Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1302/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə) ## ######## 1987-ci ildə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, biri azyaşlı olmaqla himayəsində üç yetkinlik yaşına çatmamış uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, C.Ibrahimli küçəsi, ev 100 ünvanında yaşayan, ## ### 2026-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə həbs olunduğu vaxtdan, ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına keçirilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi Narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən 1 (bir) ədəd ağ rəngli sellofan bağlamada təmiz çəkisi 45,0 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində tünd qəhvəyi rəngdə olan əl çantasında saxlayaraq əlində daşımış, Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ## ### 2026-cı il tarixdə saat 12:26 radələrində ünvan 1 ünvanında saxlanılaraq orada videoçəkilişlə üstünün yoxlanılması zamanı üzərindəki tünd qəhvəyi rəngdə olan əl çantasından 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 45,0 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi və şəxsə bəraət verilməsini, mümkün olmadığı təqdirdə barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cinayətin törədilməsində hüquq-mühafizə orqanlarının təhriki (polis təxribatı) əlamətləri mövcuddur. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu C.Ibrahimli küçəsi *** saylı evdə yaşamışdır. Telefonuna xarici nömrədən zəng edən adının Oktay olduğunu deyən, naməlum şəxslə tanış olmuşdur. Həmin şəxs ona geolokasiya (konum) göndərərək Yasamal rayonu ərazisində “Inşaatçılar” metro stansiyasının müəyyən yerindən narkotik vasitə və elektron tərəzini götürməyi, daha sonra başqa ünvana aparmasını və bunun müqabilində ona, 200 manat ödəniləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs gedib narkotik vasitə və elektron tərəzini “Inşaatçılar” metro stansiyası tərəfdən taparaq evinə gətirmiş, ##.##.2026-cı il tarixdə, iranlı Oktay ona geolokasiya (konum) göndərərək narkotik vasitəni və tərəzini Badamdar qəsəbəsində konumda olan yerə aparıb qoymasini və ona qoyduğu yerin konumunu göndərməsini tapşırmışdır. Təqsirləndirilən şəxs narkotoki evdə qoyaraq, Badamdar qəsəbəsində konumda olan yeri müəyyən etmək, tapmaq məqsədilə getmiş, həmin yeri tapdıqdan sonra evinə qayıtmışdır. Iş materiallarında olan 2 diskə məhkəmədə baxış keçirildi, 1-ci diskə baxış keçirilən zaman müəyyən olundu ki, polis əməkdaşları Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində konumda olan yerə gedib, həmin yeri tapmasını videoya çəkmişlər, deməli aydın olur ki, əməliyyatçılar Könülün həmin əraziyə baxış keçirməsini əvvəlcədən müşahidə etməyə hazırlaşıblar və onu nəzarətdə saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs qayıdib evindən narkotik vasitəni və elektron tərəzini götürərək küçəyə çıxan kimi polis əməkdaşları ona yaxınlaşmış, üzərində baxış keçirmiş və onu saxlamışlar. Bu ardıcıllıq göstərir ki, hüquqmühafizə orqanları cinayətin qarşısını almaq əvəzinə prosesi izləyərək onun tamamlanmasını gözləmişlər. Əgər polis əməkdaşlarında əvvəlcədən Könül barəsində məlumat və ya raport mövcud idisə, onun evdən narkotik götürməsinin qarşısını almaq, yaxud onu daha əvvəl saxlamaq imkanları olmuşdur. Əksinə, hadisələrin gedişi göstərir ki, cinayətin baş verməsi nəzarət altında saxlanılmışdır. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulan ədalətli mühakimə hüququna, habelə Avropa Insan Hüquqları Konvensiyasının 6- cı maddəsinə ziddir. Avropa Insan Hüquqları Məhkəməsinin Teixeira de Castro v. Portugal, Ramänauskas V. Lithuania və Vanyan v. Russia işləri üzrə (1998. Polisin onu narkotiki almağa təhrik etməsindən bəhs edir) formalaşdırdığı hüquqi mövqeyə görə dövlət orqanları şəxsi cinayət törətməyə təhrik edə və ya cinayət niyyətini formalaşdıra bilməzlər. Belə hallarda əldə olunmuş sübutlar ədalətli məhkəmə araşdırması prinsipi ilə uzlaşmır. Birinci instansiya məhkəməsi bu arqumentlərə hüquqi qiymət verməmiş, xarici nömrədən zəng edən şəxsin müəyyən edilməsi, onun hüquq-mühafizə orqanları ilə mümkün əlaqəsi, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyi yə polis əməkdaşlarının hərəkətlərinin məqsədi araşdırılmamışdır. Iranlı Ortayın adlı şəxsin kimliyi, onun Azərbaycanda əlaqə saxladığı şəxslər, zəng və əlaqə məlumatları, eləcə də geolokasiyada(konum) göstərilən yerə narkotik vasitəni yerləşdirən şəxsin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılmamışdır. Birinci instansiya məhkəməsində bildirdi ki, xarici ölkədə olan şəxsin narkotik vasitəni şəxsən Yasamal rayonu ərazisində gizlətməsi mümkün görünmür. Deməli, həmin göstərişlərin Azərbaycanda olan digər şəxs və ya şəxslər vasitəsilə icra edilməsi ehtimalı mövcuddur. Bu ehtimal araşdırılmadan yalnız Könülün cinayət məsuliyyətinə cəlb olunması iş üzrə həqiqətin tam müəyyən edilməsinə imkan vermir. Təqsirləndirilən şəxs məhkəmədə, bildirdi ki, saxlanılan an polis əməkdaşı "işi yerində həll etmək olar" məzmununda ifadə işlətmişdir(bunu həyat yoldaşı da bildirir). Məhkəmə bu iddianın yoxlanılması üçün polis əməkdaşlarını həmin xüsusat üzrə sorğu-sual etməmiş, iddiaya hüquqi qiymət verməmişdir. Müdafiə tərəfi olaraq, hesab edir ki, həmin hal sübut olunmuş fakt kimi deyil, işin obyektiv araşdırılması üçün yoxlanılmalı xüsusat kimi qiymətləndirilməlidir. Iş üzrə əsaslı araşdırılmalı olan bir sıra mühüm məsələlər cavabsız qalmışdır: -xarici nömrənin kimə məxsus olması; həmin şəxsin müəyyən edilməsi üçün hansı tədbirlərin görülməsi; -:geolokasiya məlumatlarının mənşəyi; -polis əməkdaşlarının hadisədən əvvəl hansı məlumatlara malik olması; -Təqsirləndirilən şəxs izlənilməsinə hansı əsasla başlanılması. Bu hallar araşdırılmadan çıxarılmış hökm Cinayət-Prosessual Məcəlləsinin sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsiplərinə uyğun hesab edilə bilməz. Şəxsiyyəti xarakterizə edən hallar kifayət qədər nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən asılı olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış üç azyaşlı uşaqları var ki, bunlardan iki övladı 13 və 14 yaşında, digər qızı isə cəmi 4 yaşındadır. Məhkəmə hökmündə, uşaqların faktiki olaraq birlikdə yaşadığı şəxsin himayəsində qalacağı göstərilsə də, azyaşlı qızın mənafeyi, anaya olan bağlılığı və onun inkişafına təsir məsələləri kifayət qədər qiymətləndirilməmişdir. Cinayət Məcəlləsinin cəzanın humanizmi və fərdiləşdirilməsi prinsipləri baxımından bu hallar daha ətraflı nəzərə alınmalı idi. Apellyasiya Məhkəməsi hökmün tam ləğvi və bəraət hökmünün çıxarılması barədə nəticəyə gəlmədiyi halda, məhkəmədən xahiş olunur ki, məhkumun şəxsiyyəti, narkotik asılılığının mövcudluğu, azyaşlı uşaqlarının olması və ailə vəziyyəti nəzərə alınaraq ona münasibətdə daha yüngül hüquqi nəticə tətbiq edilsin. Birinci instansiya məhkəməsində məhkəmə çıxışında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən cəzanın icrasının təxirə salınması barədə xahiş etsə də, məhkəmə həmin maddənin tətbiq edilməsinin mümkün olub-olmamasına dair hüquqi mövqe bildirməmişdir. Həmçinin müdafiə tərəfinin, onun birinci instansiyada irəli sürdüyü vəsatət nəzərə alınaraq, qanunvericiliyin buna imkan verdiyi təqdirdə cəzanın icrasının azyaşlı qızının qanunda nəzərdə tutulan yaş həddinədək təxirə salınması məsələsinə hüquqi qiymət verilməsi xahiş olunur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*- *)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, məhkum olunmuş şəxsin məhkum olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi sübuta yetirilmədiyinə görə bəraət hökmünün çıxarılmasını, mümkün olmadığı təqdirdə barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfi apellyasiya icraatında bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli qərarının 9cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1 ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda-45 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Birinci instansiya məhkəməsi ittiham hökmünü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir. “Instagram” sosial şəbəkəsi vasitəsi ilə “Oktay” adlı Iran Islam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Oktay ona iş təklif etmiş və ona “sən hələ yenisən, bir-iki adam var, sən o adamları görməyəcəksən, mən özüm onlarla əlaqə saxlayacağam, psixotrop maddə metamfetamini mən deyən yerə aparıb qoyacaqsan, mən də hər dəfə sənə 200 manat hörmət edəcəyəm” demişdir. Maddi vəziyyətinin çətinliyinə və özünün də narkotik vasitə istifadəçisi olduğuna görə psixotrop maddə metamfetamindən yararlanmaq üçün “Oktay” adlı Iran Islam Respublikası vətəndaşının təklifini qəbul etmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üç uşağı var, işsizdir. Əvvəlcə “Oktay” adlı Iran Islam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 5-6 dəfə narkotik vasitə almışdır, lakin bir müddətdən sonra narkotik vasitələrdən sadəcə istifadə üçün yox, həmçinin narkotik vasitələrin satışı ilə də məşğul olmağa başlamışdır. 45 qram olan psixotrop maddə metamfetamini və elektron tərəzini götürmək üçün Oktayın dediyi əraziyə, “Inşaatçılar” metro stansiyasının ərazisinə getmiş və oradan psixotrop maddə metamfetamin ilə elektron tərəzini götürmüşdür. Psixotrop maddə metamfetamini götürdüyü zaman orada metamfetaminin yanına qoyulmuş elektron tərəzinin batareyasını dəyişmişdir. Oktay tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Ödəniş edilməməsinin səbəbi kimi isə onun polis əməkdaşları tərəfindən saxlanılması olmuşdur. Saxlanıldığı üçün “Oktay” adlı Iran Islam Respublikası vətəndaşının tapşırığını tam yerinə yetirə bilməmişdir. Ibtidai istintaq zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Bundan əvvəl heç vaxt psixotrop maddə metamfetamindən gəlir əldə etməmişdir. Oktay ona “psixotrop maddə metamfetamini hara desəm oraya qoyacaqsan, həmin yerdən mənə konum atacaqsan, mən isə o insana atacağam” demişdir. O sadəcə Oktayı tanıyıb, psixotrop maddə metamfetamini götürəcək şəxslə yalnız Oktay əlaqə saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının olmasını nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cii maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Liman şəhəri, M.Ibayev küçəsi ev 16-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, C.Ibrahimli küçəsi, ev 100-də yaşayır. Təxminən bir ay bundan əvvəl «Instaqram» sosial şəbəkəsi vasitəsi ilə Iran Islam Respublikasının vətəndaşı olan Oktay adlı şəxslə tanış olmuşdu. Tanışlıq zamanı sonuncu ona psixotrop maddə hesab edilən metamfetamini Oktayın sonradan bildirmiş olduğu ünvana, yəni konum vasitəsi ilə götürüb daşımağını, bunun müqabilində isə pul vəsatini verəcəyini bildirmişdir. Onun maddi vəziyyəti çətin olduğundan və özü də narkotik və psixotrop maddə audəçisi olduğundan Oktayın təklifi ilə razılaşmış və sonuncu ona öz əlaqə nömrəsini, eləcə də o, Oktaya öz əlaqə nömrəsini vermişdi. Oktayın təklifi ilə razılaşdıqdan sonra təxminən üç gün əvvəl +989398802557 nömrədən onun istifadə etdiyi +************ saylı mobil nömrəsinə «Watsapp» ani mesaclaşma tətbiqi vasitəsi ilə sonuncu əlaqə saxlayaraq Bakı şəhəri,Yasamal rayonu, “inşaatçılar” metrostansiyasının yaxınlığına psixotrop maddə qoyduğunu, həmin psixotrop maddəni konum vasitəsi ilə oradan onun götürməyini və 200 manat məbləğində pulun müqabilində hara qoycağı barədə ona məlumat verəcəyini bildirmiş və o da qeyd edilən ünvandan həmin psixotrop maddəni götürərək özündə saxlamışdı. ##.##.2026-cı il tarixdə Oktay onunla əlaqə saxlayaraq həmin psixotrop maddəni Bakı şəhəri, Babamdar qəsəbəsində bir ünvana aparıb qoymağını bildirmişdir. O da yaşadığı ünvan 3 saylı ünvandan piyada olaraq çıxan zaman saat 12:26-da həmin ünvanda tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ona məlum olmuşdu ki, həmin şəxslər Səbail RPI-nin NMB-nin polis əməkdaşlarıdır. Orada hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəklişlə onun üzərinin yoxlanılacağını ona bildirmişlər, o da öz növbəsində buna etiraz etməmişdi. Çəkiliş başladıqdan sonra ona üzərində olan qeyriqanuni əşya və predmeti könüllü təqdim etməyi təklif olunmuşdu. O da içərisində psixotrop maddə olan, əlində saxladığı tünd qəhvəyi rəngdə olan əl çantasını polis əməkdaşlarına təqdim etmişdi. Çantasının içərisindən içərisində psixotrop maddə metafetamin olan 1 ədəd sellofan bağlama, bir ədəd elektron tərəzi və “Huawey” markalı mobil telefon aşkar edilmişdi. Aşkar edilmiş psixotrop maddə, elektron tərəzi və mobil telefon sübut əhəmiyyətinə malik ola biləcəyi üçün zərfə qoyularaq Daxili Işlər Nazirliyinin zərflər üçün ** saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdı. Daha sonra polis əməkdaşları onu Səbail RPI-nə dəvət etmişlər. Hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəklişlə üzərindən aşkar edilmiş şəffaf sellofanın içərisndə olan psixotop maddə hesab edilən metamfetaminə baxış və götürmə aparılmış və həmin maddə yenidən zərfə qoyularaq qablaşdırılmışdı. Üzərindən aşkar edilmiş psixotrop maddəni o, Iran Islam Respublikasının vətəndaşı olan Oktay adlı şəxsin göstərişinə əsasən götürmüşdü ki, sonuncunun deyəcəyi ünvana qoyduqdan sonra ona 200 manat məbləğində pul vəsaiti verəcəyi üçün üzərində saxlamışdı. Üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyəti olmamışdır. Elektron tərəzini Iran Islam Respublikasının vətəndaşı olan Oktay adlı şəxsin vermiş olduğu psixotrop maddəni çəkərək lazım olan ünvanlara qoymaq üçün üzərində saxlamışdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Səbail RPI-nin X13 baş əməliyyat müvəkkili vəzifəsində işləyən şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında ## ### 2026-cı il tarixdə əməliyyat-axtarış tədbirinin hazırlanıb keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin qərara əsasən keçirilən əməliyyataxtarış tədbiri zamanı Səbail RPI-nin X13 əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayou şahid3 və R şahid2 da həmin qrupa daxil edilmişdi. ## ### 2026-cı il tarixdə saat 12:26 radələrində qrupun digər üzləri şahid3 və şahid2la birlikdə izləyərək Təqsirləndirilən şəxs əlində qəhvəyi rəngli əl çantası yaşadığı Bakı şəhəri Səbail rayonu C.Ibrahimli küçəsi *** saylı evdən çıxdığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şübhələ olduğu üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs üstünü yoxlama hərəkətinə başlamış, videoçəkilişi əməliyyat müvəkkili şahid3 həyata keçirmişdi. Təqsirləndirilən şəxs əlində saxladığı əl çantasını açaraq içərisindən 1 (bir) ədəd işlək vəziyyətdə olan elektron tərəzini və 1 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, suallara cavab olaraq bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Həmin büküm tərəflərindən açılıb baxıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olduğu müəyyən edilmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, qara rəngli şalvarının cibindən 40 manat pul, siqaret və alışqan aşkar edilmiş, həmin əşyalar və pul sonuncuya qaytarılmışdı. Şahid şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni hara qoyacağından məlumatlı olmamışdır. Dindirilmiş şahid şahid2 şahid şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və Təqsirləndirilən şəxs döymədiklərini, sonuncuya qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərardan görünür ki, ## ### 2026-cı il tarixdə ünvan 1 saylı ünvanın qarşısında olarkən Səbail RPI-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman 01 ədəd qəhvəyi rəngli əl çantasının içərisindən 01 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş içərisində 45 qram psixotrop maddə olan metamfetamin, aşkar edilərək götürülməsi faktına görə Səbail RPI-nin TŞ-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır.(i.v.1-2) “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ## ### 2026-cı il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Səbail RPI əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılmış və üzəri yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilib və Təqsirləndirilən şəxs 1 (bir) ədəd qəhvəyi rəngli dəri çanta təqdim etdi, həmin çantanın içərisində 1 (bir) ədəd şəffaf sellofan paketə bükülmüş kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd “Huawei” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən içərisində 2 (iki) ədəd siqaret dənəsi olan 1 (bir) ədəd “Vinston” markalı siqaret qutusu, 1 (bir) ədəd 20 (iyirmi) manatlıq, 2 (iki) ədəd 10 (on) manatlıq pul əskinasları aşkar edilmişdir. Mobil telefon və elektron tərəzi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür.(i.v.17-19) “Məhkəmə kimyəvi ekspertizası”nın ## ### 2026-cı il tarixli, **/**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...." sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 1 ədəd bükümdə təmiz çəkisi-45 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “elektron tərəzi” sözləri qeyd edilmiş zərfdə olan bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir.(i.v.44-48) “Maddi sübut kimi tanınması barədə” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 44,95 qram olan metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və maddi sübutlar Səbail RPI-nin saxlanc yerində saxlanılır.(i.v.136-145) “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın ## #### 2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür.(i.v.128-129) “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Huawei” markalı mobil telefon qaytarılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 3 (üç) ədəd disk iş maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.136-145) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” ## #### 2026 cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satmış şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.148-149) Iş üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə ibtidai istintaq zamanı verilmiş ifadəyə üstünlük vermişdir. Kollegiya bu mövqeyi əsaslı sayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğundur. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Həmçinin məhkum edilmiş şəxsin ifadəsinin dəyişilməsinin səbəbini ağlabatan şəkildə izah etməmiş, fiziki və ya psixi təzyiqə istinad etməmişdir. Odur ki, ifadələr, şəxsi axtarış və götürmə, tərəzi, eləcə də digər sübutlar məhkum edilmiş şəxsə bəraət verilməsini istisna edir. Göründüyü kimi məhkəmə məhkum edilmiş şəxsin ifadəsində qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxsin məhkəmədə irəli sürdüyü dəlillər əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədilə narkotik vasitənin əldə edilməsi əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs yanlış olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirli bilinməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiə tərəfi bəraət verilməsi mümkün olmadığı təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Cəza məsələsinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasını Cinayət Məcəlləsinin 79-cu maddəsi tənzimləyir. Həmin maddəyə əsasən, “şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.” Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilk növbədə məhkum ananın mənafeyini deyil, məhz ananın məsuliyyətsiz ictimai təhlükəli əməllərinə görə cavab verməli olmayan körpənin mənafeyinə xidmət edir və yalnız onun mənafeyinə xidmət edəcəyi və ictimai təhlükəli hərəkətlərə vasitə kimi sui-istifadə edilməyəcəyi sübuta yetirilərsə anaya təyin edilmiş cəza barədə tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## ####### 2017-ci il tarixli Qanunu ilə CM-nin 79.1-ci maddəsində “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilmişdir. Həmçinin, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 2013-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519-cu maddəsi yeni redaksiyada verilmiş, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.0.4-cü maddəcəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə”, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.1.4-cu maddəsi- cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə” kimi qeyd edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsi həll edilərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanı təsdiq edilməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən on dörd yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Məhkəmə qərarı böyük ictimai dəyərə malik olmaqla ədaləti və qanunçuluğu bərqərar etdiyini nümayiş etdirməli, ədalət mühakiməsi “ədalətli” olmalıdır. Stimulverici norma sayılan Cinayət Məcəlləsinin 79-cu maddəsi ona əsas vermir ki, azyaşlı uşağın olmasından cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə sui-istifadə edilə bilsin. Azərbaycan Respublikasının Konstitusiyasının “Dövlətin əsasları” fəslində nəzərdə tutulan 17-ci maddəsinə əsasən, “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən, “uşağın valideynləri tərəfindən sui-istifadə hallarından müdafiə olunmaq hüququ vardır”. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən, “uşağın həyat və sağlamlığının təhlükədə olması, onun hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur”. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi sanksiyası daxilində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olması, törətdiyi cinayəti etiraf etməsi, ailə və maddi vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti və ailə vəziyyəti barədə təqdim olunmuş məlumatları araşdırıraq müəyyən etmişdir ki, onun 1 (bir) nəfəri az yaşlı olmaqla 3 (üç) nəfər yetkinlik yaşına çatmamış uşaqları vardır. Uşaqlar anasız böyüyür və ailə dağılmış vəziyyətdədir, uşaqlar onun əri ilə birlikdə qalır. Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması ilə bağlı tətbiq ediləcək cəzanın həmin azyaşlıların maddi-məişət şəraitinə ciddi və mənfi təsir göstərəcəyini məhkəmə nəzərə almışdır. Məhkəmə bu sosail və demoqrafik vəziyyəti nəzərə alaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində uşaqların olması, uşaqların anasız böyüməsi və uşaqların normal, sağlam psixoloji və sosial inkişaf üçün əhəmiyyətli çətinliklər yaratması hallarını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəzanı ağırlaşdırıcı halları müəyyən etməyib, yüngülləşdirən halları müəyyən edib və qeyd edilənləri, ailə şəraitini cəza təyini zamanı nəzərə alaraq orta həddə cəza təyin edib. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması və ya cəzasının çəkilməsinin təxirə salınması üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1302/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1302/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver