Məhkəmə qərarları › İş №1(3-6)-124/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-124/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-124/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 Oktay oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə (hakim X12 (sədrlik edən), hakimlər X6 və X7 ibarət tərkibdə) ## ##### 1981-ci ildə Vartaşen rayonunun, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Oğuz rayonunun Kərimli kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 4-# ###### 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 mülki iddiasının tam təmin olunması və ümumilikdə 4.565 (dörd min beş yüz altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ödənilməsi, zərərçəkmiş şəxs X18 mülki iddiasının tam təmin olunması və ümumilikdə 2.545 (iki min beş yüz qırx beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs X18 ödənilməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 mülki iddiasının qismən təmin olunması və ümumilikdə, 34.192 (otuz dörd min yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 ödənilməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 mülki iddiasının təmin olunması və ümumilikdə 66.589 (altmış altı min beş yüz səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ödənilməsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının izah olunması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli və külli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı, Bakı şəhəri Nərimanov rayonu F.Əsədov küçəsi ev 8-də yaşayan zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda zərərçəkmiş şəxs1 yaşadığı evdə danışıb, xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk olaraq ## ###### 2023-cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzində Azərbaycan manatına ekvivalentdə 32.300 (otuz iki min üç yüz) manat təşkil edən 19.000 (on doqquz min) ABŞ dolları dəyərində “Nissan Navara” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən ibarət əmlakını formal qaydada alqı-satqı edib həmin məbləğdə pulları, sonra isə ## ###### 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Bravo Market” adlı mağazanın qarşısında zərərçəkmiş şəxs1 ilə görüşüb Azərbaycan manatına ekvivalentdə 34000(otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları olan nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-sitfadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə zərərçəkmiş şəxs1 külli miqdar hesab edilən 66.300 (altmış altı min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Bakı şəhəri Binəqədi rayonu H.Hüseynov küçəsi ev 6, mənzil 39-da yaşayan zərərçəkmiş şəxs11 ilə 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda zərərçəkmiş şəxs1 vasitəsilə danışıb, zərərçəkmiş şəxs11 xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ## ###### 2023 cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinin inzibati binasının yaxınlığında zərərçəkmiş şəxs11 Azərbaycan manatına ekvivalentdə 42.500 (qırx iki min beş yüz) manat təşkil edən 25.000 (iyirmi beş min) ABŞ dolları olan nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs11 xeyli miqdar hesab edilən 42.500 (qırx iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı, Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsi ev 6, mənzil 105-də yaşayan zərərçəkmiş şəxs7 ilə 2023-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda zərərçəkmiş şəxs7 yaşadığı evdə danışıb, zərərçəkmiş şəxs7 yoluxduğu Hepatit “C” xəstəliyindən tam müalicə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin fevral ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında zərərçəkmiş şəxs7lə görüşüb Azərbaycan manatına ekvivalentdə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları nəqd puldan ibarət əmlakıj əlbəəl olaraq, sonra zərərçəkmiş şəxs7 oğlu X2 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəldəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayında, tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində zərərçəkmiş şəxs7lə görüşüb 20.000 (iyirmi min) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq, sonra zərərçəkmiş şəxs7 həyat yoldaşı X13 Dövlət Vergi Xidmətində olan problemini həll edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində zərərçəkmiş şəxs7lə görüşüb 3.000 (üç min) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui sitfadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə zərərçəkmiş şəxs7 xeyli miqdar hesab edilən 40.000 (qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Gədəbəy rayonunun Arıqıran kənd sakini zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin mart ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs2 həyat yoldaşı X10 2-ci qrup əlilliyin bərpa və onlayn qaydada təsdiq etdirəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra, həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk olaraq ## ##### 2022-ci il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri ərazisində yerləşən “Fərid” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs2 göndərdiyi 2.000 (iki min) manat nəqd puldan ibarət əmlakını, daha sonra ## #### 2023-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri ərazisində yerləşən “Fərid Market” adl mağazada quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə göndərdiyi 2.000 (iki min) manat nəqd puldan ibarət əmlakını, daha sonra isə 2023-cü ilin aprel ayının axırlarında, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində zərərçəkmiş şəxs2la görüşüb 500 (beş yüz) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə zərərçəkmiş şəxs2 4.500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhəri Əli Zeynalov küçəsi ev 89 da yaşayan zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin dekabr ayının əvvəllərində, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, zərərçəkmiş şəxs4 anası X19 2-ci qrup əlillik dərəcəsi və təqaüd düzəldəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ## ###### 2023-cü il tarixdə istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Salyan şəhəri ərazisində “Salyan Dairəsi” adlanan yerdə zərərçəkmiş şəxs4lə görüşüb 2.000 (iki min) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs4 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhəri 20 Yanvar küçəsi ev 51-də yaşayan zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin dekabr ayının ortalarında, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, zərərçəkmiş şəxs6 atası X14 yoluxduğu onkoloji xəstəlikdən tam müalicə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ## ###### 2023-cü il tarixdə saat 15:30 radələrində Salyan şəhəri ərazisində mobil telefonunda olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mobil tətbiqi vasitəsilə göndərdiyi 1.500 (bir min beş yüz) manat nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs6 1.500 (bir min beş yüz) tanat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Qarabağlı kənd sakini zərərçəkmiş şəxs9 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, zərərçəkmiş şəxs9 xəstəliyi ilə bağlı təqaüd düzəldəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ## ###### 2024-cü il tarixdə saat 11 radələrində Salyan şəhəri A.Hüseynov küçəsində kirayə yaşadığı evdə zərərçəkmiş şəxs9la görüşüb 2.250 (iki min iki yüz əlli) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs9 2.250 (iki min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Qarabağlı kənd sakini zərərçəkmiş şəxs8 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, zərərçəkmiş şəxs8 həyat yoldaşı X11 xəstəliyi ilə bağlı təqaüd düzəldəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ## ###### 2024-cü il tarixdə saat 15:36 radələrində Salyan rayonu Böyükkənd kəndi ərazisində yerləşən “Dərələyəz Ticarət Mərkəzi” adlı marketdə quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs8 göndərdiyi 1.000 (bir min) manat nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs8 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə şəhər sakini X18 ilə ## ###### 2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda mobil telefon vasitəsilə danışaraq, Səbinə Quliyevaya xəstəliyi ilə bağlı ilk olaraq ## ###### 2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Salyan rayonu Şeydan kəndi ərazisində zərərçəkmiş şəxs3 yaşadığı evdə görüşüb 520 (beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq, sonra ## ###### 2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Salyan rayonu Şeydan kəndi ərazisində zərərçəkmiş şəxs3 yaşadığı evdə görüşüb 3.500 (üç min beş yüz) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq, daha sonra ## ###### 2024-cü il tarixdə saat 21:09 radələrində Salyan rayonu Parça Xələc kəndi ərazisində yerləşən “Muğan” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 göndərdiyi 1.000 (bir min) manat nəqd puldan ibarət əmlakını, daha sonra ## ###### 2024-cü il tarixdə saat 11:37 radələrində Salyan rayonu Parça Xələc kəndi ərazisində yerləşən “Muğan” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 göndərdiyi 4.000 (dörd min) manat nəqd puldan ibarət əmlakını, bundan sonra ## ###### 2024-cü il tarixdə saat 16:39 radələrində Salyan rayonu Xələc kəndi ərazisində yerləşən “Toğrul” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 göndərdiyi 1.500 (bir min beş yüz) manat nəqd puldan ibarət əmlakını, daha sonra ## ###### 2024-cü il tarixdə saat 14:04 radələrində Salyan rayonu Parça Xələc kəndi ərazisində yerləşən “Muğan Market” adlı mağazada quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 göndərdiyi 400 (dörd yüz) manat nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə zərərçəkmiş şəxs3 xeyli miqdar hesab edilən 10.920 (on min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonunun Dəymədağıldı kənd sakini zərərçəkmiş şəxs5 ilə ## ###### 2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda zərərçəkmiş şəxs5 yaşadığı evdə görüşüb danışaraq, zərərçəkmiş şəxs5 dayısı X15 təqaüdünü bərpa etdirəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk öncə ## ###### 2024-cü il tarixdə saat 15:30 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində zərərçəkmiş şəxs5 tanışı X16 mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs5 göndərdiyi 2.000 (iki min) manat nəqd puldan ibarət əmlakını, sonra isə ## ###### 2024-cü il tarixdə saat 22:15 radələrində Bərdə rayonunun Şirvanlı kəndi ərazisində yerləşən “Meyvə Market” adlı mağazada quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs5 göndərdiyi 1000 (bir min) manat nəqd puldan ibarət əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə zərərçəkmiş şəxs5 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ədalətsiz olmasını əsas gətirərək cinayət işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 Oktay oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etdilər. Əlavə olaraq məhkum edilmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 66.300 manat yox, 34.000 manat aldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfi əməlin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmünü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ###### 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon polis idarəsi onun barəsində axtarış elan etdiyi halda, ## ###### 2023-cü il tarixində Bərdə rayon polis idarəsinin əməkdaşları onu tutmuş, Bərdə RPInin müstəntiqi Sənan Bayramzadə ondan zərərçəkmiş şəxslərə ödənilməli pulları alaraq onu azad etmişdir. Bakı şəhəri Xətai RPI-də onun barəsində açılmış axtarışla bağlı o, müstəntiqə sual verdikdə, sonuncu bu axtarışa səbəb olmuş ziyanı da onun verdiyi pul hesabına ödəyəcəyini bildirmişdir. Müstəntiq belə desə də, ## ###### 2023-cü il tarixdə günorta 2-yə 10 dəqiqə qalmış həbs edilmişdir. 9 ay müddətində müstəntiq işi hərəkətsiz saxlamış, ondan ifadə almamış, Bərdədə olan zərərçəkmiş şəxslərin dindirilməsini xahiş etsə də, onları da çağırıb dindirməmişdir. Bir müddət sonra barəsində olan cinayət işinin materiallarını Salyan RPŞ-yə göndərmişdir. Salyanda zərərçəkmiş Mətləbə dair epizod barədə məlumat verdikdən sonra iş yenidən Bərdəyə geri göndərilmiş, lakin iş yenidən hərəkətsiz saxlanılmış, hər hansı istintaq hərəkəti icra olunmamışdır. Salyanda 10 gün X26 zaman müstəntiqə nə qədər desə də, onu Ramin və Tünzalə ilə üzləşdirməmişlər, hansı ki onlar polis şöbəsinin yanında yaşayırdılar. Müstəntiq bildirmişdir ki, üzləşdirməyə ehtiyac yoxdur, çünki istintaqı məhkəmə aparacaq. Ondan pulu niyə və kimdən aldığını soruşan olmamışdır. Həbs olunan zaman 5 nəfər olmuşlar, o tutulsa da, qalan 4 (dörd) nəfər buraxılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, zərərçəkmiş Fərhad bildirmişdir ki, pulu ona yox, pensiya fonunda işləyən Murada göndərmişdir. Telefonunda 1587 nəfərin saxta Covid-19 pasportu çıxmış, lakin müstəntiq onu cinayət işinə yazmamışdır, çünki Bərdə pensiya fondunun müdriyyətini də çağırıb tutsa da, sonradan onlarla danışıb, hamısını sərbəst buraxmışdır. Onun pul verdiyi şəxslərlə yazışmaları, ödəniş çekləri hamısı telefonunda var idi, lakin heç biri müstəntiq tərəfindən işə əlavə olunmamışdır. Salyan RPŞ-nin müstəntiqi Ilqar Ismayılov cinayət işinin materiallarını dəlilsiz olduğu üçün Bərdəyə geri qaytarmışdır. Zərərçəkmiş şəxs Quliyeva Səbinə epizodu üzrə, bildirir ki, şahid4 kirayə ev tutaraq evin əşyalarını almışdır. Solmazı tanısa da, Səbinəni tanımamış, tutulandan bir gün sonra tanımışdır. Iş materiallarında Solmazın adı yazılsa da, onun işə aidiyyəti olmamışdır. Buna görə də Quliyeva Səbinə ilə bağlı həmin hadisə üzrə özünü təqsirli bilmuir. şahid4 onun kartına borc olaraq pul göndərmişdir. Təqaüd işi ilə bağlı aralarında danışıq olmamışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ifadəsi ilə bağlı vurğulayır ki, o doğru ifadə verir. Lakin həmin epizod üzrə də özünü təqsirli bilmir. Belə ki, o, Salyan Rayon Polis Şöbəsində olanda müstəntiqinə özü bu məsələni deyib xahiş etmişdir ki, Mətləbi çağırıb ifadəsini alsınlar. X20 Saxlama Yerində müstəntiqə pulu Mətləbə vermək üçün təqdim etmiş, lakin, müstəntiq pulu Mətləbə verməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2la bağlı isə qeyd edir ki, müvəqqəti saxlanma yerində kameraların altında müstəntiqin bank kartına 45.500 (qırx beş min beş yüz) manat məbləğində pul ödəmişdir. Buna səbəb isə onun həmin pulu zərərçəkmiş şəxslərə ödəyəcəyini bildirməsi olmuşdur. zərərçəkmiş şəxs2 2.000 (iki min) manat məbləğində pul almışdır. Səbəb isə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Mərkəzində işləyən uzaq qohumu Muradın zərərçəkmiş şəxs2 həyat yoldaşına əlillik pensiyası düzəldəcəyi olmuşdur. zərərçəkmiş şəxs2 arvadına təqaüd düzəltməkdə köməklik etməyi özü xahiş etmişdir. zərərçəkmiş şəxs2 aldığı 2.000 (iki min) manat məbləğində pulu onun kartına göndərmişdir. Bu barədə qəbz də olmuşdur. O, zərərçəkmiş şəxs2la Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Mərkəzində deyil, Gədəbəydə həkimlərin birinin evində qonaqlıqda olanda tanış olmuşdur. Belə ki, zərərçəkmiş şəxs2 həmin evə qarmon ifa etmək üçün dəvət olunmuş, elə həmin vaxt da Fərhadı tanımışdır. zərərçəkmiş şəxs2 heç vaxt Bakıda olmamışdır. O, zərərçəkmiş şəxs2 2.000 (iki min) manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 10.000 (on min) dollar və 20.000 (iyirmi min) manat məbləğində pul deyil, sadəcə 10.000 (on min) dollar borc pul almış və həmin puldan 6000 (altı min) manat pulu qaytarmışdır. zərərçəkmiş şəxs7 uşağını işə düzəltmək üçün 20.000 (iyirmi min) manat məbləğində pul almamışdır. zərərçəkmiş şəxs7 oğlunun sənədləri onun həyat yoldaşında olmuşdur. Buna səbəb isə arvadı ilə zərərçəkmiş şəxs7 oğlunun eyni məktəbdə oxuması olmuşdur. Onlar işə düzəlmək üçün birgə “cv” vermişlər. Yəni bu məsələnin ona aidiyyatı olmamışdır. zərərçəkmiş şəxs7 sadəcə borc pul almış, ona qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi məbləğlər düzgündür, lakin həmin məbləğləri də borc pul kimi almışdır. 2020-2021-ci illərdə 4-5 ədəd “UZI” tibbi avadanlığı gətirmiş, 2023 cü ildə isə hər hansı tibbi avadanlıq gətirməmişdir. Hazırda zərəri ödəmək niyyətindədir. Maşın hazırda Babək prospektindədir. Həmin avtmobilin mühərriki dəyişdirildiyi üçün başqa şəxsin adına yeni texniki şəhadətnamə alınıb, maşını geri almışdır. Müşfiqə pulunu qaytarmaq, eyni zamanda ziyanı da ödəmək niyyətindədir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 ümumiyyətlə tanımamışdır və bu epizod üzrə də özünü təqsirli bilmir. Hətta borc aldıqdan bir müddət sonra Elvin yanında bir neçə nəfərlə maşınla gəlib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin polisləri adı ilə aparıb Binəqədi rayonunda zirzəmidə bir gün saxlayaraq işgəncələr vermişlər. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs4 ifadəsi həqiqəti əks etdirmir. Belə ki, o, zərərçəkmiş şəxs4 sadəcə 2.000 manat almış, 1 ay müddətində 2.200 manat pulu faizi ilə əlavə qaytarmışdır. Məqsədi dələduzluq etmək olmamışdır. Pulu Salyan xəstəxanasının həyətində xəstəxananın müdirinə vermişdir. Razılaşmalarına əsasən, zərərçəkmiş şəxs4 pulu faizə götürdüyünü dediyi üçün qaytardıqda faizini də ödəmişdir. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 ilə bağlı hissədə də hər hansı təqsiri olmamışdır. Bu epizod üzrə adıçəkilən dərmanlar ucuz olmamış, onları "Medikal Plaza" Tibb Müəsisəsi təyin etmişdir. Həmin dərmanlar 6-cı dərəcəli kimyaterapiya üçün lazım olan dərmanlar olmuşdur. Əksinə, Firuzəgilin ona borcu yaranmışdır. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs3 ilə bağlı ittihamda 10.800 manatın nə üçün yazılmasını başa düşə bilmir. Şahmar özü də ifadəsində ona sadəcə sistem köçürüldüyünü, bunun da 1.500 manat pul etməsini demişdir. O, Həmçinin, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs9 və zərərçəkmiş şəxs8 epizodu üzrə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü ümumiyyətlə təqsirli bilmir. Ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vartaşen rayonu Vardanlı kəndində, hazırki Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2ənzil 51-də yaşamışdır. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Pulmanoloq-Infeksionist fakültəsini bitirmiş, daha sonra 2011-ci ildə Türkiyənin Hacət-Təpə Universitetində onkoloq-cərrah ixtisası üzrə uzmanlıq dərəcəsi almışdır. 2012-2015-ci illərdə Daxili Işlər Nazirliyinin hospitalında böyük cərrah işləmiş, 2015-2020-ci illərdə Türkiyədə Acı-Badəm hospitalında işləmiş, 2022-ci ildən tutulanadək Bakı şəhərindəki Mərkəzi Klinikada böyük cərrah vəzifəsində işləmişdir. Bakı şəhər sakini zərərçəkmiş şəxs1 2020-ci ildən tanımış, ailəvi dostluq münasibətləri olmuşdur. Bir neçə dəfə Müşfiqdən pul alaraq xaricdən tibbi avadanlıqlar gətirərək Bakı şəhərində satıb gəlir əldə etmişdir. Müşfiqin "Nissan Navara" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. 2023-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Nərimanov rayonunda Müşfiqin yaşadığı evdə görüşmüşlər. Həmin vaxt Müşfiq ilə danışıb, xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalandan vəd vermişdir. Aralarında olmuş danışığa əsasən onlar 64.000 ABŞ dollarına xaricdən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satdıqdan sonra ümumilikdə 19.000 ABŞ dollar gəlirləri olmalıymış. Həmin pulun 9.500 ABŞ dollarını Müşfiqə verməli olmuşdur. Müşfiq onunla razılaşmışdır, ilk olaraq ##.##.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzində Azərbaycan manatına ekvivalentdə 32300 (otuz iki min üç yüz) manat təşkil edən 19.000 (on doqquz min) ABŞ dolları dəyərində Müşfiqə məxsus “Nissan Navara” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün Müşfiq ona etibarnamə vermiş və o, avtomaşını tanımadığı şəxsə 19.000 ABŞ dollarına satmış, lakin, pulu Müşfiqə verməmiş, şəxsi ehtiyaclarına görə xərcləmişdir. Sonra isə ## ###### 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Bravo” marketin qarşısında zərərçəkmiş şəxs1 ilə görüşmüş, Müşfiq ona Azərbaycan manatına ekvivalentdə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları olan nağd pulu əlbəəl olaraq vermişdir. Həmin vaxt Müşfiqin vasitəsilə dostu zərərçəkmiş şəxs11 tanımışdır. Müşfiq bildirmişdir ki, Elvin də onlarla iş görüb qazanc əldə etmək istəmişdir. Həmçinin, Müşfiq növbəti günlərdə Elvinin pulun qalan hissəsini bir neçə günə verəcəyini demişdir. O, da fürsət varkən Elvindən də dələduzluq yolu ilə pul almaq qərarına gəlmiş və razılaşmışdır. ## ###### 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinin inzibati binasının yaxınlığında Müşfiq ilə görüşmüş və Müşfiq zərərçəkmiş şəxs11 məxsus Azərbaycan manatına ekvivalentdə 42.500 (qırx iki min beş yüz) manat təşkil edən 25.000 (iyirmi beş min) ABŞ dollarını əlbəəl olaraq ona vermişdir. Müşfiq və Elvindən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Müşfiq və Elvini aldatmışdır. Sonra Müşfiq və Elvinin telefon zənglərinə cavab verməmişdir. Müşfiq və Elvinə qarşı etdiyi dələduzluq əməllərindən səmimi peşmandır. Bundan başqa Bakı şəhər sakini zərərçəkmiş şəxs7 və ailəsini 2022-ci ildə pandemiya ilə bağlı karantin rejimi dövründə tanımışdır. Belə ki, həmin ərəfədə Şahin və ailə üzvləri "Covid 19" virusuna yoluxduqları üçün o, onları ev şəraitində müalicə etmişdir. 2023-cü ilin fevral ayında Şahin Türkiyədə olarkan verdiyi analizlərin nəticəsində Şahinə “hepatit C" diaqnozu qoyulmuşdur. Şahin özü Türkiyədən zəng edərək bu barədə ona məlumat vermiş və o, Şahinə narahat olmamasını bildirmişdir. Şahin Bakıya gəldikdən sonra bir neçə tibb klinikalarında təkrar analiz vermiş və "hepatit C" virusunun olduğu təsdiqlənmişdir. Şahin ondan müalicə etməyini xahiş etmiş və o, da fürsət varkən Şahini aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Şahinə xəstəliyin Bakıda müalicəsi bir az baha başa gələcəyini bildirmişdir. Şahin onunla razılaşmışdır. 2023-cü ilin fevral ayında tarixini və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında zərərçəkmiş şəxs7lə görüşüb Azərbaycan manatına ekvivalentdə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları nağd puli əlbəəl olaraq almışdır. Sonra söhbət zamanı zərərçəkmiş şəxs7 oğlu X2 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəltmək istədiyini bildirmişdir. O, əlaqələrinin geniş olduğunu deyib həll edə biləcəyini yalandan vəd verib aldatmışdır. 2023-cü ilin mart ayında dəqiq tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsində zərərçəkmiş şəxs7lə görüşüb oğlunu işə düzəltmək üçün 20.000 (iyirmi min) manat nağd pulu əlbəəl olaraq almışdır. Sonra söhbət zamanı zərərçəkmiş şəxs7 həyat yoldaşı X13 Dövlət Vergi Xidmətində problemi olduğunu bildirmişdir. O, da yenidən həmin işi həll edəcəyi barədə Şahinə yalandan vəd verib aldatmışdır. 2023-cü ilin mart ayında tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində zərərçəkmiş şəxs7lə görüşüb 3.000 (üç min) manat nağd pulu dələduzluq yolu ilə əlbəəl olaraq almışdır. Şahindən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Şahini aldatmışdır. Sonra Şahinin telefon zənglərinə cavab verməmişdir. Şahinə qarşı etdiyi dələduzluq əməllərindən səmimi peşmandır. Həmçinin, 2023-cü ilin aprel ayının sonlarında xaricdən sifariş verdiyi tibbi avadanlıqları gömrükdə rəsmiləşdirmək üçün heç bir dələduzluq niyyəti olmadan Şahindən 10.000 ABŞ dolları borc pul istəmiş və Şahin həmin pulu borca Binə Ticarət Mərkəzinin qarşısında ona vermişdir. Bundan bir həftə sonra o, Şahindən aldığı 10.000 ABŞ dolların 6.000 manatını geri qaytarmışdır. Bundan başqa Gədəbəy rayon sakini zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayından etibarən təsadüfən tanımışdır. Bakı şəhərində Əlillərin bərpa mərkəzinin qarşısında Fərhad arvadının 2-ci qrup əlillik pensiyasının kəsildiyini və pensiyanın bərpası üçün köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. O, yalandan problem olmadığını və 4.500 manat müqabilində bu işdə köməklik edə biləcəyini, Fərhadın arvadının kəsilmiş pensiyasını bərpa etdirə biləcəyini deyib Fərhadı inandırmışdır. Ilk olaraq ## ##### 2022-ci il tarixdə Fərhad ödəniş terminalı vasitəsilə istifadəsində olan karta 2.000 (iki min) manat nağd pul göndərmişdir. Daha sonra ## #### 2023-cü il tarixdə Fərhad ödəniş terminalı vasitəsilə istifadəsində olan karta 2.000 (iki min) manat nağd pul göndərmişdir. Daha sonra isə 2023- cü ilin aprel ayının axırlarında, dəqiq tarixi və vaxtı xatırlamadığı tarixdə və vaxtda Gədəbəy rayonu Qaradağ kəndi ərazisində zərərçəkmiş şəxs2la görüşmüş və Fərhad 500 (beş yüz) manat nağd puli əlbəəl olaraq ona vermişdir. Fərhaddan dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Fərhadı aldatmışdır. Sonra Fərhadın telefon zənglərinə cavab verməmişdir. Fərhada qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa o. Salyan şəhər sakini zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin dekabr ayının əvvəllərində o zaman işlədiyi Salyan şəhərindəki "Medikal" adlı tibb mərkəzində tanış olmuşdur. Həmin vaxt Raminin anası Tünzalə Mehdiyevəm o, müalicə etmişdir. Ramin anasını tibb mərkəzinə aparıb-gətirmiş və növbəti dəfə yanında olarkən Ramin ona demişdir ki, anası yaşlı və xəstə insan olduğundan anasına pensiya düzəltmək istəyir. Bu zaman o, fürsətdən istifadə edib Raminə yalandan demişdir ki, öz tanışlarının vasitəsi ilə bu işdə kömək edə bilər və bu işin görülməsi üçün 2.000 manat lazım olduğunu bildirmişdir. Dekabrın 15-də Ramin onunla telefon əlaqəsi saxlamış və həmin gün günorta saatlarında onlar Salyan şəhərində "Salyan Dairəsi" adlanan yerdə görüşmüşlər və Ramin ona 2.000 manatı orada vermişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Ramini aldatmışdır. Lakin, bir neçə gündən sonra Ramin ona zəng edib anasına pensiya düzəldilməsi üçün ona verdiyi 2.000 manatı geri istəmiş, əks təqdirdə polisə müraciət edəcəyini demişdir. O, da bir neçə gündən sonra Raminin ona verdiyi 2.000 manatını özünə qaytarmışdır. Bundan başqa o, Salyan şəhər sakini zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin dekabr ayının ortalarında Salyan şəhərində tanış olmuşdur. Belə ki, həmin vaxt Firuzənin atası Şakir onkoloji xəstə olduğundan səhhətində müəyyən problemlər yaranmışdır. Həmin vaxt Firuzə ona müraciət edib atasını müalicə etməyini istəmişdir. Həmin ilin dekabr ayının ortalarında o, Firuzənin Salyan şəhərində yaşadığı evə gedib atasını müayinə edib ağır dərəcəli xərçəng Xəstəsi olduğunu və atasını müalicə edib sağaldacağını, lakin bunun üçün yalandan bahalı dərmanlar lazım olduğunu demişdir. Firuzə atasının müalicəsi üçün nə qədər pul lazım olacağını soruşduqda o, ilk olaraq 1.500 manat lazım olduğunu deyib Firuzəni inandırmışdır. ## ###### 2023-cü il tarixdə səhər saatlarında Firuzə onunla telefon əlaqəsi saxlayıb atasının müalicəsi üçün topladığı pulun bir hissəsini harada və necə ona verəcəyini soruşduqda o, özünə məxsus bank kartının şəklini WhatsApp mobil tətbiqi vasitəsilə Firuzəyə göndərib pulu həmin kart hesabına göndərməyini istəmiş və Firuzə həmin pulu onun verdiyi bank kartına göndərmişdir. Firuzədən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Firuzəni aldatmışdır. Sonra Firuzənin telefon zənglərinə cavab verməmişdir. Firuzəyə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa o, Salyan rayonu Qarabağlı kənd sakinləri zərərçəkmiş şəxs8 və kürəkəni zərərçəkmiş şəxs9 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərindəki "Medikal" tibb mərkəzində həkim kimi işlədiyi vaxt tanış olmuşdur. Həmin vaxt zərərçəkmiş şəxs8 azyaşlı nəvəsinin səhhəti bağlı ona müraciət etmiş, o, da nəvəsini müayinə edib müalicə yazmışdır. Həmin vaxt o, Ilhamın təqaüd alıb-almadığını soruşmuş və Ilham heç bir təqaüd almadığını dedikdə o, Ilhama təklif etmişdir ki, 3000 manat müqabilində xəstəliyi ilə bağlı təqaüd düzəldə bilər. Ilham bu barədə düşünüb ona cavab verəcəyini demiş və təxminən yanvarın 8-də o, Ilhama zəng edib bir daha təqaüd almaq istəyib-istəmədiyini soruşmuş və sonda cəmi 2250 manat müqabilində təqaüd düzəldəcəyi barədə razılığa gəlmiş, lakin həmin vaxt Ilham özü üçün deyil, kürəkəni Bəhruz üçün təqaüd düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O, da yalandan heç bir problem olmadığını bildirmiş və 2250 manatı ertəsi gün ona çatdırmağını istəmişdir. ##.##.2024-cü il tarixdə səhər saatlarında Ilham və kürəkəni Bəhruz o zaman onun Salyan şəhərində kirayə yaşadığı evə gəlmişlər və 2250 manatı ona vermişlər. Yanvarın 19-da o, yenidən Ilhama zəng edib yalandan demişdir ki, cəmi 1000 manata Ilhama da təqaüd düzəldə bilər. Həmin vaxt Ilham demişdir ki, özünə deyil, bu dəfə arvadına təqaüd düzəltmək istəyir. Həmin gün Ilham 1000 manatı "Aztürkbank”ın ****-****-****-**** nömrəli bank kartına göndərmişdir. Ilham və Bəhruzdan dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Ilham və Bəhruzu aldatmışdır. Sonra onların telefon zənglərinə cavab verməmişdir. Ilhama və Bəhruza qarşı etdiyi dələduzluq əməllərindən səmimi peşmandır. Bundan başqa o, şahid4 2024-cü ilin yanvar ayının ortalarında tanışı Gülü adlı şəxsin vasitəsi ilə tanımışdır. O, Solmaza özünü həkim kimi təqdim etmiş və Yevlax RMX-da işləməyini bildirmişdir. Solmaz ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmayıbdır. Hətta Solmaza işlədiyi tibb müəssisəsinə təmənnasız tibb işçisi kimi işə düzəldəcəyinə söz vermişdir. Solmaz ona tam olaraq inanmışdır. Solmazın X17 da Solmazın vasitəsilə onunla tanış olmuşdur. ## ###### 2024-cü il tarixdə təxminən günorta saatlarında Solmaz ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı Solmaz bacısı Səbinənin maddi durumunun zəif olmasını, hazırda işsiz olmasını bildirmişdir. Bu vaxt o, müəyyən məbləğdə pulun qarşılığında Səbinəyə xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini, bu işlə məşğul olan tanışlarının olmasını və aylıq 326 (üç yüz iyirmi altı) manat təqaüd ala biləcəyini bildirmişdir. Telefon danışığı zamanı Solmaza bu cür təqaüdü başqa şəxslərə 3.000 (üç min) manata düzəltdiyini, lakin, qadın olduğu üçün və Solmazı tanıdığı üçün Səbinəyə 2.500 (iki min beş yüz) manata düzəldəcəyini, pul verildikdən sonra 14 (on dörd) gün ərzində təqaüdü düzəldəciyini bildirmişdir. Solmaz onunla razılaşmışdır. ## ###### 2024-cü il tarixdə günorta saatlarında Solmaz istifadəsində olan “Leo” banka məxsus **************** nömrəli plastik kartdan istifadəsində olan “Azər Türk” banka məxsus **************** nömrəli plastik kartına 1200 (bir min iki yüz) manat və 300 (üç yüz) manat, 1.000 (bir min) manat pul göndərmişdir. Solmaz bildirmişdir ki, həmin pulu bacısına xəstəlik ilə bağlı təqaüd düzəltməyi üçün ona göndəriblər və pul bacısı Səbinəyə məxsusdur. ##.##.2024-cü il tarixdə günorta saatlarında Səbinəyə “Whatsapp” sosial şəbəkəsində ismarıc yazaraq bildirmişdir ki, “mail” ünvanına təqaüd ilə bağlı ismarıc gələcək və həmin ismarıcda olan kodu saxlasın. ## ###### 2024-cü il tarixdə Səbinə Bərdə Rayon Polis Şöbəsinə barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Səbinədən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Səbinəyə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa o, Salyan rayonu Şeydan kənd sakini zərərçəkmiş şəxs3 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərində yerləşən və həkim işlədiyi "Medical" tibb mərkəzində tanış olmuşdur. Tibb mərkəzində o, Şahmarı qəbul edib müayinə edərək təyinat yazıb resept vermişdir. Bir neçə gün sonra Şahmar yanına gəlib səhhətinin düzəlmədiyini dedikdə o, analizlərinin cavablarına baxıb yalandan onkoloji xəstə olduğunu, vəziyyətinin ağır olduğunu və müalicəsi üçün xeyli pul lazım olduğunu bildirmişdir. ## ###### 2024-cü il tarixdə o, Şahmarın yaşadığı evə gedib yalandan sistemlər qoşmuş və buna görə Şahmardan 520 manat pul almışdır. Daha sonra o, Şahmara yalandan təklif etmişdir ki, onkoloji xəstə olduğu üçün təqaüd düzəldə bilər. Şahmar razılıq verdikdən sonra yanvarın 15-də yaşadığı evə getmiş və Şahmar təqaüd düzəldilməsi üçün ona 3.500 manat əlbəəl pul vermişdir. Sonrakı günlər Şahmar ona demişdir ki, pulun qalan hissəsini hissə-hissə verəcək, təki sağaltsın. O, da öz adına olan "AzTürkBank"a məxsus bank kartının fotoşəklini Şahmara vermiş və ## ###### 2024-cü il tarixdə saat 21:09 radələrində Şahmar ödəniş terminalı vasitəsilə ona 1000 (bir min) manat nağd pul göndərmişdir. Daha sonra ## ###### 2024-cü il tarixdə saat 11:37 radələrində ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 ona 4.000 (dörd min) manat nağd pul göndərmişdir. Bundan sonra ## ###### 2024-cü il tarixdə saat 16:39 radələrində ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 ona 1.500 (bir min beş yüz) manat nağd pul göndərmişdir. Daha sonra ## ###### 2024 cü il tarixdə saat 14:04 radələrində ödəniş terminalı vasitəsilə zərərçəkmiş şəxs3 ona 400 (dörd yüz) manat nağd pul göndərmişdir. Şahmardan dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahmara qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa o, ## ###### 2024-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onu Solmazın evində saxlayıb rayon polis şöbəsinə aparmışlar. Bərdə rayon sakini zərərçəkmiş şəxs5 2024-cü ilin fevral ayının 04-də Bərdə Rayon Polis Şöbəsinin X26 tanımışdır. Belə ki, həmin tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə şübhəli şəxs qismində tutularaq rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmiş və həmin vaxt orada inzibati qaydada həbs edilmiş zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Sonrakı müddətdə dustaq yoldaşı kimi Mətləb ilə arasında səmimi münasibətlər yaranmışdır. O, X26 2 gün saxlanıldıqdan sonar fevralın 6-da müstəntiq tərəfindən ona ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib tutulmadan azad edilmişdir. Mətləb isə ondan sonra fevralın 8-də azad edilmişdir. Fevralın 10-da o, Mətləb ilə telefon əlaqəsi saxlamış və Mətləb onu yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndinə dəvət etmişdir. Həmin gün o, Mətləbin yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndinə getmiş və aralarında olmuş söhbət zamanı Mətləb demişdir ki, keçmiş qayınatası və eyni zamanda doğma dayısının aldığı təqaüd bir müddət əvvəl hansısa səbəbdən kəsilmişdir. Həmin vaxt fürsətdən istifadə edib Mətləbə demişdir ki, pensiyaların kəsilməyindən məlumatı vardır və bu sahədə geniş əlaqələri olduğundan 3.000 manat qarşılığında dayısının pensiyasını bərpa elətdirə bilər. Mətləb bu məbləğdə pula dayısının pensiyasını bərpa etməyə razılıq vermişdir. Bundan sonra o, Mətləbdən ayrılıb Bakı şəhərinə getmişdir. Fevralın 12-də səhər saatlarında WhatsApp vasitəsilə arayış nümunəsi göndərib təcili olaraq yaşayış yerindən dayısının adına həmin arayışın alınmasını və saat 16:00-dək 3.000 manatı ona göndərməyini istəmişdir. Həmin gün, yəni fevralın 12-də təxminən saat 15:30 radələrində Mətləb "Birbank"xxxx"Aztürkbank"ın ****-****-****-**** nömrəli kartıma 2.000 manat göndərmişdir. Daha sonra həmin gün gecə saat 22:15 radələrində Mətləb daha 1.000 manatı onun bank kartına göndərmişdir. Mətləbin ona göndərdiyi cəmi 3.000 manatı o, öz ehtiyaclarına xərcləmişdir. zərərçəkmiş şəxs5 dayısının kəsilmiş pensiyasını bərpa etdirmək üçün onun heç bir imkanı, əlaqələri və ya fikri olmamışdır, sadəcə həmin vaxt pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, bundan istifadə edib Mətləbin pulunu ələ keçirib öz problemlərini həll etsin. Mətləbdən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Mətləbə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X18 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs bacısı Solmazın vasitəsi ilə tanımışdır. Ramin onlara özünü həkim kimi təqdim etmişdir. Bacısı Solmazın mobil telefonu vasitəsilə Ramin ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı Ramin müəyyən məbləğdə pulun qarşılığında ona xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Telefon danışığı zamanı Ramin ona 2.500 (iki min beş yüz) manata düzəldəcəyini bildirmişdir. Anası Xatirə ilə qızıllarını girov qoyaraq öz adına 2.500 (iki min beş yüz) manat kredit olaraq pul götürmüş, həmin pulu Raminin istifadəsində olan plastik karta göndərmişdir. Pulu göndərdikdən sonra bacısı onunla telefon əlaqəsi saxlayıb pulları Raminə göndərməsini, Raminlə telefon əlaqəsi saxlamasını, heç bir problem olmadığını bildirmişdir. Aldadıldığını bildikdən dərhal sonra Bərdə RPŞ-nə gələrək şikayət ərizəsi ilə baş verənlər barədə müraciət etmişdir. Hazırki vaxtadək, ona vurulmuş 2.500 (iki min beş yüz) manat maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, dayısı Qarabağ qazisi olduğundan pensiya almışdır. Lakin sonradan pensiyasi dayandırıldığı üçün Ramin həmin pensiyanı bərpa edəcəyinə yalandan vəd vermişdir. Ramin bildirmişdir ki, kəsilmiş pensiyanın bərpası 8.000 manata başa gəlir, lakin onunla dustaq yoldaşı olduğu üçün öz əlaqələrindən istifadə edib onun üçün bu işi cəmi 6.000 manat həll edə biləcəyini demişdir. Raminin bu cür səmimi tərzdə söhbət etməsi onda Raminə qarşı daha çox inam hissi yaratmış və o, 6.000 manatı Raminə verməyə razılıq vermişdir. Bundan sonra Ramin onunla sağollaşıb çıxıb getmiş və gedərkən ertəsi gün onunla telefon əlaqəsi saxlayacağını, dayısına aid bütün sənədləri WhatsApp mobil tətbiqi vasitəsilə göndərməyini tapşırmışdır. Ertəsi gün fevralın 11-də o, Beyləqan rayonu Baş Əlnəzərli kəndində yaşayan dayısının şəxsiyyət vəsiqəsinin surətini əldə edib WhatsApp vasitəsilə Raminin istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna göndərmişdir. Bunun ertəsi günü, fevralın 12-də səhər saatlarında Ramin ona WhatsApp vasitəsilə bir arayış nümunəsi göndərib təcili olaraq yaşayış yerindən dayısının adına həmin arayışdan almağı və 3.000 manatı saat 16:00-dək göndərməyini istəmişdir. O, Raminə bildirmişdir ki, həmin məbləğdə pulu qısa zamanda əldə edə bilməyəcək, o zaman Ramin demişdir ki, heç olmasa 2.000 manatı saat 16-dək göndərsin, qalan 1.000 manatı isə həmin günün sonunadək göndərsin. O, razılaşmış və həmin gün dayısının adına arayışı əldə edib Raminə göndərmiş, daha sonra həmin gün təxminən saat 15:30 radələrində işçisi X16 mobil telefonundakı "Birbank" tətbiqi vasitəsilə özünə məxsus 2.000 manatı Raminin adına olan "ABB" bank kartının hesabına göndərmişdir. Daha sonra həmin gün, yəni fevralın 12-də gecə saat 22:00 radələrində 1.000 manatı bacısı oğlu Hikmət Süleymanova verib təcili olaraq həmin pulu Raminin bank kartına göndərməyini tapşırmışdır. Hikmət də həmin 1.000 manat pulu həmin tarixdə saat 22:15 dəqiqədə Bərdə rayonunun Şirvanlı kəndindəki Qurban adlı şəxsin işlətdiyi "Meyvə Market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsilə Raminin adına olan "ABB" bank kartının hesabına göndərmişdir. Həmin gecə təxminən saat 23:30 radələrində o, Ramin ilə telefon əlaqəsi saxlayıb pulun hesabına keçib-keçmədiyini soruşmuşdur. Ramin bildirmişdir ki, 3.000 manat bank kartı hesabına yüklənib və onu əmin etmişdir ki, qısa zamanda dayısının pensiyasının bərpası məsələsi özünün müsbət həllini tapacaqdır. Lakin bundan sonrakı günlər o, Raminin istifadəsində olan mobil telefona dəfələrlə zəng etsə də, telefonuna zəng çatmamışdır. Hazırda ona təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 3.000 manat məbləğində maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, təqsirləndirilən şəxsin nə zaman pulu olarsa ziyanı ödəməsinə razıdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2 il müddətdir ki, tanıyır. O, Raminlə Bakı şəhərində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qarşısında tanış olmuşdur. Onun həyat yoldaşı X10 ağır şəkər xəstəsi olmuş, əlillik üçün aldığı pensiya ## #### 2022-ci il tarixdə dayandığı üçün o, 2022-ci ilin mart ayının sonları, aprel ayının əvvəllərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində onun həyat yoşdaşına pensiya düşmədiyini dedikləri üçün həmin agentlikdən əsəbi halda çıxmış, bu zaman həmin vaxt tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq probleminin nə olduğunu soruşmuşdur. O, həyat yoldaşının pensiyasında problem olduğunu deyən zaman Ramin ona həmin agentlikdə tanışlarının olduğunu, ona köməklik edə biləcəyini demişdir. Söhbət əsnasında ondan Gədəbəy rayonundan olan Çingiz həkim və Nemət həkimi tanıyıbtanımadığını soruşmuşdur. Ramin həkim olduğunu, eyni zamanda, Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Mərkəzində qphum olduğunu bildirmişdir. O, Gədəbəyə qayıtdıqdan sonra Raminlə əlaqə saxlayıb həyat yoldaşının pensiyasını ömürlük bərpa etdirməyin qiymətinin nə qədər olmasını soruşmuş, Ramin ona 05 (beş) illik 6.500 (altı min beş yüz) manat, ömürlük pensiyanın bərpasının 9.000 manat olduğunu, həmin pulun yarısını əvvəlcədən, yarısını isə pensiya bərpa olunduqdan sonra verə biləcəyini demişdir. O, da Raminlə razılaşmış, ## ##### 2022-ci il tarixdə Gədəbəy rayonunda yerləşən Fərid marketdəki "Millön" terminalı vasitəsi ilə Raminə məxsus xatırlamadığı nömrəli karta 2.000 manat pul göndərmişdir. Bundan sonra Ramin ona bir dəfə üzərində nə isə kod olan sənəd göndərmiş, həyat yoldaşının sənədinin düzəldiyini demişdir. O, Raminə pul verdiyi vaxtdan sonra Ramil onunla tez-tez əlaqə saxlayaraq işin düzəldiyini, pulun qalanını Raminə göndərməli olduğunu ona demişdir. ## #### 2023-cü il tarixdə o, Gədəbəy rayonunda yerləşən Fərid marketdən Raminin ona atdığı xatırlamadığı karta 2.000 manat pul göndərmişdir. Raminə ikinci dəfə də həmin pulu göndərdikdən sonra Ramin qısa müddətdə hayat yoldaşının pensiyasının bərpa olunacağını ona demişdir. O, ikinci dəfə Raminə 2.000 manat pul göndərdikdən təxminən 1 ay sonra Ramin ona qalan 500 manatı da verməli olduğunu demişdir. O, Ramindən pulu atmaq üçün kart istəsə də Ramin Gəncə şəhərində olduğunu, Gədəbəyə gəldiyini, Gədəbəydə pulu ondan götürəcəyini demişdir. Həmin gün Ramin Gədəbəyə gəlmiş, o, Gədəbəy rayonunda Qaradağ kəndində Raminə 500 manat vermişdir. O, həmin pulu Raminə verdikdən sonra Ramin ona 15 gün ərzində pensiyanın bərpa ediləcəyini, tezliklə kartın gələcəyini demişdir. Həmin pullardan əlavə 3.000 (üç min) manat məbləğdə birlikdə ayrı-ayrı vaxtlarda yemək yemişlər lakin həmin pulu tələb etmir. O, 2022-ci ilin aprel ayından 2023-cü ilin aprel ayına qədər olan müddətdə Təqsirləndirilən şəxs həyat yoldaşının pensiyasını bərpa etdirməsi adı ilə ümumilikdə 4.500 manat pul versə də Ramin onun etibarından sui-istifadə edib onu aldadaraq ona qarşı dələduzluq etmiş, 4.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, həmin pulun təqsirləndirilən şəxsdən tutulmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2020-ci ildən Təqsirləndirilən şəxs tanımışdır. Ailəvi dostluq münasibətləri olmuşdur. Raminin həkim kimi fəaliyyət göstərməsini bilmişdir. 2023-cü ilin yanvar ayında Ramin ilə söhbət edən zaman xarici ölkədən tibbi avadanlıqları gətirib satmaqla məşğul olduğunu bildirmiş, ona da təklif etmişdir ki, həmin işə pul yatırıb yaxşı gəlir əldə etsin. Eyni zamanda Ramin ona bildirmişdir ki, hazırda əlində pul az olduğundan lazımi avadanlıqları gətirmək üçün pul lazımdır. Bunun müqabilində 2 həftəyə gətirilmiş avadanlıqları satıb birlikdə gəlir əldə olunacaqdır. O, Raminin bu təklifini qəbul etmişdir. Həmin ərəfədə ona məxsus "Nissan Navara" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürmək üçün Raminə vermişdir. Raminə bildirmişdir ki, həmin maşını satıb pulunu götürsün qalanını isə o, nəğd şəkildə Raminə verəcəkdir. Onlar həmin avtomobilin qiymətini 19.000 ABŞ dollarına razılaşmışlar. ## ###### 2023-cü il tarixdə o, Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında yerləşən * saylı Asan xidmət mərkəzindən Raminin dediyi bir şəxsin adına avtomobili satmaq üçün etibarnamə vermişdir. Bununla da o, Raminə 19.000 ABŞ dolları pul vermiş olmuşdur. Raminin ona etdiyi təklif barədə dostu X21 ilə məsləhətləşdikdə gəliri Elvinlə böləcəyini bildirmişdir. Elvin ona 25 000 ABŞ dolları pul verə biləcəyini bildirmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdə saat 16 radələrində o, Raminlə Xətai rayonu N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən "Bravo" marketin qarşısında görüşərək Raminə 20 000 ABŞ dolları pul vermişdir. 1 həftə sonra yəni, ## ###### 2023-cü il tarixdə saat 12 radələrində Xətai rayonu UPD qəsəbəsi, Qafqaz küçəsində yerləşən Hərbi komissarlığın yanında Raminlə görüşərək dostu Elvindən aldığı 25.000 ABŞ dolları pulu da Raminə vermişdir. Danışıqlarına əsasən ## #### 2023-cü il tarixədək Ramin ümumilikdə 64.000 ABŞ dolları pul vermişdir. Ramin bu günədək nə onlardan aldığı 64.000 ABŞ dolları pulu nə də tibbi avadanlıqları onlara təhvil verməmişdir. Təqsirləndirilən şəxs avtomobilini geri qaytarmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 5 ilə yaxındır ki, zərərçəkmiş şəxs1 tanıyır. Müşfiqlə dostluqları hələdə davam edir. 2023-cü ilin fevral ayında Müşfiq ona bildirmişdir ki, 2020-ci ildən dostluq etdiyi həkim kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs xaricdən tibbi avadanlıqlar gətirib müxtəlif xəstəxanalara satır. Ramin Müşfiqə bildirmişdir ki, həmin işə pul yatırsın, əldə olunan gəliri bölsünlər. Müşfiq də eyni təklifi ona etdiyindən onlar birlikdə 64.000 ABŞ dolları pul düzəldib Raminə vermişlər. Beləliklə, 25.000 ABŞ dollarını o, ## ###### 2023-cü il tarixdə Binəqədi rayonu 7-ci MKR ərazisində Müşfiqə vermişdir. Müşfiq isə həmin pulu ##.##.2023-cü il tarixdə Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Hərbi komissralığın yaxınlığında Raminlə görüşərək Raminə vermişdir. Danışıqlarına əsasən Ramin 2 həftə ərzində tibbi avadanlıqları gətirməli, 19.000 ABŞ dolları gəlir əldə edilməli, həmin gəlir isə bölünməli olmuşdur. O vaxta qədər o, Ramini görməmişdir. O, Ramini həmin vaxt tanımışdır. Hazırki vaxtadək Təqsirləndirilən şəxs ona vurulmuş 42.500 (qırx iki min beş yüz) manat pulu geri qaytarmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs və ailəsini 2022-ci ildə pandemiya ilə bağlı karantin rejimi dövründə tanımışdır. Belə ki, həmin ərəfədə o, və ailə üzvləri "Covid 19" virusuna yoluxduqları üçün Təqsirləndirilən şəxs onları ev şəraitində müalicə etmişdir. 2023-cü ilin fevral ayında o, Türkiyədə olarkan verdiyi analizlərin nəticəsində ona “hepatit C" diaqnozu qoyulmuşdur. O, özü Türkiyədən Raminə zəng edərək bu barədə məlumat vermiş və Ramin ona narahat olmamasını bildirmişdir. O, Bakıya gəldikdən sonra bir neçə tibb klinikalarında təkrar analiz vermiş və "hepatit C" virusunun olduğu təsdiqlənmişdir. O, Ramindən onu müalicə etməsini xahiş etmiş və Ramində razılaşmışdır. Lakin, Raminin onu aldadacağından xəbəri olmamışdır. Ramin ona xəstəliyin Bakıda müalicəsi bir az baha başa gələcəyini bildirmişdir. O, Raminlə razılaşmışdır. 2023-cü ilin fevral ayında tarixini və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında Raminlə görüşüb Azərbaycan manatına ekvivalentdə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları nəğd pulu əlbəəl olaraq Raminə vermişdir. Sonra söhbət zamanı o, Raminə oğlu X2 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəltmək istədiyini bildirmişdir. Ramin əlaqələrinin geniş olduğunu deyib həll edə biləcəyini yalandan vəd vermişdir. 2023-cü ilin mart ayında dəqiq tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsində Raminlə görüşüb oğlunu işə düzəltmək üçün 20.000 (iyirmi min) manat nəğd pulu əlbəəl olaraq Raminə vermişdir. Sonra söhbət zamanı o, Raminə həyat yoldaşı X13 Dövlət Vergi Xidmətində problemi olduğunu bildirmişdir. Ramində yenidən həmin işi həll edəcəyi barədə ona Yalandan vəd vermişdir. 2023-cü ilin mart ayında tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində Raminlə görüşüb 3.000 (üç min) manat nağd puli əlbəəl olaraq Raminə vermişdir. Həmin vaxtdan sonra Ramin hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Sonra onun telefon zənglərinə cavab verməmişdir. Artıq bundan sonra o, Raminin barəsində müvafiq orqanlara şikayət ünvanlamışdır. Ümumilikdə Raminə dərman üçün 10.000 (on min) dollar, oğlunun işə qəbul olması üçün 20.000 (iyirmi min) manat, bundan başqa 3.000 (üç min) manat məbləğində pul vermişdir. Ümumilikdə, ona cinayət nəticəsində vurulmuş 40.000 manat maddi ziyandan, cəmi 6.000 (altı min) manat məbləğində pul geri qaytarılmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Ramini qohumu Firuzənin evində görmüşdür. Belə ki, Firuzənin atası xəstə olmuş və Ramin onu müayinə etməyə gəlmişdir. Ramin söhbət əsnasında anasına pensiya düzəldəcəyini demiş, bundan sonra o sənədləri toplamış və X8 həyətində ona vermişdir. Təqsirləndirilən şəxs 2.000 manat pul vermişdir ki, anasına pensiya düzəltsin. Anası xəstəliklə əlaqədar işdən çıxmış, lakin pensiya almamışdır. Iş yubandıqdan sonra bir neçə nəfərdən də soruşub bu məsələnin pulla düzəlməyəcəyini öyrənmişdir. Ramindən pulu geri istəmiş, lakin, Ramin pulu qaytarmadığı üçün Salyan RPŞ-nə gedib şikayət etmişdir. Pulu aldığı şəxsin borcunu ödəməyin vaxtı çatdığı üçün Tofaş maşınını satıb onun pulunu ödəmişdir. Bir müddət sonra Ramini Salyan rayon məhkəməsində görmüşdür. Bir müddət sonra Ramin zəng edərək ona bank kartını atmağını istəmiş, 5-10 dəqiqə sonra karta 2.200 manat pul köçürülmüşdür. Hazırda ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, atası Şakir Hüseynovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Salyan şəhərindəki "Medikal Plaza" adlı tibb mərkəzində işləyən Təqsirləndirilən şəxs adlı həkimə müraciət etmişdir. 2023-cü il dekabr ayının ortalarında Ramin həkim yaşadığı evə gəlmiş və atasını müayinə edib bildirmişdir ki, atası ağır xərçəng xəstəsidir və atasını müalicə edib sağaldacağına söz vermişdir. Ramin həkim atasının müalicə olunması üçün Bakı şəhərindən müəyyən dərmanlar alıb gətirəcəyini və buna görə pul lazım olduğunu bildirmişdir. O, nə qədər pul lazım olacağını soruşduqda Ramin ilk olaraq 1.500 manat lazım olduğunu bildirmişdir. O, lazım Raminin ona göndərdiyi bank kart hesabına özünə məxsus 1.500 manatı köçürtmüşdür. Bundan sonrakı müddətlərdə Raminin həkim olmadığını, həkim adından istifadə edərək onun etibarından sui-istifadə edib ona qarşı dələduzluq etdiyini öyrənmişdir. Bu səbəbdən o, Ramin ilə telefon əlaqəsi saxlayıb göndərdiyi 1.500 manatı geri qaytarmasını tələb etmişdir. Ramin ondan aldığı pulu geri qaytaracağını bildirsə də, sonradan bunu etməmişdir. Sonrakı günlər Raminin telefonuna etdiyi zənglər cavabsız qaldığından o, Salyan Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırki vaxtadək ona dəymiş 1.500 (bir min beş yüz) maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, azyaşlı övladının səhhəti ilə bağlı arvadı və qayınatası Salyan şəhərində yerləşən "Medikal" tibb mərkəzinə müraciət etmişlər. Sonradan bilmişdir ki, onları həkim uzman Təqsirləndirilən şəxs qəbul etmiş və müayinə zamanı Ramin həkim qayınatası zərərçəkmiş şəxs8 təklif etmişdir ki, pul müqabilində ona təqaüd düzəldə bilər. Həmin vaxt qayınatası bu qədər pulu olmadığını deyib həkimin təklifini qəbul etməmişdir. Bu barədə qayınatası ona dedikdə o, bildirmişdir ki, əgər mümkündürsə Ramin həkim ona təqaüd düzəltsin. Qayınatası bu barədə Ramin həkim ilə danışdıqda həkim bildirmişdir ki, heç bir problem yoxdur və pulu ertəsi gün çatdırmaqlarını istəmişdir. Ona görə o, lazım olan 2.250 manatı topladıqdan sonra qayınatası ilə birlikdə Salyan şəhərinə gəlmişdir. Qayınatası Ramin həkim ilə görüşmək üçün həkimin evinə getmişlər və burada o, qayınatasının yanında 2250 manatı əlbəəl Ramin həkimə vermişdir. Ramin həkim pulu ondan alıb bildirmişdir ki, narahat olmasınlar, məsələ öz həllini tapacaqdır və ona təqaüd veriləcəkdir. Sonradan 1.000 manat müqabilində qayınanası üçün təqaüd düzəldilməsini istəmişdir. Ramin həkim heç bir problem olmadığnı dedikdə qayınatası həmin gün özünə məxsus 1.000 manatı bank kartına göndərmişdir. Həmin vaxtdan bir neçə gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir xəbər olmadığından Salyan rayon polis şöbəsinə gedib şikayət ərizəsi yazmışlar. Hazırda ona vurulmuş 2.250 (iki min iki yüz əlli) maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, azyaşlı nəvəsinin səhhəti ilə bağlı qızı və nəvəsi ilə birlikdə Salyan şəhərində yerləşən "Medikal' tibb mərkəzinə müraciət etmişdir. Onları Almaniya və Fransada təhsil almış həkim kimi tanınan Təqsirləndirilən şəxs qəbul etmişdir, nəvəsini müayinə edib müalicə yazmışdır. Həmin vaxt Ramin həkim ondan təqaüd alıbalmadığını soruşmuş və o, da cavab vermişdir ki, heç bir təqaüd almır. O zaman Ramin həkim ona bildirmişdir ki, xəstəliyi ilə bağlı ona təqaüd düzəltsin. O, bu təklifindən imtina etmişdir. Həkimdən qayıtdıqdan sonra ailəsi ilə məsləhət etdikdən sonra kürəkəni, yəni qızının əri zərərçəkmiş şəxs9 üçün təqaüd düzətdirməyi qərarlaşdırmışdır. O, Ramin həkim ilə əlaqə saxlayıb özü üçün deyil, kürəkəni üçün təqaüd düzəldə bilib-bilməyəcəyini soruşduqda Ramin həkim 2.250 manatı ertəsi gün çatdırsınlar. Kürəkəni Bəhruz lazım olan 2.250 manatı topladıqdan sonra Ramin həkimin evinə getmişlər və burada Bəhruz onun yanında özünə məxsus 2250 manatı əlbəəl Ramin həkimə vermişdir. Ramin həkim pulu Bəhruzdan alıb bildirmişdir ki, narahat olmasınlar, məsələ öz həllini tapacaqdır və Bəhruza təqaüd veriləcəkdir. Daha sonra Ramin həkim ona zəng edib demişdir ki, cəmi 1.000 manat müqabilində yoldaşına da təqaüd düzəldə bilər. Bundan sonra o, arvadının şəxsiyyət vəsiqəsinin surətini Raminə göndərmişdir. Daha sonra o, həmin gün özünə məxsus 1.000 manat evdən götürüb ödəniş terminalı vasitəsilə 1.000 manatı Ramin həkimin bank kartına göndərmişdir. Lakin həmin vaxtdan bir neçə gün keçməsinə baxmayaraq Ramin həkimdən bir xəbər olmamış və etdiyi zənglərə cavab verilməmişdir. Bu səbəbdən o, və kürəkəni Bəhruz birlikdə Ramin həkim ilə görüşmək üçün “Medikal” tibb mərkəzinə getmişlər, lakin tibb mərkəzində onlara bildirmişlər ki, artıq bir neçə gündür Ramin həkim həmin tibb mərkəzində işləmir. Bu səbəbdən onlar Salyan rayon polis şöbəsinə gedib şikayət ərizəsi yazmışlar. Hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1.000 manat məbləğində maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, səhhətində yaranmış problemlərlə bağlı Salyan şəhərində yerləşən "Medical plaza" tibb mərkəzinə müraciət etmişdir. Tibb mərkəzində onu Təqsirləndirilən şəxs adlı həkim qəbul etmiş, onu müayinə edib, təyinat yazıb resept vermişdir. Həmin reseptə əsasən aptekdən dərmanları almış və bir həftə ərzində qəbul etmişdir. Lakin səhhəti düzəlmədiyi üçün yenidən həmin tibb mərkəzinə gedib Təqsirləndirilən şəxs müraciət etmişdir. Bu dəfə Ramin onu müayinə edib analizlərin cavablarına baxıb bildirmişdir ki, o, onkoloji xəstədir, vəziyyəti ağırdır və onun müalicəsi üçün xeyli pul lazım olduğunu bildirmişdir. Həmin ərəfədə qardaşı xərçəng xəstəliyindən vəfat etmiş və bu səbəbdən o, qorxub Raminin təklifi ilə razılaşmışdır. Bundan sonrakı günlər, yəni yanvarın 10-da Ramin həkim onun yaşadığı evə gedib ona 4 ədəd sistem qoşmuş və buna görə ondan 520 manat pul almışdır. Daha sonra Ramin demişdir ki, o, onkoloji xəstə olduğu üçün ona təqaüd düzəldə bilər və buna görə 11.000 manat pul lazımdır. O, düçar olduğu xəstəlikdən qorxduğu üçün və sağalmaq məqsədilə Raminə istədiyi pulu vermək üçün "Access bank"ın Salyan filialından 3000 manat məbləğində kredit götürmüş, daha sonra özünə məxsus “Belarus MTZ-80” markalı traktorunu dəyər-dəyməzə cəmi 3300 manata satmışdır. Yanvarın 15-də Ramin həkimlə əlaqə saxlamış və Ramin onların evinə gəldikdə o, 3500 manatı ailə üzvlərinin yanında Raminə vermişdir. Təqsirləndirilən şəxs pulun qalan hissəsini nə zaman verəcəyini soruşduqda o, hissə-hissə lazım olan pulları verəcəyini demişdir. Ramin etiraz etməyib öz adına olan "AzTürkBank"a məxsus bank kartının fotoşəklini onun telefonuna göndərmişdir. Bundan sonrakı günlərdə, yəni yanvarın 18-də o, Salyan rayonu Xələc kəndindəki "Muğan" adlı marketdəki bankomat vasitəsilə Raminin bank kartına 1.000 manat, yanvarın 21-də həmin marketdəki bankomatdan 4.000 manat, yanvarın 30-da Xələc kəndindəki "Toğrul" adlı marketdəki bankomatdan 1.500 manat və yanvarın 31-də yenidən "Muğan" adlı marketdəki bankomatdan daha 400 manat pul göndərmişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 10.920 manat pul vermişdir. Fevralın 16-da internet sosial şəbəkənin xəbərlər saytında oxumuşdur ki, törətdiyi dələduzluq cinayətlərinə görə Təqsirləndirilən şəxs Xətai Rayon Polis Idarəsi tərəfindən tutulmuşdur. Bu zaman o, anlamışdır ki, Təqsirləndirilən şəxs onu da aldadıb etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun ümumilikdə 10.920 manat pulunu ələ keçirmişdir. Ona görə o, əvvəlcə Daxili Işlər Nazirliyinin 102 Xidmətinə zəng edib məlumat vermiş, daha sonra yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına bu barədə izahat vermişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs ona vurulmuş ümumilikdə 10.920 manat maddi ziyanı ödəməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq şahid qismində dindirilmiş X23 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, zərərçəkmiş şəxs4 onun oğludur, onunla birlikdə yaşayır. 2023-cü ilin dekabr ayının əvvəllərində o, xəstələnmiş və oğlu Ramin onu Salyan şəhərindəki "Medikal Plaza" adlı tib mərkəzinə həkim müayinəsinə aparmış və orada onu həkim Təqsirləndirilən şəxs müayinə edib müalicə yazmışdır. Həmin vaxt oğlu zərərçəkmiş şəxs4 və həkim Təqsirləndirilən şəxs orada tanış olmuşlar. Sonrakı günlər oğlu ona Ramin həkim ilə danışdığını və cəmi 2.000 manata Ramin həkimin ona pensiya düzəldəcəyinə söz verdiyini demişdir. O, etiraz etməmiş, lakin, evlərində nağd pul olmadığından 2.000 manat borc alaraq Təqsirləndirilən şəxs vermişlər. Pulu verən zaman Təqsirləndirilən şəxs əgər borcu qaytara bilməsələr 1 aydan sonra 2.200 manat qaytarmalı olduqlarını bildirmişlər. Sonradan pensiya məsələsi alınmadığı üçün oğlu zərərçəkmiş şəxs4 özünə məxsus "Tofaş" markalı avtomobili satmalı olmuşdur. Lakin sonradan oğlu zərərçəkmiş şəxs4 zəng edib Təqsirləndirilən şəxs 2.000 manatı geri istəmiş, lakin, Ramin həkim pulu qaytarmağa söz versə də, bunu etməmişdir. Sonradan Təqsirləndirilən şəxs 2.200 manat pulu onlara geri qaytararaq, onlara vurulmuş maddi ziyanı ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona özünü həkim kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs tam olaraq inanmışdır. X17 da onun vasitəsilə Raminlə tanış olmuşdur. X3 ilə telefon əlaqəsi saxlayan zaman Ramin müəyyən məbləğdə pulun qarşılığında bacısına xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Həmçinin, həkim olduğu üçün bacısının adına xəstəlik sənədləri düzədəcəyini, həmin sənədləri Bakıya göndərəcəyini və bununla da bacısına təqaüd düzəldəcəyini bildirmişdir. Telefon danışığı zamanı Ramin bacısına 2.500 (iki min beş yüz) manat müqabilində pensiya məsələsini həll edəcəyini bildirmişdir. Bundan sonra anası Xatirə ilə bacısı Səbinə bacısının qızıllarını girov qoyaraq 2.500 (iki min beş yüz) manat pulu kredit kimi götürmüşlər. Bacısı 2.500 (iki min beş yüz) manat pulu Raminin istifadəsində olan bank kartına göndərmişdir. Ramin ilə telefon əlaqəsi saxlamış, Ramin göndərdiyi 2.500 (iki min beş yüz) manat pulun kartına daxil olduğunu, tez zamanda həmin pulun müqabilində bacısına xəstəlik ilə bağlı təqaüd düzəldəcəyini bildirmişdir. Artıq bundan sonra Raminin bacısını aldatmasına əmin olmuşlar. Lakin, bu barədə Raminə məlumat verməmişlər. ## ###### 2024-cü il tarixdə bacısı Səbinə dərhal Bərdə Rayon Polis Şöbəsinə gedərək şikayət ərizəsi ilə baş verənlər barədə müraciət etmişdir. Hazırda həmin 2.500 (iki min beş yüz) manat maddi ziyandan heç bir ödəniş geri qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızı Solmazın vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs böyük qızı Solmaza məxsus olan Bərdə şəhərində yerləşən kafeyə gəlmişdir. Onun qalmağa yeri olmadığı üçün qızı Solmaz Ramini evinə dəvət etmişdir. Solmaz Raminin həkim olduğunu və Bərdə şəhərində Diaqnostika klinikasında işləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs telefon mağazasında işləyən oğlanın atasını müalicə etdiyini söyləmişdir. Məlumatı dəqiqləşdirmək üçün həmin oğlanla əlaqə saxlamışlar. O, həqiqətən də atasını Raminin müalicə etdiyini bildirmişdir. Həmçinin qızı Səbinənin də səhhətində narahatlıqlar olmuşdur. Ramin müəyyən məbləğdə pulun qarşılığında Səbinəyə xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Ramin Səbinəyə bu cür təqaüdü 2.500 (iki min beş yüz) manata düzəldəciyini bildirmişdir. Səbinədə işsiz olduğuna görə razılaşmışdır. Qızı Solmaz onlara bildirmişdir ki, Raminə veriləcək pulu onun vasitəsilə Raminə versinlər. Ona görə ki, səhəri gün bir problem çıxarsa əllərində sübutları olsun. Səbinənin qızıllarını girov qoyaraq öz adına 2.500 (iki min beş yüz) manat kredit olaraq pul götürmüşdür. Həmin 2.500 (iki min beş yüz) manat pulu Raminin istifadəsində olan bank kartına göndərmişdir. Pulu göndərdikdən sonra qızı Solmaz Səbinə ilə telefon əlaqəsi saxlayıb pulları Raminə göndərməsini, Raminlə telefon əlaqəsi saxlamasını, heç bir problem olmadığını bildirmişdir. Həmçinin, Solmaza bildirmişdir ki, tezlikdə verdikləri pulun müqabilində Səbinəyə xəstəlik ilə bağlı təqaüd düzəldəcəkdir. Aldanıldıqlarını bildikdən sonra Səbinə dərhal Bərdə Rayon Polis Şöbəsinə gedərək şikayət ərizəsi ilə baş verənlər barədə müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dəvət olunaraq dindirilmiş şahid1 ifadəsində göstərdi ki, o, X8 klinikasının təsisçi direktorudur. O klinikanın rəhbəri olsa da Bakı şəhərində həkim kimi fəaliyyət göstərir. Lakin o, hər ay klinikaya getmişdir. Klinikada olmadığı vaxtlarda faktiki olaraq həkimlərin işə davamiyyəti kimi məsələlərlə klinikanın mühasibi məşğul olmuşdur. Təqsirləndirilən şəxsla ilk dəfə restoranda tanış olmuşlar. Təqsirləndirilən şəxs özünü Səhiyyə Nazirliyi TƏBIB-dən göndərilmiş uzman həkim kimi təqdim etmişdir. Həkimləri klinikaya cəlb etmək üçün rayona yeni həkimlər gələndə onlarla tanış olmuş, söhbət etmişlər. Təqsirləndirilən şəxsla klinikanın marketinq işçisi tanış olmuşdur. X9 rayon mərkəzi xəstəxanasından tanıdığını bildirmişdir. Klinikada kadr çatışmazlığı olduğu üçün yeni həkimləri klinikaya dəvət etmək marağında olmuşlar. Ramin həkim kimi işə düzəlmək üçün müraciət etmiş, bundan sonra ondan sənədlərini təqdim etməsini istədikdə Ramin diplomunu təqdim etmiş, lakin sertifikasiya imtahanından keçməsinə dair sənəd təqdim etmədiyinə görə klinikada işləməsi baş tutmamışdır. Ramin “həkim-pulmonoloq” kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ramin klinikada rəsmi şəkildə həkim kimi fəaliyyət göstərməmiş, həkim kimi göndərişlər yazmış və xəstələrlə birlikdə klinikaya giriş etmişdir. Ramin özü ilə sadəcə xəstə gətirmiş, lakin klinikanın həkimlərini bəyənmədiyinə görə guya bəzi şeylərə özü nəzarət edərək xəstənin yanında şəxsən özü olmuşdur. Təqsirləndirilən şəxs klinikada otağa sahib olmamış, heç bir otağın qapısında onun həkim kimi adı yazılmamışdır. Raminin xəstələrə yanlış diaqnozlar qoyması, dərmanlar verməsi klinikada baş verməmişdir. Bu işlə əlaqədar prokurorluq orqanına, eyni zamanda Səhiyyə nazirliyinə çağırılıb izahatı alınmışdır. Cinayət işi üzrə şahid şahid3 Talib qızı tərəfindən verilmiş ## ###### 2024 cü il tarixli ərizədən görünür ki, cinayət nəticəsində onlara dəymiş 2.000 manat maddi ziyan tam şəkildə ödənilmişdir, cinayət işi üzrə heç bir şikayət, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ## ### 2024-cü il tarixli ərizədən görünür ki, cinayət nəticəsində onlara dəymiş 2.000 manat maddi ziyan tam şəkildə ödənilmişdir, cinayət işi üzrə heç bir şikayət, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01 (bir) ədəd qəbz, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 04 (dörd) ədəd qəbz, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01 (bir) ədəd qəbz, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 03(üç) ədəd qəbz, zərərçəkmiş şəxs Səbinə Quliyevanın təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 02 (iki) ədəd qəbz ## ###### 2024-sü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 66.300 (altmış altı üç yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 289 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs7 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 40.000 (qırx min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 211 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 4.500 (dörd min beş yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs X18 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 2.500 (iki min beş yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 45 (qırx beş) manat dövlət rüsumu ödənilmişdir. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs5 tərəfindən ## ####### 2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmiş, ödənilməsini tələb edir və dəymiş ziyanı tələb edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xaricdə əldə etdiyi kvalifikasiyanın tanınması məqsədi ilə TKTA-ya müraciət etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X27 əmri ilə hər hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarının 115-ci bəndinə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir.Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələvə onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Ictimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Yuxarıda sadalanan sübutlar məhkum edilmiş şəxsin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olmasını təsdiq edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, məhkəmə əsaslı olaraq onun ibtidai istintaq zamanı verdiyi ifadələrə digər sübutlarla birgə istinad etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək icraat zamanı verilmiş özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməsinə dair etirafedici ifadəsinin həqiqiliyini şübhə altına alan hər hansı məqam aşkar edilməmiş, eyni zamanda, nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı müdafiə tərəfi həmin ifadənin mötəbərliyinə qarşı hər hansı iddia irəli sürməmişdir. Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşımaqla, iş materiallarında olan zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, eyni zamanda özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə tam təkzib edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs yanlış olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Bu səbəbdən əməlin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsi mümkünsüzdür. Məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən proses iştirakçılarının ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmişin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 Oktay oğlu tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) saat üçün cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar