Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1236/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş təqsirləndirilən şəxs2, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 Suraxanı oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum olunmuş təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 Suraxanı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X4) ## ###### 2002-ci ildə Zərdab rayonunda anadan olmuş, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, X5 vergi müfəttişi kimi fəaliyyət göstərən, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs3 üzərinə Zərdab rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ## #### 2003-cü ildə Zərdab rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasınən saxlanılması, Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ## #### 1980-cı ildə Zərdab rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə barısində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzanın çəkilməsi təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli, hökmün elan edildiyi vaxtdan, yəni ## #### 2026-cı ildən hesablanması, təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə həbsdə saxlanmasının nəzərə alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. təqsirləndirilən şəxs3 ## #### 2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafedə atası təqsirləndirilən şəxs2 və qardaşı təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran hərəkətlər edib, orada olan şəxslərin gözü qarşısında onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoymuş bir şəraitdə Zərərçəkmiş şəxs atası təqsirləndirilən şəxs2la aralarında olan borc məsələsinin müzakirəsi zamanı kobud danışması səbəbindən qolundan tutub kafenin çöl hissəsinə aparmaq istəyərkən Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən sonuncunun burun nahiyəsinə bir yumruq zərbəsi endirərək ona burun kökünün sıyrığmın əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra kafedəki digər şəxslərin Zərərçəkmiş şəxs ondan ayırıb uzaqlaşdıraraq kafenin çöl hissəsinə aparmasına baxmayaraq cinayətkar əməlinə davam edib onların ardınca kafenin çöl hissəsinə çıxaraq qardaşı təqsirləndirilən şəxs1 və atası təqsirləndirilən şəxs2la birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs ardıcıl yumruq zərbələri endirərək ona alm nahiyəsinin sıyrığı, sağ qaş nahiyəsinin, sağ gözaltı nahiyəsinin, sağ çənəaltı nahiyəsinin sıyrıqları, sol qaş nahiyəsinin, yanağın sıyrıqları, sol gicgah nahiyəsinin şişkinliyi, sol qulaqüstü nahiyənin səthi əzilmiş yarası, sol qulaq seyvanının hematoması, boyunun qançırı, sol diz oynağının sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs2 ## ##### 2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafedə övladları təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran hərəkətlər edib, orada olan şəxslərin gözü qarşısında onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoymuş bir şəraitdə Zərərçəkmiş şəxs onunla arasında olan borc məsələsinin müzakirəsi zamanı kobud danışması səbəbindən təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qolundan tutub kafenin çöl hissəsinə aparmaq istəyərkən Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən təqsirləndirilən şəxs3 sonuncunun burun nahiyəsinə bir yumruq zərbəsi endirərək ona burun kökünün sıyrığının əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra kafedəki digər şəxslərin Zərərçəkmiş şəxs ayırıb uzaqlaşdıraraq kafenin çöl hissəsinə aparmasına baxmayaraq cinayətkar əməllərinə davam edib onların ardınca kafenin çöl hissəsinə çıxaraq övladları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs ardıcıl yumruq zərbələri endirərək ona alın nahiyəsinin sıyrığı, sağ qaş nahiyəsinin, sağ gözaltı nahiyəsinin, sağ çənəaltı nahiyəsinin sıyrıqları, sol qaş nahiyəsinin, yanağın sıyrıqları, sol gicgah nahiyəsinin şişkinliyi, sol qulaqüstü nahiyənin səthi əzilmiş yarası, sol qulaq seyvanının hematoması, boyunun qançırı, sol diz oynağının sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafedə qardaşı təqsirləndirilən şəxs3 və atası təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran hərəkətlər edib, orada olan şəxslərin gözü qarşısında onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoymuş bir şəraitdə Zərərçəkmiş şəxs Zamin Kərimli ilə arasında olan borc məsələsinin müzakirəsi zamanı kobud danışması səbəbindən qardaşı təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qolundan tutub kafenin çöl hissəsinə aparmaq istəyərkən Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən təqsirləndirilən şəxs3 sonuncunun burun nahiyəsinə bir yumruq zərbəsi endirərək ona burun kökünün sıyrığının əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra kafedəki digər şəxslərin Zərərçəkmiş şəxs ayırıb uzaqlaşdıraraq kafenin çöl hissəsinə aparmasına baxmayaraq onların ardınca kafenin çöl hissəsinə çıxaraq qardaşı təqsirləndirilən şəxs3 və atası təqsirləndirilən şəxs2 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs ardıcıl yumruq zərbələri endirərək ona alın nahiyəsinin sıyrığı, sağ qaş nahiyəsinin, sağ gözaltı nahiyəsinin, sağ çənəaltı nahiyəsinin sıyrıqları, sol qaş nahiyəsinin, yanağın sıyrıqları, sol gicgah nahiyəsinin şişkinliyi, sol qulaqüstü nahiyənin səthi əzilmiş yarası, sol qulaq seyvanının hematoması, boyunun qançırı, sol diz oynağının sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 Suraxanı oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsi, təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, müdafiə etdiyi şəxsin məhkum edilməsinə dair çıxarılmış hökmlə razı deyil və hesab edir ki, həmin hökm qanunsuz, əsassız və iş üzrə faktiki hallara uyğun olmayan nəticələr əsasında qəbul edilmişdir. Məhkəmə cinayət hadisəsinin hüquqi qiymətləndirilməsini düzgün aparmamış, iş üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş, nəticədə təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün olmayan qaydada tövsif etmişdir. Iş materiallarından görünür ki, hadisə zərərçəkmiş şəxslə müdafiə etdiyi şəxs arasında əvvəldən mövcud olmuş şəxsi münasibətlər zəminində baş vermişdir. Tərəflər birbirlərini əvvəlcədən tanımış, aralarında şəxsi xarakterli münasibətlər mövcud olmuşdur. Hadisə də məhz həmin münasibətlərdən irəli gəlmiş mübahisənin nəticəsində baş vermişdir. Belə olan halda, hadisənin xuliqanlıq motivi ilə törədilməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin əsas əlamətlərindən biri məhz xuliqanlıq motivinin mövcud olmasıdır. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, təqsirkarın zor tətbiq etməklə və ya əmlakı məhv etməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi yalnız o halda xuliqanlıq kimi qiymətləndirilə bilər ki, həmin əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Başqa sözlə, şəxsi münasibətlərdən, şəxsi ədavətdən, qarşılıqlı mübahisədən və ya əvvəlki münasibətlərdən irəli gələn münaqişələr xuliqanlıq cinayətinin tərkibini yaratmır. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli, * nömrəli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında da öz əksini tapmışdır. Həmin qərarda izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıq hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, habelə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma zamanı baş verən döymə, sağlamlığa zərər vurma, əmlakın zədələnməsi və digər bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə hallarda əməlin hüquqi qiymətləndirilməsi yalnız şəxsiyyət əleyhinə və ya digər müvafiq cinayət tərkibləri üzrə mümkündür. Müdafiə etdiyi şəxsin əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin zəruri obyektiv və subyektiv əlamətləri, xüsusilə xuliqanlıq motivi, ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək məqsədi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi bu mühüm hüquqi hallara qiymət vermədən yalnız nəticəyə əsaslanmış, hadisənin motivini, səbəblərini və iştirakçılar arasındakı əvvəlki münasibətləri lazımi qaydada araşdırmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi2 Suraxanı oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessaul Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili onun xuliqanlıq cinayətinin törədilməməsindən və məhkum edilmiş şəxsin niyyətində xuliqanlıq motivinin olmamasından ibarətdir. Birinci instansiya məhkəməsi ittiham hökmünü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmiş təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, X5 vergi müfəttişi vəzifəsində çalışır. Əvvəllər məhkum olunmamışdır. ## #### 2025ci il tarixdə axşam saatlarında iş vaxtı bitdikdən sonra iş yerini tərk edib atası təqsirləndirilən şəxs2la görüşmək üçün ** saylı marşrut avtobuslarının Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən qarajına yollanmışdır. Oraya çatdıqda artıq qardaşı təqsirləndirilən şəxs1 də həmin ünvana gəlmişdir. Atası avtobusu qaraja təhvil verdikdən sonra üçü birlikdə taksi sifariş edərək spirtli içki qəbul edib istirahət etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafeyə yollanmışlar.Yolda olarkən atası Elmirlə əlaqə saxlayaraq “Texas Pub” adlı kafeyə spirtli içki qəbul etmək üçün getdiklərini bildirib, Elmiri də oraya dəvət etmişdir. Elmir də Zaminin bu təklifi ilə razılaşıb oraya gələcəyini demişdir. Kafeyə çatdıqda Elmir artıq orada onları gözləyirmiş. Onlar Elmirlə görüşdükdən sonra birlikdə kafeyə daxil olaraq əyləşmişlər. Zamin və Elmir söhbətləşərkən qardaşı Nurlan və o, hər biri üçün pivə sifariş etmişlər.Biraz keçdikdən sonra, artıq sifarişləri gəlmişdir. Qardaşı Nurlan və o, pivə içərkən atası ilə Elmir də sifariş etdikləri məzələrdən yeyirmişlər.Təxminən 30 dəqiqə keçdikdən sonra saat 21 radələrində kirayə yaşadıqları evin sahibi Həsən yanında tanımadığı bir şəxslə kafeyə daxil olmuşdur. Həsən onları gördükdən sonra atası ilə uzaqdan-uzağa salamlaşmışdır.Bunun ardından Zamin Həsəni əyləşdikləri masaya dəvət etmişdir. Həsən yanındakı şəxslə birlikdə onların əyləşdiyikləri masaya yaxınlaşıb 132 manat borcu verməmələri səbəbi ilə nalayiq ifadələr işlətməyə başlamışdır.Atası Həsənin bu nalayiq ifadələrinə sakit tərzdə qarşılıq verib, buranın həmin söhbəti etmək üçün uyğun yer olmadığını, daha sonra sakit tərzdə söhbət edə biləcəklərini bildirmişdir.Həsən isə Zaminin bu sakit reaksiyasına məhəl qoymadan nalayiq ifadələr işlətməyə davam edirmiş.Bu səbəbdən o, artıq Həsənin atası ilə bu tərzdə danışmasına dözə bilməyib söhbət etmək üçün çölə dəvət etmişdir.Həsən isə onun bu dəvətini qəbul etməyib təkidlə orada qalaraq mübahisəyə davam etməyə çalışırmış.Bu səbəbdən o, Həsənin qolundan tutub dartaraq kafenin çöl hissəsinə aparmağa çalışmışdır. Həsəni özü ilə aparmağa çalışan zaman Həsən əli ilə müqavimət göstərib getməməyə çalışırmış.Bununla yanaşı yenə də nalayiq ifadələr işlətməyə son vermirmiş.Həsəni dartışdıraraq kafenin ilkin böyük zal hissəsinə çəkdikdə Həsən sol əli ilə onun sağ göz nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. O da bunun qarşılığında Həsənin üz nahiyəsinə bir yumruq zərbəsi endirmişdir.Bu vaxt kafenin içərisindəki digər tanımadığı şəxslər cəld onlara yaxınlaşıb bir-birilərindən ayırmışlar.Lakin Həsən və o, bununla da sakitləşməmişlər.Həmçinin Həsən ona ilk olaraq zərbə endirdiyindən çox əsəbləşmişdir.Bu səbəbdən kafedəki şəxslər Həsəni kafenin qapısından çölə çıxardıqdan sonra onların ardınca cəld addımlarla çölə çıxıb Həsənə yumruq zərbələri endirdiyi vaxt qardaşı Nurlan onu görüb birlikdə Həsənə yumruq zərbələri endirməyə başlamışdır.Bu vaxt digər şəxslər atasını onlardan kənarda saxlamağa çalışsa da Zamin həmin şəxslərin əlindən çıxıb onları Həsəndən ayırmaq üçün cəld addımlarla yanlarına gəlmişdir.O, spirtli içkinin təsiri altında olduğundan Həsənin bədənin hansı nahiyələrinə xəsarət yetirdiyini və ünvanladığı yumruq zərbələrinin Həsənin hansı nahiyələrinə dəydiyini xatırlamır.Aralarında baş vermiş bu əlbəyaxa mübahisə təxminən 6-7 dəqiqə davam etmişdir.Daha sonra orada olan tanımadığı digər şəxslər onları Həsəndən ayırmışlar.Bir birilərindən ayrıldıqdan sonra Həsən yenə də öz nalayiq ifadələrinə davam etmişdir.Bu zaman orada olan tanımadığı şəxslər də Həsənə bu səbəbdən irad bildirmişlər.Bununla da aralarında olan mübahisə sona çatmış və o, atası və qardaşı ilə birlikdə evə yollanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs3 izahatında istintaqda vermiş olduğu ifadəsini təsdiq etməklə, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona və digər təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığı bildirmiş, sonda o, xəstə anasının olduğunu və anasının onun qulluğuna ehtiyacı olduğunun nəzərə alınaraq yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə ev kirayəsi pulu gecikməsi ilə bağlı olmuşdur. Kirayə haqqı 300 manat məbləğində bildirilmişdir. Evin kirayəsi onların tərəfindən 10 gün verilməmişdir. Zərərçəkmiş şəxs kirayə pulunu atasından istəmişdir. Zərərçəkmiş şəxs tərəfindən atasına deyilmiş xoşagəlməz sözlərə görə mübahisə baş vermişdir. Ilk olaraq qarşı tərəf yumruq vurmuşdur. Mübahisə 5 dəqiqə davam etmişdir. Həmin mübahisəyə görə əlbəyaxa olmuş, lakin söyüş olmamışdır. Zərbələrin nə qədər olub olmamasını bilməmişdir. Atası və qardaşı onları ayırmışdır. Onların dava etmək fikirləri yox idi. Hal-hazırda barışmışlar. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstənnişdir ki, ## #### 2025-ci il tarixdə istifadəsində olan *** nömrəli marşrut avtobusunu Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında yerləşən avtobus qarajına təhvil vermişdir.Həmin vaxt dostu Elmir ona zəng edərək harada olduğunu soruşmuşdur.O da evə getdiyini dedikdən sonra Elmir yaşadığı Yeni Günəşli qəsəbəsində olduğunu bildirmiş və o da oraya gəldiyini söyləmişdir. Yolda olarkən övladları Eltac və Nurlanla da əlaqə saxlamışdır. Onlar da Yeni Günəşli qəsəbəsində onu gözlədiklərini bildirmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə çatdıqda Nurlan, Eltac və Elmirlə görüşdü. Bunun ardından onlar biraz oturub istirahət etmək üçün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Texas Pub” adlı kafeyə getdilər. Kafedə əyləşən zaman Nurlan, Eltac və Elmir özlərinə pivə sifariş etdilər. O isə çay içməyi üstün tutdu. Sifarişləri gəldikdən və Nurlan, Eltac və Elmir spirtli içki qəbul etdikdən sonra anidən 2021-ci ildən 2023-cü ilin may ayına qədər Yeni Günəşli qəsəbəsində qaldığı mənzilin sahibi Həsəni görmüşdür. Həmin vaxtdan Həsənə 180 manat borcu qalmışdı. Onu gördükdə salam vermişdir. Həsən isə kefli vəziyyətdə onların əyləşdikləri stola yaxınlaşıb verdiyi salamı almadan “adam kişi olar, söz kişinin ağzından bir dəfə çıxar” cümləsini işlətdi. O isə onun kefli olduğunu görüb sərt reaksiya vermədən bu barədə sonra söhbət edə biləcəklərini demişdir. O isə onun bu sözlərinə qarşılıq verərək yenidən eyni ifadələri işlətdi. Bu vaxt oğlu Eltac ayağa qalxaraq onu qolundan tutub çölə çıxarmağa çalışdı. Həsən isə Eltac onun qolundan yapışıb çölə çıxarmağa çalışdığı vaxt əynində olan şalvarın sağ yan cibindən dəstəyi göy rəng olan balaca bıçağı çıxarıb Eltaca doğru atdı. Bıçaq Eltacın sağ əlinin barmaqarası nahiyəsinə dəydi.Kafenin böyük zal hissəsində onları orada olan tanımadığı şəxslər bir-birindən ayırdı. Lakin, Həsən orada olan tanımadığı şəxslər onu kafenin çöl hissəsinə çıxardıqdan sonra kafenin giriş qapısının solundan taxta parçasını götürüb yenidən Eltaca zərbə endirməyə başladı. Zərbə Eltacın üz nahiyəsinə dəydi. Bu zaman o, Nurlan və digər kənar şəxslər Eltacı Həsəndən güclə ayırdılar və bir-birindən uzaqlaşdıqdan sonra mübahisənin böyüməməsi üçün övladları ilə birlikdə yaşadıqları evə qayıtdı. Daha sonra öyrənmişdir ki, Həsən baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsində zərərçəkmiş şəxsi neçə ildir ki, tanıdıqlarını, mübahisəni məhz zərərçəkmiş şəxsin özü başlatdığını, o da böyük kimi oğlu ilə zərərçəkmiş şəxsi araladığını bildirmiş, hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Həsən və 2-si olmuş, balaca oğlu da aralaşdırmağa kömək etmişdir. Elə də ciddi xəsarət olmamışdır. Hadisə olub, əlbəyaxa olublar. Oğlunun alnında da iz var idi. Birinci dəfə oğluna bıçaq atılmışdır. O, oğlanları və yaxın dostu olan Elmir ilə birlikdə oturmuşlar. Elmir və oğlanların hərəsi 1 bokal pivə içirdi. Həsən iki nəfərlə gəlib içəri girdilər. O, Həsənlə salamlaşmışdır. Həsənin evində 2-3 il kirayə qalmış, maaşlarını ayın 5-dən alırdılar, elə olmuşdur ki, maaşı gec almışlar, orada kəsir pul qalmışdı, o, Rusiyada idi. Yanvarın 16-sı gəlmişdir. Sonra Həsənlə rastlaşmamışdır. Zərərçəkmiş şəxs içəri girdikdən sonra onu dəvət etmişdir ki, “gəl yanımızda otur”, stola yaxınlaşmış, həmin anda Həsən çox içkili idi. Həsən onda dedi ki, “kişinin ağzından çıxar söz”. Həsənə demişdir ki, “Həsən, bura yeri deyil, uşaqların yanında”, Həsən bir də sözü çevirdi, həmin sözü çevirəndə, böyük oğlu qolundan tutdu ki, “çıxaq çölə”. Koridora çıxanda o da dalınca çıxmışdır. Böyük kimi birinci öz oğlunu vurmuş, dost kimi Həsənə də bir qapaq atmışdır. Üzünə bir şillə vurmuşdur. Onları aralaşdırmışdır. Kafedə olanlar dedi ki, “bıçaq, bıçaq”, oğlu da izahatında bildirib ki, o, bıçaq görməmişdir. Kafedə çox adam var idi. 1-2 nəfər çölə çıxdı. Eltaçla Həsəni sakitləşdirirdi. Digər oğlu da sakitləşdirirdi. O, xəsarət görməmişdir. Dərhal oğlunun ardınca getmişdir. Oğlu da xəsarət almışdı. Şəkli də vardır, xəsarət alnında idi, burnunun üstündə idi, üzündə qan var idi. Əlbəyaxa olanda olmuşdur. Hal-hazırda barışıq olmuşdur. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Mütəmadi olmayaraq iş olduqca müəyyən yerlərdə fəhləlik edərək gündəlik qazanc əldə edir.## #### 2025-ci il tarixdə işdən qayıdan zaman atası Zamin, qardaşı Eltac və atasının dostu olan Elmirlə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yaşadıqları ünvanın yaxınlığında yerləşən “Texas Pub” adlı kafedə görüşmüşlər.Kafedə əyləşən zaman o və qardaşı Eltac pivə sifariş etmişlər.Atası ilə Elmir isə isə çay içməyi üstün tutmuşlar.Sifarişləri masaya gəlmiş və o, Eltac, Elmir spirtli içki qəbul etdikdən sonra anidən 2021-ci ildən 2023 cü ilin may ayına qədər Yeni Günəşli qəsəbəsində kirayə yaşadıqları mənzilin sahibi Həsəni görmüşlər. Atası Həsəni gördükdə salam vermişdir. Həsən isə kefli vəziyyətdə onların əyləşdiyi stola yaxınlaşıb Zaminin verdiyi salamı almadan nalayiq ifadələrlə “adam kişi olar, söz kişinin ağzından bir dəfə çıxar” cümləsini işlətmişdir. Zamin isə Həsənin kefli olduğunu görüb sərt reaksiya vermədən bu barədə sonra söhbət edə biləcəklərini demişdir. Həsən isə Zaminin bu sözlərinə qarşılıq verərək yenidən eyni ifadələri işlətmişdir. Bu vaxt qardaşı Eltac ayağa qalxaraq Həsəni qolundan tutub çölə çıxarmağa çalışmışdır. Həsən isə Eltac qolundan yapışıb çölə çıxarmağa çalışdığı vaxt əynində olan şalvarın sağ yan cibindən dəstəyi göy rəng olan balaca bıçağı çıxarıb Eltaca doğru atmışdır. Bıçaq Eltacın sağ əlinin barmaqarası nahiyəsinə dəymişdir. Kafenin böyük zal hissəsində Həsənlə Eltac əlbəyaxa mübahisə edib bir-birilərinə zərbələr endirən zaman onları orada olan tanımadığı şəxslər bir-birinilərindən ayırmışdır.Lakin, orada olan tanımadığı şəxslər Həsəni kafenin çöl hissəsinə çıxardıqdan sonra Həsənlə qardaşı Eltac yenidən əlbəyaxa olmuşlar və o, bunu görüb iti addımlarla Həsənə yaxınlaşaraq qardaşı ilə birlikdə yumruq zərbələri endirmişdir.Həsən zərbələrin təsirindən yerə yıxıldıqda da Eltacla birlikdə Həsənə təpiklə zərbələr endirirmişlər.Bu zaman atası və digər kənar şəxslər onları Həsəndən güclə ayırmış və bir-birilərindən uzaqlaşdıqdan sonra o, mübahisənin böyüməməsi üçün atası və qardaşı ilə birlikdə yaşadıqalrı evə qayıtmışdır. Daha sonra öyrənmişdir ki, Həsən baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, atası ilə qardaşını ayırmışdır. Ibtidai istintaqda vermiş olduğu izahatında necə qeyd etmişdirsə, hadisə elə də olmuşdur. Sonda o, xəstə anasının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə təhqiramiz sözə görə baş vermişdir. Kirayədə gecikmə olmuşdur. Qardaşı ilə o, 1 bokal pivə içmişdilər. Atası isə çay içmişdir. Bıçaq olmayıbdır. Həsən bıçaq çıxardıb qardaşını zədələməsi halı olmamışdır. Sadəcə olaraq əlbəyaxa olublar. Kafenin içində bir-birin qolundan tutdular və çölə çıxdılar. Çöldə onları aralaşdırdılar. Atası ilə içəridə idilər. Birinci kim xəsarət yetirib, bilməmişdir. Zərərçəkmiş şəxslə qardaşı çölə çıxdı və arxasınca onlar çıxdılar. 7-8 nəfər adam davaya görə çölə çıxdılar. Içəridə oturanlar idi. Həmin şəxslər də hər ikisini araladı. 7-8 nəfər hamısı araya girməmişdi. Atası, özü və 2-3 nəfər aralaşdırmışdır. Ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bərbər kimi fəaliyyət göstərərək və özünə məxsus ünvan 2 ünvanında yerləşən mənzili kirayə verərək qazanc əldə edir.Əvvəllər məhkum olunmamışdır.Həmin mənzili təxminən 2023-cü ilin mart ayında təqsirləndirilən şəxs2 adlı şəxs və onun ailəsinə qalmaları üçün aylıq 300 manat müqabilində kirayə vermişdir.Qeyd etdiyi müddətdən etibarən təqsirləndirilən şəxs2 1-2 ay mənzilin aylıq kirayə pulunu versə də daha sonra mənzilin aylıq kirayə haqqını geciktirməyə başlamışdır.Bu səbəbdən bir neçə dəfə aralarında sözlü mübahisələr olmuşdur.2024-cü ilin mart ayında təqsirləndirilən şəxs2 ailəsi ilə evdən çıxaraq mənzilin açarını su sayğacının üzərinə qoyub ona məlumat vermədən mənzili tərk etmiş və həmin vaxt ona mənzildə qaldıqları son 45 günün kirayə haqqını və kommunal xərclərini verməmişdir. ## #### 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvanın yaxınlığında yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafeyə işdən çıxaraq spirtli içki qəbul etmək üçün getmişdir.Bundan əvvəl iş yerində olarkən də spirtli içki qəbul etmişdir.Yəni həmin kafeyə gedərkən artıq spirtli içkinin təsiri altında olmuşdur.Kafeyə daxil olub ilkin böyük zal hissəsindən digər kiçik zalına keçmişdir.Bu vaxt təqsirləndirilən şəxs2la oğlu Eltac və Nurlanın tanımadığı bir şəxslə oturub spirtli içki qəbul etdiklərini görmüşdür.Onların ona keçmişdən 700 manat borcu olduğundan həmin pulu tələb etmək üçün əyləşdikləri masaya yaxınlaşmışdır.Zaminlə salamlaşıb nə üçün mənzili ona məlumat vermədən tərk edib getdiyini və 700 manat borcunu nə üçün qaytarmadığını soruşmuşdur.Zamin isə onunla kobud danışaraq masaya əyləşməyini istəmişdir.O da Zaminlə bir masaya əyləşməyəcəyini demişdir.Bunun ardından Zaminin böyük oğlu olan təqsirləndirilən şəxs3 Zaminlə aralarında olan söhbətə müdaxilə edib onun qolundan tutaraq “gəl çıxaq çöldə söhbət edək” demişdir.O, Eltaca dəfələrlə onu buraxmasını deyib fiziki müqavimət göstərməklə əlindən çıxmağa çalışırmış. Eltac isə onu qətiyyən buraxmaq istəmir və ona müqavimət göstərdikcə daha da qüvvətlə onu kafenin çıxış qapısına doğru dartıştırırmış.Onlar dartışaraq kafenin ilkin böyük zal hissəsinə qədər gəlmişlər.Bu vaxt o, heç cür Eltacın əlindən çıxa bilmədiyini görüb sol əli ilə Eltacın sağ göz nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. Eltac isə yenə də ondan əl çəkməyib qarşılıq olaraq onun burnuna bir yumruq zərbəsi endirmişdir.Bu vaxt kafedə olan digər tanımadığı şəxslər əlbəyaxa mübahisə etdiklərini görüb onları ayırmışlar və onu kafenin qapısından çölə çıxarmışlar. Çöldə olarkən Zaminin kiçik oğlu Nurlan cəld addımlarla kafenin qapısından çıxaraq ona tərəf gəlib üzünə ardıcıl yumruq zərbələri endirməyə başlamışdır. Nurlanın arxasınca Eltac da iti addımlarla gələrək onun üz nahiyəsinə yumruqla zərbələr endirmişdir. Həmin vaxt Eltac və qardaşı Nurlan birlikdə ona yumruq zərbələri endirərkən Zamin də arxadan yaxınlaşıb övladlarına qoşularaq başına yumruq zərbələri endirməyə başlamışlar. Zərbələrin təsirindən o yerə yıxılmışdır. Yerdə olarkən Zamin və övladları Eltac ilə Nurlan ona təpiklə zərbə endirməyə davam edirmiş. Daha sonra güclə yenidən ayağa qalxmışdır. Bu vaxt o da özünü müdafiə etmək üçün qarşıya yumruq zərbələri endirirmiş. Lakin, həmin yumruq zərbələrinin onlardan hər hansısa birinə dəyib dəymədiyini xatırlamır. Aralarında olan əlbəyaxa mübahisə təxminən 5 dəqiqə çəkmişdir. Daha sonra orada olan digər tanımadığı şəxslər onu onlardan ayırmış və aralarındakı əlbəyaxa mübahisə sonlanmışdır. O da oradan uzaqlaşaraq yaşadığı ünvana qayıtmışdır. Elə həmin gün gecə saatlarında da hadisə barədə Daxili Işlər Nazirliyinin 102 XZM-nə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təqsirləndirilən şəxs Zamin 1 il qabaq ona 700 manat borclu idi. Kafedə görmüşdür, Zamin yaxınlaşmışdır ki, “qonaq ol”. O da demişdir ki, “1 ildir axtarıram, pulu haçan verəcəksən”. Eltac qolundan tutub bayıra sürüdü, əli ilə onu itələmişdir. Dava ondan sonra başlamışdır. Həmçinin zərərçəkmiş şəxs bildirdi ki, başında “kista” var idi, davaya görə zədələnmişdi. Hal-hazırda bütün təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafenin adminstratoru kimi fəaliyyət göstərir.Təxminən bir ildən çoxdur ki, orada çalışır.Həmin kafe biri böyük və biri kiçik olmaqla iki zal hissədən ibarətdir. ## #### 2025-ci il tarixdə axşam saatlarında qeyd etdiyi iş yerinin giriş qapısı olan hissəsindəki böyük zalında yerləşən barın arxasında əyləşərək telefonuna baxırmış. Bu vaxt anidən səs-küy yarandığından başını qaldırdıqda iki nəfər şəxsin bir-biri ilə əlbəyaxa mübahisə etdiyini görmüşdür, bir-birinin ünvanına uca səslə qışqıraraq nalayiq ifadə işlətdiklərini eşitmişdir. Həmin şəxslərin mübahisə etməsi zamanı yaranmış səsküyə, yəni bir-birinin ünvanına qışqıraraq söyüş söymələrinə görə kafedə olan digər şəxslər üçün narahatlıq yaranmışdır.Həmin şəxslərdən biri yaxınlıqdakı ərazidə bərbər kimi fəaliyyət göstərən Həsən olmuşdur. O, cəld reaksiya verərək oturduğu yerdən durub onlara tərəf gedərək bir birindən ayırmağa çalışmışdır. Hadisə zamanı kafedə çoxlu insanlar olmuşdur, lakin həmin şəxslər kafedə olan insanlara məhəl qoymayıb öz mübahisələrini davam etdirirmişlər. Bu zaman orada olan tanımadığı müştərilər də yaxınlaşıb onları ayıran zaman ona kömək etməyə çalışmışlar. O, digər insanlarla birlikdə onları bir-birindən ayıraraq çölə çıxarmışdır.Kafenin çöl hissəsində də onlar arasında mübahisə yenə də davam edirmiş. Lakin, orada adam çox olduğundan Həsənə kimin yumruq zərbələri endirdiyini, onları Həsəndən kimin ayırdığını görməmişdir. Həmçinin Həsənlə əlbəyaxa olan şəxslərin heç birini tanımırmış. Bu mübahisə biraz keçdikdən sonra ətrafdakı şəxslərin onları bir-birindən ayırması ilə sonlanmış və o, öz işinin başına qayıtmışdır.Hadisə nəticəsində ona və yaxud işlətdiyi kafeyə hər hansı bir ziyan dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş şahid1 Əbdülrəhman qızı ifadəsində ghöstərmişdir ki, mütəmadi olmayaraq iş olduqca müəyyən yerlərdə ofisiant kimi fəaliyyət göstərərək qazanc əldə edir.## #### 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafedə ofisiant kimi fəaliyyət göstərirmiş.Həmin kafe biri böyük və biri kiçik olmaqla iki zal hissədən ibarətdir.Qeyd etdiyi vaxtda o, kafenin böyük zal hissəsində barın yanında imiş və anidən kafenin böyük zalından kiçik zalına keçid hissəsindən iki nəfər tanımadığı şəxsin bir-biri ilə dartışaraq böyük zala tərəf keçdiklərini görmüşdür.Onlar bir-biri ilə dartışır və zərbə endirirmişlər, həmçinin bir-birinin ünvanına nalayiq ifadələr işlədirmişlər.Həmin şəxslər kafedə digər müştərilərin olmasına, həmçinin içəridə xanım olmasına baxmayaraq onları gördükləri halda məhəl qoymayıb öz davadalaşlarına davam edirmişlər, o və kafedə olan digər insanlar üçün narahatlıq yaradırmışlar. Lakin, həmin vaxt qorxduğundan və həyəcanlandığından ilk öncə hansının hansına zərbə endirdiyini xatırlamır.Onları görən kafenin digər tanımadığı müştəriləri tez hərəkətə keçib həmin şəxsləri bir-birindən ayıraraq kafenin çölünə çıxarmışlar.Lakin, o, qorxduğundan çölə çıxmamış və kafenin içərisində qalaraq işi ilə məşğul olmağa davam etmişdir.Xeyr, hadisə nəticəsində nə ona, nə də ki, kafedə hər hansı bir ziyan dəyməmişdir. Cinayət işinin 1-ci cildinin 9-11-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının ## #### 2025- ci il tarixli *** nömrəli ekspert rəyinə əsasən 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər - alın nahiyəsinin sıyrığı, sağ qaş nahiyəsinin, sağ gözaltı nahiyənin, sağ çənəaltı nahiyənin sıyrıqları, sol qaş nahiyəsinin, yanağın sıyrıqları, sol gicgah nahiyəsinin şişkinliyi, sol qulaqüstü nahiyənin səthi əzilmiş yarası, sol qulaq seyvanının hematoması, boyunun qançırı, burun kökünün, sol diz oynağının sıyrıqları bərk küt əşyanm (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni ## #### 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən yüngül zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 58-ci vərəqində ## #### 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Texas Pub” adlı kafenin ikinci kiçik zal hissəsində qardaşı təqsirləndirilən şəxs1, atası təqsirləndirilən şəxs2 və tanışları Elmir adlı şəxslə əyləşərək spirtli içki qəbul edirlər. Həmin vaxt zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onların olduğu masaya yaxınlaşır.Onların arasında qısa bir müddət diskussiya getdikdən sonra təqsirləndirilən şəxs3 əli ilə Zərərçəkmiş şəxs qolundan tutub onu kafenin giriş qapısına tərəf çəkərək kafenin çöl hissəsinə çıxarmağa çalışır. Zərərçəkmiş şəxs isə onunla dartışaraq müqavimət göstərir.Bu zaman onlar bir-biri ilə dartışıb kafenin birinci böyük zal hissəsinə qədər gəlirlər.Bu vaxt Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs3 əlindən çıxa bilmədiyini görüb onun sağ göz nahiyəsinə bir yumruq zərbəsi endirir.təqsirləndirilən şəxs3 də bunun qarşılığında onu buraxmayıb Həsənin burun nahiyəsinə bir yumruq zərbəsi endirir.Bunun ardından kafedə olan digər şəxslər onları bir-birindən ayıraraq Zərərçəkmiş şəxs kafenin çöl hissəsinə aparırlar.Lakin, təqsirləndirilən şəxs3 cəld addımlarla onların arxasınca kafenin çöl hissəsinə çıxaraq qardaşı təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs ardıcıl yumruq zərbələri endirir.Bu zaman təqsirləndirilən şəxs2 da kafedəki digər şəxslərin əhatəsindən çıxıb onlara tərəf qaçaraq oğlu Eltac və təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yumruq zərbələri endirməyə başlayır.Aralarında olan əlbəyaxa mübahisə biraz davam etdikdən sonra kafedəki digər şəxslər Zərərçəkmiş şəxs onlardan ayırırlar. Cinayət işinin 1-ci cildinin 83-86-cı vərəqlərində olan ## #### 2025-ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs3 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 164-166-cı vərəqlərində olan ## ##### 2025-ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs2 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 231-233-cü vərəqlərində olan ## ##### 2025-ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs1 üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. Məhkəmə iclasında 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən təqsirləndirilən şəxs2 və qardaşı təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan şəxslərin gözü qarşısında onlara məhəl qoymayaraq Zərərçəkmiş şəxs atası təqsirləndirilən şəxs2la aralarında olan borc məsələsinin müzakirəsi zamanı kobud danışması səbəbindən qolundan tutub kafenin çöl hissəsinə aparmaq istəyərkən Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən sonuncunun burun nahiyəsinə bir yumruq zərbəsi endirərək ona burun kökünün sıyrığmın əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra kafedəki digər şəxslərin Zərərçəkmiş şəxs ondan ayırıb uzaqlaşdıraraq kafenin çöl hissəsinə aparmasına baxmayaraq cinayətkar əməlinə davam edib onların ardınca kafenin çöl hissəsinə çıxaraq qardaşı təqsirləndirilən şəxs1 və atası təqsirləndirilən şəxs2la birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs ardıcıl yumruq zərbələri endirərək ona alm nahiyəsinin sıyrığı, sağ qaş nahiyəsinin, sağ gözaltı nahiyəsinin, sağ çənəaltı nahiyəsinin sıyrıqları, sol qaş nahiyəsinin, yanağın sıyrıqları, sol gicgah nahiyəsinin şişkinliyi, sol qulaqüstü nahiyənin səthi əzilmiş yarası, sol qulaq seyvanının hematoması, boyunun qançırı, sol diz oynağının sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Cinayət işinin 1-ci cildinin 186-cı vərəqində olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş, ## ### 2025-ci il tarixli Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir. Bununla təqsirləndirilən şəxs2 Ismayıl oğlu, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 qarşı heç bir iddiası, şikayəti, tələbi olmadığını və olmayacağını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarının 115-ci bəndinə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Ictimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin onlar tərəfindən törədilməsi tam sübuta yetirilir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək, onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. təqsirləndirilən şəxs2 ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi onun verdiyi ifadəsi, zərərçəkmiş şəxsin verdiyi ifadəsi, ekspertiza rəyi, üzləşdirmə və digər istintaq hərəkətləri, eləcə də toplanmış digər təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş təqsirləndirilən şəxs2 özünü Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilməməsi apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Çünki işdə olan mötəbər sübutlarla müdafiə tərəfinin mövqeyinin əksi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan sübutlarla təqsirləndirilən şəxs2 əməlində xuliqanlıq motivinin və hərəkətlərinin olması müəyyən edilmişdir. Tərəflərin tanış olması, aralarında kirayə hüquq münasibətlərinin olması xuliqanlıq motivinin istisna olunması üçün kifayət etmir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş təqsirləndirilən şəxs2 ona istinad olunan Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair mötəbər sübutlara əsaslanmaqla, məhkum edilmiş şəxsin və müdafiəçinin dəlillərini iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## #### 2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs3 cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, anasının xərçəng xəstəsi olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, anasının xərçəng xəstəsi olduğunu, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həyat yoldaşının xərçəng xəstəsi olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları hökmündə əsaslandırmış, habelə məhkum edilmiş şəxslərin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların olmasını nəzərə almaqla, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası (məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası) təyin edərkən düzgün olaraq onların həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Ona görə cəza növünün dəyişdirilməsi və cəza həddinin azaldılması üçün əlavə əsasları kollegiya müəyyən etməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməsi üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum olunmuş təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 Suraxanı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxslərin müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum olunmuş təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 Suraxanı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum olunmuş təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 Suraxanı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1236/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1236/2026
03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver