Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1338/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi “Prospekt” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı. ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, hakimlər X1 və X4 ibarət tərkibdə) ## #### 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı ehtimal edilən “Vəli” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun verəcəyi külli miqdarda narkotik vasitələri deyəcəyi yerlərəçatdırmaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bir qrup şəxs halında, həmin şəxsdən istintaqa məlum olmayan vaxtda və yerdən, 07 ədəd bükümdə, ayrı- ayrılıqda çəkiləri 1025 qram, 1025 qram, 1055 qram , 995 qram, 1035 qram, 1055 qram və 1060 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, Bakı şəhəri Sabunçu rayonu Qala Ramana ərazisində yerləşən “Qala” restoranı yaxınlığında yerləşən iki ünvana və yaşadığı ünvan 1 ünvanına daşıyaraq saxlamış, ## #### 2026-cı il tarixdə saat 22:20 dəqiqədə DIN-nin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Qala Ramana ərazisində yerləşən “Qala” restoranı yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq həmin gün saat 22:25-dən saat 22:51-dək, həmin ünvanda gizlətdiyi 03 ədəd bağlamalarda külli miqdarda ayrı ayrılıqda təmiz çəkiləri 1025 qram, 1025 qram və 1055 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurdulmuş marixuana, həmin gün saat 23:10-dan saat 23:23-dək yaşadığı ünvan 1 ünvanından isə 04 ədəd bağlamalarda külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram, 1035 qram, 1055 qram, 1060 qram çəkidə olan, ümumi təmiz çəkiləri 7250 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə düzgün və yenidən baxılmasını xahiş etmişdir. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini, müdafiə etdiyi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı psixoloji təzyiq və hədə-qorxu altında alınmış bütün “etirafedici” ifadələrini, həmin ifadələr əsasında tərtib edilmiş istintaq hərəkəti protokollarını və videoçəkilişləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən yolverilməz sübut hesab edilməsini, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi baş vermədiyi və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini və onun məhkəmə zalından dərhal azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs saxlanıldığı andan etibarən daxili işlər orqanlarının əməkdaşları tərəfindən psixoloji təzyiqə və hədə-qorxuya məruz qaldığını bildirmişdir. Onun izahatına görə, ailə üzvləri, xüsusilə Qarabağ müharibəsi veteranı olan qardaşı barəsində cinayət təqibi başlanacağı ilə bağlı hədələr səsləndirilmiş, nəticədə istintaqın hazırladığı məzmunda ifadə verməyə məcbur olmuşdur. Iş materiallarından da görünür ki, D.Əfrail əvvəllər * saylı Psixiatriya Xəstəxanasında qeydiyyatda olmuş, sağlamlıq vəziyyəti ilə bağlı müəyyən problemləri mövcuddur. Bundan əlavə, hər iki ayağında metal implantların olması, ürək-damar sistemi ilə bağlı narahatlıqları, ailə vəziyyəti və üzərində olan sosial məsuliyyət onun psixoloji durumuna təsir göstərə biləcək amillərdir. Bu hallar nəzərə alınmaqla, onun ibtidai istintaq zamanı verdiyi ifadələrin könüllülük prinsipi əsasında əldə olunub-olunmaması məhkəmə tərəfindən daha ətraflı araşdırılmalı idi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən, fiziki və ya psixi zor tətbiq etməklə, hədə-qorxu, aldatma və ya digər qanunsuz üsullarla əldə edilmiş məlumatlar sübut kimi istifadə oluna bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.4-cü maddəsi belə üsulların tətbiqini qadağan edir. Bu baxımdan müdafiə tərəfi hesab edir ki, ibtidai istintaq zamanı verilmiş etirafedici ifadələrin və həmin ifadələr əsasında aparılmış istintaq hərəkətlərinin yolverilənliyi ayrıca qiymətləndirilməli idi. Müdafiə etdiyi şəxs 4 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur və idarə etdiyi “Xəzər” markalı, 77- PS 849 dövlət qeydiyyat nişanlı avtomobildə daimi işlək vəziyyətdə olan videoqeydiyyatçı (registrator) olmuşdur. Saxlanılma anı, əməliyyatçıların ona qarşı hədə-qorxu tətbiq etməsi, avtomobildə heç bir narkotik vasitənin olmaması və bütün danışıqlar həmin videoqeydiyyatçının yaddaşına həkk olunmuşdur. Lakin əməliyyatçılar avtomobilə baxış keçirərkən həmin videoqeydiyyatçını və maqnitofonun yaddaş kartını (flaşkarti) qanunsuz olaraq sökərək götürmüşlər. Bu maddi sübutlar cinayət işinin materiallarına əlavə edilməmiş və taleyi barədə heç bir məlumat verilməmişdir. Bu, Təqsirləndirilən şəxs təqsirsizliyini sübut edə biləcək ən mühüm maddi sübutun məqsədli şəkildə gizlədilməsi və ya məhv edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsi təqsirsizlik prezumpsiyası prinsipini təsbit edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayət təqibi ilə bağlı qanunvericiliyin tətbiqi zamanı meydana çıxan və aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Ittiham tərəfi müdafiə etdiyi şəxsin avtomobilindən götürülmüş və onun təqsirsizliyini sübut edə biləcək videoqeydiyyatçını və yaddaş kartını məqsədli şəkildə gizlətmişdir. Bu sübutun gizlədilməsi ilə bağlı yaranan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə yozulmalı və hesab edilməlidir ki, həmin videoqeydlər müdafiə tərəfinin mövqeyini tam təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.4-cü maddəsinə görə, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə o, təqsirsiz hesab olunur. Ittihama əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə əldə etmişdir. Lakin müdafiə tərəfinin mövqeyinə görə, iş materiallarında satış məqsədini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Iş üzrə narkotik vasitənin satılması, satılması barədə əvvəlcədən razılığın əldə olunması və ya bu məqsədlə hər hansı maddi gəlirin əldə edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bundan əlavə, Respublika Narkoloji Mərkəzinin rəyi Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və məcburi müalicəyə ehtiyacı olduğunu göstərir. Bu hal da iş üzrə hüquqi qiymətləndirmə zamanı nəzərə alınmalı idi. Eyni zamanda ittihamda göstərilən "Vəli" adlı şəxsin kimliyi müəyyən edilməmiş, həmin şəxslə müdafiə etdiyim şəxs arasında qabaqcadan cinayət əlaqəsinin və vahid niyyətin mövcudluğu obyektiv sübutlarla təsdiq edilməmişdir. Bu baxımdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tətbiqinin əsaslılığı ayrıca qiymətləndirilməlidir. Iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satmasını, satmaq üçün razılıq əldə etməsini və ya hər hansı pul vəsaiti almasını təsdiq edən bircə dənə də olsun sübut yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2011-ci il tarixli * saylı Qərarının 9-cu bəndinə əsasən, satış niyyəti təkcə narkotik vasitənin miqdarı ilə deyil, həm də istehlakçı ilə əvvəlcədən razılıq, xırda bağlamalara bükülmə, avadanlığın olması və işin digər halları ilə təsdiqlənməlidir. Mövcud işdə isə bu halları təsdiq edən mötəbər sübut yoxdur. Əksinə, Respublika Narkoloji Mərkəzinin rəyi (cild 1, iş vərəqi 158-159) D.Əfrailin narkotik istifadəçisi olduğunu və məcburi müalicəyə ehtiyacı olduğunu təsdiq edir. Ittihamda D.Əfrailin istintaqa məlum olmayan “Vəli” adlı şəxslə əlbir olduğu iddia edilir. Lakin bu “Vəli” adlı şəxsin kimliyi müəyyən edilməmiş, onla cinayət əlaqəsinin olması, birgə niyyətin və razılaşmanın mövcudluğu heç bir sübutla (telefon danışıqlarının stenoqramı, maliyyə əməliyyatları və s.) təsdiqlənməmişdir. Mobil telefona baxış protokolunda qeyd olunan yazışmalar isə təzyiq altında əldə edildiyindən və məzmunu təsdiqlənmədiyindən mötəbər sübut sayıla bilməz. Bu səbəbdən, Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə verilən tövsif tamamilə əsassızdır. Iş materiallarından və şahid ifadələrindən aydın olur ki, D.Əfrail saxlanıldıqdan sonra, əvvəlcədən hazırlanmış ssenari üzrə, yalnız “lazımi” görüntünü əldə etmək məqsədilə videoçəkiliş aparılmışdır. Bu, açıq-aşkar əməliyyat tədbirinin qanunsuzluğuna və sübutların saxtalaşdırılmasına dəlalət edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək, məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, şikayətlərin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışından görünür ki, əməlin törədilməsi inkar edilmişdir. Məhkəmə ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. ## #### 2026-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə ********* saylı cinayət işi başlayaraq icraata qəbul edilmişdir. (cild 01, iş vərəqə 01) ## #### 2026-ci il tarixli raportdan görünür ki, qərəzsiz mənbədən daxil olmuş melumatda ## #### 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Khazar markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin narkotik vasitələri gizlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana ərazisində yerləşən "Qala" restoranın yaxınlığı ünvanlarında və ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilir. (cild 01, iş vərəqə 09) Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, avtomobilə və ya ünvanlara baxış keçirilməsi və əşyaların götürülməsi haqqında ## #### 2026-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd üzərində ********** nömrəsi olan Redmi markalı mobil telefonu, 11(on bir) manat pulu, 1(bir) ədəd səxsin özünə aid şəxsiyyət vəsiqəsini, 1(bir) ədəd **************** nömrəli bank kartını, 1(bir) ədəd şəxsin zünə aid sürücülük vəsiqəsi, 1(bir) ədəd nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsini, şalvarın sol yan cibindən 1(bir) ədəd avtomobil açarını təqdim etdi. Sonra üstü yoxlama zamanı sonuncunun əynindəki gödəkçənın sağ yan cibindən 1(bir) ədəd ev açarı(topası) aşkar olundu. Daha sonra sonuncunun üzərindən heç bir əşya predmet aşkar olunmadı. Iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon, 1(bir) ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 1(bir) ədəd sürücülük vəsiqəsini və 1(bir) ədəd bank kartı sonuncudan götürüldü və pul və digər əşyalar isə sonuncuya geri qaytarıldı. Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana ərazisində yerləşən "Qala" restoranın yaxınlığı ünvanlarında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə apardım. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən ünvanlarda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, narkotik vasitəni gizlətdiyi ünvandan 1(bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləsini təqdim etdi. Sonra həmin kütlə elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 1(bir) kq 62(altmış iki) qram oldu. Daha sonra aşkar olunmuş predmetlar qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Khazar markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı tomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop laddalen, qanunla dövriyyəsı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya anadlari verməsi təklif edildi. Avtomobilə baxış keçırıldı və avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Sonra Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana ərazisində yerləşən "Qala" restoranın yaxınlığı nvanlarında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut hamiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar oIduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparıldı. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən ünvanlarda olması ehtimal edilən külli miqdarda arkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə balik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, narkotik vasitəni gizlətdiyi digər ünvandan 2(iki) ədəd ağlamada qurudulmuş marixuanaya bənzər kütlələrini təqdim etdi. Sonra həmin kütilərə elektron tərazidə çəkildi qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 2(iki) kq 154(yüz əlli dörd) qram oldu. Daha sonra aşkar lunmuş predmetlər qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələrin qurudulmuş marixuana olmasını semin kütlələri 4 gun bundan qabaq Iran Islam Respublikası vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində izlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Üstünü yoxlama avtomobilə və ünvanlara baxış Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana ərazisində erləşən "Qala" restoranın yaxınlığı ünvanında keçirildi. Üstünü yoxlama və avtomobilə baxış zamanı «Iphones markalı mobil telefon vasitəsi ilə Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin baş əməliyyat vəkkili, R, şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMI-nin inzibati binasında tərtib edildi Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kımı və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Iştirakçılar tərəfindən şikayət, təklif ve protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1(bir) ədəd DVD elavə olundu. (cild 01, iş vərəqə 10-11) ## #### 2023-cı il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair protokoldan görünür ki, əməliyyat-axtarış tədbiri zamanı sonuncu ## #### 2025-ci il tarixdə, saat 22:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramanı adlanan ərazisində yerləşən "Qala” restoranın yaxınlığında, idarə etdiyi Khazar markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmış, avtomobilinə və narkotik vasitələri gizlətdiyi ünvanlara baxış keçirilmişdir. ünvan 3 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə apardım. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı evin yataq otağında saxladığı 1(bir) ədəd kisənin içərisindən 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1(bir) ədəd elektron tərəzini təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 4(dord) kq 294(ik yuz doxsan dord) qram oldu. Daha sonra aşkar olunmuş predmetiar ablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Elektron tərəzidə iş üçün həmiyyət kəsb etdiyindən götürüldü. Evin digər otaqlarına, hissələrinə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilmədi.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri 3-4 gün əvvəl Iran Islam Respublikası vətəndaşı "Vəli" adlı şəxsin vasitəsi Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ilə ünvanlara patdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 2.500 (iki min beş yüz) manat pul verəcəyini, evində olan şəxslərin narkotik vasitə barədə məlumatsız olduqlarını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «Iphone» markalı mobil telefon vasitəsi ilə BNMI-nin baş əməliyyat müvəkkili, R, şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMI-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola (bir) ədəd DVD əlavə olundu. (cild 01, iş vərəqə 12- 13) ## #### 2026-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rafail oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri va psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, Khazar markalı **-PS-*** dövlət qeydiyyat nişanlı tomobilla daşıması, həmçinin narkotik vasitələri gizlətdiyi Bakı səhəri, Sabunçu rayonu, Qala Ramana razisində yerləşən "Qala" restoranın yaxınlığı ünvanlarında və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana asabasi, O Qarayev küçəsi ev 28 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş melumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu ## #### 2025-ci il tarixdə saat 22:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramanı adlanan ərazisində yerləşən "Qala" estoranın yaxınlığında, idarə etdiyi Khazar markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında vada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 ədəd mobil telefon, 1 ədəd bank 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat sahadətnaməsi götürülmüşdür. Narkotik vasitələri gizlətdiyi ünvandan 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd torbada qablaşdırılmış, narkotik vasitələri gizlətdiyi digər unvandan 2 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd torbada qablaşdırılmışdır. Yaşadığı evdən 1 ədəd kisədə 4 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd kisədə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportida qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd mobil telefon, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi, 1(bir) ədəd bank kartı, 2(iki) ədəd DVD disk və 1(bir) ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürüldü. Təqdim olunan 1(bir) ədəd torbadan, 1(bir) ədəd qurudulmuş marixuanaya bənzər kütlə, təqdim olunan digər torbadan 2(iki) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və eqdim olunan 1(bir) ədəd kisədən 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanya bənzər kütlələr və 1(bir) dad elektron tərəzi aşkar edildi. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 2(iki) ded DVD-yə HP markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunanmarkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri 3-4 gün əvvəl X6 vətəndaşı "Vəli" adlı şəxsin vasitəsi Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ilə ünvanlara utdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 2.500 (iki min beş yüz) manat pul verəcəyini, evində olan şəxslərin narkotik vasitə barədə məlumatsız olduqlarını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «Iphone>> markalı videokamera vasitəsi ilə Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməliyyat müvəkkili R şahid2 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Protoloka 1(bir) ədəd DVD əlavə olundu (cild 01, iş vərəqə 17-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış bir ədəd bağlamada təmiz çəkisi 1025,0 qram, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış bağlamada iki ədəd sellofan bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 1025,0 qram və 1055,0 qram üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri yazılmış bağlamada dörd ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 1.035,0 qram, 1055,0 qram, 1060,0 qram olan ümumi çəkiləri 7.250,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7.250,0 qram, tədqiqata sərf edildi: 0,7 qram (hər obyektdən 0,1 qram), qalıq: 7.249,3 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manatdır. (cild 01, iş vərəqə 41-44) ## #### 2026-cı il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ümumi təmiz çəkisi- 7.250,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Sabunçu RPI-də olan maddi sübut kimi tanınması və saxlanması üçün Sabunçu RPI-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. (cild 01, iş vərəqə 57) ## ##### 2026-cı il tarixli diskə baxış keçirilməsi haqqında protokolda görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülməsi barədə ## #### 2026-cı il tarixli protokola əlavə etdiyi 03 (bir) ədəd üzərində yazılar olmayan DVD disklərdə qeydə alınmış videoyazılara baxış keçirilmişdir. Həmin diskə Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin inzibati binasında *** nömrəli xidməti otağımda «Fujitsu» markalı komputerdə baxış keçirildi. Diskdə olan «Təqsirləndirilən şəxs üst, maşın, ünvanlar», «Təqsirləndirilən şəxs ev» və «Əfrayıl Dadaşov təqdim etmə» adlı fayllara daxil olduqda müəyyən olunur ki, fayllarda 25 dəqiqə 50 saniyədən, 12 dəqiqə 31 saniyədən və 11 dəqiqə 06 saniyədən ibarət olan videogörüntülər var. Həmin videogörüntülərə baxış keçirdikdə müəyyən olunur ki, gecə vaxtı 3 nəfər mülki geyimdə olan polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar. Khazar markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin narkotik vasitələri gizlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana ərazisində yerləşən "Qala" restoranın yaxınlığı ünvanlarında və ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ## #### 2025-ci il tarixdə, saat:22:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramanı adlanan ərazisində yerləşən "Qala" restoranın yaxınlığında, idarə etdiyi Khazar markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 ədəd mobil telefon, 1 ədəd bank kart,1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürülmüşdür. Narkotik vasitələri gizlətdiyi ünvandan 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd torbada qablaşdırılmış, narkotik vasitələri gizlətdiyi digər ünvandan 2 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd torbada qablaşdırılmışdır. Yaşadığı evdən 1 ədəd kisədə 4 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd kisədə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsindən ötrü ** saylı vəkil bürosunun vəkili X2 təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 1(bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd bank kartı, 2(iki) ədəd DVD disk və 1 (bir) ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürüldü. Təqdim olunan 1 (bir) ədəd torbadan, 1 (bir) ədəd qurudülmuş marixuanaya bənzər kütlə, təqdim olunan digər torbadan 2(iki) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və təqdim olunan 1 (bir) ədəd kisədən 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanya bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəziaşkar edildi. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 2(iki) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata tadad olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri 3-4 gün əvvəl Iran Islam Respublikası vətəndaşı "Vəli” adlı şəxsin vasitəsi Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ilə ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 2500(iki min beş yüz) manat pul verəcəyini, evində olan şəxslərin narkotik vasitə barədə məlumatsız olduqlarını bildirmişdir. Bundan sonra götürülmüş narkotik vasitələr zərfləşdirilmişdir. Protokol ucadan oxunmuşdur. Baxış zamanı istintaq marağı kəsb edən digər xüsusatlar aşkar edilməmişdir. Baxışın nəticəsinə dair tərəfimdən həmin protokol tərtib edildi. (cild 01, iş vərəqə 120-121) ## ### 2026-cı il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, icraatında istintaqı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 (bir) ədəd diskə baxış keçirilmişdir.Baxış zamanı istintaq marağı kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Baxışın nəticəsinə dair müvafiq protokol tərtib edildi. (cild 01, iş vərəqə 123) Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026 cı il tarixli əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılması nəticələri haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin xmiü baş əməliyyat müvəkkili şahid4 ## #### 2026-cı il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilməsi qərara alınmışdır. (cild 01, iş vərəqə 125-127) ## ### 2026-cı il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs məxsus "Redmi Galaxy" markalı mobil smartfonun yaddaşında olan məlumatlara baxış keçirilmişdir. "Redmi Galaxy" markalı mobil telefona baxış zamanı "whatsapp" sosial şəbəkəsində kontaktına qeyd etmədiyi "+98 933 984 06 54" mobil nömrəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə audio səs yazıları, yazışmalar və konumlar olduğu, müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs baxış zamanı whatsapda olan yazışmalarda əldə etdiyi narkotik vasitələri Iran Islam Respublikası vətəndaşı olan "Vəli" adlı şəxsə məxsus olduğunu və həmin narkotik vasitəni ona göndərəcəyi məkana aparıb qoymaq üçün göndərdiyini bildirdi. Məlumatların əks olunduğu mobil telefonda olan fotoşəkillər, səs yazıları və ismarıclar cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən surətləri və CD disk formasında protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 145) ## #### 2026-cı il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra Sabunçu RPI-yə göndərilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7.250,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi iş üzrə maddi sübut kimi tanması və saxlanılması üçün Sabunçu RPI-nin anbarına təhvil verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Sabunçu RPI-nin əməkdaşları tərəfindən çəkilmiş 03(üç) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmasının nəzərə alınması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus "REDMI Galaxy" markalı mobil telefonun iş üzrə sübut əhəmiyyətə malik olduğu üçün sübut növü kimi tanınması qərar alınmışdır. ( cild 01, iş vərəqə 166-174) Məhkəmə iclasında ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid4 ifadəsindən görünür ki, o Bakı Sabunçu Rayon Polis Idarəsi nin 13-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, R xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə ## #### 2026-cı il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və BNMI-nin baş əməliyyat müvəkkili, R şahid3 və əməliyyat müvəkkili R şahid2 daxil edilmişlər. O və BNMI-nin baş əməliyyat müvəkkili, R şahid3 və əməliyyat müvəkkili R şahid2 iştirakı ilə aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə saat 22:20-də **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin narkotik vasitələri gizlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana ərazisində yerləşən “Qala” restoranın yaxınlığı ünvanlarında və ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ## #### 2025-ci il tarixdə, saat:22:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramanı adlanan ərazisində yerləşən “Qala” restoranın yaxınlığında, idarə etdiyi Khazar markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 ədəd mobil telefon, 1 ədəd bank kart, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürülmüşdür. Narkotik vasitələri gizlətdiyi ünvandan 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd torbada qablaşdırılmış,narkotik vasitələri gizlətdiyi digər ünvandan 2 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd torbada qablaşdırılmışdır. Yaşadığı evdən 1 ədəd kisədə 4 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd kisədə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri 3-4 gün əvvəl Iran Islam Respublikası vətəndaşı “Vəli” adlı şəxsin vasitəsi Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ilə ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü,bunun müqabilində sonuncunun ona 2.500 (iki min beş yüz) manat pul verəcəyini, evində olan şəxslərin narkotik vasitə barədə məlumatsız olduqlarını bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati Binasına gətirilmişdir. Bundan sonra Idarənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı, R Anar Aslanov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri ** saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil X2 Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs evindən və konumlardan götürülmüş zərflərə baxış keçirilmişdir. Təqdim olunan 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd bank kartı, 2 (iki) ədəd DVD disk və 1 (bir) ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürülmüşdür. Təqdim olunan 1 (bir) ədəd torbadan, 1 (bir) ədəd qurudülmuş marixuanaya bənzər kütlə, təqdim olunan digər torbadan 2(iki) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və təqdim olunan 1 (bir) ədəd kisədən 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanya bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 2 (iki) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Daha sonra təhqiqatçı təqdim edilmiş bükülünün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində kütlələr olan bükülülər və mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir, lakin hazırda müsbət nəticə yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı onlara əməliyyat məlumatı daxil olmuşdur.Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki zor tətbiq olunmamışdır. (cild 01, iş vərəqə 104-106) Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında şəxs ## #### 2026 cı il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində, "Qala" restoranının yaxınlığında, özünə məxsus idarə etdiyi avtomobilin yanında saxlanılmış və şəxsiyyəti müəyyən edilmişdir. Əməliyyat məlumatına görə, o, külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz əldə edərək Sabunçu rayonu ərazisində, o cümlədən saxlanıldığı ərazidə, idarə etdiyi avtomobildə və Ramana qəsəbəsində yerləşən yaşayış evində saxlayırdı. Şəxsin üzərinə baxış keçirilərkən şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 11 manat pul, avtomobil və yaşayış evinin açarları, həmçinin mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsə onun narkotik vasitələri həmin ərazidə gizlətməsi barədə əməliyyat məlumatının mövcud olduğu bildirildikdən sonra o, gizlətdiyi narkotik vasitəni könüllü təqdim etmişdir. Təqdim edilən maddənin ümumi çəkisi 1 kiloqramdan artıq olmuş, maddə prosessual qaydada qablaşdırılmışdır. Daha sonra şəxs yaxınlıqdakı başqa bir yeri göstərərək orada da narkotik vasitə gizlətdiyini bildirmiş, həmin yerdən marixuanaya bənzər iki büküm maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddələrin ümumi çəkisi 2 kiloqramdan artıq olmuş və onlar da müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra şəxsin idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən qanunsuz dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Şəxsə yaşayış ünvanında da narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatının olduğu bildirildikdən sonra onun iştirakı ilə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Həmin ünvanda şəxs özü təxminən 4 kiloqramdan artıq marixuanaya bənzər maddəni və bir ədəd elektron tərəzini təqdim etmiş, həmin narkotik vasitələrin evdə yaşayan digər şəxslərə aid olmadığını və onların bu barədə məlumatlarının olmadığını göstərmişdir. Həmçinin şəxs narkotik vasitələri təxminən 4-5 gün əvvəl Iran Islam Respublikasının vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisində əldə etdiyini, həmin şəxsin göstərişi ilə müxtəlif ünvanlara çatdıracağı təqdirdə ona 2500 manat pul veriləcəyinin vəd olunduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, şəxs saxlanılan zaman tək olmuşdur. Saxlanıldıqdan sonra əməlini səmimi şəkildə etiraf etmiş, aşkar edilən narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Şəxsin saxlanılması, baxışların keçirilməsi və digər prosessual hərəkətlər zamanı onun barəsində nə özü, nə də digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Videoçəkiliş prosesində şəxsən iştirak etmişdir. Şəxsin sonradan özünü müdafiə məqsədilə ona təzyiq göstərildiyini iddia edə biləcəyini istisna etməsə də, faktiki olaraq ona qarşı heç bir təzyiq və ya qanunsuz təsir göstərilmədiyini qeyd etmişdir. Şəxsin avtomobilinə və yaşayış ünvanına baxış keçirildikdən sonra avtomobilə əyləşərkən onun yaxın qohumları hadisə yerinə gəlmiş, həmin vaxt şəxs onların yanında narkotik vasitəni götürüb gətirdiyinə görə saxlanıldığını bildirmişdir. Həmçinin göstərmişdir ki, səhv etmirsə, şəxsin idarə etdiyi avtomobildən narkotik vasitə aşkar edilməmişdir. Saxlanıldığı zaman ona "Füzuli rayonunda 50 kiloqram narkotik vasitə var, gedib götürüb gətirək" məzmununda hər hansı təklif və ya ifadə səsləndirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Əfrail adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sabunçu rayonu, Ramana qəsəbəsində, "Qala" restoranının yaxınlığında idarə etdiyi avtomobilin yanında hərəkətdə olarkən saxlanılmışdır. Saxlanıldığı zaman ona hüquq və vəzifələri, həmçinin saxlanılmasının səbəbi izah edilmiş, hadisə yerində videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı üzərində və ya idarə etdiyi avtomobildə narkotik vasitənin olub olmaması soruşulduqda, narkotik vasitənin üzərində və avtomobildə olmadığını, yaxınlıqdakı ərazidə gizlətdiyini bildirmişdir. Onun göstərdiyi yerə baxış keçirilərkən təxminən 1 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra başqa yerdə də narkotik vasitənin olub-olmaması soruşulduqda, təxminən 20-30 metr aralıda daha bir gizlədilmiş yer olduğunu göstərmiş, həmin yerdən təxminən 2 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür. Yaşadığı ünvanda narkotik vasitə saxlayıbsaxlamadığı soruşulduqda, yaşayış evində də narkotik vasitə olduğunu bildirmişdir. Həmin ünvana baxış keçirilərkən təxminən 4 kiloqram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Narkotik vasitələri haradan əldə etməsi ilə bağlı suala cavab olaraq onları təxminən dörd gün əvvəl Iran Islam Respublikasının vətəndaşı, "Vəli" adlı şəxsdən aldığını, həmin şəxsin göstərişi ilə müəyyən pul müqabilində müxtəlif ünvanlara çatdırmalı olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, şəxs saxlanılan zaman hər hansı müqavimət göstərməmişdir. Saxlanılarkən və sonrakı prosessual hərəkətlər zamanı nə özü, nə də digər polis əməkdaşları tərəfindən şəxsə qarşı hər hansı fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Şəxs əməlini könüllü şəkildə etiraf etmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerində videoçəkiliş aparılan zaman təqsirləndirilən şəxsə məxsus avtomobil də həmin ərazidə olmuşdur. Avtomobildə videoqeydiyyat cihazının (video registratorun) olubolmadığını xatırlamadığını, lakin avtomobilin daxilində və avtomobilin yanında videoçəkiliş aparıldığını göstərmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsə məxsus avtomobildən videoqeydiyyat cihazı polis əməkdaşları tərəfindən götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, hadisə ilə bağlı hər hansı halın şahidi olmamış, həmin vaxt işdə olmuşdur. Hadisə zamanı həyat yoldaşı evdə olmuşdur. Təqsirləndirilən şəxslə təxminən iki il qeyri-rəsmi nikah münasibətində yaşamış, bu müddət ərzində onun qanunsuz fəaliyyətlə məşğul olmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxsin taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini isə təsdiq etdiyini göstərmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əfrailin narkotik vasitədən ("nəşə") istifadə etdiyini bilsə də, narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Yaşayış evinə baxış keçirilən zaman işdə olduğunu, evdə narkotik vasitə saxlanıldığını görmədiyini qeyd etmişdir. Həmçinin göstərmişdir ki, hər gün səhər evdən işə gedir, gecə saat 01:00-02:00 radələrində evə qayıdırdı. Ibtidai istintaq zamanı ona qarşı hər hansı təzyiq göstərilmədiyini də təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin mart ayının 8-də Masallı rayonunda hotellərdən birinə getmiş, otağın qiymətinin 80 manat olduğunu öyrəndikdən sonra oradan çıxmışdır. Oteldən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmış, ondan avtomobilin sənədləri tələb olunmuş və spirtli içki qəbul edib-etmədiyi soruşulmuşdur. Daha sonra polis avtomobilinə əyləşdirilərək Masallı Rayon Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsində narkotik vasitə istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədilə testdən keçirilmiş, daha sonra X12 aparılmış və orada marixuana istifadəçisi olduğu müəyyən edilmişdir. Bundan sonra yenidən Masallı Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobili şöbənin həyətində saxlanılmış, ona taksi çağırılmış və həmin gecəni hoteldə keçirmişdir. Ertəsi gün saat 09:00 radələrində yenidən Masallı Rayon Polis Şöbəsinə getmiş, orada ona ya 15 sutka inzibati həbs olunacağı, ya da 1.000 manat məbləğində cərimə ödəyəcəyi bildirilmişdir. Bir qədər vaxt istəyərək çölə çıxmış və qərar vermək istədiyini qeyd etmişdir. Daha sonra mütəmadi olaraq 5-10 qram narkotik vasitə aldığı “Vəli” adlı Iran vətəndaşı ilə əlaqə saxlamış, həmin şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində tanışının olduğunu, məsələni həll edəcəyini və narahat olmamasını bildirmişdir. Həmin gün saat 14:00 radələrində “Vəli” adlı şəxs yenidən zəng edərək işinin həll olunduğunu, polis tərəfindən sərbəst buraxılacağını, lakin onu kimin buraxdırdığı barədə heç kimə heç nə deməməsini tapşırmışdır. Bundan sonra Masallı Rayon Polis Şöbəsinə qayıtmış, orada da ona Baş Idarədən göstəriş verildiyi və sərbəst buraxılacağı bildirilmiş, daha sonra polis şöbəsindən buraxılmışdır. Bakıya qayıtdıqdan sonra həmin şəxslə yenidən əlaqə saxlayaraq marixuana istədiyini bildirmişdir. Mart ayının 12-də saat 21:54 radələrində “Vəli” adlı şəxs ona konum göndərərək göstərilən ünvandan narkotik vasitəni götürməsini istəmişdir. Göstərilən yerə çatdıqda böyük bağlama gördüyünü, onu götürməyərək kənara çəkildiyini və yenidən “Vəli” adlı şəxsə zəng etdiyini bildirmişdir. Qarşı tərəf konumu səhv göndərdiyini, həmin bağlamanın ona aid olmadığını bildirərək narahat etdiyi üçün üzr istəmişdir. O isə bir qədər irəlilədikdən sonra yenidən həmin şəxsə zəng edərək ya sifariş etdiyi narkotik vasitənin verilməsini, ya da əvvəlcədən göndərdiyi 200 manat məbləğində pulun qaytarılmasını tələb etmişdir. Həmin şəxs isə bağlamanı başqa yerə aparmasını, pulunu sonradan qaytaracağını bildirmişdir. Bununla razılaşmadığını, pula ehtiyacı olmadığını dedikdə qarşı tərəf telefonu söndürmüşdür. Bundan sonra avtomobildən düşərək bir qədər gözləmiş, daha sonra avtomobilə minib su içmiş və oradan uzaqlaşmaq istədiyi anda naməlum şəxslər tərəfindən saxlanılmışdır. Həmin şəxslər ona həmin yerə narkotik vasitə gətirdiyini bildirmiş, o isə narkotik vasitənin harada olduğunu soruşmuşdur. Bundan sonra saxlanılaraq polis əməkdaşlarının nəzarətinə götürülmüşdür. O, taksi fəaliyyəti ilə məşğul olduğuna görə avtomobilində videoregistrator quraşdırılmışdır. Lakin saxlanıldığı zaman registrator avtomobildən sökülmüşdür. Əməliyyat müvəkkillərindən biri ona registratoru götürməyə gedəcəklərini, polis əməkdaşları ilə əməkdaşlıq edəcəyi təqdirdə hər şeyin yaxşı olacağını bildirmiş, həmin söhbətlər registrator tərəfindən qeydə alınmış, lakin sonradan registrator götürülmüş və hazırda harada olduğunu bilməmişdir. Bundan sonra polis əməkdaşlarının onu qardaşı ilə hədələdiyini, məhz bu səbəbdən onların tələbləri ilə razılaşmağa məcbur olduğunu bildirmişdir. Qardaşının Qarabağ veteranı olduğunu, özünün isə taksi və “ayıq sürücü” kimi fəaliyyət göstərdiyini, uzun müddətdir bu işlə məşğul olmasına baxmayaraq əvvəllər belə hallarla üzləşmədiyini qeyd etmişdir. Təxminən üç-dörd ildir marixuana istifadəçisi olduğunu, lakin narkotik vasitə istifadə etməsinin satış və ya qanunsuz dövriyyə ilə məşğul olması anlamına gəlmədiyini vurğulamışdır. Saxlanıldığı ərazidə polis əməkdaşlarının bağlamanın yanında daha bir bağlama aşkar etdiklərini, avtomobilinin yaxınlığında olan bağlamanı ona göstərərək götürməsini istədiklərini bildirmişdir. Həmin vaxt mobil telefonunun əlindən alındığını, daha sonra onu “Kia Rio” markalı avtomobilə əyləşdirdiklərini, həmin avtomobildə olan şəxsin polis əməkdaşlarına kömək edən mülki şəxs olduğunu qeyd etmişdir. Mobil telefonu qaytarıldıqdan sonra qeyri-rəsmi nikah münasibətində olduğu xanıma “WhatsApp” vasitəsilə tutulduğu barədə məlumat göndərdiyini göstərmişdir. Iş materiallarında hadisə yerində üç şahidin olduğu göstərilsə də, əslində orada beş-altı avtomobilin və çoxlu sayda şəxsin olduğunu, hadisəni görən kifayət qədər şahid olduğunu bildirmişdir. Həmçinin bir nəfərin guya narkotik vasitəni götürməsi ilə bağlı videoyaçəkiliş apardığını, sonradan isə onu avtomobilə əyləşdirərək ərazidən apardıqlarını qeyd etmişdir. Polis əməkdaşlarının ona münasibətdə olduğu xanıma mesaj yazaraq guya kisənin içərisində dörd kiloqram narkotik vasitə aparacağını bildirməsini tələb etdiklərini göstərmişdir. Təxminən beş dəqiqə sonra yaşadığı evin qarşısına gətirildiyini, orada qardaşını və xalası oğlunu gördüyünü, xalası oğlunun ona yaxınlaşaraq baş verənlərin qurama olduğunu dediyini bildirmişdir. Bundan sonra uzunboylu əməliyyat müvəkkilinə müraciət etsə də, həmin şəxs tərəfindən itələndiyini və işinə qarışmamasının bildirildiyini qeyd etmişdir. Daha sonra onu yaşadığı həyətə apararaq kirayədə yaşayan ailələrin üzvlərini evlərə daxil etdiklərini, onu isə evlərdən birinə salaraq aşkar edilmiş bağlamanı öz üzərinə götürməsini tələb etdiklərini göstərmişdir. Bütün bu hadisələrin Masallıda baş vermiş hadisələrdən sonra baş verdiyini qeyd etmişdir. Iş materiallarında telefon yazışmalarında 1, 2 və 3 kiloqram narkotik vasitənin daşınması ilə bağlı məlumatlar göstərilsə də, həmin yazışmalar həqiqəti əks etdirmir. Satışla məşğul olan şəxs olsaydı belə, bir və ya iki kiloqram narkotik vasitə daşımasının mümkün ola biləcəyini, lakin təxminən 70-80 min manat dəyərində olan üç kiloqram narkotik vasitənin ona etibar edilməsinin inandırıcı olmadığını qeyd etmişdir. Göstərmişdir ki, əvvəllər heç vaxt polis tərəfindən saxlanılmamış və məhkum olunmamışdır. Masallıda baş vermiş hadisələrdən və Baş Idarədən göstəriş verildikdən sonra avtomobilinin qeydiyyata düşdüyünü, üç gün sonra isə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmin dövrdə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu, narkotik vasitə istifadə etdiyi vaxtlarda heç vaxt taksi sürmədiyini, insanların təhlükəsizliyinə görə məsuliyyət hiss etdiyini qeyd etmişdir. Narkotik vasitədən yalnız işini başa vurduqdan sonra istifadə etdiyini, psixoloji problemləri səbəbindən bu vərdişə başladığını, lakin müalicə almaq imkanının olmadığını göstərmişdir. Iran vətəndaşı olan şəxsin telefon nömrəsini tanışı vasitəsilə əldə etdiyini, həmin tanışın hazırda həbsdə olduğunu, təxminən yeddi-səkkiz ay ərzində narkotik vasitəni həmin şəxsdən aldığını bildirmişdir. Iran vətəndaşı tərəfindən ona konum göndərildiyini, həmin ünvandan narkotik vasitəni götürdüyünü, ödənişi isə həmin şəxsin göndərdiyi bank kartına köçürdüyünü qeyd etmişdir. Ibtidai istintaqda verdiyi ifadələrin məzmununu dəqiq xatırlamadığını, iki dəfə ifadə verdiyini, ifadə verərkən fiziki zorakılığa məruz qalmasa da, qardaşı ilə hədələndiyini bildirmişdir. Onun sözlərinə görə, polis əməkdaşları 50 kiloqram narkotik vasitə ilə bağlı konum göndərməsini və həmin narkotik vasitənin götürülməsini tələb etmiş, qardaşına qarşı tədbir görüləcəyi ilə hədələdikləri üçün onların tələblərini qəbul etməyə məcbur olmuşdur. Qardaşının narkotik vasitə istifadəçisi olmadığını, ittihamda göstərilən marixuananın isə ona məxsus olmadığını bir daha vurğulamışdır. Polis əməkdaşlarının iranlı şəxslə əlaqə saxlamasını tələb etdiklərini, lakin telefonun sönməsi və özünün polis əməkdaşlarının nəzarətində olması səbəbindən həmin şəxslə danışa bilmədiyini göstərmişdir. Polis əməkdaşlarının narkotik vasitənin haradan əldə olunduğunu və kim tərəfindən verildiyini əvvəlcədən bildiklərini, buna görə də Masallıda baş vermiş hadisədən sonra iranlı şəxsi də tanıdıqları qənaətinə gəldiyini qeyd etmişdir. Həmçinin hesab etmişdir ki, Masallıda saxlanıldığı zaman həbs edilməməsinin səbəbi iranlı şəxsin müdaxiləsi olmuş, sonradan isə Bakı şəhərində məhz həmin hadisələrin davamı kimi saxlanılmışdır. Azərbaycan dilində sərbəst oxuyub yaza bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrin məhkəmədə elan olunmasının daha məqsədəuyğun olacağını bildirmişdir. Əvvəlki məhkəmə iclasında da ittihamda göstərilən narkotik vasitənin ona məxsus olmadığını bildirdiyini qeyd etmişdir. Masallıda saxlanıldığı zaman avtomobilində müştəri qismində apardığı şəxsin olduğunu, iş materiallarında əks olunmuş yazışmalarda qarşı tərəfin adı göstərilməsə də, telefon nömrəsinin qeyd edildiyini və həmin nömrənin özünə məxsus olduğunu təsdiq etmişdir. Bununla yanaşı, iş materiallarında olan yazışmaların, göndərilmiş konumların və şəkillərin ona aid olmadığını, telefon özünə məxsus olsa da, həmin yazışmaları polis əməkdaşlarının məcburiyyəti ilə yazdığını bildirmişdir. Saat 22:00-22:20 radələrində saxlanıldığını, münasibətdə olduğu xanıma yalnız tutulduğu barədə məlumat vermək məqsədilə mesaj göndərdiyini, saxlanılan şəxsin yalnız yaxın qohumlarına məlumat verməli olduğunu həmin vaxt bilmədiyini qeyd etmişdir. Polis əməkdaşlarının əvvəlcə telefonunu əlindən aldıqlarını, bir müddət sonra isə geri qaytardıqlarını, münasibətdə olduğu xanımın onun harada saxlanıldığını sonradan öyrəndiyini bildirmişdir. Sabunçu Rayon Məhkəməsində özünü təqsirli bildirsə də, ittiham edilən əməlin ona aid olmadığını dediyini, həmin məhkəmə iclasındakı ifadələrinin bir hissəsini xatırlamadığını göstərmişdir. Narkotik vasitədən istifadə etdiyinə görə peşman olduğunu, baş verən hadisələrdən nəticə çıxardığını və bir daha narkotik vasitə istifadə etməyəcəyini qeyd etmişdir. Ibtidai istintaqda narkotik vasitəni “Vəli” adlı şəxsdən alacağını və bunun müqabilində 2500 manat alacağını göstərməsinin səbəbinin polis əməkdaşlarının təzyiqi və qardaşını narkotik vasitə ilə əlaqədar məsuliyyətə cəlb etdirəcəkləri ilə hədələmələri olduğunu bildirmişdir. Qorxduğu üçün ilk ifadəsində dediklərini ikinci ifadəsində də təkrarladığını, ailəsində yalnız bir qardaşının olduğunu və onun tutulacağından ehtiyat etdiyini qeyd etmişdir. Ümumilikdə 12 dəfə xəstəxanada müalicə aldığını, pensiya almadığını, avtomobilinin hazırda polis orqanında saxlanıldığını, avtomobildə olan videoregistratorun və yaddaş kartının polis əməkdaşları tərəfindən götürüldüyünü bildirmişdir. Avtomobilində daim videoregistrator olduğunu, bunu çəkdiyi videoların da təsdiq etdiyini, lakin registratorun polis əməkdaşları tərəfindən götürülməsini təsdiq edən ayrıca sübutunun olmadığını göstərmişdir. Bu məsələ ilə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini, müraciət qaydasını bilmədiyini qeyd etmişdir. Ibtidai istintaq zamanı registrator barədə danışdığını, lakin müstəntiq tərəfindən həmin halın ifadəsində əks etdirilmədiyini, ifadəni tam oxumadan imzaladığını bildirmişdir. Iran vətəndaşı olan şəxsin telefon nömrəsini tam xatırlamadığını, iş materiallarında göstərilən nömrənin həmin şəxsə aid ola biləcəyini qeyd etmişdir. Istifadə etdiyi mobil telefonun “Redmi” markalı olduğunu, iranlı şəxsə bank kartı nömrəsini göndərməsinin məqsədinin ya ödədiyi pulun geri qaytarılması, ya da sifariş etdiyi narkotik vasitənin verilməsi olduğunu bildirmişdir. Telefonunda olan “Qaqa, bu gün ancaq 1 kq var” və “Onda evdən 4 kq göndər” məzmunlu yazışmalardan xəbərsiz olduğunu, telefon özünə məxsus olsa da, saxlanılmazdan əvvəl həmin yazışmaların necə yarandığını bilmədiyini qeyd etmişdir. Subay olduğunu, bir oğlunun Türkiyədə yaşadığını, iş materiallarında və məhkəmə iclasında səsləndirilən bütün səs yazılarındakı səslərin özünə məxsus olduğunu təsdiq etmişdir. Videoçəkilişdən əvvəl polis əməkdaşlarının ona nə deməli olduğunu öyrətdiklərini, qardaşını da narkotik vasitə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etdirəcəkləri ilə hədələdikləri üçün məcbur qalıb onların dediklərini təkrar etdiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, saxlanıldığı zaman onu papaqsız olan əməliyyat müvəkkili saxlamış və həmin şəxs ona narahat olmamasını demişdir. Bundan başqa, təxminən 20 qram narkotikvasitə götürmək üçün göstərilən ünvana getdiyini, oradakı maddənin şəklini çəkərək qarşı tərəfə göndərdiyini və “Mən 20 qram üçün gəlmişəm, bu nədir?” məzmununda mesaj yazdığını, qarşı tərəfin isə “1 dəqiqə gözlə, sənə xəbər edəcəyəm” cavabını verdiyini göstərmişdir. Sonda məhkəmədən ona kömək edilməsini xahiş etmişdir. Istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, cinayət işi materiallarında olan “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” protokola baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs məxsus "Redmi Galaxy" markalı mobil smartfonun yaddaşında olan məlumatlara baxış keçirilmiş və "Redmi Galaxy" markalı mobil telefona baxış zamanı "whatsapp" sosial şəbəkəsində kontaktına qeyd etmədiyi "+98 933 984 06 54" mobil nömrəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə audio səs yazıları, yazışmalar və konumlar olduğu, müəyyən edilmiş və təqsirləndirilən şəxs həmin vaxt whatsapda olan yazışmalarda əldə etdiyi narkotik vasitələri Iran Islam Respublikası vətəndaşı olan "Vəli" adlı şəxsə məxsus olduğunu və həmin narkotik vasitəni ona göndərəcəyi məkana aparıb qoymaq üçün göndərdiyini bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə çıxış edərək əməlindən peşman olduğunu və özünü təqsirli bildiyini bildirmişdir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefonuna baxış keçirilən zaman təqsirləndirilən şəxsin “Vəli” kimi qeyd etdiyi IIR mobil operatoruna məxsus "+98 933 984 06 54saylı əlaqə nömrəsi ilə müxtəlif vaxtlarla danışıqlarının olması, həmin əlaqə nömrəsindən ona narkotik vasitələrin olduğu bağlamaların fotolarının göndərilməsi, həmçinin müxtəlif yerlərin konumlarının ona göndərilməsi aşkar olunmuşdur. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki və psixoloji təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürdüyünü göstərmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-ci il tarixli Qərarında tövsiyyə olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Kollegiya apellyasiya şikayətlərinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Odur ki, ibtidai istintaq zamanı verilmiş ifadə, şahid ifadələri, şəxsi axtarış və götürmə, videoçəkiliş, eləcə də digər sübutlar şəxsə bəraət verilməsini istisna edir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkəmə istintaqı keçirərək cinayət işində olan sübutlarla məhkum edilmiş şəxsin əməlində ittiham olunduğu cinayət tərkibinin əlamətlərinin olması barədə düzgün qənaətə gəlmişdir. Kollegiya məhkəmənin məhkum edilmiş şəxsin ifadəsini dəyişməsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirməsi ilə də razılaşır. Belə ki, iş materiallarında olan sübutlar ibtidai istintaq dövründə verilmiş ifadəyə uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsə bəraət verilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərək, məhkum edilmiş şəxsə həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum olunmuş Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı. ## #### 2026-cı il tarixli hökmü məhkum olunmuş Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Prospekt” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-1338/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1338/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver