Məhkəmə qərarları › İş №1(3-6)-1305/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1305/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1305/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə (hakimlər X5 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) ## ####### 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ### 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata götürülmüşdür. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021- ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri hökmdən çıxarılmaqla cəzası 05 (beş) il 08 (səkkiz) ay saxlanıldıqdan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad olunduqdan sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə şahid6 məxsus 2013-cü il buraxılışlı “Hyundai Grandeur” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısına məxsus avtomobil kimi təqdim etməklə həmin avtomobili şahid7 22.000 manat məbləğində pula satmağa razılaşıb onun adına sənədləşdirəcəyini yalandan vəd edib aldadaraq ## ######## 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsində sonuncudan ilkin ödəniş olaraq 9.500 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs şahid7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində gəzdirmiş, həmçinin satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən külli miqdarda 6,415 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 saylı ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ### 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 01:10-da qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi * saylı ünvanda yerləşən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - 6,415 qram çəkidə psixotrop maddə metamfetamin, şalvarının sağ bel hissəsindən isə soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü, onun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı nəzərə alınmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri hökmdən çıxarılmaqla cəzası 05 (beş) il 08 (səkkiz) ay saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda cəzadan şərti azad edildiyi müddətdə yenidən qəsdən cinayət törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə qəti cəza təyini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı nəzərə alınmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun müəyyən olunmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmünə əsasən hökmlərin məcmusu üzrə qəti cəzanın təyin olunmasına yenidən baxılmalıdır. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş, Bakı Apellysiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində cinayət təqibinə xitam verilmiş, onun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində cinayət təqibinə xitam verilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə qəti cəza təyin olunması barədə göstəriş və müddəalar xaric edilmiş və üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 verilmiş protestin məzmununa uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya protestinə etiraz edərək protestin təmin olunmamasını, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək, belə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Işin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya protestinin dəlillərində hökmün cinayət qanunu normasının düzgün tətbiq edilməsi əsası ilə dəyişdirilməsi xahiş edilmişdir. Bununla belə məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahid ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət əməlinin tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya protestinin dəlili cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun norması düzgün tətbiq olunmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq ona münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hökmdə istinad edilən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat Statistik və Informasiya Idarəsinin ## ######## 2023-cü il tarixli tələbnaməsindən və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri hökmdən çıxarılmaqla cəzası 05 (beş) il 08 (səkkiz) ay saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhər Probasiya Idarəsinin ## ####### 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı Idarənin icraatına ## ###### 2022-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs cəza müddəti ## ### 2024-cü il tarixdə başa çatmışdır. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsini cinayətin təhlükəli residivi kimi qiymətləndirmiş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı nəzərə alınmamışdır. Qeyd edilir ki, məhkəmə bu zaman tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq etməklə cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edildikdən sonra, Təqsirləndirilən şəxs məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda cəzadan şərti azad edildiyi müddətdə yenidən qəsdən cinayət törətmişdir. Qeyd edilir ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə məhkum edilmiş şəxsə hökmlərin məcmusu üzrə cəza təyin etməli idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. - 67.1-ci maddəsində isə göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. - 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı onun cəzadan şərti azad edildiyi müddətdə yenidən qəsdən cinayət törətdiyini nəzərə almadan cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 403, 407 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə saxlanılan 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı ləğv edilsin. “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar