Məhkəmə qərarları › İş №1(3-6)-1359/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1359/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1359/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətə ilkin məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edib, hüquqi savadsızlığı, psixoloji durumunda yaranmış problemlər və yaddaş pozğunluğu ilə əlaqədar apellyasiya şikayəti vermə müddətini buraxdığını bildirmiş, buraxılan müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarı (hakim Fərid Namazov) ilə məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin olunmamışdır. Qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun müqavilə əsasında hüquqlarını müdafiə edən vəkili olmamışdır. Ona məhkəmə tərəfindən şikayət vermə və onun müddəti ilə bağlı hüquqları lazımi qədər izah olunmamışdır. Məhkəmə hökmü də ona vaxtında təqdim olunmamışdır. İstintaq təcridxanasında saxlanılır və şikayət və vəsatətlər yazmaq imkanına malik deyil. Bu barədə şikayət və vəsatətlər yazmaq imkanı, savad və bacarığı da kifayət qədər deyildir. Orada hüquqi yardım almaq imkanı da olmamışdır. Fiziki imkanları da təcridxana şəraitində məhduddur. Apellyasiya şikayəti vermək müddəti də o qədər uzun müddətlə buraxılmamışdır. Məhkəmə iclasında məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həmin məhkəmənin ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə elan olunmuş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti məhkum Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş, ##.##.2026-cı il tarixdə məhkum tərəfindən qəbzə imza etməklə təhvil alınmışdır. Məhkum tərəfindən apellyasiya şikayəti verilə bilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət isə cəzaçəkmə müəssisəsinin ##.##.2026-cı il tarixli, *-**-**/**/*-******/**** nömrəli məktubuna əsasən ##.##.2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və həmin tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 26 (iyirmi altı) gün keçmiş və məhkumu bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir üzrlü halın mövcud olması iş materialları ilə müəyyən olunmamış, apellyasiya şikayətinin dəlilləri əsaslandırılarkən də belə hal barədə məlumat verilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu da məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Vəsatətdə məhkum hökmdən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməsinin səbəbi kimi səhhətinin yerində olmamasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun vəsatətində və şikayətində göstərdiyi həmin hallar apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar