Məhkəmə qərarları › İş №1(3-6)-1224/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1224/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1224/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş təqsirləndirilən şəxs1, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Ramilə Xəzri) ## #### 1971-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza (amnistiyanın tətbiq edilməsi barədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı nəzərə alınmaqla) hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 ## ####### 2022-ci il tarixdən ## ####### 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün, ## ### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək həbsdə olduğu 21 (iyirmi bir) gün olmaqla, cəmi 25 günün bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmənin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı şahid7 Şəməd oğlu və tanışları təqsirləndirilən şəxs2, şahid9 və şahid8 ilə cinayət əlaqəsinə girərək ## ######## 2022-ci il tarixdə saat 22 radələrində və ## ######## 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Sovxoz adlanan ərazidə quraşdırlmış istixananın diametri 23 sm, divarının qalınlığı 8 sm olan, ümumi uzunluğu 1.056 metr təşkil edən 31.500,00 manat dəyərində ki, mavi qaz yanacaq borularını kəsib hissələrə bölməklə götürüb gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 31.500,00 manat maddi ziyan vurumaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, şikayətində hökmdən narazı olduğunu, məhkəmənin qərəzli mövqe nümayiş etdirərək əsassız qərar qəbul etdiyini, məhkəmənin onun valideynlərinin rəhmətə getdiyini, ailəsinin tək qazanc gətirəni olmasını nəzərə almadığını göstərib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, onun barəsində apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olmamışdır. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-17/2025 sayl, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək, təqsirləndirilən şəxs1 barəsində bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsiin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfindən təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi mübahisələndirilərək ona bəraət verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində özünü təqsirli bilməyərək verdiyi ifadəsində qeyd etdi ki, şahid7 tanıyır, şahid7 onun doğma qardaşıdır. Qardaşı şahid7 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum edilmiş, eləcədə Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin Istintaq Şöbəsinə barəsində araşdırılmış cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində məhkəmə istintaqı aparılır. Qardaşı şahid7 dəmir metal alqı satqısı ilə məşğul olmuşdur. O, 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərinə gəlib qardaşı şahid7la görüşüb sonra isə yaşadığı Yevlax rayonuna getmişdir. O, heç bir oğurluq hadisəsini qardaşı Ceyhun və sonuncunun tanışları ilə etməmişdir. Mübarizi və Ərşadı eləcədə Çingizi tanıyır. Həmin şəxslər qardaşı Ceyhunun tanışlarıdır. O heç bir dəmir boru oğurlamamış və sözü gedən oğurluq hadisəsində də, iştirak etməmişdir. Onun barəsində Xəzər rayon polis idarəsində cinayət işinin istintaqının aparılmasını bilmiş, lakin səhəti ilə bağlı istintaqa gələ bilməmiş, bu səbəbdəndə istintaqdan yayınmışdır. Mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, şahid7, sonuncunun qardaşı təqsirləndirilən şəxs1, şahid8 və şahid9 tanımışdır. Həmin şəxslər metal alqı satqısı ilə məşğul olmuşlar. Ceyhun və Ərşad ona bildirmişlər ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində onun yerlisi olan Vüqar Abbasovun istixanası var həmin istixana işləmir, qaz borularını Vüqar Abbasovdan alsınlar. O da həmin Ceyhun və Ərşadla razılaşmış və həmin deyilən istixanaya gedib baxmış və görmüş ki, borular saf borulardı və buna görədə o, heç kimlə danışmamışdır. Sonradan isə ona məlum olmuş ki, təxminən 2022-ci ilin sentyabr ayının 19-da sözü gedən istixananın qaz borularını Ceyhun və Ərşad öz tanışları ilə kəsdirib oğurlamışlar. Onun həmin oğurluq hadisəsində heç bir iştirakı olmamışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, sözü gedən istixananın onun yerlisi Vüqar Abbasova heç bir aidiyyəti olmamaış, o, Vüqara məxsus istixananın borularına baxmış, həmin borulara baxdıqdan sonra Ceyun və Ərşada razılıq verməmişdir. şahid7, sonuncunun qardaşı təqsirləndirilən şəxs1, şahid8 və şahid9 tanısada həmin şəxslərlə onun heç bir ədavətim olmamış, O Ceyhun və Ərşadla birlikdə sözü gedən istixanaya gedib borulara baxsa da, lakin o, boruları oğurlamamışdır. Onun Suraxanı rayonu ərazisində bir dəmir boru məsələsi var, həmin məsələyə görə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkir Cinayətlər Idarəsində araşdırma olsada, həmin boruları almaq istəmiş, lakin buna nail olmamış və oğurlamamışdır. Mülki iddianı qəbul etmir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi sovxoz küçəsində yerləşən 5 ha ərazidə istixanası var. Həmin istixanada pomidor əkir və satışını həyata keçirir. ## ######## 2022-ci il tarixdə saat 14 radəsində o, istixanaya gələn zaman görmüşdür ki, təxminən 1.000 metr olan qaz borusu kəsilmiş və oğurlanmışdır. Həmin qaz borusu ona məxsus olmaqla onun istixanasının çöl hissəsindən çəkilmişdir. Oğurluq nəticəsinə ona cəmi xeyli miqdarda maddi ziyan vurulmuşdur. O, həmin qaz borusunu istixanaya 2016-cı il tarixdə çəkdirmişdir. O, qaz borularının oğurlanmasını aşkar edən zaman Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə məlumat verməklə yanaşı Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona təxminən 380 metrə boru qaytarılmış, qalan borular isə qaytarılmamışdır. Oğurlanmış borular onun öz mülkiyyətindədir. Mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid9 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada qara metal işi ilə məşğul olur. şahid7 təxminən 10 ildir ki, tanıyır. şahid7 dəmir metal alış verişi ilə məşğul olur. şahid7 əvvəllər Azərbaycan Respublikasının müxtəlif rayonlarında Azərbaycabn Respublikası Cinayət Məcəlləsinin oğurluq maddələri ilə məhkum olunmuşdur. şahid8 tanıyır. şahid8 o təxminən 1 il olarkı şahid7 vasitəsi ilə tanımışdır. şahid8 qara dəmir metal işi ilə məşğul olur, hətta onun məhkumluq həyatı olmuşdur. şahid2 tanıyır. Onu o, avtomobil satışı olan bazarda tanımışdır. şahid2 avtomobil alveri ilə məşğul olmuşdur. təqsirləndirilən şəxs1 tanıyır, Ceyhunun qardaşıdır. Şakirlə sıx əlaqəsi olmasada bir iki səfər Ceyhunun yanında görmüşdür. Cinayət işi üzrə adları keçən digər şəxsləri yəni fəhlələri tanımır. ## ######## 2022-ci il tarixdə o, şahid7la Bakı şəhəri, 8 ci km kimi tanınan ərazidə bir yerdə olan zaman demiş ki, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində sahibini tanımadığı istixananın qaz boruları var. Həmin məlumatı ona Çingiz vermiş və bir neçə dəfə gedib baxmış və görmüş ki, həqiqətəndə borular istixanaya çəkilsədə, lakin sahibi görünmür. Eləcədə özü araşdırmış və bilmiş ki, Türkan qəsəbəsindəki istixananın qaz idarəsinə 400.000 manat borcu var və xəttdə mavi yanacaq yoxdur. Həmin zaman Ceyhuna demiş ki, Rövşən bu işi yaxşı bildiyi üçün tez bir zamanda işçi qüvvəsini yığsın və işə başlasınlar. Ceyhunla Çingiz bu barədə danışdıqdan sonra Rövşən işi görməyə razılıq vermiş və onlar birlikdə işə başlamazdan əvvəl yəni, o, Çingiz, Ceyhun, Rövşən boruların olduğu yerə getmişlər. Orada olan zaman onlar boruları yoxlamışlar və həqiqətəndə görmüşlər ki, borunun içərisi ilə mavi qaz yanacağı getmir və istixana işləmir. Bundan sonra qərara gəmişlər ki, boruları kəsib oğurlasınlar. Həmin ərazidə nəzarəti həyata keçirən Ceyhunun qardaşı Şakir oğlmuşdur. Şakirin bundan məlumatı olmuşdur. Belə ki, işçi qüvvəsini Rövşən yığmış və boruların kəsilməsinə başlamnışdır. Ceyhunla o isə orada olmamışlar, işi kənardan telefon vasitəsi ilə idarə etmişlər. Əvvəlcədən aralarında olan razılığa əsasən Rövşən boruları kəstirdikdən sonra həmin boruları satıb pulunu onlara verəcəkmiş. Rövşənin məhkumluğu olduğunu bildiyi üçün Ceyhuna demiş ki, birgə tanışları olan şahid2 Rövşənin yanına qoysunlar malın satılmasında iştirak edib pulu Mübariz onlara versin. Mübarizin boruların oğurluq olmasından məlumatı olmamışdır. Həmin borular iki səfər olmaqla 19 və 21 sentyabr tarixlərində kəsilmişdir. Borular kəsildikdən sonra Rövşən boruları Mübarizin iştirakı ilə Dərnəgül bazarı kimi tanınan bazarda Tufan adlı şəxsə satmışdır. Birinci satışdan 11.000 manat pul əldə edilmiş, həmin puldan 5.500 manat sərfiyata xərclənmiş, qalan pulu Ceyunla arasında bölmüşdür. Ikinci boruların satışından 11.500 manat pul əldə edilmiş, həmin puldan müəyyən xərclər ödənmiş və qalan pul Ceyhunla arasında bölünmüşdür. Mübariz pulu onlara gətirib verdiyi üçün ona zəhmət haqqı kimi iki səfərə təxminən Ceyhunla birlikdə 700 və ya 800 manat pul verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid8 ifadəsində bildirmişdir ki, 2016-cı ilə tarixdə dəmir metal oğurluğu etdiyi üçün Sumqayıt şəhər polisi tərəfindən həbs edilmiş, 2020-ci ildə isə cəzasının sonu ilə azadlğa buraxılmışdır. Məhkumluq həyatı yaşadığı oğurluq hadisəsini də, şahid7 ilə bilrikdə etmişdir. O Ceyhunu Yevlax şəhərindən tanımışdır. Ceyhunla münasibəti yaxşı olmuş, ədavəti olmamışdır. Ceyhunun qardaşı Şakiridə tanıyır. Şakirlədə münasibəti yaxın olmuşdur. Təxminən tutulmamışadn bir həftə öncə Ceyhun ona zəng edərək bildirmiş ki, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən qaz idarəsi ilə müqavilə bağlamış, kəsiləcək xəttəri almış və ondan köməklik istəmişdir. Bundan sonra o Qala qəsəbəsində Ceyhunla görüşmüşdür. Ceyhunun yanında Mübarizdə olmuşdur. Bu zaman Ceyhun ona demiş ki, işin üzərində Mübariz dayanacaq və qaz xətti boruları kəsilib daşınaraq satılacaq. Bu işin qarşılığında ona 300 manat pul verəcək. O razılaşmış və birlikdə Türkan qəsəbəsində olan qaz idarəsinin yaxınlığındakı boru xəttini ona göstərib demiş ki, təxminən 1.100 metr boruların kəsiləcək. Sonra isə oradan çıxdıb Suraxanı rayonunda yaşayan bacısının evinə getmişdir. Bunun səhəri günü yəni ## ######## 2022-ci il tarixdə Ceyhun ona demiş ki, Qala qəsəbəsində yerləşən kafeyə getsin işçilər həmin yerə gələcək və işçiləri boruların olduğu yerə aparıb işlərini başa salsın. Həmin tarixdə saat 20 radəsində işçilər, yəni Elşən, Üzeyir, Ilqar və Vəli deyilən yerə gəlmişlər. Onlar kafedə olan zaman ora Mübariz Ceyhunun qardaşı Şakirlə gəlmişdir. Bundan sonra onlar birlikdə iş görəcəkləri ünvana getmişlər. Orada Elşən qaynaqçı kimi boruları hissələrə bülmüş, Üzeyir fəhlə kimi Elşənə köməklik etmiş, Vəli avtomobilində oksigen balonlarını gətimiş və Ilqar isə traktoru ilə boruları kamaza yükləmişdir. O isə kəsilən boruları tros vasitəsi ilə Kamaza yükləyirmiş. Həmin ünvandan iki dəfə olmaqla kamaza kəsilmiş boruları yüklənmiş və həmin boruları, Mübarizlə birlikdə Dərnəgül bazarı kimi tanınan bazarda aparıb Tufan adlı şəsə satmışdır. Həmin boruların pulunu Mübariz Tufandan almış və ona demiş ki, pulu aparıb Ceyhunla Ərşada verəcəkdir. Istintaqın sonrakı mərhələsində iş üzrə şahid8 əlavə ifadəsi alınmış və o, əlavə ifadəsində göstərmişdir ki, o təqsirləndirildiyi cinayət işi üzrə ilkin istintaq zamanı həqiqətə uyğun ifadə verməmişdir. O, şahid7, təqsirləndirilən şəxs1, şahid9 və təqsirləndirilən şəxs2lə bilrikdə Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən istixananın küçə ilə çəkilmiş mavi qaz yanacaq borularının aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən oğurlamışlar. Belə ki, ## ######## 2022-ci il tarixdə axşam təxminən saat 22 radəsində ilk olaraq boruların bir neçə metrini kəsib oğurlamışlar, ikinci səfər isə ## ######## 2022-ci il tarixdə ## ######## 2022-ci il tarixə keçən gecəyə saat 02 radəsində kəsib oğurlamışlar. Həmin ərazidə işləyən digər fəhlələri və işçiləri Ceyhunla o, birgə olaraq tapmışlar. Onlar boruları kəsib oğurladıqdan sonra həmin boruları o satıb pulunu Ceyhunla Ərşada verəcəkmiş. O, boruları satmağa aparan zaman onun yanında Ceyhunla Ərşadın tanışı Mübarizdə getmişdir. Boruları o satdıqdan sonra ilk satışdan Mübarizə 11.000 manat vermiş və Mübariz həmin pulu aparıb Ceyhunla Ərşada versin. Ikinci satışdan isə 11.500 manat pulu Mübarizə vermiş ki, həmin puluda aparıb Ceyhunla Ərşada versin. Əlavə olaraq göstərmişdir ki, o əvvəllərdə boru oğurluğuna görə məhkumluq həyatı yaşamışdır. Həmin zaman Ceyhunla Ərşad tutulmadıqlarına görə istintaqa yayındırıcı ifadə vermişdir. Lakin hazırda cinayətini tam etiraf edir. Bu oğurluğu o, şahid7, təqsirləndirilən şəxs1, şahid9 və təqsirləndirilən şəxs2 törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid7 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada qara metal işi ilə məşğul olur. Onun əvvəllər barəsində Azərbaycan Respublikasının müxtəlif rayonlarında Azərbaycabn Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 177.2.3-2 maddələri ilə cinayət işi olmuş, həmin cinayət işləri məhkəməyə göndərildikdən sonra ona pul cərimə cəzası verilmişdir. Həmin cərimə cəzalarını ödəmişdir. şahid9 tanıyır. şahid9 o təxminən 12 ildirki qara metal alveri edən şəxs kimi tanımışdır. şahid8 tanıyır. Onu o qara metal alveri edən şəxs kimi tanımış, hətta Rövşənin məhkumluq həyatı olmqqla metal oğurluğu ilə məhkum edilmişdir. şahid2 tanıyır. Onu o şahid9 vasitəsi ilə tanımışdir. təqsirləndirilən şəxs1 isə onun doğma qardaşıdır. Cinayət işi üzrə adları keçən digər şəxsləri tanısada o onları fəhlə kimi tanımışdır. ## ######## 2022-ci il tarixdə şahid9 onun işlətdiyi 051-698-66-66 və 070-666-66-74 mobil nömrələrinə zəng edərək bildirmiş ki, Türkan qəsəbəsində 219 diametirlik dəmir boruların olmasını deyib kəsilməsi bildirmişdir. şahid9 birgə tanışı olan şahid8 bu işlə yaxşı məşğul olduğunu bildiyi üçün Rövşənlə danışmağı demişdir. Bu zaman o bildirmiş ki, Rövşəni götürüb onunla gəlib görüşəck və işi qarşılıqlı söhbət edəcəklər. Belə ki, ## ######## 2022-ci il tarixdə o Ərşadın tanışı olan Çingiz adlı şəxslə görüşmüş və boruların kəsiləcəyi yerə gedib baxmışlar. Həmin zaman Çingiz ona demiş ki, boruların yerini Ərşadla özü tapmışdır. O borulara baxdıqdan sonra görmüş ki, borular istixanaya gedən borudu. Budan sonra o şahid9la Qala qəsəbəsində görüşmüş onunla bu barədə söhbət etmişdir. Həmin zaman şahid9 ona demiş ki, həmin istixananın X1 Səhmdar Cəmiyyətinə 400.000 manat verəcək borcu olmaqla istixana fəaliyyət göstərmir. Bundan sonra o Ərşadla əyləşib bu barədə söhbət edəndə ona məlum olmuş ki, istixana sahibsizdi, bir neçə dəfə oradan keçmiş və görmüş ki, istixanaya gəlib gedən şəxs yoxdur. Sonra isə o, Ərşad, Rövşən və Çingiz gecə saatlarında istixananın dəmir boruları olan yerə gəlmişlər ki, dəqiqləşdirsinlər ki, həqiqətəndə istixana fəaliyyət göstərir ya yox. Belə ki, onlar istixananın olduğu ünvana gəlmişlər və əlləri ilə boruları yoxlamışlar və görmüşlər ki, həqiqətəndə boruda mavi qaz yanacağı yoxdur. Bundan sonra həmin boruları oğurlamaq qərarına gəlmişlər. Həmin boruları o, Rövşən, Ərşad, Çingiz və qardaşı Şakir oğurluyacaqdır. Həmin boruların kəsilməsi üçün onlar Rövşənə tapşırmışlar ki, işçi qüvvəsi yığsın və kim işləsə onlara desinlər ki, borular oğurluq deyil hər bir sənədi vardır. Beləliklə, onlar Rövşənin vasitəsi ilə işçiləri yığmışalr. Həmin şəxslərdən şahid6 qaynaq aparatı ilə boruları doğramış, şahid5 fəhlə olmuş, şahid3 qazel markalı avtomobillə kislarod balonlarını gətirmiş, şahid4 traktorla boruları kamaz markalı avtomobilə yükləmişdir. Həmin kamaz markalı avtomobilin sürücüsü Fərzalı adlı şəxs olmuşdur. Həmin şəxslər boruları oğurladıqlarını bilməmişlər. Onlar bu işi görəndə Ərşad ona demiş ki, Rövşənin məhkumluq həyatı olduğundan onları aldadar ona bir nəzarətçi qoymaq lazımdır. Bundan sonra o, birgə tanışları olan şahid2lə görüşmüş və demişlər ki, əllərində boruların kəsilməsi işi var, həmin işi Rövşən yığdığı işçi qüvvəsi ilə işləyir. Lakin onlar Rövşən aldada biləcəyindən şübhə edirlər və onu Rövşənin yanına nəzarətçi kimi qoymaq istəyirlər. Bunun qarşılığında ona pul verəcəklər. şahid2 onunla razı olmuş və qardaşı Şakirlə birlikdə boruların kəsildiyi yerə göndərmişdir. O Şakirlə Mübarizi boruların kəsildiyi yerə göndərən zaman Şakirə demiş ki, kim soruşsa, boruların dövlət orqanından kəsilmə icazəsinin sənədlə olmasını desin, eləcə də Mübarizə başqa söz deməsin. Onlar işə başlamazdan əvvəl Rövşənlə onun və Ərşadın arasında belə bir razılıq olmuş ki, Rövşən işi tam başa çatdırdıqdan sonra boruları Rövşən aparıb satacq və onun yanındada Mübariz gedəcək. Pulu əldə etdikdən sonra bütün rasxodu, yəni xərci çıxdıqdan sonra qalan pulu ikisi arasında böləcəkdir. O əvvəllər də Ərşadla bu kimi bir neçə iş görmüş, şahid9 Xəzər rayonu ərazisində bu kimi işləri təxminən 3 ildir ki edir. Belə ki, ## ######## 2022-ci il tarixdə Rövşən onunla əlaqə saxlamış və demiş ki, bütün işçi qüvvəsini Qala qəsəbəsinə yığımış və Zeytun restoranındadılar. Onlar həmin restoranda yeməklərini yedikdən sonra axşam saat 22 radəsində boruları Türkan qəsəbəsində doğrayıb Kamaz markalı avtomobilə yükləmişlər. Borular avtomobilə yüləndikdən sonra qərara alınmış ki, Rövşən boruları aparıb satanda şahid2 onların inanılmış adımı kimi Rövşənin yanında getsin və puluda Mübariz alsın. ## ######## 2022-ci il tarixdə səhər saat 09 radədəsində yüklə dolu olan avtomobillə Mübariz və Rövşən boruları satmağa getmişlər. Həmin zaman Mübarizi Kamazın olduğu ünvana yəni Qala qəsəbəsinə onun qardaşı Şakir aparmışdır. Şakir avtomobil idarə edə bilməsə də, lakin o, Şakiri taksi ilə həmin ünvana göndərmişdi. Belə ki, ## ######## 2022-ci il tarixdə Mübariz və Rövşən boruları kamaz markalı avtomobilin sürücüsü Fərzalı adlı şəxslə birlikdə Dərnəgül bazarı kimi tanınan bazara satmağa aparmışlar. Onlar boruları satmağa aparanda o, Ərşadla birlikdə olmuşdur. Ərşad ona demiş ki, boruları ondan baha qiymətə istəyən var, yığıb Rövşənə desin ki, metrəsini 24 manatdan Mübarizə versin. Bundan sonra o, Rövşənlə əlaqə saxlamış və demiş ki, Ərşad danışıq edir ki, 20 manatdan ona sərf eləmir, 24 manatdan pulunu istəyir. Rövşən birinci narazı olsa da, lakin sonradan razılaşmışdır. Həmin günü isə Mübariz onların yanına gəlmiş və 11.000 manata yaxın pul vermişdir. Həmin pulu şahid9la o götürmüşdür. Puldan 5.500 manatını çəkilən xərclərə ayırmışlar. Belə ki, şahid9 11.000 manata yaxın puldan 5.500 manat xərclərə ayırmış, qalan puldan 2.500 manatını ona vermiş və qalan pulu özü götürdükdən sonra hər biri 200 manat olmaqla 400 manatını Mübarizə vermişlər. Bundan sonra həmin günün axşamı, yəni ## ######## 2022-ci il tarixdən ## ######## 2022- ci il tarixə keçən gecə təxminən saat 02 radəsində yenidən ikici boru kəsimi başlanmışdır. Həmin borular kəsildikdən sonra eyni qaydada Mübarizlə Rövşən boruları satmağa aparmışalr. Ikinci satışdan Mübariz ona və Ərşada ## ######## 2022-ci il tarixdə 11.500 manat pul gətirib vermişdir. Həmin puldan müəyyən xərcləri ayırmışlar. Qalan pulu yenədə ikisi arasında bölünmüşdür. Mübarizə isə 500 manat pul vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid6 ifadəsində bildirmişdir ki, fərdi qaydada dəmir kəsmək işi ilə məşğul olur. ## ######## 2022-ci il tarixdə ona məxsus mobil nömrəyə Ceyhun adlı şəxs zəng eləmiş və bildirmiş ki, “dəmir doğramaq lazımdır, işim yoxdusa axşam saat 17 radəsində görüşək”. O Ceyhuna cavab olaraq bildirmiş ki, əlində işi yoxdu görüşə bilərlər. Bu zaman Ceyhun ona demiş ki, əlavə fəhlədə götürsün. Bundan sonra o fələ kimi tanıdığı Üzeyiri özü ilə götürüb Xəzər rayonu Qala qəsəbəsində yerləşən Dəyirman restoranına gəlmişlər. Orada Rövşən adlı şəxs onları qarşılamışdır. Həmin zaman Rövşən bildirmiş ki, Ceyhunun işçisidir. Onlar restoranda olan zaman Rövşən demiş ki, başaqa işçilərdə gələcək bir yerdə hamısın aparıb görəcəkləri işi göstərəcək. Bundan sonra ora bir neçə nəfər tanımadığı şəxslər gəlmişdir. Onlar həmin restoranda yemək yemiş, sonra isə Rövşən iş barədə onlara məlumat vermiş və işi onlar göstərmək üçün Xəzər rayonu Türkan qəsəbəsində olan yol kənarındakı dəmir qaz borularını göstərmiş və demiş ki, həmin borular kəsilib daşınacaq. O işinin qarşılığında günü 30 manata işləməyə razılaşmışdır. Işin sahibi onunla razılaşmış və işləməyini ona demişdir. ## ######## 2022-ci il tarixdə o həmin dəmir boruları 10 metr olmaqla hissələrə kəsici qaynaq vasitəsi ilə bölmüşdür. O dəmir boruları hissələrə böldükdə orada olan digər işçilər boruları kamaz markalı avtomobilə yüküləyib aparırmışlar. O görəcəyi işi yerində baxanda Ceyhun adlı şəxsə zəng etmiş və demiş ki, borular qaz borularıdı, həmin boruların kəsilməyinə icazəsi var ya yox. Bu zaman Ceyhun ona bütün sənədləri həll etdiyini və müvafiq orqandan icazəsini aldığını demişdir. O Ceyhuna inandıqdan sonra bu işi görmüşdür. O həmin ərazidə bir gün işləmiş ikinci gün yəni ## ######## 2022ci il tarixdə axşam saatlarına yenidən işləməyə gedəndə onları polis əməkdaşları saxlamış və ona məlum olmuş ki, onlara bu işi gördürən şəxslərin heç bir icazəsi yoxdur. Ona eləcə də orada işləyən digər şəxslərə işi Ceyhun və onun tanışı Rövşən, Mübariz, sonuncunun qardaşı Şakir gördürmüşdür. Adlarını qeyd etdiyi şəxslər onlara gördürdükləri işin sahibi kimi özlərinə ona təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada əməklə məşğul olur. ## ######## 2022-ci il tarixdə onunla birlikdə eyni Zəngilan şəhərciyidə yaşayan və tanışlıq münasibəti olan şahid6 ona bildirmiş ki, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində boru kəsmək işi var. Həmin işdə fəhlə kimi onun da işləməyini istəmişdir. O da Elşənlə razılaşmış və demiş ki, günü 30 manata fəhlə kimi işləyər. Onlar orada təxminən iki gün işlərini işləmişlər. şahid6 həmin tarixdə onunla görüşmüş və birlikdə Xəzər rayonu Qala qəsəbəsində yerləşən Dəyirman restoranına gəlmişlər. Orada onları Rövşən adlı şəxs qarşılamışdır. O işin şahibinin kimin olmasını bilməmişdir. Lakin restoranda olan zaman ona məlum olmuş ki, işin sahibi Ceyhun adlı şəxsdir. Bu zaman Rövşən bildirmiş ki, Ceyhunun işçisidir. Onlar restoranda olan zaman Röşən demiş ki, başaqa içilərdə gələcək bir yerdə aparıb görəcəkləri işi göstərəcək. Bundan sonra ora bir neçə nəfər tanımadığı şəxslər gəlmişdir. Onlar həmin restoranda yemək yemiş, sonra isə Rövşən iş barədə onlara məlumat verib işi göstərmək üçün Xəzər rayonu Türkan qəsəbəsində olan yol kənarındakı dəmir qaz borularını göstərmiş və demiş ki, həmin borular kəsilib daşınacaq. Orada boruların kəsilmə işini şahid6 görmüş və o isə fəhlə kimi Elşənə kömək etmişdir. Elşən dəmir boruları 10 metir olmaqla hissələrə kəsici qaynaq vasitəsi ilə bölməyə başlamış və o, boruların yük avtomobilinə yüklənməyinə kömək etmişdir. Onun boruların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada idarə etdiyi Qazel markalı yük avtomobili ilə yük daşınması ilə məşğul olur. Ceyhun adlı şəxsi təxminən 6 ay olarkı tanımışdır. Ceyhunun dəmir metalların kəsimi ilə məşğul olmasından məlumatım olmuşdur. ## ######## 2022-ci il tarixdə Ceyhun ona məxsus olan mobil nömrəyə zəng eləmiş və oksigen balonunu Qala qəsəbəsindən götürüb Türkan qəsəbəsinə apatrmağını demişdir. Orada borular kəsilən müddətə qədər dayanmağını ona bildirmiş, o isə bunun qarşılığında 60 manat pul alacağını deyib razılaşmışdır. Həmin gün o saat 20 radəsində qala qəbəsinə gəlmiş və yol kənarında avtomobili ilə dayanmışdır. Bu zaman onun yanında başqa yük avtomobili dayanmış, lakin sürücüsünü tanımamışdır. Həmin yük avtomobilin sürücüsü ona demiş ki, oksigen balonlarını onun avtomobilinə yüklənəcək. O razılıq vermiş özü ilə gələn iki tanımadığ fəhlə oksigen balonlarını onun avtomobilinə yükləmişlər. Bundan sonra o həmin fəhlələr ilə Türkan qəsəbəsinə iş görəcəyi yerə getmişdir. O orada olan zaman görmüş ki, yol kənarında quraşdırılmış maye qaz boruları kəsiləcək. Onun avtomobilində olan oksigen boruları avtomobilin yük yerində ola-ola Elşən adlı usta qaynaq aparatı ilə boruları hissələrə bölmüşdür. Həmin günü saat 04 radəsinə kimi işləmişlər və avtomobili ilə evə getmişdir. ## ######## 2022-ci il tarixdə o yenidən işləmək üçün gələndə onu polis əməkdaşları polis şöbəsinə aparmışlar və orada ona məlum olmuş ki, borular Ceyhun tərəfindən oğurlanırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan Dərnəgül Taxta bazarı kimi tanınan bazarda bütün metal məmulatlarının satışı ilə mşğul olur. şahid2 təxminən 10 ildir ki, tanıyır. şahid2lə münasibəti yaxşı olmuş, heç bir ədavəti olmamışdır. Bundan başqa o, şahid8, şahid9 və şahid7da tanıyır. O sonuncuları tanısada onlarla onun heç bir alış-verişim olmamışdır. Onlar özüdə dəmir metal işi ilə məşğul olurlar. Belə ki, ## ######## 2022-ci il tarixdə şahid2 onun işlədiyi bazara gəlmişdir. Mübariz həmin zaman Kamaz markalı avtomobillə hər birinin üzunluğu 11.60 metr, 41 ədəd cəmi 475 metr 219 diametirlik dəmir boru gətirmişdir. Mübariz həmin boruları satdığını ona demişdir. O Mübarizə bildirdikdə boruları haradan əldə etmiş, Mübariz isə ona demiş ki, SOCAR-ın qanuni sənədli malıdır. Həmin sənədləri təqdim edəcək. O Mübarizə inanaraq həmin mallara ilk dəfə 15.600 manat pul verib almışdır. Bunundan sonra şahid2 bildirmiş ki, əlavə həmin borulardan varsa gətirsin alsın. Mübariz isə demiş ki, bir və ya iki günə yenə boru gətirəcək. Həmin borular Qala qəsəbəsindədir. ## ######## 2022-ci il tarixdə isə Mübariz yenidən kamaz markalı avtomobillə 50 ədəd olmaqla cəmi 581 metr dəmir boru gətirmiş və o Mübarizə 19.100 manat pull vermişdir. Belə ki, o cəmi Mübarizdən 10,56 metr 219 diametirlik dəmir boruya 34.700 manat pul verib almışdır. Həmin boruları almış ki, hər bir metrəsinin üzərinə 3 və ya 4 manat pul qoyub satacaq ki, gəlir əldə etsin. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o, şahid2 10 ilə yaxındır ki tanıyır. Mübariz ona boruları satan zaman demiş ki, sənədli borulardı socardan sənədi var gətirib ona verəcək. O da ondan həmin boruları buna börə almışdır. Sözü gedən dəmir boruların bu günkü orta bazar qiyməti hər bir metrəsi 37 və ya 38 manata satılır. Həmin boruların bazara giriş qiyməti hər bir metrəsi 33 manatdır. Aldığı dəmir borular onun mağazasının həyətindədir. Hazırda mağazanın həyətində cəmi 10,56 metr olmaqla 91 ədəd dəmir borular saxlanılır. Həmin boruların 90 ədədi 11,60 metrəlik 01 ədədi isə 6 metrədir. Borular qəbzlə saxlanması üçün ona təhvil verilmiş və bu barədə başqa şəxsə satılmaması barədə ondan iltizam alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər şahid4 və şahid2 məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər. Şahid şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, ## ######## 2022-ci il tarixdə ona məxsus mobil nömrəyə Ceyhun adlı şəxs zəng eləmiş və bildirmiş ki, nömrəni kimdənsə almışdır. Sonra isə demiş ki, Xəzər rayonu Qala qəsəbədində dəmir boruları yük avtomobilinə yükləmək lazımdır. Bu zaman o Ceyhuna demiş ki, iş yeri hardadısa gəlib işə baxsın. Ceyhun adlı şəxs ona demiş ki, dəmir borular Qala qəsəbəsi Qaz idarəsinin həyətindədir. O Ceyhunla razılaşmış və demiş ki, evakuatorla traktoru gətirəcək və 300 manat pul verəcəklər. Ceyhun razılşmış və o traktoru evakuatora yükləyib Qala yolunda olan Zeytun restoranının yanına gəlmişdir. Orada onu Elşən adlı usta qarşılamış və orada Elşəndən başqa Üzeyir, Rövşən və qazel avtomobilinin sürücüsü Vəlidə orada olmuşdur. Onlar iş gördüyü yerə gedən zaman o Rövşənə demiş ki, nə səbəbə günüz vaxtı yox axşam vaxtı işləməyə gedirlər. Rövşən isə ona bu barədə Ceyhunla danışmağını dedi. Bundan sonra Ceyhuna zəng etmiş və ona demiş ki, nə səbəbə qaranlıqda işləyirlər. Ceyhun isə cavabında demiş ki, küçə dar olduğundan axşam vaxtı işləmək lazımdır. Sonradan isə ona məlum olmuş ki, borular oğurluq borulardı, lakin bundan əvvəlcə onun məlumatı olmamışdır. Şahid şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, şahid7 və onun qardaşı təqsirləndirilən şəxs1 tanıyır. şahid7 metal işi ilə məşğuldur. şahid9 tanıyır. şahid9 o təxminən 20 ildir ki tanıyır. ## ######## 2022-ci il tarixdə Ceyhun ona zəng etmiş və demiş ki, qardaşı Şakir avtomobillədir, onunla danışsın, götürüb Qala qəsəbəsinə getsinlər Rövşən orada onları gözləyir. Ceyhun ona demiş ki, Türkan qəsəbəsində olan mavi qaz borularını kəsəcəklər. Bu zaman o, Ceyhuna demiş ki, iş qanunidi ya yox. Yəni sənədləri varmı. Bu zaman Ceyhun ona demiş ki, boruların sahibi ilə danışmış, bütün sənədlər var icazəsin almışdır. Bundan sonra o, Şakirlə birlikdə Qala qəsəbəsinə gəlmiş, orada Rövşən onları X4 Məntəqəsinin yaxınlığında qarşılamışdır. Bu zaman Rövşən demiş ki, bütün işçilər yanındadır, birlikdə iş görəcəkləri yerə gedəcəklər. O, da Şakirlə Rövşənin və orada işləyəcək işçilərlə boruların kəsiləcəyi ünvana gəlmişlər. Həmin günü təxminən 23 radəsində boruların kəsilməsi başlanmış və o, da Rövşənin yanında dayanmışdır. Həmin günü saat 04 radəsinə kimi borular kəsilmiş və sonra boruları Rövşənlə bilrikdə aparıb Dərnəgül bazarında Tufan adlı tanışına satmışlar. Rövşənin əvvəlcədən boruların hara satılmasından məlumatı olmuşdur. Rövşənlə boruları satmağa gedəndə ona Ceyhun demişdir ki, orada olsun ki, boruların metrəsini Rövşən satanda onları aldatmasın. Onlar boruları Tufanın yanına aparan zaman görmüş ki, borunu alan onun tanışı Tufandır. Iki səfər olmaqla Rövşənlə Ceyhunun sifarişi ilə kəsilən boruları Tufana satmışlar. Aldığı puluda gətirib Ceyhunla Ərşada vermiş və bunun qarşılığıda təxminən 700 manat pul ona vermişlər. Boruların oğurluq olmasından məlumatı olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, cinayət işinə hissəvi xitam verilməsi və başqa cinayət işinin ayrılması haqqında ## ###### 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır; - Cinayət işinin başlanması və icraata götürmə barədə ## ######## 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında ## ######## 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz adlanan ərazidə yol kənarında sağda Türkan qaz paylayıcı məntəqəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında ## ######## 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - ## ######## 2022-ci il tarixli baxış keçirilmə haqqında protokoldan görünür ki, oğurlanmış dəmir borulardan 10,56 metrəsi müəyyən edilmiş və baxış keçirilmişdir; - ## ####### 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs1 (## ####### 2022-ci il il tarixdən hesablanmaqla) Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi Nicat Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ####### 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ####### 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs1 həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat və vəsatət təmin edilməmiş, təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından azad edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş və təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tutulma müddətinin əvvəli onun saxlanıldığı vaxtdan hesablanması qərara alınmışdır; - ## ###### 2022-ci il tarixli */**** saylı məhkəmə əmtəəşünaslıq ekspertizasından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında qərarda göstərilən boruların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 31.500,00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd ümumi diametri 23 sm, divarının qalınlığı 8 sm, 11,60 metrlik dəmir boru - 348,00 manat, 90 ədədi – 31.320,00 manat. 01 ədəd ümumi diametri 23 sm, divarının qalınlığı 8 sm, 6 metrlik dəmir boru - 180,00 manat təşkil edir; - ## ##### 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs2 ## ##### 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ####### 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ##### 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs2 barəsində verilmiş təqdimat və vəsatət təmin edilmiş, həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, sonui ## ##### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək hesablanmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin ## ### 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında əsasən axtarışda işi açılmış təqsirləndirilən şəxs1 saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Istintaq Təcridxanasına təhvil verilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BƏSII tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 əvvəllər Yevlax Rayon Xalq Məhkəməsinin ## ### 1988-ci il tarixli hökmü ilə AZ SSR-nin 143-cü maddəsinin 3-cü hissəsinin 41 bəndi ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 il müddətinə şərti sınaq tətbiq edilmişdir. Yevlax Rayon Xalq Məhkəməsinin ## #### 1990-cı il tarixli hökmü ilə AZ SSR-nin 213-cu maddəsinin 1-ci hissəsi ilə, 87-ci maddəsinin 3-cü hissəsi ilə, 38, 39-cu maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AZ SSR-nin Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 09 ay 28 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Yevlax Rayon Xalq Məhkəməsinin ## ###### 1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR-nin Cinayət Məcəlləsinin 145-ci maddəsnin 2-ci hissəsinin 1,2,6,7 bəndi ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, əmlakı müsadirə edilməklə. Azərbaycan Respublikası Milli Məclisinin ## #### 1992-ci il tarixli amnistiya qərarı ilə 8 M.V bəndində əsasən cəzasının 1/3- ə qədər azaldılmışdır. ## #### 2001-ci il tarixli Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,5,6,7,8, 94-cü maddəsinin 1 və 6-cı bəndi, 185 maddəsinin 1-ci hissəsi, 213-cü maddəsinin 2-ci hissəsi və 38-ci maddəsinə əsasən qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə ## ####### 2015-ci il tarixdə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2017-ci il tarixli qərarı ilə hökm ləğv edilmiş və yeni məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ## ###### 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Barəsində Mingəçevir Şəhər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi icraatdadır; - Mingəçevir şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmündən aydın olur ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəli ## ### 2025-ci il tarixdən hesablanmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BƏSII tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur; - Xəzər rayon prokurorunun ## #### 2023-cü il tarixli qərarından məlum olur ki, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilərək təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına veremə qətimkan tədbiri seçilmişdir; - Xəzər rayon prokurorunun ## #### 2023-cü il tarixli qərarından məlum olur ki, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilərək təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına veremə qətimkan tədbiri seçilmişdir; - Mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Sovxoz adlanan ərazidə quraşdırılmış istixanada ## ######## 2022-ci il tarixdə və ## ######## 2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 11.316 manat məbləğində vurukmuş ziyanın tutulması xahiş edilmişdir; - Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən aydın olur ki, şahid9, şahid8 və şahid7 zərərçəkmiş şəxs Taleh Nüsrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Sovxoz adlanan ərazidə quraşdırılmış istixanada ## ######## 2022-ci il tarixdə və ## ######## 2022ci il tarixdə baş vermiş oğurluq əməlini törətməkdə təqsirli bilinərək şahid9 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Rğvşən Məmmədov 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, şahid7 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mülki iddia qismən təmin edilmiş və mülki cavabdehlərdən müştərək qaydada 11.316 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. -Məhkəmənin elektron portalından çıxarılmış çıxarışdan görünür ki, X3 adlı ## ##### 2016-cı il təvəllüdlü azyaşlı bir övladı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il tarixli qərarına əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxlərlə cinayət əlaqəsinə girərək yuxarıda göstərilən oğurluq cinayətini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutlarla yanaşı məhkəmə istintaq zamanı dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokollar və cinayət işinin materialları ilə bir daha öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxs1 ona verilmiş ittihamla razılaşmayaraq cinayət əməlini törətmədiyini qeyd etsə də, onun bu dəlilləri işin halları və digər şəxslərin ifadələri ilə təkzib edildiyindən əsassız hesab edilir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid9, şahid8, şahid7 ifadələrində bu oğurluğu şahid8, şahid7, təqsirləndirilən şəxs1, şahid9 və təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiklərini etiraf etmişlər. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş fəhlə kimi işləyən şəxslər də məhkəmə baxışı zamanı adları qeyd edilən şəxslərin onlara gördürdükləri iş - Xəzər rayonu Türkan qəsəbəsində olan yol kənarındakı dəmir qaz borularının kəsilməsi və həmin şəxslərin özlərini həmin işin sahibi kimi təqdim etdikləri, qaz borularının oğurluq olmasından xəbərsiz olduqları barədə ətraflı ifadə vermişlər ki, bu da təqsirləndirilən şəxs1 cinayət əməli törətməməsi barədə ifadələrini və şikayətin dəlillərini təkzib edir. Kollegiya məhkəmənin mövqeyini qanuni hesab edərək qeyd edir ki, apellyasiya şikayətində və məhkum edilmiş təqsirləndirilən şəxs1 apellyasiya icraatı zamanı ifadəsində ona bəraət verilməsi xahiş edilsə də, lakin toplanmış sübutlarla onun oğurluq –yəni özgənin əmlakını gizli olaraq talama cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildiyindən onun əməli qanuni olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı və qanuni hesab edir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə cəza təyini ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, digər sübutları nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmündən göründüyü kimi təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Belə ki, cinayət işindən göründüyü kimi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## #### 2001-ci il tarixli hökmü ilə (cəzasının sonu ilə ## ####### 2015-ci il tarixdə azad edilmişdir) və Abşeron Rayon Məhkəməsinin ## ##### 2017-ci il tarixli hökmü ilə (## ###### 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır) yaranmış məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən məhkəmə kollegiyasının iclasında da məhkum edilmiş şəxs barəsində cəzanın yüngülləşdirilməsi üçün yeni əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, şikayətin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar