Fəhlə-X7 və FəhləKəndli Qırmızı Donanmasının 100 illiyi” adlı medalı, ## ###### 2020-ci il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “Döyüş əməliyyatlarının və lokal münaqişələrin iştirakçısı adlı medalı, ## #### 2019-cu il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “Vətən müdafiəçisi” adlı medalı, ## #### 2024-cü il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “X4” adlı ordeni ## ### 2024-cü il tarixli vəsiqə əsasında, qanunsuz olaraq “SSRİ Qvardiya” adlı ordeni, bundan başqa qanunsuz olaraq “X18 çıxarılmasının 35 illik yubiley” medalını şahid6, İskəndərov Rasim Firudin oğluna, şahid2 və X2 ## ###### 2024-cü il tarixli vəsiqələr əsasında, qanunsuz olaraq “40-cı ordunun Əfqanıstanda tapşırıqları yerinə yetirməsinin 30 illik yubiley” medalını şahid4 və şahid3, qanunsuz olaraq “40-cı ordunun Əfqanıstandan çıxarılmasının 35 illik yubiley medalım” şahid1 təqdim etmiş, müharibədə iştirak edən şəxslərin sosial və hüquqi müdafiəsinin təmin edilməsi, həmin şəxslərin fiziki və ruhi sağlamlıqları üçün şərait yaradılması, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosiai xidmətlər göstərilməsi, veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi sahəsində dövlətin apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq zərərçəkmiş şəxs1, həmçinin qeyri-kommersiya hüquqi şəxslərin, dövlət qeydiyyatını və reyestrini aparan, qeyri-kommersiya hüquqi şəxslərin nizamnamələrini dövlət qeydiyyatına alan, həmin hüquqi şəxslərin nizamnaməyə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət edən zərərçəkmiş şəxs2 qanunla qorunan mənafelərinə vahid niyyətiə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə kollegiyası razılaşır ki, təhlil edilən cinayət maddi tərkib vasitəsilə ifadə olunmuşdur. Cinayətin başa çatması üçün fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət ictimai təhlükəli nəticə mövcud olmalıdır. Burada nəzərdə tutulmuş mühüm zərər qiymətləndirilən anlayışdır və real maddi ziyan mənəvi və ya fiziki zərər, yaxud başqa maddi və ya qeyri-maddi formada mövcud ola bilər ki, hazırkı iş üzrə zərər mühüm olmaqla qeyri-maddi formada mövcud olmuşdur. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərini aşdığını dərk etmiş, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuracağını qabaqcadan görmüş və bu hərəkətləri törətməyi arzu etmiş, bu nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə onun ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 309.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 309.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 309.1-ci maddəsinin sanksiyasın daxilində aşağı həddə islah işləri cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 309.1-ci maddəsi ilə məhkum edilməsinə dair *(*- ***)-*/**** saylı, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 309.1-ci maddəsi ilə məhkum edilməsinə dair *(*-***)-*/**** saylı, ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas oğlu tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin