Məhkəmə qərarları › İş №1(3-6)-1344/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1344/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1344/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş zərərçəkmiş şəxs2, məhkum edilmiş Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi “Medleks” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ##### 2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi ilə) *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi və həmin cəzanın əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclas zalında həbs edilməsi və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, bu hissədə hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsinə (kompleks) həvalə edilməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci tarixdə gecə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, nömrəsiz evin qarşısında əvvəlcədən tanıdığı zərərçəkmiş şəxs2 və qardaşı zərərçəkmiş şəxs1 yanında olan digər şəxslərlə mübahisə etməyini cuzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, zor tətbiq etməklə ətrafa toplaşmış insanların gözü qarşısında münaqişə zamanı istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə zərbə vuraraq zərərçəkmiş şəxs2 sağ sağrı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən Yüngül zərər vurmuş, daha sonra əlindəki həmin bıçaqla qəsədən bir dəfə zərbə vuraraq zərərçəkmiş şəxs1 sağ sağrı nahiyyəsinin deşilmişkəsilmiş yarası ilə nəticələn, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən zərəçəkmiş zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək, hökmünün ləğv edilməsini, işin yenidən araşdırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, istintaqın düzgün aparılmadığını hesab edir və qəsdən ağır xəsarət yetirilməsi əvəzinə, əməl daha yüngül maddə ilə qiymətləndirilib. Hadisə zamanı bir litrə yaxın qan itirib və qanlı paltarları materiallara daxil edilməyib. Hadisəyə əsas səbəbkar Sübhan adlı şəxs olub və onun da qanuni yolla məsuliyyətə cəlb olunmasını xahiş edir. Cinayətkar 11 ay sonra cəzalandırılıb, cinayətə səbəb olan şəxs isə hələ də məsuliyyətə cəlb olunmayıb. Hadisə zamanı aldığı ağır xəsarət nəticəsində aylarla psixoloji sarsıntı keçirib. Iyul ayının 17-də dövlət hesabına vəkillə təmin olunmağı üçün müraciət etməyinə baxmayaraq, ona vəkil təyin edilməyib. Hüquqları kobud şəkildə pozulub. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və müdafiə tərəfindən apellyasiya şikayəti verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən zərəçəkmiş zərərçəkmiş şəxs2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi müdafiəçi1 verilmiş apellyasiya şikayətinin əsassız olduğunu və onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısının cəza təklifinə uyğun olaraq zərərçəkmiş zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan zərərçəkmiş zərərçəkmiş şəxs2 verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmiş və təyin edilən cəzanın yüngül olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası daxilində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinə əsasən cəza təyini zamanı əsas götürülən halların məcmusu, yəni təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də zərərçəkmiş şəxsin məhkəmə hökmündən cəzanın növü ilə bağlı narazı olması nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkum edilmiş şəxsin şəxsiyyətinə, yetkinlik yaşına çatmayan olması, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qanunun tələbinə uyğundur. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin cəzaya aid olmayan dəlillərinə münasibətdə qeyd edir ki, digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq orqanına və məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə müraciət edə bilər. Zərərçəkmiş şəxs dövlət hesabına vəkilin təyin edilməməsini pozuntu kimi qeyd etsə, cinayət prosessual qanunvericilik zərərçəkmiş şəxsə belə bir hüquq nəzərdə tutmamışdır. Yuxarıda sadalanan halların məcmusu baxımından məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddinin ağırlaşdırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli hökmü zərərçəkmiş zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Medleks” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Medleks” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar