Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1288/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən (hakim E.Hüseynov) ## ###### 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, 13-cü Nərimanov döngəsi, ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qüdrət Nüxrət oğluna Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və həmin Məcəllənin 180.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona CMnin 66.5-ci maddəsi ilə təyin edilmiş 04 il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək tutulduğu 01 gün və hazırki cinayət işi üzrə ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu 02 gün, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu 1 gün, həbsdə olduğu 5 ay və Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə cəza çəkdiyi 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasına bərabər tutulduğu 8 (səkkiz) ay 04 (dörd) gün, ümumilkdə 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs təkrarən başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, təkrarən özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ####### 2023-cü il tarixdə, saat 12:15-də Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/16 ünvanında yerləşən ** saylı şəhər poliklinikasında olarkən dəhlizdə yaranmış səs-küylə əlaqədar otaqlarda olan işçilərin dəhlizə çıxmalarından istifadə edib, kənar şəxslərin hiss etmədiyi şəraitdə poliklinikanın baş həkimi zərərçəkmiş şəxs3 qəbul otağına qanunsuz daxil olaraq masanın üzərindən zərərçəkmiş şəxs3 məxsus, içərisində 4 manat dəyərində 050-215- **-** saylı mobil nömrə olan 550 manat dəyərində “İPhone 11” markalı mobil telefonu və poliklinikada operator vəzifəsində işləyən zərərçəkmiş şəxs2 məxsus, içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1300 manat dəyərində “İPhone 13 Pro” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 554 manat, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 isə ümumilikdə 1304 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ####### 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Mcdonalds” restoranında müştəri qismində olarkən kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra masanın üzərində zərərçəkmiş şəxs4 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 680 manat dəyərində “Samsung A51” markalı mobil telefon, 01 ədəd 500 manat dəyərində “X3 6 Pro” markalı mobil telefon, 01 ədəd 480 manat dəyərində “Xiaomi Redmi” markalı qulaqlıq, 01 ədəd 180 manat dəyərində “xxxx” markalı gün eynəyi, 01 ədəd 360 manat dəyərində “Armani” markalı pul kisəsi, 01 ədəd 80 manat dəyərində 4 GB həcmində yaddaş kartı, 01 ədəd 400 manat dəyərində 50 ml həcmində “Initio” markalı ətir, 01 ədəd 125 manat dəyərində “Mac” markalı ton kremi, 01 ədəd 90 manat dəyərində “Mac” markalı kirşan, 01 komplekt 80 manat dəyərində “Mac” markalı layner və karandaş, 01 ədəd 60 manat dəyərində “Mac” markalı kiprik tuşu və 25 manat nağd pul olan 200 manat dəyərində “Pierre Cardin” markalı çantanı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 3260 (üç min iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə ## ###### 2023-cü il tarixdə, saat 17:45-də Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən “Fashion" geyim mağazasının qarşısında olarkən zərərçəkmiş şəxs1 “Mercedes Benz R Class” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşməsini görüb, avtomobilin arxa sağ qapısnı açıb salonda əyləşərək zərərçəkmiş şəxs1 gözü qarşısında sürətlər qutusunun yanında içərisində həmin dövrün məzənnəsi ilə 35 manat 70 qəpik təşkil edən 21 ABŞ dolları olan dəyərsiz pul kisəsini açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1,749 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2024-cü il tarixdə, saat 18:00da Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti *** saylı ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,749 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əməlinin təsdiq olunmadığını, çəkiliş yerinin video görüntülərinin olmadığını, üzərindən götürülən telefonunda olan sübutların istintaqa təqdim edilmədiyini, ailəli olmaqla bir azyaşlı övladının olduğunu göstərərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin ləğv edilməsini və cəzasını daha az cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətində göstərilən əsaslarla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2-cü maddələri ilə cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ## ###### 2023-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yas mərasiminə getmiş, orada iştirak etdikdən sonra Sumqayıt şəhəri ərazisində piyada gəzmək qərarına gəlmişdir. Uzun müddət işsiz olduğuna və borclarına görə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində gəzdiyi vaxt oğurluq etmək və ya kiminsə çantasını götürüb qaçaraq bu yolla pul əldə etmək qərarına gəlmişdir. ## ###### 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Fashion” geyim mağazasının qarşısında olduğu zaman əynində ağ rəngli uzun paltosu, çiynində qara rəngli çantası olan sonradan adını bildiyi zərərçəkmiş şəxs1 əlində pul kisəsi tutduğunu görüb həmin pul kisəsini əlindən alıb qaçmaq qərarına gəlmiş, lakin ətrafda insanların olduğunu görüb bu fikrindən daşınmışdır. Kənarda dayanıb zərərçəkmiş şəxs1 izləməyə başlamışdır. zərərçəkmiş şəxs1 yolun kənarında dayanmış ağ rəngli “Mercedes Benz B Class” markalı avtomobilə yaxınlaşıb sükan arxasında əyləşmişdir. O isə həmin vaxt qərara gəlmişdir ki, avtomobilin arxa sağ oturacağında oturub zərərçəkmiş şəxs1 pul istəsin. Bundan sonra o, avtomobilin arxa sağ qapısını açaraq arxa sağ oturacaqda əyləşmiş, həmin vaxt zərərçəkmiş şəxs1 qorxmuş və nə istədiyini soruşmuşdur. O, zərərçəkmiş şəxs1 pula ehtiyacının olduğunu deyərək pul verməsini istəmiş, sonuncu sürətlər qutusunun yanında pul kisəsini göstərmiş, o da pul kisəsini götürüb avtomobildən düşərək oradan qaçıb getmişdir. Həmin yerdən uzaqlaşdıqdan sonra Bakı şəhəri istiqamətində gedən tanımadığı avtomobilə əyləşmişdir. Yolda olarkən ağ-qara rəngli pul kisəsini açıb baxanda içərisində 20 ABŞ dolları, 1 ABŞ dolları pul əskinaslarının, zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin, qaz sayğac kartının, 2 ədəd “Leobank” kartının, 1 ədəd “Beynəlxalq Bank” kartının və 1 ədəd “Kapital Bank” kartının olduğunu görmüşdür. Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yanına çatandan sonra orada avtomobildən düşmüşdür. Pul kisəsində olan 21 ABŞ dolları pulu cibinə qoymuş, pul kisəsini isə içərisindəki vəsiqə və kartlarla birlikdə yolun kənarına ataraq oradan uzaqlaşmışdır. Əldə etdiyi 21 ABŞ dolları pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisə vaxtı zərərçəkmiş şəxs1 qarşı hər hansı bir formada fiziki güc və ya zor tətbiq etməmiş, silah və ya silah qismində istifadə edilə biləcək hər hansı bir əşyadan istifadə etməmiş, sadəcə pul istəmiş, sonuncu isə pul kisəsini göstərdikdə götürüb oradan qaçıb getmişdir. Həmin vaxt əynində qara rəngli şalvar, qara rəngli ayaqqabı, qəhvəyi rəngli gödəkçə və qara rəngli papaq olmuşdur. zərərçəkmiş şəxs1 məxsus pul kisəsini açıq talayarkən içərisində sənədlərin olması barədə məlumatı olmamış, niyyəti nəğd pul əldə etmək olmuşdur. ## ####### 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı ərazi üzrə qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/16 ünvanında yerləşən “** saylı polikninika”ya müalicə almaq üçün getmişdir. Birinci mərtəbədə yerləşən baş həkimin qəbul otağının qarşısında olan zaman tanımadığı şəxslə həkimlər arasında sözlə mübahisə yaranmışdır. Poliklinikanın dəhlizində qarışıqlıq yaranmışdır. Bu zaman yerə düşmüş mobil telefon görmüşdür. Həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt yerdə olan mobil telefonları götürüb əynində olan qara rəngli cins şalvarın sağ arxa cibinə qoyaraq qəbul otağından çıxıb bir neçə saniyə poliklinikanın dəhlizində dayanmışdır. Heç kimə törətdiyi əməli hiss etdirmədən sakit formada poliklinikanı tərk edib oradan uzaqlaşmışdır. Hər iki mobil telefonun üzərində olan nömrələri çıxarıb yol kənarına atmışdır. Həmin gün yəni, ## ####### 2023-cü il tarixdə, saat 14 radələrində qeyd etdiyi poliklinikadan oğurladığı mobil telefonları Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ** nömrəli ünvanda yerləşən mobil telefon təmiri və satışı mağazasına əvvəllcədən tanıdığı “Coşqun” adlı şəxsə təqdim etmişdir. Qutularının üzərində olmadığını demişdir. «Coşqun» adlı şəxs qutuları olmadan həmin telefonları ala bilməyəcəyini demişdir. O, təcili pula ehtiyacı olduğunu demiş və 250 manat beh verməsini xahiş etmişdir. Qutuları gətirib təqdim edəndən sonra qalan məbləği danışmağı təklif etmişdir. «Coşqun» adlı şəxs də razılaşmış və ona 250 manat pul vermişdir. ## ####### 2023-cü il tarixdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanlaraq polis bölməsinə gətirilmiş və orada etdiyi oğurluq cinayətini səmimi etiraf etmişdir. Mobil telefonları Coşquna verərkən özünə məxsus olduqlarını demiş və qutularını gətirib təqdim edəcəyini bildirmişdir. Əldə etdiyi 250 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. ## ####### 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “MC Donalds” restoranına oğurluq etmək üçün getmişdir. Restoranda masaların birinin üzərində qara rəngli çanta olduğunu görmüşdür. Masanın ətrafında olan stulların üstündə gödəkçələrin asıldığını görmüş və başa düşmüşdür ki, həmin masada oturan şəxslər çantanı orada qoyaraq yaxın bir yerə getmişlər. Həmin çantanın içərisində nəğd pul və qiymətli əşyalar olduğunu düşünərək oğurlamaq qərarına gəlmişdir. Masanın üzərindən həmin çantanı götürüb heç kimə bəlli etməyəcək şəkildə restorandan çıxmışdır. Restorandan çıxdıqdan sonra yaxınlıqda olan binaların birinin həyətinə gedərək çantanı açmış və içərisində 01 ədəd “Samsung A51” markalı mobil telefon, 01 ədəd “X1 6 Pro” markalı mobil telefon, 01 ədəd qulaqcıq, 01 ədəd gün eynəyi, 01 ədəd balaca pul kisəsini, 01 ədəd yaddaş kartı, 01 ədəd ətir, kosmetik vasitələr, “Kapital Banka” məxsus plastik kart, sürücülük vəsiqəsi, iki ədəd şəxsiyyət vəsiqəsi və bir top açar olduğunu görmüşdür. O, iki ədəd mobil telefonu və 25 manat nəğd pulu götürmüş, çantanı və içərisində olan qulaqcığı, gün eynəyini, balaca pul kisəsini, yaddaş kartını, ətiri, kosmetik vasitələri sata bilməyəcəyini düşünmüş və çantanı binanın həyətinə ataraq oradan uzaqlaşmışdır. “Samsung A 51” markalı və “X1 6 Pro” markalı mobil telefonları Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsə 130 manata satmışdır. O, mobil telefonların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Həmin şəxsin anket məlumatlarını, telefon nömrəsini bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman bilmişdir ki, həmin çanta zərərçəkmiş şəxs4 məxsusdur. Mobil telefonları satdığı şəxsə mobil telefonların özünə aid olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Həmin mobil telefonların hər ikisinin ekranında sınıq olmuş və xarici görünüşcə çox köhnə görsənmişdir. Bu səbəblə həmin şəxs hər iki telefona ümumilikdə 130 manat pul verəcəyini demiş, o da onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi 155 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. ## #### 2024-cü il tarixdə, saat 18:00-da işdən çıxarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Ondan bıçağın harada olmasını soruşmuşlar. O isə bıçaq olmadığını bildirmişdir. Polis əməkdaşları bıçaqlanma hadisəsinə görə onu polis bölməsinə aparmalı olduğunu bildirmişlər. Bundan sonra avtomobilə əyləşdirilmiş və bölmənin rəisi ilə polis əməkdaşları əlaqə saxlamışdır. Daha sonra onun bıçaqlanma hadisəsi ilə əlaqəsi olmadığı bilinmişdir. Ona əl-qol atıldığına görə polis əməkdaşları buraxılmasının mümkün olmadığını və narkotik maddələrin istifadə ilə əlaqədar sənədləşdiriləcəyi bildirilmişdir. O isə şikayət etməyəcəyini bildirərək buraxılmasını xahiş etmişdir. Lakin polis əməkdaşları onu eşitməmişlər. Bundan sonra o, ittiham üzrə qeyd edilən formada narkotik maddəni üzərində daşıması ilə bağlı sənədləşdirilmişdir. Qeyd olunanları nəzərə məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən “** saylı şəhər poliklinikası”nda operator vəzifəsində işləyir. ## ####### 2023cü il tarixdə işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən “** saylı şəhər poliklinikası”nın içərisində dəhliz hissədə tanımadığı şəxsin səsküy salmasını eşitmişlər. Həmin vaxt poliklinikanın baş həkimi zərərçəkmiş şəxs3 otaqdan dəhlizə çıxmışdır ki, səs-küy salan şəxsi nizam-intizama dəvət edib sakitləşdirsin. O da baş həkimin arxası ilə otaqdan çıxmış, ancaq kənarda dayanmışdır. Həmin vaxt dəhlizə çox sayda insanlar toplaşmışdır. Təxminən iki dəqiqə keçdikdən sonra otağa qayıtmış və masanın üzərində qoyduğu özünə məxsus üzərində mobil telefon nömrəsi olan “İPhone 13 Pro” markalı mobil telefonunun yerində olmadığını görmüşdür. zərərçəkmiş şəxs3 da özünə məxsus “İphone 11” markalı telefonun yerində olmadığını görmüşdür. Belə olan halda telefonlarının oğurlandığını müəyyən etmişlər. İş yoldaşları X5 baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verməsini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. ## ###### 2023cü il tarixli, */**** nömrəli ekspert rəyi ilə razıdır. O, ərizə və izahatında “İPhone 13 Pro” markalı mobil telefonunun oğurlanması nəticəsində ona dəymiş ziyanın məbləğini təxmini olaraq 1000 manat qiymətləndirmişdir. Qeyd edilən rəydə “İPhone 13 Pro” markalı mobil telefonunun 2023-cü ilin oktyabr ayına olan orta bazar qiymətinin 1300 manat, üzərindəki ***-***-**-** saylı GSM nömrənin qiymətinin isə 4 manat müəyyən edilməsi ilə razıdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan 1304 manat təşkil edir. Halhazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. ## ####### 2023-cü il tarixdə saat 19 radələrində azyaşlı övladları X8 və X9 ilə birlikdə Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “MC Donalds” restoranına getmişdir. Təxminən saal 19:00 radələrində o, sanitar qovşağa daxil olub geri qayıdan zaman masanın üzərində olan çantasının yerində olmadığını görmüşdür. Masalarının yaxınlığındakı masada əyləşmiş bir nəfər xanım onun çantasının bir nəfər oğlan tərəfindən aparıldığını bildirmişdir. O, sanitar qovşağa gedən zaman çantasını oturduqları divanda qoymuşdur. Həmin vaxt övladları da masadan bir qədər kənarda oynamışlar. Başa düşmüşdür ki, naməlum şəxs ona məxsus çantanı və içində olan əşyaları oğurlamışdır. Oğurlanmış çantası “Pierre Cardin” markalı olmaqla içərisində 1 ədəd “Samsung A 51” markalı, 1 ədəd “Xiomi Redmi pro 7” markalı mobil telefonlar, 1 ədəd Xiomi Redmi markalı qulaqcıq, 1 ədəd qara rəngli gün eynəyi, dəri pulqabı, bir ədəd 4 gb-lıq fleş kart, ətir və kosmetikaları, 25 manat nağd pul, 01 ədəd kapital banka aid maaş kartı, sürücülük vəsiqəsi, övladları Hümbətli İlkay Ruslan qızı, X8, X9 və ona məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. “Pierre Cardin” markalı çanta qara rəngli olmaqla dəyəri 200 manat olmuşdur. “Samsung A 51” markalı mobil telefonu bir ilə yaxın işlətmiş və dəyəri təxminən 500 manat olmuşdur. “X1 6 pro” markalı mobil telefonu hadisədən əvvəl 3 ay işlətmiş və dəyəri təxminən 400 manat olmuşdur. “Xiomi Redmi” markalı qulaqcığı hadisədən 2-3 gün əvvəl almış, təxminən dəyəri 450 manat olmuşdur. “xxxx” firmasına məxsus gün eynəyinin təxminən dəyəri 150 manat, dəri pulqabının dəyəri təxminən 100 manat, bir ədəd 4 gb-lıq fleş kartın dəyəri 25 manat olmuşdur. Həmin fleşkartın içərisində ona aid vacib elektron məlumatlar olmuşdur. Bundan başqa həmin çantasında cəmi 400 manat dəyərində “initio” markalı 50 ml-lik ətir və kosmetik vasitələr olmuşdur. Beləliklə, hadisə nəticəsində ona cəmi 2225 manat maddi zərər dəymişdir. Halhazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26cı PB-nin əməliyyat müvəkkili şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O və onunla birlikdə Yasamal RPİ-nin 26-cı PBnin əməliyyat müvəkkili şahid1 Bakı şəhəri Xətai rayonu Neftçilər prospekti, “Crescent Mall” ünvanının qarşısına yollanmışlar. Həmin ünvanda Təqsirləndirilən şəxs gəldiyini görüb saat 18:00-da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Yasamal RPİ-nin 26-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmişdir. Onun, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili şahid1, baş təhqiqatçı Ruslan Əfəndiyev və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü və sol yan cibindən bir ədəd “Samsung A33” markalı üzərində mobil nömrə olan mobil telefonu təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, toz və kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofandan ibarət bükümdə olan maddəni “patı” (metamfetamin) kimi tanıdığı psixotrop maddə olduğunu, bu psixotrop maddəni ## #### 2024-cü il tarixdə nahar vaxtı Bayıl qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər maddə olan bir ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” *** saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung A33” markalı üzərində mobil nömrə olan mobil telefon götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Təqsirləndirilən şəxs Yasamal RPİnin 26-cı PB-nin inzibati binasına gətirilən zaman və Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında olduğu zaman sonuncuya hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında ## #### 2024- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd “Samsung A33” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (cild 2, i/v 150-152). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ####### 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/6 ünvanında yerləşən ** saylı poliklinikanın 1-ci mərtəbəsində yerləşən baş həkimə məxsus xidməti otaqdır. (cild 1, i/v 83-87). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ####### 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi ** saylı ünvanda yerləşən “Mac-donalds” restoranıdır. (cild 1, i/v 211- 213). İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə olurmuş diskdə video görüntüdə qəhvəyi rəngli gödəkcə geyinən şəxsin “Mersedes Benz” markalı avtomaşına arxa sağ sərnişin oturacağından əyləşməsi, sürücü qadının isə narahatçılıq keçirəcək hərəkətlər etməsi müşahidə olunur. (cild 1, i/v 13). İş materiallarında olan CD diskə baxış keçirilməsi haqqında ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Bakı şəhər ** nömrəli Şəhər Poliklinikasına baxış zamanı götürülmüş oğurluğu əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fraqmentin 60 saniyəlik görüntüsündə ##.##.2023-cü il tarixdə saat 12:24 dəqiqədə başında qara papaq, əynində qara gödəkçə və əlində pul qabı tutran şəxsin, baş həkimin qəbul otağının qarşısında dayanması, daha sonra sakit hərəkətlə otağın qapısına yaxınlaşıb içəri daxil olması, bir neçə saniyədən sonra otağı tərk edib qapı qarşısında dayanmış əynində ağ xalatı olan tibb işçisi ilə söhbət edib sakitcə geriyə çəkilməsi, daha sonra əlində olan mobil telefonu sağ qulağına tutub danışıq görünütüsü yaradıb qəbul otağının qarşısını tərk etməsi müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə əks olunan əynində qara gödəkçə, başında qara papağı olan şəxs özüdür, həmin vaxt baş həkimin qəbul otağına daxil olub 01 ədəd «iPhone 13 Pro» markalı və 01 ədəd «iPhone 11» markalı mobil telefonları oğurlamışdır. (cild 1, i/v 168). İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” ## ####### 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ** saylı poliklinikanın 1-ci mərtəbəsində yerləşən baş həkimə məxsus xidməti otaqdan oğurlanmış mobil telefonlar Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar prospekti ** saylı ünvanda yerləşən telefon mağazasına satılmış, həmin mobil telefonlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (cild 1, i/v 94-97). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ###### 2023-cü il tarixli, */**** nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş “iPhone 13 Pro” markalı mobil telefonun 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti 1300 manat, “iPhone 11" markalı mobil telefonun 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti 550 manat, 050-215-89-55 GSM nömrənir və 051-629-36-33 GSM nömrənin qiyməti 4 manat müəyyən edilir. (cild 1, i/v 128-130). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## #### 2024-cü il tarixli, */**** nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - tünd göy rəngli “X2 6 Pro” markalı mobil telefon - 100 manat; - bir ədəd 4 gb-lıq flash kart-8 manat. Qərarda göstərilən digər 10 adda mallar təqdim edilmədiyindən və haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. (cild 2, i/v 96-98). İş materiallarında olan qəbzdən görünür ki, zərərçəkmiş şəxs3 “iPhone 11" markalı mobil telefonu Yasamal rayon Polis İdarəsinin baş müstəntiqi Azər İsmayılzadədən təhvil almışdır. (cild 1, i/v 139). İş materiallarında olan qəbzdən görünür ki, zərərçəkmiş şəxs2 “iPhone 13 pro” markalı mobil telefonu Yasamal rayon Polis İdarəsinin baş müstəntiqi Azər İsmayılzadədən təhvil almışdır. (cild 1, i/v 148). İş materiallarında olan qəbzdən görünür ki, zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 37 manat 50 qəpik pulu Nəsimi rayon Polis İdarəsinin baş müstəntiqi Elvin Allahquliyevdən təhvil almışdır. (cild 3, i/v 30). İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında ## #### 2024- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd “Samsung A33” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (cild 2, i/v 150-152). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024- cü il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № ***” dairəvi möhür əksləri olan, “1. “imza" şahid1; 2. “imza” şahid2; 3. “imza" Təqsirləndirilən şəxs; 4. “imza" Eldar Qədimi” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,749 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 2, i/v 160-162). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator MəcburiNarkoloji Tibbi Yoxlamanın ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, i/v 7-8). İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” ## #### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,749 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 1,699 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (cild 2, i/v 200). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmündən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1 i/v 69-72, cild 2 i/v 43-60). İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Kənan Tağızadənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndi tətbiq edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü üzrə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X19 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və əməlin tövsifini müzakirə edərkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini özündə əks etdirən CD diskdəki görüntüdə Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni könüllü olaraq təhqiqatçıya təqdim etmiş, verdiyi ifadələri təsir və təzyiq altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması halları iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olub yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməmiş, əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-1288/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1288/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver