Məhkəmə qərarları › İş №1(3-6)-1241/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1241/2026

21.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1241/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr – İbrahimli İbrahim Adil oğlu (sәdrlik edәn vә mәruzәçi), İbrahimov Zamin Vәliyәddin oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi İbrahimova İlahә Arif qızının, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs müdafiәçisi Müdafiәçi iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçınun xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt onunla әsaslandırılmışdır ki, Xüsusi ittihamçı, әvvәllәr şәxsiyyәti ona mәlum olmayan, lakin aparılmış araşdırma nәticәsindә polis tәrәfindәn şәxsiyyәti müәyyәn edilәrәk adı ona bildirilәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs tәrәfindәn “WhatsApp” messenceri vasitәsilә davamlı olaraq tәhqir olunmuş, alçaldılmış vә nalayiq ifadәlәrә mәruz qalmışdır. Hәmin şәxs *** *** ** ** vә *** *** ** ** telefon nömrәlәrindәn ona dәfәlәrlә zәng etmiş, yazılı mesajlarla şәrәf vә lәyaqәtini alçaldan ifadәlәr işlәtmiş vә onu әsassız olaraq narahat etmişdir. Bu qanunsuz hәrәkәtlәr nәticәsindә ona ciddi mәnәvi zәrәr vurulmuş, güclü psixoloji gәrginlik yaşamışdır. Bundan әlavә, hәmin tәhqir vә hәdәlәr ailәsindә böyük problemlәrin yaranmasına, ailә münasibәtlәrinin pozulmasına vә yaxınları arasında ciddi narahatlığa sәbәb olmuşdur. Baş vermiş hadisәlәr onun normal hәyat tәrzinә vә psixoloji vәziyyәtinә son dәrәcә mәnfi tәsir göstәrmişdir. Bu faktlarla bağlı ilkin olaraq Qaradağ Rayon Polis İdarәsinin 10-cu Polis Bölmәsinә müraciәt etmiş vә qarşı tәrәfin şәxsiyyәti qeyd olunduğu kimi müәyyәn edilmişdir. Tәhqir vә nalayiq ifadәlәrin әks olunduğu yazışmaların vә zәnglәrin ekran görüntülәrini (skrinşotları) sübut kimi mәhkәmәyә tәqdim edir. Göstәrilәnlәri rәhbәr tutaraq, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci (Böhtan) vә 148-ci (Tәhqir) maddәlәrinә әsasәn, ona qarşı bu әmәllәri törәtmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs cinayәt mәsuliyyәtinә cәlb edilmәsini vә qanunvericiliyә uyğun olaraq cәzalandırılmasını mәhkәmәdәn xahiş edir. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә iş materialarının yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, onun mәhkәmәnin hazırlıq iclaslarında iştirak etmәmәyi mәhkәmә prosesindәn yayınmaq mәqsәdi daşımamışdır. O, azyaşlı övladının xәstә olması sәbәbindәn mәhkәmәyә gәlә bilmәmişdir. Hәmin dövrdә müalicә olunduğu hәkim mәzuniyyәtdә olduğuna görә tibbi arayışı vaxtında almaq vә mәhkәmәyә tәqdim etmәk imkanım olmayıb. O, bu iş üzrә hüquqlarının mәhkәmә tәrәfindәn araşdırılmasını istәyir. Şikayәtinin mahiyyәti üzrә baxılmadan icraata qәbul edilmәmәsi onun mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini çәtinlәşdirir. Hesab edir ki, mәhkәmә onun mәhkәmәyә gәlmәmәyinin sәbәblәrini tam araşdırmadan qәrar qәbul etmişdir. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs müdafiәçisi Müdafiәçi xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinin әsassız olduğundan tәmin edilmәyib, iş üzrә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli mübahisәlәndirilәn qәrarın dәyişdirilmәdәn qüvvәsindә saxlanılmasını xahiş etdi. Qanunla nәzәrdә tutulmuş qaydada mәhkәmә iclasının vaxtı vә yeri mәlumatlandırılmış xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәhkәmә iclasına gәlmәmişlәr, mәhkәmә kollegiyası onların iştirakları olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. Hәmin Mәcәllәnin 293.3-cü maddәsinә görә böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda aşağıdakılar göstәrilir: 293.3.1. şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi); 293.3.2. törәdilmiş cinayәt barәdә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği); 293.3.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi; 293.3.4. şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi; 293.3.5. cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş; 293.3.6. şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer; 293.3.7. şikayәti vermiş şәxsin imzası. Hәmin Mәcәllәnin 299.3.1 vә 299.3.3-cü maddәlәrinә әsasәn hәr bir halda cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyә daxil olmuş xüsusi ittiham qaydasında şikayәtin ona aid olub-olmaması barәdә vә xüsusi ittiham qaydasında şikayәtin mәzmununun Mәcәllәnin 293.3.1—293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәlәrә baxılır. Hәmin Mәcәllәnin 301.1ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasının nәticәsindә xüsusi ittiham qaydasında şikayәtin materialında mәhkәmә baxışının qeyrimümkünlüyünә sәbәb olan hallar olmadıqda vә xüsusi ittiham qaydasında şikayәtin prosessual formasına riayәt edildikdә mәhkәmә baxışı tәyin edilir. Hәmin Mәcәllәnin 302.1-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında 1) şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 2) şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 3) şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 4) cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 5) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 6) cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 7) şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 8) şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.2-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk aşağıdakılar barәdә qәrarlardan birini qәbul edir: 1)şikayәt hәmin mәhkәmәyә aid olmadığı müәyyәn edildiyi halda xüsusi ittiham qaydasında şikayәtin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi barәdә; 2) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayәtin baxılması üçün istintaq aidiyyәti üzrә göndәrilmәsi barәdә; 3)şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildiyi; şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1- 293.3.7- cimaddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadığı; cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdiyi; cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadığı; şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdiyi; şikayәti vermiş şәxs şikayәtindәn imtina etmәsi vә tәqsirlәndirilәn şәxslә barışması vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPM-nin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 299.8-ci maddәsinә әsasәn Xüsusi ittihamçının üzrlü sәbәblәrin olmasını әvvәlcәdәn bildirmәdәn mәhkәmәnin hazırlıq iclasına tәkrar gәlmәmәsi ittihamdan imtinaya bәrabәr tutulur vә xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina barәdә qәrar çıxarılmasına mәhkәmәyә әsas verir. İşdәn görünür ki, mәhkәmәnin ## #### 2026-cı il tarixә saat 15:10-a tәyin edilmiş hazırlıq iclasının yeri vә vaxtı barәdә qanunverciliklә müәyyәn edilmiş qaydada mәlumat verilmәsinә baxmayaraq xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı mәhkәmә iclasına gәlmәmiş vә mәhkәmәyә әrizә ünvanlayaraq övladının sәhhәti ilә bağlı olaraq iclasa gәlә bilmәyәcәyini bildirәrәk, mәhkәmә iclasının tәxirә salınmasını xahiş etmişdir. Lakin bu faktı tәsdiq edәn hәr hansı sәnәd әrizәyә әlavә edilmәmişdir. Hәmçinin mәhkәmәnin ## #### 2026-cı il tarixә saat 15:00-a tәyin edilmiş hazırlıq iclasının yeri vә vaxtı barәdә qanunverciliklә müәyyәn edilmiş qaydada mәlumat verilmәsinә baxmayaraq xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәkrarәn mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin üzrlü sәbәblәri barәdә mәhkәmәyә mәlumat verilmәmişdir. Mәhkәmә xüsusi ittiham qaydasında şikayәt vermiş şәxsin iştirakı olmadan mәhkәmә iclasına davam etdirilmәsini uyğun hesab etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq belә nәticәyә gәlmişdir ki, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı mәhkәmә baxışı zamanı üzrsüz sәbәblәrә görә mәhkәmә iclasına gәlmәmәsi sәbәbilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә verdiyi Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә tәqsirlәndirilmәsinә dair şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәlidir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtlәrinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtlәrini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin, hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-nin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. “Yusifbәyli vә partnyorları” Vәkil Bürosunun vәkili Müdafiәçi tәrәfindәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәhkәmәdә hüquqlarının müdafiәsi üçün sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 15 (on beş) saat üçün cәmi 165 (yüz altmış beş) manat dövlәt büdcәsindәn “Yusifbәyli vә partnyorları” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn İbrahim İbrahimli Hakimlәr: Zamin İbrahimov Murad Mәmmәdov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar