Məhkəmə qərarları › İş №1(3-6)-1238/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1238/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1238/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili müdafiəçi1, zərərçəkmiş X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis, nümayəndəsi (vəkili) müdafiəçi2 iştirakı ilə, ## #### 1983-cü il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “X1” şirkətində bazar araşdırılması üzrə kiçik satınalma mütəxəssi vəzifəsində işləyən, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş, zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis nümayəndəsi (vəkili) müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixindən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı Istintaq Təcridxanasına yerləşdirilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis mülki iddiasının qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat və baş vermiş hadisə nəticəsində “Nissan Sunny” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 1/8-i hissəsi miqdarında, yəni 1701,25 manat məbləğində maddi ziyan olmaqla, ümumilikdə 21701,25 (iyirmi bir min yeddi yüz bir manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq, Hüquqi varis ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, zərərçəkmiş şəxs Mülki iddiaçı mülki iddiasının baxılmamış saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, bir zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 18:47-də idarə etdiyi “Samand Soren” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən hərəkətə başlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı istiqamətində hərəkətdə olarkən Pirşağı-Novxanı yolunun Bakı şəhəri, Binəqədi rayonunun Görədil bağlar massivi ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitələrinin hərəkətdə olmasını, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifyət qədər məsafədə boş olmadığını, həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaradacağını nəzərə almayıb, qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək məqsədilə qarşı əks hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olan Mülki iddiaçı idarə etdiyi “Nissan Sunny” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında qarşıqarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Nissan Sunny” markalı avtomobilin sərnişini X4 ağciyərin cırılmış yaraları, qansızmalar və plevra boşluğuna qanaxma ilə müşayiət olunan sağ tərəfli III-X qabırğaların sınıqları, sağ çanaq sümüklərinin sınıqları ilə müşayiət olunan sağ budçanaq oynağı nahiyyəsinin sıyrığı, sol bazu nahiyyəsinin, sol əlin və həmin əlin III barmağının qançırları, qarın nahiyyəsinin qançırlı sıyrığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə skelet sümüklərinin çoxsaylı sınıqları və sağ ağciyərin əzilmiş-cırılmış yaraları ilə əlaqədar baş verən qanitirmə nəticəsində inkişaf edən travmatik-hemorragik şok səbəbindən zərərçəkmiş şəxsin ölümünə, həmin avtomobilin sürücüsü Mülki iddiaçı sağ baldır sümüklərinin, sağ mil sümüyünün, sağ tərəfli 6-7-ci qabırğaların yerdəyişmiş sınıqları, iki tərəfli qabırğaların çoxsaylı yerdəyişməyən sınıqları, sol sirkə kasasının sınığı, döş sümüyü dəstəsinin və cisminin sınıqlarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis nümayəndəsi (vəkili) müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi hissəsində dəyişdirilərək ən ağır həddə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi, həmçinin mülki iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, ibtidai istintaq orqanın gəldiyi nəticə ilə razı deyil. Belə ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki hallan tam araşdırılmamış, yalnız tərəflərin dindirilməsi ilə cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. Belə ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində təkrar dindirilərkən X2nın Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğunu, icraatında qalmaqallı cinayət işləri olduğunu, hətta təzyiqlərə məruz qaldığını, qızının qəsdən öldürüldüyünə əsaslı şübhələr olduğunu bildirmişdi. Lakin ibtidai istintaq orqanı həmin istiqamət üzrə heç bir araşdırma aparmamış, qeyd etdiklərinə bir vəsatət kimi belə münasibət bildirilməmişdir. Qızı hakim vəzifəsini icra edərkən təqsirləndirilən şəxslərdən birinin qohumu məhkəmə zalında qızının üzərinə hücum etmişdir. Bundan başqa, X2nın ağır və xüsusilə ağır cinayət işlərinə baxan hakim olması səbəbilə daim təhdidlərə məruz qala biləcəyi diqqətdən kənar saxlanılmış, onun istifadəsində olan mobil nömrəyə daxil olmuş və çıxmış zənglər barədə araşdırma həyata keçirilməmişdir. Həmçinin qızına yardım göstərmiş təcili tibbi yardım əməkdaşları, hadisə yerində olan şəxslərin, hadisənin şahidlərinin heç birinin şəxsiyyəti müəyyənləşdirilməmiş, dindirilməsi təmin olunmamışdır. Halbuki hadisə anına birbaşa şahid olan şəxslərin dinirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Çünki ibtidai istintaq orqanı tərəfindən hadisə yerində mövcud olan kameralar dərhal tədqiq edilməmiş, hadisə anının müfəssəl görüntüləri götürülməmişdir. Hadisə anına şahid olan şəxslərin dindirilməsi avtomobili həqiqətən Təqsirləndirilən şəxs idarə edib-etmədiyini, avtomobildə başqa şəxslərin olubolmadığını müəyyən etməyə şərait yaradırdı. Bundan başqa, təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, onunla eyni anda “Hundai Santafe” markalı avtomobil də əks hərəkət zolağına çıxmış, o ötmə əməliyyatını başa çatdıra bilmiş, lakin özü qəza törətmişdir. Ibtidai istintaq orqanı “Hundai Santafe” markalı avtomobilin sürücüsünün şəxsiyyətini də müəyyənləşdirməmiş, onun dindirilməsini təmin etməmişdir. Təqsirləndirilən şəxsin hansı sürət həddi ilə hərəkət etdiyi belə ibtidai istintaq orqanı tərəfindən müəyyənləşdirilməmişdir. X2nın təsadüfi bir avtomobil qəzasında ölmədiyinə, qəsdən öldürüldüyünə inanır. Bir hakimin həlak olduğu qəzanın bu qədər səthi araşdırılması da bu şübhələrini artırır. Buna görə də tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən irəli sürülmüş ittiham üzrə cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinə əsasən ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına dair vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Əfsuslar olsun ki, vəsatəti təmin edilməmiş və ibtidai istintaq orqanın göndərdiyi ittihama uyğun hökm çıxarılmışdır. O, iki övladını təkbaşına böyüdüb. Mərhum həyat yoldaşı X5 ##.##.1991-ci il tarixdə Xocalı rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak edərkən şəhid olmuşdur. Mərhum həyat yoldaşı polis əməkdaşı idi. O, vətəndaşlara iki övladını əmanət etmişdi. O, iki azyaşlı övladını ermənilərin hücumundan xilas etmək üçün doğma torpaqlarından köçkün düşdü. Onları təkbaşına əzab-əziyyətlə böyütdü. X2 daim başını uca etmiş, hər bir ananın fəxr edəcəyi övlad olmuşdur. O, dərslərini çox yaxşı oxuyaraq hüquq fakültəsinə daxil oldu, daha sonra prokurorluq əməkdaşı oldu, ən sonda hüquqşünaslığın ən ali dərəcəsi olan hakim adını qazandı. Amma o övladını məhkəmənin məsuliyyətsiz adlandırdığı sürücüdən qoruya bilmədi. Qızını bir dəfə hakim kürsüsündə görə bilmədi, amma qızının həmkarlarını onun qatilini mühakimə edən zaman ilk dəfə məhkəmə zalında gördü. Istintaqın mövqeyinin doğru olduğunu fərz etsə, Təqsirləndirilən şəxs harasa tez çatsın deyə ona övlad acısı, iki azyaşlı nəvəsinə isə ömürlük ana həsrəti yaşatdı. Haqqı olmadığı halda əks yola çıxaraq onun həyatını ömürlük qaranlığa qərq etdi, illərlə çəkdiyi əziyyəti darmadağın etdi. Həyatını mənasızlaşdırdı, son nəfəsinə kimi ömrünün hər gününə göz yaşını, ana fəryadını əlavə etdi. Bu gün isə qızının hakim həmkarı onun qatilinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən yuxarı hədd olan cəzanı belə təyin etmədi. Hakimlər cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyəti ilə yanaşı zərərçəkmiş şəxsin də şəxsiyyətini nəzərə almalıdır. Başa düşür ki, hamı qanun qarşısında bərabərdir. AmmaTəqsirləndirilən şəxs qanunsuz hərəkəti dünyadan bir narkotik istifadəçisini, yaramaz, ailəsinə xeyir verməyən, savadsız və cahil bir insanı aparmayıb. Onun bu hərəkəti Azərbaycan Respublikasının ən ədalətli hakimlərindən birini, iki övlad anasını, daim ailəyə qürur hissi yaşadan bir övladı, şəhid qızını dünyadan köçməyə məcbur edib. Bu gün Təqsirləndirilən şəxs cəzası sadəcə 05 (beş) il 02 (iki) ay olmalı idi? Təqsirləndirilən şəxs verdiyi yalan ifadələrlə səbəb olduğu faciəli nəticəni xəfifləşdirməyə çalışır. Məhkəmə iclasında ifadə verərkən qarşı tərəfdən avtomobil gəldiyini görmədiyini deyir. Halbuki ## ###### 2025-ci il tarixdə saat 18:47də havanın qaranlıq olduğu, əks tərəfdən gələn avtomobilin işığını görməməyin mümkünsüz olduğu hamıya bəllidir. Daha sonra təqsirləndirilən şəxs suallara cavab olaraq bildirir ki, ondan qabaqda 04 avtomobil hərkətdə olub. Təqsirləndirilən şəxs 40 km/saat sürətlə 04 ədəd avtomobili keçmək istəyirdi?? Belə bir şeyin mümkünsüz olduğu da yenə aydındır. Bəli, təqsirləndirilən şəxs qarşı tərəfdən avtomobil gəldiyini bildiyi halda, əks zolağa keçərək yol nəqliyyat hadisəsi törətmişdir. Indi kim onu inandıra bilər ki, bu ehtiyatsızlıqdan baş vermiş qəzadır? Qətiyyən ona təyin edilmiş cəza ilə razı deyil. Əgər Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilirsə, qəzanın baş vermə mexanizmini, iki zərərçəkmiş olduğunu, zərərçəkmişlərə dəymiş ziyanın qarşılanmadığını, iki nəvənin ana sevgisindən bir ömür məhrum qaldığını, bir ananın dünyasını qaraltdığını nəzərə alamalı və ona 06 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməli idi. Bundan başqa, məhkəmə tərəfindən verilən mülki iddianı qismən təmin etmişdir. Halbuki təqsirləndirilən şəxsin ödəyəcəyi bir milyon belə onun qəlbindəki övlad acısını zərrə qədər azaltmaz. Bir gənc hakimin həlak olmasından sonra anaya mənəvi əzabın qarşılığında 20.000 (iyirmi min) manat pulun ödənilməsinə dair qərar qəbul edilməsi yolverilməzdir. Həmin hökmdən müdafiəçi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılaraq daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası işin konkret haları, törədilmiş cinayətin ehtiyatsızlıqdan baş verməsi, məhkumun şəxsiyyəti, məsuliyyətini yüngüləşdirən halar və məsuliyyətini ağırlaşdıran hər hansı halın müəyyən edilməməsi ilə müqayisədə həddindən artıq ağırdır. Belə ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamış, istintaq və məhkəmə baxışı zamanı məsuliyyətdən yayınmamış, hadisənin başvermə halarını səmimi şəkildə izah etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Hadisə ehtiyatsızlıqdan baş vermiş, o, avtomobili sərxoş vəziyyətdə idarə etməmiş və hadisədən sonra məsuliyyətdən yayınmağa cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs işləyən, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunan, ailəsinə bağlı və cəmiyyət üçün təhlükə yaratmayan şəxsdir. Onun himayəsində iki övladı və faktiki himayəsinə götürdüyü valideynlərini itirmiş bir uşaq vardır, həmçinin xəstə və yaşlı valideynlərinə qayğı göstərir, ailəsinin əsas maddi və mənəvi dayağıdır. Hadisədən sonra özü və ailə üzvləri zərərçəkmiş tərəfə başsağlığı vermək və barışıq istiqamətində addımlar atmaq istəsələr də, birbaşa ünsiyyət imkanının yaranmaması səbəbindən bu cəhdlər nəticə verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli Qərarının 21-ci bəndinə əsasən, cinayətin ağır nəticələrə səbəb olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticə özü özlüyündə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Həmin bənddə, həmçinin, daha ciddi cəza növü və həddinin yalnız az ciddi cəzanın məqsədlərini təmin edə bilmədiyi halda təyin olunması, cəzaya təsir edə biləcək bütün haların, o cümlədən təqsirləndirilən şəxsin əvvəlki davranışının, yol hərəkəti qaydaları əleyhinə inzibati xəta və ya cinayət törədib-törətməməsinin, hadisədən sonrakı davranışının, zərərçəkmişə yardım göstərməsinin və zərərin ödənilməsi istiqamətində atdığı addımların araşdırılaraq nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Hazırkı iş üzrə ölüm nəticəsi artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsifin zəruri elementi olmaqla, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutan sanksiya daxilində 5 il 2 ay müddətinə cəza təyin etmiş, daha aşağı müddətli cəzanın hansı səbəbdən cəzanın məqsədlərini təmin etməyəcəyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngüləşdirən haları və məsuliyyətini ağırlaşdıran halların olmadığını müəyyən etsə də, sanksiyanın yuxarı həddinə yaxın cəza seçilməsinin səbəblərini, daha aşağı müddətli cəzanın onun islahı üçün nə üçün kifayət etməyəcəyini və uzunmüddətli azadlıqdan məhrumetmənin himayəsində olan uşaqlarının, xəstə və yaşlı valideynlərinin həyat şəraitinə təsirini konkret şəkildə qiymətləndirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqi üçün əsasların olmadığı barədə ümumi nəticə də ayrıca hüquqi və faktiki dəlilərlə əsaslandırılmamışdır. Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə düzgün və ədalətli baxılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Hökmdən digər zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılaraq daha yüngül cəza təyin edilməsini, zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis nümayəndəsi (vəkili) müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis və nümayəndəsi (vəkili) müdafiəçi2 verdikləri apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- **/**** saylı, ## #### 2026-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilərək ən ağır həddə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi, həmçinin mülki iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının verdiyi təklif həddində zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis nümayəndəsi (vəkili) müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, mülki iddianın isə təmin edilməməsini xahiş etdi. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi, törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız təyin edilən cəzanın həddi mübahisələndirilmişdir. Ittiham (dövlət ittihamı istisna) tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi ibtidai istintaqın düzgün aparılmaması iddia edilmiş, təyin edilən cəzanın həddi və mülki iddia mübahisələndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş tərəf məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını, müdafiə tərəfi isə cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ağırlaşdıran halların olmamasını, biri azyaşlı, digəri isə yetkinlik yaşına çatmayan iki uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, əsas cəza kimi 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinə əsasən cəza təyini zamanı əsas götürülən halların məcmusu, yəni təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə hökmündən cəzanın həddi ilə bağlı narazı olması və qeyd edilən yüngülləşdirən hallar olması, ağırlaşdıran halların olmaması nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkum edilmişin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə sanksiyada nəzərdə tutulan cəzanın yuxarı həddinə yaxın həddə cəza təyin etmişdir. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş tərəfin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan cəzanı yüngülləşdirən və cəza təyin zamanı nəzərə alınan digər halların məcmusu və ağırlaşdıran halların olmaması baxımından məhkum edilmiş Təqsirləndirilən şəxs yuxarı həddə təyin edilmiş cəzanın həddinin daha da artırılması və ya azaldılması üçün əsaslar yoxdur. Odur ki, təyin edilən cəza ədalətli, qanuni və cinayətin nəticələrinə mütənasibdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallın mövcudluğunu, cəzanı ağırlaşdıran halların isə olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Mülki iddiaya gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş tərəf mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis məhkəməyədək icraatda mülki iddia verərək, baş vermiş hadisə nəticəsində yararsız hala düşmüş zərərçəkmiş şəxs X4 ilə həyat yoldaşının birgə nikah dövründə əldə etdikləri “Nissan Sunny” markalı avtomobilin dəyəri kimi 30.000 manat, zərərçəkmiş şəxsin ## ###### 2016-cı il və ## ####### 2018-ci il təvəllüdlü övladlarının 18 yaşına çatanədək layiqli həyat səviyyələrinin təmin edilməsi üçün 700.000 manat məbləğində maddi ziyanın, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 270.000 manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutulmasını xahiş etmişdir. Mülki iddianın zərərçəkmiş şəxs X4 ilə həyat yoldaşının birgə nikah dövründə əldə etdikləri və qəza nəticəsində tamamilə yararsız hala düşmüş “Nissan Sunny” markalı avtomobilin dəyəri kimi 30.000 manat maddi ziyanın tutulması hissəsində - mülki iddiaya əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, zərərçəkmiş şəxs X4 ilə onun əri X6 arasında nikah ## ##### 2014-cü il tarixdə bağlanmışdır. Iş materiallarında olan “Nissan Sunny” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin avtomobil ## ###### 2021-ci il tarixdə qeydiyyata alınmış və avtomobilin mülkiyyətçisi zərərçəkmiş şəxsin əri X6r. Beləliklə, “Nissan Sunny” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilməsi iş materialları ilə təsdiq edilir. Iş materiallarında olan mütəxəssis rəyinə əsasən “Nissan Sunny” markalı, 77-DU 950 dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün lazım olan məbləğ 13.610 manatdır. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, mülki iddiaçı Hüquqi varis başqa zərərçəkmiş şəxs X4 daha üç (əri və 2 uşağı) birinci növbəli vərəsəsi vardır. Məhkəmə Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə əsasən nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı və mülki iddiaçının zərərçəkmiş şəxsin birinci növbədə vərəsəsi (anası) olmasını nəzərə alaraq, hesab etmişdir ki, vərəsə kimi avtomobilə vurulmuş zərərdən ona düşən pay müəyyən edilərək tutulmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, avtomobil birgə nigah dövründə əldə olunduğundan və tərəflərin payları müəyyən edilmədiyindən, paylar bərabər hesab edilməli, habelə Mülki Məcəllənin 1162-ci maddəsinə uyğun olaraq sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid olmadığından, avtomobilə dəymiş zərərin yalnız yarısı zərərçəkmiş şəxsin 4 vərəsəsi arasında bölünə bilər. Məhkəmə yuxarıda sadalanan normalara əsaslanaraq hesab etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası avtomobilə dəyən zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və avtomobilə dəyən 13.610 manat məbləğində zərərin 1/8-i hissəsi miqdarında, yəni 1.701,25 manat məbləğində pul tutularaq, ona ödənilməldir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mənəvi zərərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tutulmuş mənəvi zərərin əvəzinin həcminin artırılması üçün əsas görmür. Belə ki, Ali Məhkəmənin Plenumunun ## ###### 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya şikayətinin mənəvi zərərlə bağlı dəlillərini yuxarıda qeyd edilən məhkəmə aktlarının tələbləri baxımından dəyərləndirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təmin etdiyi 20.000 manat mənəvi ziyanın məbləği işin hallarına nəzərən ağlabatan və ədalətlidir, məbləğin artırılması üçün yeni əsaslar müəyyən etmir. Eyni zamanda məhkəmə maddi ziyanın qismən təmin edilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi apellyasiya şikayətində ibtidai istintaqın düzgün aparılmadığını qeyd etsə də, iş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilmiş və obyektiv həqiqət üzə çıxmışdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş və zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis nümayəndəsi (vəkili) müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş və zərərçəkmiş şəxs X4 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis nümayəndəsi (vəkili) müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar