Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1217/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı (bundan sonra – Xüsusi ittihamçı) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Xüsusi ittihamçı verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X2) Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsi və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittihamçı həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsini və xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Xüsusi ittihamçı apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında verdiyi şikayət əsaslı olduğuna və iş materiallarında buna dair sübutlar mövcud olduğuna görə birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında Xüsusi ittihamçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər məhkəmənin xüsusi ittiham qaydasında verilmiş şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qəbul etdiyi qərarından apellyasiya şikayəti verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinə mahiyyəti üzrə baxmadığını nəzərə alaraq hesab edir ki, sonuncunun verdiyi apellyasiya şikayəti ilə bağlı qərar ilkin baxış iclasının nəticəsi üzrə qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in: - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlilini birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayəti öz icraatına qəbul etməkdən əsassız olaraq imtina etməsi barədə qərar qəbul etməsi ilə cinayət-prosessual qanunvericiliyin müvafiq tələblərini pozması təşkil edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin dəlilinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətində göstərmişdir ki, “AR CPM-in 293.3.3-cü maddəsi ilə cinayət qanunu ilə əməli törədən şəxs Ələddin Suraxayev CM-nin 147.2ci maddəsində nəzərdə tutulan cinayətdə ittiham edərək böhtan atmaqla onu ittiham etdi. Hadisə yeri: Yasamal rayonu 28-ci PB-si; hadisənin vaxtı: 2024-cü ilin sentyabr ayı. Ona dəymiş ziyanlar: 1) X3 ona ağır cinayətlə ittiham edərək 100 min manat maddi zərər vurdu. 2) İşgüzar nüfuzuna 100 min manatdan çox ziyan vurdu. AR CPM-nin 293.3.4-cü - hansı üsulla və sübutlarla mənə qarşı cinayət əməli törədilib? AR CPM-nin 293.3.4-cü: hansı şahid ifadələri şahid ünvanı, əlaqə nömrəsi? hansı sənədlərlə və digər sübutlarla sübuta yetirilir?” Azərbaycan Respublikası CM-in: - 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, - 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki,: - böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. - Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Azərbaycan Respublikası CPM-in: - 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi) göstərilir. - 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; - 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışının keçirilməsindən və öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. - 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışı zamanı xüsusi ittiham qaydasında verilmiş şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması tələbi məhkəmənin həmin şikayətdə barəsində şikayət verilmiş şəxsə qarşı irəli sürülmüş ittihamı şikayəti verən şəxsin əvəzindən konkretləşdirmək səlahiyyətini istisna etdiyinə görə hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsinin ilkin şərtlərindən biri Azərbaycan Respublikası CPM-in 293.3.2-ci maddəsinin tələbinə əsasən Xüsusi ittihamçı həmin şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı irəli sürdüyü ittihamı sonuncunun onu Azərbaycan Respublikası CM-in hansı maddəsində nəzərdə tutulmuş hansı ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atması ilə bağlı dəqiqləşmə aparmaq vəzifəsinə əməl etməsindən ibarətdir. Lakin Xüsusi ittihamçı iş üzrə verdiyi şikayətində belə dəqiqləşmə aparmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən müvafiq nəticəyə gələrkən, Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən ona aid məlumatın Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində bildirilməsi və həmin bölmənin hüquq-mühafizə orqanının struktur bölməsi olması səbəbindən dövlət orqanına ünvanlanmış müraciət olmasına, şikayətdə həmin məlumatın ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi şəraitdə ifadə edilməsinə dair hər hansı iddianın irəli sürülməməsinə, o cümlədən, barəsində şikayət verilmiş şəxsin şikayətçini hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməsinin göstərilməməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə əsasən böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsinin həmin məlumatların kütləvi çıxış şəklində yayılması kimi sayılmamasına və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsinin istisna edilməsinə, beləliklə də, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün Azərbaycan Respublikası CPM-in 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş halların mövcud olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası təkrarçılığa yol vermədən birinci instansiya məhkəməsinin iş üzrə yuxarıdakı sonuncu iki abzaslarda göstərilən məzmuna oxşar qaydada etdiyi əsaslandırmalarla razılaşır, gəldiyi müvafiq nəticəni qanuni və əsaslı hesab edir. Ona görə ki, yuxarıda göstərilən hallar Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin Azərbaycan Respublikası CPM-in 302.1.3, 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışına keçirilməsi və öz icraatına qəbul etməkdən imtina etməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normaları və işin müvafiq prosessual hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Xüsusi ittihamçı verdiyi apellyasiya şikayəti əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 408-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1217/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1217/2026
28.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver