Məhkəmə qərarları › İş №1(3-6)-1265/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1265/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1265/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı tərəfindən verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmişdir, məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon prokuroru Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, prokuror Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu ********* saylı cinayət işi üzrə ağır cinayət əməlini törətməkdə ittiham edərək, ittiham aktını imzalamaqla ona böhtan atmış, həmin ittiham məhkəmənin açıq iclasında kütləvi çıxışda yayılaraq, bilə-bilə yalan məlumatlar nüfuzunu ləkələmiş, işgüzar nüfuzu ləkələnmiş və şərəf və ləyaqəti alçaldılmışdır. Bununla da ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 147.2-ci maddəsi ilə böhtan xarakterli cinayət törədilmişdir. Cinayət nəticəsində ona 150.000 manat maddi zərər, işgüzar nüfuzuna 13000000 manat zərər vurulmuşdur. Ona qarşı törədilən cinayət barəsində olan cinayət işi materiallarında olan ittiham aktı və şahid X1 ifadələri ilə təsdiq olunur. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəfin hazırlıq iclasında səsləndirdiyi mülahizələri və dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, belə qənaətə gəlmişdir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti həm maddi-hüquqi, həm də prosessual-hüquqi baxımdan tamamilə əsassızdır və onun məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Bu nəticə, şikayətdə göstərilən hərəkətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin tərkibini formalaşdırmaması, şikayətin özünün isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ normalarının kobud pozuntusu ilə tərtib edilməsi kimi bir-birini tamamlayan fundamental çatışmazlıqlara əsaslanır. Xüsusi ittiham qaydasında təqibin uğurlu olması üçün, ilk növbədə, iddia olunan əməlin cinayət qanununun müvafiq normasının dispozisiyasında təsbit edilmiş bütün obyektiv və subyektiv əlamətləri özündə ehtiva etməsi zəruridir. Hazırkı işdə şikayətçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs – Bakı şəhəri Nərimanov rayon prokurorunu Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 147.2-ci maddəsi ilə ittiham etsə də, bu ittihamın əsasını təşkil edən hərəkətlərdə böhtan cinayətinin mühüm və həlledici elementləri olan hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan və yalan olduğunu biləbilə məlumatların prosessual sənəd olan ittiham aktında istifadə olunması və həmin məlumatların kütləvi şəkildə yayılması mövcud deyil. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 289-cu maddəsindən göründüyü kimi, ittiham aktı ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən tərtib edilməklə, giriş hissəsində onun tərtib edilməsi ilə bağlı məlumatlandırıcı xarakterli məlumatlar, təsviri əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar, nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Ittiham aktına prokuror tərəfindən baxılması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 290-cı maddəsində isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən bir sıra zəruri halların yoxlanması üçün daxil olmuş cinayət işinin öyrənildiyi vəzifə olaraq müəyyən edilməklə, sonuncuya bu vəzifənin yerinə yetirilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etmək və ittiham aktını təsdiq etmək barədə və yaxud qanunda sadalanmış digər qərarların qəbul edilmək hüququ tanınmışdır. Göründüyü kimi ittiham aktı ictimai və ya ictimai-xüsusi növdə cinayət təqibi aparılmış cinayət işinin istintaq mərhələsinin bir növ prosessual yekunu olmaqla, şəxsin barəsində olan cinayət işinə dair məlumatları, sübutları və ona qarşı elan edilmiş yekun ittihamı özündə ehtiva edir və həmin ittiham aktı cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmə icraatının həm hazırlıq mərhələsində, həm də məhkəmə baxışı mərhələsində müxtəlif aspektlərdən tədqiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında ilk növbədə aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması halı araşdırılır ki, həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Hazırkı xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən belə bir qərar qəbul edilməmiş, əksinə məhkəmənin müvafiq qərarı ilə cinayət işinin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadığı, ittiham aktının prosessual formasına riayət edildiyi, habelə məhkəməyədək icraatın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldığı müəyyən edilərək təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi qərara alınmışdır. Məhkəmə baxışı mərhələsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 324.2.1-ci maddəsinə əsasən məhkəmə istintaqı ilk olaraq cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına baxılması ilə əlaqədar dövlət ittihamçısı tərəfindən müvafiq olaraq ittiham aktının nəticəvi hissəsinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun ittihamın irəli sürülməsinə dair hissəsinin elan edilməsi ilə başlanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqı ilə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə riayət edildikdən sonra və məhkəmə istintaqı başa çatdıqdan və tərəflərin çıxış və son söz hüquqları təmin edildikdən sonra məhkəmə müşavirə otağında qanunvericiliklə müəyyən edilmiş məsələləri həll edərək müvafiq hökm (ittihamedici və ya bəraətverici) və ya digər yekun qərar qəbul edir. Hazırkı halda isə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmündən görünür ki, həmin hökmlə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətində qeyd etdiyi ibtidai istintaq materialları və ittiham aktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, sözügedən ittiham aktındakı məlumatların yalan olmasına dair dəlillər hazırkı mərhələdə mövcud deyil, belə bir halın olması cinayət işinə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq hökmlə müəyyən edilmir. Qeyd olunanlarla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi böhtanı, yəni yalan olan və ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə məlumatların məhz kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi təsbit edir. Qanunverici bu cinayət tərkibinin obyektiv cəhətini məhdudlaşdıraraq, onun yalnız ictimaiyyətə açıq olan, qeyri-müəyyən sayda şəxsin qavraya biləcəyi platformalarda baş verməsini şərtləndirmişdir. Bu yanaşmanın hüquqi məntiqi və məqsədi, bir tərəfdən şəxsin şərəf və ləyaqətini qorumaq, digər tərəfdən isə vətəndaşların öz pozulmuş hüquqlarının bərpası üçün dövlət orqanlarına müraciət etmək kimi fundamental konstitusiya hüququnun məhdudlaşdırılmasının qarşısını almaqdır. Bu kontekstdə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 5-ci bəndi imperativ xarakterli bir izah verərək məsələyə yekun aydınlıq gətirir. Həmin Qərarda birmənalı şəkildə göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması ... həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Məhkəmə müəyyən etmişdir ki, Xüsusi ittihamçı şikayətində istinad etdiyi bütün hallar – Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror olaraq təsdiq etdiyi ittiham aktı və həmin sənədin nəticəvi hissəsinin məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən səsləndirilməsi göstərilən istisna halına tam şəkildə uyğun gəlir. Ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz xidməti vəzifələrini icra edərək, müvafiq ittiham aktını təsdiq etmiş və cinayət işini baxılması üçün aidiyyəti məhkəməyə göndərmişdir. Belə prosessual hərəkətlər onların sonrakı hüquqi nəticəsindən, yəni cinayət işi üzrə ittihamın təsdiq olunub-olunmaması və ya digər prosessual əsaslardan bəraət hökmünün çıxarılmasından və ya icraata xitam verilməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tətbiqi baxımından "kütləvi yayma" kimi qiymətləndirilə bilməz. Əks yanaşma qəbul edildiyi halda, sonradan qanunsuz və ya əsassız hesab edilmiş hər bir cinayət təqibi faktı avtomatik olaraq həmin prosessual qərarları qəbul etmiş müstəntiqin və ya prokurorun böhtan cinayətinə görə məsuliyyət məsələsini gündəmə gətirə bilərdi. Bu isə cinayət mühakimə icraatının mahiyyəti, prosessual müstəqillik prinsipi və dövlət orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi mexanizmi ilə uzlaşmayan nəticələrə səbəb olardı. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 355-ci maddəsi məhkəmə baxışının nəticələrinə dair müvafiq əsaslar - fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğu və şərait yaradıldığı, məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyi müəyyən edildiyi hallarda prokuror barəsində xüsusi qərar çıxarılmaqla, həmin qərarın Azərbaycan Respublikasının Baş prokuroruna göndərilməsi hüququnu məhkəmələr üçün tanımışdır. Bununla yanaşı qeyd edilməlidir ki, müvafiq hüquq qanunverici tərəfindən yalnız birinci instansiya məhkəməsinə deyil, o cümlədən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 398.2.1-ci maddəsinə əsasən apellyasiya intansiya məhkəməməsinə də tanınmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan mövqelərdə, o cümlədən hüquq ədəbiyyatında məhkəmə tərəfindən xüsusi qərar çıxarılması institutunu qanun pozuntularına münasibət bildirmə və aidiyyəti orqanların diqqətini həmin pozuntulara yönəltmə funksiyasını daşıdığı, xüsusi qərarın bir növ ibtidai araşdırma üzərində məhkəmə nəzarətinin prosessual forması olduğu vurğulanmışdır. Hazırkı şikayətlə bağlı olan cinayət işinə mahiyyəti üzrə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyədək icraat üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin tələblərinin pozulmasına yol verilməsi əsası ilə Bakı şəhəri Nərimanov rayon prokuroru Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi qərar çıxarılması müəyyən edilmir. Göründüyü kimi hazırkı şikayət üzrə Xüsusi ittihamçı tərəfindən təsvir edilən hərəkətlərdə cinayət hadisəsi yoxdur və bu hal Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 302.1.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasdır. Mövcud vəziyyətlə bağlı məhkəmə Xüsusi ittihamçı izah etmişdir ki, sonuncu onun barəsində çıxarılmış yuxarıda qeyd olunan hökmdən qanunvericiliklə müəyyən edilmiş müddətlərdə apellyasiya şikayəti vermək, işinə apellyasiya qaydasında yenidən baxılmasını tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılır, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsi yoxlanılır. Məhkəmə həmçinin qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət maddi-hüquqi əsassızlığı ilə yanaşı, cinayət-prosessual qanunvericiliyin bir sıra imperativ normalarının pozuntusu ilə tərtib edilmişdir və bu ayrılıqda onun icraata qəbulundan imtina üçün kifayət edən müstəqil əsasdır. Xüsusi ittihamçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 88.4.1-ci maddəsinə əsasən, ittiham üzrə sübutetmə yükünü daşıyır. Şikayətçi öz mövqeyini əsaslandırmaq üçün yalnız Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərtib etdiyi prosessual sənədə istinad edir. Lakin, təqdim edilmiş materiallar iddia olunan cinayətin baş verdiyini deyil, yalnız vəzifəli şəxsin öz xidməti səlahiyyətlərini icra etməsi faktını təsdiqləyir. Şikayətdə ittiham aktında göstərilən məlumatların yalan olduğunu təsdiq edən heç bir mötəbər və yolverilən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 293.3.4-cü maddəsi tələb edir ki, şikayətdə iddia olunan hallar “hansı şahid ifadələri ilə..., hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi” konkret göstərilsin. Bu prosessual pozuntular məcmu halında, CPMnin 302.1.3-cü maddəsinə əsasən, şikayətin icraata qəbulundan imtina üçün müstəqil və yetərli əsas yaradır. Məhkəmənin hazırlıq iclası, həmçinin, şikayətdə təsvir olunan əməlin prima facie (ilk baxışda) cinayət tərkibi yaradıb-yaratmadığını da müəyyən etməlidir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 302.1.7-ci maddəsinə ("şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə") əsasən, şikayətin icraata qəbulundan imtina üçün növbəti əsasdır. Yuxarıda şərh edilənlərin məcmusuna əsasən, məhkəmə hesab etmişdir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət hüquqi baxımdan əsassızdır, qanunun tələblərinə cavab vermir və cinayət təqibinin başlanması üçün heç bir maddi və prosessual əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin şikayət hüquqi əsaslar olmadan verildiyinə görə və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar