Məhkəmə qərarları › İş №1(3-6)-1257/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1257/2026

14.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1257/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə İrzəvan qızının, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsmayılova Xavər Bəxtiyar qızının iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən X3 müdafiəçisi İsmayılova Xavər Bəxtiyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmış və qəti olaraq ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə ##.##.2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası vətəndaşı X3 və şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələrini, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsullarını əldə etmiş, onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qaba və 1 qutuya yerləşdirərək özünə məxsus çamadanda gizlədərək saxlayıb, ##.##.2023-cü il tarixdə J2 *** saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və ## #### 2023-cü il tarixdə saat 2 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən X11 Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1 X7" gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Hökmdən məhkum edilmiş şəxs və onun müdafiəçiləri Əlili İsrafil Muğan oğlu və X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilmiş və ona CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət işi üzrə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və hazırkı qərarla CM-in 206.2-ci maddəsi ilə təyin olunan 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və Əlili İsrafil Muğan oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və Əlili İsrafil Muğan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə CM-in 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, X3 və qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvlərinin əməllərinə obyektiv və hərtərəfli hüquqi qiymət verilməsindən ötrü onlar barəsində ********* nömrəli cinayət işinin materiallarından CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündn görünür ki, X3 CM-in 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 32.3,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi İsmayılova Xavər Bəxtiyar qızı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tsrixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmündən X3 müdafiəçisi İsmayılova Xavər Bəxtiyar qızı apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-998/2024 ##.##.2024-cü il tarixli hökmünü qismən Tural Abbasova aid hissələrdə dəyişdirilməsini, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan təqsirsizlik preziumpsiyasını rəhbər tutulmasını, həmin hökmdə Tural Abbasovla bağlı hissələrin xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 ##.##.2024-cü ildə tutulmuşdur. Onun barəsində olan, icraatı dayandırılmış cinayət işinin istintaqı təzələnmiş və cinayət işinin istintaqı tamamlandıqdan sonra, təsdiq edilmiş ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı hökmü ilə X3 CM-in 32.3,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, X3 CM-in 32.3,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X3 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən narazı qaldıqları iş üzrə Tural Abbasov və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən, şikayətlər təmin edilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Ali Məhkəmənin hökmü qəbul edilənədək, Tural Abbasovun barəsində istintaq getmiş, lakin məhkum edilməmişdir. Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin X5 məxsus olduğunu bildirmişdir. X3 isə saxlanılan vaxtdan Bakı Apellyasiya Məhkəməsinin hökmü qəbul edilənədək, hazırda da ittihamla heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrinin heç birinin ona məxsus olmamasını, ona bir neçə gül əvvəl Türkiyədə Azərbaycana gətirilməsi üçün çanta vermədiyini, Təqsirləndirilən şəxs söylədiklərinin əsassız olmasını, iş üzrə bəraət verilməsini xahiş etmişdir. Tural Abbasovun, eləcədə Təqsirləndirilən şəxs barələrində olan ayrı-ayrı cinayət işlərinin içərisində Tural Abbasova qarşı hər hansı bir sübut yoxdur. Cinayət işində yeganə sübut kimi Təqsirləndirilən şəxs Tural Abbasova qarşı ifadəsi sübut kimi götürülmüşdür. Cinayət işi üzrə heç bir şahid Tural Abbasovla bağlı hər hansı bir ifadə verməmişdir. X3 barəsində olan cinayət işlərinə baxılarkən, eyni zamanda Təqsirləndirilən şəxs də barəsində hökmə sübut kimi istinad edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan hökmlə X3 hüquqlarını pozulur. Belə ki, Dur Özərə 2024cü ildə elan edilən ittiham və hökmlərdə: Türk vətəndaşı-Dur Özərin barəsində olan cinayət işi üzrə ittiham elan edilərkən, məhkəmədə işə baxılarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmün müəyyən etdi hissəsində qeyd edilmişdir ki, Türküyi Respublikasının vətəndaşı Dur Özər külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni datış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə ##.##.2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Vətəndaşı X3 və şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq X1 Respublikasında istintaq məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, 750.831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2, 742 qram həşiş qətranı, narkotik vasitələrini, 3.202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarə 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsullarını əldə etmiş, onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, 5 qaba və 1 qutuya yerləşdirərək özünə məxsus çemodanda gizlədərək saxlayıb, ##.##.2023-cü il tarixdə J2 *** saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və ## #### 2023-cü il tarixdə saat 2 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən X11 Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1 X7" gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Göründüyü kimi, Tural Abbasovun axtarışda olduğu, barəsində istintaq hərəkətləri getmədiyi halda, bütün hökmlərdə Təqsirləndirilən şəxs Tural Abbasovla birliklə hadisəni törəməsi kimi qeyd edilmişdir. Bununla da Tural Abbasov müdafiə hüququ təmin edilmədən, özünün iştirakı olmadan, faktiki olaraq cinayət işinin icraatı ayrıldığı və axtarışda olduğu vaxtda Tural Abbasov Təqsirləndirilən şəxs cinayət işində əvvəldən məhkum edilmiş olur. Halbu ki, Tural Abbasov həmin vaxtı axtarışda idi, onun barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə iclasında X3 və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsmayılova Xavər Bəxtiyar qızı apellyasiya şikayətini müdafiə edərək məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə İrzəvan qızı apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. CPM-nin 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin Məcəllənin 383.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair—yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; 383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; 383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; 383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi; 383.1.8. xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə – xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi Məhkəmə kollegiyası apellyasiya şikayəti verilərkən CPM-in 381-ci maddəsinin tələblərinə riayət olunub-olunmadığını yoxlamış, apellyasiya şikayəti vermiş şəxs aşağıdakılara əsasən apellyasiya şikayəti vermək hüququna malik olmamışdır. Şikayətçi, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmünün X3 hüquqlarını pozduğunu iddia etmiş, bunu həmin hökmdə Təqsirləndirilən şəxs cinayət əməllərini X3 ilə qabaqcadan əlbir olub törədilməsinə dair müddəaların əks olunması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məsələnin həlli zamanı iki müxtəlif hüquqi institutun, bir tərəfdən məhkəmə aktlarından apellyasiya qaydasında şikayət vermək hüququnun, digər tərəfdən isə qanuni qüvvəyə minmiş hökmün preyudisial qüvvəsinin bir-birindən fərqləndirilməsi zəruridir. CPM-nin 381.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cinayət prosesində apellyasiya icraatı ümumi və abstrakt deyil, konkret məhkəmə aktının qanuniliyinin, əsaslılığının və ədalətliliyinin həmin aktla bağlı prosessual hüquqa malik olan şəxsin şikayəti əsasında yoxlanılması formasıdır. Qanunverici apellyasiya şikayəti vermək hüququnu ümumiyyətlə istənilən şəxsə deyil, cinayət prosesinin müəyyən iştirakçılarına aid etmişdir. Bu səbəbdən apellyasiya hüququnun müəyyən edilməsi üçün ilk növbədə həmin şəxsin mübahisələndirilən hökm üzrə hansı prosessual statusa malik olduğu müəyyən edilməlidir. Hazırkı işin hallarından aydındır ki, X3 Təqsirləndirilən şəxs barəsində olan iş üzrə hər hansı prosessual statusa malik olmamışdır. Onun hökmdə adının göstərilməsinə gəldikdə, bu faktı öz-özlüyündə kifayət edən prosessual meyar olmamaqla onun hüquq və mənafelərinə toxunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun # ###### 2020-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Qərarında preyudisiyanın həm obyektiv, həm də subyektiv hədlərinin müəyyən edilməsinin zəruriliyini vurğulamış və preyudisiyanın subyektiv hədlərini cinayət prosesində tərəf qismində iştirak edərək öz mövqeyini bildirmiş və həmin mövqeyin əsaslandırılması üçün sübutlar təqdim etmiş şəxslərin dairəsi ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi xüsusilə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi onların müdafiə və təqsirsizlik prezumpsiyası hüquqlarının pozulmasına gətirib çıxara bilər. Beləliklə, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Hazırda şikayət verilmiş hökm Təqsirləndirilən şəxs barəsində çıxarılmış, hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı Təqsirləndirilən şəxs ilə məhdudlaşmışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, X3 öz müdafiəsini Təqsirləndirilən şəxs hökmünün apellyasiya qaydasında mübahisələndirilməsinə bağlamadan da həyata keçirmiş, onun cinayət işi üzrə təqsirinin sübut edilməsi ayrıca cinayət prosesinin predmeti olmuşdur. Beləliklə, X3 Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə proses iştirakçısı olmadığından, həmin hökm üzrə onun barəsində hər hansı hüquqi nəticə müəyyən edilmədiyindən və əvvəlki hökm onun üçün CPM-in 142-ci maddəsi baxımından preyudisial qüvvəyə malik olmadığından, yalnız həmin hökmün müəyyən etdi, təsviri və əsaslandırıcı hissəsində onun adının çəkilməsi həmin şəxsə həmin hökmdən apellyasiya şikayəti vermək hüququnu verməmişdir. CPM-in 383-cü maddəsində nəzərdə tutulan apellyasiya hüququnun tətbiqi üçün şəxsin mübahisələndirilən məhkəmə aktı ilə hüquq və qanuni maraqlarına konkret və birbaşa toxunulması tələb olunur. Qeyd edildiyi kimi, CPM-in 142-ci maddəsi və Konstitusiya Məhkəməsinin # ###### 2020-ci il tarixli Qərarı baxımından əvvəlki hökmün preyudisial qüvvəsi hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdığından, həmin hökm ayrıca mühakimə olunacaq şəxsin təqsirini müəyyən etmir və onun hüquqi vəziyyətini pisləşdirən məcburi nəticə yaratmır. Buna görə də belə şəxsin əvvəlki hökmün ləğvi və ya dəyişdirilməsində birbaşa prosessual marağı mövcud deyildir, onun müdafiə hüququ özünə münasibətdə aparılan ayrıca cinayət prosesində tam təmin edilməlidir. Bu nəticə eyni zamanda Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququna da zidd deyil. Çünki, məhkəmə müdafiəsi hüququ hər bir şəxsin hüquq və qanuni maraqlarına toxunan qərarın mütləq həmin şəxs tərəfindən apellyasiya qaydasında mübahisələndirilməsini deyil, həmin şəxsin öz hüquq və qanuni maraqlarını effektiv prosessual vasitələrlə müdafiə edə bilməsini tələb edir ki, X3 özünün barəsində çıxarılmış məhkəmə aktlarını mübahisələndirməklə bu hüququ təmin edilmişdir. CPM-in 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Odur ki, apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən X3 müdafiəçisi İsmayılova Xavər Bəxtiyar qızının apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və CPM-in 391.3.5, 391.5 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Dur Özenin CM-in 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən X3 müdafiəçisi İsmayılova Xavər Bəxtiyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar