Məhkəmə qərarları › İş №1(3-6)-1392/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1392/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1392/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona ağır cinayətdə böhtan ataraq ********* nömrəli cinayət işində ittiham olunmasına kömək etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qərarları onun ağır ittihamda təqsirli bilinməsinə dair maneələri aradan qaldırmışdır. Cinayət hadisəsi Bakı şəhəri Nərimanov rayon məhkəməsindən başlayaraq Bakı Ağır Cinayətlər Məhkəməsində bitmişdir. Hadisə vaxtı ona 150.000 manat və 218.000 ABŞ dolları maddi ziyan dəymişdir. Onun işgüzar nüfuzuna 1.300.0000 manat ziyan dəymişdir. Əməlin həmin şəxs tərəfindən törədilməsi 2025-2026-cı illərdə əleyhinə qəbul edilmiş bütün qərarlarla təsdiqlənmişdir. Vahid məhkəmə portalında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən qəbul edilmiş qərarlar onun əleyhinə qəbul edilməsinin sübutudur. Cinayətin törədilmə halları şahid X2 şahid ifadələri ilə təsdiqlənir. Yuxarıda göstərilənlərə əsasən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xüsusi ittiham qaydasında toplanmış materialı nəzərdən keçirib hesab etmişdir ki, Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələbləri baxımından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması səbəbi və şikayət əsassız olmaqla, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsinə görə imtina edilməlidir. Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə ona böhtan atılmasını, eləcə də həmin əməlin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsini təsdiq edən, yəni kütləvi nümayiş etdirilən əsər, media və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7 ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, bununla da məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında təqibin uğurlu olması üçün, ilk növbədə, iddia olunan əməlin cinayət qanununun müvafiq normasının dispozisiyasında təsbit edilmiş bütün obyektiv və subyektiv əlamətləri özündə ehtiva etməsi zəruridir. Hazırkı işdə şikayətçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 147.2-ci maddəsi ilə ittiham etsə də, bu ittihamın əsasını təşkil edən hərəkətlərdə böhtan cinayətinin mühüm və həlledici elementləri olan hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan və yalan olduğunu bilə-bilə məlumatların kütləvi şəkildə yayılması mövcud deyil. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi böhtanı, yəni yalan olan və ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə məlumatların məhz kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi təsbit edir. Qanunverici bu cinayət tərkibinin obyektiv cəhətini məhdudlaşdıraraq, onun yalnız ictimaiyyətə açıq olan, qeyri-müəyyən sayda şəxsin qavraya biləcəyi platformalarda baş verməsini şərtləndirmişdir. Bu yanaşmanın hüquqi məntiqi və məqsədi, bir tərəfdən şəxsin şərəf və ləyaqətini qorumaq, digər tərəfdən isə vətəndaşların öz pozulmuş hüquqlarının bərpası üçün dövlət orqanlarına müraciət etmək kimi fundamental konstitusiya hüququnun məhdudlaşdırılmasının qarşısını almaqdır. Bu kontekstdə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 5-ci bəndi imperativ xarakterli bir izah verərək məsələyə yekun aydınlıq gətirir. Həmin Qərarda birmənalı şəkildə göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması ... həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayət hüquqi baxımdan əsassızdır, qanunun tələblərinə cavab vermir və cinayət təqibinin başlanması üçün heç bir maddi və prosessual əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin şikayət hüquqi əsaslar olmadan verdildiyinə görə və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar