Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1327/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, məhkum edilmiş təqsirləndirilən şəxs1 və müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- */**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş təqsirləndirilən şəxs1 və zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Rufan Mürsəlov) ## #### 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli ## ###### 2025-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda Qobustan Penitensianar müəssisəsində cəza çəkən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş hazırkı cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2026-cu il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxs1 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirləndirilən şəxs1 əvvəlki iş üzrə ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılması və təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-ci il tarixli hökmünə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsinin nəzərə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə mülki iddia olmamasının nəzərə alınması, zərərçəkmiş şəxslərə yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik olmalarının izah edilməsi hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsini satacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə, zərərçəkmiş şəxs1 Abşeron rayonu Qobu Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilməmiş, həmin qurumlara aid möhürlərlə eynilik təşkil etməyən relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmaqla istintaqa məlum olmayan şəraitdə sonuncunun adına saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən «##.##.2011-ci il tarixli **** nömrəli Torpaqların alqı satqısına dair akt»ı, «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin ##.##.2011-ci il tarixli **** №-li rəyi»ni, «Azərbaycan Respublikası Abşeron rayon X6 ## ###### 2007-ci il tarixli ** №-li qərarı»nı saxta olduğunu bilə-bilə istifadə edib təqdim edərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs1 ## ###### 2022-ci il tarixdə ünvan * saylı ünvanda yerləşən ** saylı notariat ofisində 4.000 manat, 2023-cü ilin avqust ayı ərzində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən onun göndərdiyi kart hesabına köçürdüyü 3.000 manat və 2024-cü ilin aprel ayında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində verdiyi 400 manat olmaqla zərərçəkmiş şəxs1 ümumilikdə 7.400 manat məbləğində pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs4 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsini satacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə, zərərçəkmiş şəxs4 Abşeron rayonu Qobu Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilməmiş, həmin qurumlara aid möhürlərlə eynilik təşkil etməyən relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmaqla istintaqa məlum olmayan şəraitdə sonuncunun anası X3 adına saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən «##.##.2014-cü il tarixli **** nömrəli Torpaqların alqı satqısına dair akt»ı, «Azərbaycan Respublikası Abşeron rayon X6 ## ###### 2007-ci il tarixli ** №-li qərarı»nı, «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin ##.##.2014-cü il tarixli **** №-li rəyi»ni saxta olduğunu bilə-bilə istifadə edib təqdim edərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs4 2023-cü ilin noyabr ayında Abşeron rayonu, Qobu qəsəbəsində 500 manat, həmin ilin dekabr ayının sonunda ünvan 2 saylı ünvanda yerləşən ət dükanında 500 manat, 2024-cü ilin yanvar ayının ortalarında həmin ünvanda 200 manat, həmin ilin yanvar ayının sonunda qeyd olunan ünvanda 250 manat olmaqla zərərçəkmiş şəxs4 ümumilikdə 1.450 manat məbləğində pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs3 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsini satacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə, zərərçəkmiş şəxs3 Abşeron rayonu Qobu Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilməmiş, həmin qurumlara aid möhürlərlə eynilik təşkil etməyən relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmaqla istintaqa məlum olmayan şəraitdə sonuncunun atası X4 adına saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən «##.##.2010-cu il tarixli ***/** nömrəli Torpaqların alqı satqısına dair akt»ı, “Azərbaycan Respublikası Abşeron rayon X6 ## ###### 2007-ci il tarixli ** №-li qərarı»nı, «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin ##.##.2010-cu il tarixli *** №-li rəyi»ni saxta olduğunu bilə-bilə istifadə edib təqdim edərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs3 2023-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində 250 manat, həmin ilin dekabr ayının ortalarında Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən çayxanada 3.950 manat, həmin ilin dekabr ayının sonunda Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Kardeşler» un məmulatları kafesində 1.000 manat olmaqla zərərçəkmiş şəxs3 ümumilikdə 5.200 manat məbləğində pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs5 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsini satacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə, zərərçəkmiş şəxs5 Abşeron rayonu Qobu Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilməmiş, həmin qurumlara aid möhürlərlə eynilik təşkil etməyən relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmaqla istintaqa məlum olmayan şəraitdə sonuncunun atası X1 adına saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən «##.##.2014-cü il tarixli **** nömrəli Torpaqların alqı satqısına dair akt»ı, «Azərbaycan Respublikası Abşeron rayon X6 ## ###### 2007-ci il tarixi ** №-li qərarı»nı, «Azərbaycan Respublikası Dövlət Torpaq və X12 rayon Şöbəsinin ##.##.2014-cü il tarixli **** №-li rəyi»ni saxta olduğunu bilə-bilə istifadə edib təqdim edərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs5 2023-cü ilin dekabr ayının əvvəllərində Abşeron rayonu, Qobu qəsəbəsində 1.000 manat, həmin ilin dekabr ayının ortalarında eyni ünvanda 500 manat, həmin ilin dekabr ayının sonunda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 400 manat olmaqla zərərçəkmiş şəxs5 ümumilikdə 1.900 manat məbləğində pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsini satacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə, zərərçəkmiş şəxs2 Abşeron rayonu Qobu Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilməmiş, həmin qurumlara aid möhürlərlə eynilik təşkil etməyən relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmaqla istintaqa məlum olmayan şəraitdə sonuncunun adına saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən «##.##.2023-cü il tarixli **** nömrəli Torpaqların alqı satqısına dair akt»ı, «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin ##.##.2014-cü il tarixli **** №-li rəyi»ni, «Azərbaycan Respublikası Abşeron rayon X6 ## ###### 2007-ci il tarixli ** №-li qərarı»nı saxta olduğunu bilə-bilə istifadə edib təqdim edərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs2 ## ###### 2024cü il tarixdə öz yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evində 1.000 manat, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Xəyal» kafesində 7.000 manat, ## ###### 2024-cü il tarixdə öz yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evində 2.000 manat olmaqla zərərçəkmiş şəxs2 ümumilikdə 10.000 manat məbləğində pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsindən çıxarış düzəltdirəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs2 ## ##### 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Əli market»in qarşısında 1.000 manat, ## ##### 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 4 yerləşən ünvandan ***-***-**-** saylı GSM mobil nömrəsindən «M10» tətbiqi vasitəsilə tanışına məxsus ****-****-****-**** saylı bank kartı hesabına köçürülmüş 250 manat, ## ##### 2024-cü il tarixdə yenidən eyni ünvandan tanışına məxsus ****-****-****-**** saylı bank kartı hesabına köçürülmüş 300 manat, ## ##### 2024-cü il tarixdə zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Xəyal» kafesinin qarşısında 1.150 manat, ## #### 2024- cü il tarixdə Bakı şəhəri, ünvan 4 yerləşən ünvanında ***-***-**-** saylı GSM mobil nömrəsindən «M10» mobil tətbiqi vasitəsilə tanışına məxsus 5239-15********* saylı bank kartı hesabına köçürülmüş 180 manat olmaqla zərərçəkmiş şəxs2 ümumilikdə 2.880 manat məbləğində pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək qrup üzvü təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmünə yenidən baxılmasını və daha yüngül cəza növü ilə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm verilərkən ilk məhkumluğunun olması, dəymiş zərərin qismən ödənilməsi, himayəsində 3 azyaşlı övladının olmaqla ailəsinin yeganə gəlir gətirəni olması, əməlindən səmimi peşimançılıq keçirməsi nəzərə alınmamış və ədalətsiz olaraq ağır cəza verilmişdir. Həmin hökmdən zərərçəkmiş zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək, təqsirləndirilən təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2ci maddələri ilə təqsirləndirilərək həmin maddələrdə göstərilən yuxarı hədd ilə cəzalandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. təqsirləndirilən şəxs1 törətdiyi əmələ münasibətdə ona verilən cəza azdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə razılaşmır. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilərək təqsirləndirilən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilərək həmin maddələrdə göstərilən yuxarı hədlə cəzalandırılmalıdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi1 verilmiş öz apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- */**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilərək təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə dəyişdirilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 öz apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilərək həmin maddələrdə göstərilən yuxarı hədd ilə cəzalandırılmasına dair qərar qəbul edilməsini, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 zərərçəkmiş şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısının təklif etdiyi həddə təmin edilməsinə etiraz etmədiyini bildirdi, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilərək cəzanın ağırlaşdılması, həmçinin təqsirləndirilən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə də təqsirləndirilməsi xahiş edilmiş. Məhkum edilmiş şəxs apellyasiya şikayətində təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə dəyişdirilməsini xahiş etmişdir. Bununla belə məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahid ifadələrinə müqayisəli şəkildə qiymət verərək, təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir ki, məhkəmə haqlı olaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət əməlinin tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkum edilmiş təqsirləndirilən şəxs1 təyin edilmiş cəza ilə bağlı apellyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş təqsirləndirilən şəxs1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün müəyyən etmişdir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir... məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər... cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Hökmdən görünür ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs1 cəza təyin edilərkən onun əməlini etiraf edərək peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs6 ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib, cəzanı ağırlaşdıran halların isə olmaması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsin əməlindən peşiman olması, zərərçəkmiş şəxslərin birinə münasibətdə dəymiş ziyanın qismən ödənilməsi, cəzanı ağırlaşdıran hallar olmaması, himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin şəxsiyyəti, əməlin ictimai təhlükəlilik dərəcəsi, xarakteri nəzərə alınaraq, şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş cəza qanuni və ədalətli hesab edildiyindən məhkum edilmiş şəxs barəsində cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Kollegiya bildirir ki, qeyd edilən maddələrin sanksiyasında daha yüngül cəza növləricərimə və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulsa da, həm sosial ədalət baxımından, həm də təyin edilmiş cəzanin islahedici təsiri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbi nəzərə alınaraq təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli hesab edilir. Məhkum edilmiş şəxsin apellyasiya şikayəti ilə bağlı kollegiya hesab edir ki, hazırki halda məhkum edilmiş təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan cəza çəkməsi mümkün hesab edilmədiyindən barəsində təyin edilmiş şikayətində təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə dəyişdirilməsi məqsədə müvafiq deyildir. Eyni zamanda, hesab edilir ki, məhkum edilmiş şəxsin cəzasını ağırlaşdıran yeni hallar müəyyən edilmir və zərərçəkmiş şəxsin apellyasiya şikayətində qeyd edilən dəlillər hökmün dəyişdirilməsinə əsas vermir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- */**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş təqsirləndirilən şəxs1 və zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş təqsirləndirilən şəxs1 və zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(3-6)-1327/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1327/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver