Məhkəmə qərarları › İş №1(3-6)-1259/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1259/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1259/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İsa oğlu və müdafiəçi Kredo Vəkil Bürosunun vəkili müdafiəçi1 Xudaşirin oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs İsa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs İsa oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs İsa oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ##.##.2026-cı il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin vəsatət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İsa oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpası haqqında vəsatəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından narazı qalan müdafiəçi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlarının qanunliyi və əsaslığını yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosessinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin olunmasına yönəlmişdir. Apellyasiya icraatının predmetini birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökm və qərarları təşkil edir. Azərbaycan Respublikası CPM-nin 384-cü maddəsi birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə qaydası və hallarını müəyyənləşdirmişdir. Həmin normanın tələbinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayətini və ya apellyasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının elan olunduğu andan başlayır. Lakin həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının sürətini məhkuma verildiyi andan başlayır. Azərbaycan Respublikası CPM-nin 356.1-ci maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı imzalandıqdan sonra məhkəmə iclas zalına qayıdır və məhkəmə iclasında sədrlik edən, həcmi böyük olduqda isə məhkəmə tərkibində olan digər hakimlər növbə ilə həmin qərarın giriş və nəticəvi hissəsini elan edirlər. Həmin Məcəllənin 358-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq onun sürəti məhkəmə tərəfindən müvafiq olaraq məhkum edilmiş şəxsə və prosesin digər iştirakçılarına verilməlidir. Proses iştirakçıları tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qanunla müəyyən edilmiş müddətin keçməsi hökmün və ya məhkəmənin digər yekun qərarının qüvvəyə minməsinə səbəb olur, lakin buna hüquqi olan subyektin apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququndan məhrum etmir. Belə ki, şikayət verən şəxs buraxılmış müddətin bərpa edilməsi üçün vəsatət qaldırarsa, məhkəmə həmin şikayəti və ya protesti qəbul edir və müddətin bərpa edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 386-cı maddəsi apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddətin bərpa edilməsi qaydasını müəyyənləşdirmişdir. Həmin normaya görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üzrlü səbəbə görə buraxıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququ olan şəxslər hökmü və qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldıra bilərlər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddətin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasına sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. İş materialları ilə müəyyən edilir ki, ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün proses tərəflərinə, o cümlədən məhkuma qanunla nəzərdə tutulmuş müddətdə göndərilməsinə baxmayaraq məhkum Təqsirləndirilən şəxs İsa oğlu 2 aydan artıq vaxt keçdikdən sonra, ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkumun qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək hüququndan istifadə etməsinə mane ola biləcək hər hansı üzürlü səbəb, buraxılmış müddətin üzürlü hesab edilməsinə dəlalət edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini vermə müddətinin üzürlü olması barədə apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü sayılması üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzürlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının sürətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və sair ola bilər. Lakin məhkəmə kollegiyası nə iş materiallarında, nə də vəsatətdə qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətini və cinayət işinin materiallarını yoxlayıb, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin çıxışını dinləyib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğvi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İsa oğlunun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Kredo Vəkil Bürosunun vəkili müdafiəçi1 Xudaşirin oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İsa oğlunun hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 Xudaşirin oğluna 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Kredo Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386, 391, 407 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İsa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs İsa oğlunun hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 Xudaşirin oğluna 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Kredo Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar