Məhkəmə qərarları › İş №1(3-6)-1399/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1399/2026

23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1399/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, onun müdafiəçisi “Alibi” Vəkil Bürosunun vəkili müdafiəçi1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi4 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və vəkili tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi4 xüsusi ittiham qaydasında şikayəti və şikayət üzrə toplanmış materiallar ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, nümayəndəsi və vəkili birgə apellyasiya şikayəti verib, Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, onun nümayəndəsi və vəkili müdafiəçi4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, onun müdafiəçisi müdafiəçi1 məhkəmə iclasında çıxış edərək, apellyasiya şikayətinin təmin edilmədən və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, təmsil etdiyi şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ünvanında fəaliyyət göstərən "IST CARS" avtosalonunun rəhbəri olaraq uzun illər ərzində avtomobil satışı sahəsində qanunvericiliyin tələblərinə uyğun, şəffaf, vicdanlı və peşəkar sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Rəhbərlik etdiyi müəssisə fəaliyyəti dövründə çoxsaylı müştərilərin etimadını qazanmış, avtomobil bazarında etibarlı və nüfuzlu avtosalonlardan biri kimi tanınmışdır. Müəssisənin əsas fəaliyyət istiqaməti texniki baxımdan saz, hüquqi baxımdan problemsiz, istifadəyə yararlı və sənədləri tam qaydasında olan nəqliyyat vasitələrinin alqı-satqısından ibarət olmuşdur. Xüsusi ittihamçının uzun müddət ərzində formalaşdırdığı nüfuz, sahibkarlıq fəaliyyəti və müştəri etimadı onun işgüzar reputasiyasının əsas göstəricilərindən biri olmuşdur. ## ######## 2025-ci il tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ünvanında fəaliyyət göstərən "IST CARS" avtosalonundan Jeep Compass 2022 markalı nəqliyyat vasitəsi satın alınmışdır. Satış həyata keçirilməzdən əvvəl avtomobil texniki baxımdan yoxlanılmış, mühərrik, transmissiya, elektron idarəetmə sistemi, yürüş hissəsi və digər əsas texniki komponentlərinin saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda avtomobilin hüquqi vəziyyəti araşdırılmış, onun üzərində hər hansı girov, qadağa, axtarış və ya digər hüquqi məhdudiyyətin olmadığı müəyyən edilmişdir. Alıcı avtomobilə yerində baxış keçirmiş, avtomobili test etmiş, onun vəziyyəti ilə tanış olmuş və heç bir etiraz, irad və ya narazılıq bildirmədən avtomobili könüllü şəkildə satın almışdır. Əhəmiyyətli hal ondan ibarətdir ki, avtomobilin satılmasından sonra uzun müddət ərzində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən nə avtomobilin texniki vəziyyəti ilə bağlı rəsmi qaydada avtosalona müraciət edilmiş, nə avtomobilin qaytarılması, dəyişdirilməsi və ya təmiri ilə bağlı hüquqi tələb irəli sürülmüş, nə də hər hansı ekspertiza rəyi və ya rəsmi texniki sənəd təqdim edilmişdir. Bu hal özü-özlüyündə onu göstərir ki, avtomobil alıcıya təqdim edilən zaman istifadəyə yararlı və texniki baxımdan saz vəziyyətdə olmuşdur. Lakin müəyyən müddət keçdikdən sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən xüsusi ittihamçıya və onun rəhbərlik etdiyi "IST CARS" avtosalonuna qarşı sosial şəbəkələrdə və media resurslarında məqsədli, sistemli və ardıcıl qarayaxma kampaniyasına başlanılmışdır. Belə ki, o, "TikTok" sosial şəbəkəsində "ayka.real" adlı istifadəçi səhifəsi vasitəsilə ##.##.2026-cı il tarixindən başlayaraq ardıcıl şəkildə "IST CARS" avtosalonu barədə həqiqətə uyğun olmayan, böhtan və təhqir xarakterli paylaşımlar etmişdir. Həmin paylaşımlarda "bu salon xarab maşınlar satır", "Yasamal IST CARS satdığı maşınlar motoru xarab maşınlardır", "Yasamal IST CARS tanıyın xarab maşınların məkanı", "maşını sırıyıblar mənə", "maşını nə dəyişir, nə qaytarır, nə də təmir edir", "dələduzluq", "biyabırçılıq", "maşın xarab satan Yasamalda yerləşən IST CARS", "hamı xəbərdar olsun", "peşman olmayın mənim kimi" və digər ifadələrdən istifadə olunmuşdur. Həmin ifadələrin hər biri Xüsusi ittihamçı və rəhbərlik etdiyi müəssisənin cəmiyyət qarşısında etibarsız, qeyri-peşəkar və qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyekti kimi təqdim edilməsinə yönəlmişdir. Bundan başqa, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən "PressXeberTv.Az", APA TV və "Milli TV" kimi media resurslarının iştirakı ilə məsələ ictimailəşdirilmiş, həmin materiallar onun sosial media hesablarında yenidən paylaşılmış və daha geniş auditoriyaya yayılmışdır. ##.##.2026-cı il tarixində "PressXeberTv.Az" tərəfindən yayımlanan materialı öz səhifəsində paylaşaraq "tək mənə yox neçə nəfərə atış gəliblər Yasamal IST CARS avtosalonu, dələduzluq" ifadəsini işlətmişdir. ##.##.2026-cı il tarixində APA TV tərəfindən yayımlanan materialı paylaşmış, ##.##.2026-cı il tarixində isə "Mega Cars IST Carsın filialıdır", "Sumqayıtda və Bakıda xarab maşınlar satırlar" kimi ifadələr işlətmişdir. ##.##.2026-cı il tarixində isə məsələ "Milli TV" vasitəsilə ictimailəşdirilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən xüsusi ittihamçıya qarşı aparılan qarayaxma kampaniyası təkcə ilkin paylaşımlarla məhdudlaşmamış, sonrakı tarixlərdə də davam etdirilmiş, müxtəlif sosial platformalarda ardıcıl şəkildə yeni paylaşımlar edilərək ictimai rəydə Xüsusi ittihamçı və onun rəhbərlik etdiyi "IST CARS" avtosalonu barədə mənfi fikir formalaşdırılmasına cəhd göstərilmişdir. Belə ki, ##.##.2026-cı il tarixində etdiyi növbəti paylaşımında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qeyd etmişdir ki, guya "mesajları kəsib paylaşıblar, amma həqiqət bu deyil, bəli əvvəl mən də elə bilirdim problem məndədir. Ona görə o cür yazmışam. Amma sonra məlum oldu ki problem əvvəldən var imiş, şəxsi sözlərimi lağa qoymaq asandır, amma fakt dəyişmir". Həmin paylaşımın məzmunundan açıq şəkildə görünür ki, o, əvvəllər avtomobil barədə müsbət fikirlər bildirməsini və avtomobili "yaxşı", "problemsiz" adlandırmasını izah etməyə çalışaraq sonradan irəli sürdüyü ittihamları əsaslandırmağa cəhd etmişdir. Halbuki iş materialları ilə müəyyən olunur ki, avtomobili satın aldıqdan sonra uzun müddət ərzində onun tərəfindən avtomobilin texniki vəziyyəti ilə bağlı hər hansı rəsmi irad bildirilməmişdir. ##.##.2026-cı il tarixində etdiyi digər paylaşımında isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qeyd etmişdir ki, "şəxsi həyatımı lağa qoydular, amma həqiqəti gizlədə bilmədilər. IST CARS xarab maşın satıb, bəli o hissəni sildim, çünki şəxsi mövzunu lağa çevirmişdilər. Amma əsas məsələ budur maşında problem əvvəlcədən var idi, sadəcə haqqımı almaq istəyirəm. Şəxsi mövzunu kənara qoyaq". Həmin paylaşım bir daha göstərir ki, şikayət olunan şəxs sosial şəbəkələrdə yaydığı məlumatları davamlı şəkildə gündəmdə saxlamağa, ictimaiyyətin diqqətini "IST CARS" avtosalonu üzərində mənfi istiqamətdə formalaşdırmağa çalışmışdır. Bu paylaşımda da avtomobilin guya "əvvəlcədən problemli" olması barədə konkret fakt kimi təqdim olunan ittihamlar səsləndirilmiş, lakin həmin iddiaları təsdiq edən hər hansı müstəqil ekspertiza rəyi, rəsmi texniki yoxlama sənədi və ya məhkəmə aktı təqdim edilməmişdir. Bundan əlavə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2026-cı il tarixində APA TV-yə verdiyi müsahibədə də xüsusi ittihamçı və rəhbərlik etdiyi müəssisə barədə həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən bir sıra ittihamlar səsləndirmişdir. Belə ki, o, guya avtomobilin "ucuzvari təmir edilərək müştəriyə satıldığını", avtomobildə olan qüsurların "gizli qüsur" olduğunu, avtosalonun həmin qüsurları bilərəkdən gizlətdiyini bildirmişdir. Bununla da xüsusi ittihamçını bilərəkdən qüsurlu avtomobil satan şəxs kimi təqdim etməyə çalışmışdır. Həmin müsahibədə o, həmçinin guya avtosalona müraciət etdiyini və salondan ona "vecimizə deyil, əksinə bu bizə reklamdır, müştərilərimiz daha da artır" məzmununda cavab verildiyini iddia etmişdir. Halbuki bu iddianı təsdiq edən heç bir sübut mövcud deyildir və həmin məlumat tamamilə subyektiv və qərəzli formada ictimaiyyətə təqdim edilmişdir. Belə ifadələrin məqsədi Xüsusi ittihamçı müştəri hüquqlarına laqeyd yanaşan, etikadan kənar sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs kimi göstərmək olmuşdur. Eyni zamanda APA TV-yə verdiyi müsahibəsində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs guya avtomobili satın alan zaman avtomobili öz ustasına göstərmək istədiyini, lakin avtosalon əməkdaşlarının buna imkan vermədiyini iddia etmişdir. Halbuki avtomobil alqısatqısı zamanı alıcının avtomobilə baxış keçirməsi, texniki vəziyyətini yoxlaması üçün hər hansı maneənin yaradılması barədə heç bir sübut yoxdur. Əksinə, avtomobil alıcı tərəfindən könüllü şəkildə qəbul edilmiş, uzun müddət istifadə olunmuş və həmin müddətdə heç bir rəsmi şikayət verilməmişdir. Müsahibə zamanı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs daha sonra guya avtomobili aldıqdan sonra dəfələrlə yolda qaldığını, avtomobilin "donduğunu", avtomobildən qaz iyi gəldiyini və avtomobilin ciddi texniki problemlərinin olduğunu bildirmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, o, avtomobili satın aldıqdan sonra təxminən 7 ay müddətində bu barədə açıq şəkildə heç bir sosial media paylaşımı etməmiş, nə hüquq-mühafizə orqanlarına, nə də aidiyyəti dövlət qurumlarına rəsmi qaydada müraciət etməmişdir. Əgər avtomobil həqiqətən də iddia edildiyi kimi təhlükəli və istifadəyə yararsız vəziyyətdə olsaydı, həmin şəxsin bu barədə dərhal hüquqi tədbirlər görməsi və avtomobili istifadədən çıxarması gözlənilən olardı. Lakin bunun əksi baş vermiş, o, avtomobili istifadə etməyə davam etmiş, hətta sonradan "ideal vəziyyətdə" adı ilə satışa çıxarmışdır. Xüsusi diqqət yetirilməli hallardan biri də odur ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müxtəlif tarixlərdə etdiyi paylaşımlarda öz iddialarını bir-biri ilə ziddiyyət təşkil edən formada təqdim etmişdir. Bir tərəfdən avtomobilin guya "xarab", "motoru dağılmış", "istifadəyə yararsız" olduğunu iddia etdiyi halda, digər tərəfdən avtomobili yüksək qiymətə satışa çıxararaq "ideal vəziyyətdə" olduğunu bildirmiş, potensial alıcılara "problemsiz maşın" olduğunu yazmışdır. Bu ziddiyyətlər onun sosial şəbəkələrdə yaydığı məlumatların həqiqəti əks etdirmədiyini və məqsədli şəkildə xüsusi ittihamçının nüfuzuna zərbə vurmaq məqsədi daşıdığını açıq şəkildə göstərir. Bundan başqa, ##.##.2026-cı il tarixində etdiyi digər paylaşımında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs "baxın hamı tanıyır onları, gedəndə gizlənirlər" kimi ifadələr işlətmişdir. Həmin ifadə də açıq şəkildə xüsusi ittihamçının və onun rəhbərlik etdiyi müəssisənin cəmiyyət arasında mənfi reputasiyaya malik olması görüntüsünü yaratmağa yönəlmişdir. "Hamı tanıyır", "gizlənirlər" kimi ifadələr konkret fakt kimi təqdim olunaraq ictimaiyyətdə xüsusi ittihamçı barədə mənfi təsəvvür formalaşdırmağa xidmət etmişdir. Göründüyü kimi, şikayət olunan şəxs tərəfindən sosial şəbəkələrdə və media resurslarında xüsusi ittihamçıya qarşı irəli sürülən məlumatlar təkcə subyektiv narazılıq və ya emosional fikir xarakteri daşımamış, konkret fakt kimi təqdim olunaraq xüsusi ittihamçının guya bilərəkdən nasaz avtomobil satan, insanları aldadan və dələduzluq fəaliyyəti ilə məşğul olan şəxs kimi ictimaiyyətə təqdim edilməsinə yönəlmişdir. Halbuki həmin məlumatların doğruluğunu təsdiq edən heç bir hüquqi qüvvəyə malik ekspertiza rəyi, məhkəmə qərarı və ya digər mötəbər sübut mövcud deyildir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bir tərəfdən sosial şəbəkələrdə avtomobilin guya istifadəyə yararsız və ağır nasaz olduğunu iddia etdiyi halda, digər tərəfdən həmin avtomobili "turbo.az" platformasında yüksək qiymətə satışa çıxarmış və elanda avtomobilin "ideal vəziyyətdə" olduğunu açıq şəkildə qeyd etmişdir. Bundan əlavə, avtomobili almaq istəyən şəxslərlə "WhatsApp" yazışmalarında avtomobilin "problemsiz", "yaxşı maşın" olduğunu şəxsən özü bildirmişdir. Həmçinin avtomobili satmaq istəməsinin səbəbi kimi "kredit ödəməkdən bezdiyini", "yayda evlənəcəyini", "burnunu əməliyyat etdirmək istədiyini" və başqa avtomobil almaq niyyətində olduğunu qeyd etmişdir. Bu hallar bir daha göstərir ki, sosial şəbəkələrdə yayılan məlumatlar əvvəlcədən düşünülmüş şəkildə xüsusi ittihamçının işgüzar nüfuzuna zərər vurmaq məqsədi ilə yayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" qərarında qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında cinayət məsuliyyətinin müəyyən edilməsinin əsas məqsədi şəxslərin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun qanunsuz qəsdlərdən qorunmasını təmin etməkdir. Plenum qərarında göstərilir ki, şəxsin nüfuzu dedikdə onun cəmiyyətdə, kollektivdə və ictimai münasibətlər sistemində formalaşdırdığı etibar və mövqe başa düşülür. Hazırkı iş üzrə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ardıcıl və məqsədli paylaşımları nəticəsində xüsusi ittihamçının uzun illər ərzində formalaşdırdığı sahibkarlıq nüfuzu ciddi şəkildə zədələnmiş, müştərilər arasında avtosalon haqqında mənfi rəy formalaşdırılmış və müəssisənin kommersiya fəaliyyətinə ciddi mənfi təsir göstərilmişdir. Hazırkı iş üzrə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs paylaşdığı məlumatlar sadəcə emosional fikir və ya tənqid deyil, konkret fakt kimi təqdim olunan ittihamlardır. Belə ki, "dələduzluq", "xarab maşınlar satırlar", "insanları aldadırlar", "maşını sırıyıblar" kimi ifadələr xüsusi ittihamçının guya qanunsuz və vicdansız sahibkarlıq fəaliyyəti göstərdiyi barədə ictimai rəy formalaşdırmağa yönəlmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən səsləndirilən məlumatlar fakt xarakterli ittihamlar olmaqla onların doğruluğunu təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Əksinə, onun özünün avtomobili "ideal vəziyyətdə" adı ilə satışa çıxarması və potensial alıcılara "problemsiz maşın" kimi təqdim etməsi həmin ittihamların yalan və qərəzli olduğunu təsdiq edir. Istifadə olunan "xarab maşınların məkanı", "dələduzluq", "maşını sırıyıblar", "biyabırçılıq" kimi ifadələr açıq şəkildə alçaldıcı, nüfuzdan salıcı və nalayiq xarakter daşıyır. Həmin ifadələrin məqsədi cəmiyyət qarşısında xüsusi ittihamçını nüfuzdan salmaq və onun sahibkarlıq fəaliyyətinə zərbə vurmaq olmuşdur. Bundan əlavə, Plenum qərarında göstərilir ki, böhtan və təhqir xarakterli məlumatların yayılması nəticəsində zərərçəkmiş şəxsin mənəvi sarsıntı keçirməsi, nüfuzuna xələl gəlməsi və işgüzar fəaliyyətinə mənfi təsir göstərilməsi nəzərə alınmalıdır. Hazırkı iş üzrə də xüsusi ittihamçı uzun illər ərzində formalaşdırdığı işgüzar nüfuzunun ciddi şəkildə zədələnməsi nəticəsində ağır mənəvi sarsıntılar keçirmiş, müştərilər və tərəfdaşlar qarşısında izahat vermək məcburiyyətində qalmış, rəhbərlik etdiyi müəssisənin kommersiya fəaliyyəti və müştəri etibarı ciddi şəkildə zərər görmüşdür. Beləliklə, işin faktiki halları, sosial media paylaşımları, media materialları, "WhatsApp" yazışmaları, "turbo.az" platformasında yerləşdirilmiş elan və digər sübutlar birgə şəkildə onu təsdiq edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən xüsusi ittihamçı Xüsusi ittihamçı işgüzar nüfuzunu ləkələyən, onu cəmiyyət qarşısında nüfuzdan salan və alçaldan məlumatlar qəsdən, sistemli və geniş ictimai auditoriya qarşısında yayılmışdır. Bu isə onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1- ci maddəsində nəzərdə tutulan böhtan və 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayətinin əlamətlərinin tam şəkildə mövcud olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatların göstərilməsi tələb olunsa da, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş şikayət ərizəsində onun doğulduğu il, məşğuliyyət növü və vəzifəsi göstərilməmişdir. Bundan başqa, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətində həmin maddələrə ayrı-ayrılıqda hüquqi qiymət verilməmiş, yekun xahiş hissədə isə həmin maddələrə müvafiq sanksiya həddində məhkəmədən nə kimi cəza xahiş edilməsi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli * nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti verib Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibinin olduğunu, işə baxan məhkəmə tərəfindən işin hallarının düzgün qiymətləndirilmədiyini, əsassız və qanunsuz olaraq məhkəmənin hazırlıq iclasında məhkəmə baxışının keçirilməsindən imtina edildiyini göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, verilmiş şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmadığından işə baxan məhkəmə şikayəti icraata qəbul etməkdən imtina etmişdir ki, belə olan halda, yəni xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilmədən məhkəmənin işin hallarını qiymətləndirməsi, işi mahiyyəti üzrə araşdırması mümkün olmamışdır və belə olan halda işə baxan məhkəmə tərəfindən işin hallarının düzgün qiymətləndirilmədiyinə istinad etmək əsassızdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və qərarın ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPMnin 398.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Alibi” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, “Alibi” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar