Məhkəmə qərarları › İş №1(3-6)-1350/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1350/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1350/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi “Medleks” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Elnur Aləm oğlu (sədrlik edən), X2 və X5 ibarət tərkibdə) ## ###### 2001-ci il tarixdə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- ***/**** saylı, ## #### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ## #### 2024cü il tarixdə cəzasının sonu ilə azad edilmş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarına əsasən barəsində əvvəli ## #### 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o, qabaqcadan albir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqda şəxsiyyətini müəyyən etmək mümkün olmayan SMS-lər göndərilməsi ilə qarşılıqlı mobil telefon əlaqəsi yaratdığı adı istintaqa "Yasin" kimi məlum olmaqla İran İslam Respublikası vətəndaşı olduğunu bildirən şəxslə və şəxsiyyətini müəyyən etmək mümkün olmayan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halnda ona göstərəcəyi xidmətə görə sonradan ödəniləcək müəyyən məbləğdə pul müqabilində "WhatsApp"sosial şəbəkə vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil telefonundan istintaqla istifadəçisini müəyyən etmək mümkün olmayan +************ saylı mobil telefon nömrəsinə zəng edib əlaqə saxladıqdan sonra +************ saylı nömrədən "WhatsApp" sosial şəbəkəsi vasitəsilə psixotrop maddəni qoyduğu yerin fotoşəkilini göndərərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində dəqiq yerini müəyyən etmək mümkün olmayan sahədə əvvəlcədən gizlədilmiş yerdən küllü miqdarda psixotrop maddə metamfetamini götürəcəyi halda onu daşıyaraq aparıb qoyacağı yeri sonradan bildiriləcəyi şərtilə razılaşaraq, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satıs məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 10,339 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkisi 0,774 qram olan hissəsini 01 ədəd göy rəngli sellofana, təmiz çəkisi 9,565 qram olan hissəsini isə 01 ədəd ağ rəngli sellofana bükməklə qablaşdıraraq cəmi 02 ədəd bükümdə olmaqla qara rəngli parçaya büküb əynindəki boz rəngli şalvarının sağ yan cibində üzərində saxlamaqla ## #### 2025-ci il tarixdə satış məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisindəki Ə.İsazadə küçəsində yerləşən binə körpüsünün yaxınlığına daşımış, həmin gün saat 02:00 radələrində cinayətdən xəbərsiz tanışı şahid5 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsindəki binə körpüsünün yaxınlığında piyada hərəkətdə olduğu vaxt Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən qeyd olunan ərazidə oğurluq hadisələrinin törədilməsində şübhəli şəxs kimi saxlanılaraq həmin PŞ-nin inzibati binasına gətirilərək növbətçi hissəyə təhvil verildiyi vaxt həmin növbətçi hissə otağında vidoçəkiliş aparılmaqla növbətçi polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibində qara rəngli parçaya bükülmüş halda satış məqsədi ilə gizlədib saxladığı ümumi təmiz çəkisi 10,339 qram olan kustar sulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkisi 0,774 qram olmaqla 01 ədəd göy rəngli sellofana, təmiz çəkisi 9,565 qram olmaqla 01 ədəd ağ rəngli sellofana bükülməklə qablaşdırılmış halda cəmi 02 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün ləğv edilərək, əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellysiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü əsassız və ədalətsiz olduğuna görə dəyişdirilməlidir. Səbəb də ondan ibarətdir ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyatçıları barəsində əməliyyat keçirtdikləri müddətdə üzərindən 10 (on) qram “metamfetamin” şüşə adlı psixotrop maddə aşkar edilmişdir. O, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Onun üzərində nə tərəzi, nə də mobil telefonunda satış barədə danışıq smsləri aşkar edilməmişdir. Bölmədə polis əməkdaşları tərəfindən ona qarşı törədilən zorakılığa, qeyri insani təzyiqə məzruz qaldığından kəskin ağrılara dözmədiyi üçün ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla razılaşaraq sənədlərə qol çəkmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə əməlin hüquqi tövsifi mübahisələndirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin yanlış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə Yasamal rayonunda yerləşən kafedə çay içərkən düşüncəli olduğunu görən bir nəfər orada olan şəxs ona yaxınlaşaraq isti münasibət göstərib səmimiyyət yaratmışdır. Sonra söhbət əsasında sıxıntının nə olduğunu soruşduqda o həmin şəxsə anasının xəstə olduğunu bildirib ona dərmanlar lazım olduğunu, lakin dərman almağa pulunun olmadığını bildirmişdir. Bu zaman həmin şəxs ona bir nəfərin nömrəsini verəcəyini və onun dediklərini edəcəyinin müqabilində ona pul verəcəyini bildirmişdir. Bundan sonra o, +989391842661 mobil nömrəsini verib onunla əlaqə saxlamağını bildirmişdir. O da həmin nömrə ilə əlaqə saxladıqda həmin şəxslə tanış olduqda, o, adının Yasin olduğunu bildirmişdir. Yasin ona bir neçə dəqiqə sonra “Vatsap” vastəsilə konum göndərərək həmin konumdakı yerdə psixotrop maddə olduğunu bildirib həmin paketi onun deyəcəyi ünvana çatdırdıqda 300 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra o, taksi sifarişi vermiş və kafedən çıxmışdır. Bu zaman tanışı Abutalıbın küçə ilə hərəkət etdiyini görmüşdür. Ona həmin konumu göndərib bu ünvanı tanımadığını bildirib onunla birlikdə həmin ünvana getməsini xahiş etmişdir. O da onunla razılaşmışdır. Onlar birlikdə sifariş etdiyi taksi ilə həmin ünvana doğru hərəkət etmişlər. ## #### 2025-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, "Binə" körpüsünün yaxınlığında ətrafa göz gəzdirib Yasin adlı şəxsin ona göndərdiyi şəkilə baxıb həmin yeri tapmışdır. Bu zaman Abutalıb ondan bir az aralıda onu gözləmişdir. O, Yasinin göndərdiyi şəkildəki yerdən iki ədəd bağlamada olan həmin psixotrop maddəni götürüb əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Sonra Abutalıba yaxınlaşıb həmin bükümləri ona göstərərək bunun üçün Binə qəsəbəsinə gəldiklərini bildirib əsas yola doğru hərəkət etmişlər. Onlar yola çıxdıqdan sonra yenidən taksi sifariş etmək istəyən zaman 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. Yol boyu polislərin nəzəri onların üzərlərində olduğundan üzərindəki psixotrop maddələri ata bilməmişdir. Bundan sonra onları polis şöbəsinə gətirmişlər. Onunla fərdi söhbət zamanı oğurluq etmədiyini, lakin, üzərində psixotrop maddə olduğunu məcbur qalıb etiraf etdiyini bildirmişdir. Bundan sonra polis şöbəsində olarkən onun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onu yoxlamağa başladıqda növbətçi hissənin əməkdaşı üzərində olan psixotrop maddəni aşkar ediləcəyini görüb üzərində olan maddəni təqdim etmişdir. Əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara parçaya bükülmüş, içərisində ağ sellofan olan bükümdə və 01 ədəd göy sellofona bükülmüş içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetamini, həmin şalvarin sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu, 41 (qırx bir) manat pulu təqdim etmişdir. Sonra üzəri yoxlanılmışdır. Yoxlama zamanı bundan başqa heç bir əşya, predmet aşkar edilməmişdir. Həmin kütlə və mobil telefon qablaşdırılmış, pul ona geri qaytarılmış, o və polis tərəfindən imzalanaraq götürülmüşdür. Ondan narkotik vastəni hansı məqsədlə əldə edib üzərinizdə gəzdirməsi barədə sual verildikdə o, “Yasin” adlı şəxsin dediyi yerdən həmin psixotrop maddələri götürüb sonrakı ünvana qoymağının qarşılığında 300 manat alacağı səbəbindən həmin psixotrop maddəni üzərində daışıdığını bildirmişdir. Ondan şahid5 cinayətdən xəbərinin olub-olmaması soruşulduqda o, Abutalıbın cinayətdən xəbəri olmadığını bildirmişdir. Ondan əldə etdiyi psixotrop maddə metamfetamini götürdüyü yeri göstərə bilibbilməyəcəyi soruşulduqda həmin yeri tanımadığını, həmin yeri konum vastəsilə tapdığını, odur ki, həmin yeri xatırlamadığından göstərə bilməyəcəyini bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. O, üzərində aşkar olunan başqa heç bir yerdə narkotik vastə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 11 aydır ki, “şüşə” kimi tanıdığı narkotik vasitədən istifadə etdiyini, əvvəllər heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin məsul növbətçisi İsgəndərov Orxan Nizami oğlu ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə saat təxminən 02:20 radələrində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, R şahid3 və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili R şahid2la xidməti ərazidə baş vermiş və baş verəcək oğurluqlara qarşı profilaktika məqsədi ilə xidmət apararkən iki nəfər şəxsin oları gördükdə özünü şübhəli apardığını görüb onlara yaxınlaşaraq 3-cü Polis Şöbəsinə dəvət etdiklərini bildirmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə növbətçi hissəsində videoçəkilişlə onların üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu, həmin şalvarın sağ yan cibindən qara rəngli parça parça bükümün içərisində 01 ədəd göy rəngli 01 ədəd ağ rəngli sellofan bükümlərdə olan cəmi 02 bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olduğu soruşulduqda həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini “Yasin” adlı İran vətəndaşının sifarişi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq polis şöbəsinə gətirilmiş şahid5 üzərinə baxış keçirilərkən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra nəticəyə dair akt tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Onlara qarşı polis şöbəsində heç bir fiziki və psixoloji təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili şahid3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və R xüsusi rütbəsi daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, ## #### 2025-ci il tarixdə saat təxminən 02:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığında o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, R şahid2 və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin YYÇ-nin inspektoru şahid1lə xidməti ərazidə baş vermiş və baş verəcək oğurluqlara qarşı profilaktika məqsədi ilə xidmət apararkən iki nəfər şəxsin onları gördükdə özünü şübhəli apardığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərdən də özlərini təqdim etməsini istədikdə biri özünü Təqsirləndirilən şəxs, digəri isə Abutalıb Gündiizov kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsləri oğurluqda şübhəli olduqları üçün 3-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminə gəlmişlər. 3-cü PŞ-nin növbətçi hissəsində videoçəkilişlə onların üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu, həmin şalvarın sağ yan cibindən qara rəngli parça bükümün içərisində 01 ədəd göy rəngli 01 ədəd ağ rəngli sellofan bükümlərdə olan cəmi 02 bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olduğu soruşulduqda həmin bükümlərdə psixotrop maddə metamletamin olduğunu, həmin metamfetamini “Yasin” adlı İran vətəndaşının sifarişi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığından əldə etdiyini bildirmişdir. Bundan sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. O, müdafiəçi ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxsa üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman polis əməkdaşları onun üzərindən götürüb qablaşdırdıqları psixotrop maddəyə bənzər maddəni çıxarıb təqdim etmişlər. Təqsirləndirilən şəxs də həmin bükümün ona məxsus olduğunu və həmin psixotrop maddəni “Yasin” adlı iran vətəndaşının sifarişi ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən körpünün yaxınlığından götürərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əlavə qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, R şahid2 və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsminin YYÇ üzrə inspektoru R şahid1 şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ##.##.2025-ci il tarixdə saat təxminən 23:30 radələrində Yasamal rayonundakı kafelərdən birinin qarşısından keçərkən tanışı Kənanı görmüşdür. Onunla hal-əhval tutduqdan sonra Kənan ona Binə qəsəbini tanıyıb-tanımadığını soruşmuşdur. O, da ona tanıdığını bildirmişdir. Kənan ondan xahiş etdi ki, onunla birlikdə həmin ünvana getsin. Onlar birlikdə Kənanın ona göstərdiyi ünvana taksi ilə getmişlər. Binə qəsəbəsində körpünün yaxınlığında taksidən düşdülər. Bu zaman Kənan ətrafda nəyisə axtarmağa başladı. O, Kənandan nə axtardığını soruşduqda səbirli olmağı istədi. O, dayanıb qıraqdan ona baxırdı. Bir neçə dəqiqə keçməmişdi ki, Kənan yenidən ona yaxınlaşdı və onu əsas yolun qırağına çıxarmağı istədi. Onlar birlikdə əsas yola doğru hərəkət etdikdən bir neçə dəqiqə sonra 3 nəfər mülkü geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını, oğurluqda şübhəli olduqlarını və onlarla birlikdə bildirilərək polis şöbəsinə getməli olduqlarını bildirdilər. Onlara etiaz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə yaxınlaşdıq. Növbətçi hissəyə təhvil verərkən üzərlərinə baxış keçirilməsinin zəruriliyi izah olundu. Bundan sonra videoçəkilişlə üzərlərinə baxış keçirlidi. Baxış zamanı üzərlərində hər hansı əşya varsa təqdim etmələri istənildi. Bu zaman o, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu çıxarıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya varsa təqdim edilməsi istənildikdə o, üzərində saxladığı iki bükümdə narkotik vastəni, mobil telefonunu və üzərindəki pulu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin büküm qablaşdırıldı. Ondan həmin psixotrop maddənin Kənana Ağayev tərəfindən haradan əldə edildiyini bilib-bilmədiyi soruşulduqda o, bu haqda heç bir məlumatı olmadığını, Kənana sadəcə yolu tanıdığı üçün kömək etdiyini, polis şöbəsində olarkən Kənanın hansı məqsədlə Binə qəsəbəsinə gəldiyini bildiyini bildirmişdir. Ona qarşı saxlanılarkən və ya polis şöbəsində olarkən hər hansı psixoloji və fiziki təsir olmmadığını bildimişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədiq edilən: ## #### 2025-ci il tarixli “ təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə, saat 02:00da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, “binə” körpüsünün yaxınlığında ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli kimi saxlanılmış, Polis Şöbəsinə gətirilmiş və Polis Şöbəsinin növbətçi hissəsində videogörüntü ilə üstü yoxlanılan zaman üzərindən 02 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilərək qablaşdırılmışdır. Təqdim olunan 02 ədəd bağlamaya və bir ədəd DVD-ə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərində olan zərfdən 02 ədəd ağ və göy rəngli sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd “Redmi” markalı mobil telefon, 41 manat pul aşkar olundu. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürləndi. Mobil telefon əhəmiyyət kəsb etdiyindən götürüldü və 41 manat pul vətəndaşın özünə qaytarıldı. Daha sonra bir ədəd DVD-ə Samsung markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş ## #### 2025-ci il tarixli, */**** nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №***...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, dörd imza; tərtib etdi: R.Cavadov- imza...”yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -0,774 qram, 9,565 qram, ümumi təmiz çəkisi 10,339 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan qustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ## #### 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və şahid5 üzərində qanunsuz hər hansı əşya və predimet olması sorğu-sual edildikdə şahid5 əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu, 41 manat nağd pulu, sağ yan cibindən bir ədəd qara rəngli, bir ədəd göy rəngli bükümü təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddə metamfetamini “Yasin” adlı iran vətəndaşının sifarişi ilə götürüb göstərilən ünvana çatdırmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər açılıb içərisinə baxıldıqda qara rəngli bükümdə içərisində şəffaf rəngli büküm görünmüşdür. Ondan götürülmüş həmin bükümlər qablaşdırılaraq aidiyyəti üzrə təhvil veriləcəyi bildirilir. Təqdim edilmiş 2-ci diskə baxış zamanı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçiriləcəyi bildirilir. Bundan sonra polis əməkdaşlarının təhqiqatçıya təqdim etdikləri zərf açılaraq içərisindəki bükümlərin kimə aid olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün ona aid olmasını bildirir. Ondan hansı məqsədlə həmin bükümləri üzərində saxlaması və gəzdirməsi soruşulduqda “Yasin” adlı iran vətəndaşının sifarişi ilə götürüb göstərilən ünvana çatdırmaq üçün üzərində saxladığını bildirmişdir. ## #### 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefonun menyusunda mesajlara, ”Votsap” sosial şəbəkəsinə və qaleriya qovluğuna daxil olunmuşdur. “Mesajlar” qovluğunda hər hansı bir qeyri-qanuni məlumat aşkar edilməmişdir. “Votsap” sosial şəbəkəsinə daxil olduqda “zənglər” bölümündə +989391842661 mobil nömrəsi ilə ## #### 2025-ci il tarixdə saat 00:35-də 3 dəq 44 saniyə daxil olmuş zəng, həmin gün saat 01:22-də həmin nömrədən 2 dəq 33 saniyə daxil olmuş zəng olduğu görünür. “Qaleriya”ya daxil olduqda naməlum ünvanda yerləşən zibil qablarının yanında bir ədəd işarələnmiş yer olan fotoşəkil, bir ədəd büküm olan şəkil, bir ədəd əldə tutulmuş ağ rəngli büküm və bir ədəd əldə tutulmuş qara rəngli büküm olan şəkil aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin fotoların ilk ikisini “Yasin” adlı iran vətəndaşının göndərdiyini, digr ikisini isə psixotrop maddəni götürdükdən sonra özü əlində tutaraq çəkib “Yasin” adlı şəxsə göndərdiyini bildirdi. Mobil telefona baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən mobil telefonun ona məxsus olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ####### 2025-ci il tarixli, **** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASILILIQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının ## ####### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu (F60.3) aşkar olunur. X1 emosional davamsiz şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də "emosional davamsız şəxsiyyət pozuntusu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idare etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü madəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ## #### 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hər-hansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan Yasin adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gələrək əldə edib saxlayaraq daşıması kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış və satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Məhkəmə qeyd etmişdir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab etmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir.Həmin maddənin mənasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır.Yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Prekursorları göndərən və ya satan təqsirkarla prekursorları alıb onları istifadə etməklə narkotik vasitə və psixotrop maddə hazırlayan, istehsal edən və ya emal edən şəxs arasında bu münasibətlər prekursorların göndərilməsi və satışı və ya narkotik vasitənin (psixotrop maddənin) hazırlanması, emalı, istehsalı məqsədi ilə qabaqcadan cinayət əlaqəsinə girmə kimi qiymətləndirilə bilməz. Belə olan halda prekursorları göndərən və ya satan şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə, prekursorları alıb onlardan istifadə etməklə narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə hazırlayan, emal və ya istehsal edən şəxsin əməli isə narkotik vasitənin və psixotrop maddənin miqdarından asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə İlk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün olan nəticəyə gəlinmiş, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verilərək düzgün olaraq təqsirləndirilən şəxsə elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ittihamdan xaric edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kollegiya hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilərkən onun “şəxsiyyətini müəyyən etmək mümkün olmayan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ona göstərəcəyi xidmətə görə sonradan ödəniləcək müəyyən məbləğdə pul müqabilində... satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və adı istintaqa "Yasin" kimi məlum olmaqla İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, Azərbaycan Respublikası Cinayət Pprosessual Məcəlləsinin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“istintaqda şəxsiyyətini müəyyən etmək mümkün olmayan”, “adı istintaqa "Yasin" kimi məlum olmaqla İran İslam Respublikası vətəndaşı” “kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Həmçinin, cinayət işi materiallarından göründüyü kimi, cinayət işinin başlanmasına səbəb və əsas olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə baş vermiş oğurluqda şübhəli bildikəri üçün Təqsirləndirilən şəxs saxlamışlar, yəni Təqsirləndirilən şəxs “qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi” barədə məlumat daxil olmamışdır. Beləliklə kollegiya belə qərara gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Məhkəmə kolegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və satışını həyata keçirməməsi barədə apellyasiya şikayətinin dəlilləri və məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətin yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsə qarşı narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham özünün məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, toplanmış sübutlarla tam olaraq təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərindən nə tərəzi, nə də mobil telefonunda satış barədə danışıq smsləri aşkar edilmədiyini, psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərildiyi üçün verilın ittihamla razılaşdığını göstərərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs saxlanılandan sonra ona təzyiq göstərilməsi barədə etirazlar etməmiş, bu barədə məhkəmə istintaqı zamanı ifadəsində bildirməmiş, əksinə həmin ifadəsində saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü yalnız psixotrop maddə olan metamfetaminin istifadəsində təqsirli bilməsi, psixotrop maddənin satış məqsədilə əldə etməsini polis əməkdaşlarının təzyiqləri ilə qəbul etməsi ilə bağlı dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində hər hansı psixi, fiziki təsir barədə şikayət etməmiş, bu barədə hüquq mühafizə orqanlarına heç bir orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab etmişdir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Kollegiya apellyasiya şikayətinin dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxsin məhkəmə istintaqında təqsirini etiraf etməsi digər sübutlarla uyğundur. Məhkum edilmiş şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. İş üzrə toplanmış sübutlar onun psixotrop maddənin satışı ilə məşğul olması barədə ittihamın əsaslı olması qənaətinə gəlməsinə əsas verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması barədə protokol, ekspertiza rəyi və işin digər sübutları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır və işin halları ilə ziddiyyət təşkil edir. Çünki işdə şəxsin cinayət əməlini törətməsinə dair təkzibedilməz sübutlar vardır. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət işindən göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü madəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ## #### 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2024-cü ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni ## #### 2025-ci ildə yenidən qəsdən ağır cinayət törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi, onun əməlində cinayətin residivini olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirib, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Medleks” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Medleks” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar