Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1293/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı məhkəməyə xüsusi ittiham qaydasında şikayətlə müraciət etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, şikayət etdiyi şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən ağır cinayətdə ittiham edilməklə böhtan atılmış. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özü etiraf etmişdir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbsini o, təşkil etmişdir. Hadisə zamanı ona Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən 150.000 manat və 118.000 ABŞ dolları məbləğində maddi zərər vurulmuşdur. Hadisə zamanı onun işgüzar nüfuzuna Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən 13.000.000 manat zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, şikayətin məhkəmə baxışı keçirilməsi ilə icraata qəbul edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi və şikayətinin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuzdur. Azərbaycan Respublikası CM-nin 293-cü maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * saylı ## ###### 2014-cü il tarixli qərarı düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinə onun iştirakı ilə baxılması tələbi vardır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı dinləyərək, aşağıdakı əsaslara görə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7 ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi - şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi əks olunmalıdır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Belə ki, şikayət verən şəxs və barəsində şikayət verilən şəxs barəsində məlumatlar, eləcə də şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən böhtan atması qeyd edilən əməlin hansı sübutla öz təsdiqini tapması, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xahiş edilsə də, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs atdığı ağır cinayətin nədən ibarət olması şikayətdə konkret göstərilməmişdir. Bundan başqa ona atılmış böhtan nəticəsində maddi ziyanın vurulmasına dair, eləcə də hadisə nəticəsində həbs edilməsinə dair hissəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, Xüsusi ittihamçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə hökmü mövcuddur və həmin məhkəmə qərarını yuxarı instansiya məhkəmələrində mübahisələndirmək hüququ vardır. Bundan başqa xüsusi itttiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin yaşayış yeri göstərilməmiş və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi şikayətdə qeyd edilməmişdir. Xüsusi ittiham qaydasında təqibin uğurlu olması üçün, ilk növbədə, iddia olunan əməlin cinayət qanununun müvafiq normasının dispozisiyasında təsbit edilmiş bütün obyektiv və subyektiv əlamətləri özündə ehtiva etməsi zəruridir. Hazırkı işdə şikayətçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, şəxsin hərəkətlərdə böhtan cinayətinin mühüm və həlledici elementləri olan yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması halı mövcud deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət maddihüquqi əsassızlığı ilə yanaşı, cinayət-prosessual qanunvericiliyin bir sıra imperativ normalarının pozuntusu ilə tərtib edilmişdir və bu ayrılıqda onun icraata qəbulundan imtina üçün kifayət edən müstəqil əsasdır. Xüsusi ittihamçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, ittiham üzrə sübutetmə yükünü daşıyır. Təqdim edilmiş materialda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, lakin əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsi tələb edir ki, şikayətdə iddia olunan hallar “hansı şahid ifadələri ilə..., hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi” konkret göstərilsin. Bu prosessual pozuntular məcmu halında, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin icraata qəbulundan imtina üçün müstəqil və yetərli əsas yaradır. Məhkəmənin hazırlıq iclası, həmçinin, şikayətdə təsvir olunan əməlin prima facie (ilk baxışda) cinayət tərkibi yaradıbyaratmadığını da müəyyən etməlidir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə ("şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə") əsasən, şikayətin icraata qəbulundan imtina üçün növbəti əsasdır. Yuxarıda şərh edilənlərin məcmusuna əsasən, məhkəmə hesab etmişdir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət hüquqi baxımdan əsassızdır, qanunun tələblərinə cavab vermir və cinayət təqibinin başlanması üçün heç bir maddi və prosessual əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, ilkin şikayət hüquqi əsaslar olmadan verdildiyinə görə və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Namiq Cəfərov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1293/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1293/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver