Məhkəmə qərarları › İş №1(3-6)-1266/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1266/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1266/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1 və 148ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i : Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, ittiham olunan şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs vəzifəsindən sui-istifadə edərək pensiyasını düz hesablamır, əksinə mənimsəmə məqsədilə qanunla ona verilməli olan güzəştlərin, hətta 9 il qabaqkı məhkəmə qərarı ilə pensiyasına əlavə olunan məbləğin verilməsinə qadağa qoyub. 2023-cü ilin fevralında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs rəsmi məktubla, pensiyasının məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birlikdə 1112,44 manat olduğunu bildirib və məhkəməyə müraciət etmək hüququnu izah edib. 2023-cü ilin martında Bakı Inzibati Məhkəməsi ərizəsini icraata götürüb və ##.##.2023-cü il tarixdən pensiyası 138.79 manat azaldılaraq 973,65 manata endirilib. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəməyə iddia verməyini izah edir, iddia verəndə isə pensiyasını özbaşınalıqla azaldır. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə görə, pensiyadan və ona əlavədən tutmalar pensiyaçının razılığı ilə pensiya təyin edən orqanın qərarı ilə, razılığı olmadıqda məhkəmə yolu ilə tutulur. Ondan tutulan məbləğ isə elə * saylı BIIM-in ##.##.2017-ci il tarixli, *-*(**)-****/** saylı məhkəmə qərarı ilə əlavə olduğundan, onun məhkəmə yolu ilə tutulması absurddur, mümkün deyil. Ona görə də belə özbaşınalıqla pensiyası 140 manat yaxın azaldılıb. Hələ ona şər-böhtan ataraq guya büdcəyə 3188 manat borcu olması ilə 3 ildir şantaj edirlər. Bu böhtanı sübut edən fakt rəsmi məktublarla bildirilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” qanuna 2022-ci ildə əlavə edilən 37.3.2.1-ci maddəyə görə, müraciəti əsasında əlilliyə görə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 1993-cü ildən AMEA-da və s. işlədiyinə görə yığılan pensiya, sığorta kapitalına uyğun pensiyası yenidən hesablanmalıdır. Onun ərizəsinə isə 3 ildir baxılmır, qanuni hüququ təmin olunmur. Onun şikayətlərinə cavab olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ümumi sözlərlə yazır ki, müraciətlərinə 3 il qabaq cavab verilib. Bu, özbaşınalıqdan əlavə, həm də təhqirdir. Belə cavab olar? O, 1-ci Qarabağ əlilidir, 50 ilə yaxındır AMEA-da işləyir, nəyə görə DSMF-ə ödənilən sığorta kapitalına uyğun pensiyası müraciəti əsasında yenidən ödənilmir? Necə olur, başqalarına ödənilir, ona yox. Bu, ayrıseçkilik, təhqirdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan) 6 ay və 148-ci (təhqir) maddəsi ilə 6 ay, toplam 1 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. Qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 11 bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmə kollegiyası,həmçinin, qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Lakin, xüsusi ittiham qaydasında verilmiş şikayətdə müvafiq cinayət hadisəsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hazırki halda birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata qəbul etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslara görə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 391, 397.1, 397.2, və 407-412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1 və 148ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar