Məhkəmə qərarları › İş №1(3-6)-1258/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1258/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1258/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından müdafiəçinin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü (bundan sonra - göstərilən məhkəmə hökmü) ilə, ## ######## 1982-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, * saylı sovxoz, Xəzri küçəsi, ev 1, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 178.4cü maddəsi ilə 46.2-ci maddəsi tətbiq edilməklə, 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin, tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, 308.2-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin, tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaların qismən toplanılması, əlavə cəzaların qismən birləşdirilməsi yolu ilə qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin, tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzanın Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması yolu ilə qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, tikinti ilə əlaqədar fəaliyyət növü ilə məşğul olan kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə 313-cü maddəsi ilə cəzan təyin edilməmiş, 70-ci maddəsinə əsasən barəsində qəti olaraq təyin edilmiş 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Müdafiəçi ## #### 2026-cı il tarixdə verdiyi vəsatətində göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, həmin apellyasiya şikayətini hüquqlarını müdafiə etdiyi məhkum təqsirləndirilən şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsi səbəbindən qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim İsmayılov Eldar Herov oğlu) müdafiəçinin göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə verdiyi vəsatət təmin edilməmişdir. Müdafiəçi həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsini, verdiyi müvafiq vəsatətin təmin edilməsini və göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermək üçün ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, səhhətində yaranmış problemlə əlaqədar göstərilən məhkəmə hökmündən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Apellyasiya məhkəmə iclasında müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edib, onun təmin edilməsini xahiş etmiş, dövlət ittihamçısı isə çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in: - 384.1.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən hökmün elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. - 202.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. - 202.5-ci maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur. - 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə ## #### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyətinin tətbiq edilməsinin məqsədlərindən əsası işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyrimüəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda perspektiv şikayətçiyə məhkəməyə müraciət edib-etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda, qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını da genişləndirir. Çünki zaman keçdikcə qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmiş, qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir. Cinayət işi materiallarından görünür ki, göstərilən məhkəmə hökmü Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkum təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin elektron kabinetinə ## ####### 2025-ci il tarixdə yerləşdirilmiş, müdafiəçi hazırki apellyasiya şikayətini müvafiq prosessual hüququndan istifadə etmə imkanını məhdudlaşdıran hər hansı obyektiv və ya subyektiv əsas, yəni üzrlü səbəb olmadan bunun üçün qanunla müəyyən edilmiş 20 günlük müddətin bitdiyi ## ####### 2025-ci il tarixdən başlayaraq 7 ay 27 gün ötürmüşdür. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, müdafiəçinin göstərilən məhkəmə hökmündən apellyasiya şikayəti vermə müddətini ötürməsinin səbəbi ilə əlaqədar vəsatətində və apellyasiya şikayətində göstərdiyi halların üzrlü səbəb kimi nəzərə alınmasının mümkün olmamasını, eləcə də, apellyasiya şikayətində göstərdiyi halla bağlı məhkəməyə sübut təqdim etməməsini də nəzərə alır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 202, 203.3, 384.1 və 391.3.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum təqsirləndirilən şəxs2 müdafiəçiçisi müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan elan olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar