Məhkəmə qərarları › İş №1(3-6)-1233/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1233/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1233/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi İkram oğlunun (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü (bundan sonra - göstərilən məhkəmə hökmü) ilə, ## #### 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (bundan sonra – məhkum) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində cinayətin predmetinin dəyərinin əlli faizi, yəni 30026,5 manat miqdarında cərimə cəzası təyin edilmiş, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Mərkəzi Bankının * saylı inzibati binasındakı xəzinə saxlancında saxlanılan 22,39 qram çəkidə, 111,95 karat brilyant qaşların gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra sahibinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim X1) göstərilən məhkəmə hökmündə yol verilmiş anlaşmazlıqların aradan qaldırılması üçün təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş “İş üzrə maddi sübut kimi tanınmış və Mərkəzi Bankın * saylı inzibati binasında xəzinə saxlancında saxlanılan 22,39 qram çəkidə 111,95 karat brilyant qaşlar gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır” cümləsinin “İş üzrə maddi sübut kimi tanınmış və Mərkəzi Bankın * saylı inzibati binasıında xəzinə saxlancında saxlanılan 22,39 qram çəkidə 111,95 karat brilyant qaşlar gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır” cümləsi ilə, nəticə hissəsində qeyd edilmiş “İş üzrə maddi sübut kimi tanınmış və Mərkəzi Bankın * saylı inzibati binasında xəzinə saxlancında saxlanılan 22,39 qram çəkidə, 111,95 karat brilyant qaşlar gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra sahibinə qaytarılsın” cümləsinin “İş üzrə maddi sübut kimi tanınmış və Mərkəzi Bankın * saylı inzibati binasında xəzinə saxlancında saxlanılan 22,39 qram çəkidə, 111,95 karat brilyant qaşlar gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılsın” cümləsi ilə əvəz edilməsi, təsviri-əsaslandırıcı hissəsinin 13 səhifəsinin 4-cü abzasına “İş üzrə maddi sübut qismində tanınmış 22.39 qram çəkidə 111,95 karat brilyant qaşlar üçün hesablanmış 7058,04 manat məbləğində ödənişlər üzrə mülki iddia məsələsi və maddi sübutun taleyi ayrılmış cinayət işi üzrə toplanmış sübutlara uyğun həll edilsin” cümləsinin əlavə edilməsi qərara alınmışdır. Müdafiəçi həmin məhkəmə qərarından verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavədə qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti, ona edilmiş əlavənin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 518-ci maddəsinə əsasən məhkəmə öz hökmündə olan anlaşmazlıqları yalnız onun qanuni qüvvəyə minməsindən sonra icrası zamanı aradan qaldıra bilər. Lakin iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi hökmünün qanuni qüvvəyə minməsi üçün həmin Məcəllənin 384-cü maddəsində nəzərdə tutulmuş müddəti gözləmədən, yəni, hökmün icrası mərhələsi başlamadan onda yol verilmiş anlaşmazlıqların aradan qaldırılması barədə qərar qəbul etmiş, bununla da, həmin Məcəllənin 518-ci maddəsini düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinə edilmiş əlavə isə onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında göstərilən məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində işin faktiki hallarını və sübutları qiymətləndirməsi nəticəsində brilyant qaşların məhkuma qaytarılmalı olması barədə qeyd etdiyi ifadəni qanuni sahibinə qaytarılmalı olması barədə ifadə ilə əvəz etməklə, faktiki olaraq işin mahiyyəti üzrə gəldiyi nəticəni dəyişdirmiş və ya yeni hüquqi nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 518ci maddəsinə əsasən məhkəmə belə səlahiyyətə malik deyildir. Prosessual hüquq prinsiplərinə əsasən məhkəmənin iş üzrə hökm qəbul etməsi və onu elan etməsindən sonra həmin işə mahiyyəti üzrə hüquqi qiymət vermək səlahiyyəti bitir. Əgər məhkəmə hökm çıxararkən əmlakın sahibinin müəyyən edilməsində hər hansı hüquqi yanlışlığa yol veribsə və ya məsələni düzgün həll etməyibsə, bu məsələ sonradan Azərbaycan Respublikası CPM-in 518-ci maddəsi ilə “düzəliş” adı altında aradan qaldırıla bilməz. Mahiyyətə aid olan bu cür yalnışlıqlar yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxıldıqdan sonra düzəldilə bilər. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi ## #### 2026-cı il tarixli qərarla göstərilən məhkəmə hökmündə brilyant qaşların sahibinin kim olması ilə bağlı qeyd etdiyi ifadəni dəyişməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini mənimsəməsi şəklində prosessual pozuntu kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi iclasında məhkum apellyasiya şikayətinin məzmununa uyğun etdiyi izahat verib, çıxış edərək onun təmin edilməsini xahiş etmiş, dövlət ittihamçısı isə izahat və çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına müdafiəçi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkum məhkəmə iclasının müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən apellyasiya şikayəti və ona edilmiş əlavəyə müdafiəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in: - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayəti və ona edilmiş əlavənin yuxarıda göstərilmiş dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 518-ci maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; 518.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 518-ci maddəsində hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmənin onda yol verilmiş şübhə və anlaşılmazlıqları həll etmək hüququna malik olması hökmü və ya digər yekun qərarın icrası zamanına münasibətdə nəzərdə tutulsa da, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu və Azərbaycan Respublikası CPM-də cinayət prosesindəki oxşar prosessual münasibətlərə cinayət-prosessual qanunvericilik normalarının analogiya üzrə tətbiq edilməsinə qadağa nəzərdə tutulmadığına görə formalaşmış məhkəmə təcrübəsində məhkəmə hökmü və ya digər yekun qərarında yol verilmiş şübhə və anlaşılmazlıqların onun qanuni qüvvəyə minməsinə qədər də tərəflərin müvafiq məqsədlə təyin edilmiş məhkəmə iclası barədə məlumatlandırılmalarından sonra həll edilməsi düzgün, aydın və səmərəli şəkildə icra edilməsinin təmin edilməsinə xidmət etdiyinə, tərəflərin hüquqi vəziyyətini pisləşdirmədiyinə və şikayət vermək hüququnu məhdudlaşdırmadığına görə geniş həcmdə tətbiq edilir. Göstərilən məhkəmə hökmündən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Mərkəzi Bankının * saylı inzibati binasındakı xəzinə saxlancında saxlanılan 22,39 qram çəkidə, 111,95 karat brilyant qaşların gələcək hüquqi taleyinin həll edilməsini hökmün təsviri-əsaslandırıcı hissəsinin sonunda onların gömrük rəsmiləşdirilməsinin aparılmasından sonra məhkuma, nəticə hissəsinin 3-cü abzasında isə onların gömrük rəsmiləşdirilməsinin aparılmasından sonra konkret olaraq məhkuma deyil, ümumi mənada işlədilmiş sahibinə qaytarılmalı olması, beləliklə də, ziddiyyətli məzmununda qeyd etmişdir. Məhkəmə kollegiyası yuxarıdakı sonuncu iki abzaslarda göstərilənlərə əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin brilyant qaşlardan ibarət maddi sübutun gələcək hüquqi taleyinin həll edilməsini qəbul etdiyi hökmünün təsviri-əsaslandırıcı və nəticəvi hissələrində ziddiyyətli məzmununda qeyd etməsi hökmdə yol verdiyi müvafiq anlaşılmazlıqların aradan qaldırılması zərurətini yaratmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdə yol verdiyi müvafiq anlaşılmazlıqları öz təşəbbüsü ilə aradan qaldırmaq üçün hökmün qanuni qüvvəyə minməsini gözləmədən ## #### 2026-cı il tarixə təyin etdiyi məhkəmə iclasını keçirib qərar qəbul etməsi qanuni və formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur. Cinayət işi materiallarından görünür ki, məhkum məhkəməyədək və birinci instansiya məhkəməsindəki icraatlar dövründə verdiyi bütün ifadələrində maddi sübut qismində tanınmış brilyant qaşların ona ## #### 2025-ci il tarixdə X7 Dubay şəhərində olarkən Hindistan Respublikasının vətəndaşı olan, adını xatırlamadığı şəxs tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərində Yusuf adlı şəxsə çatdırması üçün verildiyini, onun İstanbul şəhərində Yusuf adlı şəxsin göndərdiyi şəxslə görüşsə də, həmin brilyant qaşları sonuncuya verməyi unutduğunu, beləliklə də, göstərilən brilyant qaşların ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi məhkumun verdiyi ifadələr və cinayət işi materiallarında olan digər sübutlar əsasında qeyd edilən brilyant qaşların məhkuma məxsus olmadığını müəyyən etmişdir. İş üzrə birinci instansiya məhkəməsinin göstərilən məhkəmə hökmünü qəbul etdiyi ## #### 2026-cı il tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, hakim yuxarıdakı sonuncu abzasda qeyd edilənlər əsasında hökmün nəticə hissəsinin müvafiq abzasını maddi sübut qismində tanınmış brilyant qaşların gömrük rəsmiləşdirilməsinin aparılmasından sonra məhkuma deyil, sahibinə qaytarılmasının qərara alındığını elan etmişdir. Məhkəmə kollegiyası yuxarıdakı sonuncu iki abzaslarda göstərilənlərə əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin göstərilən məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində maddi sübut qismində tanınmış brilyant qaşların gələcək hüquqi taleyinin həll edilməsi ilə bağlı yol verdiyi anlaşılmazlıqları Azərbaycan Respublikası CPM-in 518.3-cü maddəsinə əsasən ## #### 2026-cı il tarixli qərarında həmin hökmün məhkəmə iclasında elan edilmiş və sonradan imzalanmış nəticə hissəsinin yuxarıda qeyd edilən məzmununa uyğun qaydada həll etməsi qanuni, əsaslı və hökmlə müəyyən edilmiş işin faktiki hallarına uyğun olmuşdur. Məhkum və ya müdafiəçisi göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti verməməklə, hökmün nəticə hissəsində iş üzrə maddi sübut qismində tanınmış brilyant qaşların sahibinə qaytarılması barədə qəbul edilmiş qərarı mübahisələndirməmişlər. Bu səbəbdən göstərilən məhkəmə hökmü hazırda qanuni qüvvəyə minmişdir. Beləliklə, işin prosessual hallarından həm də o məlum olur ki, iş üzrə məhkum və ya müdafiəçisi göstərilən məhkəmə hökmündən maddi sübut qismində tanınmış brilyant qaşların məhkuma deyil, sahibinə qaytarılması ilə bağlı gəlinmiş nəticə hissəsindən apellyasiya şikayəti vermədiyi halda, birinci instansiya məhkəməsinin həmin hökmlə göstərilən maddi sübutun gələcək hüquqi taleyinin həll edilməsi ilə bağlı yol verdiyi qeyd edilmiş anlaşılmazlığın aradan qaldırılması barədə ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 202, 203.3, 384.1 və 391.3.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi İkram oğlunun verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan elan olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar