Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1361/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr – İbrahimli İbrahim Adil oğlu (sәdrlik edәn vә mәruzәçi), X1 vә X3 ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi İbrahimova İlahә Arif qızının, Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı , Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs müdafiәçisi “Güvәn” Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtdiyinә görә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә hökm çıxarılmasını xahiş etmişdir. Şikayәt әrizәsi onunla әsaslandırılmışdır ki, ##.##.1966-cı il tarixdә Sumqayıt şәhәrindә anadan olmuşdur. Hal hazırda ünvan 1 ünvanında pasport qeydiyyatdında olmaqla yaşayır. Hazırda heç bir yerdә işlәmir. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verdiyi şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxsdır. Bildirmәk istәyir ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ##.##.2025ci il tarixdә “Azad Azәrbaycan” televiziyasına (ATV) canlı yayımlanan “Bizimlәsәn” verilişindә tәhqir etmәklә vә böhtan atmaqla şәrәf vә lәyaqәtini qәsdәn alçaltmışdır. Belә ki, canlı yayımlanan verilişdә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә aşağıdakı tәhqiramiz ifadәlәri işlәtmişdir: “fırıldaq işlәrlә mәşğul olur”, “narkotik aludәçisidir”, “dәlәduz”, “hәyat yoldaşı ölәndә onu dәfn elәmәdi, apardı qәbiristanlığa nәnәmin ayağının altına atdı gәldi”, “hәyat yoldaşını infakt edib öldürüb”. Hesab edir ki, bu ifadәlәr onun şәrәf vә lәyaqәtini alçaldan, tәhqir edәn ifadәlәrdir. Azәrbaycan Respublikası CM-nin 148-ci maddәsinә görә, tәhqir, yәni kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltma min manatdan min beş yüz manatadәk miqdarda cәrimә vә ya iki yüz qırx saatdan dörd yüz sәksәn saatadәk müddәtә ictimai işlәr vә ya bir ilәdәk müddәtә islah işlәri vә ya altı ayadәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Hesab edir ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә dediyi yuxarıda qeyd olunan tәhqiramiz ifadәlәrә görә CM-nin 148-ci maddәsi ilә tәqsirli bilinәrәk maddәnin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәzaya mәhkum edilmәlidir. Bundan әlavә, o, hәmin verilişdә böhtan ataraq, onu ağır cinayәtdә - narkotik satmaqda ittiham etmәklә, ona böhtan atmışdır. Hәtta verilişin aparıcısı Zaur baxşәliyev dә ona irad bildirәrәk, bu fıkilәrinә görә, mәhkәmәyә verilә bilәcәyini bildirsә dә, o, әlindә sübutları olduğunu dediyi fikri sübuta yetirә bilәcәyini bildirmiş vә daha da irәli gdәrәk, nәinki hәtta oğlanlarımın da narkotik satışı ilә mәşğul olduğumuzu bildiribdir. Eyni zamanda o, mәni dәlәduzluqda, fırıldaq işlәrlә mәşğul olmaqda, özünün vә oğlanlarımın narkotik satışı ilә mәşğul olmaqda ittiham edәrәk böhtan atmışdır. Azәrbaycan Respublikası CM-nin 147.1. Böhtan, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadәk miqdarda cәrimә ilә vә ya iki yüz qırx saatdan dörd yüz sәksәn saatadәk müddәtә ictimai işlәr vә ya bir ilәdәk müddәtә islah işlәri vә ya altı ayadәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. CM-nin 147.2ci maddәsinә görә, ağır vә ya xüsusilә ağır cinayәtdә ittiham etmәklә böhtan atma—iki ilәdәk müddәtә islah işlәri vә ya üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya üç ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Hesab edir ki, onun dәlәduz, fırıldaq işlәrlә mәşğul olan adlandırması CM- nin 147.1 -ci maddәsinin tәrkibini yaradır vә o, hәmin maddә ilә tәqsirli bilinin maddәnin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәzaya mәhkum edilmәlidir. Onun vә oğlanlarının narkotik satışı ilә mәşğul olmasını demәklә isә, o, ağır cinayәtdә ittiham etmişdir ki, bu da, CM-nin 147.2-ci maddәsinin tәrkibini yaradır. Xüsusi ittiham qaydasında şikayәtlәr üzrә işlәrә baxarkәn mәhkәmәlәr hәr kәsin toxunulmazlığının, şәrәf vә lәyaqәtinin, habelә Azәrbaycan Respublikasının Konstitusiyasında nәzәrdә tutulmuş digәr hüquqlarının mәhkәmә müdafiәsinin tәmin edilmәsi üçün qanunvericiliyin tәlәblәrinә әmәl etmәlidirlәr. Mәhkәmәlәrә izah edilsin ki, cinayәt qanunvericiliyindә xüsusi ittiham qaydasında cinayәt tәqibinә sәbәb olan әmәllәrin törәdilmәsinә görә cinayәt mәsuliyyәtinin nәzәrdә tutulması hәr kәsin mәnәvi dәyәri olan şәrәf vә lәyaqәtini, nüfuzunu qeyri-qanuni qәsdlәrdәn qorumaq mәqsәdi daşıyır. Hәr kәsin şәrәfi dedikdә onun cәmiyyәtin üzvü kimi әxlaqi, mәnәvi keyfiyyәtlәrinә, digәr insanlara, dövlәtә, cәmiyyәtә münasibәtinә görә ona verilәn qiymәt, lәyaqәti dedikdә şәxsin öz mәnәvi vә әqli keyfiyyәtlәrini, cәmiyyәtdәki mövqeyini vә nüfuzunu dәrk etmәsi vә özünün özünә verdiyi qiymәt, nüfuzu dedikdә isә şәxsin cәmiyyәtdә, kollektivdә, dostlarının әhatәsindә, tәşkilatda öz qabiliyyәtinә görә tutduğu mövqe başa düşülür. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 vә 166.1-cı maddәlәri ilә xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn bütün hallarda Konstitusiyanın 30-cu maddәsindә (әqli mülkiyyәt hüququ), 32-ci maddәsinin II vә III hissәlәrindә (şәxsi vә ailә hәyatının sirrini saxlamaq hüququ), 46 (şәrәf vә lәyaqәtin müdafiәsi hüququ), 47 (fikir vә söz azadlığı), 50-ci (mәlumat azadlığı) maddәlәrindә, Konvensiyanın 8 (şәxsi hәyata vә ailә hәyatına hörmәt hüququ) vә 10-cu (fikri ifadә etmәk azadlığı) maddәlәrindә tәsbit edilmiş hüquq vә azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsinin (bundan sonra Avropa Mәhkәmәsi) ifadә azadlığına dair presedent hüququndan geniş istifadә olunmalıdır. Avropa Mәhkәmәsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının әhәmiyyәtinә xüsusi diqqәt yetirilir. Bununla belә, o da nәzәrә alınmalıdır ki, fikri ifadә etmәk azadlığı Konvensiyanın 10-cu maddәsinin 2-ci bәndinә әsasәn digәr şәxslәrin nüfuzu vә hüquqlarının müdafiәsi üçün mәhdudiyyәtlәrә mәruz qala bilәr. Avropa Mәhkәmәsinin qәrarlarındaqeyd edilmişdir ki, ifadә azadlığına hәr hansı mәhdudiyyәtin “zәruriliyi” әaaslı qaydada müәyyәn edilmәlidir. İlk növbәdә mәhkәmәlәr mәhdudiyyәtin tәtbiqi üçün “ciddi ictimai tәlәbatın” mövcud olub- olmadığını müәyyәn etmәlidirlәr; bu halda onların müәyyәn mülahizә hüdudları vardır. Mәtbuat ilә bağlı işlәrdә mәhkәmәlәrin malik olduğu mülahizә hüdudları demokratik cәmiyyәtin azad mәtbuatı tәmin etmәk vә qorumaq marağı ilә müәyyәn edilir. Eynilә, Konvensiyanın 10cu maddәsinin 2-ci bәndinә әsasәn mәhdudiyyәtin qanuni mәqsәdә mütәnasib olubolmamasının müәyyәn edilmәsindә bu maraq daha ağır çәkiyә malikdir (bax, Fressoz vә Ruar Fransaya qarşı (BP), § 45). Avropa Mәhkәmәsi hәmçinin bildirmişdir ki, mәtbuatın demokratik cәmiyyәtdә oynadığı “gözәtçi” rolu xüsusi әhәmiyyәt kәsb edәn amildir (bax, X5rşı, ## #### 1996-cı il, § 39). Onun vәzifәsi öz mәsuliyyәt vә öhdәliklәrinә uyğun qaydada siyasi mәsәlәlәr vә ümumi maraq kәsb edәn digәr mәsәlәlәr barәdә mәlumat vә fikirlәri yaymaqdan ibarәtdir (bax, başqa bir çox mәnbәlәrlә yanaşı, De Haes vә Gijsels Belçikaya qarşı, § 37 vә Kolombani vә digәrlәri Fransaya qarşı, § 55). Lakin mәtbuat müәyyәn hәdlәri, xüsusilә başqalarının nüfuz vә hüquqlarına aid olan hәdlәri aşmamalıdır. Hәmçinin nәzәrә alınmalıdır ki, mәqbul olan tәnqidin hüdudları fәrdi şәxslә müqayisәdә ictimai xadim, o cümlәdәn siyasәtçi ilә bağlı daha genişdir. Birincidәn fәrqli olaraq ictimai vә ya siyasi xadim sözlәrinin vә hәrәkәtlәrinin jurnalistlәr vә ümumiyyәtlә ictimaiyyәt tәrәfindәn yoxlanılmasına qaçılmaz olaraq vә bilә-bilә açıq edir vә buna görә o, daha böyük dәrәcәdә dözümlülük nümayiş etdirmәlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azәrbaycan Respublikası Konstitusiyasının 24-cü maddәsinin birinci vә ikinci bәndlәrinә әsasәn: İ. İnsan lәyaqәti qorunur vә ona hörmәt edilir.- II. Hәr kәsin doğulduğu andan toxunulmaz, pozulmaz vә ayrılmaz hüquqları vә azadlıqları vardır. Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin birinci bәndinә әsasәn: İ. Hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrәli qәrarında qeyd olunur: İnsanın şәrәfi, lәyaqәti vә nüfuzu hüququn әn ali bәşәri dәyәrlәrindәn hesab olunur. Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddәsindә, Birlәşmiş Millәtlәr Tәşkilatının ## ###### 1948ci il tarixli Ümumdünya İnsan Hüquqları Bәyannamәsindә vә ## ###### 1966-cı il tarixli “Mülki vә siyasi hüquqlar haqqında” Beynәlxalq Paktda, “İnsan Hüquqlarının vә X7 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) tәsbit edilmiş şәxsi vә ailә hәyatına hörmәt hüququ ilә әlaqәdar olaraq qeyd olunur ki, hәr kәsin şәrәf vә lәyaqәtini müdafiә etmәk hüququ vardır, hәr hansı hal şәxsiyyәtin lәyaqәtinin alçaldılmasına әsas verә bilmәz. İnsanın şәrәfi, lәyaqәti vә nüfuzu bir-biri ilә sıx surәtdә bağlı olan mәnәvi, әxlaqi vә sosial dәyәrlәr olduğuna görә bu dәyәrlәr dövlәt tәrәfindәn müdafiә olunur. Konstitusiya fikir vә söz, mәlumat vә yaradıcılıq azadlıqlarını hәyata keçirәrkәn hәr kәsdәn qanunlara riayәt etmәsini vә başqalarının hüquqlarına hörmәtlә yanaşmasını tәlәb edir. Lakin, bir sıra hallarda bәzi şәxslәr, o cümlәdәn kütlәvi informasiya vasitәlәrinin әmәkdaşları onlara verilmiş hüquq vә azadlıqlardan sui-istifadә edәrәk başqalarının şәrәf vә lәyaqәtini lәkәlәyәn, onları nüfuzdan salan tәhqir vә böhtan xarakterli mәlumatların kütlәvi şәkildә yayılmasına yol verirlәr. Tәhqir vә böhtanla bağlı xüsusi ittiham qaydasında şikayәtlәr üzrә cinayәt işlәrinin ümumilәşdirilmәsinin nәticәlәrinә görә, mәhkәmәlәr bir qayda olaraq belә işlәrә baxarkәn qanunvericiliyin tәlәblәrinә әmәl edәrәk hәmin işlәr üzrә qanuni, әdalәtli vә obyektiv qәrarlar qәbul edirlәr. Böhtan vә tәhqir xarakterli mәlumatlar mәtbuatda dәrc edilmәklә, radio vә televiziya verilişlәrindә sәslәndirilmәklә, elektron vasitәlәrlә yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilmәklә, әsәrlәrdә tәsvir edilmәklә, yığıncaq vә toplantılarda deyilmәklә, mәktub, әrizә vә şikayәtlәrdә göstәrilmәklә, idarә, müәssisә vә tәşkilatlardan çıxan sәnәdlәrdә әks etdirilmәklә vә sair üsullarla yayıla bilәr. Lakin, CM-nin 147 vә 148ci maddәlәrinin mәnasına görә, şәxs böhtana, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları yaymaya vә tәhqirә, yәni şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltmaya görә o halda cinayәt mәsuliyyәtinә cәlb edilә bilәr ki, tәhqir vә böhtan xarakterli mәlumatlar onun tәrәfindәn kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütlәvi çıxış dedikdә, hәr hansı şәxsin şәrәf vә lәyaqәtini alçaldan vә ya onu nüfuzdan salan mәlumatları әn azı iki nәfәr kәnar şәxsin görә, eşidә vә ya qavraya bilәcәyi formada ifadә etmә başa düşülür. Kütlәvi nümayiş etdirilәn әsәr dedikdә, әn azı iki nәfәr kәnar şәxsin görә vә ya qavraya bilәcәyi şәraitdә nümayiş etdirilәn әsәrlәr (fotoşәkillәr, rәsm әsәrlәri, kinematoqrafıya әsәrlәri, reklam vә sair) başa düşülür. Kütlәvi informasiya vasitәsi vә kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdә, dövri mәtbu nәşrlәr, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şәbәkәlәri, dövri mәtbuatın vә teleradio kanallarının internet saytları vә digәr yayım formaları başa düşülür. Böhtan vә tәhqir xarakterli mәlumatların müxtәlif orqan vә tәşkilatlara ünvanlanmış әrizә vә şikayәtlәrdә әks olunması vә ya ona aid olan şәxsә tәklikdә bildirilmәsi hәmin mәlumatların kütlәvi çıxış şәklindә yayılması sayılmır vә belә hallarda onları yaymış (bildirmiş) şәxsin hәrәkәtlәrinin cinayәt kimi qiymәtlәndirilmәsi istisna edilir. Avropa Mәhkәmәsinin presedent hüququna müvafiq olaraq barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs tәrәfindәn yayılmış mәlumatlarda fikrin vә ya faktın әks etdirilmәsi fәrqlәndirilmәli vә bu hala әhәmiyyәt verilmәlidir. Faktların mövcudluğu nümayiş oluna bilsә dә, fikirlәrin hәqiqiliyi sübut oluna bilәn deyildir. Fikirlәrin hәqiqiliyini sübut etmәk tәlәbinә riayәt etmәk mümkün deyil vә bu tәlәb Konvensiyanın 10-cu maddәsi ilә tәmin edilmiş hüququn әsas hissәsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes vә Gijsels, § 42 vәLingens, § 46). Eyni zamanda, üçüncü tәrәfin davranışı barәdә iddialar irәli sürüldüyü hallarda bәzәn faktın tәqdimatı ilә fikirlәr arasında fәrqi müәyyәn etmәk çәtin olur. Buna baxmayaraq, hәtta fikirlәr faktlara әsaslanmadıqda onlar olduqca әsassız ola bilәr (bax, Jerusalem Avstriyaya qarşı, §43). Xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn yayılmış mәlumatların tәhqir vә ya tәnqid xarakterli olmasına, onların xüsusi ittihamçının şәxsi vә ya ictimai hәyatına, siyasi fәaliyyәtinә müdaxilә olub-olmamasma diqqәt yetirsinlәr. Nәzәrә alınmalıdır ki, Avropa Mәhkәmәsinin presedent hüququna görә, ifadә azadlığının hәyata keçirilmәsi özündә mәsuliyyәt vә öhdәliklәri ehtiva edir, Konvensiyanın 10-cu maddәsi ilә jurnalistlәrә verilәn tәminat isә onunla şәrtlәnir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün vә etibarlı mәlumatı tәqdim etmәk mәqsәdilә vicdanla fәaliyyәt göstәrsinlәr (bax, başqa mәnbәlәrlә yanaşı, Radio Frans vә digәrlәri Fransaya qarşı, §37 vә yuxarıda qeyd olunmuş Kolombani vә digәrlәri, §65). Yerlәrdә seçilmiş nümayәndәlәr vә ya vәzifәli şәxslәr tәrәfindәn törәdilmәsi güman olunan cinayәtlәr barәdә ictimaiyyәti xәbәrdar etmәk vәzifәsi mәtbuata aid olsa da, müәyyәn şәxslәrin adlarını vә vәzifәlәrini qeyd etmәklә onları birbaşa ittiham etmә jurnalistlәri öz iddiaları üçün kifayәt qәdәr faktiki әsasları tәqdim etmәk öhdәliyini müәyyәn edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Qeyd olunanlardan da göründüyü kimi Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hәrәkәtlәri Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyәtinә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәlidir. Qeyd edir ki, cinayәt işinin icraatı zamanı ona qarşı mülki iddia da qaldıracaqdır. Belәliklә qeyd etdiyi xüsusatlara vә Azәrbaycan Respublikası CPM-nin 37.2, 298-300-cü maddәlәrini rәhbәr tutaraq şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltdığına elәcә dә üstümә böhtan atdığına görә - ## ###### 1985-ci il tәvәllüdlü Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyәtinә cәlb edilmәsi vә ona hәmin maddәlәrin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәza tәyin olunması barәdә hökm çıxarılması mәhkәmәdәn xahiş edilmişdir Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin (hakim Ü.Şükürova) ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbulundan imtina edilmişdir. Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyәtinә cәlb edilmәsi vә ona hәmin maddәlәrin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәza tәyin olunması barәdә hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә öz qәrarını belә әsaslandırmışdır ki, mәhkәmә hazırlıq iclasının yeri vә vaxtı barәdә xәbәrdar edilmiş xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı mәhkәmә iclasında iştirakını tәmin etmәmişdir. Hәmçinin mәhkәmә iclasının tәxirә salınması barәdә mәhkәmәyә vәsatәt vermәmişdir. Mәhkәmә hazırlıq iclası ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il vә ##.##.2026-cı il tarixlәrә tәyin edilmәsinә baxmayaraq Xüsusi ittihamçı mәhkәmә iclaslarına gәlmәmişdir. Mәhkәmә iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymәt verәrәk hesab edir ki, xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәsi әsasında mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul olunmasından imtina edilmәlidir. Aşağıda sadalananlara әsasәn çıxarılmış qәrarı tamamilә qanunsuz vә әsassız hesab edirәm. Qәrarda qeyd edilmişdir ki, guya mәn mәhkәmә iclasında iştirak edә bilmәmәyimlә әlaqәdar mәhkәmәni öncәdәn xәbәrdar etmәmişәm. Bildirirәm ki, bu tamamilә yalnışdır. Belә ki, iştirak edә bilmәdiyim mәhkәmә iclasları barәsindә öncәdәn hәmişә mәhkәmәyә öncәdәn teleqram göndәrmәklә xәbәrdarlıq etmişәm. Hәmin teleqramların qәbzlәrini dә apellyasiya şikayәtimә әlavә edirәm. Buna baxmayaraq, qәrarda bu faktlar qeyd edilmәmiş vә әsassız qәrar qәbul edilmişdir. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı Bakı şәhәri Sәbail rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk tәmin edilmәsini, hәmin qәrarın lәğv edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs müdafiәçisi “Güvәn” Vәkil Bürosunun vәkili Müdafiәçi verilmiş apellyasiya şikayәtinin әsassız olduğundan tәmin edilmәmәsini, iş üzrә Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli mübahisәlәndirilәn qәrarın dәyişdirilmәdәn qüvvәsindә saxlanılmasını xahiş etdi. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti qismәn tәmin edilmәli, Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilmәli, xüsusi ittiham şikayәtә yenidәn baxılması üçün material birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPM-nin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 302.1-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir: 302.1.1. şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 302.1.2. şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 302.1.3. şikayәtin mәzmunu bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 302.1.4. cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 302.1.5. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimaixüsusi qaydada tәqib edilmәli olduqda; 302.1.6. cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 302.1.7. şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 302.1.8. şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә. Hәmin Mәcәllәnin 302.2.3-cü mddәsinә әsasasәn mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Birinci instansiya mәhkәmәsi xüsusi ittiham qaydasında şikayәtin icraata qәbul edilmәsindәn imtina edәrkәn mübahissәlәndirilәn qәrarında qeyd etmişdir ki, mәhkәmә hazırlıq iclası ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il vә ##.##.2026-cı il tarixlәrә tәyin edilmәsinә baxmayaraq Xüsusi ittihamçı mәhkәmә iclaslarına gәlmәmişdir vә buna görә dә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәsi әsasında mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul olunmasından imtina edilmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 299.8-ci maddәsinә әsasәn xüsusi ittihamçının üzrlü sәbәblәrin olmasını әvvәlcәdәn bildirmәdәn mәhkәmәnin hazırlıq iclasına tәkrar gәlmәmәsi ittihamdan imtinaya bәrabәr tutulur vә xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina barәdә qәrar çıxarılmasına mәhkәmәyә әsas verir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 302.1.8-ci maddәsinә әsasәn şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edilir. Halbuki, apellyasiya şikayәtinә әlavә edilmiş ## #### 2026-cı il tarixli teleqramın surәtindәn görünür ki, Xüsusi ittihamçı xәstә olduğu üçün mәhkәmәyә gәlә bilmәdiyini bildirib mәhkәmә iclasının tәxirә salınmasını xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya mәhkәmәsi xüsusi ittihamçının müraciәtini nәzәrә almamış vә bununla da gәldiyi nәticә әsassız olmuşdur. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 398.1.2-ci maddәsinә әsasәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökmünü vә ya qәrarını lәğv edәrәk yeni hökm vә ya qәrar çıxarmaq haqlıdır. Göstәrilәnlәri nәzәrә alaraq, verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilmәli, xüsusi ittiham şikayәtә yenidәn baxılması üçün material birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin, hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-nin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.2-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1, 147.2 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilsin. Xüsusi ittiham şikayәtә yenidәn baxılması üçün material birinci instansiya mәhkәmәsinә qaytarılsın. “Arbitrium” Vәkil Bürosunun vәkili X9 tәrәfindәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs iş materialları ilә tanış olması üçün sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 4(dörd) saat üçün cәmi 44(qırx dörd) manat dövlәt büdcәsindәn “Arbitrium” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrindә göstәrilәn müddәtlәrdә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr. Sәdrlik edәn İbrahim İbrahimli Hakimlәr: Aqil Musayev Sabit Bәhramzadә
Məhkəmə qərarları › İş №1(3-6)-1361/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1361/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver