Məhkəmə qərarları › İş №1(3-6)-1225/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1225/2026

26.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1225/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Xüsusi ittihamçı Xüsusi ittihamçı və nümayəndəsi Medleks Vəkil Bürosunun vəkili Nümayəndə, bəraət almış şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və müdafiəçiləri Pro Bono Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən Məmmədova Günel İqbal qızı) *(*- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ##.##.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.2 və 148-ci maddələri ilə bəraət verilmişdir. Hökmlə, maddi sübut məsələsi də həll edilmişdir. İşin halları: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən irəli sürülmüş ittihama əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumatlar verərək onu cəmiyyətdə nüfuzdan salmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ondan alınan müsahibə zamanı ##.##.2025-ci il tarixində Youtube Sosial Platformasında "Patrul.az" adlı səhifədə "By.Ruslan Pizza" qalmaqalı: Şəriklər arasında mübahisə böyüdü!" başlıqlı aşağıdakı məzmunda məlumatlar paylaşmışdır. Video görüntünün 11:04-11:24 saniyəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: "Bizim Ruslanla görüşlərimiz oldu, orada Eldənizlə Ruslanın arasında ziddiyətlər yarandı, Ruslan etiraf etdi ki, 65.000 (altmış beş min) manatdan çox pul götürmüşəm. Dedik ki, biz 20-20 götürmüşük bəs sən niyə 65.000 manatdan çox götürmüsən?, Ruslan dedi şəxsi ehtiyaclarım üçün götürüb xərcləmişəm”. Video görüntünün 11:25-11:26 saniyəsi Jurnalist: "Sizin bu dediklərinizlə bağlı dəliləriniz var? Video görüntünün 11:27 saniyəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Bəli var. Bununla bağlı səs yazısı var. Mən danışmalıyam ki, ictimaiyyətdə bilsin. Video görüntünün 12:45- 13:07 saniyəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Biz gəldik Nərimanov Rayon Polis İdarəsinə müraciət etdik. Ruslanı Nərimanov Rayon Polis İdarəsinə gətirdilər izahatın aldılar, bizi də dəvət etdilər. Ruslanın vəkili və biz oturduq, araşdırma apardıq. Orada da etiraf etdi ki, bəli etiraf elədi və işi də hal-hazırda veriblər istintaqa, istintaq materialı kimi araşdırılır. Bundan əlavə ##.##.2026- cı il tarixdə "Tiktok" Sosial Şəbəkəsində olan "Patrul.az" adlı səhifədə "Keçmiş BY.Ruslan Pizza işçilərindən şikayət" başlıqlı yazı paylaşılmışdır. Həmin yazı ilə bağlı öz mövqeyimi bildirmişəm. Tərəfimdən mövqe bildirildikdən sonra "Patrul.az" saytının jurnalisti qarşı tərəf olan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mövqeyini öyrənmək üçün onunla əlaqə saxlamışdır. Jurnalist Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsla əlaqə yaratdıqda, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məni CM-nin 179-cu maddəsi olan mənimsəmə cinayətində ittiham edərək cəmiyyətə yalan məlumat vermişdir. Videogörüntüdə aşağıdakı məlumatlar paylaşılmışdır. Video görüntünün 10:59-12:36 saniyəsi Jurnalist: Xüsusi ittihamçı iddiaları ilə bağlı keçmiş şəriklərindən biri Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsla əlaqə saxladıq. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs səsləndirilən iddialara cavab olaraq bildirdi ki, göründüyü kimi o etiraf edir ki, işçilər onunla müqavilə bağlayıblar və rəsmi işçiləri olublar. İşçilərin əmək haqqları 2025-ci ilin sentyabr ayından etibarən ödənilmir. Xüsusi ittihamçı fəaliyyətini 2025-ci ilin noyabr ayından dayandırıb. Eyni zamanda işçilərinə əmək haqlarını verəcəyinə, onları yeni işlə təmin edəcəyinə dair vədlər verib. İşçilərin əmək haqları sentyabr ayından verilməyib. Ruslan isə noyabr ayından fəaliyyətini dayandırıb, bu isə o deməkdir ki, müəsissə fəaliyyət göstərdiyi halda 2 ay ərzində işçilərin əmək haqlarını saxlayıb ödəməyib. Xüsusi ittihamçı işçilərini işdən azad etmək niyyətində idisə, rəsmi xəbərdarlıq etmişdirsə niyə sentyabr ayından gözləyib? Bu zaman ərzində vergiləri və digər ödənişləri həyata keçirib. Əgər işçilər tərəfindən kobud pozuntu törədilmişdirsə bu barədə dərhal tədbir görülməli və əmək müqavilərinə xitam verilməli idi. Aylar sonra əsassız şəkildə kobud pozuntu əsası ilə işçilərin müqavilələrinə xitam verilməsi onların hüquqlarının pozulmasına gətirib çıxarır. İşçilərin tələbləri ilə bağlı bizim cavabdehlik məsələmizə gəldikdə isə, bildiririk ki, Xüsusi ittihamçı tərəfindən ortaqlıq şərtləri pozulduğuna və maliyyə vəsaitləri yalnız onun tərəfindən mənimsənildiyinə görə aramızda ciddi problemlər yaranmışdır. Aparılan maliyyə analizi zamanı Xüsusi ittihamçı pul vəsaitlərinin itkisini işçilərin əmək haqlarının ödənilməsi ilə əlaqələndirmişdir. Əgər yoxa çıxan vəsaitlərin tərkibində işçilərində əmək haqlarında nəzərə alırdısa bu o deməkdir ki, Ruslan ortaqlarına əmək haqlarının ödənildiyini bildirmiş, lakin faktiki olaraq həmin vəsaiti mənimsəmişdir. Göründüyü kimi "Patrul.az" adlı saytının Youtube və Tiktok kanallarında olan paylaşımlar zamanı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs "Patrul.az" saytının "Tiktok" və "Youtube" sosial şəbəkəsinə verdiyi açıqlamada birbaşa olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham edərək ictimaiyyət qarşısında onun şərəf və ləyaqətini kobud şəkildə alçaltmış, barəsində cinayətkar görüntüsü yaratmışdır. Yəni, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən barəsində təhqir və böhtan xarakterli məlumatı bilərəkdən qərəzli olaraq vermişdir. Qeyd etmişdir ki, AR CM-nin 147- ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salması ilə bağlı hissədə bildirmişdir ki, törətmədiyi ağır cinayətlərdə ittiham olunmağı, onun ölkə ictimaiyyətində, onu tanıyan şəxslər, onun işlədiyi sahədə olan başqa şəxslər arasında nüfuzdan düşməyinə və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Xüsusilə qeyd edir ki, o "X1” markası ilə ölkə üzrə kifayət qədər nüfuz qazanmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxsdir. Bu kimi məlumatlar əsassız şəkildə mətbuatda elan edildikdən sonra çoxlu sayda müştərilər bir daha onun sahibkarlıq fəaliyyəti göstərdiyi məkana gəlməmiş, bu da ictimai nüfuzdan düşməyinə və maddi zərərə məruz qalmağına səbəb olmuşdur. Ali Məhkəmənin xüsusi ittiham işləri üzrə Ali Məhkəmənin Plenum Qərarında da göstərilmişdir ki, şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı isə onu bildirir ki, indiyədək barəsində heç bir məhkəmə hökmü qəbul edilməmiş, barəsində cinayət işi başlanılmamışdır. Belə olan halda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Patrul.az saytına verdiyi ifadələrin "Tiktok" sosial şəbəkəsində səsləndirilməsi zamanı bildirmişdir ki, "İşçilərin tələbləri ilə bağlı bizim cavabdehlik məsələmizə gəldikdə isə, bildiririk ki, Xüsusi ittihamçı tərəfindən ortaqlıq şərtləri pozulduğuna və maliyyə vəsaitləri yalnız onun tərəfindən mənimsənildiyinə görə aramızda ciddi problemlər yaranmışdır. Aparılan maliyyə analizi zamanı Xüsusi ittihamçı pul vəsaitlərinin itkisini işçilərin əmək haqlarının ödənilməsi ilə əlaqələndirmişdir. Əgər yoxa çıxan vəsaitlərin tərkibində işçilərin əmək haqları da nəzərə alırdısa bu o deməkdir ki, Ruslan ortaqlarına əmək haqlarının ödənildiyini bildirmiş, lakin faktiki olaraq həmin vəsaiti mənimsəmişdir” İfadələrdən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham edir. "Patrul.az" saytının "Youtube" sosial şəbəkəsində paylaşılmış videogörüntünün 11:04-11:24 hissəsində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: “Bizim Ruslanla görüşlərimiz oldu, orada Eldənizlə Ruslanın arasında ziddiyətlər yarandı, Ruslan etiraf etdi ki, 65.000 (altmış beş min) manatdan çox pul götürmüşəm hissəsində isə onu külli miqdarda özgə əmlakını mənimsəməkdə ittiham edərək guya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə onu ittiham etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən barəsində verilmiş şikayətlə bağlı hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmış və Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyev ##.##.2025-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Nərimanov Rayon Polis Idarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyev ##.##.2025-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdiyi halda, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2025-ci il tarixdə "Patrul.az" saytına müsahibə verərək onu mənimsəmə və israf etmə cinayətində ittiham edərək cəmiyyətdə onu nüfuzdan salmışdır. Belə ki, hər hansı cinayət işi başlanılmadığı və barəsində qəbul edilmiş məhkəmə hökmü olmadığına görə onun ağır cinayət törətməkdə ittiham edilməyi həmin məlumatın yalan olmasına dəlalət edir. Çünki mənimsəmə və israfetmə cinayətinin törədilməsi bir faktdır və yanlız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilə bilər. Xüsusilə qeyd edilməlidir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayəti üzrə Nərimanov RPI-də cinayət işinin başlanması rədd edilmişdir. 65.000 manat məbləğ Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən 50000( əlli min manat) məbləğindən artıq olduğu üçün külli miqdar hesab edilir. Külli miqdarda dələduzluq və mənimsəmə və israf etmə cinayəti isə Cinayət Məcəlləsinin 178- ci və 179-cu maddəsinin tövsifedici tərkibi baxımından ağır cinayətlər kateqoriyasına aiddir. Göstərilən hərəkətlərlə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirir ki, məlumatların yayıldığı Tiktok Sosial Şəbəkəsində olan "Patrul.az" adlı səhifənin 537,7 (beş yüz otuz yeddi min yeddi yüzdən) artıq izləyicisi vardır və olduqca aktiv "public" bir hesabdır. Həmin xəbəri isə şikayətin verildiyi tarixə kimi 4933 çox izləyici bəyənmiş, 264100 baxış gəlmiş, 175 izləyici şərh yazmış, 668 izləyici digər şəxsə paylaşmışdır. Patrul.az saytının "Youtube" şəbəkəsində "By.Ruslan Pizza" qalmaqalı: Şəriklər arasında mübahisə böyüdü başlıqlı paylaşıma şikayətin verildiyi tarixə 2277 baxış gəlmişdir. Ümumi youtube kanalının 49900( qırx doqquz min doqquz yüzdən) çox izləyicisi mövcuddur. Yəni, məlumatın yayılması tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Hökmdən xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək ən yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittiham tərəfi iş materiallarını, tərəflər arasında olan münasibətin xarakterini, iş üzrə mövcud olan sübutları, o cümlədən “Patrul.az” saytı tərəfindən verilmiş cavab məktubunu tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan qarşılıqlı münasibətlərin tədqiqində yanlışlığa yol vermiş, hüquq normalarını düzgün tətbiq etməmiş, xüsusi ittiham qaydasında işlər üzrə Ali Məhkəmənin Plenum Qərarının, o cümlədən analoji iş üzrə yuxarı instansiya məhkəmələrinin qərarlarında olan hüquqi mövqeləri düzgün təhlil etməmiş, ittiham tərəfinə qarşı qərəzli mövqe göstərmiş, işi qısa müddətdə yekunlaşdırmış, bir sözlə düzgün mövqedə olmamışdır. İttiham tərəfi məhkəmənin “Təqsirləndirilən şəxsin Patrul.az’’ saytına göndərilmiş sms mətnində mənimsəmək sözündə konkret məbləğ ifadə edilməməsi, buna görə də təqsirləndirilən şəxsin xüsusi ittihamçını ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edilməsi barədə konkret nəticəyə gəlməyin mümkün olmaması ilə bağlı mövqeyi” ilə qəti şəkildə razılaşmır. Belə ki, “Patrul.az” saytının direktoruna göndərilmiş cavab məktubunda təqsirləndirilən şəxs özü bildirmişdir ki, “Ruslan işçilərin iki aylıq əmək haqqını ödəməyib, əgər ortada yoxa çıxan pulların içində işçilərin əmək haqlarını hesablayırdısa, deməli görünür ki, Ruslan ortaqlarına əmək haqlarını ödədiyini bildirmiş, həqiqətdə isə həmin pulları mənimsəmişdir”. Məhkəmənin elektron sisteminə əlavə edilmiş əmək müqavilələrindən görünür ki, ümumilikdə 45 ədəd işçi ilə aralarında müqavilə bağlanılmış, işçilərin 1 aylıq əmək haqqısı ümumilikdə 16950 manat, 2 ay üçün isə 33900 manat təşkil etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsla aralarında ortaqlıq münasibətləri olduğu üçün Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işçilərin sayı barədə tam məlumatlı olmuşdur. Ən sadə rəqəmlə hesablasaq belə, mənimsəmə cinayətinin sadə tərkibinin yaranması üçün tələb olunan 500 manatdan yuxarı məbləğində pul vəsati 1-2 işçinin əmək haqqısı ilə tamamlanır. Yəni, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işçilərin sayını, onlara ödənilən əmək haqqılarını bilə-bilə “Patrul.az” saytına göndərilmiş sms mətni ilə işçilərin 2 aylıq əmək haqqılarını ödəmədiyini və həmin pulları mənimsədiyini bildirərək barəsində cəmiyyətdə cinayətkar təsəvvürü yaratmışdır. İttiham tərəfi məhkəmənin “Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan dilinin izahlı lüğətinə əsasən "mənimsəmək” sözünün bir neçə məna çaları mövcuddur. Həmin söz yalnız cinayət hüquqi məna daşımır. Belə ki, "mənimsəmək" sözü öyrənmək, qəbul etmək, yadda axlamaq, həzm etmək kimi mənalarda da işlədilir. Bu baxımdan, "mənimsəmə" ifadəsinin işlədilməsi avtomatik olaraq şəxsin CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edilməsi kimi qiymətləndirilə bilməz” mövqeyi ilə də razılaşmır. Belə ki, mənimsəmə sözü yanlız CM-in 179-cu maddəsi ilə nəzərdə tutulmuş “Mənimsəmə və israfetmə” adlı maddədə göstərilir. Azərbaycan Respublikasının digər məcəllələrində və aktlarında göstərilən ifadə işlədilmir. İttiham tərəfi xüsusilə qeyd edir ki, “öyrənmək, qəbul etmək, yadda axlamaq, həzm etmək” kimi ifadələrin hazırkı işdə işlədilməsinin heç bir mənası və ağlabatan mühakiməsi mövcud deyildir. Çünki tərəflər arasında ümumi mübahisə mövcuddur və hər iki tərəf bir-birindən şikayətçidir. Məhkəmənin mənimsəmə sözünü CM-in 179-cu maddəsində nəzərdə tutulmuş əməl kimi deyil, “həzm etmək, yadda saxlamaq, qəbul etmək” kimi ifadələrlə əlaqələndirməsi əslində isə tam qərəzli yanaşması ilə təsdiq edilir. Çünki işçilərin əmək haqqını və ortaqlıq şərtlərinin pozulmasına görə maliyyə vəsaitinin mənimsənilməsin “yadda saxlamaq, qəbul etmək, həzm etmək” sözləri ilə əlaqələndirilməsinə başqa ad vermək mümkün deyil. Əslində isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs göstərilən vəsaitlərin tərəfindən mənimsənilməsi kimi məzmunda “Patrul.az” saytına sms mətni ilə göndərməsi ilə niyyətini tam bəyan edir. Sms mətnində də maliyyə vəsaitlərinin mənimsənilməsi açıq şəkildə görünür. Görəsən maliyyə vəsaitinin mənimsənilməsinin həzm etmək, yadda saxlamaq kimi bir anlayışlarla necə əlaqəsi ola bilər? İttiham tərəfi məhkəmənin “Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan dilinin izahlı lüğətinə əsasən "mənimsəmək" sözünün bir neçə məna çaları mövcuddur. Həmin söz yalnız cinayəthüquqi məna daşımır. Belə ki, "mənimsəmək" sözü öyrənmək, bequl etmək, yadda axlamaq, həzm etmək kimi mənalarda da işlədilir. Bu baxımdan, "mənimsəmə" ifadəsinin işlədilməsi avtomatik olaraq şəxsin CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edilməsi kimi qiymətləndirilə bilməz” mövqeyi ilə də razılaşmır. Belə ki, mənimsəmə sözü yanlız CM-in 179-cu maddəsi ilə nəzərdə tutulmuş "“Mənimsəmə və israfetmə" adlı maddədə göstərilir. Azərbaycan Respublikasının digər məcəllələrində və aktlarında göstərilən ifadə işlədilmir. İttiham tərəfi xüsusilə qeyd edir ki, “öyrənmək, qəbul etmək, yadda axlamaq, həzm etmək" kimi ifadələrin hazırkı işdə işlədilməsinin heç bir mənası və ağlabatan mühakiməsi mövcud deyildir. Çünki tərəflər arasında ümumi mübahisə mövcuddur və hər iki tərəf bir-birindən şikayətçidir. Məhkəmənin mənimsəmə sözünü Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş əməl kimi deyil, "həzm etmək, yadda saxlamaq, qəbul etmək" kimi ifadələrlə əlaqələndirməsi əslində işə tam gərəzli yanaşması ilə təsdiq edilir. Çünki işçilərin əmək haqqını və ortaqlıq şərtlərinin pozulmasına görə maliyyə vəsaitinin mənimsənilməsin "yadda saxlamaq, qəbul etmək, həzm etmək” sözləri ilə əlaqələndirilməsinə başqa ad vermək mümkün deyil. Əslində isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs göstərilən vəsaitlərin tərəfindən mənimsənilməsi kimi məzmunda "Patrul.az” saytına sms mətni ilə göndərməsi ilə niyyətini tam bəyan edir. Sms mətnində də maliyyə vəsaitlərinin mənimsənilməsi açıq şəkildə görünür. Görəsən maliyyə vəsaitinin mənimsənilməsinin həzm etmək, yadda saxlamaq kimi bir anlayışlarla necə əlaqəsi ola bilər? İttiham tərəfi həmçinin məhkəmənin “Məһkəmə hesab edir ki, verilmiş müsahibələrin məqsədi Xüsusi ittihamçı ağır cinayət törətməkdə ittiham etmək və ya onun şərəf və ləyaqətini alçaltmaq deyil, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özü barəsində səsləndirilən iddialara münasibət bildirməsi, öz mövqeyini açıqlaması və yanlış anlaşılmanın qarşısını almağa çalışması olmuşdur. CM-in 147-ci maddəsi ilə məsuliyyətin yaranması üçün yayılan məlumatın yalan olması ilə yanaşı, həmin məlumatın yalan olduğunu şəxsin əvvəlcədən bilməsi və buna baxmayaraq qəsdən yayması mütləq müəyyən edilməlidir. İş üzrə toplanmış sübutlarla Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs belə bir qəsdlə hərəkət etməsi sübuta yetirilməmişdir” mövqeyini də rədd edir. Belə ki, əslində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs burada niyyəti barəmdə cəmiyyətdə cinayətkar olmağımla bağlı mövqe formalaşdırmaq olmuşdur. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi və barəsində cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərarın qəbul edilməməsi, ən əsası qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasını bildiyi halda mənі "maliyyə vəsaitini mənimsəmə” cinayətini törətməkdə ittiham etməsi ilə CM-in 147-ci maddəsinin subyektiv cəhətində əks olunan "yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma" kimi aktiv hərəkətləri etmişdir. Əksinə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayət edən şəxs olaraq cinayət işinin başlanmaması, cəlb qərarı, barəsində hökmün qəbul edilməməsindən tam məlumatlı şəxsdir. Buna baxmayaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bilə-bilə məni maliyyə vəsaitini mənimsəmə cinayətini törətməkdə ittiham etməsi CM-in 147-ci maddəsinin tərkibi ilə tam əhatə olunur. Göründüyü kimi məhkəmə CMin 147-ci maddəsinin dispozitiv əlamətlərini cinayət hüquqi nəzəriyyə baxımından düzgün şərh etsə də, hazırkı işə münasibətdə şərhi düzgün tətbiq etməmişdir. İttiham tərəfi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəmdə böhtan və təhqir xarakterli məlumatları bilə-bilə yaymasını xüsusilə onunla əlaqələndirir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən barəsində verilmiş şikayətlə bağlı hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmış və Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyev ##.##.2025-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyev ##.##.2025-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdiyi halda, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2025-ci il tarixdə "Patrul.az” saytına müsahibə verərək onu mənimsəmə və istaf etmə cinayətində ittiham edərək cəmiyyətdə məni nüfuzdan salmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bəlli olduğu halda barəmdə böhtan və təhqir xarakterli məlumatların yayılması qəbuledilməzdir. İttiham tərəfi məhkəmənin" Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünü açıqlamaq kimi bir niyyətinin olmasını” münasibətə olan mövqeyini rədd edir. Belə ki, özünü açıqlamaq müxtəlif formalarda ifadə oluna bilər. Özünü açıqlamaq başqa şəxsin hüquq ve manafelərinə zərər vurmadan, onun barəsində həqiqətə uyğun olmayan məlumatın yayılması kimi qiymətləndirilməməlidir. Fikrini ifadə etmək azadlığının müəyyən hədləri mövcuddur. Böhtan və təhqir maddəsinin mahiyyəti də məhz bundan ibarətdir. İlk öncə şəxs ifadə etdiyi fikrin düzgünlüyünə əmin olmalı, bu istiqamətdə araşdırma aparmalı, hansı ifadələri işlətməsini düzgün müəyyən etməli, həmin ifadələrin başqa şəxsin mənafelərinə toxunubtoxunmamasına həssas yanaşmalı, səsləndirilən ifadələrin cəmiyyətdə hansı reaksiya yaradacağını düşünməli, dərk etməli buna uyğun bir addım atmalıdır. Başqa şəxsin barəsində hər hansı cinayət işinin başlanılmamasını bildiyi halda onun maliyyə vəsaitini, işçilərin əmək haqqını mənimsəyib deyə ifadələrin işlədilməsi düzgün qəbul edilə bilməz. Dövlətin adından qərar qəbul edən birinci instansiya məhkəməsinin belə bir əsaslandırma edib həmin qərarı anonimləşdirməsi, başqa şəxslərin də qərarla tanış olub bu qərardan ilham alıb başqa şəxslərin barəsində qeyri-qanuni ifadələrin işlədilməsi böyük bir özü-özlüyündə cinayətkarlığın daha da artırılmasına səbəb ola bilər ki, bu da cinayət hüqunun mahiyyətinə, həmçinin dövlətin bu istiqamətdə apardığı islahatlara, marifləndirmələrə tamamilə ziddir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs inandığı məsələləri kütləvi informasiya vasitələrində yaymasının “düzgün və qanuni” olması kimi bir qərarın çıxarılması ümumiyyətlə anlaşılan ola bilməz. Qanun bütün vətəndaşlar üçün eynidir. Cəmiyyətdə hər bir şəxsin inandığı, əslində isə qeyri-qanuni olan əməli KİV-də səsləndirməsi və buna dövlətin adından qərar qəbul edən bir məhkəmənin düzgün bir addım olması barədə əsaslandırma etməsi özü qanunsuzluqdur. Bununla yanaşı məhkəmə iclasında da ifadə vermişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən səsləndirilən ifadələrdən sonra sahibkar kimi əldə etdiyim gəlirlərdə ciddi enişlər yaşanmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən səsləndirilən ifadələrdən sonra cəmiyyətdə nüfuzu ciddi şəkildə zədələnmiş və artıq nüfuzlu bir sahibkar deyil, cinayətkar bir şəxs kimi tanınır. Belə ki, bir sıra icarədarlarla müqavilə bağlayıb obyekt icarəyə götürmək istədikdə ona “Patrul.az" saytında paylaşılmış məlumat xatırladılmış və icarə müqaviləsi bağlanılmamışdır. Faktiki olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən səsləndirilən ifadələrə görə ciddi bir maliyyə enişi yaşayır. Bir sözlə barəsində bu kimi ifadələrin səsləndirilməsi ona maddi və mənəvi olaraq ciddi zərbə vurmuşdur. "Patrul.az" saytı ölkə üzrə ən çox baxış gələn saytdır. Məhkəməyə təqdim etdikləri sənədlərdən görünür ki, göstərilən paylaşımlara yarım milyondan çox baxış gəlmiş, hazırda isə həmin rəqəm 1 milyona yaxındır. Bu, işin rəsmi tərəfidir. Qeyri-rəsmi baxış sayı isə göstərilənlərdən daha da çoxdur. İttiham tərəfi həmçinin onu qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müsahibəsində onun "altmış beş min manat" pul götürməyini və bunu mənimsəməyini "Patrul.az" saytına göndərmiş olduğu cavab məktubunda özü təsdiq edir. Belə ki, "Patrul.az" saytında paylaşılmış məlumatlardan görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu təkcə işçilərin əmək haqqının mənimsənilməsində deyil, ortaqlıq şərtlərinin pozulmasına görə maliyyə vəsaitinin mənimsənilməsində də ittiham etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mənim güya 130000 (yüz otuz min) manat pul vəsaitini ələ keçirməyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə də təsdiq edilir. O, şikayət ərizəsində göstərmişdir ki, Ruslan 10 ay ərzində obyektdən 130.000 manat pul götürmüş, bu barədə polisə məlumat vermək qərarına gəlmişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmçinin Ruslanın 65000 (altmış beş min) manat pul vəsaitini götürməsini şikayət ərizəsində qeyd etmiş, 130000( yüz otuz min) manat pul vəsaitinin içərisində 65000 (altmış beş min) manat pul vəsaitini də nəzərdə tutmuşdur. Göründüyü kimi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs media saytında Xüsusi ittihamçı 65000 (altmış beş min) manat pul vəsaitini götürməsini mənimsəmə cinayəti ilə əlaqələndirmiş, şikayət ərizəsində də bunu bildirmişdir. Bununla yanaşı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmədə ifadəsində barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsini də bildirmişdir. Həmçinin “mənimsəmə, mənimsənilmişdir" CM-in 179-cu maddəsində nəzərdə tutulmuş əməl kimi ifadə olunduğundan və bir şəxsin cinayət törətməsi kimi bir ifadə olunduğundan hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin də tərkib əlaməti mövcuddur. Bununla yanaşı hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Günel Məmmədova iş üzrə kifayət qədər kobud pozuntulara yol verdiyindən barəsində xüsusi qərar qəbul edilməlidir. Belə ki, hakim Günel Məmmədova qərar qəbul etmək üçün müşavirə otağına ümumiyyətlə daxil olmamış, qapının yanına gedərək geri qayıtmış və qərarı elan etmişdir. Həmin iclas tərəflərindən sübut da məhkəməyə təqdim edilmişdir. İş materiallarını tədqiq etmədən, sübutları qiymətləndirmədən, müşavirə otağına getmədən hökmün qəbul edilməsi əslində məhkəmənin qərarının əvvəlcədən hazır olması barədə onda ciddi şübhələr yaradır. Xüsusilə qeyd edir ki, məhkəmə iclasının audio-video yazısının bağlanma-açılma dəqiqələrinə baxdıqda göstərilən hallar da tam əksini tapar. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (6-cı bənd). Avropa Məhkəməsinin mövqeyinə görə fikirlər faktlara əsaslanmadıqda əsassız ola bilər. Buna görə də fikirləri faktlara uyğunlaşdırmaq lazımdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs fakt olaraq barəsində cinayət işinin başlanılmaması barədə faktın olmasını bildiyi halda yenə də, onun maliyyə vəsaitini mənimsəməyi kimi ifadələri işlətməsi onun bu əməli bilə-bilə etməsinin təsdiqidir. Qeyd edir ki, CMin 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salması ilə bağlı hissədə bildirir ki, törətmədiyi ağır cinayətlərdə ittiham olunmağı, onun ölkə ictimaiyyətində, onu tanıyan şəxslər, onun işlədiyi sahədə olan başqa şəxslər arasında nüfuzdan düşməyinə və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Xüsusilə qeyd edir ki, o "X1" markası ilə ölkə üzrə kifayət qədər nüfuz qazanmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxsdir. Bu kimi məlumatlar əsassız şəkildə mətbuatda elan edildikdən sonra çoxlu sayda müştərilər bir daha onun sahibkarlıq fəaliyyəti göstərdiyi məkana gəlməmiş, bu da ictimai nüfuzdan düşməyinə və maddi zərərə məruz qalmağına səbəb olmuşdur. Ali Məhkəmənin xüsusi ittiham işləri üzrə Ali Məhkəmənin Plenum Qərarında da göstərilmişdir ki, şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı isə onu bildirir ki, indiyədək barəsində heç bir məhkəmə hökmü qəbul edilməmiş, barəsində cinayət işi başlanılmamışdır. Belə olan halda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən barəsində verilmiş şikayətlə bağlı hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmış və Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyev ##.##.2025-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Əliyev ##.##.2025-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdiyi halda, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2025-ci il tarixdə "Patrul.az" saytına müsahibə verərək məni mənimsəmə və istaf etmə cinayətində ittiham edərək cəmiyyətdə məni nüfuzdan salmışdır. Belə ki, hər hansı cinayət işi başlanılmadığı və barəmdə qəbul edilmiş məhkəmə hökmü olmadığına görə mənim ağır cinayət törətməkdə ittiham edilməyim həmin məlumatın yalan olmasına dəlalət edir. Çünki mənimsəmə və israfetmə cinayətinin törədilməsi bir faktdır və yanlız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilə bilər. Xüsusilə qeyd edilməlidir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayəti üzrə Nərimanov RPİ-də cinayət işinin başlanması rədd edilmişdir. 65.000 manat məbləğ Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən 50000 (əlli min manat) məbləğindən artıq olduğu üçün külli miqdar hesab edilir. Külli miqdarda dələduzluq və mənimsəmə və israf etmə cinayəti isə Cinayət Məcəlləsinin 178-ci və 179-cu maddəsinin tövsifedici tərkibi baxımından ağır cinayətlər kateqoriyasına aiddir. Göstərilən hərəkətlərlə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair bildirir ki, məlumatların yayıldığı Tiktok Sosial Şəbəkəsində olan "Patrul.az" adlı səhifənin xüsusi ittiham qaydasında şikayətin verildiyi tarixə kimi 525,6 ( beş yüz iyirmi beş min altı yüzdən artıq) izləyicisi vardır və olduqca aktiv "public" bir hesabdır. Həmin xəbəri isə şikayətin verildiyi tarixə kimi 4931 çox izləyici bəyənmiş, 183 izləyici şərh yazmış, 666 izləyici digər şəxsə paylaşmışdır. Patrul.az saytının "Youtube" şəbəkəsində “By.Ruslan Pizza" qalmaqalı: Şəriklər arasında mübahisə böyüdü başlıqlı paylaşıma şikayətin verildiyi tarixə daha da çox baxış gəlmişdir. Ümumi youtube kanalının 49800 (qırx doqquz min səkküz yüzdən) çox izləyicisi mövcuddur. Yəni, məlumatın yayılması tam sübuta yetirilir. Şikayətdə istinad olunan cinayət "Youtube" kanalında ## ###### 2025-ci il tarixdə, "Tiktok" sosial şəbəkəsində isə ##.##.2026-cı il tarixində törədilmiş və başa çatmışdır. Əməlin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsi isə işin mübahisəsiz halını təşkil edir. Belə ki, "Youtube" sosial şəbəkəsində müsahibə zamanı müsahibə verən şəxsin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs olması göstərilmiş və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünü təqdim etmişdir. Tiktok sosial şəbəkəsində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsla əlaqənin saxlanılması və göstərilən ifadələrin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən verilməsi təsdiq edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə barəmdə əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı Xüsusi ittihamçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən bəraət almış şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, onun müdafiəçiləri X5 və Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün tam qanuni və əsaslı olduğunu bildirib verilmiş apellyasiya şikayəti təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində ittiham tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən göründüyü kimi məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmədə tədqiq olunmuş sübutları təsvir etdikdən sonra onların məcmusunun təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında şikayətdə göstərilən əməllərdə təqsirli bilmək üçün əsas verməməsi, eləcə də onun əməlində CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutduğu cinayətin tərkibinin olmaması haqqında nəticəyə gəlmişdir. İttiham tərəfi təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı olmasını iddia etməklə apellyasiya müraciətində aşağıdakı dəlilləri irəli sürmüşdür; 1) əmək müqavilələrindən görünür ki, ümumilikdə 45 ədəd işçi ilə aralarında müqavilə bağlanılmış, işçilərin 1 aylıq əmək haqqısı ümumilikdə 16950 manat, 2 ay üçün isə 33900 manat təşkil etmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işçilərin sayı barədə tam məlumatlı olmuş, mənimsəmə cinayətinin sadə tərkibinin yaranması üçün tələb olunan 500 manatdan yuxarı məbləğ mövcud olmuşdur. 2) mənimsəmə sözü yanlız CM-in 179-cu maddəsi ilə nəzərdə tutulmuş “mənimsəmə və israfetmə” adlı maddədə göstərilmişdir. 3) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qəsdlə hərəkət etməsi sübuta yetirilmişdir. 4) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən Xüsusi ittihamçı barəsində verilmiş şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bundan məlumatlı olmuşdur. 5) təhqir və böhtan xarakterli məlumatlar "Youtube" kanalında və "Tiktok" sosial şəbəkəsində yayılmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit edilir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair CPM-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təsvir olunan normaların tələblərini apellyasiya müraciətlərinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş hökmlə müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. CM-in 47.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmə kollegiyasının qiymətləndirməsinə görə yayılması iddia olunan məlumatlarda nalayiq ifadə mövcud olmamış, xüsusi ittihamçının şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmamışdır. Ümumiyyətlə, xüsusi ittiham qaydasında şikayətdə CM-in 148-ci maddəsinə münasibətdə ittiham əsaslandırılmamış, həmin maddənin dispozisiyası sadalanmış, ittiham tərəfinin təhqir hesab etdiyi hərəkətlər göstərilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu hissədə xüsusi əsaslandırmaya ehtiyac duymur. Böhtan maddəsi üzrə isə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti olmamaqla cinayət tərkibi yaranmamışdır. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər bir-birini tanımış və ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhz bu fəaliyyətdən irəli gələn mübahisələr zəmnində münasibətləri pozulmuşdur. Böhtan hissədə ittiham tərəfi iki hala istinad etmişdir. Bunlardan biri, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müsahibəsi olmuşdur. Müsahibənin 11:04-11:24 saniyəsində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bildirmişdir: "Bizim Ruslanla görüşlərimiz oldu, orada Eldənizlə Ruslanın arasında ziddiyətlər yarandı, Ruslan etiraf etdi ki, 65000 (altmış beş min) manatdan çox pul götürmüşəm. Dedik ki, biz 20-20 götürmüşük bəs sən niyə 65000 manatdan çox götürmüsən?, Ruslan dedi şəxsi ehtiyaclarım üçün götürüb xərcləmişəm”. Video görüntünün 11:25-11:26 saniyəsi Jurnalist: "Sizin bu dediklərinizlə bağlı dəliləriniz var? Video görüntünün 11:27 saniyəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Bəli var. Bununla bağlı səs yazısı var. Mən danışmalıyam ki, ictimaiyyətdə bilsin. Video görüntünün 12:45- 13:07 saniyəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Biz gəldik Nərimanov Rayon Polis İdarəsinə müraciət etdik. Ruslanı Nərimanov Rayon Polis İdarəsinə gətirdilər izahatın aldılar, bizi də dəvət etdilər. Ruslanın vəkili və biz oturduq, araşdırma apardıq. Orada da etiraf etdi ki, bəli etiraf elədi və işi də hal-hazırda veriblər istintaqa, istintaq materialı kimi araşdırılır. İttiham tərəfinin istinad etdiyi digər hal, "Patrul.az" saytının jurnalistinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıqda sonuncunun səsləndirilən iddialara cavab olaraq bildirdikləri olmuşdur. “Göründüyü kimi etiraf edir ki, işçilər onunla müqavilə bağlayıblar və onun rəsmi işçiləri olublar. İşçilərin əmək haqları 2025-ci ilin sentyabr ayından ödənilmir, Xüsusi ittihamçı isə fəaliyyətini noyabra ayında dayandırıb, o cümlədən İşçilərə onlara əmək haqlarını verəcəyinə və yeni işlə təmin edəcəyinə dair vədlər verib. İşçilərin əmək haqları sentyabr ayından verilməyib, Ruslan isə noyabr ayından fəaliyyətini dayandırıb, deməli müəssisə fəaliyyət göstərdiyi halda iki ayın əmək haqlarını saxlayıb və ödəməyib. O cümlədən Xüsusi ittihamçı işçiləri işdən azad etmək fikri var idisə və rəsmi xəbərdarlıq etmişdisə, nəyə görə sentyabrdan bəri gözləyib, vergiləri və digər ödənişləri ödəyib? Əgər işçilər tərəfindən kobud pozuntular törədilmişdirsə, bununla bağlı dərhal tədbir görüb müqavilələrinə xitam verərdi, aylar sonra əsassız olaraq İşçilərin müqaviləsinə kobud pozuntu əsası ilə xitam verilməsi işçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. İşçilərin tələblərinə qarşı bizim cavabdehliyimiz ilə bağlı diqqətə çatdırırıq ki, Xüsusi ittihamçı tərəfindən ortaqlıq şərtləri pozulduğuna və maliyyə vəsaiti sırf onun tərəfindən mənimsənildiyinə görə aramızda problemlər yaranmışdır. Maliyyə analizi apararkən Xüsusi ittihamçı pul vəsaitlərinin itkisinə işçilərin əmək haqlarının da ödənilməsini səbəb kimi gətirmişdi. Əgər ortada yoxa çıxan pulların içində işçilərin əmək haqlarını hesablayırdısa, deməli görünür ki, Ruslan ortaqlarına əmək haqlarını ödədiyini bildirmiş, həqiqətdə isə həmin pulları mənimsəmişdir. Çünki indi məlum olur ki, Ruslan işçilərin əmək haqlarını verməmişdir. Ona görə də burada tək cavabdeh olmalı şəxs elə Ruslan özüdür”. İttiham tərəfinin istinad etdiyi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2025-ci il tarixli müsahibəsini CM-in 147-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin müsahibənin, sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı və sübuta yetirilmədiyi aydın olur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda olan izahatında xüsusi ittihamçı Xüsusi ittihamçı göstərmişdir ki, onlar birlikdə Ali baba restoranında görüşən zaman Eldənizlə Hüseyn ümumilikdə hərəsi üçün 20500 manat götürdüklərini deyib, ondan nə qədər xeyir əldə etdiyini soruşmuş, o da təxminən 60000 manatdan yuxarı xeyir əldə etdiyini bildirmişdir. Eldəniz və Hüseyn ondan nə üçün artıq pul götürdüyünü soruşan zaman o, ehtiyacı olduğu üçün götürdüyünü bildirmişdir. Göründüyü kimi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müsahibədə iddia etdikləri Xüsusi ittihamçı Nərimanov RPİ-nə verdiyi izahat ilə qismən oxşarlıq təşkil etmiş, müsahibədə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı mənimsəmə cinayətini törətməkdə ittiham etməmiş, ortaq sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlərin qeyri-mütənasib bölündüyünü bildirmişdir. "Patrul.az" saytının jurnalistinə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən göndərilən mətnə gəldikdə, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli * saylı qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarda izah edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin müəyyən edilən halıdır ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən mətn Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqindən "Patrul.az" saytının jurnalistinin istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqinə göndərilmiş, həmin mətn Xüsusi ittihamçı səsləndirdiyi iddialara qarşı jurnalistin suallarına cavab olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs münasibəti olmuşdur. Lakin, mətnin "Patrul.az" saytında və ya digər sosial platformalarda yayımlanması ilə bağlı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təkidi və iradə ifadəsi olmamış, bununla bağlı ittiham tərəfi sübut təqdim etməmişdir. Belə olan halda, həmin mətnin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən jurnalistin istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqinə göndərilməsi özözlüyündə həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmamaqla məlumatı bildirmiş şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs səsləndirdiyi iddialarla bağlı hüquq mühafizə orqanına müraciət etmiş, həmin müraciəti üzrə araşdırma aparılmışdır. İttiham tərəfi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müraciəti üzrə cinayət işinin başlanmasının rədd edildiyi və bundan sonuncunun məlumatlı olmasını göstərsə də, cinayət işinin başlanması ## ####### 2025-ci ildə rədd edilmiş, həmin qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ## ###### 2026-cı ildə ləğv edilmiş, mətnin göndərildiyi 2026-cı ilin fevral ayında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müraciəti üzrə araşdırma davam etdirilmişdir. Bu hal da, CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti ilə bağlı əsasları aradan qaldırmışdır. Beləliklə, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi ittihamçının və təqsirləndirilən şəxsin ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və düzgün nəticəyə gələrək bəraətverici hökm çıxarmışdır. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr ittiham tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, ittiham tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar