Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1360/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı nümayəndəsi - “Güvən” Vəkil Bürosunun vəkili nümayəndə2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs (bundan sonra – Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs) iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı (bundan sonra - Xüsusi ittihamçı) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Xüsusi ittihamçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı həmin şikayətini onunla əsaslandırmışdır ki, bibisi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## #### 2025-ci il tarixdə “Azad Azərbaycan” televiziyasında canlı yayımlanmış “Bizimləsən” verilişində aralarında olan ailə mübahisəsinin ictimailəşdirildiyi zaman efir arxasından üzünü gizlədib müzakirədə iştirak edərkən ona qarşı verilişin 1:16:40-dan 1:20:30-dək olan hissəsində “Elanə ən ağır maddə ilə ərini tutdurub, qaynanasını tutdurub, qaynatasını tutdurub, xalası oğlunu tutdurub, nəsildə adam qalmayıb tutdurmadığı, qardaşını tutdurub, bütün nəsil onu tanıyır”, 1:44:29-dan 1:44:35-dək olan hissəsində “Elanə getsin öz atasına baxsın, xəstə atasını atıb, qızını da götürüb Türkiyəyə gedib”, 1:49:44-dən 1:49:50-dək olan hissəsində “Orada oturan Elanə böyük qardaşını tutudurub, qardaşına zəng vururam deyir imtina edirəm, mənim elə bacım yoxdur mənim” kimi ifadələr işlətməklə böhtan, 1:43:55-dən 1:44:10-dək olan hissəsində “Elanə sən kimsən? Mənə sual verin ki, Elanə kimdir? Elanə, sən Türkiyədə yaşayırsan get otur yerində, sabah o biri gün də Dubaydan xəbərin gələcək”, 1:49:04-dan 1:49:41-dək olan hissəsində “Elanə sən kimsən ki, səni bütün nəsil tanıyır, anan Qroznıda, atıb xəstə atanı tək atıb gedib, sən kimsən axı kimsən? sən İsverənsən! Sən öyrəşmisən belə gəzməklərə” kimi ifadələr işlətməklə həm təhqir, həm böhtan cinayət əməllərini törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bilə-bilə bu yalan ifadələri deməklə, ictimaiyyətə guya onun yüngül həyat tərzi keçirməsini, ailə üzvləri və digər qohumlarına qarşı mənfi münasibətdə olmasını göstərməyə çalışmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarı ilə (hakim X2) Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi həmin şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittihamçı həmin məhkəmə qərarından verdiyi apellyasiya şikayətində onun ləğv edilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi barədə məhkəmə hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi bibisi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## #### 2025-ci il tarixdə “Azad Azərbaycan” televiziyasında canlı yayımlanmış “Bizimləsən” verilişində aralarında olan ailə mübahisəsinin ictimailəşdirildiyi zaman efir arxasından üzünü gizlədib müzakirədə iştirak edərkən xüsusi ittiham qaydasında verdiyi şikayətində göstərdiyi məzmunda ona qarşı ifadələr deməklə Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq böhtan və təhqir cinayət əməllərini törətsə də, bunu təsdiq edən sübutu – həmin verilişin videogörüntüsünü təqdim etsə də, birinci instansiya məhkəməsi onun verdiyi şikayəti qanunsuz və əsassız olaraq icraata qəbul etməkdən imtina etmişdir. Apellyasiya məhkəməsi iclasında Xüsusi ittihamçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs isə izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər məhkəmənin xüsusi ittiham qaydasında verilmiş şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qəbul etdiyi qərarından apellyasiya şikayəti verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinə mahiyyəti üzrə baxmadığını nəzərə alaraq hesab edir ki, sonuncunun verdiyi apellyasiya şikayəti ilə bağlı qərar ilkin baxış iclasının nəticəsi üzrə qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayəti öz icraatına qəbul etməkdən əsassız olaraq imtina etməsi barədə qərar qəbul etməsi ilə cinayət-prosessual qanunvericiliyin müvafiq tələblərini pozması təşkil edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul etməkdən imtina etməsi barədə gəldiyi nəticəni əsaslandırmaq üçün: - Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəməyə təqdim etdiyi sənədlərlə Xüsusi ittihamçı qardaşı və arvadı barəsində hüquq-mühafizə orqanlarına müraciətlər etməsinin təsdiq olunması, buna görə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs dediyi ifadələrin tamamilə uydurma və həqiqətə uyğun olmayan məlumatların yayılması ilə deyil, müəyyən faktiki hallarla əlaqəli olması, - "tutdurmaq" sözünün məişət dilində yalnız şəxsin barəsində məhkəmənin ittiham hökmünün qəbul edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsini deyil, geniş mənada şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət edilməsi, həmin müraciət əsasında araşdırma aparılmasını ifadə etdiyinə görə şəxsin hüquq-mühafizə orqanlarına müraciət etməsi və ya belə müraciətlər etməsi ilə bağlı məlumatların mövcud olmasının təsdiq edildiyi halda, böhtan xarakterli hesab edilməməsi, - Xüsusi ittihamçı şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs konkret olaraq hansı hərəkət və ya ifadələrinin ayrı-ayrılıqda böhtan və təhqir cinayətlərinin tərkibini yaratmasını göstərməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 46.İ maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. - 46.II maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-in: - 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. - 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. - 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin aşağıdakı məsələlər həll edilir: 299.4.1. verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə; 299.4.2. ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutlar siyahısı barədə; 299.4.3. məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə; 299.4.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə. - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə həmin şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. - 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. - 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. - 346.1.1, 346.1.2, 346.1.3, 346.1.4-cü maddələrinə əsasən müvafiq olaraq cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilən məsələlərə aiddir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normalarını məzmunlarına uyğun olaraq belə şərh edir ki,: - Azərbaycan Respublikası CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında sübutların qiymətləndirilməsi deyil, cinayət prosesi tərəflərinin məhkəmə baxışında tədqiq edilməsi üçün təqdim etdikləri sübutlar siyahısı, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir. - Xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmənin hazırlıq iclasında isə əlavə olaraq, şikayətin məzmununun Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində göstərilmiş prosessual-formal tələblərə uyğunluğu yoxlanılır. - Məhkəmənin hazırlıq iclası məhkəmə baxışı, onun mərhələləri olan məhkəmə istintaqı və yekun müşavirədən fərqli olaraq, ittihamın həlli nöqteyi-nəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılması və qiymətləndirilməsini ehtiva etmir. - Qanunverici birinci instansiya məhkəməsində ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə, sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. - Məhkəmənin ittihamın həlli ilə əlaqədar sübutları qiymətləndirməsi isə Azərbaycan Respublikası CPM-in 338.1.2-ci maddəsinə və XLV fəslinə görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla, belə tədqiqat isə çəkişmə xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməklə, yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. - Azərbaycan Respublikası CPM-in 42.2.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması yalnız məhkəmə baxışının nəticəsi olaraq bəraət hökmünün qəbul edilməsinin əsaslarından biridir. Hazırlıq iclasının qərarı ilə mahiyyətcə bəraətverici xarakter daşıyan nəticənin tərəflər dinlənilmədən və sübutlar araşdırılmadan formalaşdırılması faktiki olaraq işin mahiyyəti üzrə həll edilməsi deməkdir ki, bu da hazırlıq iclasının hüquqi təbiətinə ziddir. - Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, həm də xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasında baxılarkən cinayətprosessual qanunvericiliyin qeyd olunan normalarında təsbit edilmiş tələblər nəzərə alınmalı və Azərbaycan Respublikası CPM-in 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş müddəalar sübutların xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edib-etməməsi (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulmuş “xüsusi ittiham qaydasında şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini əks etdirən sübutları əks etdirmədikdə" müddəası xüsusi ittihamçının təqdim etdiyi sübutların tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Həmin müddəa şikayətdə faktiki əsaslar gətirilmədən ittihamın irəli sürülməsi və yaxud müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktiki hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsi, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların göstərilməməsi və təqdim edilməməsini nəzərdə tutur. Qeyd edilənlərdən kənar mənada məhkəmənin hazırlıq iclası mərhələsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində müvafiq cinayətin tərkibinin olub-olması və təqsirliliyinin sübuta yetirilib-yetirilməməsinə hüquqi qiymət verilə bilməz. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət və onun əsasında toplanmış materiallar əsasında müəyyən edilir ki, sonuncu həmin şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq yuxarıda qeyd edilmiş məzmunda, ## #### 2025-ci il tarixdə “Azad Azərbaycan” televiziyasında canlı yayımlanmış “Bizimləsən” verilişində onun barəsində rüsvayedici və qanuna zidd məzmunlu məlumatların yayılmasının ayrı-ayrılıqda konkret epizodlarına istinad etməklə əsaslandırmış, iddiasını təsdiq edən sübut kimi diskin yaddaşında yayılmış videogörüntüləri şikayətinə əlavə edib məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin məzmununa əsaslanıb, yuxarıda göstərilən qanunvericilik normaları, hüquqi mövqelər və işin müəyyən edilmiş müvafiq prosessual hallarına əsaslanıb, birinci instansiya məhkəməsindən fərqli olaraq hesab edir ki,: - Birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## #### 2025-ci il tarixdə “Azad Azərbaycan” televiziyasında canlı yayımlanmış “Bizimləsən” verilişində Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununda göstərdiyi ifadələri bildirməsindən ibarət olan əməllərində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin tərkib əlamətlərinin olubolmamasına yalnız işin faktiki hallarını məhkəmə baxışı mərhələsində tərəflərin iştirakı ilə tədqiq etməsinin nəticələri əsasında yekun hüquqi qiymət verə bilərdi. - Xüsusi ittihamçı həmin şikayətində Azərbaycan Respublikası CPM-in 293.3.3 və 293.3.4-cü maddələrinin tələblərinə əməl etmişdir. Birinci instansiya məhkəməsi hazırlıq iclasının nəticələrinə dair qəbul etdiyi qərarında sonuncunun xüsusi ittiham qaydasında verdiyi şikayətin Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsinə əsasən əsassız olması və onun dəlillərini təsdiq edən sübutları əks etdirməməsini, beləliklə də həmin Məcəllənin 293.3.3 və 293.3.4-cü maddələrində nəzərdə tutulmuş tələbərə uyğun olmamasını göstərərkən haqlı olmamış, onun təqdim etdiyi dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında verdiyi şikayətdə irəli sürdüyü ittihamın təsdiq edilməsi üçün yetərli olmaması, şikayətinə əlavə etdiyi videogörüntüdə ## #### 2025-ci il tarixdə “Azad Azərbaycan” televiziyasında canlı yayımlanmış “Bizimləsən” verilişində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun ünvanına dediyi ifadələrin məzmununu Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müvafiq əməllərində böhtan və təhqir cinayət əməllərinin tərkib əlamətlərinin mövcud olmaması nöqteyi-nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Azərbaycan Respublikası CPM-in ümumi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 391.3.6-cı maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Xüsusi ittihamçı verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarı ləğv edilməli və sonuncunun Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallar həmin şikayətin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPMin 391 və 408-412-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallar həmin şikayətin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1360/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1360/2026
03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver