Məhkəmə qərarları › İş №1(3-6)-1381/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1381/2026

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1381/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Müdafiəçi müdafiəçi1, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2023-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 15 (on beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2023-ci il tarixli hökmü üzrə müəyyən edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu ## ######## 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir tətbiq edilmiş və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ## ###### 2026-cı il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin vəsatət ## ###### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, sözügedən qərarın ləğv edilərək, ərizənin təmin edilərək bu hökmdən apellyasiya şikayəti vermək müddətinin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən sonra səhhəti ilə əlaqədar apellyasiya şikayəti verməmişdir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 vəsatətə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı X2 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın düzgünlüyünü bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb və proses iştirakçısının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, müddətin bərpasına dair vəsatətin təmin olunmaması barədə məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025ci il tarixli, *(***)-***/**** saylı hökmündən müəyyən olunur ki, həmin hökm məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs iştirakı ilə elan olunmuşdur. Hökm elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmişdir. Bu qayda hökmün nəticə hissəsində öz əksini tapmışdır. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün surəti məhkum Təqsirləndirilən şəxs təqdim olunması üçün Umbakı Penitensiar Müəssisəsinə göndərilmiş və məhkum Təqsirləndirilən şəxs hökmün surətini ## ##### 2025-ci il tarixdə almışdır. Bu barədə müvafiq qəbz cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ona təqdim edildiyi vaxtdan 01 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində və apellyasiya baxışı zamanı prosessual müddətin bərpasına dair məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən qeyd olunan hal üzrlü hesab edilə bilməz, belə ki, hökmün nəticə hissəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hansı müddət ərzində və hansı məhkəmə vasitəsi ilə apellyasiya şikayəti vermək hüququ sadə dillə izah edilmişdir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir, bu isə öz növbəsində təqsirləndirilən şəxs üçün aydın olmayan halların izah edilməsi üçün məhkəmə tərəfindən hərtərəfli şəraitin yaradıldığını deməyə əsas verir. Məhkum apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin digər səbəbi kimi səhəti ilə ələqədar olduğunu qeyd etmişdir, lakin iş materiallarında onun xəstəliyini təsdiq edən heç bir sənəd öz əksini tapmamışdır, hətta məhkumun səhhətində problemlər olsa belə, həmin problemlər aradan qalxdıqdan sonra belə uzun müddət ərzində apellyasiya şikayəti verməmiş, bununla da üzrsüz səbəbdən müddəti ötürmüşdür. Odur ki, məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs şikayət verilmə müddətini üzürlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə o, hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və ümumiyyətlə müddətin buraxılmasında hər hansı bir üzürlü hal müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası tərəfindən hər hansı üzrlü hal müəyyən olunmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər Telman Hüseynov Aqil Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar