Məhkəmə qərarları › İş №1(3-6)-1375/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1375/2026

09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-1375/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr – İbrahimli İbrahim Adil oğlu (sәdrlik edәn vә mәruzәçi), Hüseynov Telman Qulamәli oğlu vә X1 ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi İbrahimova İlahә Arif qızının, Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı etibarnamә üzrә nümayәndәsi (vәkili) Müdafiәçi, Müdafiәçilәr X7, X5, Eyvazov İlkin Fikrәt oğlunun, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxslәr barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, X6 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 iştirakları ilә, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, X6 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәlәri barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı etibarnamә üzrә nümayәndәsi (vәkili) Müdafiәçi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn işә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında ilkin baxış iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı mediada vә kütlәvi nümayiş etdirilәn internet informasiya ehtiyatında onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atan barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 X6 vә insanların hәmin mәlumatların mötәbәrliyinә inanması üçün hәqiqәtә uyğun olmayan “Diş müayinәsinә getdi, çәnәsindәn oldu”, “Saxta tarixli sәnәd, çәkilәn sağlam dişlәr” başlıqları ilә bu mәlumatları yayan, media subyekti “ALYANS.MEDİA” informasiya portalının baş redaktoru barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xüsusi ittiham qaydasında şikayәtlә mәhkәmәyә müraciәt etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 fәaliyyәt göstәrdiyi “Arash Estetik” klinikasına gәlәrәk diş implantasiyası üçün ona müraciәt etmiş vә 2022-ci ilin iyununadәk olan dövr әrzindә ilkin vә sonrakı implantasiyanı әhatә edәn müalicә prosedurları cari tibbi protokollara әsasәn hәyata keçirilmişdir. Bundan bir müddәt sonra barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 Nәsimi rayon prokurorluğuna müraciәt edәrәk guya onun diş implantasiyası vә digәr tibbi prosedurları onun üzәrindә qüsurlu icra etdiyinә görә sağlamlığına zәrәr dәymәsi ilә bağlı şikayәt etmişdir. Bununla bağlı araşdırma zamanı komissiyon ekspertiza vә tәkrar komission ekspertiza tәyin olunmuş vә hәr iki ekspertizanın rәyinә görә onun barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 üzәrindә hәyata keçirdiyi implantasiya әmәliyyatları vә digәr tibbi prosedurların cari protokollara uyğun vә heç bir sәhv etmәdәn düzgün-hәyata keçirdiyi müәyyәn olunmuşdur. Araşdırma nәticәsindә әmәlindә cinayәt tәrkibi olmadığı müәyyәn olunduğuna görә ##.##.2025-ci il tarixdә Nәsimi rayon prokurorunun böyük kömәkçisi R X2 tәrәfindәn cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrar qәbul edilmişdir. ##.##.2025-ci li tarixdә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 Sabunçu Rayon Mәhkәmәsinә müraciәt edәrәk güya onun diş implantasiyası vә digәr tibbi prosedurları onun üzәrindә qüsurlu icra etdiyinә görә sağlamlığına zәrәr dәymәsi ilә bağlı maddi vә mәnәvi ziyan ödәnilmәsi üçün iddia qaldırmışdır. Bununla bağlı mәhkәmә tәrәfindәn yenidәn tәkrar komission ekspertiza tәyin edilmiş vә hәmin ekspertizanın rәyi elektron mәhkәmә sisteminә artıq yerlәşdirilmiş, bu ekspert rәyinә әsasәn dә onun barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 üzәrindә hәyata keçirdiyi implantasiya әmәliyyatları vә digәr tibbi prosedurların cari protokollara uyğun vә heç bir sәhv etmәdәn düzgün hәyata keçirdiyi müәyyәn olunmuşdur. Sabunçu Rayon Mәhkәmәsindә mülki iddia icraatı üzrә bu araşdırma nәticәsindә ##.##.2026-cı il tarixdә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 iddiasının rәdd edilmәsi barәdә qәtnamә qәbul edilmişdir. Lakin bütün bunlara baxmayaraq yalan olduğunu bilәbilә prokurorluq vә mәhkәmә orqanı tәrәfindәn tәsdiqini tapmamış ittihamlar irәli sürәrәk barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 müxtәlif kütlәvi nümayiş etdirilәn media vasitәlәrinә müraciәt edәrәk guya onun diş implantasiyası vә digәr tibbi prosedurları onun üzәrindә qüsurlu icra etdiyinә görә sağlamlığına zәrәr dәymәsi ilә bağlı müsahibәlәr verib әsassız iddialar irәli sürmüş, bütün bunlar hәmin media vasitәlәrindә, kütlәvi nümayiş etdirilәn internet informasiya ehtiyatında, hәmin media vasitәlәrinә, hәmçinin özünә mәxsus sosial şәbәkә profillәrindә paylaşılaraq yayılmış, nәticәdә onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yaymışdır. Belә ki, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 ##.##.2026-cı il tarixdә saat 15:50 radәlәrindә “ALYANS.MEDİA” informasiya portalının internet saytında "Arash Estetik" klinikasında pasiyentә Xüsusi ittihamçı tәrәfindәn yanlış diaqnoz qoyuldu, vәtәndaş sağlamlığından oldu – İDDİA” başlığı ilә yayılan xәbәr mәtnindә 3-cü abzasın 5 vә 6-cı cümlәlәri “Şikayәtçinin sözlәrinә görә, hәmin proses zamanı hәkim bir neçә sağlam dişini dә “kista var” adı ilә çıxarıb. Lakin sonradan aparılan müayinәlәr nәticәsindә mәlum olub ki, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 bәdxassәli şiş olmayıb vә ona yanlış diaqnoz qoyulub.”, 4-cü abzasın 1-ci cümlәsi “Şikayәtçi iddia edir ki, bütün tibbi prosedurlar qanunsuz şәkildә icra olunub vә qoyulan implant onun sinirlәrini zәdәlәyib.”, 6-cı abzasın 2- ci cümlәsi “Onun iddiasına görә, Xüsusi ittihamçı tәrәfindәn ona tәqdim olunan sәnәd saxta tarixlidir.”, 7-ci abzas “Şikayәtçinin sözlәrinә görә, yanlış diaqnoz vә tәqdim edilәn sәnәdlәr nәticәsindә onun sinir sisteminә ciddi zәrәr dәyib vә qidalanmasında ciddi problemlәr yaranıb.” vә 8-ci abzas “barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 bildirir ki, bu müalicә prosesi üçün ümumilikdә 13 min manatdan artıq vәsait xәrclәyib. O, Xüsusi ittihamçı ödәdiyi mәblәğin әn azı yarısının geri qaytarılmasını tәlәb etsә dә, hәkimdәn “Artıq sәnәd imzalamısan, bizdә pul geri qaytarılmır” cavabını aldığını deyir.” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” vә “Millisfera.az” informasiya portallarının “İnstagram” sosial şәbәkәsindәki profil hesablarında yayılan “Diş müayinәsinә getdi, çәnәsindәn oldu”- “Ekranların stomatoloqu Xüsusi ittihamçı qalmaqalda- görün pasiyent nәlәr danışdı!” başlıqlı videogörüntüdә 0:50-0:55-ci saniyәlәrdә “Alt çәnәmdә bir neçә sağlam dişimin dә dibindә kista olduğunu bildirib o dişlәrin dә çıxmalı olduğunu, onsuz da bu travmanı ikinci dәfә yaşamalısan , bunlar qalsa fәsad yaradacaq bildirdi.”, 1:10-1:12-ci saniyәlәrdә “Mәnim bir neçә sağlam dişimi çıxartdı.” 2:16-2:28-ci saniyәlәrdә “Sağlam dişlәrim çıxarıldı yerinә implant yerlәşdirildi vә mәn bu prosedurların necә qanunsuz şәkildә olduğunu heç başa düşmürdüm, ta ki indiyә kimi ki, artıq görürәm ki, qoyduğu implantlar sinirimi zәdәlәyib.”, 2:39-2:44-cü saniyәlәrdә “implantların sinirin içindә olduğunu, siniri zәdәlәdiyini vә artıq bәrpası olmadığını bildirdilәr.”, 4:20-4:24-cü saniyәlәrdә “Xüsusi ittihamçı özünü müdafiә olaraq orda mәnә saxta tarixli sәnәd verir.”,4:40-4:46-cı saniyәlәrdә “mәnә saxtalaşmış sәnәd, saxta tarixli sәnәd vә saxta diaqnoz qoyaraq çәnәmi, sinirlәrimi vә sağlam dişlәrimi mәhv edib.” 4:55-5:00 saniyәlәrdә “mәhv eliyib, dodağımın bir hissәsini hiss elәmirәm, dişimin hissiyatı yoxdu,dişlәrimi mәhv eliyib.”, 5:04- 5:10-cu saniyәlәrdә “Xüsusi ittihamçı özünü müdafiә üçün saxta sәnәdlәr, saxta kağızlar tәqdim eliyir.” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. ##.##.2026-cı il tarixdә “Baku TV” kanalının internet saytında yayılan barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 müsahibә videosunda 0:38-0:52-ci saniyәlәrdә “Şikayәtçi barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 iddia edir ki, sadә diş problemi ilә stomatoloqa müraciәt etsә dә, nәticәdә, sağlam dişlәri vә çәnә siniri zәdәlәnib.Onun sözlәrinә görә, hәkim düzgün diaqnoz qoymayıb vә aparılan müdaxilә ciddi fәsadlara sәbәb olub.”, 1:00-1:03cü saniyәlәrdә “qoyduğu implantlar sinirimi zәdәlәyib.”, 1:06-1:18-ci saniyәlәrdә “Xüsusi ittihamçı mәnә saxtalaşmış diaqnozlu köhnә tarixli, yәni әlimdә klinikaya getdiyim yazıldığım tarix olduğu halda mәnә saxtalaşmış sәnәd tәqdim edib.” vә mәtnin 1,2-ci abzaslarında “Şikayәtçi barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 iddia edir ki, sadә diş problemi ilә stomatoloqa müraciәt etsә dә, nәticәdә, sağlam dişlәri vә çәnә siniri zәdәlәnib.Onun sözlәrinә görә, hәkim düzgün diaqnoz qoymayıb vә aparılan müdaxilә ciddi fәsadlara sәbәb olub.”, 4-cü abzasda “Vәtәndaşın sözlәrinә görә, qoyulan implantlar çәnә sinirinә zәrәr verib.”, 5-ci abzasın 1-ci “Qoyduğu implantlar sinirimi zәdәlәyib.”, hәmin abzasın 3-cü cümlәsindә “Xüsusi ittihamçı mәnә saxtalaşdırılmış diaqnozlu, köhnә tarixli sәnәd tәqdim edәrәk özünü müdafiә etmәyә çalışır.”, hәmin abzasın 8-ci cümlәsindә “Sağlam dişlәrimi çıxarıb mәhv ediblәr.” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” informasiya portallarının “İnstagram” sosial şәbәkәsindәki profil hesabında yayılan “Saxta tarixli sәnәd, çәkilәn sağlam dişlәr – pasiyent Xüsusi ittihamçılә bağlı danışdı” başlıqlı videogörüntüdә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 0:45-0:52-ci saniyәlәrdә “Şikayәtçinin sözlәrinә görә hәmin proses zamanı hәkim bir neçә sağlam dişini dә kista var adı ilә çıxarıb.”, 0:58- 1:01-ci saniyәlәrdә “vә ona yanlış diaqnoz qoyulub.”, 1:06-1:14-cü saniyәlәrdә “Şikayәtçi iddia edir ki, bütün tibbi prosedurlar qanunsuz şәkildә icra olunub vә qoyulan implant onun sinirlәrini zәdәlәyib.”, 1:19-1:27-ci saniyәlәrdә sonradan retgen vә tibbi müayinәlәr zamanı ona bildirilib ki, implant düzgün yerlәşdirilmiyib vә sinir kanalının daxilindәdi.”, 1:41-1:52-ci saniyәlәrdә “Onun sözlәrinә görә stomatoloq Xüsusi ittihamçı tanışlıq münasibәtlәrindәn istifadә edәrәk rentgen diskini vә digәr tibbi sәnәdlәrә nә ekspertizaya, nә dә pasiyentә tәqdim etmir.”, 2:03-2:08-ci saniyәlәrdә “Xüsusi ittihamçı tәrәfindәn ona tәqdim olunan sәnәd saxta tarixlidir.”, 2:20-2:27-ci saniyәlәrdә “Şikayәtçinin sözlәrinә görә yanlış diaqnoz vә tәqdim edilәn sәnәdlәr nәticәsindә onun sinir sisteminә ciddi zәrәr dәyib” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. ##.##.2026-cı il tarixdә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 “sonxeber.az” internet saytında “Hәkim Xüsusi ittihamçı barәsindә mәhkәmә iddiası: Pasiyentdәn ağır ittihamlar – ŞİKAYƏT” başlığı ilә yayılan xәbәr mәtnindә 4-cü abzasda “Pasiyent qeyd edir ki, o, yalnız bir dişә implant qoyulmasına razılıq verib. Onun iddiasına görә, digәr müdaxilәlәr razılığı olmadan, anesteziya altında vә psixoloji tәzyiq şәraitindә hәyata keçirilib.” vә 5-ci abzasın 1-ci cümlәsindә “Müraciәtdә o da bildirilir ki, biopsiya nәticәlәri mәlum olmadan implant yerlәşdirilib vә bu müdaxilә nәticәsindә sinir zәdәlәnmәsi baş verib.” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. 2024-cü ilin avqust ayında onun tәrәfindәn müalicә olunmuş X6 ilkin vә sonrakı implantasiyanı әhatә edәn müalicә prosedurları cari tibbi protokollara әsasәn hәyata keçirilmişdir. Bundan sonra barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs1 tәrәfindәn cari vaxtadәk heç bir prokurorluq vә mәhkәmә orqanlarına hәr hansı şikayәt edilmәmiş, bu barәdә hәmin orqanlarda araşdırma aparılmamış vә mәnim tәqsirli olduğunu, cari tibbi protokollara zidd müalicә prosedurları tәtbiq etdiyimi tәsdiq edәn qәrar qәbul olunmamışdır. Xәzәngül Hәsәnova yalan olduğunu bilә-bilә ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” informasiya portalının internet saytında “Arash Estetik” klinikasının hәkimi Xüsusi ittihamçı növbәti şikayәt – Dişini düzәltdirmәk istәdi, çәnәsi әyildi!” başlığı ilә yayılan xәbәr mәtnindә 5-ci abzasının 1-ci cümlәsindә “uğursuz әmәliyyat nәticәsindә onun çәnә sümüyü әyilib vә ağzı әyri vәziyyәtdә qalıb.”, hәmin abzasın 2-ci cümlәsindә “özü hәkim tәrәfindәn tәhqir olunub” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. Xәzәngül Hәsәnova yalan olduğunu bilә-bilә ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” informasiya portalının “İnstagram” sosial şәbәkәsindәki profil hesabında “Arash Estetik” klinikasının “hәkimi” Xüsusi ittihamçı ilә bağlı növbәti şikayәt – bu dәfә pasiyent çәnәsindәn oldu” başlıqlı ilә yayılan videogörüntünün 1:05-1:12-ci saniyәlәrindә “uğursuz әmәliyyat nәticәsindә onun çәnә sümüyü әyilib vә ağzı әyri vәziyyәtdә qalıb.” vә 1:18- 1:21-ci saniyәlәrindә “özü hәkim tәrәfindәn tәhqir olunub.” mәzmunda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. “ALYANS.MEDİA” informasiya portalının baş redaktoru barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” informasiya portalının “İnstagram” sosial şәbәkәsindәki profil hesabında yayılan videogörüntünün 00:01-00:08-ci saniyәlәrindә “Arash Estetik” klinikasının hәkimi Xüsusi ittihamçı növbәti şikayәt, dişini düzәltdirmәk istәdi, çәnәsi әyildi!”, ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” informasiya portallarının “İnstagram” sosial şәbәkәsindәki profil hesabında yayılan “Saxta tarixli sәnәd, çәkilәn sağlam dişlәr – pasiyent Xüsusi ittihamçılә bağlı danışdı” başlıqlı videogörüntünün 00:00-00:08-ci saniyәlәrindә “Arash Estetik klinikasında pasientә Xüsusi ittihamçı tәrәfindәn yanlış diaqnoz qoyuldu vә vәtәndaş sağlamlığından oldu” mәzmunlu ifadәlәr işlәtmәklә onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 eyni zamanda ##.##.2026-cı il tarixdә “ALYANS.MEDİA” informasiya portalının “İnstagram” sosial şәbәkәsindәki profil hesabında yayılan videogörüntüyә “Diş müayinәsinә getdi, çәnәsindәn oldu” adlı, hәmin profil hesabında ##.##.2026-cı il tarixdә yayılan videogörüntüyә “Saxta tarixli sәnәd, çәkilәn sağlam dişlәr” adlı, hәmin profil hesabında ##.##.2026-cı il tarixdә yayılan videogörüntüyә “Arash Estetik” klinikasının “hәkimi” Xüsusi ittihamçı ilә bağlı növbәti şikayәt – bu dәfә pasiyent çәnәsindәn oldu” adlı, ##.##.2026-cı il tarixdә hәmin informasiya portalının internet saytında ““Arash Estetik” klinikasının hәkimi Xüsusi ittihamçı növbәti şikayәt – Dişini düzәltdirmәk istәdi, çәnәsi әyildi!” mәzmunlu başlıqlarla adlandıraraq yayılan xәbәrlәrdәki mәlumatların yalan olduğunu bilә-bilә sanki tәsdiqini tapmış mötәbәr dәlillәrә әsaslandığı görüntüsü yaratmaqla vә ##.##.2026-cı il tarixdә “İnstagram” sosial şәbәkәsindәki hәmin profil hesabında yayılan videogörüntünün başlığında adımın qarşısında yazılan hәkim sözünü dırnaqcıq işarәlәri ilә işarәlәmәklә onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn mәlumatlar yayaraq ona böhtan atmışdır. “ALYANS.MEDİA” informasiya portalının baş redaktoru barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 media subyekti olaraq rәhbәrlik etdiyi media vasitәsindә, sosial şәbәkә hesabında yaymadan öncә bu mәlumatların hәqiqiliyini tәsdiq edәn sәnәdlәri mәlumat verәn şәxsdәn tәlәb etmәli, prokurorluq vә mәhkәmә orqanı tәrәfindәn qәbul olunan bu mәlumatları tәsdiqedici qәrarların olub-olmadığını müәyyәn etmәli vә bu mәlumatların mötәbәrliyini yәqin etdikdәn sonra yaymalı olduğu halda, bunları etmәmişdir. Çünki bu iddiaları tәsdiq edәn qanuni qüvvәdә olan heç bir prokurorluq vә mәhkәmә qәrarı olmadığı vә tәqdim edilmәdiyi üçün hesab edirәm ki, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 bu mәlumatların yalan olduğunu bilә-bilә yaymışdır. Hesab edir ki, ona qarşı barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, X6 vә “ALYANS.MEDİA” informasiya portalının baş redaktoru barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 tәrәfindәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә nәzәrdә tutulan böhtan, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayәt әmәli törәdilmişdir. Bu cinayәt әmәlinin törәdilmәsi nәticәsindә ona hәm maddi, hәm dә mәnәvi zәrәr vurulmuşdur. Belә ki, bu mәlumatların yayılması nәticәsindә 40 nәfәrdәn çox potensial pasiyenti onun qәbuluna gәlmәkdәn imtina etmişdir. Bu pasiyentlәrin bir neçәsi “Whatsapp” sosial şәbәkәsi üzәrindәn müraciәt etmiş vә yayılan bu böhtanlardan sonra bәzilәri müalicәyә gәlmәkdәn yazılı imtina etmiş, digәrlәri isә cavab vermәkdәn yayınmışdır. Halbuki onun peşәkar fәaliyyәtindә bu hallar heç vaxt baş vermәmiş, yalnız bu böhtanlar yayıldıqdan sonra işgüzar nüfuzuna bu dәrәcәdә xәlәl gәtirilmişdir. Hәmin yazışmaların ekran görüntülәrini mәhkәmә iclasında tәqdim edәcәkdir. Əldә edәcәyi tәqribәn 70.000 manat gәlirdәn mәhrum olmuş vә hәmin әldәn çıxmış fayda olaraq qazanacağı 70.000 manat mәblәğdәn müvafiq olaraq 25.000 manat barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, 25.000 manat X6 vә 20.000 manat “ALYANS.MEDİA” informasiya portalının baş redaktoru barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 tәrәfindәn ona maddi ziyan vurulmuşdur. Bu mәblәğ hәmin mәlumatlar internet informasiya resurslarında yayılmağa davam etdikcә artmaqda davam edәcәkdir. Eyni zamanda onu nüfuzdan salan vә işgüzar nüfuzuna xәlәl gәtirәn bu mәlumatların yayılması nәticәsindә hәm cәmiyyәtdә, hәm dә peşәkar kollektiv arasında onun peşәkarlığı ilә bağlı çaşqınlıq yaranmış vә bu ona bu mәlumatların yayıldığı müddәt әrzindә böyük mәnәvi iztirab yaşatmışdır. Bununla da hesab edir ki, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 tәrәfindәn 7.000 manat, X6 tәrәfindәn 7.000 manat vә “ALYANS.MEDİA” informasiya portalının baş redaktoru barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 tәrәfindәn 6.000 manat mәblәğindә olmaqla ona ümumilikdә 20.000 manat mәblәğindә mәnәvi ziyan vurulmuşdur. Cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi: 1. Cinayәt әmәlinin barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 tәrәfindәn törәdilmәsini “ALYANS.MEDİA” informasiya portalının internet saytında, “ALYANS.MEDİA” vә “Millisfera.az” informasiya portallarının “İnstagram” sosial şәbәkәsindәki profil hesablarında, “Baku TV” kanalında özü görüntülü müsahibә verәrәk çıxış edib, “sonxeber.az” internet saytına müraciәt edәrәk böhtan xarakterli mәlumat yayması ilә bağlı hәmin internet saytları vә sosial şәbәkә hesablarında әks olunmuş mәlumatlar tәsdiq edir vә hәmin mәlumatlara internet giriş linklәri, ekran görüntülәri vә disk formatında video görüntülәr şikayәtә әlavә olunmuşdur. 2. Cinayәt әmәlinin X6 tәrәfindәn törәdilmәsini “ALYANS.MEDİA” informasiya portalının internet saytında vә “İnstagram” sosial şәbәkәsindәki profil hesabında müraciәt edәrәk böhtan xarakterli mәlumat yayması ilә bağlı hәmin internet saytı vә media subyektinin sosial şәbәkә hesabında әks olunmuş mәlumatlar tәsdiq edir vә hәmin mәlumatlara internet giriş linklәri, ekran görüntülәri vә disk formatında video görüntülәr şikayәtә әlavә olunmuşdur. 3. Cinayәt әmәlinin barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 tәrәfindәn törәdilmәsini media subyekti olan “ALYANS.MEDİA” informasiya portalının internet saytında vә “İnstagram” sosial şәbәkәsindәki profil hesabında “Diş müayinәsinә getdi, çәnәsindәn oldu”, “Saxta tarixli sәnәd, çәkilәn sağlam dişlәr”, “Arash Estetik” klinikasının “hәkimi” Xüsusi ittihamçı ilә bağlı növbәti şikayәt – bu dәfә pasiyent çәnәsindәn oldu” vә “Arash Estetik” klinikasının hәkimi Xüsusi ittihamçı növbәti şikayәt – Dişini düzәltdirmәk istәdi, çәnәsi әyildi!” başlıqları ilә, hәtta hәkim sözünü dırnaqcıq işarәlәri ilә işarәlәyib yayımlayaraq mәlumatların sanki tәsdiqini tapmış mötәbәr dәlillәrә әsaslandığı görüntüsü yaradan böhtan xarakterli mәlumat yayması ilә bağlı hәmin internet saytı vә media subyektinin sosial şәbәkә hesabında әks olunmuş mәlumatlar tәsdiq edir vә hәmin mәlumatlara internet giriş linklәri, ekran görüntülәri vә disk formatında video görüntülәr şikayәtә әlavә olunmuşdur. Şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi: Şikayәtdә qeyd etdiyi kütlәvi nümayiş etdirilәn internet informasiya ehtiyatında, yәni internet saytların, hәmçinin media vasitәlәrindә vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 özünә mәxsus sosial şәbәkә profillәrindә barәsindә paylaşılaraq yayılmış böhtan xarakterli mәlumatların yayıldığı internet giriş linklәri aşağıdakılardır: barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 böhtan yaydığı internet giriş linklәrinin ekran görüntülәri vә disk formatında video görüntülәri şikayәtә әlavә edilmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı ilә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, X6 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә mәsuliyyәtә cәlb edilmәlәri haqqında Xüsusi ittihamçı tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәtin mәhkәmәnin icraatına qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı etibarnamә üzrә nümayәndәsi (vәkil) Müdafiәçi apellyasiya şikayәti verәrәk Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarın lәğv edilmәsini vә xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qanunsuz vә әsassızdır. Çünki xüsusi ittiham qaydasında şikayәt Azәrbaycan Respublikasının Cinayәt- Prosessual Mәcәllәsinin 293.3.1-293.3.7-ci maddәlәrinә uyğun olaraq maddәnin hәmin 7 bәndinin hәr biri şikayәtdә başlıq olaraq yazılmış vә hәmin başlıqların mahiyyәti üzrә işin faktiki hallarına uyğun olaraq şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası göstәrilmәklә şikayәt tәrtib olunmuşdur. Bu onu demәyә әsas verir ki, mәhkәmә bu qәrarın CPM-nin müvafiq maddәlәrinә uyğunsuzluğunu әsaslandırmamış, ötәri qeyd edәrәk әsassız qәrar qәbul etmişdir. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı etibarnamә üzrә nümayәndәsi (vәkil) Müdafiәçi Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk, hәmin qәrarın lәğv edilmәsini, iş materialarının yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmasını xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxslәr barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 vә onun müdafiәçisi X8, X6 vә onun müdafiәçisi Eyvazov İlkin Fikrәt oğlu, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 vә onun müdafiәçisi X5 hәr biri ayrı-ayrılıqda verilmiş apellyasiya şikayәtinin әsassız olduğundan tәmin edilmәmәsini, iş üzrә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli mübahisәlәndirilәn qәrarının dәyişdirilmәdәn qüvvәsindә saxlanılmasını xahiş etdilәr. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti qismәn tәmin edilmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı lәğv edilmәli, iş materiaları yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. Hәmin Mәcәllәnin 293.3-cü maddәsinә görә böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda aşağıdakılar göstәrilir: 293.3.1. şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi); 293.3.2. törәdilmiş cinayәt barәdә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği); 293.3.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi; 293.3.4. şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi; 293.3.5. cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş; 293.3.6. şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer; 293.3.7. şikayәti vermiş şәxsin imzası. Hәmin Mәcәllәnin 299.3.1 vә 299.3.3-cü maddәlәrinә әsasәn hәr bir halda cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyә daxil olmuş xüsusi ittiham qaydasında şikayәtin ona aid olub-olmaması barәdә vә xüsusi ittiham qaydasında şikayәtin mәzmununun Mәcәllәnin 293.3.1—293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәlәrә baxılır. Hәmin Mәcәllәnin 301.1ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasının nәticәsindә xüsusi ittiham qaydasında şikayәtin materialında mәhkәmә baxışının qeyrimümkünlüyünә sәbәb olan hallar olmadıqda vә xüsusi ittiham qaydasında şikayәtin prosessual formasına riayәt edildikdә mәhkәmә baxışı tәyin edilir. Hәmin Mәcәllәnin 302.1-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında 1) şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 2) şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 3) şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 4) cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 5) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 6) cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 7) şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 8) şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.2-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk aşağıdakılar barәdә qәrarlardan birini qәbul edir: 1)şikayәt hәmin mәhkәmәyә aid olmadığı müәyyәn edildiyi halda xüsusi ittiham qaydasında şikayәtin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi barәdә; 2) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayәtin baxılması üçün istintaq aidiyyәti üzrә göndәrilmәsi barәdә; 3)şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildiyi; şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1- 293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadığı; cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdiyi; cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadığı; şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdiyi; şikayәti vermiş şәxs şikayәtindәn imtina etmәsi vә tәqsirlәndirilәn şәxslә barışması vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPM-nin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 299.8-ci maddәsinә әsasәn Xüsusi ittihamçının üzrlü sәbәblәrin olmasını әvvәlcәdәn bildirmәdәn mәhkәmәnin hazırlıq iclasına tәkrar gәlmәmәsi ittihamdan imtinaya bәrabәr tutulur vә xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina barәdә qәrar çıxarılmasına mәhkәmәyә әsas verir. Birinci instansiya mәhkәmәsi belә nәticәyә gәlmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayәt Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 293.3.2-ci maddәsinin tәlәblәrinә uyğun tәrtib edilmәmişdir. Belә ki, hәmin normanın dispozisiyasında şikayәtdә mәhz hansı zәrәrin vurulduğunun, o cümlәdәn maddi ziyanın mәblәğinin göstәrilmәsi tәlәb olunur. Bu tәlәb yalnız zәrәrin ümumi mәblәğinin qeyd edilmәsi ilә mәhdudlaşmır, zәrәrin mahiyyәtinin, xarakterinin vә göstәrilәn mәblәğin hansı hallardan vә hansı әsaslarla yarandığının müәyyәn edilmәsinә imkan verәn mәlumatların şikayәtdә әks etdirilmәsini nәzәrdә tutur. Hazırkı şikayәtdә xüsusi ittihamçı ona 70.000 manat mәblәğindә maddi ziyan vurulduğunu göstәrsә dә, hәmin ziyanın nәdәn ibarәt olması, hansı konkret itkilәrdәn formalaşması vә göstәrilәn mәblәğin hansı sübutlarla tәsdiq edilmәsi barәdә mәhkәmәyә hәr hansı mәlumat vә ya sәnәd tәqdim edilmәmişdir. Bu sәbәbdәn mәhkәmә göstәrilәn mәblәğin hәqiqәtәn mövcud olubolmadığını vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 293.3.2-ci maddәsinin tәlәb etdiyi mәnada mәhz hansı zәrәrin vurulduğunu müәyyәn etmәk imkanına malik deyildir. Bundan әlavә, xüsusi ittihamçı şikayәt әrizәsinin mәzmununda barәsindә şikayәt verilmiş şәxslәrin hәrәkәtlәri nәticәsindә ona ümumilikdә 70.000 manat mәblәğindә maddi ziyan vurulduğunu, hәmin mәblәğin 25.000 manatının barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, 25.000 manatının X6 vә 20.000 manatının isә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 aid olduğunu, eyni zamanda ona ümumilikdә 20.000 manat mәblәğindә mәnәvi ziyan dәydiyini, bunun da müvafiq olaraq barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 tәrәfindәn 7.000 manat, X6 tәrәfindәn 7.000 manat vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 tәrәfindәn 6.000 manat tәşkil etdiyini göstәrmişdir. Lakin şikayәtin xahiş hissәsindә hәmin mәblәğin barәsindә şikayәt verilmiş şәxslәrdәn tutulmasına dair hәr hansı tәlәb irәli sürülmәmişdir. Belә olan halda, şikayәtin mәzmunu ilә nәticә hissәsi arasında uyğunsuzluq yaranır vә irәli sürülәn tәlәbin hәcmi qeyri-müәyyәn qalır. Halbuki, İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında Konvensiyanın 6-cı maddәsinin 3cü bәndinin “a” yarımbәndinә әsasәn, barәsindә ittiham irәli sürülәn şәxs ona qarşı irәli sürülmüş ittihamın xarakteri vә әsasları barәdә әtraflı mәlumatlandırılmalıdır. Şikayәtdә zәrәrin göstәrilmәsi ilә yanaşı, hәmin zәrәrin cavabdehlәrdәn tәlәb olunubolunmadığının aydın olmaması barәsindә şikayәt verilmiş şәxslәrin müdafiә hüququnun lazımi qaydada hәyata keçirilmәsinә maneә yaradır vә ittihamın hәcmini qeyri-müәyyәn edir. Bu baxımdan da şikayәt CPM-in 293.3.2-ci maddәsinin tәlәblәrinә uyğun hesab edilә bilmәz. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi әsassız nәticәyә gәlmişdir. Belә ki, birinci instansiya mәhkәmәsi xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair nәticәyә gәlәrkәn Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 293.3.2-ci maddәsinә istinad etmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 293.3.2-ci maddәsinә әsasәn böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı mәlumatda vә ya şifahi mәlumatın qәbul edilmәsi barәdә protokolda törәdilmiş cinayәt barәdә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği) böyük ictimai tәhlükә törәtәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda göstәriliri. Halbuki, xüsusi ittiham qaydasında şikayәtin mәzmunundan göründüyü kimi şikayәtdә cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, kim tәrәfindәn, nә vaxt vә necә törәdilmәsi, zәrәrin kim tәrәfindәn vә hansı mәblәğdә vurulması göstәrilmişdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmәli, Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Mәhkәmә kollegiyası, hәmçinin, hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-nin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.2-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı etibarnamә nümayәndәsi (vәkil) Müdafiәçi tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, X6 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәlәri barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı lәğv edilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayәtә yenidәn baxılması üçün material birinci instansiya mәhkәmәsinә qaytarılsın. Bakı şәhәri “Mәrkәz” Vәkil Bürosunun vәkili X7 tәrәfindәn mәhkum edilmiş şәxs barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2, Bakı şәhәri “Mәrkәz” Vәkil Bürosunun vәkili X5 tәrәfindәn mәhkum edilmiş şәxs barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs3, Bakı şәhәri “Mәrkәz” Vәkil Bürosunun vәkili Eyvazov İlkin Fikrәt oğlu tәrәfindәn mәhkum edilmiş şәxs X6 hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 6(altı) saat üçün hәr birinә ayrı-ayrılıqda cәmi 66 (altmış altı) manat dövlәt büdcәsindәn Bakı şәhәri “Mәrkәz” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrindә göstәrilәn müddәtlәrdә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar