Məhkəmə qərarları › İş №1(3-6)-1289/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1289/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1289/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı2 (bundan sonra - xüsusi ittihamçı2), onun nümayəndəsi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili xüsusi ittihamçı1 (bundan sonra – nümayəndə), barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs (bundan sonra – Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs) və onun müdafiəçisi – “Ekol” Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından xüsusi ittihamçı2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim X4) xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CMin) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və X3 həmin maddə ilə məhkəməyə verilmələri və işin məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Həmin məhkəmənin ## #### 2025-ci il tarixli qərarı ilə (hakim X4) göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə icraat Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ölkə xaricində olması səbəbindən sonuncuya aid hissədə ayrıca icraata ayrılmışdır. ## #### 2025-ci il tarixdə xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hazırlıq iclasının qərarı ilə (hakim X5) xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraat sonuncunun Azərbaycan Respublikasına qayıtmasınadək dayandırılmış, həmin məhkəmənin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə isə göstərilən şikayət üzrə icraat təzələnmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. xüsusi ittihamçı2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətində həmin qərarın ləğv edilməsi və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: xüsusi ittihamçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə onun, həmçinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsi qərara alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi müvafiq qərar qəbul edərkən göstərdiyi məhkəmə qərarını nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında xüsusi ittihamçı2 və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər məhkəmənin xüsusi ittiham qaydasında verilmiş şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qəbul etdiyi qərarından apellyasiya şikayəti verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xüsusi ittihamçı2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə mahiyyəti üzrə baxmadığını nəzərə alaraq hesab edir ki, sonuncunun verdiyi apellyasiya şikayəti ilə bağlı qərar ilkin baxış iclasının nəticəsi üzrə qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayəti öz icraatına qəbul etməkdən əsassız olaraq imtina etməsi barədə qərar qəbul etməsi ilə cinayət-prosessual qanunvericiliyin müvafiq tələblərini pozması təşkil edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə xüsusi ittihamçı2 X3 ilə yanaşı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs da Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsi, Şəfiqə Məmmədova ilə yanaşı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs da həmin maddə ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi qərara alınsa da, həmin məhkəmənin ## #### 2025-ci il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs aid hissədə ayrıca icraata ayrılmış, “1(006)-539/2025” nömrə ilə qeydiyyata alınmış materialı icraatlarına qəbul etmiş, yuxarıda adları göstərilmiş hakimlər icraatı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilkin icraatda Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarında iştirak edə bilməməsi səbəbindən müdafiə hüququnu məhkəmənin hazırlıq iclası mərhələsində şəxsən həyata keçirməsini təmin etmək məqsədilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının hüquqi nəticələrindən asılı olmadan məhkəmənin hazırlıq iclası mərhələsindən başlayıb, davam etdirməkdə haqlı olmuşlar. Buna görə də apellyasiya şikayətinin bunun əksini təşkil edən dəlili əsassızdır. İş üzrə birinci instansiya məhkəməsi xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul etməkdən imtina edərkən xüsusi ittihamçı2 şikayətində göstərdiyi əməldə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərini təsdiq edən sübutu məhkəməyə təqdim etməməsinə və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun əleyhinə şikayətində göstərdiyi məzmunda olan ifadələri Bakı İnzibati Məhkəməsində keçirilmiş məhkəmə iclasında deməsinə görə müvafiq əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 46.İ maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. - 46.II maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-in: - 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. - 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. - 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin aşağıdakı məsələlər həll edilir: 299.4.1. verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə; 299.4.2. ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutlar siyahısı barədə; 299.4.3. məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə; 299.4.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə. - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə həmin şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. - 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. - 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. - 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. - 346.1.1, 346.1.2, 346.1.3, 346.1.4-cü maddələrinə əsasən müvafiq olaraq cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilən məsələlərə aiddir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normalarını məzmunlarına uyğun olaraq belə şərh edir ki,: - Azərbaycan Respublikası CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında sübutların qiymətləndirilməsi deyil, cinayət prosesi tərəflərinin məhkəmə baxışında tədqiq edilməsi üçün təqdim etdikləri sübutlar siyahısı, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir. - Xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmənin hazırlıq iclasında isə əlavə olaraq, şikayətin məzmununun Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində göstərilmiş prosessual-formal tələblərə uyğunluğu yoxlanılır. - Məhkəmənin hazırlıq iclası məhkəmə baxışı, onun mərhələləri olan məhkəmə istintaqı və yekun müşavirədən fərqli olaraq, ittihamın həlli nöqteyi-nəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılması və qiymətləndirilməsini ehtiva etmir. - Qanunverici birinci instansiya məhkəməsində ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə, sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. - Məhkəmənin ittihamın həlli ilə əlaqədar sübutları qiymətləndirməsi isə Azərbaycan Respublikası CPM-in 338.1.2-ci maddəsinə və XLV fəslinə görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla, belə tədqiqat isə çəkişmə xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməklə, yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. - Azərbaycan Respublikası CPM-in 42.2.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması yalnız məhkəmə baxışının nəticəsi olaraq bəraət hökmünün qəbul edilməsinin əsaslarından biridir. Hazırlıq iclasının qərarı ilə mahiyyətcə bəraətverici xarakter daşıyan nəticənin tərəflər dinlənilmədən və sübutlar araşdırılmadan formalaşdırılması faktiki olaraq işin mahiyyəti üzrə həll edilməsi deməkdir ki, bu da hazırlıq iclasının hüquqi təbiətinə ziddir. - Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, həm də xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasında baxılarkən cinayətprosessual qanunvericiliyin qeyd olunan normalarında təsbit edilmiş tələblər nəzərə alınmalı və Azərbaycan Respublikası CPM-in 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş müddəalar sübutların xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edib-etməməsi (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulmuş “xüsusi ittiham qaydasında şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini əks etdirən sübutları əks etdirmədikdə" müddəası xüsusi ittihamçının təqdim etdiyi sübutların tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Həmin müddəa şikayətdə faktiki əsaslar gətirilmədən ittihamın irəli sürülməsi və yaxud müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktiki hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsi, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların göstərilməməsi və təqdim edilməməsini nəzərdə tutur. Qeyd edilənlərdən kənar mənada məhkəmənin hazırlıq iclası mərhələsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində müvafiq cinayətin tərkibinin olub-olması və təqsirliliyinin sübuta yetirilib-yetirilməməsinə hüquqi qiymət verilə bilməz. Göstərilən hüquqi mövqelər baxımından, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi hazırki şikayətində sonuncunun ona qarşı ifadə etdiyi eyni məzmunlu məlumat ilə bağlı olmuş, X3 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayət icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmiş, həmin Məhkəmənin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X4) X3 əməlində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına görə bəraət verilmiş, həmin məhkəmə hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, həmin qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki,: - Məmmədov xüsusi ittihamçı2 Şəfiqə Ədalət qızı və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Çıxarışı rüşvət verməklə qanunsuz yolla alması barədə məlumatı məhkəməyə müvafiq olaraq yazılı ərizə və məhkəmə iclasında şifahi qaydada verdiyi izahat formasında, beləliklə də bir-birindən fərqli ifadə tərzlərində təqdim etmələrinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətlər üzrə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli məktubu ilə xüsusi ittihamçı2 müvafiq müraciəti ilə əlaqədar ## ####### 2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsində e-*- *(***)-*****/**** nömrəli iş üzrə keçirilmiş məhkəmə iclasının audi-video yazısı buna hüququnun olmaması səbəbindən təqdim edilməmişdir. Bu üzrlü səbəbdən sonuncu Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətinə istinad etdiyi məhkəmə iclasının audio-video yazısını əlavə edə bilməmiş, eləcə də, həmin audio-video yazını sonradan da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normaları və onların təfsirinə əsaslanan hüquqi mövqelərə istinad edərək hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittihamçı2 barəsində sonuncunun xüsusi ittiham qaydasında verdiyi şikayətdə göstərdiyi ifadələri Bakı İnzibati Məhkəməsində keçirilmiş məhkəmə iclasında deməsinin sübut edilib-edilməməsinə və həmin ifadələrin Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradıbyaratmamasına xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətdə istinad etdiyi məhkəmə iclasının audi-video yazısını sorğu əsasında müvafiq məhkəmədən əldə edib, iş materiallarına əlavə edilməsini təmin etdikdən və müvafiq sübutları tədqiq etdikdən sonra bunun nəticələri əsasında hüquqi qiymət verə bilərdi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununa əsaslanıb, yuxarıda göstərilən hüquqi mövqelərə uyğun şəkildə, birinci instansiya məhkəməsindən fərqli olaraq hesab edir ki, xüsusi ittihamçı2 həmin şikayətində Azərbaycan Respublikası CPM-in 293.3cü maddəsinin tələblərinə ilk baxışdan əməl etmişdir. Birinci instansiya məhkəməsi hazırlıq iclasının nəticələrinə dair qəbul etdiyi qərarında bunun əksi barədə qənaətə gələrkən haqlı olmamış, bununla da, yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Azərbaycan Respublikası CPM-in ümumi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 391.3.6-cı maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, xüsusi ittihamçı2 verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hazırlıq iclasının qərarı ləğv edilməli və sonuncunun Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallar həmin şikayətin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPMin 391, 397.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı2 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hazırlıq iclasının qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. xüsusi ittihamçı2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallar həmin şikayətin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar