Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1371/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmü ilə (hakim Kərimli İlham Əziz oğlu), ## ###### 1997-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən apellyasiya şikayəti verib, onun ləğv edilməsini və barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. Hazırki apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs iş üzrə birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyinə görə həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı və müdafiəçi təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsinin qəbul edilib, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 91.5.33-cü maddəsinə əsasən özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. - 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. - 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli, buna görə həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarının 1-ci bəndinə əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq halına əsaslanaraq hesab edir ki, müdafiəçiyə məhkuma hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 10 saat vaxta görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 110 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 92.9.24, 91.5.33, 193.5, 390.1, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1ya təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1371/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1371/2026
21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver